Məhkəmə qərarları › İş №1(073)-77/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-77/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-77/2024 16.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxx 1994-cü il tarixdə Cəlilabad rayonu, Qarazəncir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Qarazəncir kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə istintaqa məlum olmayan müddətdə 2023-cü ilin noyabr ayının əvvəllərində saat 23 radələrində sərxoş vəziyyətdə Cəlilabad rayonu Qarazəncir kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə həmin evin ikinci mərtəbəsinin açıq pəncərəsindən qanunsuz daxil olaraq, evin qonaq otağında olan 680 (altı yüz səksən) manat dəyərində olan 1 ədəd qara rəngli Türkiyə istehsalı olan “Grundig” markalı “28VLE4401BF” modelli televizoru, 30 (otuz) manat dəyərində 1 ədəd “Starsat” markalı “SR- 5050HD” modelli peyk qəbuledici aparatı, evin mətbəxindən isə 80 (səksən) manat dəyərində olan 1 ədəd boz rəngli “ZUBR” markalı “ZDU-800GR” modelli direl aparatı, 220 (iki yüz iyirmi) manat dəyərində 1 ədəd qırmızı-boz rəngli üzərində markalanma göstəricilərinə dair heç bir məlumat olmayan orta ölçülü perforatoru gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs1 1010 (bir min on) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə 26 noyabr 2023-cü il tarixdə, saat 22 radələrində sərxoş vəziyyətdə Cəlilabad rayonu Qarazəncir kəndində yaşayan Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinə zirzəminin nəfəsliyinin şüşəsini həyətdən götürdüyü daş parçası sındırdıqdan sonra həmin nəfəslikdən mənzilə qanunsuz daxil olub, mənzildə olan 450 (dörd yüz əlli) manat dəyərində 1 ədəd “LG” firmasına məxsus paltaryuyan və 550 (beş yüz əlli) manat dəyərində 1 ədəd “Veko” firmasına məxsus soyuducunu götürüb evdən çölə çıxartmaq istəyərkən həyətdən səs eşitdiyi üçün öz iradəsindən asılı olmadan cinayət əməlini başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli hesab edərək ifadəsində göstərdi ki, 2023-cü ilin noyabr ayının əvvəllərində o, yaşadığı kənd ərazisində olan kafelərin birində spirtli içki qəbul etmişdir. Həmin vaxt həm də maddi cəhətdən çətinliyi olmuşdur. Ona görə də oğurluq etmək qərarına gəlmiş, həmin tarixdə saat 23 radələrində öz yaşadığı ünvana piyada hərəkətdə olarkən, Qarazəncir kəndinin çıxacağında yerləşən Zərərçəkmiş şəxs1 məxsus ünvan qarşısına çıxmış, həmin mənzilin işıqlarının yanmadığını görmüşdür. O, həmin ünvana dəmir setkanm üzərindən adlayaraq daxil olmuş, mənzilin göy rəngli giriş qapısı olmuş, həmin qapı bağlı olduğu üçün, o, ona görə mənzili fırlanmağa başlamışdır. Mənzilin sağ tərəfinə keçmiş, həmin istiqamətdə ikinci mərtəbədə olan pəncərənin açıq olduğunu görmüş, həmin pəncərənin qarşısında taxta nərdivan olmuşdur. Taxta nərdivandan istifadə edərək ikinci mərtəbənin pəncərəsindən mənzilin yataq otağına daxil olmuşdur. O, əvvəlcə pul, qızıl-zinət və digər qiymətli əşya oğurlamaq üçün mənzili axtarmağa başlamışdır. Lakin pul və qızıl zinət tapa bilməmişdir. Evin ikinci mərtəbəsində olan qonaq otağında qara rəngli “Grundig” markalı televizoru görmüşdür. Əvvəlcə həmin televizoru ona qoşulmuş olan kanal ötürücü ilə birlikdə götürüb mənzilə daxil olduğu pəncərədən həyətə düşürtmüşdür. Daha sonra yenidən evə eyni yolla daxil olub, mənzilin içərisini gəzməyə başlamışdır. Mətbəxə daxil olub, orada 1 ədəd direl və 1 ədəd texniki dağıdıcmm (preparator) olmasını görmüş, hər iki əşyanı çantası ilə birlikdə götürüb, nərdivandan aşağı düşürtmüşdür. Oğurladığı əşyaları özülə gətirdiyi kisəyə qoymuşdur. Həmin gün o, oğurladığı əşyaları yaşadığı ünvana aparmış və həyətində olan toyuq damında gizlətmişdir. Səhəri gün o, oğurladığı əşyaları sellofan torbalara yığaraq Salyan rayonu Qarabağlı kəndinə nənəsi Qəndilə Mirzəyevaya məxsus ünvana aparmışdır ki, satsın. O, həmin əşyaları həmin ünvanın zirzəmisində gizlətmiş, lakin həmin əşyaları sata bilməmişdir. Bundan başqa o, 26 noyabr 2023-cü il tarixdə Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən “Xəzri” Şadlıq sarayında həmkəndlisi Bəhruz adlı şəxsin azyaşlı övladının kiçik toy məclisində iştirak etmiş və həmin məclisdə spirtli içki qəbul edib məclisi tərk etmişdir. Avtomobil yoluna çıxıb orada tanımadığı şəxsin idarə etdiyi hal-hazırda tam olaraq markasını xatırlamadığı “Jiquli” markalı avtomobilə əyləşib, sürücüdən Cəlilabad rayonu, Qarazəncir kəndindəki “Yeni məhlə” adlanan yerə aparmasını xahiş etmişdir. Bir neçə dəqiqə sonra əyləşdiyi avtomobilin sürücüsü onu həmin yerə gətirib çıxarmış, o, avtomobildən yerə enib, ətrafa göz gəzdirmiş və sağ tərəfində 2 (iki) mərtəbəli ev görmüşdür. Həmin evin dəbdəbəli olmasını görüb, həmin mənzildə çoxlu pul və dəyərli qızıl zinət əşyası olmasını düşünmüşdür. Həmçinin o, həmin mənzilin işıqlarının hər zaman sönülü olduğunu, evdə kimsənin yaşamadığını əvvəlcədən bilmişdir. Ona görə də həmin evə daxil olmaq qərarına gəlmiş, bunun üçün qeyd etdiyi evin həyətyanı sahəsinə evin ətrafına çəkilmiş dəmir üstlərdən ibarət hasarı təpikləyib evin həyət qapısını açıb evin həyətinə daxil olmuşdur. Əvvəlcə evin giriş qapısını yoxlamış, lakin qapının kilidli olmasını görüb, həmin evin zirzəmisindəki nəfəsliyin (kiçik pəncərənin) şüşəsini yumruqla vurub sındırmış və evin zirzəmisinə daxil olmuşdur. Oradan isə yuxarı qalxaraq evin hər bir otağına göz gəzdirməyə başlamış, nə isə qiymətli əşya və ya pul əldə edə biləcəyini düşünərək gəzdiyi otaqlarda olan əşya və paltarları dağınıq hala salmış, lakin heç nə əldə bilmədiyindən həmin evin qonaq otağında olan taxta qapının şüşə çərçivələrini yumruqla vurub sındırmışdır. Daha sonra o, mətbəxə daxil olmuş və mətbəxdə olan paltaryuyan və soyuducunu oğurlamaq qərarına gəlmişdir. Paltaryuyan və soyuducunu yerindən tərpədib qapı tərəfə çəkmək istəyərkən evin həyətində səs-küy eşitmiş və bu niyyətini relallaşdıra bilməmişdir. Həyətə çıxarkən həmin an tanımadığı şəxslər onu tutub saxlamış, az sonra həmin yerə polis əməkdaşları gəlmiş və onu Cəlilabad RPŞ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Cəlilabad RPŞ-nə gəlmişdir. Polis şöbəsində səmimi olaraq noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə də qanunsuz olaraq daxil olub oğurluq etdiyini etiraf etmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmişdir. Bunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsi özünün etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı ifadə verərək göstərdi ki, o, beş ildir ki, işi ilə əlaqədar ünvan 2 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. Həftədə bir dəfə Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən fərdi yaşayış evini yoxlamağa gəlir. Sonuncu dəfə 23 noyabr 2023-cü il tarixdə məhrum atası Poladxan İskəndərovun cümə axşamı mərasimi ilə əlaqədar həmin evə gəlmiş və həmin tarixdə axşam saatlarında Bakı şəhərinə qayıtmışdır. 26 noyabr 2023-cü il tarixdə saat 22 radələrində ona məxsus Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığında yaşayan bacısı X3 onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq, ona məxsus evdə işıq gəldiyini, evin içərisində kiminsə əl fənəri ilə gəzdiyini demişdir. O, dərhal yaxınlıqda yaşayan qonşularına və DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Polis əməkdaşları yaşadığı ünvana gələndən sonra ona məlum olmuşdur ki, evinə qanunsuz daxil olan şəxs Cəlilabad rayonu Qarazəncir kənd sakini Təqsirləndirilən şəxs adlı şəxsdir. O, 27 noyabr 2023-cü il tarixdə Cəlilabad rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Onun iştirakı ilə yaşadığı Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən fərdi yaşayış evinin otaqlarına və həyətinə baxış keçirilmişdir. Həmin vaxt ona məlum oldu ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana qanunsuz daxil olub, evi dağınıq vəziyyətə salsa da, heç bir qiymətli əşya və pul oğurlamamışdır. Bununla yanaşı Təqsirləndirilən şəxs ona məxsus fərdi yaşayış evinin qonaq otağının taxta qapısının bir neçə şüşə çərçivəsini, habelə evinin zirzəmisinin nəfəsliyinin şüşə çərçivəsini, digər bir nəfəsliyin isə kilid hissəsini qırıb daxil olmuşdur. Bununla yanaşı Təqsirləndirilən şəxs evin mətbəxində olan 1 ədəd paltaryuyanı və 1 ədəd soyuducunu yerindən tərpətmiş, evin hasarlanmasında istifadə olunmuş dəmir üstlərdən ibarət hasar üstlərin bir neçəsini əzmiş və evinin qarşısına çəkmiş olduğu təxminən 10 metr uzunluğunda dəmir məftildən olan çəpəri bərbad günə salmışdır. Hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ona tam ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də ona yüngül cəza təyin edilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə göndərərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, səhhəti ilə bağlı məhkəməyə gələ bilmədiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Ocaqlı kəndində anadan olmuş, hazırda Cəlilabad rayonu Qarazəncir kəndində ailə üzvlərilə birlikdə yaşayır. O, ancaq isti aylarda Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən ünvanında yaşayır. Qalan vaxtlarda isə Bakı şəhərində yaşayır və nəzarət etmək məqsədilə mütəmadi şəkildə Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən fərdi yaşayış evinə gəlib-gedir. Sonuncu dəfə təxminən oğurluqdan 2 həftə əvvəl Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən həmin yaşayış evinə gələrək baxdıqdan sonra çıxıb getmişdir. 08 noyabr 2023-cü il tarixdə səhər saatlarında yenidən həmin evinə gəlmişdir. Evə daxil olan zaman qonaq otağında olan 1 ədəd “Grundig” markalı televizorun yerində olmadığını, yəni həmin televizorun oğurlandığını, habelə həmin otaqda olan “LG” markalı kondisionerin isə oğurlanmasına cəhd edildiyi aşkar etmiş və dərhal bu barədə Azərbaycan Respublikası DİN-nin “102” Xidməti-Zəng Mərkəzinə zəng edib məlumat vermişdir. Sonradan isə həmin evində olan bəzi əşyaların yerində olub-olmadığını nəzərdən keçirən zaman evinin həmin otağında olan 1 ədəd TV kanal ötürücü cihazın, habelə həmin otaqda ləvazimat şkafında olan 1 ədəd Direl və 1 ədəd texniki dağıdıcı cihazın (preparatrm), habelə digər otaqlarda olan qab-qacağın (mətbəx əşyalarının), 1 ədəd “Ariel” markalı paltar yuyucu məmulatın (paraşokun) və 1 ədəd baltanın naməlum şəxs (şəxslər) tərəfindən oğurlanmasını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş şahid X4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Salyan rayonu Qarabağlı kəndində anadan olmuşdur. Təqsirləndirilən şəxs onun bacısı Yazgülün oğludur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X5 əvvəllər tanımamış, həmin şəxslər ilə arasında nifaq və münaqişə olmamışdır. Bacısı oğlu Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1 məxsus ünvandan oğurluq və 26 noyabr 2023-cü il tarixdə Zaur İsgəndərova məxsus ünvandan oğurluq etməyə cəhd etməsini Babək tutulandan sonra bilmişdir. Bacısı oğlu Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1 məxsus ünvandan oğurladığı əşyaları yaşadığı ünvanın həyətində toyuq damında gizlətməsindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs həmin əşyaları o, evdə olmadığı müddətdə gətirib gizlətmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Salyan rayonu Qarabağlı kəndində anadan olmuşdur. Təqsirləndirilən şəxs onun kiçik oğludur. Zərərçəkmiş şəxs1 həmkəndlisi olsa da əvvəllər tanımamış, aralarında nifaq və münaqişə olmamışdır. X6 da həmkəndlisi olsa da əvvəllər tanımamış, aralarında nifaq və münaqişə olmamışdır. Oğlu Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1 məxsus ünvandan oğurluq və 26 noyabr 2023-cü il tarixdə Zaur İsgəndərova məxsus ünvandan oğurluq etməyə cəhd etməsini Təqsirləndirilən şəxs tutulan zaman bilmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1 məxsus ünvandan oğurladığı əşyaları X2 məxsus ünvana apararaq gizlətməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonu Məlimqasımlı kəndində anadan olmuş, hazırda Cəlilabad rayonu Qarazəncir kəndində ailə üzvlərilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs2 onun qardaşıdır. Qardaşı Zaurun evi onun yaşadığı ünvanın yaxınlığında yerləşir. Zərərçəkmiş şəxs2 işi ilə əlaqədar olaraq Bakı şəhərində yaşayır. Qardaşı Zaurun evinə o, nəzarət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 26 noyabr 2023-cü il tarixdə saat 22 radələrində qardaşı Zərərçəkmiş şəxs2 məxsus evin içərisində işığın yandığını görmüşdür. Dərhal bu barədə qardaşı Zaura və ailə üzvlərinə məlumat vermişdir. Sonradan Babək adlı şəxsin qardaşı Zərərçəkmiş şəxs2 məxsus mənzilə qanunsuz daxil olaraq həmin mənzildən paltaryuyan maşın və soyuducunu oğurlamaq istəyərkən çöldən səs küy gəldiyi üçün niyyətini həyata keçirə bilməməsini öyrənmişdir. Cinayət işinə əlavə olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 09 noyabr 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus ünvanda yerləşən fərdi yaşayış evidir. Cinayət işinə əlavə olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 27 noyabr 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs2 məxsus ünvanda yerləşən fərdi yaşayış evidir. Cinayət işinə əlavə olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 27 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən oğurladığı 1 ədəd qara rəngli Türkiyə istehsalı olan “Grundig” markalı “28VLE4401BF” modelli televizoru, 1 ədəd “Starsat” markalı “SR-5050HD” modelli peyk qəbuledici aparatı, 1 ədəd boz rəngli “ZUBR” markalı “ZDU-800GR” modelli direl aparatı, 1 ədəd qırmızı-boz rəngli perforatoru təqdim edərək, oğurladığı əşyaları Saylan rayonu Qarabağlı kəndində yerləşən xalası X1 yaşadığı fərdi yaşayış evinin zirzəmisində gizlətdiyini bildirmişdir. Həmin əşyalar maddi sübut kimi götürülmüşdür. Cinayət işinə əlavə olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 dekabr 2023-cü il tarixli, 19/1063 saylı rəyinə əsasən analoji mallara müvafiq olaraq ekspertiza tədqiqatına təqdim edilmiş malların yuxarıdakı xüsusatları nəzərə alınmaqla 2023-cü ilin sentyabr-oktyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 335,00 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrn-ayrıhqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. 1 ədəd qara rəngli Türkiyə istehalı olan “Grunding” markalı “28VLE4401BF” modelli televizorun 2023-cü ilin sentyabr-oktyabr ayına orta bazar qiyməti 200 manat, 1 ədəd qara rəngli “Starsat” markalı, “SR-5050HD” modelli peyk qəbul edici aparatın 2023-cü ilin sentyabr-oktyabr ayına orta bazar qiyməti 20 manat, 1 ədəd boz rəngli “ZUBR-800GR” modelli direlin 2023-cü ilin sentyabr-oktyabr ayma orta bazar qiyməti 35 manat və 1 ədəd qırmızı-boz rəngli üzərində markalanma göstəricilərinə dair heç bir məlumat olmayan orta ölçülü perforatorun 2023-cü ilin sentyabr-oktyabr ayma orta bazar qiyməti 80 manat müəyyən edilir. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi bu cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Cəlilabad RİHB-nın Qarazəncir kənd İnzibati nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, onlara dəymiş ziyanı könüllü olaraq tam ödəməsi, Azərbaycan Respublikası CMnin 59.1.12, 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması, yaşayış yerində mübət xarakteriz olunması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 27 noyabr 2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 29 noyabr 2023-cü il tarixli “Qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, 29 noyabr 2023-cü il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd qara rəngli Türkiyə istehalı olan “Grunding” markalı “28VLE4401BF” modelli televizorun, 1 ədəd qara rəngli “Starsat” markalı, “SR-5050HD” modelli peyk qəbul edici aparatın, 1 ədəd boz rəngli “ZUBR-800GR” modelli drelin, 1 ədəd qırmızı-boz rəngli üzərində markalanma göstəricilərinə dair heç bir məlumat olmayan orta ölçülü perforatorun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 27 noyabr 2023-cü il tarixdən 29 noyabr 2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonu, Qarazəncir kəndindəki yaşadığı evi tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd qara rəngli Türkiyə istehalı olan “Grunding” markalı “28VLE4401BF” modelli televizorun, 1 ədəd qara rəngli “Starsat” markalı, “SR-5050HD” modelli peyk qəbul edici aparatın, 1 ədəd boz rəngli “ZUBR-800GR” modelli drelin, 1 ədəd qırmızı-boz rəngli üzərində markalanma göstəricilərinə dair heç bir məlumat olmayan orta ölçülü perforatorun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar