Məhkəmə qərarları › İş №1(073)-80/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-80/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-80/2023 20.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 1,038 qram olan psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib daşımaqla üzərində saxlamış, 16 dekabr 2022-ci il tarixdə saat 13 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinib Cəlilabad şəhəri, H.Əliyev prospektində saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilmiş, onun üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 1 ədəd bükümdə həmin psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, 1 ildən artıq müddətdir narkotik vasitə istifadə edir. 16 dekabr 2022-ci il tarixdə saat 10 radələrində evə çörək almaq üçün gedən zaman Bakı şəhərində yaşadığı evin yaxınlğında olan ağacın dibində bir ədəd büküm diqqətini çəkmişdir. Onu yerdən götürüb açdıqda içərisində şüşə adlı psixotrop maddə olan metamfetamin olduğunu görmüş və onu ağrıları olan zaman istifadə etmək üçün üzərində saxlamışdır. 16 dekabr 2022-ci il tarixdə saat 10 radələrində Lənkəran rayonunda yaşayan Vüsalə adlı xanımla görüşüb çay içmək üçün Bakı şəhərindən dostu Şahid5 məxsus Toyota Prius markalı, **-UP-*** dövlət nömrə nişanlı avtomobillə yola düşmüşdür. Cəlilabad rayonu Uzuntəpə kəndində marketə çatan zaman o, siqaret almaq üçün Rəşada avtomobili saxlamasını demiş, Rəşad avtomobili saxlamış və o, avtomobildən düşmüşdür. Marketə girib siqaret alandan sonra avtomobilə tərəf gedən zaman dörd nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Daha sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşmuşlar. Həmin vaxt psixotrop maddə olan metamfetamin üzərində olduğuna görə onlara üzərində bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra onu Cəlilabad RPŞ-yə dəvət etmişlər, o da etiraz etməyərək onlarla birlikdə şöbəyə gəlmişdir. Orada onun hüquqlarını müdafiə etməsi üçün vəkil təyin olunmuş və daha sonra ondan üzərində qanunla qadağan olunmuş hansı əşya olub-olmamasını soruşmuşlar. O da əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyduğu həmin bükülünü polis əməkdaşlarına təhvil vermişdir. Həmin bükülü polis əməkdaşları tərəfindən zərfə qoyulmuş və protokol tərtib edilmişdir. O da həmin protokolu və zərfin üzərini imzalamışdır. İlk dəfədir ki, cinayət hadisəsi törədir və əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs tanımır, onunla ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuuş və əməliyyat məlumatına əsasən xidməti vəzifəsi ilə əlaqədar olaraq Cəlilabad RPŞ-də şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. Sonra isə tərəflərindən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Cəlilabad şəhəri, H.Əliyev prospektinin ətrafı müşahidəyə götürülmüşdür. Təxminən saat 13 radələrində Təqsirləndirilən şəxs Şahid5 idarə etdiyi “Toyota Prius” markalı, **-UP-*** dövlət nömrə nişanlı avtomobildə Cəlilabad şəhəri, H.Əliyev prospektində hərəkət edərkən görmüşlər və onu bir neçə dəqiqə müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan bir ədəd bükümdə metamfetamin olmasını bildirmişdir. Avtomobili idarə edən şəxs özünü Şahid5 kimi təqdim edərək Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olmasından məlumatı olmadığını bildirmişdir. Bundan sonra onları Cəlilabad RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs və Şahid5 də onlara etiraz etməyərək onlarla birlikdə RPŞ-yə gəlmişlər. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulub müdafiəçi ilə təmin olunduqdan sonra üzərində axtarış aparılacağı barədə ona məlumat verilmişdir. Ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş kütləni təqdim edərək, 16 dekabr 2022-ci il tarixdə Bakı şəhərində tapdığını, onunla birlikdə olan Şahid5 həmin psixotrop maddədən məlumatı olmadığını bildirmişdir. Bundan sonra isə həmin maddə elektron tərəzidə çəkilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da aşkar olunan bükümdən başqa qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan və tədqiq edilmiş şahidlər Şahid2, Şahid3 və Şahid4 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadə etmir. 16 dekabr 2022-ci il tarixdə saat 09 radələrində tanışı Təqsirləndirilən şəxs zəng edərək gəzmək məqsədi ilə cənub zonasına getməyi təklif etmiiş, o da Namiqlə razılaşmışdır. Namiq ona 20 manat yanacaq pulu verəcəyini bildirmişdir. Daha sonra təxminən saat 10 radələrində onun yaşadığı ünvana gedərək Namiqi götürmüş və onlar ikisi ona məxsus “Toyota Prius” markalı, **-UP-*** dövlət nömrə nişanlı avtomobillə yola düşmüşlər. Onlar Biləsuvar rayonu ərazisində olan zaman Namiq ondan avtomobili köhnə yolla idarə etməyini xahiş etmiş o da Namiqə etiraz etməmişdir. Cəlilabad şəhərinə gəlib çatdıqdan sonra Namiq ona marketin qarşısında avtomobili saxlamağını və siqaret alacağını bildirmişdir. O, avtomobili saxladıqdan sonra Namiq marketə daxil olmuşdur. Namiq marketdən çıxıb avtomobilə tərəf gələn zaman Cəlilabad şəhəri, H.Əliyev prospektində dörd nəfər mülki geyimdə tanımadığı şəxslər idarə etdiyi avtomobilə yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və sonra isə onlardan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşmuşlar. Həmin vaxt Namiq onlara üzərində bir ədəd bükümdə “patı” olduğunu demişdir. Bundan sonra onları Cəlilabad rayon Polis Şöbəsinə dəvət etmiişlər və onlar da etiraz etməyərək birlikdə polis şöbəsinə gəlmişlər. Orada ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya olub-olmamasını soruşmuşlar. O da polis əməkdaşlarına üzərində qaununla qadağan olunmuş heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Onun üzərində şəxsi axtarış aparılan zaman qanunla qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Buunla bağlı protokol tərtib edilmiş, o da həmin protokolu və zərfin üzərinə imza etmişdir. Daha sonra onların iştirakı ilə ona məxsus “Toyota Prius” markalı, **-UP-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Lakin oradan qanunla qadağan olunmuş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Onun Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olmasından məlumatı olmamış, o və Təqsirləndirilən şəxs Cəlilabad RPŞ-yə gətirilən zaman hər hansı fiziki qüvvə tətbiq edilməmişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 1 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası ƏN-nin MEM-nin X2 tərəfindən verilmiş 17 dekabr 2022-ci il tarixli, 19/1280 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik maddəyə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi –1,038 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir (tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,988 qram təşkil edir). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1312 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünürki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxsonaistinadolunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzatəyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictima itəhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16.12.022-ci il tarixdə, saat 13:30da şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, xx.xx.2022-ci il tarixdə, saat 17:30-da Cəlilabad rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və ona toksikomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,988 qram olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirlib ilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 16 dekabr 2022-ci ildən 17 dekabr 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanında yerləşən evi tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın və ona toksikomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,988 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan RespublikasıŞirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar