Məhkəmə qərarları › İş №1(073)-81/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-81/2024

02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-81/2024 02.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 17:20 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtiram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X7 Cəlilabad Şöbəsinin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə

1. xx xxxxx 1963-cü ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Cəlilabad rayonu Qarazəncir kəndində qeydiyyatda olan və həbs olunana kimi həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, bu iş üzrə 14 iyun 2024-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs2

2. xx xxxxxx 1977-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Cəlilabad şəhəri H.Əliyev prospekti ev 24-də qeydiyyatda olan və Cəlilabad rayonu Qarazəncir kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1

Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Quliyev X2 şəhəri H.Əliyev prospektində yerləşən yolda quraşdırılmış quyuların üzərində olan quyu qapaqlarını oğurluq etmək barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2024-cü ilin yanvar ayının 10-na keçən gecə Təqsirləndirilən şəxs1 məxsus “VAZ-2109” markalı **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan ünvanın yaxınlığına gəldikdən sonra əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya və rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 ona kənar şəxslərin gəlməsi barədə məlumat verməsi məqsədilə həmin yerin yaxınlığında dayanaraq gözləmiş, o, quyuların üzərində olan, hər birinin qiyməti 130 manat olan 10 (on) ədəd dəmir quyu qapaqlarını, həmin tarixdə vahid niyyətlə əhatə olunan Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən yolda quraşdırılmış quyuların üzərində olan 3 (üç) ədəd dəmir quyu qapaqlarını gizli talayıb birlikdə Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ-2109” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına yerləşdirib həmin yerdən uzaqlaşaraq ümumilikdə zərərçəkmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X7 Cəlilabad Şöbəsinə 1.690 (bir min altı yüz doxsan) manat məbləğdə ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxs Verdiyev X5 şəhəri H.Əliyev prospektində yerləşən yolda quraşdırılmış quyuların üzərində olan quyu qapaqlarını oğurluq etmək barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 2023-cü ilin yanvar ayının 10-na keçən gecə ona məxsus “VAZ-2109” markalı 12-BE- 358 dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan ünvanın yaxınlığına gəldikdən sonra əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya və rolların bölgüsünə əsasən o, Təqsirləndirilən şəxs2 kənar şəxslərin gəlməsi barədə məlumat verməsi məqsədilə həmin yerin yaxınlığında dayanaraq gözləmiş, Təqsirləndirilən şəxs2 quyuların üzərində olan, hər birinin qiyməti 130 manat olan 10 (on) ədəd dəmir quyu qapaqlarını həmin tarixdə vahid niyyətlə əhatə olunan Cəlilabad şəhəri M.Hüseyn küçəsində yerləşən yolda quraşdırılmış quyuların üzərində olan 3 (üç) ədəd dəmir quyu qapaqlarını gizli talayıb birlikdə Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ-2109” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına yerləşdirib həmin yerdən uzaqlaşaraq ümumilikdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X7 Cəlilabad Şöbəsinə 1.690 (bir min altı yüz doxsan) manat məbləğdə ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli hesab edərək ifadəsində göstərdi ki, o, Cəlilabad rayonu Qarazəncir kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 onun qonşusudur, onunla aralarında əvvəllər şəxsi-qərəzçilik və ədavət olmamışdır. 09 yanvar 2024-cü il tarixdə yaşadığı evdə Təqsirləndirilən şəxs1lə yeyib içmişlər. Bu zaman Təqsirləndirilən şəxs1 ona demişdir ki, rayonda quyu qapaqları var, gedək onu oğurlayaq. O da bununla razılaşmışdır. 10 yanvar 2024-cü il tarixə keçən gecə onlar, yəni o və Təqsirləndirilən şəxs1 oğurluq etmək məqsədilə Cəlilabad şəhəri H.Əliyev prospektinə getmişlər. O, Təqsirləndirilən şəxs1 demişdir ki, quyu qapaqlarını götürəcək, o da quyu qapaqlarını satmaqda ona köməklik edəcəkdir. Bundan sonra o, orada olan quyu qapaqlarını quyuların üzərindən götürmüş, Rahimlə birlikdə həmin quyu qapaqlarını Təqsirləndirilən şəxs1 məxsus “VAZ-2109” markalı avtomobilin arxa tərəfinə yükləmişlər. Sonra həmin quyu qapaqlarını onun yaşadığı evin həyətinə aparmışlar. Orada həmin quyu qapaqlarını ona məxsus “VAZ-2106” markalı avtomobilin arxa tərəfinə yükləmişlər. Quyu qapaqlarını Rahimlə birlikdə Alar kəndinə dəmir toplayan Şahid həyətinə aparmışlar. Şahid ondan həmin quyu qapaqlarının oğurluq olub-olmamasını soruşmuş, o da Şahid bildirmişdir ki, narahat olmasın oğurluq deyil, həmin quyu qapaqlarını Cəlilabad rayonu Məşədilər kəndindən almışdır. Həmin quyu qapaqlarını Şahid 130 manata satmışlar və pulunu iki yerə bölmüşlər. Törətdiyi cinayət əməlindən peşmandır. Oğurluq nəticəsində dəymiş zərəri tam ödəmişlər. Zərərçəkmişin onlardan şikayət və tələbi yoxdur. Himayəsində bir azyaşlı uşağı vardır, ailəsinin yeganə qazanc gətirənidir. Bu halları nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 tanıyır, onunla aralarında ədavət və şəxsi-qərəzçilik olmamışdır. 09 yanvar 2024-cü il tarixdə axşam vaxtı Təqsirləndirilən şəxs2 ona təklif etmişdir ki, H.Əliyev küçəsində quyu qapaqları var, gəl onu birlikdə oğurlayaq. O, Təqsirləndirilən şəxs2 demişdir ki, oğurluq etməyək, cinayətdir. Təqsirləndirilən şəxs2 təkidlə həmin quyu qapaqlarının oğurlanmasına onu köməklik etməyə razı salmışdır. Onlar 10 yanvar 2024-cü il tarixə keçən gecə birlikdə H.Əliyev küçəsinə ona məxsus “Vaz-2109” markalı avtomobillə gəlmişlər, Təqsirləndirilən şəxs2 quyu qapaqlarını quyuların üzərindən götürüb avtomobilə yükləmişdir. Bir neçə saat sonra onlar həmin quyu qapaqlarını Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz-2106” markalı avtomobilin arxa tərəfinə yükləmişlər, sonra Cəlilabad rayonu Alar kəndində yaşayan Şahid yaşadığı evin həyətinə getmişlər. Həmin dəmiri Şahid 130 manat pula satmışlar. Hətta Şahid quyu qapaqlarının oğurluq olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs2 həmin quyu qapaqlarının oğurluq olmamasını, Cəlilabad rayonu Məşədilər kəndindən almasını bildirmişdir. Onlar sağollaşıb oradan ayrılmışlar və Təqsirləndirilən şəxs2 pulun yarısını ona vermişdir. Ona çatan pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Cinyət nəticəsində vurulmuş ziyanı tam ödəmişlər, zərərçəkmişin ondan heç bir şikayəti və tələbi yoxdur, ailəsinin yeganə qazanc gətirənidir. Bu halları nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X7 Cəlilabad Şöbəsinin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə istintaqında ifadə verərək göstərdi ki, o, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X7 Cəlilabad Şöbəsində şəbəkə xidmətləri üzrə mütəxəssis vəzifəsində çalışır. 09 yanvar 2024-cü il tarixdə xidməti ərazilərə baxış keçirən zaman Cəlilabad şəhəri H.Əliyev prospektində quraşdırılmış "xxxx" MMC-nin X7 Cəlilabad şöbəsinin balansında olan 10 ədəd quyunun üzərində olan quyu qapaqlarının, eləcə də Cəlilabad şəhəri M.Hüseyn küçəsində quraşdırılmış "xxxx" MMC-nin X7 Cəlilabad şöbəsinin balansında olan 3 ədəd quyunun üzərində olan quyu qapaqlarının yerində olmamasını və həmin quyu qapapaqlarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişlər. Bu barədə tədbir görülməsindən ötrü RPŞ-nə müraciət etmişlər. Sonradan onlara məlum olmuşdur ki, həmin oğurluq hadisəsi Cəlilabad rayonu Qarazəncir kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğu tərəfindən törədilmişdir. Həmin quyu qapapaqlarının bir ədədinin qiyməti 130 manat təşkil edir. Oğurluq nəticəsində şöbəyə 1.690 (bir min altı yüz doxsan) manat maddi ziyan dəymişdir. Həmin ziyan hal-hazırda aradan qaldırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğuna qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədən cəza təyin edərkən bunu nəzərə almağı xahiş edir. Şahid –Şahid məhkəmə istintaqında ifadə verərək göstərdi ki, o, özü metal alqısatqısı ilə məşğul olur, bu işlə məşğul olub öz ailəsini dolandırır. 09 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə gəlmişlər. Onlar avtomobildə dəmir olduğunu ona demişlər, hətta Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin dəmiri Məşhədilər kəndindən tanımadığı şəxsdən alıbdır. O, həmin şəxslərdən həmin quyu qapaqlarının oğurluq olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs2 ona demişdir ki, oğurluq deyildir, narahat olmasın. O, həmin quyu qapaqlarına görə onlara 130 manat pul vermişdir. O, sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin quyu qapaqlarını oğurlayıb ona satmışlar. O da bunu bilən kimi quyu qapaqlarını polisə təhvil vermişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 31 yanvar 2024-cü il tarixli 19/50 nömrəli rəyindən görünür ki, 13 ədəd, qalınlığı 3 sm, diametri 40 sm olan, 10-15 il əvvəl alınmış dəmir quyu qapaqlarının orta istismar müddəti və orta isitismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin yanvar ayına olan orta bazar alqı-satqı qiyməti ilə ümumi dəyəri nəzərə qaydada təxminən 650,0 (15X50) manat müəyyən edilir. Cinayət işinin materiallarına əlavə olunmuş 17 yanvar 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, oğurluq hadisəsi Cəlilabad şəhəri M.Hüseyn küçəsində baş vermişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs quyu qapaqlarının oğurlandığı yeri göstərmişdir. Bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri bu cinayət əməlində təqsirləri tam sübuta yetirilmiş, özlərinin etiraf ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir və onlar həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfinən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İş materiallarında olan Cəlilabad rayon İHB-nin Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 yanvar 2024-cü il tarixli arayışdan və Elektron Məhkəmə informasiya sistemi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 himayəsində 2012-ci il təvəllüdlü Əfsanə Quliyeva adlı bir azyaşlı uşağı var. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanın aradan qaldırılmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, zərərçəkmişin ondan şikayət və tələbinin olmamasını, ailəsinin yeganə qazanc gətirəni olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 14 yanvar 2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 14 yanvar 2024-cü il tarixdə saat 15:00-da Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 16 yanvar 2024-cü il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MYS-dən azad etmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 16 yanvar 2024-cü il tarixdə saat 10:10-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işində olan, Cəlilabad Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və axtarışı elan edilməklə iş üzrə icraat dayandırılmışdır. Cinayət işinə əlavə olunmuş 14 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 14 iyun 2024-cü il tarixdə tutularaq Cəlilabad RPŞ-nin MSY-ə təhvil verilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İş materiallarında olan Cəlilabad rayonu İHB-nin Cəlilabad şəhər İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş 17 mart 2022-cu il tarixli, 10/81 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağı var. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayət nəticəsində dəymiş ziyanı aradan qaldırması Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, zərərçəkmişin ondan şikayət və tələbinin olmamasını, ailəsinin yeganə qazanc gətirəni olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 14 yanvar 2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 14 yanvar 2024-cü il tarixdə saat 16:30-da Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 16 yanvar 2024-cü il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MYS-dən azad etmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 16 yanvar 2024-cü il tarixdə saat 11:40-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut- 5 ədəd dəmir quyu qapaqlarının zərərçəkmiş şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X6ytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 14 yanvar 2024-cü il tarixdən 16 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və hazırkı iş üzrə 14 iyun 2024-cü il tarixdən 02 iyul 2024cü il tarixədək həbsdə olduğu 21 (iyirmi bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 1 (bir) ay 12 (on iki) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan saat 07:00-dək yaşadığı Cəlilabad rayonu Qarazəncir kəndindəki evi tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişidirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 14 yanvar 2024-cü il tarixdən 16 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23 :00-dan saat 07:00-dək yaşadığı Cəlilabad rayonu Qarazəncir kəndindəki evi tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut- 5 ədəd dəmir quyu qapaqlarının zərərçəkmiş şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X6ytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar.

Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar