Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-78/2024 02.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Cəlilabad rayonu, Prişib şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 az yaşlı uşağı olan, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəməi clasında baxaraq, məhkəmə, M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 11 avqust 2023-cü il tarixdə, saat 21 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri, İ.Kəlbiyev küçəsində yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin qarşısında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, ətrafda yaşayan qonşulara qarşı laqeydlik və etinasızlıq göstərərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb və birgəyaşayış qaydalarını qərəzli surətdə pozub özünü ətrafdakıların fövqündə qoyaraq yumruqla sonuncunun sağ göz nahiyəsinə və təpiklə sol ayaq nahiyəsinə zərbə vuraraq, onda sağ gözaltı nahiyədə qançır, sağ diz oynağı, sağ kürək və sağ bel nahiyəsində sıyrıqlar, sol ayağın 1-ci barmağının dırnaq falanqasında əzilmiş yara əmələ gəlməsi ilə nəticələn sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aidxəsarətlər yetirməklə, təxminən 5 dəqiqə ərzində ətrafdakı insanlarda qorxu və narahatlıq hissi yaratmış, bununla da, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, evlidir, 2 övladı var, ailəsini fəhləlik edərək dolandırır. Zərərçəkmiş şəxs onun qonşusudur, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təxminən cari 2023-cü ilin iyul ayının ortalarında qohumu X2 ona zəng edib qurbanlıq kəsmək üçün quzu lazım olduğunu bildirmişdir. Qonşusu Ceyhunun dəfələrlə ona qoyun saxladığı və istəyən olsa deməsini bildirdiyi yadına düşmüş və Zaura quzu satan bir tanışı var, onunla danışıb alınsa deyəcəkdir. Daha sonra Ceyhuna zəng vurub bir nəfər qohumuna 1 ədəd quzu lazım oduğunu demişdir. Ceyhun quzularına baxandan sonra ona məlumat verəcəyini demişdir. Daha sonra Zaur ona zəng edib məsələnin nə yerdə olduğunu soruşmuş və o, da ona xəbər edəcəyini demişdir. Danışıq zamanı Zaur ona hazırda pulu olmadığını və əgər alınarsa ona niysə quzu tapmağını istəmişdir. Zaura bu barədə dəqiq vəd verməmiş və çalışıb ona kömək edəcəyini demişdir. Zaurla danışdıqdan sonra Ceyhun ona zəng vurub hazırda onda satmaq üçün quzu olduğunu demişdir. Ceyhuna Zaurun quzunu nisyə istədiyini və əgər razıdırsa Zaurla özünün danışıb razılığa gəlməsini bildirmişdir. Ceyhun onunla razılaşmış, bundan sonra Zaurun nömrəsini ona vermiş və onlar özləri aralarında danışıb razılığa gəlmişdir. Təxminən bir həftə sonra Ceyhun ona zəng edib Zaurun onun pulunu vermədiyini bildirmiş və Zaurun həmin quzunun müqabilində ona 208 manat pul verməli olduğunu demişdir. Buna görə Zaura zəng edib Ceyhunun pulunu veribvermədiyini soruşmuş, Zaur 2-3 günə pulu olacağını və həmin zaman Ceyhunun pulunu verəcəyini demişdir. Bundan sonra yenə də Ceyhuna zəng edib iki-üç gün səbr etməsini, bu müddət ərzində Zaurun onun pulunu verəcəyini demiş və Ceyhun da onunla razılaşmışdır. İki gün sonra Ceyhun ona zəng edib Zaurun ona 208 manat pul verməli olduğuna baxmayaraq ona 160 manat pul verdiyini və bu səbəbdən pulu Zaurdan götürmədiyini demişdir. Növbəti gün Zaurun evinə getmiş və ona demişdir ki, Ceyhunun pulunu vermək lazımdır. Zaur özü ilə 160 manat pul götürmüş və onlar təxminən saat 19 radələrində Ceyhunun evinə getmişlər. Ceyhunun evinə gedən zaman yolda Zaurun bir nəfər tanışını görmüşlər, Zaur ondan həmin şəxsi də avtomobilinə götürməyini istəmişdir ki, qayıdanda onlarla gəlsin. Yolda Zaurun tanımadığı tanışını özünə məxsus Ford Transit markalı avtomobilinə götürmüş və onlar birlikdə Ceyhunun evinə doğru getməyə davam etmişdir. Ceyhunun evinin qarşısında avtomobili saxlamış və Zaur avtomobildən düşmüşdür. Həmin zaman Ceyhun evlərinin qarşısında küçədə dayanmışdır. Zaur ona həmin 160 manat pulu vermiş, lakin Ceyhun ondan pulu almayıb pulu tam verməsini istəmişdir. Onların sözlü mübahisə etdiklərini eşidib avtomobildən düşmüş və onların yanına gedib mübahisə etməmələrini demişdir. Ceyhun qışqıraraq Zaura onun pulunu tam verməsini tələb etmişdir. Ceyhuna Zaurun verdiyi 160 manatı pulu almasını və onun qalıq qalan 48 manat pulunu özü verəcəyini demişdir. Ceyhun onlarla razılaşmamış və onun pulunu dərhal vermələrini istəmişdir. Mübahisə əsnasında o, Ceyhunun üz nahiyəsinə yumruq vurmuş və Ceyhun arxasındakı darvazaya dəymişdir. Bir müddət sonra Ceyhunun atası Ağaddin darvazadan çölə çıxmış və həmin zaman onun əlində dəmir parçası görmüşdür. Ağaddin onun avtomobilinə tərəf getmiş və onun avtomobilinə hər hansı bir zərər yetirəcəyindən qorxub dərhal avtomobilinə əyləşib kənara sürüb oradan bir az uzaqlaşmışdır. Zaur da Ağaddinin əlində ki, dəmir parçasını görüb ondan qorxmuş və oradan uzaqlaşıb getmişdir. Qərara gəlmişdir ki, yenidən Ceyhunun evinə getsin və atası Ağaddinə desin ki, onun evinə davadalaş etməyə gəlməmişlər. Ceyhunun evinin qarşısına çatanda yolda Ceyhun və atası Ağaddinin əlində dəmir parçası olduğunu görmüş və qorxuduğundan oradan uzaqlaşmışdır. Hazırda törətdiyi əməldən səmimi peşimandır, Zərərçəkmiş şəxsla barışmışdır. Himayəsində 2 az yaşlı uşağı vardır, ailədə tək qazanc gətirən şəxs özüdür və bütün bu deyilənləri nəzərə alaraq ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımış, Seymur onun qonşusu olmuş, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə Seymur ona zəng edib bir nəfər qohumuna quzu lazım olduğunu və pulunu bir-iki günə verəcəyini demişdir. Onunla bu barədə razılaşmış, Seymurun qohumu Zaur adlı şəxs gəlib quzuya baxmış, quzunun qiymətini 208 manat müqabilində razılaşmışlar və quzunu alıb aparmışdır. Dəfələrlə Seymura zəng edib pulunu istəsə də Seymur müxtəlif bəhanələr gətirərək onun pulunu verməkdən imtina etmişdir. xx.xx.2023-cü il tarixdə Seymura zəng edib pulunu verməsini istəmişdir. Həmin gün təxminən saat 21 radələrində yaşadığı küçədə evlərinin qarşısında dayanmışdır. Seymur ağ rəngli Ford markalı avtomobili ilə onların evinin qarşısında dayanmış, Seymur və ondan quzu alan qohumu Zaur adlı şəxs avtomobildən düşüb ona tərəf gəlmişdir. Zaur cibindən pul çıxarmış, 160 manat olduğunu deyib pulu ona vermək istəmişdir. O, isə Zaura ona 160 manat deyil 208 manat pul verməli olduğunu və quzunu alarkən bu miqdarda razılaşdığını demişdir. Bundan sonra Seymur və Zaur onu nalayiq söyüşlərlə təhqir etmişdir. O, onlara bir pislik etmədiyini və nə üçün onu söydüklərini demiş, bu zaman Seymur anidən onun sağ göz nahiyəsinə bir dəfə yumruqla zərbə vurmuşdur. Zərbənin təsirindən geriyə gedib darvazaya dəyərək bel nahiyəsindən xəsarət almışdır. Bundan sonra Seymur onu yerə yıxmaq üçün təpiklə sol ayağına zərbə vurmuş, lakin o, darvazdan tutub yıxılmamışdır. Bu zaman həyətdə atası Ağaddinin səsi eşidilmiş və Seymur avtomobilinə tərəf qaçıb avtobilinə əyləşmişdir. Zaur isə piyada oradan uzaqlaşmışdır. Atası Ağaddin küçəyə çıxmış və Seymur atasını görüb avtomobili ilə oradan uzaqlaşmışdır. Bundan sonra baş verənlər barədə polisə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxslə barışdığını, ondan şikayət və tələbinin olmadığını və barəsində yüngül cəza verilməsini xahiş etdi. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X3 Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 812 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs sağ gözaltı nahiyədə qançır, sağ diz oynağı, sağ kürək və sağ bel nahiyəsində sıyrıqlar, sol ayağın 1-ci barmağının dırnaq falanqasında əzilmiş yara müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın/əşyaların/ təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sol ayağın 1-ci barmağının dırnaq falanqasındakı əzilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Cəlilabad rayonu, Göytəpə şəhəri, İ.Kəlbiyev küçəsində yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin qarşısında baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs hadisənin baş verdiyi yeri göstərmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki,Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Zəhra Əlizadə və xx.xx.2012-ci il təvəllüdlü Zöhrab Əlizadə adlı az yaşlı uşaqları vardır. İş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyyəti Başçısının Göytəpə şəhər nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs əməli özünü etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, iş materialında olan rəsmi sənədlərlə onlara verilmiş ittiham üzrə cinayəti törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs himayəsində 2 az yaşlı uşağının olması və zərərçəkmiş şəxslə barışmasını onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və zərərçəkmişin ondan şikayət və tələbinin olmamasını CMnin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə məhkəmə təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun özünün və ailəsinin həyat şəraitinə təsiri baxımından, həmçinin onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İş üzrə maddi ziyan, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə... hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 10 (on) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-78/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-78/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver