Məhkəmə qərarları › İş №1(073)-79/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-79/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-79/2023 27.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclası katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Cəlilabad rayon vəkil bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1963-cü ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6-da ünvanda qeydiyyatda olan, xx.xx.2023-cü il tarixdə KlinikiTibbi Mərkəzin cərrahi reanimasiya və intensiv terapiya şöbəsində ölmüş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtadai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham edilir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan, özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, 17 yanvar 2023-cü il tarixdə saat 12 radələrində Cəlilabad rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu Fərzilli kəndi ərazisində saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilib üzərində şəxsi axtarış aparılarkən 01 ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,194 qram olan ağ rəngli kristalşəkilli formada olan psixotrop maddə metamfetamin əynindəki boz rəngli şalvarın sağ yan cibindən aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair ittiham elan edilmişdir. Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(073)-79/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 “X4” X5 xx.xx.2023-cü il tarixli PHŞ-2/2-4009/2023nömrəli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdə KlinikiTibbi Mərkəzin cərrahi reanimasiya və intensiv terapiya şöbəsində ölmüşdür. Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 1(073)-79/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası CPM-in 41.3-cü maddəsinə əsasən “Dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir”. Həmin Məcəllənin 41.4-cü maddəsində göstərilmişdir ki, “məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Azərbaycan Respublikası CPM-in 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə), cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-in 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur. Azərbaycan Respublikası CPM-in 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası CPM-in 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya tədqim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Məhkəmə iş üzrə ölmüş Təqsirləndirilən şəxs yaxın qohumlarına onun hüquqi varisi qismində tanınması barədə müvafiq istəklərinin olub-olmaması barədə müvafiq bildirişi xx.xx.2023-cü il tarixdə göndərməsinə baxmayaraq, bu günki tarixə qədər hər hansı bir şəxs müvafiq istəyini bildirməmişdir. Odur ki, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə öldüyünə görə, onun barəsində olan cinayət işi üzrə icraata, təqsirləndirilən şəxsin müdafiəçisinin razılığı ilə xitam verilməlidir. İş üzrə ölmüş Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış vəkil Cəlilabad rayon Vəkil Bürosunun vəkili X2 məhkəməyə ərizə təqdim edərək müdafiəçisi olduğu Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsinə etirazının olmadığını bildirdi. Azərbaycan Respublikası CPM-in 305.1-ci maddəsinə göstərilmişdir ki, məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Azərbaycan Respublikası CPM-in 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. Azərbaycan Respublikası CPM-in 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Cəlilabad rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış psixotrop maddə olan 1,144 qram metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39, 39.1.5, 43.3, 106-1, 299.3.4, 300.1.7, 300.5, 305-ci maddələrini rəhbər tutaraq, məhkəmə... QƏRARA ALDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ölməsi ilə əlaqədar Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan Azərbaycan Respublikası CPM-in 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Cəlilabad rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış psixotrop maddə olan 1,144 qram metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar