Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-78/2025 25.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri M.Hadi küçəsi ev 26-da qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda -0,942 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış, Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 17 aprel 2025-ci il tarixdə saat 19:20 dəqiqədə Cəlilabad şəhəri, Azərbaycan küçəsində piyada hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq üstü yoxlanılmış, həmin psixotrop maddə metamfetamin 1 ədəd şəffaf rəngli siqaret qutusunun sellofanına bükülmüş şəkildə olmaqla əynindəki göy rəngli cins şalvarın qabaq sol cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 17 aprel 2025-ci il tarixdə axşamçağı o, yaşadığı evdən çıxaraq rayon ərazisində yerləşən “Bağ” adlanan yerə getmiş, H.Əliyev prospektində “Silsilə” adlanan ərazidə piyada hərəkədə olan zaman yerdə balaca sellofan büküm görmüş, o, bükülünü yerdən götürüb vaxmış, həmin bükülünün içərisində “metamfetmin” olmuşdur. Həmin bükümüm əynində olan şalvarın cibinə qoyaraq Cəlilabad şəhəri Azərbaycan küçəsi istiqamətində getmiş, o, həmin psixotrop maddəni sonra istifadə etmək üçün üzərində saxlamışdır. Həmin tarixdə Cəlilabad şəhəri, Azərbaycan küçəsində piyada gəzdiyi zaman ona tərəf mülki geyimdə olan 3 nəfər ona yaxınlaşmış, mülki geyimdə olan şəxslər özlərini təqdim edərək Cəlilabad RPŞ-nin əməkdaşları olmasını demişlər. Polis əməkdaşları ona demişlər ki, nə üçün özünü şübhəli aparırsan və üzərində narkotik vasitə və psixotrop maddə vardırmı. O, polis əməkdaşlarına gələndə özüylə psixotrop maddə metamfetamin gətirməsini bildirmişdir. Bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərində yoxlanış keçirilən zaman o, üzərindən bükülünü çıxardaraq təqdim etmişdir. Həmin kütlənin içərisində metamfetamin olduğunu bildirmişdir. Həmin kütlə orada elektron tərəzidə çəkilərək 1,04 qr olduğu müəyyən olunmuş və həmin bükülü qablaşdırılmışdır. Daha sonra onu Cəlilabad RPŞ-nə gətirmişlər. Şöbədə onun iştirakıyla təhqqiqatçı təqdim olunmuş bükülüyə baxış keçirtmiş, həmin bükülüdə metamfetamin olması müəyyən olunmuşdur. Daha sonra o müdafiəçi ilə təmin olunmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, şübhəli şəxs qismində tutulmuşdur. Həmin psixotrop maddəni “Silsilə” adlanan ərazidə yolun kənarında yerdən tapmışdır. O, əvvəllər narkotik vasitə istifadə etmiş, lakin hal-hazırda istifadə etmir. Üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddədən istifadə etməmişdir. Onun üzərində psixotrop maddəolmasından heç kimin məlumatı olmamış, bu barədə heç kimə deməmişdir. Həmin psixotrop maddəni istifadə etmək üçün üzərində gəzdirmişdir. Ona qarşı polis əməkdaşları heç bir zor tətbir etməmişlər. Onun üzərinə yoxlama zamanı aşkar olunmuş psixotrop maddə metamfetamini qab ilə birlikdə elektron tərəzidə çəkmişlər, ona görə də rəydə olan çəki düzdür. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənlər nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Bəhlül oğlu verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi yoxdur. 17 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında rayon polis şöbəsində şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. 17 aprel 2025-ci il tarixdə, saat 19:20 radələrində Cəlilabad şəhəri, Azərbaycan küçəsində yolun kənarı ilə piyada hərəkətdə olan zaman tərəflərindən saxlanılmış, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs onu nə üçün saxladıqlarını izah etmişlər, əməliyyat axtarış tədbirinin keçirilməsi haqqında qərar əsasında üzərinə yoxlanış aparacaqlarını bildirmişlər. Ona həmçinin müdafiəçi ilə təmin olunmaq hüququnun olmasını izah etmişlər. Sonra həmin ərazidə onun üzərində yoxlama keçirilmişdir. Yoxlama keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə və qanunla qadağan edilmiş predmet və ya əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxsüzərində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. O, həmin bükülünü üzərindən çıxardıb təqdim etmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş, çəkisi 1,04 qram olması müəyyən edilmişdir. Həmin bükülü zərfə qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxslə birlikdə zərf RPŞ-nə gətirilmişdir. Şübhəli şəxs qismində saxlanılmış şəxsin üzərinin yoxlanılması və götürülmə barədə protokol tərtib olunmuş, hər bir iştirakçı həmin protokolu imza etmişlər. X2 şübhəli şəxs Təqsirləndirilən şəxs və içərisində psixotrop maddə metamfetamin olan zərf təqdim edilmişdir. Həmin bükülüyə onun və Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı həmin zərfin içərisində metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Yenidən həmin bükülü zərfə qoyularaq ekspertizaya təqdim olunmasından ötrü möhürlənmişdir. Baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 Bəhlül oğlunun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid1 ibtidai istintaq zamanı Şahid2 Bəhlül oğlunun ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın qabaq sol yan cibindən 1 ədəd siqaret qutusunun içərisində həmin narkotik vasitə metamfetamin aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi Lənkəran regional bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 19/160 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə olan kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,942 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir (tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,892 qram təşkil edir). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 228 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində qeydiyyata götürülməsi məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:20də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, xx.xx.2025-ci il tarixdə, saat 12:30da Cəlilabad Rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(073)-65/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və ona, təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarsından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza cəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzacəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,892 qram olan narkotik vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 aprel 2025-ci ildən 19 aprel 2025-ci ilədək 2 (iki) gün müddətə həbsdə saxlanılması nəzərə alınmaqla, həmin müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 25 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və başqa iş üzrə həbsdə olması nəzərə alınsın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın, onun narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti Cəlilabad Rayon Mərkəzi X3 Şəxsinə göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan 0,892 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxsə münasibətdə isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №1(073)-78/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-78/2025
25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver