Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-80/2024 30.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxx 1989-cu ildə Cəlilabad rayonu, Şabanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Cəlilabad rayonu, Şabanlı kəndində qeydiyyatda olan və həbs olunana kimi həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, bu iş üzrə 21 mart 2024-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, aldatma və etibardan sui- istifadə etmə yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin iyun ayının əvvəllərindən həmin ayın sonlarına kimi olan müddət ərzində Cəlilabad rayonu Sabirabad kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus 10000 (on min) dəyərində 35 baş və satması üçün Şahid8 tərəfindən Zərərçəkmiş şəxs razılıq əsasında verilmiş 4.250 (dörd min iki yüz əlli) manat dəyərində 15 baş, ümumilikdə 50 baş xırda buynuzlu heyvanları alıb, xırdabuynuzlu heyvanları daha baha qiymətə satdıqdan sonra pulunu qaytaracağı barədə yalan vədlər verərək onun etibarını və inamını qazanmış, bu adla 2023- cü ilin iyun ayının əvvəllərində sonuncunun yaşadığı evin həyətindən diri çəkisi 120 kq, xalis çəkisi 50-55 kq olan, hər birinin qiyməti 300 manat, ümumilikdə qiyməti 3600 manat olan 12 baş qoyunu, 2023-cü ilin iyunun ayının ortalarında satması üçün Şahid8 tərəfindən Zərərçəkmiş şəxs razılıq əsasında verilmiş diri çəkisi 120 kq, xalis çəkisi 50-55 kq olan, hər birinin qiyməti 300 manat, ümumilikdə qiyməti 3000 manat olan 10 baş qoyunu, diri çəkisi 30 kq, xalis çəkisi 15 kq olan, hər birinin qiyməti 250 manat, ümumilikdə qiyməti 1250 manat olan 5 baş quzunu, 2023-cü ilin iyun ayının ortalarında diri çəkisi 120 kq, xalis çəkisi 50-55 kq olan, hər birinin qiyməti 300 manat, ümumilikdə qiyməti 2400 manat olan 8 baş qoyunu, diri çəkisi 30 kq, xalis çəkisi 15 kq olan, hər birinin qiyməti 250 manat, ümumilikdə qiyməti 1000 manat olan 4 baş quzunu, 2023-cü ilin iyun ayının sonlarında diri çəkisi 120 kq, xalis çəkisi 50-55 kq olan, hər birinin qiyməti 300 manat, ümumilikdə qiyməti 1500 manat olan 5 baş qoyunu, diri çəkisi 30 kq, xalis çəkisi 15 kq olan, hər birinin qiyməti 250 manat, ümumilikdə qiyməti 1500 manat olan 6 baş quzunu müxtəlif markalı avtomobillərə yüklətdirib müxtəlif tarixlərdə adını bilmədiyi şəxslərə aldığı qiymətdən ucuz qiymətə sataraq həmin pulları şəxsi ehtiyaclarına xərcləməklə ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus 14.250 (on dörd min iki yüz əlli) manat dəyərində əmlakı qanunsuz və əvəzsiz ələ keçirib zərərçəkmiş şəxsə xeyli maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs tanıyır, onunla Şahid3 vasitəsilə tanış olmuş, aralarında ədavət və şəxsi-qərəzçilik olmamışdır. 2023-cü ilin iyun aylarında Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə getmiş, sonuncu ilə razılaşaraq hər birinin qiyməti 300, ümumilikdə qiyməti 3600 manat olan 12 baş qoyunu, 2023-cü ilin iyunun ayının ortalarında hər birinin qiyməti 300, ümumilikdə qiyməti 3000 manat olan 10 baş qoyunu, hər birinin qiyməti 250 manat, ümumilikdə qiyməti 1250 manat olan 5 baş quzunu, 2023-cü ilin iyun ayının ortalarında hər birinin qiyməti 300, ümumilikdə qiyməti 2400 manat olan 8 baş qoyunu, hər birinin qiyməti 250 manat, ümumilikdə qiyməti 1000 manat olan 4 baş quzunu, 2023-cü ilin iyun ayının sonlarında hər birinin qiyməti 300, ümumilikdə qiyməti 1500 manat olan 5 baş qoyunu, hər birinin qiyməti 250 manat, ümumilikdə qiyməti 1500 manat olan 6 baş quzunu almışdır. Onun Zərərçəkmiş şəxs 14.250 (on dörd min iki yüz əlli) manat borcu yaranmışdır. Həmin qoyunları sonradan ucuz qiymətə bazarda tanımadığı şəxslərə satmışdır. O, həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmiş, həmçinin Zərərçəkmiş şəxs bir neçə dəfə qoyun-quzu nisyə şəkildə alıb onun etibarını və inamını qazanmış, həm də qoyun- quzunu almış olduğu qiymətdən aşağı qiymətə 200-250 manata pula satdığına görə həmin pulu ödəyə bilməmişdir. O vahid niyyətlə həmin qoyun-quzuları ələ keçirtmişdir. O, özünü Zərərçəkmiş şəxs qoyun-quzu alverçisi kimi təqdim etmiş, həmin qoyun-quzuların bazar qiymətinin 200-250 manat olmasını bilmiş, lakin Zərərçəkmiş şəxs həmin qoyun-quzuları ona baha satmışdır. O, Zərərçəkmiş şəxs demişdir ki, həmin qoyunquzuları satıb xeyrini götürəndən sonra ona pulunu verəcək. Lakin elə olmuşdur ki, həmin qoyun-quzuları almış olduğu qiymətdən ucuz qiymətə satmış, Zərərçəkmiş şəxs pul verə bilməmişdir. O, Şahid8 hər hansı bir qoyun-quzu almamış, almış olduğu qoyun-quzuların Zərərçəkmiş şəxs məxsus olmasını bilmişdir. Törətdiyi cinayət əməlindən peşimandır. Hazırda Zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyandan 3000 manat ödəmiş, qalan 11250 manat pulu isə ödəyəcəyinə söz vermişdir. Zərərçəkmiş şəxsin ona qarşı qaldırdığı mülki iddianı qəbul edir və iddianın təmin olunmasına etirazı yoxdur. Evlidir, himayəsində 4 azyaşlı uşağı vardır. Məhkəmədən bu halları nəzərə alaraq ona həbslə əlaqəli olmayan cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanışı Şahid3 vasitəsilə tanımışdır. Onun özünün şəxsi təsərrüfatı vardır, həmin təsərrüfatında qoyun-quzu saxlayır. Həmin qoyun-quzuları alver etmək məqsədilə saxlayır. 2023-cü ilin iyun ayında Şahid3 adını sonradan bildiyi Təqsirləndirilən şəxsla yaşadığı evin həyətinə gəlmişdir. Şahid3 ona bildirmişdir ki, Təqsirləndirilən şəxs 2 baş ana qoyun lazımdır, yaxın müddətə pulunu verəcək. O, Şahid3 görə 2 baş qoyunu Təqsirləndirilən şəxs hər birinin qiyməti 400 manat olmaqla 800 manata satmış, lakin pulunu borclu qalmışdır. Bir neçə gün sonra Təqsirləndirilən şəxs həmin 800 manatı gətirib ona vermişdir. 2023-cü ilin iyun ayının əvvəllərində Təqsirləndirilən şəxs ondan diri çəkisi 120 kq, xalis çəkisi 50-55 kq olan 12 baş qoyunu hər birinin qiyməti 300 manat olmaqla cəmi 3840 manatlıq nisyə şəklində almış, 2023-cü ilin iyunun ayının ortalarında Təqsirləndirilən şəxs yenidən yaşadığı evin həyətinə gəlmiş, diri çəkisi 120 kq, xalis çəkisi 50-55 kq olan, hər birinin qiyməti 300 manat, ümumilikdə qiyməti 3000 manat olan 10 baş qoyunu, diri çəkisi 30 kq, xalis çəkisi 15 kq olan, hər birinin qiyməti 250 manat, ümumilikdə qiyməti 1250 manat olan 5 baş quzunu nisyə şəkildə ondan almışdır. Bununla Təqsirləndirilən şəxs onun etibarını qazanmış və o, Təqsirləndirilən şəxs inanmışdır. Təqsirləndirilən şəxsla əlaqə saxlayan zaman ona bildirmişdir ki, ziyana gedib, pul əldə edən kimi ona pul verəcəkdir. 2023-cü ilin iyun ayının ortalarında Təqsirləndirilən şəxs yenidən yaşadığı evin həyətinə gəlmiş, onu yenidən aldadaraq diri çəkisi 120 kq, xalis çəkisi 50-55 kq olan, hər birinin qiyməti 300 manat, ümumilikdə qiyməti 2400 manat olan 8 baş qoyunu, diri çəkisi 30 kq, xalis çəkisi 15 kq olan, hər birinin qiyməti 250 manat, ümumilikdə qiyməti 1000 manat olan 4 baş quzunu ondan nisyə şəklində almışdır. Lakin Təqsirləndirilən şəxs ona pul verməmiş, o da Təqsirləndirilən şəxs inandığı üçün arxayın olmuş, həmçinin Şahid3 həmkəndlisi olduğu üçün ona etibar etmişdir. Təqsirləndirilən şəxs sonuncu dəfə 2023-cü ilin iyun ayının sonlarında həyətinə gəlmiş, yenidən ondan qoyun quzu istəmiş, pulunu bütövlükdə verəcəyini demişdir. Təqsirləndirilən şəxs diri çəkisi 120 kq, xalis çəkisi 50-55 kq olan, hər birinin qiyməti 300, ümumilikdə qiyməti 1500 manat olan 5 baş qoyunu, diri çəkisi 30 kq, xalis çəkisi 15 kq olan, hər birinin qiyməti 250, ümumilikdə qiyməti 1500 manat olan 6 baş quzunu avtomobilə yüklətdirib aparmışdır. Kazım həmin puldan iyul ayında 800 manat pul qardaşı Şahid1 kart hesabına ödəmiş, daha sonra avqust ayında 1500 manat pul yenidən qardaşı Şahid1 kart hesabına göndərsə də, yenidən həmin pulu çıxardıb ehtiyacının olduğunu biidirirərək həmin pulu özünə götürmüşdür. Təqsirləndirilən şəxs bir də ona 500 kiloqram arpa vermişdir. Yerdə qalan pulu isə Təqsirləndirilən şəxs ona geri qaytarmayıbdır. Təqsirləndirilən şəxs onun etibarını və inamını qazanıb onun 50 baş qoyun-quzu ələ keçirmiş, bu vaxta kimi pulunu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs onun pulunu qaytarmamış, dəfələrlə pulunu istəsə də, müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınmışdır. Təqsirləndirilən şəxs ona 14250 manat borcu vardır. Hal-hazırda Təqsirləndirilən şəxsla barışmış, ona olan borcundan ümumilikdə 3000 (üç min) manat ödənilmiş, qalan 11250 manat pulu isə ödəyəcəyinə söz vermişdir. Ona görə də o, cinayət nəticəsində ona dəymiş 11250 manat zərərin Təqsirləndirilən şəxs alınıb ona verilməsi barədə iddia ərizəsi vermişdir. O, Təqsirləndirilən şəxs həbs olunmasını istəmir. Məhkəmədən verdiyi mülki iddiasının təmin olunmasını və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. İş üzrə Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayının əvvəllərində diri çəkisi 120 kq, xalis çəkisi 50-55 kq olan, 12 baş qoyunu hər birinin qiyməti 300 manat olmaqla 3840 manat puldan nisyə şəklində qardaşı Zərərçəkmiş şəxs almışdır. 2023-cü ilin iyunun ayının ortalarında Təqsirləndirilən şəxs yenidən yaşadıqları evin həyətinə gəlmiş, diri çəkisi 120 kq, xalis çəkisi 50-55 kq olan, hər birinin qiyməti 300 manat, ümumilikdə qiyməti 3000 manat olan 10 baş qoyunu, diri çəkisi 30 kq, xalis çəkisi 15 kq olan, hər birinin qiyməti 250 manat, ümumilikdə qiyməti 1250 manat olan 5 baş quzunu nisyə şəkildə qardaşından almışdır. Bununla Təqsirləndirilən şəxs qardaşının etibarını qazanmış və ona inanmışdır. 2023-cü ilin iyun ayının ortalarında Təqsirləndirilən şəxs yenidən yaşadığı evin həyətinə gəlmişdir, o qardaşını aldadaraq diri çəkisi 120 kq, xalis çəkisi 50-55 kq, hər birinin qiyməti 300 manat, ümumilikdə qiyməti 2400 manat olan 8 baş qoyunu, diri çəkisi 30 kq, xalis çəkisi 15 kq, hər birinin qiyməti 250 manat, ümumilikdə qiyməti 1000 manat olan 4 baş quzunu ondan nisyə şəkldə almışdır. Lakin Təqsirləndirilən şəxs qardaşına pul verməmiş, qardaşı da ona inandığı üçün arxayın olmuşdur. Təqsirləndirilən şəxs sonuncu dəfə 2023cü ilin iyun ayının sonlarında da həyətinə gəlmişdir. Yenidən qardaşından qoyun quzu istəmişdir. Pulunu bütövlükdə verəcəyini demişdir. Təqsirləndirilən şəxs diri çəkisi 120 kq, xalis çəkisi 50-55 kq, dişi, hər birinin qiyməti 300 manat, ümumilikdə qiyməti 1500 manat olan 5 baş qoyunu, diri çəkisi 30 kq, xalis çəkisi 15 kq, hər birinin qiyməti 250 manat, ümumilikdə qiyməti 1500 manat olan 6 baş quzunu avtomobilə yüklətdirib aparmışdır. Təqsirləndirilən şəxs həmin puldan iyul ayında 800 manat pul onun kart hesabıma ödəmişdir. Daha sonra avqust ayında 1500 manat pul yenidən onun kart hesabına göndərsə də, yenidən həmin pulu çıxardıb ehtiyacının olduğunu bildirirərək həmin pulu özünə götürmüşdür. Təqsirləndirilən şəxs bir də qardaşına 500 kiloqram arpa vermişdir. Yerdə qalan pulu isə Təqsirləndirilən şəxs qardaşına geri qaytarmamışdır. Təqsirləndirilən şəxs qardaşının pulunu qaytarmamış, dəfələrlə pulunu istəsə də, o, müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınmışdır. Təqsirləndirilən şəxs borcundan qardaşı Zərərçəkmiş şəxs cəmi 3000 manat ödəmişdir. İş üzrə Şahid5 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, aralarında ədavət və şəxsi-qərəzçilik olmamışdır. 2023-cü ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs ona zəng etmiş və demişdir ki, bir nəfərə qoyun satmış, qoyunları Cəlilabad rayonu Şabanlı kəndinə aparmaq lazımdır. Həmin vaxt o, Zərərçəkmiş şəxs demişdir ki, əgər qoyunları Şabanlı kəndinə aparacağaqsa 20 manat yol pulu alacaqdır. Zərərçəkmiş şəxs də ona demişdir ki, imkan yoxdur ona 15 manat pul verəcəkdir. O da razılaşmış və Zərərçəkmiş şəxs yaşadığı evə getmişdir. O, Zərərçəkmiş şəxs yaşadığı evə çatanda görmüşdür ki, Zərərçəkmiş şəxs və adını sonradan bildiyi Təqsirləndirilən şəxs oradadır. Həmin vaxt onun idarə etdiyi “X/KZ. 2101” markalı **-BG-*** D.N.N avtomobili Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə salmışdır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs avtomobilin yük qoşqusuna təxminən 15 baş qoyun mindirmişlər. Bundan sonra Kazım öz idarə etdiyi avtomobilinə əyləşmiş və onun idarə etdiyi avtomobilin qabağına düşərək Cəlilabad rayonuna tərəf gəlmişlər. O, çatdıqdan sonra həmin qoyunları Təqsirləndirilən şəxs həyətinə düşürtmüş, qoyunları boşaltdıqdan sonra Təqsirləndirilən şəxs ona 15 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həmin qoyunları alması ilə bağlı pul verməsini görməmiş, bu barədə heç nə deyə bilməz. İş üzrə Şahid6 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, aralarında ədavət və şəxsi qərəzçilik olmamışdır. 2023-cü ilin iyun ayının əvvələrində o və Təqsirləndirilən şəxs Cəlilabad rayonu Qarazəncir kəndində yaşayan xalası Bənövşənin yaşadığı evə gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs ona demişdir ki, Zərərçəkmiş şəxs qoyun alıb həmin qoyunları motosikletə mindirib aparsın. O da Təqsirləndirilən şəxsla razılaşmış, motosikleti idarə edib Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə getmişdir. Təqsirləndirilən şəxs da oraya gəlmiş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs 2 baş ana qoyunu və 2 baş quzunu motosikletə yükləmişlər. Sonra o, həmin qoyun-quzunu Şabanlı kəndinə aparıb Təqsirləndirilən şəxs həyətinə boşaltmış, yol haqqı kimi Təqsirləndirilən şəxs ona 10 manat pul vermişdir. Təqsirləndirilən şəxs həmin qoyun-quzuları həyətində olan təxminən 15-20 qoyundan ibarət sürüyə qatmış, sonra o, yaşadığı evə qayıtmışdır. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həmin qoyunları alması ilə bağlı pul verməsini görməmişdir. Şahid Hüseynov X1 Rayon Məhkəməsinə teleqram göndərərək, Təqsirləndirilən şəxs cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadəsini tam təsdiq etdiyini, səhhhəti ilə bağlı rayon ərazisində olmadığı üçün məhkəmədə iştirak edə bilməyəcəyini, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onunla aralarına heç bir ədavət və ya düşmənçilik olmamışdır. 2023-cü ilin iyun ayının əvvəllərində əvvəllər tanıdığı Cəlilabad rayon Şabanlı kənd sakini Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlmiş, həmin vaxt Təqsirləndirilən şəxs onun yaşadığı evin həyətində qoyun görmüş və ondan nə üçün qoyun saxladığını soruşmuşdur. O da Təqsirləndirilən şəxs demişdir ki, qoyunları Zərərçəkmiş şəxs almış, biraz saxlayıb yaxşı qiymətə sataraq üstündə pul tutacaqdır. Həmin vaxt Təqsirləndirilən şəxs ona demişdir ki, elə olsa o da qoyun alıb saxlayar. Bundan sonra o, Zərərçəkmiş şəxslə əlaqə saxlamış və ona demişdir ki, bir tanış var ona 9 baş qoyun lazımdır ki, alıb saxlasın. Bundan sonra Zərərçəkmiş şəxs ona demişdir ki, Təqsirləndirilən şəxsla gəlsin ona qoyun satar. Həmin gün Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs qapısına getmişlər və Təqsirləndirilən şəxs Natiq Əlieyvdən nisyə 9 baş qoyun almışdır. Həmin vaxt Zərərçəkmiş şəxs Şahid4 zəng vurmuş və ona demişdir ki, ondan qoyun alıblar qoyunları Cəlilabad rayon Şabanlı kəndinə aparmaq lazımdır. Bundan sonra Şahid4 idarə etdiyi “Qazel” markalı yük maşını ilə Natiqin yaşadığı evin həyətinə gəlmiş və Zərərçəkmiş şəxs 5 baş ana qoyun və 4 baş quzunu Şahid4 yük avtomobilinə yığmış, bundan sonra Təqsirləndirilən şəxs onun idarə etdiyi avtomobilə oturmuş və onlar Təqsirləndirilən şəxs yaşadığı Şabanlı kəndinə getmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı qoyunları öz həyətinə boşaltıqdan sonra “Qazel” markalı yük maşının sürücüsünə 20 manat pul verərək yola salmışdır. Bundan sonra o da öz yaşadığım evə qayıtmışdır. Təxminən 2023-cü ilin iyun ayında Zərərçəkmiş şəxs ona zəng vuraraq demişdir ki, Kazıma satdığı 9 baş qoyunun pulunu Təqsirləndirilən şəxs vermir. O, həmin vaxt Zərərçəkmiş şəxs demişdir ki, Kazımı görüb bu barədə onunla danışar. O, Təqsirləndirilən şəxsla danışmış və ona demişdir ki, Natiqdən aldığı qoyunların pulunu versin. Lakin 05 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs onunla əlaqə saxlamış və ona demişdir ki, Təqsirləndirilən şəxsla yenə də qoyun-quzu alveri edib və Təqsirləndirilən şəxs ona 12000 manat pul borcu vardır. Həmin vaxt o, Zərərçəkmiş şəxs demişdir ki, bunun ona heç bir aidiyyəti yoxdur. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs də onun və Təqsirləndirilən şəxs barəsində Cəlilabad rayon polis şöbəsinə şikayət etmişdir. Zərərçəkmiş şəxslə Kazımın arasında olan mal-qara alverindən onun xəbəri olmamış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 9 baş qoyun almasını bilmiş, yerdə qalan 40 baş qoyunun Natiqlə Kazımın arasında olan alqı-satqıdan onun xəbəri olmamışdır. İş materiallarında olan, məhkəmə əmtəəşünaslıq ekspertizasının 07 yanvar 2024cü il tarixli 19/1073 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırda buynuzlu heyvanların 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 14250 manat müəyyən edilir. O cümlədən 35 baş diri çəkisi 120 kq, xalis çəkisi 50-55 kq olan dişi qoyunlar 10500 manat, 15 baş diri çəkisi 30 kq, xalis çəkisi 15 kq olan quzular 3750 manat. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmusu ilə təqsirələndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyandan 3000 manat ödənilmiş, qalan 11250 manat pulun ödənilməsi ilə bağlı isə mülki iddia vermişdir. Mən Təqsirləndirilən şəxs həbs olunmasını istəmir. Məhkəmədən verdiyi mülki iddiasının təmin olunmasını və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan, Cəlilabad rayonu İHB-nin Şabanlı kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş 27 mart 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.20213-cü il təvəllüdlü kamal Hümbətli, xx.xx.2015-ci il təvəllüdlü Zəhra Hümbətova, 04 aprel 2018-ci il təvəllüdlü Zeynəb Hümbətli və xx.xx.2019-cu il təvəllüdlü Ruqayyə Hümbətova adlı 4 azyaşlı uşaqları vardır. İş materiallarında olan, Cəlilabad rayonu İHB-nin Şabanlı kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, onlara dəymiş ziyanı qismən ödəməsi, himayəsində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12, 59.1.14-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yerində mübət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Cinayət işində olan, Cəlilabad Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və axtarışı elan edilməklə iş üzrə icraat dayandırılmışdır. Cinayət işinə əlavə olunmuş 21 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 mart 2024-cü il tarixdə tutularaq Cəlilabad RPŞ-nin MSY-ə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Mülki iddia məsələsinə qiymət verərək məhkəmə belə hesab edir ki, iş üzrə verilmiş mülki iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əssən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əssən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməli, təqsirləndirilən şəxsdən vurulmuş zərərə görə 11250 (on bir min iki yüz əlli) manat məbləğində pul və ödənilmiş dövlət rüsumu 123 (bir yüz iyirmi üç) manat zərərçəkmiş şəxsin xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxsdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Maddi sübut yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 21 mart 2024-cü il tarixdən 30 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 9 (doqquz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) ay 18 (on səkkiz) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 7 (yeddi) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonu Şabanlı kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişidirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs iş üzrə maddi ziyan olan 11250 (on bir min iki yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumu 123 (bir yüz iyirmi üç) manat alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-80/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-80/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver