Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-80/2025 18.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1976-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, məhkumluğu ödənilmiş, Lənkəran şəhəri T.İsmayılov küçəsi ev 26 ünvanında qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda, -1,405 qram psixotrop maddə olan metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış, Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 04 mart 2024-cü il tarixdə saat 17:18 radələrində Cəlilabad rayonu Göytəpə şəhəri Savalan massivində piyada hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq həmin ünvanda onun üzərinə yoxlama və götürmə keçirilərkən, həmin ağ rəngli kristallardan ibarət metamfetamin 1 (bir) ədəd siqaret kağızı kəsiyində büküm formasında olmaqla əynindəki qara rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Subaydır, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Təxminən bir neçə il olar ki, psixotrop maddə metamfetamin (patı) istifadə etməyə başlamışdır. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Lənkəran şəhərində mərkəzi bazarın yaxınlığında piyada hərəkətdə olarkən, yerdə 1 ədəd boz rəngli kağız parçasına bükülmüş vəziyyətdə olan büküm görmüş, həmin bükümü yerdən götürüb baxdıqda içərisində “patı” adlanan psixotrop maddə olan metamfetamin olmasını görmüş və gələcəkdə istifadə etmək məqsədilə kağız bükümdə cibinə qoymuşdur. Həmin tarixdə istirahət etmək üçün Cəlilabad rayonu Göytəpə şəhərinə gəlmişdir. Həmin tarixdə saat 17 radələrində Göytəpə şəhəri Savalan küçəsində piyada hərəkət etməyə davam edən zaman ona mülki geyimdə olan 3 nəfər şəxs yaxınlaşnmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin polis əməkdaşları ona üzərində gəzdirilməsi qadağan olunmuş hər hansı predmetin və ya əşyanın, həmçinin narkotik vasitə və ya psixotrop maddənin olduğunu soruşdular, o, isə həmin şəxslərə üzərində psixotrop maddə metamfetamin olmasını demişdir. Həmin psixotrop maddə metamfetamini xx.xx.2025-cü il tarixdə səhər saatlarında Lənkəran şəhərində yerləşən Mərkəzi Bazarın yaxınlığında yerdən tapdığını və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış keçirilən zaman o, əynimdə olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd bükümü çıxardaraq təqdim etmişdir. Həmin bükümün içərisində psixotrop maddə olan “patı” metamfetamin olduğunu bildirmişdir. Həmin kütlə orada elektron tərəzidə çəkilərək 1,70 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra həmin bükümdə olan psixotrop maddə olan metamfetamin qablaşdırılmış və daha sonra onu Cəlilabad RPŞ-nə gətirmişlər. Polis Şöbəsinin inzibati binasında ona hüquqlarım izah olunmuş, üzərindən aşkar olunaraq götürülmüş və zərfə qablaşdırılmış bir ədəd büküm yenidən açılaraq baxış keçirilmiş, həmçinin komputer vasitəsilə DVD diskə baxış keçirilmiş, bundan sonra ona Müdafiəçi təyin edilmişdir. O, həmin kütləni gələcəkdə istifadə etmək üçün üzərində gəzdirmişdir, həmin kütlədən istifadə etməmişdir. Həmin kütlə barədə heç kimin məlumatı və xəbəri olmamışdır. Üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini satmaq niyyəti olmamışdır, özü istifadə etmək üçün üzərində saxlamışdır. Onun üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş psixotrop maddə metamfetamin boz rəngli kağız kəsiyi ilə birlikdə elektron tərəzidə çəkmişdilər, ona görə də rəydə olan çəki düzdür. Nə saxlanılan zaman, nə də ki, üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən hər hansı təzyiq və təsir olmamış, bütün hərəkətlər könüllü olaraq öz istəyilə həyata keçirilmişdir. Törətdiyi əməldən səmimi peşimandır, yüngül cəza verilməsini xahiş etdi. Törədilmiş cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin NMQnun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, o, Cəlilabad RPŞ-nin NMQnin əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 mart 2025-ci il tarixdə Cəlilabad RPŞ-nin Göytəpə PB-nə Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs Cəlilabad rayon ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin əməliyyat məlumatı əsasında Cəlilabad RPŞ-nin rəhbərliyinin müvafiq əmrinə əsasən o, və Cəlilabad RPŞnin Göytəpə PB-nin polis sahə rəisi Şahid2, Cəlilabad RPŞ-nin Göytəpə PB-nin sahə polis nəfəri Şahid3 ibarət olmaqla əməliyyat qrupu yaradılmış, bundan sonra 04 mart 2025-ci il tarixdə, saat 17:08 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi yerlər müəyyən edilərək, Cəlilabad rayonu Göytəpə şəhəri, Savalan Massivində piyada gəzərkən tərəfimizdən əməliyyat müşahidəsinə götürülmüş, təxminən 10 dəqiqə müşahidə etdikdən sonra onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu bildirmişlər. Şifahi olaraq üzərində narkotik vasitə və ya psixotrop maddələr olub-olmamasını soruşan zaman Təqsirləndirilən şəxs hazırda üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılması və götürmə keçirilməsi üçün şərait olduğundan həmin yerdə Təqsirləndirilən şəxs üzərində yoxlama və götürmə aparılacağını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri tərəfindən elan edildikdən sonra yoxlama və götürmə zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs qara rəngli şalvarın sol yan cibindən bir ədəd bükümü təqdim etmiş və həmin bükümdə psixotrop maddə olan metamfetamin olduğunu qeyd etmişdir. Həmin büküm açıldıqdan sonra içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu müəyyən olunmuş, Təqsirləndirilən şəxs üzərində saxladığı psixotrop maddə tərəzidə çəkildikdən sonra müvafiq qaydada qablaşdırılıb üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 141 saylı möhrü ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmişdir. Lakin üzərindən əlavə olaraq dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni haradan və nə məqsədlə əldə edilməsi soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəni 04 mart 2025-ci il tarixdə səhər saat 10 radələrində Lənkəran şəhərində yerləşən mərkəzi bazarın yaxınlığından yerdən tapdığını, üzərindən aşkar edilmiş həmin psixotrop maddəni gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, lakin həmin psixotrop maddədən istifadə etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Cəlilabad RPŞ-nin Göytəpə PB-nə dəvət edilmişdir. Polis Şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddə olan metamfetamin və yoxlama və götürmə aparılmasının özündə əks etdirən DVD disk ilə birlikdə təhqiqatçı, polis kapitanı Elnur Kazımova təhvil verilmişdir. Cəlilabad RPŞ-nin KTQ-nin inspektor kriminalisti polis leytenantı Şahid4 tərəfindən videoçəkiliş aparılmaqla Cəlilabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X4 tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının videoçəkilişinə baxış keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə olan 1 ədəd bükümün qablaşdırıldığı bağlamaya baxış keçirilmişdir. Həmin bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırıldı. Yekunda təhqiqatçı tərəfindən təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə keçirilməsi barədə protokol tərtib olunmuç və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Bundan başqa onun, Təqsirləndirilən şəxs ilə heç bir ədavət və düşmənçiliyi olmamış, 04 mart 2025-ci il tarixdə saxlanıldıqda və üzərində axtarış aparılan zaman ona qarşı hər hansı bir zor və ya fiziki güc tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin Göytəpə PB-nin polis sahə rəisi Şahid2 ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirir ki, 04 mart 2025-ci il tarixdə Cəlilabad RPŞ-nin Göytəpə PB-nə Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs Cəlilabad rayon ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin əməliyyat məlumatı əsasında Cəlilabad RPŞ-nin rəhbərliyinin müvafiq əmrinə əsasən o, və Cəlilabad RPŞ-nin Göytəpə PB-nin polis sahə rəisi Şahid2, Cəlilabad RPŞ-nin Göytəpə PB-nin sahə polis nəfəri Şahid3 ibarət olmaqla əməliyyat qrupu yaradılmış, bundan sonra 04 mart 2025-ci il tarixdə, saat 17:08 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi yerlər müəyyən edilərək, Cəlilabad rayonu Göytəpə şəhəri, Savalan Massivində piyada gəzərkən tərəfimizdən əməliyyat müşahidəsinə götürülmüş, təxminən 10 dəqiqə müşahidə etdikdən sonra onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu bildirmişlər. Şifahi olaraq üzərində narkotik vasitə və ya psixotrop maddələr olub-olmamasını soruşan zaman Təqsirləndirilən şəxs hazırda üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılması və götürmə keçirilməsi üçün şərait olduğundan həmin yerdə Təqsirləndirilən şəxs üzərində yoxlama və götürmə aparılacağını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri tərəfindən elan edildikdən sonra yoxlama və götürmə zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs qara rəngli şalvarın sol yan cibindən bir ədəd bükümü təqdim etmiş və həmin bükümdə psixotrop maddə olan metamfetamin olduğunu qeyd etmişdir. Həmin büküm açıldıqdan sonra içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu müəyyən olunmuş, Təqsirləndirilən şəxs üzərində saxladığı psixotrop maddə tərəzidə çəkildikdən sonra müvafiq qaydada qablaşdırılıb üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 141 saylı möhrü ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmişdir. Lakin üzərindən əlavə olaraq dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni haradan və nə məqsədlə əldə edilməsi soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəni 04 mart 2025-ci il tarixdə səhər saat 10 radələrində Lənkəran şəhərində yerləşən mərkəzi bazarın yaxınlığından yerdən tapdığını, üzərindən aşkar edilmiş həmin psixotrop maddəni gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, lakin həmin psixotrop maddədən istifadə etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Cəlilabad RPŞ-nin Göytəpə PB-nə dəvət edilmişdir. Polis Şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddə olan metamfetamin və yoxlama və götürmə aparılmasının özündə əks etdirən DVD disk ilə birlikdə təhqiqatçı, polis kapitanı Elnur Kazımova təhvil verilmişdir. Cəlilabad RPŞ-nin KTQ-nin inspektor kriminalisti polis leytenantı Şahid4 tərəfindən videoçəkiliş aparılmaqla Cəlilabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X4 tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının videoçəkilişinə baxış keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə olan 1 ədəd bükümün qablaşdırıldığı bağlamaya baxış keçirilmişdir. Həmin bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırıldı. Yekunda təhqiqatçı tərəfindən təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə keçirilməsi barədə protokol tərtib olunmuç və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Bundan başqa onun, Təqsirləndirilən şəxs ilə heç bir ədavət və düşmənçiliyi olmamış, 04 mart 2025-ci il tarixdə saxlanıldıqda və üzərində axtarış aparılan zaman ona qarşı hər hansı bir zor və ya fiziki güc tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin Göytəpə PB-nin polis nəfəri polis serjantı Şahid3 ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPŞ-nin NMQnin əməliyyat müvəkkili vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirir ki, 04 mart 2025-ci il tarixdə Cəlilabad RPŞ-nin Göytəpə PB-nə Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs Cəlilabad rayon ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin əməliyyat məlumatı əsasında Cəlilabad RPŞ-nin rəhbərliyinin müvafiq əmrinə əsasən o, və Cəlilabad RPŞ-nin Göytəpə PB-nin polis sahə rəisi Şahid2, Cəlilabad RPŞ-nin Göytəpə PB-nin sahə polis nəfəri Şahid3 ibarət olmaqla əməliyyat qrupu yaradılmış, bundan sonra 04 mart 2025-ci il tarixdə, saat 17:08 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi yerlər müəyyən edilərək, Cəlilabad rayonu Göytəpə şəhəri, Savalan Massivində piyada gəzərkən tərəfimizdən əməliyyat müşahidəsinə götürülmüş, təxminən 10 dəqiqə müşahidə etdikdən sonra onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu bildirmişlər. Şifahi olaraq üzərində narkotik vasitə və ya psixotrop maddələr olub-olmamasını soruşan zaman Təqsirləndirilən şəxs hazırda üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılması və götürmə keçirilməsi üçün şərait olduğundan həmin yerdə Təqsirləndirilən şəxs üzərində yoxlama və götürmə aparılacağını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri tərəfindən elan edildikdən sonra yoxlama və götürmə zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs qara rəngli şalvarın sol yan cibindən bir ədəd bükümü təqdim etmiş və həmin bükümdə psixotrop maddə olan metamfetamin olduğunu qeyd etmişdir. Həmin büküm açıldıqdan sonra içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu müəyyən olunmuş, Təqsirləndirilən şəxs üzərində saxladığı psixotrop maddə tərəzidə çəkildikdən sonra müvafiq qaydada qablaşdırılıb üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 141 saylı möhrü ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmişdir. Lakin üzərindən əlavə olaraq dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni haradan və nə məqsədlə əldə edilməsi soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəni 04 mart 2025-ci il tarixdə səhər saat 10 radələrində Lənkəran şəhərində yerləşən mərkəzi bazarın yaxınlığından yerdən tapdığını, üzərindən aşkar edilmiş həmin psixotrop maddəni gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, lakin həmin psixotrop maddədən istifadə etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Cəlilabad RPŞ-nin Göytəpə PB-nə dəvət edilmişdir. Polis Şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddə olan metamfetamin və yoxlama və götürmə aparılmasının özündə əks etdirən DVD disk ilə birlikdə təhqiqatçı, polis kapitanı Elnur Kazımova təhvil verilmişdir. Cəlilabad RPŞ-nin KTQ-nin inspektor kriminalisti polis leytenantı Şahid4 tərəfindən videoçəkiliş aparılmaqla Cəlilabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X4 tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının videoçəkilişinə baxış keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə olan 1 ədəd bükümün qablaşdırıldığı bağlamaya baxış keçirilmişdir. Həmin bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırıldı. Yekunda təhqiqatçı tərəfindən təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə keçirilməsi barədə protokol tərtib olunmuç və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Bundan başqa onun, Təqsirləndirilən şəxs ilə heç bir ədavət və düşmənçiliyi olmamış, 04 mart 2025-ci il tarixdə saxlanıldıqda və üzərində axtarış aparılan zaman ona qarşı hər hansı bir zor və ya fiziki güc tətbiq olunmamışdır. İş materiallarına əlavə olunmuş 04 mart 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə olmasını bildirmiş, həmin bükümə baxış keçirilən zaman içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Aşkar olunmuş həmin narkotik vasitəyə bənzər kütlə qablaşdırılaraq DİN-nin 141 №-li möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş 04 mart 2025-ci il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə” haqqında protokoldan görünür ki, 04 mart 2025-ci il tarixli hərəkətinin videoçəkilişi əks olunmuş 02 ədəd DVD diskdə olan videoçəkilişə baxış keçirilən zaman müəyyən edildi ki, Cəlilabad RPŞ-nin Göytəpə PB-nin əməliyyat müvəkkili Şahid1 iştirakı və Cəlilabad RPŞ-nin KTQ-nin inspektor kriminalisti polis leytenantı Şahid4 tərəfindən videoçəkiliş aparılmaqla Cəlilabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X4 tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının videoçəkiliş keçirilmiş, çəklişdə Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd bükümün içərisində olan psixotrop maddəni qablaşdırıldığı bağlamaya baxış keçirildiyi, həmin bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunduğu və ekspertizaya təqdim edilməsi üçün qablaşdırıldığı görünür. İşdə olan, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Espertiza Mərkəzinin X3 tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 05 mart 2025-ci il tarixli, 19/99 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə olan kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 1,405 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Metamfetaminin ümumi təmiz çəkisi 1,405 qram, cəmi tədqiqata sərf olunmuş 0,05 qram və 1,355 qram qalıq qalmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X1 Məhkəmə Narkoloji Ekspertizasının 10 mart 2025-ci il tarixli 136 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundən yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. İş materiallarına əlavə olunmuş, Lənkəran Rayon İHB-nin Lənkəran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2066 saylı arayışdan görünür ki, Məmmədov X5 şəhəri, T.İsmayılov küçəsi, ev 26-da yaşayırlar vəəvvəllər narkotik vasitəçisi kimi məhkum olunduğundan yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, təqsirləndirilən şəxs Məmmədov X5 rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsi ilə təqsirli bilinərək, 1 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə məhkum olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(073)-15/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı çəkisi 1,355 qram olan narkotik vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 04 mart 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı çəkisi 1,355 qram olan narkotik vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ 41NABZ********************) ödənilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-80/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-80/2025
18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver