Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-77/2023 02.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi FeyzullazadəƏli Elşən oğlunun, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) X3 iştirakları ilə, xx.xx.1981-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.2-cü maddəsinə əsasən qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 4 (dörd) gününü çəkməkdən azad edilmiş və cəza müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəməiclasındabaxaraq, müəyyənetdi: Təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, 17 yanvar 2023cü il tarixdə, saat 12 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu, Fərzilli kəndi ərazisində saxlanılaraq Cəlilabad rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 01 ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 3,002 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2021-ci ilin oktyabr ayında azadlığa çıxmışdır. 2022-ci ilin yanvar ayında bağırsağında yaranan narahatlıqla bağlı ağır əməliyyat keçirmişdir. Həmin vaxtdan sonra bədənində güclü ağrılar olmuşdur. Bu səbəbdən ağrılarını azaltmaq məqsədilə narkotik vasitə olan tiryəkdən istifadə etməyə başlamışdır. Hər gün istifadə etməsə də ağrıları olan zaman istifadə etmişdir. Həmin narkotik vasitəni əvvəllər tanımadığı şəxslərdən müxtəlif qiymətlərə almışdır. Son olaraq təxminən iki ay bundan öncə qeydiyyatda olduğu Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ilə yaxınlıqda yerləşən Abşeron rayonu, Hökməli qəsəbəsinə getmişdir. Həmin vaxt bədənində ağrılar olduğundan narkotik vasitə tiryək almaq qərarına gəlmişdir. Əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı və adını bilməsə də üzdən tanıdığı şəxsə yaxınlaşmışdır. Onunla salamlaşıb söhbət etməyə başlamışdır. Söhbət zamanı həmin şəxsə narkotik vasitə istifadə etdiyini, bu səbəbdən bədənində ağrılar olduğunu bildirmişdir. Adını bilmədiyi şəxs əgər istəsə onun üçün narkotik vasitə olan tiryək təşkil edə biləcəyini demişdir. Onunla razılaşdıqdan sonra üzərində olan bir ədəd bükümü şalvarının cibindən çıxarıb ona vermişdir. Həmin bükümdə təxminən dörd qrama yaxın narkotik vasitə olan tiryək olduğunu bildirmişdir. Bunun qarşılığında 10 manat pulu ona verməkyə razılaşmışdır. Ona minnətdarlıq edib həmin bükülünü götürüb əynində olan şalvarın cibinə qoymuşdur. Bundan sonra həmin şəxslə sağollaşmış və yaşadığı evinə getmişdir. Həmin gün aldığı narkotik vasitənin az hissəsini istifadə etmişdir. Qalan hissəsini isə daimi olaraq üzərində gəzdirmişdir. Buna səbəb isə ağrı olan zaman istifadə etməyi olmuşdur. X10 uzun müddətdir ki, tanımışdır. Belə ki, Səmədlə birlikdə Beyləqan rayonunda yerləşən hərbi hissədə xidmətdə olmuşdur. X4 və Şahid7 isə ümumiyyətlə tanımamışdır. Onlarla aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. 16 yanvar 2023-cü il tarixdə Səmədlə görüşmüşdür. Söhbət əsnasında Lənkəran rayonunda yaşayan hər ikisinə münasib olan Elnur adlı şəxsin yaşadığı ünvana qonaq getmək barədə razılaşmışlar. Səməd və onun avtomobili olmadığından taksi danışmalı olmuşlar. Səməd özünün tanışı olduğunu, bu səbəbdən həmin şəxslə əlaqə saxlayacağını bildirmiş və onunla razılaşmışdır. 17 yanvar 2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhərində Səmədlə görüşmüşdür. Səməd tanışı olan Dilavər adlı şəxslə Lənkərana gedib qayıtmaq müqabilində 160 manat pula razılaşdığını demişdir. Səməd yol uzun olduğu üçün Dilavərin qardaşı İbrahimin də gedəcəyini və avtomobili ikisinin idarə edəcəyini demişdir. O, etiraz etməmiş və Bakı şəhərindən Lənkəran rayonu istiqamətində yola düşmüşlər. «Ravon» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili Dilavər idarə etmişdir. Həmin gün saat 12 radələrində Cəlilabad rayonu ərazisindən keçən zaman onlarla birlikdə Beyləqan rayonunda hərbi xidmətdə olan Cəlilabad rayonu Fərzili kənd sakini Vüsal adlı şəxslə görüşmək qərarına gəlmişlər. Dilavərdən xahiş edib onları Cəlilabad rayonu Fərzili kəndinə aparmasını istəmişlər. Həmin kəndə daxil olduqdan sonra Vüsal adlı tanışının evinin ünvanını dəqiq bilmədikləri üçün yolun kənarında dayanıb kənd sakinlərindən ünvanı soruşmaq istəmişlər. Dilavər idarə etdiyi avtomobili yolun kənarına verib saxlamışdır. Bu zaman mülki formada olan bir neçə nəfər şəxs onlara yaxınlaşaraq Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim emişlər. Onlar qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığını görüb onlarla birlikdə Cəlilabad rayon polis şöbəsinə gəlməyini bildirmişlər. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Polis geyimində olan və özünü Cəlilabad rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı İbrahim Əsədli kimi təqdim edən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi1 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərinə aparılacaq şəxsi axtarış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması barədə təhqiqatçı məlumat vermişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyini istəməsi barədə təklif etmişdir. Əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan paketdə olan tiryəki təqdim etmişdir. Təhqiqatçı tərəfindən təqdim etdiyi bükülü elektron tərəzidə çəkilmiş və çəkisinin 2,94 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bundan sonra təhqiqatçı həmin kütlənin nə olması və nə məqsədlə üzərində gəzdirməyi barədəona şifahi sual vermişdir. O, həmin kütlənin narkotik vasitə tiryək olduğunu, həmin kütləni Abşeron rayonu, Hökməli qəsəbəsində tanımadığı şəxsdən 10 manat pulun qarşılığında aldığını və ağrıları olduğu üçün şəxsi istifadə məqsədilə üzərində saxladığını demişdir. Bundan sonra üzərinə axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra üzərinə axtarış barədə protokol tərtib olunmuş və həmin protokolu o da imzalamışdır. Ondan sonra ardıdıcıllıqla Səməd Əliyev, İbrahim Səmədov və Şahid7 üzərinə baxış keçirilmişdir. Yekunda sərnişin olduğu Dilavərin idarə etdiyi “Nexia Ravon” markalı avtomobilə onların iştirakı ilə baxış keçirilmişdir. Lakin avtomobildən qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra avtomobilə baxış barədə protokol tərtib olunmuş və imzalarla həmin protokol təsdiq edilmişdir. Onun üzərində şəxsi axtarış aparılan zaman və ya ona yaxınlaşan zaman polis əməkdaşları ona qarşı heç bir zorakılıq hərəkətləri etməmişlər. O, narkotik vasitə satmamışdır. Sadəcə olaraq istifadə edir. X14, X4 və Şahid7 narkotik vasitə istifadə etməsi, həmin şəxslərin üzərində qanunla qadağan olunan hər hansı maddə və ya predmetin olmasından məlumatı olmamışdır. Bundan əlavə həmin şəxslərlə birlikdə narkotik vasitələrin əldə edilməsi, daşınması, istifadə edilməsi və ya satışının həyata keçirilməsi barədə qabaqcadan aralarında razılıq olmamışdır. Hazırda əməlindən səmimi peşmandır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, 17 yanvar 2023-cü il tarixdə narkotik vasitələri qanunsuz olaraq əldə edib üzərində daşımaqda şübhəli olan Təqsirləndirilən şəxs şəxsiyyəti onlara məlum olmayan şəxsə məxsus “Nexia Ravon” markalı avtomobillə Cəlilabad rayonu ərazisinə daxil olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə 17 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs və onunla birlikdə olan şəxslərin qanunsuz olaraq narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi, eləcə də onun narkotik vasitələri əldə etdiyi mənbənin ifşa edilməsi, müəyyən olunaraq saxlanılması və müvafiq qaydada saxlanıldıqdan sonra üzərinə şəxsi axtarış keçirilməsi, onunla birlikdə olan şəxsin müəyyən edilməsi, həmin şəxsin Təqsirləndirilən şəxslə olan əlaqələrinin aydınlaşdırılması ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Cəlilabad rayon polis şöbəsinin rəisinin əmri əsasında onun rəhbərliyi ilə Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı İbrahim Əsədlidən, qrup üzvü kimi Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid6, X1 sahə polis nəfəri Şahid3, Post-Patrul Xidməti bölüyünün polis nəfəri Şahid5 və polis nəfəri Şahid4 ibarət tərkibdə əməliyyat-təhqiqat qrupu yaradılmışdır. Bundan sonra ona verilən məlumata əsasən Cəlilabad şəhəri, H.Əliyev prospektində əməliyyat tədbirini qurmuşlar. 17 yanvar 2023-cü il tarixdə saat 12 radələrində şübhəli olan “Ravon Nexia” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cəlilabad rayonu, Fərzili kəndində dayandığını görmüşlər. Həmin avtomobilə yaxınlaşan zaman sərnişinlərin avtomobildən düşməsini istəmişlər. Avtomobildə olan dörd nəfər, adlarını sonradan bildiyi Təqsirləndirilən şəxs, Şahid7, X14 və X4 avtomobildən düşmüşlər. Onlara özlərini təqdim edib Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onların narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduqlarını bildirmişlər. Şifahi olaraq üzərində narkotik vasitə və ya psixotrop maddələr olubolmamasını soruşan zaman ilkin olaraq özünü Şahid7 kimi təqdim edən şəxs özünün taksi sürücüsü olduğunu, pul qarşılığında Təqsirləndirilən şəxs və Səməd Əliyevi qardaşı İbrahim Səmədovla birlikdə Cəlilabad rayonuna gətirdiyini başqa heç nədən məlumatının olmadığını və üzərində narkotik vasitənin olmadığını demişdir. Özlərini Təqsirləndirilən şəxs, İbrahim Səmədov və Səməd Əliyev kimi təqdim edən şəxslər özlərinin narkotik vasitə aludəçisi oluqlarını, hazırda üzərilərində narkotik vasitə olduğunu bildirmişlər. Həmin şəxslər ayrı-ayrılıqda digər şəxslərin üzərində narkotik vasitə olmasından məlumatlarının olmadıqlarını bildirmişlər. Həmin şəxslərin saxlanıldığı yerdə şəxsi axtarış aparılması üçün şərait olmadığından Cəlilabad rayon polis şöbəsinin inzibati binasına dəvət etmişlər. “Ravon Nexia” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili polis şöbəsinin müvəqqəti duracağına yerləşdirmişlər. Daha sonra birlikdə təhqiqatçı İbrahim Əsədlinin xidməti otağına daxil olmuşlar. Təhqiqatçı ilkin olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində Cəlilabad rayon vəkillər bürosunun vəkili Müdafiəçi1 dəvət olunduqdan sonra təhqiqatçı İbrahim Əsədli şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin başlanıldığını və şəxsi axtarış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf bükülünü təqdim etmiş və narkotik vasitə tiryək olduğunu bildirmişdir. Həmin bükülü açıldıqdan sonra içərisində narkotik vasitə tiryəkə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Təqdim olunan kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik vasitə müvafiq qaydada qablaşdırılıb üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 141 saylı möhrü ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmişdir. Üzərindən “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmişdir. Lakin əlavə olaraq dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni haradan və nə məqsədlə əldə edilməsi soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni təxminən iki ay öncə Hökməli qəsəbəsində tanımadığı şəxsdən 10 manat pulun müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Yekunda təhqiqatçı tərəfindən şəxsi axtarışın aparılması barədə protokol tərtib olunmuş və həmin protokolu imzalamışlar. Daha sonra təhqiqatçı tərəfindən X14 və X4 şübhəli şəxs qismində tutularaq üzərilərinə müvafiq qaydada şəxsi axtarış keçirilmişdir. Son olaraq təhqiqatçı tərəfindən Şahid7 şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Şahid7 ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində Cəlilabad rayon vəkil bürosunun vəkili X11 dəvət olunduqdan sonra təhqiqatçı İbrahim Əsədli şübhəli şəxs Şahid7 üzərinə şəxsi axtarış keçirilməsinin başlanıldığını və şəxsi axtarış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra təhqiqatçı şübhəli şəxs Şahid7 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini təklifetmişdir. Şahid7 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet olmadığını bildirmişdir. Təhqiqatçı tərəfindən Şahid7 üzərinə şəxsi axtarış davam etdirilmişdir. Lakin Şahid7 üzərindən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Şahid7 ona verilən şifahi suala cavab olaraq idarə etdiyi avtomobildə narkotik vasitə olmadığını bildirmişdir. Yekunda təhqiqatçı tərəfindən şəxsi axtarışın aparılması barədə protokol tərtib olunmuş və həmin protokolu imzalamışlar Şahid7 idarə etdiyi və saxladıldıqdan sonra Cəlilabad rayon polis şöbəsinin müvəqqəti duracağına yerləşdirilmiş “Ravon Nexia” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə təhqiqatçı tərəfindən baxış keçirilməyə başlanılmışdır. Şahid7 “Ravon Nexia” markalı, **- PX-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etməsini xahiş etmişdir. Şahid7 “Ravon Nexia” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet olmadığını bildirmişdir. Təhqiqatçı tərəfindən avtomobilə baxış davam etdirilmiş, lakin “Ravon Nexia” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobildən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Yekunda təhqiqatçı tərəfindən baxışın aparılması barədə protokol tərtib olunmuş və həmin protokol imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4, Şahid5 və Şahid6 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X10 uzun müddətdir tanımışdır. Onunla aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs isə ümumiyyətlə tanımamışdır. Aralarında razılıq olduqdan sonra qardaşı İbrahim Səmədovla birlikdə “Nexia Ravon” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili günlük 25 manat müqabilndə icarəyə götürmüşlər. Həmin avtomobillə qardaşı İbrahimlə birlikdə Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olub çörək pulunu qazanmışdır. Avtomobili birlikdə növbəli şəkildə idarə etmişlər. 16 yanvar 2023-cü il tarixdə axşam radələrində tanışı Səməd Əliyev onunla əlaqə saxlayaraq bir nəfər tanışı ilə Lənkəran rayonuna getmək istədiyini bildirmişdir. O, Dilavərlə məsləhətləşdikdən sonra 160 manat pulun qarşılığında X9 rayonuna getməyə razılaşmışdır. 17 yanvar 2023-cü il tarixdə, saat 09 radələrində Səməd Əliyev və onun tanışı adını sonradan bildiyi Təqsirləndirilən şəxs ilə Bakı şəhərində görüşmüşlər. Onlarla salamlaşıb dərhal Lənkəran rayonu istiqamətində yola düşmüşlər. Avtomobili o, idarə etmişdir. İbrahimlə aralarında olan razılaşmaya əsasən qayıdarkən avtomobili İbrahim idarə edəcəkmiş. Həmin gün saat 12 radələrində Cəlilabad rayonu ərazisindən keçən zaman Səməd Əliyev və Təqsirləndirilən şəxs onlarla birlikdə Beyləqan rayonunda hərbi xidmətdə olan Cəlilabad rayonu, Fərzili kənd sakini Vüsal adlı şəxslə görüşmək istədiklərini bildirib, ondan xahiş edərək onları Cəlilabad rayonu, Fərzili kəndinə aparmağını istəmişlər. Həmin kəndə daxil olduqdan sonra Vüsal adlı şəxsin evinin ünvanını dəqiq bilmədikləri üçün yolun kənarında dayanıb kənd sakinlərindən ünvanı soruşmaq istəmişlər. İdarə etdiyi avtomobili yolun kənarına verib saxlamışdır. Bu zaman mülki formada olan bir neçə nəfər şəxs onlara yaxınlaşaraq Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Onların qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşlarının şifahi sorğusuna İbrahim, Zaur və Səməd cavab verərək üzərilərində narkotik vasitə olduğunu bildirmişlər. O, isə polis əməkdaşlarına üzərində narkotik vasitə olmadığını demişdir. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığını görüb onlarla birlikdə Cəlilabad rayon polis şöbəsinə gəlməyini bildirmişlər. Polis şöbəsinə gəldikdən sonra onun idarə etdiyi “Nexia Ravon” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil polis şöbəsinin müvəqqəti duracağına yerləşdirilmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs və Səməd Əliyevin üzərində şəxsi axtarış aparılmışdır. Bir müddət sonra onu xidməti otağa gətirmişlər. Polis formasında olan şəxs özünü təhqiqatçı X2 təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə, üzərində saxlamaqda, daşımaqda şübhəli olduğunu bildirmişdir. Bu səbəbdən onun üzərində şəxsi axtarış aparılacağını demişdir. Təhqiqatçı onun şübhəli şəxs qismində tutulduğunu bildirmiş, o, ərizə yazaraq dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi ilə təmin edilməyini xahiş etmişdir. Ona Cəlilabad rayon Vəkil Bürosunun vəkili X11 müdafiəçi qismində təyin edilmişdir. O, Anar Ağayevin hüquqlarını müdafiə etməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlayan zaman təhqiqatçı İbrahim Əsədli ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməyini təklif etmişdir. O, polis əməkdaşına üzərində qanunla dövriyyəsi qadağan olunan heç bir predmet və ya maddə olmadığını demişdir. Üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir predmet aşkar olunmamışdır. Təhqiqatçının ona verdiyi şifahi sualına cavab olaraq qardaşı İbrahim Səmədov, Təqsirləndirilən şəxs və Səməd Əliyevin əməllərindən məlumatının olmadığını və taksi sürücüsü kimi 160 manat pulun qarşılığında Səməd Əliyevin xahişi ilə Cəlilabad rayonu ərazisinə gəldiyini, Səmədin ona tanışı ilə birlikdə Lənkəran rayonuna getmək istədiyini dediyini bildirmişdir. Şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra polis şöbəsininin duracağına yerləşdirilən onun idarə etdiyi «Ravon Nexia» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçiriləcəyi nəzərinə çatdırılmışdır. Onların və müdafiəçilərinin iştirakı ilə nəqliyyat vasitəsinə təhqiqatçı tərəfindən baxış keçirilməyə başlanmışdır. Baxışdan öncə ərizə ilə müraciət edib polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Baxışa başlayan zaman təhqiqatçı İbrahim Əsədli ona avtomobildə dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməyini təklif etmişdir. O, polis əməkdaşına idarə etdiyi avtomobildə qanunla dövriyyəsi qadağan olunan heç bir predmet və ya maddə olmadığını demişdir. Avtomobilə baxış davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir predmet aşkar olunmamışdır. Baxış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən sellofona bükülmüş 1 ədəd bükümdə həmin narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X6 Bölməsi tərəfindən verilmiş 17 yanvar 2023-cü il tarixli, 19/68 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik maddəyə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 3,002 qram olan maddə xaş-xaşdan kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir (tədqiqata sərf olundu 0,05 qr., qalıq 2,952 qr). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 66 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindormu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyta alınması məsləhət görülür. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmasının əvvəli 17 yanvar 2023-cü ildən hesablanmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxsona istinadolunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsəməli ibtidaiistintaqorqanıtərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. İşdə olan tələbnamədən və sənədlərdən görünür ki, təqsirləndirilən şəxs Quliyev X7 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək, qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 4 (dörd) gününü çəkməkdən azad edilmiş və cəza müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinəəsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarsından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinəəsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza cəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzacəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,952 qram olan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 2,952 qram olan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(073)-77/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-77/2023
02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver