Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-76/2023 11.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2017-ci il tarixli 2744 saylı “Əfv” Sərərcamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, Nəsimi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7 (007)-187/2022 saylı qərarı ilə “8 Noyabr” –Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 Noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən çəkilməmiş hissəsi 6 ay azaldılmış, cəzasının sonu ilə azad edilmiş, hər iki hökm üzrə məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində Cəlilabad rayon məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə“həbs” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda -1.391 qram çəkidə ağ rəngli kristalşəkilli olan psixotrop maddə metamfetamini əldə edib daşımaqla üzərində saxlamış, 17 yanvar 2023-cü il tarixdə saat 12 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonu, Fərzili kəndi ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükülüdə həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək, verdiyi ifadəsində göstərdi ki, təxminən 1 aya yaxındır ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə edir. 16 yanvar 2023-cü il tarixdə Bakı şəhərində “Papanin” adlanan ərazidə olduğu zaman bir nəfər tanımadığı bir şəxs ona yaxınlaşmış və ona metamfetamin satmağı təklif etmişdir. Ondan bir büküm metamfetamini neçəyə satacağını soruşmuş, həmin şəxs ona bir büküm metamfetamini 40 manata satacağını demişdir. Həmin şəxsə 40 manat pul vermiş və ondan bir büküm metamfetamin alıb cibinə qoymuşdur. X7 uzun müddətdir ki, tanıyır, onunla birlikdə Beyləqan rayonunda yerləşən hərbi hissədə xidmətdə olmuşdur. X8 və X4 isə təxminən 1 aya yaxındır ki, tanıyır. 16 yanvar 2023-cü il tarixdə Zaurla görüşmüş, söhbət əsnasında Lənkəran rayonunda yaşayan Elnur adlı tanışlarının yaşadığı ünvana qonaq getmək barədə razılaşmışlar. Zaur və onun avtomobili olmadığından taksi danışmalı olmuşdur. Dilavər taksi fəaliyyət ilə məşğul olduğundan onunla danışmış və xx.xx.2023-cü il tarixdə onunla görüşüb danışacağını demişdir. 17 yanvar 2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhərində Zaurla görüşmüş, daha sonra Dilavər ilə görüşüb Lənkərana gedib qayıtmaq müqabilində 160 manat pul müqabilində razılaşmışlar. Yol uzun olduğu üçün Dilavər qardaşı İbrahimin də onlarla gedəcəyini və avtomobili ikisinin idarə edəcəyini demişdir. Buna etiraz etməmiş və onlar Bakı şəhərindən Lənkəran rayonu istiqamətində yola düşmüşlər. Ravon markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili Dilavər idarə etmişdir. Həmin gün saat 12 radələrində Cəlilabad rayonu ərazisindən keçən zaman onlarla birlikdə Beyləqan rayonunda hərbi xidmətdə olan Cəlilabad rayonu, Fərzili kənd sakini Vüsal adlı şəxslə görüşmək qərarına gəlmişlər. Dilavərdən xahiş edib onları Cəlilabad rayonu, Fərzili kəndinə aparmasını istəmişlər. Həmin kəndə daxil olduqdan sonra Vüsal adlı tanışlarının evinin ünvanını dəqiq bilmədikləri üçün yolun kənarında dayanıb kənd sakinlərindən ünvanı soruşmaq istəmişlər. Dilavər idarə etdiyi avtomobili yolun kənarına verib saxlamışdır. Bu zaman mülki formada olan bir neçə nəfər şəxs onlara yaxınlaşaraq Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişdir. Polis əməkdaşları onlara qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməkdə və üzərilərində daşımaqda şübhəli olduqlarını bildirmişdir. Bundan sonra polis əməkdaşları üzərilərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığını görüb onlarla birlikdə Cəlilabad rayon polis şöbəsinə gəlmələrini bildirmişdir. Polis şöbəsinə gəldikdən sonra onun xidməti otağa gətirmişlər. Polis geyimində olan və özünü Cəlilabad rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı İbrahim Əsədli kimi təqdim edən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərinə aparılacaq şəxsi axtarış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması barədə təhqiqatçı məlumat vermişdir. Bundan sonra hüquqlarını müdafiə etmək üçün ona təqdim edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmağa başlanılmışdır.Üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilən hər hansı bir əşya və ya predmet vardırsa təqdim etsin. Əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükülü çıxardaraq polis əməkdaşlarına təqdim etmiş və həmin bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış aparılmış, həmin bükülüdən başqa üzərindən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilən hər hansısa bir əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi bir ədəd sellofan bükülüdə olan psixotrop maddə metamfetaminə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq bu barədə protokol tərtib olunmuş və onlar da həmin protokola imza etmişdir. Yekunda onların olduğu Dilavərin idarə etdiyi “Nexia Ravon” markalı avtomobilə onların iştirakı ilə baxış keçirilmişdir. Lakin avtomobildən qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra avtomobilə baxış barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişdirlər. Üzərində şəxsi axtarış aparılan zaman və ya ona yaxınlaşan zaman polis əməkdaşları ona qarşı heç bir zorakılıq hərəkətləri etməmişdir. Narkotik vasitə və psixotrop maddə satmamışdır. Sadəcə olaraq istifadə edir. X12, X8 və X3 narkotik vasitə və psixotrop maddə istifadə etməsi, həmin şəxslərin üzərində qanunla qadağan olunan hər hansı maddə və ya predmetin olmasından məlumatı olmamışdır. Bundan əlavə həmin şəxslərlə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, daşınması, istifadə edilməsi və ya satışının həyata keçirilməsi barədə qabaqcadan aralarında razılıq olmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş həmin psixotrop maddə metamfetamini gələcəkdə istifadə etmək məqsədilə üzərində saxladığını, həmin psixotrop maddə metamfetamindən istifadə etmədiyini, həmin psixotrop maddə metamfetaminin onun üzərində olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərdi ki, X12, Təqsirləndirilən şəxs, X5 və X9 ilə ədavət və düşmənçiliyi olmamışdır. 17 yanvar 2023-cü il tarixdə narkotik vasitələri qanunsuz olaraq əldə edib üzərində daşımaqda şübhəli olan Abşeron rayon sakini X6 şəxsiyyəti məlum olmayan şəxsə məxsus “Nexia Ravon” markalı avtomobillə Cəlilabad rayonu ərazisinə daxil olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə 17 yanvar 2023-cü il tarixdə X6 və onunla birlikdə olan şəxslərin qanunsuz olaraq narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi, eləcə də onun narkotik vasitələri əldə etdiyi mənbənin ifşa edilməsi, müəyyən olunaraq saxlanılması və müvafiq qaydada saxlanıldıqdan sonra üzərinə şəxsi axtarış keçirilməsi, onunla birlikdə olan şəxsin müəyyən edilməsi, həmin şəxsin Zaur Quliyevlə olan əlaqələrinin aydınlaşdırılması ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin tarixdə Cəlilabad rayon polis şöbəsi rəisinin əmri əsasında onun rəhbərliyi ilə Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid3, X1 sahə polis nəfəri Şahid4, Post-Patrul Xidməti bölüyünün polis nəfər Şahid5 və polis nəfəri Şahid6 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra ona verilən məlumata əsasən Cəlilabad şəhəri, H.Əliyev prospektində əməliyyat tədbiri qurulmuşdur. 17 yanvar 2023-cü il tarixdə saat 12 radələrində şübhəli olan “Ravon Nexia” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cəlilabad rayonu, Fərzili kəndində dayandığını görmüşlər. Həmin avtomobilə yaxınlaşan zaman sərnişinlərin avtomobildən düşməsini istəmişlər. Avtomobildə olan dörd nəfər, adlarını sonradan bildikləri X12, X9, Təqsirləndirilən şəxs və X8 avtomobildən düşmüşlər. Onlara özlərini təqdim edib Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onların narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduqlarını bildirmişlər. Şifahi olaraq üzərilərində narkotik vasitə və ya psixotrop maddələr olub-olmamasını soruşan zaman ilkin olaraq özünü Dilavər Səmədov kimi təqdim edən şəxs özünün taksi sürücüsü olduğunu, pul qarşılığında Zaur Quliyev və Təqsirləndirilən şəxs qardaşı İbrahim Səmədovla birlikdə Cəlilabad rayonuna gətirdiyini başqa heç nədən məlumatının olmadığını, üzərində narkotik vasitə və psixtrop maddə olmadığını demişdir. X16, İbrahim Səmədov və Təqsirləndirilən şəxs kimi təqdim edən şəxslər özlərinin narkotik vasitə aludəçisi oluqlarını hazırda üzərilərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişlər. Həmin şəxslər ayrı-ayrılıqda digər şəxslərin üzərində narkotik vasitə və psixotrop maddə olmasından məlumatlarının olmadıqlarını bildirmişlər. Həmin şəxslərin saxlanıldığı yerdə şəxsi axtarış aparılması üçün şərait olmadığından Cəlilabad rayon polis şöbəsinin inzibati binasına dəvət etmişlər. “Ravon Nexia” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili polis şöbəsinin müvəqqəti duracağına yerləşdirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs Cəlilabad Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı İbrahim Əsədli tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Sonra isə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş əşya və ya predmet vardırsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükülü çıxarıb təqdim edərək, həmin bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükülüyə baxış keçirilərkən həmin bükülünün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin psixotrop maddə metamfetamini 16 yanvar 2023-cü il tarixdə Bakı şəhərində “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 40 manat pul müqabilində aldığını, Zaur Quliyev, İbrahim Səmədov, Dilavər Səmədov və hər hansı digər şəxsin həmin psixotrop maddə metamfetaminin onun üzərində olmasından məlumatının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Beləliklə şəxsi axtarış yekunlaşmış, şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş və onlar da həmin protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid3, Cəlilabad RPŞ-nin İTB-nin polis nəfəri Şahid4, Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid5 və Cəlilabad RPŞ-nin KQ-nın D və FH üzrə kiçik inspektor təlimatçısıŞahid6 Şahid1 ifadəsində göstərdiyi müvafiq hallarla bağlı analoji ifadə vermişdirlər. İş materiallarına əlavə olunmuş 17 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükülüdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X2 Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2023-cü il tarixli, 233 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya) xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası ƏN-nin MEM-nin X10 tərəfindən verilmiş məhkəməkimyəvi ekspertizanın xx.xx.2023-cü il tarixli 19/69 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə.....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -1.391 qram olan ağ rəngli kristalşəkilli olan maddə metamfetamindir. Psixotrop maddə metamfetaminin təmiz çəkisi – 1.391 qram, cəmi tədqiqata sərf edildi – 0.05 qram, qalıq -1.341 qramdır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona, təqsirli bilindiyi həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzə rəalır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2017-ci il tarixli 2744 saylı “Əfv” Sərərcamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, Nəsimi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7 (007)-187/2022 saylı qərarı ilə “8 Noyabr” –Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 Noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən çəkilməmiş hissəsi 6 ay azaldılmış, cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən “qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır”. Həmin Məcəllənin 18.2.1-ci maddəsində göstərilmişdir ki, “qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda” – cinayətlərin residivi təhlükəli sayılır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsaən “ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan axırıncı iki hökm üzrə məhkumluqları ödənilməmiş və götürülməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən ağır və az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluqları ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə novundə cəza cəkmişsə, azadlıqdan məhrum etmə növundə cəzanın ciddi rejimli cəzacəkmə müəssisələrində cəkilməsi müəyyən edilir. İşdə olan Cəlilabad rayon məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə, iş üzrə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi-1.341 qram olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə cəmi 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə... Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi-1.341 qram olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə cəmi 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) ödənilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökm elan olunduğu və alındığı andan 20 (iyirmi) gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-76/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-76/2023
11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver