Məhkəmə qərarları › İş №1(073)-83/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-83/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-83/2025 09.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci ildə Masallı rayonunun Musakücə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Masallı rayonunun Musakücə kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 26 aprel 2025-ci il tarixdə saat 18:36-da Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu, Astanlı kəndi ərazisində saxlanılaraq üzərində yoxlama aparılarkən 01 ədəd şəffaf sellofan bükülünün içərisində xeyli miqdarda, yəni təmiz çəkisi 11,333 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki qara rəngli şalvarın sol yan cibindən aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, Masallı rayonu, Musaküçə kəndində ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. 25 aprel 2025-ci il tarixdə saat 15 radələrində Masallı şəhərində yerləşən bazarın yanında piyada gəzərkən yolun kənarında yerdə 1 ədəd şəffaf sellofanda bükülü görmüş və ətrafda da heç kim olmamışdır. Həmin bükülü ona şübhəli gəldiyi üçün yerdən götürüb içərisinə baxmış və bu zaman bükülünün içərisində “nəşə” kimi tanıdığı narkotik vasitə olduğunu görmüşdür. Özü əvvəllər bir-iki dəfə narkotik vasitə “nəşədən” istifadə etdiyi üçün həmin narkotik vasitəni dərhal tanımışdır. Ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra narkotik vasitəni əynində olan qara rəngli şalvarın sol yan cibinə qoymuş və gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirmişdir. Lakin istifadə etməmişdir. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Cəlilabad rayonu, Astanlı kəndində yaşayan əsgər yoldaşı Rahim adlı şəxsi görmək məqsədilə həmin kəndə getmək istəmişdir. Masallı şəhərində yerləşən bazarın yanında dayanan tanımadığı taksiyə yaxınlaşmış və taksi sürücüsündən onu Cəlilabad rayonu, Astanlı kəndinə neçə manata aparmasını soruşmuşdur. Taksi sürücüsü sonradan adını bildiyi Davud Ağahəsənov da ona 40 manata aparacağını bildirmişdir. O da taksi sürücüsündən 30 manata aparmasını xahiş etmişdir. Taksi sürücüsü Davud Ağahəsənov da razılaşmış və o, Davudun idarə etdiyi qara rəngli “Vaz 21015” markalı **- FN-*** d.q.nişanlı avtomobilə əyləşərək Cəlilabad rayonu istiqamətinə getməyə başlamışdır. Həmin vaxt avtomobildə ondan başqa heç bir sərnişin olmamışdır. Avtomobildə bir neçə dəqiqə yol getdikdən sonra söhbət əsnasında Davud Ağahəsənov ondan haradan olduğunu və nə üçün Astanlı kəndinə getməsini soruşmuşdur. O da Davud Ağahəsənova adının Tohid olduğunu, Masallı rayonu, Musaküçə kəndində yaşadığını, getdikləri kənddə əsgər yoldaşının olduğunu və onunla görüşdükdən sonra geri qayıdacağını bildirmişdir. Həmin gün saat 18:30-da onlar Cəlilabad rayonu, Astanlı kəndinə gəlmişdir. Davud Ağahəsənov idarə etdiyi avtomobildə siqaret çəkməyə icazə verməmişdir. Cəlilabad rayonu, Astanlı kəndi ərazisində Davud Ağahəsənovdan idarə etdiyi avtomobili yolun kənarında siqaret çəkmək məqsədilə saxlamasını xahiş etmişdir. Avtomobildən hər ikisi düşmüş və o da siqaret çəkməyə başlamışdır. Bu zaman mülki geyimdə üç nəfər şəxs onlara yaxınlaşaraq Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Mülki geyimdə olan və özünü Cəlilabad rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 kimi təqdim edən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanıldığını bildirmişdir. Əməliyyat müvəkkili Şahid1 ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşmuşdur. O da həmin şəxsə üzərində qanunla qadağan edilmiş predmetlərin olduğunu bildirmişdir. Əməliyyat müvəkkili onun üstünün yoxlanılması zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə üstünün yoxlanılması barədə əməliyyat müvəkkili məlumat vermişdir. Əməliyyat müvəkkili üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini istəməsi barədə təklif etmişdir. O, əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofanda olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Əməliyyat müvəkkili Şahid1 üstünü yoxlayarkən əynindəki qara rəngli şalvarın sol yan cibindən 25 manat pul və şalvarın sağ yan cibindən 1 ədəd “Samsung A13” markalı mobil telefon aşkar edilmişdir. Bundan sonra əməliyyat müvəkkili tərəfindən üstünün yoxlanılması davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Ondan götürülmüş 25 manat pul isə iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Əməliyyat müvəkkili Şahid1 tərəfindən onun təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisinin 11,80 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmiş və üzərinə imzalar edilmişdir. Ona məxsus “Samsung A13” markalı mobil telefon da iş üçün əhəmiyyət kəsb etdiyindən əməliyyat müvəkkili tərəfindən götürülmüş və zərfə qoyularaq möhürlənmişdir. Həmin zərfin də üzərinə imzalar edilmişdir. Daha sonra taksi sürücüsü X2 üstünün və idarə etdiyi qara rəngli “Vaz 21015” markalı **-FN-*** d.q.nişanlı avtomobilin yoxlanılması barədə əməliyyat müvəkkili məlumat vermişdir. Əməliyyat müvəkkili Şahid1 taksi sürücüsü Davud Ağahəsənovdan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşmuşdur. Davud da həmin şəxsə üzərində qanunla qadağan edilmiş predmetlərin olmadığını bildirmişdir. Əməliyyat müvəkkili, Davud Ağahəsənovun üstünü yoxlayarkən əynindəki qara rəngli şalvarın sol yan cibindən 1 ədəd avtomobil açarı və şalvarın arxa sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Bundan sonra əməliyyat müvəkkili tərəfindən Davud Ağahəsənovun üstünün yoxlanılması davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Davuda məxsus “Samsung” markalı mobil telefon da iş üçün əhəmiyyət kəsb etdiyindən əməliyyat müvəkkili tərəfindən götürülmüş və zərfə qoyularaq möhürlənmişdir. Həmin zərfin də üzərinə imzalar edilmişdir. X5 idarə etdiyi qara rəngli “Vaz 21015” markalı **-FN-*** d.q.nişanlı avtomobilin yoxlanılması davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra əməliyyat müvəkkili ona və Davud Ağahəsənova hüquqlarını izah edib barələrində müvafiq sənədləşmələr aparılması üçün əlverişli şərait olmadığından onlarla birlikdə Cəlilabad rayon polis şöbəsinə gəlmələrini bildirmişdir. Polis şöbəsinə gəldikdən sonra onları xidməti otağa gətirmişlər. Əməliyyat müvəkkili tərəfindən üstünün və Davud Ağahəsənovun üstünün, idarə etdiyi avtomobilin yoxlanılması barədə protokol tərtib olunmuşdur. Onlar, imzalarla həmin protokolu təsdiq etmişlər. Daha sonra polis geyimində olan və özünü Cəlilabad rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Samid Əliyev kimi təqdim edən şəxs, əməliyyat müvəkkili tərəfindən təqdim olunmuş 2 ədəd zərfə və 1 ədəd DVD formatlı diskə baxış keçirəcəyini bildirmişdir. Təhqiqatçı təqdim olunmuş 1 ədəd DVD formatlı diski kompyuterə daxil edərək onun, Davud Ağahəsənovun və əməliyyat müvəkkili Şahid1 iştirakı ilə video-görüntüyə baxış keçirmişdir. Daha sonra video-çəkilişə baxıb qurtardıqdan sonra təhqiqatçı Samid Əliyev, möhürlənərək qablaşdırılmış 1 ədəd zərfi açmış və həmin zərfin içərisində olan şəffaf sellofan bükülüyə baxış keçirilmişdir. Həmin şəffaf sellofanın içərisində olan narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisinin 11,78 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə yenidən zərfə qoyularaq möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən baxış keçirilməsi barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Bundan əlavə, ona məxsus “Samsung A51” markalı və Davud Ağahəsənova məxsus “Samsung” markalı mobil telefonlar da iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Ona Cəlilabad rayon vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmiş və razılığı ilə X9 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə tutulması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Narkomanlar arasında narkotik vasitə olan qurudulmuş marixuanaya onlar nəşə dediyinə görə o, üstünün yoxlanılması zamanı aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya nəşə demişdir. Onu polis əməkdaşları tutan zaman, üstünü yoxlamağa başlamazdan əvvəl və həmçinin üstünü yoxlayan zaman polis əməkdaşları ona qarşı heç bir zorakılıq hərəkətləri, psixi təzyiq etməmişlər. Üzərində aşkar olunan narkotik vasitədən heç kimin məlumatı olmamış və Davud Ağahəsənovun da heç bir xəbəri olmamışdır. O, heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Sadəcə olaraq istifadə etmişdir. Hazırda əməlindən səmimi peşmandır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, 26 aprel 2025-ci il tarixdə Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanması, Cəlilabad rayon polis şöbəsinə gətirilməsi və müvafiq qaydada onun üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Cəlilabad rayon polis şöbəsinin rəhbərliyinin əmri ilə qrup üzvü kimi ondan, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, NMQ-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid3, PPXB-nin polis nəfəri, polis serjantı Şahid4 və PPXB-nin polis nəfəri, polis serjantı Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. 26 aprel 2025-ci il tarixdə saat 18:30-da Təqsirləndirilən şəxs Cəlilabad rayonu, Astanlı kəndi ərazisində sərnişin kimi əyləşdiyi “Vaz 21015” markalı **-FN-*** d.q.nişanlı avtomobilə yaxınlaşmışlar. Həmin vaxt avtomobilin sürücüsü X4 və Təqsirləndirilən şəxs saxlayaraq, Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs də onlara üzərində qanunla qadağan edilmiş predmetlərin olduğunu bildirmişdir. Tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılması keçirilən zaman video çəkilişdən istifadə olunacağı barədə iştirakçılara məlumat vermişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofanda olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. O, həmin bir ədəd şəffaf sellofanda aşkar olunan kütlənin nə olmasını Təqsirləndirilən şəxs soruşduqda həmin kütlənin nəşə olduğunu, xx.xx.2025-ci il tarixdə Masallı şəhərində yerləşən bazarın yanında piyada gəzərkən yolun kənarında yerdən tapdığını və gələcəkdə istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. O, Təqsirləndirilən şəxs üstünü yoxlayarkən əynindəki qara rəngli şalvarın sol yan cibindən 25 manat pul və şalvarın sağ yan cibindən 1 ədəd “Samsung A13” markalı mobil telefon aşkar etmişdir. Daha sonra onun üstünün yoxlanılması davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan olunan hər hansı əşya, maddə predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs götürülmüş 25 manat pul iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd şəffaf sellofanın içərisinə baxış keçirilən zaman narkotik vasitə marixuanaya bənzər kütlə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlənin ümumilikdə çəkisi 11,80 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 141 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məxsus “Samsung A13” markalı mobil telefon da iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfindən götürülmüş və zərfə qoyularaq möhürlənmişdir. Həmin zərfin də üzərinə imzalar edilmişdir. Daha sonra taksi sürücüsü X2 üstünün və idarə etdiyi qara rəngli “Vaz 21015” markalı **-FN-*** d.q.nişanlı avtomobilin yoxlanılması barədə məlumat vermişdir. O, taksi sürücüsü Davud Ağahəsənovdan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşmuşdur. Davud da onlara üzərində qanunla qadağan edilmiş predmetlərin olmadığını bildirmişdir. O, Davudun üstünü yoxlayarkən əynindəki qara rəngli şalvarın sol yan cibindən 1 ədəd avtomobil açarı və şalvarın arxa sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aşkar etmişdir. Bundan sonra Davud Ağahəsənovun üstünün yoxlanılması davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Davuda məxsus “Samsung” markalı mobil telefon da iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfindən götürülmüş və zərfə qoyularaq möhürlənmişdir. Həmin zərfin də üzərinə imzalar edilmişdir. X5 idarə etdiyi qara rəngli “Vaz 21015” markalı **-FN-*** d.q.nişanlı avtomobilin yoxlanılması davam etdirilmiş, lakin avtomobildə qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və Davud Ağahəsənova hüquqlarını izah edib barələrində müvafiq sənədləşmələr aparmaq üçün əlverişli şərait olmadığından onları Cəlilabad rayon polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsinə gəldikdən sonra onları xidməti otağa gətirmişdir. Tərəfindən Təqsirləndirilən şəxs üstünün və Davud Ağahəsənovun üstünün, idarə etdiyi avtomobilin yoxlanılması barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onlar, RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Samid Əliyevin xidməti otağına gəlmiş və təhqiqatçı Samid Əliyev təqdim olunmuş əşyalara baxış keçirilən zaman keçirilən zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir. Təhqiqatçı, əvvəl 1 ədəd DVD formatlı diski “HP” markalı kompyuterə daxil edərək onun, Təqsirləndirilən şəxs və Davud Ağahəsənovun iştirakı ilə video-görüntüyə baxış keçirmişdir. Daha sonra video-çəkilişə baxıb qurtardıqdan sonra təhqiqatçı Samid Əliyev, möhürlənərək qablaşdırılmış 1 ədəd zərfi açmış və içərisində şəffaf sellofanda olan bükülüyə baxış keçirmişdir. Həmin şəffaf sellofanın içərisində olan narkotik vasitə marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 11,78 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə yenidən zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 141 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən baxış keçirilməsi barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Bundan əlavə, Təqsirləndirilən şəxs məxsus “Samsung A13” markalı və Davud Ağahəsənova məxsus “Samsung” markalı mobil telefonlar da iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid5 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid3 və Şahid4 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofan bükülü narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi Lənkəran regional bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 19/171 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükülüdə təmiz çəkisi – 11,333 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (tədqiqata sərf edildi 0,1 qram, qalıq 11,233 qram təşkil edir). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 255 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nın yanında DSMF-nun təqdim olunmuş arayışına əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlildir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun üzərindən aşkar edilmiş narkotik vasitənin növünü və miqdarını, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan xx.xx.2025-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:30da şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, xx.xx.2025-ci il tarixdə, saat 16:40da Cəlilabad Rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 11,233 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 8 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 aprel 2025-ci ildən 28 aprel 2025-ci ilədək 2 (iki) gün müddətə həbsdə saxlanılması nəzərə alınmaqla, həmin müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 09 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbsə alınsın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın, onun narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti Masallı Rayon Mərkəzi X6 Şəxsinə göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan 11,233 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxsə münasibətdə isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar