Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-83/2024 21.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1981-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri S.Vurğun küçəsi ev 101-də qeydiyyatda olmaqla Cəlilabad şəhəri Cavadxan küçəsi yeni yaşayış massivində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdə saat 01 radələrində Cəlilabad şəhəri, Cavadxan küçəsi, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində baldızı Fatimə Hüseynovanın toy şənliyində rəsmi nikahda olduğu arvadı Zərərçəkmiş şəxs ondan icazəsiz iştirak etdiyini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə həmin zəmində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs burun və bədəninin müxtəlif nahiyələrinə yumruq və sillə zərbələri ilə vuraraq, ona burun və sağ çənə nahiyəsindən şişkinlik və qançır, burun sümüyünün yerini dəyişən sınığı, burun tənəffüsünün pozulması ilə nəticələnən vahid kompleks təşkil edib sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid və sol gicgah, sol yanaq, hər iki çiyin qurşağı, hər iki kürək, bel oma və sağ said, sağ bud-çanaq oynağı və sağ bud nahiyəsində qançırlar, sol əlin 4-cü barmağında və sağ əlin 2-ci barmağında sıyrıq sağ gözyuvası ətrafında qançır, sağ gözaltı nahiyədə əzilmiş yara və sağ çənə bucağı nahiyəsində sıyrıq ilə nəticələnən dərəcələri təyin edilməyən xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilib ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2013-cü ildə ailə həyatı qurmuş, onların rəsmi nikahları vardır. Həmin nikahdan 2014-cü il təvəllüdlü qızları X3 və 2018-ci il təvəllüdlü X1 dünyaya gəlmişdir. 07 yanvar 2024-cü il tarixdə baldızının toy mərasimi olmuş, lakin onun pulu olmadığı üçün həmin toya getməmiş, Zərərçəkmiş şəxs isə həmin toy şənliyinə getmişdir. 08 yanvar 2024-cü il tarixdə isə Zərərçəkmiş şəxs yaşadıqları evə gəlmişdir. 09 yanvar 2024-cü il tarixdə saat təxminən 00:15 radələrində işlədiyi kafedən yaşadığı evə gəlmiş, Zərərçəkmiş şəxs ona demişdir ki, bacısının toy mərasiminə 100 manat pul yazdırıb, həmin pulu kimdənsə borc alıb. Bu səbəbdən də Zərərçəkmiş şəxs ondan 100 manat pul istəmiş və hardan tapırsan tap demişdir. O isə pulunun olmadığını bildirmiş, aralarında bu mövzuda söz-söhbət yaranmış, o da əsəbləşib Gülərin sifət və baş nahiyyəsinə əli ilə bir neçə dəfə sillə və yumruq zərbələri vurmuşdur. O, arvadı Zərərçəkmiş şəxs sifətinə, başına, boynuna, kürəyinə bir neçə dəfə sillə və yumruq zərbələri, qıçlarına 1-2 dəfə təpik zərbələri, burnuna isə bir yumruq zərbəsi vurmuşdur. Qeyd olunan hadisə Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən fərdi yaşayış evində baş vermiş, həmin hadisəni kənar şəxslərdən heç kim görməmiş, bu hadisə mübahisə ilə birlikdə 5-10 dəqiqə davam etmişdir. Hal-hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Ona görə də bu halları nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi onun özünün etirafından başqa zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsi və işin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla da tam sübuta yetirilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 2013-cü ildə ailə həyatı qurmuş, rəsmi nikahları vardır. Həmin nikahdan 2014-cü il təvəllüdlü qızları X3 və 2018-ci il təvəllüdlü X1 dünyaya gəlmişdir. 07 yanvar 2024-cü il tarixdə bacısı Fatimənin toy şənliyi olmuş, buna görə də o, əri Təqsirləndirilən şəxs toya getmək üçün icazə almışdır. Lakin buna baxmayaq əri Təqsirləndirilən şəxs ona demişdir ki, əgər toya getsə bir də evə gəlməsin. Bundan sonra o, taksi ilə valideyinlərinin evinə getmişdir. 07 yanvar 2024-cü il tarixdə bacısının toyunda iştirak etmiş və anasının yaşadığı evə gəlmişdir. Səhərisi gün, yəni 08 yanvar 2024-cü il tarixdə axşam saat 23 radələrində əri Təqsirləndirilən şəxs ona zəng vurmuş və ona demişdir ki, arxasınca maşın göndərir, həmin maşınla evə gəlsin. Təxminən 10 dəqiqədən sonra Təqsirləndirilən şəxs onların arxasınca göndərdiyi avtomobil gəlmiş və onlar həmin avtomobillə yaşadıqları evə gəlmişlər. Lakin həmin vaxt Təqsirləndirilən şəxs evdə olmamışdır. Həmin vaxt gec olduğu üçün o, uşaqları yatızdırmağa hazırlamışdır. Bu zaman əri Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə evə gəlmişdir. O, Təqsirləndirilən şəxs sərxoş olduğunu görüb, ona fikir vermək istəməmiş, lakin buna baxmayaraq Təqsirləndirilən şəxs onun ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. O, Təqsirləndirilən şəxs demişdir ki, uşaqlar yatır ona sözü varsa çıxıb çöldə danışsınlar. Bundan sonra o, Təqsirləndirilən şəxsla birlikdə yaşadıqları evin eyvanına çıxmışlar. Bu zaman Aqil onun ünvanına yenə də söyüş söyməyə başlamış və ona yaxınlaşaraq saçından tutaraq yerə yıxmışdır. O, yerə yıxılan zaman Təqsirləndirilən şəxs yumruqla onun sifətinə və bədəninin müxtəlif nahiyyələrinə, təpiklə qıçlarına zərbələr vurmağa başlamışdır. O, Təqsirləndirilən şəxs bu hərəkətlərindən qorxub qışqırmış, həmin vaxt Təqsirləndirilən şəxs yenidən burun nahiyyəsinə bir yumruq zərbəsi vurmuşdur. Bu zaman onun burnu qanamağa başlamış, bundan sonra Təqsirləndirilən şəxs ondan əl çəkib yataq otağına keçib yatmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə də verərək, Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 11 yanvar 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evində baş vermişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X2 PHŞ-nin Cəlilabad rayon Şöbəsinin 10 yanvar 2024-cü il tarixli, 29- №-li nömrəli ekspert rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs burun və sağ çənə nahiyəsindən şişkinlik və qançır, burun sümüyünün yerini dəyişən sınığı, burun tənəffüsünün pozulması, sol gicgah, sol yanaq, hər iki çiyin qurşağı, hər iki kürək, bel oma və sağ said, sağ bud-çanaq oynağı və sağ bud nahiyəsində qançırlar, sol əlin 4-cü barmağında və sağ əlin 2-ci barmağında sıyrıq sağ gözyuvası ətrafında qançır, sağ gözaltı nahiyədə əzilmiş yara və sağ çənə bucağı nahiyəsində sıyrıq müəyyən olunmuşdur. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Törənmə müddəti 09 yanvar 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə burun nahiyəsində şişkinlik və qaçır, burun sümüyünün yerini dəyişən sınığı, burun tənəffüsünün pozulması vahid kompleks təşkil edib sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Bundan əlavə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 13-cü bəndinə əsasən, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngülük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyul 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Cəlilabad rayon İHB-nin Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2014-cü il təvəllüdlü Ömür Muradova və 2018-ci il təvəllüdlü Emilya Muradova adlı iki azyaşlı uşaqları vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və himayəsində iki azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonu Cavadxan küçəsində yerləşən evini tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-83/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-83/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver