Məhkəmə qərarları › İş №1(073)-84/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-84/2024

30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-84/2024 30.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Tovuz rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Tovuz rayonu, Ağdam kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü X2 işləyən vəzifəli şəxsin yaxını kimi təqdim etməklə tanışı Cəlilabad şəhəri, Sabir küçəsi ev 53-də yaşayan Zərərçəkmiş şəxs arvadı Şahid ürək xəstəliyi ilə bağlı dayandırılmış pensiyasını bərpa edəcəyinə dair yalan vədlər verərək bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin oktyabr ayının 2-də “Milliön” ödəmə terminalı vasitəsilə 800 manat, 2021-ci ilin noyabr ayının 11-də “Milliön” ödəmə terminalı vasitəsilə 1000 manat və 26 fevral 2022-ci il tarixdə isə “Milliön” ödəmə terminalı vasitəsilə 4457 manat göndərmiş olduğu pulları Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan çıxardıb ümumilikdə Zərərçəkmiş şəxs 6257 manat pulunu ələ keçirərək verdiyi vədlərə əməl etməyib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2021-ci ilin may ayında Cəlilabad rayonu, Uzuntəpə kəndində Mahir Qəmbərovun oğlunun yas mərasimində tanış olmuşdur. Zərərçəkmiş şəxslə söhbət edən zaman tanışlığı yaranmış, onlar bir-birilərinin mobil telefon nömrələrini almışlar və telefon vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlayıb danışmışlar. 2021-ci ilin ortalarında Zərərçəkmiş şəxs ona zəng edərək, həyat yoldaşı Şahid Bakı şəhərinə Respublikanski xəstəxanasına gətirməsini, arvadının ürək xəstəsi olmasını, lakin xəstəliyinə görə verilən müavinətin dayandırılmasını və ona görə Bakı şəhərinə gəlməsini bildirmişdir. O da Zərərçəkmiş şəxs yanına getmişdir. O, Zərərçəkmiş şəxs arvadının xəstəliyinə görə almış olduğu müavinəti bərpa etdirə biləcəyini, lakin buna görə pul verməli olduğunu demişdir. Zərərçəkmiş şəxs ondan nə qədər pul verəcəyini soruşmuşdur. O da 6.000 manat pul lazım olmasını demiş, onlar razılaşmışlar. 2021-ci ilin oktyabr ayının əvvələrində Zərərçəkmiş şəxs onun kart hesabına 800 manat pul göndərmiş, o, həmin pulu kartından çıxartmış və öz ehtiyaclarına xərcləmişdir. Daha sonra həmin məqsədlə 2021-ci ilin noyabr ayının əvvələrində Zərərçəkmiş şəxs onun kart hesabına 1000 manat pul göndərmiş, o da həmin pulu kartından çıxartmış və öz istirahətinə xərcləmişdir. Amma Zərərçəkmiş şəxs arxayın etmişdir ki, arvadının xəstəliyinə görə aldığı müavinəti bərpa etdiricəkdir. 2022-ci ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs onun kart hesabına 4457 manat pul göndərmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, 250 manat pulu da özünə xərcləyər. O, həmin 4457 manat pulu kartından çıxardıb götürmüş və həmin pulları öz ehtiyacları üçün xərcləmişdir. O, pulu tək almış, aldığı puldan heç kimə verməmiş, heç kimin Zərərçəkmiş şəxs ona pul verməsindən məlumatı olmamışdır. O, Zərərçəkmiş şəxs almış olduğu pulun hamısını özünə xərcləmişdir. Zərərçəkmiş şəxs ona ümumilikdə 6257 manat pul vermişdir, həmin pulları onun kart hesabına göndərmişdir. O, həmin pulları Bakı şəhərində xatırlamadığı ünvanda yerləşən bankomatdan əldə etmişdir. O, Şahid məxsus xəstəlik sənədlərinin surətini də Zərərçəkmiş şəxs almışdır. Hazırda özünü təqsirli bilir. Əməlindən səmimi peşimandır. Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyəcəyinə söz verir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayında bacısı oğunun yas mərasimində Tovuz rayonu, Ağdam kənd sakini Təqsirləndirilən şəxs ilə tanış olmuş, onu əvvəllər tanımamışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs bildirmişdir ki, arvadı Şahid xəstəliyi ilə bağlı aldığı müavinəti dayandırılıb, bunu necə bərpa etdirə bilər. Təqsirləndirilən şəxs də ona bərpa etdirmək olar demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs mobil nömrəsini (***-***-**-**) almış və öz mobil nömrəsini də ona vermişdir. Həmin işlə bağlı Təqsirləndirilən şəxs ondan 6000 manat pul alacağını bildirmişdir. Bundan təxminən bir ay sonra Təqsirləndirilən şəxs ona zəng edərək həyat yoldaşının müavinət məsələsini düzəltmək üçün 1000 manat pul göndərməsini istəmişdir. O da Təqsirləndirilən şəxs 1000 manatının olmadığını, 800 manat göndərə biləcəyini demişdir. Bundan sonra 2021-ci ilin təxminən oktyabr ayının əvvələrində Təqsirləndirilən şəxs ona verdiyi 4****7031 saylı hesaba 800 manat pul göndərmişdir. Bundan təxminən bir ay sonra, yəni 2021-ci ilin noyabr ayının 11-də Elxan ona zəng edib bildirmişdir ki, artıq işi düzəldir 1000 manat da pul lazımdır. O da həmin hesab nömrəsinə 2021-ci ilin noyabr ayının 11-də 1000 manat da göndərmişdir. 2022-ci ilin fevral ayında Bakı şəhərinə getmiş, orada Təqsirləndirilən şəxs ilə görüşmüş, Elxan ona narahat olmamağını bildirmiş, 2022-ci ilin mart ayında həyat yoldaşının müavinət məsələsinin düzələcəyini demiş, lakin 5000 manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs ilə orada 5000 manatı ona verəcəyi ilə bağlı razılaşıb Cəlilabad rayonuna gəlmiş, lakin 5000 manat pul tapa bilmədiyi üçün, Təqsirləndirilən şəxs ona verdiyi kart nömrəsinə 4457 (dörd min dörd yüz əlli yeddi) manat pulu Cəlilabad şəhərində yerləşən “Kapital Bankın” bankomatından göndərmişdir. Bir müddət gözləmiş, lakin Təqsirləndirilən şəxs ona hər dəfə yalan vədlər vermiş, onu aldatmış, nə müavinəti düzəltmiş, nə də ki, onun pulunu qaytarmışdır. Hər dəfə Təqsirləndirilən şəxs zəng edib pulunu istəyəndə ona demişdir ki, yaxın günlərdə pulunu qaytaracaqdır. O, qeyd etdiyi 6257 manat pulu hissə-hissə hamısını Cəlilabad rayonu ərazisindən göndərmişdir. O, arvadı Şahid məxsus xəstəlik sənədlərinin surətini də təqdim etmişdir. Ona dəyən ziyan ödənilməsə də, hazırda Təqsirləndirilən şəxs bağışlamış və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan və tədqiq edilmiş Şahid ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsüf edilmiş, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 05 (beş) ilə endirilmiş və cəzadan azad edilmişdir. Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsin onu bağışlamasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdarın halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. İş üzrə zərərçəkmiş şəxsə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah ediməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349,351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 06 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar