Məhkəmə qərarları › İş №1(073)-82/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-82/2025

10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-82/2025 10.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat 10:30 X4 Adil oğlunun sədrliyi, Fərəcov Ehtiram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1969-cu ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri V.Niftullayev küçəsi ev 62-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təsiredici maddəsinin ümumi miqdarı 0.04 qram olan 01 ədəd narkotik vasitə - metadon həbini əldə edib üzərində saxlamaqla daşımış, 15 mart 2025-ci il tarixdə saat 22 radələrində Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən Cəlilabad şəhəri, H.Əliyev prospektində, “MTS” adlanan ərazinin yaxınlığında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılaraq həmin ərazidə üstü yoxlanılmış və əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd ağ rəngli kağız bükülüdə həmin metadon həbi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər narkotik vasitə istifadə etmişdir. Lakin uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddə qəbul etmir. 15 mart 2025-ci il tarixdə, səhər saatlarında Cəlilabad şəhəri, H.Əliyev prospektində yaşadığı küçənin yaxınlığında yolun kənarı ilə piyada gəzdiyi zaman yolun kənarında yerdə bir ədəd ağ rəngli kağız bükülü görmüşdür. Həmin bükülü diqqətini çəkdiyi üçün onu yerdən götürmüş və içərisinə baxan zaman həmin bükülünün içərisində bir ədəd narkotik vasitə olan metadona bənzər həb olduğunu görmüşdür. Həmin kütləni götürüb gələcəkdə istifadə etmək məqsədilə əynində olan gödəkçənin sol yan cibinə qoyub üzərində saxlamışdır. Həmin gün təxminən saat 21:05 radələrində Cəlilabad şəhəri H.Əliyev prospektində “MTS” adlanan yerin yaxınlığında piyada gəzdiyi zaman ona mülki geyimdə olan bir neçə nəfər şəxs yaxınlaşmışdır. Həmin şəxslər özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra isə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə və psixotrop maddə olub-olmadığını soruşmuşlar. Polislərə üzərində qanunla qadağan edilmiş narkotik maddə metadon həbi olduğunu bildirmişdir. Bundan sonra polislər ona demişdir ki, üstündə videoçəkiliş aparılmaqla yoxlama aparacaqlar və buna hər hansı bir etirazının olub-olmamasını soruşmuşlar. Heç bir etirazının olmadığını demiş və bundan sonra üstündə videoçəkiliş aparılmaqla yoxlama aparmağa başlamışlar. İlk öncə ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa təqdim etsin. Bu təklifdən sonra əynində olan gödəkçənin sol yan cibindən həmin ağ kağız bükülüdə olan narkotik vasitə metadon həbini təqdim etmişdir. Daha sonra üstünü axtarmışlar. Üstündən narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi metadon həbinə baxış keçirilmiş, elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşları onu Cəlilabad rayon polis şöbəsinə dəvət etmiş və o, polislərin dəvətini qəbul edib onlarla birlikdə Cəlilabad rayon polis şöbəsinə getmişdir. Orada bir neçə sənəd tərtib edilmiş və həmin sənədlərə imza etmişdir. Sonra onu şöbədə olan otaqlardan birinə aparmışlar. Özünü təhqiqatçı kimi təqdim edən polis əməkdaşı tərəfindən üstündə yoxlama aparılmasının videoçəkilişinə baxış keçirilmişdir. Daha sonra üzərindən aşkar edilmiş narkotik vasitə metadon həbinə baxış keçirilmiş, elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Yekunda protokol tərtib edilmiş və həmin protokola imza etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı zor tətbiq edilməmiş, bu barədə heç bir şikayət və tələbi yoxdur. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır. Odur ki, bunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs ilə ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 15 mart 2025-ci il tarixdə ona daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədilə həmin tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən yerlər müəyyən edilmişdir. 15 mart 2025ci il tarixdə, təxminən saat 21:05-də Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad şəhəri, H.Əliyev prospektində! yerləşən “MTS” adlanan ərazinin yaxdığında piyada hərəkətdi olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Bir neçə dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra həmin ərazidə ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan üstündə videoçəkilişlə yoxlama aparılacağını bildirib buna etirazı olub-olmamasını soruşmuşlar və Təqsirləndirilən şəxs buna heç bir etirazı olmadığını demişdir. Bundan sonra Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri X3 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üstündə yoxlama aparılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd kağız bükülü çıxarıb təqdim edərək içərisində narkotik vasitə metadon həbi olduğunu bildirmişdir. Şifahi sorğu zamanı həmin metadon həbini 15 mart 2025-ci il tarixdə, səhər saatlarında yoldan tapdığını və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmış, üzərindən narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 82 manat nağd pul vəsaiti özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kağız bükülüyə baxış keçirilmiş, içərisində narkotik vasitə metadon həbinə bənzər maddə olması müəyyən olunmuş, elektron tərəzidə çəkilmiş və təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Bundan sonra müvafiq sənədlərin tərtib edilməsi üçün Təqsirləndirilən şəxs Cəlilabad RPŞ-nə dəvət etmişlər və Təqsirləndirilən şəxs onların dəvətinə etiraz etməyərək onlarla birlikdə şöbəyə gəlmişdir. Şöbədə müvafiq sənədlər tərtib edildikdən sonra Təqsirləndirilən şəxs ondan aşkar olunmuş narkotik vasitə metadon həbi ilə birlikdə təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasının videoçəkilişinə baxış keçirilmişdir. Daha sonra yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd narkotik vasitə metadon həbinə baxış keçirilmiş, elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Bundan sonra protokol tərtib olunmuş və həmin protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nın əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 da eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən üzərinə baxış keçirilən və Cəlilabad RPŞ-də aşkar edilmiş kütələyə baxış keçirilən zaman aparılmış videoçəkilişlərə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində qara rəngli gödəkçənin sol yan cibindən bir ağ rəngli kağız bükülüdə narkotik vasitə metadon həbinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən verilmiş 16 mart 2025-ci il tarixli 19/116 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəyə bənzər kütlü....” sözləri və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd qıhvəyi rəngli dairəvi formalı həb metadon dərmanıdır və həmin təsiredici maddəsinin ümumi miqdarı 0,04 qramdır. Tədqiqata sərf edildi 0,5 ədəd, qalıq 0,5 ədə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 15 may 2025-ci il tarixli 263 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan opioidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 15 mart 2025-ci il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2025-ci il tarixdə saat 21:13-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 17 mart 2025-ci il tarixli “Tutulmuş şəxsin azad edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2025-ci il tarixdə saat 17:00-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Eyni zamanda məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonra qalan 0,5 ədəd metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şübhəli şəxs qismində saxlanılarkən üzərinə baxış keçirilən və Cəlilabad RPŞ-də aşkar edilmiş kütələyə baxış keçirilən zaman aparılmış videoçəkilişlərin köçürüldüyü 2 (iki) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı 15 mart 2025-ci il tarixdən 17 mart 2025-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 10 iyul 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclası zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 0,5 ədəd metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şübhəli şəxs qismində saxlanılarkən üzərinə baxış keçirilən zaman və Cəlilabad RPŞ-də aşkar edilmiş kütələyə baxış keçirilən zaman aparılmış videoçəkilişlərin köçürüldüyü 2 (iki) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 tapşırılsın. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar