Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-82/2024 25.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) X1 iştirakı ilə, xx xxxxxxx 1984-cü ildə Cəlilabad rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, barəsində Cəlilabad rayon məhkəməsinin 30 dekabr 2023-cü il tarixli qərarı ilə 3 (üç) ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 28 dekabr 2023-cü il tarixdə saat 10 radələrində ətrafda kiminsə olmadığına əmin olduqdan sonra Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Zərərçəkmiş şəxs X6 Cəlilabad Rayon Şöbəsinin 29-30 şkaf ərazisində yerləşən 1 metrinin dəyəri 12 manat olan, ümumilikdə 10 metr uzunluğunda, 120 manat dəyərində TPP100x2x0.5 markalı ictimai əhəmiyyətli rabitə xətlərinə aid olan naqili gizli olaraq talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir və buna görə də maddi vəziyyəti pisdir. Əvvəllər rayon ərazisində telefon xətləri və internet xətlərinin çəkilməsi işlərində işlədiyi üçün rayon ərazisində olan telefon və internet xətlərin yerini yaxşı bilir. 28 dekabr 2023-cü il tarixdə səhər saatlarında pulu olmadığı üçün rayon ərazisində internet xətlərinə aid olan kabellərdən oğurlayıb sataraq pul əldə etmək qərarına gəlmişdir. Evdən çıxarkən özü ilə orta ölçülü bir çanta götürmüş və həmin çantaya kabel kəsmək üçün kəlbətin qoymuşdur. Həmin gün saat təxminən 10 radələrində tanışı Şahid1 ilə görüşmüş, onunla birlikdə Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən Texno tədris mərkəzinin yaxınlığında piyada hərəkətdə olarkən həmin ərazidə yerləşən internet kabellərinin bir hissəsini oğurlamaq qərarına gəlmişdir. Şahinə onu Texno tədris mərkəzinin qarşısında gözləməsini deyib yaxınlıqda olan küçələrdən birinə daxil olmuşdur. İnternet kabellərinin bağlandığı dirəklərə nəzər yetirmiş və görmüşdür ki, onlardan birindən keçən kabeli kəsib götürməyi üçün əlverişli şərait var. Ətrafa baxmış və ətrafda heç kimin olmadığını müəyyən etdikdən sonra üzərində olan çantadan kəlbətin götürüb oradakı dirəkdən internet kabelini hər iki tərəfindən kəsərək götürmüşdür. Götürdüyü internet kabelini dairəvi formada yığaraq üzərində olan çantaya qoyub Texno tədris mərkəzinin qarşısında onu gözləyən tanışı Şahinin yanına getmişdir. Bir müddət Şahinlə söhbət etdikdən sonra onda mis materialdan olan kabel olduğunu və həmin kabeli satmağa getdiyini deyib onunla gəlməsini təklif etmişdir. Şahin onunla razılaşmış və birlikdə Cəlilabad şəhəri, S.Vurğun küçəsində metal qəbulu ilə məşğul olan Adəm adlı şəxsin yanına getmişlər. Adəmə satmaq üçün kabel gətirdiyini deyib neçəyə alacağını soruşmuşdur. Adəm həmin kabeli tərəzidə çəkdikdən sonra qiymətini deyəcəyini bildirmişdir. Kabeli Adəmə vermiş, Adəm kabeli tərəzidə çəkib çəkisinin təxminən 2 kiloqram olduğunu deyərək bunun müqabilində ona 16 manat pul verə biləcəyi bildirmişdir. Pula ehtiyacı olduğundan onunla razılaşmış və ondan 16 manat pulu alıb oradan getmişdir. Əldə etdiyi pula ərzaq almış və törətdiyi əmələ görə peşmandır. Əlavə suallara cavab olaraq Şahin Cəfərovun onun törətdiyi oğurluq hadisəsini görmədiyini, məlumatının olmadığını və oğurladığı kabelləri satdığı Adəm adlı şəxsin həmin kabelləri oğurlamasından məluatının olmadığını bildirmişdir. Törətmiş olduğu əməlindən səmimi peşiman olduğunu bildirərək cəza təyini zamanı nəzərə alınmasını xahiş etdi. Zərər çəkmiş hüquqi şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs hüquq departamentinin direktor müavini Zaur Abdullayev ibtidai istintaq zamanı mülki iddia ilə müraciət edərək cinayət işi üzrə Təqsirləndirilən şəxs 532.6 manat (beş yüz otuz iki manat altı qəpik) manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb Zərərçəkmiş şəxs hesabına ödənilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərər çəkmiş hüquqi şəxs və eyni zamanda mülki iddiaçının nümayəndəsi Nümayəndə 28 dekabr 2023-cü il tarixdə Aztelekom MMC-nin X6 Cəlilabad Şöbəsinin ərazisi olan Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən Şöbəyə məxsus paylayıcı şkafın ərazisindən TPP100X2X0.5 markalı kabelin oğurlanması barədə Cəlilabad RPŞ-nə müraciət edilmişdir. 28 dekabr 2023-cü il tarixdə vətəndaşlardan kütləvi daxil olmuş müraciətlər əsasında qeyd olunan əraziyə müvafiq əməkdaşlar tərəfindən baxış keçirilmiş və Cəlilabad şəhəri, H.Əliyev prospektində Texno tədris mərkəzinin yaxınlığında Şöbəyə məxsus 10 metr uzunluğunda TPP100X2X0.5 markalı naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək oğurlanması müəyyən edilmişdir. Əlavə suallara cavab olaraq həmin kabelin 1 metrinin dəyərinin 12 manat 80 qəpik olması və baş vermiş oğurluq hadisəsin nəticəsində Aztelekom MMC-nin X6 Cəlilabad Şöbəsinə ümumilikdə 532 manat 6 qəpik maddi ziyan dəydiyini bildirmişdir. Ona görə də mülki iddianı hazırda müdafiə etdiyini və Təqsirləndirilən şəxs barəsində ədalətli qərar çıxarılmaqla mülki iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdi ki, Aztelekom MMC-nin X6 Cəlilabad Şöbəsinin baş mühəndisi vəzifəsində işləyir. 28 dekabr 2023-cü il tarixdə Aztelekom MMC-nin X6 Cəlilabad Şöbəsinin ərazisi olan Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən Şöbəyə məxsus paylayıcı şkafın ərazisindən TPP100X2X0.5 markalı kabelin oğurlanması barədə Cəlilabad RPŞ-nə müraciət etmişdir. 28 dekabr 2023-cü il tarixdə vətəndaşlardan kütləvi daxil olmuş müraciətlər əsasında əraziyə baxış keçirilmiş və Cəlilabad şəhəri, H.Əliyev prospektində Texno tədris mərkəzinin yaxınlığında Şöbəyə məxsus 10 metr uzunluğunda TPP100X2X0.5 markalı naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək oğurlanması müəyyən edilmişdir. Əlavə suallara cavab olaraq həmin 1 metrinin dəyərinin 12 manat 80 qəpik olması və baş vermiş oğurluq hadisəsin nəticəsində Aztelekom MMC-nin X6 Cəlilabad Şöbəsinə ümumilikdə 532 manat 6 qəpik maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir ədavət düşmənçiliyi olmamışdır. Cəlilabad şəhəri, S.Vurğun küçəsində metal qəbulu məntəqəsi işlədir. 28 dekabr 2023-cü il tarixdə təxminən saat 12 radələrində iki nəfər tanımadığı şəxs işlədiyi yerə gəlmişdir. Həmin şəxslərdən biri onda mis materialdan olan kabel olduğunu deyib həmin kabeli neçəyə alacağını soruşmuşdur. Həmin kabeli tərəzidə çəkdikdən sonra ona qiymətini deyəcəyini bildirmiş, həmin şəxs onunla razılaşıb əlində olan çantadan qara rəngli kabel çıxarıb ona vermişdir. Həmin kabeli tərəzidə çəkmiş, çəkisi təxminən 2 kiloqram olmuş və həmin şəxsə bunun müqabilində 16 manat pul verə biləcəyini demişdir. Həmin şəxs onunla razılaşmış və həmin şəxsə 16 manat pul vermişdir. Metal qəbul etdiyi şəxslərin adını qeyd etdiyi üçün ondan adını və soyadını soruşmuşdur. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra o, çıxıb getmiş və ondan aldığı kabeldə olan metalı əldə etmək üçün həmin kabeli digər kabellərlə sobaya atıb yandırmışdır.Əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs ona satdığı kabelin cinayət yolu ilə əldə edilməsindən məlumatının olmadığı və ondan aldığı kabeli digər kabellərlə birlikdə yandırdığı üçün təqdim etməsinin mümkün olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımış, Rasimin qonşusudur, onunla heç bir ədavət düşmənçiliyi olmamışdır. 28 dekabr 2023-cü il tarixdə səhər saaltarında Rasimlə yaşadığı küçədə rastlaşmış və onunla birlikdə Cəlilabad şəhəri, H.Əliyev prospekti ilə hərəkət etməyə başlamışalr. Hər ikisi Cəlilabad şəhərində Baş adlanan əraziyə getdikləri üçün birlikdə gedirmişlər. Həmin zaman Rasimin əlində çanta olmuşdur. Cəlilabad şəhəri, H.Əliyev prospektində Texno tədris mərkəzinin yaxınlığında olduqları zaman Rasim onu Texno tədris mərkəzinin qarşısında gözləməyini deyib yaxınlıqda olan küçələrdən birinə daxil olmuşdur. Təxminən 10 dəqiqə sonra Rasim onun yanına gəlib onda kabel olduğunu, həmin kabeli satmağa getdiyi deyərək onunla gəlməyini istəmişdir. Qonşu olduğu üçün ona etiraz etməmiş və onunla birlikdə Cəlilabad şəhəri, S.Vurğun küçəsində metal qəbulu ilə məşğul Adəm adlı şəxsin yanına getmişlər. Rasim həmin kabeli Adəmə 16 manat satmış və daha sonra oradan çıxıb evvlərinə getmişlər. Əlavə suallara cavab olaraq Rasimin həmin kabelləri oğurlamasını görmədiyini bildirmişdir. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(073)-165/2024-cü il tarixli qərarın sürətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 dekabr 2023-cü il tarixdə 3 (üç) ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. İşdə olan Təqsirləndirilən şəxs barəsində Cəlilabad rayon məhkəməsinin 30 dekabr 2023-cü il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsinə dair sonuncunun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş vəsatət Cəlilabad rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli qərarı ilə təmin edilməmiş və “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsindən imtina edilmişdir. İşdə olan istintaq zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittihamın məzmununun dəyişdirilməsinə əsas ola biləcək yeni hallar müəyyən olunduğundan 05 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs elan olunmuş ittihamın məzmununa dəyişikliklər edilib ona Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İşdə olan 29 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, oğurluq hadisəsi Cəlilabad şəhəri, H.Əliyev prospektində Texno tədris mərkəzinin yaxınlığında baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Şahid3 hadisə yerini təqdim etmişdir. İşdə olan, Azərbaycan Respublikası ƏN-nin MEM-nin X7 tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizanın xx.xx.2024-cü il tarixli 19/181 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 10 metr TPP 100X2X0.5 markalı naqilin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 120.00(10X12.00m) manat müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış sorğudan və iş materiallarına əlavə edilmiş hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Yusubov X5 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 il 2 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həbsdə qaldığı müddət nəzərə alınmaqla cəzası çəkilmiş hesab edilmişdir, məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iş üzrə 128 manat maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs hesabına ödənilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdə olan sənəddən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü Yusubova Zülfiyyə, xx.xx.2019-cü il təvəllüdlü Yusubov Adil və xx.xx.2007-ci il təvəllüdlü Yusubova Rüqayyə adlı bir az yaşlı və iki yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını və himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitidən təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, başqa yerə getməmək haqqında iltizam qətinkan tədbiri ilə əvəz edilmiş və məhkəmə zalından həbsdən azad edilmişdir. Zərər çəkmiş hüquqi şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətnin etibarmanə üzrə nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı mülki iddia ilə müraciət edərək cinayət işi üzrə Təqsirləndirilən şəxs 532.06 manat (beş yüz otuz iki manat altı qəpik) manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb Zərərçəkmiş şəxs hesabına ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1 və 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq digər əsaslarla yanaşı iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Göstərilənlərlə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı sübuta yetirildiyindən və həmin əməl nəticəsində zərərçəkmiş şəxsə maddi zərər vurması müəyyən edildiyindən iş üzrə verilmiş mülki iddia qismən təmin edilməklə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 532.06 (beş yüz otuz iki manat altı qəpik) manat maddi ziyanın sonuncu tərəfindən ödənilmiş 128 manatı nəzərə alınmaqla 404.06 (dörd yüz dörd manat altı qəpik) manat maddi ziyan və 30 (otuz) manat ödənmiş dövlət rüsumu daxil olmaqla, cəmi 434,06 (dörd yüz otuz dörd manat altı qəpik) manat tutulub zərərçəkmiş hüquqi şəxs Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətnin xeyrinə ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi 4 ay 9 (doqquz) gün həbsdə qaldığı müddət nəzərə alınmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanda yerləşən evini tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 404.06 (dörd yüz dörd manat altı qəpik) manat maddi ziyan və 30 (otuz) manat ödənmiş dövlət rüsumu daxil olmaqla, cəmi 434,06 (dörd yüz otuz dörd manat altı qəpik) manat tutulub zərərçəkmiş hüquqi şəxs Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənsin. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökm 20 gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan olunduğu andan 20 gün müddətinə Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-82/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-82/2024
25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver