Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-84/2025 18.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Cəlilabad şəhəri, M.Hüseyn küçəsi, ev 16, mənzil 11-də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda, -1,513 qram psixotrop maddə olan metanfetamini əldə edib, üzərində saxlamaqla daşımış, Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 28 aprel 2025-ci il tarixdə saat 12:55 radələrində Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Dairə” adlanan ərazidən Cəlilabad şəhəri, M.Hüseyn küçəsinə doğru piyada hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq həmin ünvanda onun üzərinə yoxlama və götürmə keçirilərkən, həmin psixotrop maddə metanfetamin 1 (bir) ədəd şəffaf sellofanda olmaqla əynindəki boz rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, o, ailə üzvlər ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. O, psixotrop maddə olan “şüşə” adlanan metanfetamindən istifadə edir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Dairə” adlanan ərazidə idi. Həmin vaxt piyada gəzən zaman yolun kənarında bir ədəd şəffaf rəngli sellofanda bükülmüş psixotrop maddə olan metanfetaminə rast gəlmişdir. Həmin vaxt bükülünü götürmüş və gələcəkdə istifadə etmək niyyəti ilə üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 12:55 radələrində “Dairədən” M.Hüseyn küçəsinə doğru hərəkət edən zaman mülki geyimdə olan 3 nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra onlar onun üzərində qanunla qadağan olunan hər hansı bir əşya, predmet və yaxud narkotik vasitə olub-olmadığını soruşdular. O, da, həmin şəxslərə üzərində qadağan olunmuş psixotrop maddə metanfetamin olduğunu bildirmiş və polis əməkdaşları tərəfindən üstünün yoxlanması keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sol yan cibindən psixotrop maddə olan metanfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Onun üzərindən aşkar edilmiş şəffaf rəngli sellofana bükülmüş bükülü polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş və video çəkiliş aparılmışdır. Sonra isə o polis əməkdaşları tərəfindən Cəlilabad RPŞ-yə gəlmişdir. Orada təqdim olunan videogörüntüyə və bir ədəd diskə baxış keçirilmişdir. Saxlanılan zaman polis əməkdaşlarına təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə bükülü zərfə qoyulmuş və bu barədə protokol tərtib edilmişdir. O da həmin protokola və zərfin üzərinə imza etmişdir. Əlavə suallara cavab olaraq üzərindən aşkar olunaraq götürülmüş həmin psixotrop maddə metamfetamini gələcəkdə istifadə etmək məqsədilə üzərində gəzdirdiyini, həmin psixotrop maddə metamfetamindən istifadə etmədiyini və həmin psixotrop maddə metamfetaminin onun üzərində olmasından heç kimin məlumatının olmadığını və polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı zor tətbiq edilmədiyini və bu barədə heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Bundan başqa o, həmin kütləni gələcəkdə istifadə etmək üçün üzərində gəzdirmiş, həmin kütlədən istifadə etməmiş, üzərində psixotrop maddə olması barədə heç kimin məlumatı və xəbəri olmamışdır. Üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metanfetamini satmaq niyyəti olmamışdır, özü istifadə etmək üçün üzərimdə saxlamışdır. Onun üstünün yoxlanılması zamanı aşkar olunmuş metanfetamin şəffaf rəngli sellofan ilə birlikdə elektron tərəzidə çəkmişlər, ona görə də rəydə olan çəki düz olmasını bildirmişdir. Nə saxlanılan zaman, nə də ki, üstünün yoxlanılması zaman polis əməkdaşları tərəfindən hər hansı təzyiq və təsir olmamış, bütün hərəkətlər könüllü olaraq öz istəyilə həyata keçirilmişdir. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in Cəlilabad RPŞ-də xidmət edir. Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında rayon polis şöbəsində şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmasını bildirmişdir. 28 aprel 2025-ci il tarixdə, təxminən saat 12:45 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Dairə” adlanan ərazindən, Cəlilabad şəhəri, M.Hüseyn küçəsinə doğru hətəkət edən zaman onlar tərəfindən müşahidəyə götürüldü. Təxminən 10 dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim edib Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs isə üzərində qanunla qadağan edilmiş psixotrop maddə olan metanfetamin olduğunu bildirmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs üsütünü yoxlayan zaman boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofana bükülmüş psixotrop maddə olan metanfetaminə bənzər kütlə aşkar edilib götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metanfetaminə bənzər kütləni haradan tapdığını soruşmuş, o isə həmin psixotrop maddəni Cəlilabad şəhərinə yerləşən “Dairə” adlanan ərazidən həmin gün səhər saatlarında tapdığını bildirmişdir. Ondan həmin bükülüdən istifadə etdiyini soruşmuş, o isə həmin bükülünün içərisində olan psixotrop maddəni istifadə etmədiyini və gələcəkdə istifadə etmək niyyətində olduğunu bildirmişdir. 1 ədəd sellofana bükülmüş psixotrop maddə olan metanfetaminə bənzər kütlə aşkar edilib götürülən zaman video çəkiliş aparılmış və bu barədə müvafiq protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs barəsində müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onlara etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Cəlilalabd rayon Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Bundan sonra Cəlilabad RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti X5 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metanfetaminə bənzər kütlənin aşkar edilib götürülməsi ilə bağlı video çəkilişə baxılıb protokol tərtib edilmişdir. Sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və onlar da həmin protokola imza etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında rayon polis şöbəsində şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmaşdır. 28 aprel 2025-ci il tarixdə, təxminən saat 12:45 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Dairə” adlanan ərazindən, Cəlilabad şəhəri, M.Hüseyn küçəsinə doğru hətəkət edən zaman onlar tərəfindən müşahidəyə götürüldü. Təxminən 10 dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim edib Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs isə üzərində qanunla qadağan edilmiş psixotrop maddə olan metanfetamin olduğunu bildirmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs üsütünü yoxlayan zaman boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofana bükülmüş psixotrop maddə olan metanfetaminə bənzər kütlə aşkar edilib götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metanfetaminə bənzər kütləni haradan tapdığını soruşmuş, o isə həmin psixotrop maddəni Cəlilabad şəhərinə yerləşən “Dairə” adlanan ərazidən həmin gün səhər saatlarında tapdığını bildirmişdir. Ondan həmin bükülüdən istifadə etdiyini soruşmuş, o isə həmin bükülünün içərisində olan psixotrop maddəni istifadə etmədiyini və gələcəkdə istifadə etmək niyyətində olduğunu bildirmişdir. 1 ədəd sellofana bükülmüş psixotrop maddə olan metanfetaminə bənzər kütlə aşkar edilib götürülən zaman video çəkiliş aparılmış və bu barədə müvafiq protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs barəsində müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onlara etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in Cəlilabad RPŞ-də xidmət edir. Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında rayon polis şöbəsində şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. 28 aprel 2025-ci il tarixdə, təxminən saat 12:45 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Dairə” adlanan ərazindən, Cəlilabad şəhəri, M.Hüseyn küçəsinə doğru hətəkət edən zaman onlar tərəfindən müşahidəyə götürüldü. Təxminən 10 dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim edib Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs isə üzərində qanunla qadağan edilmiş psixotrop maddə olan metanfetamin olduğunu bildirmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs üsütünü yoxlayan zaman boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofana bükülmüş psixotrop maddə olan metanfetaminə bənzər kütlə aşkar edilib götürülmüşdür. Ondan həmin bükülüdən istifadə etdiyini soruşmuş, o isə həmin bükülünün içərisində olan psixotrop maddəni istifadə etmədiyini və gələcəkdə istifadə etmək niyyətində olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2, Cəlilabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarına əlavə olunmuş 28 aprel 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı o, əynində olan boz rəngli cins şalvarın sol yan yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində psixotrop maddə olmasını bildirmiş, həmin bükülüyə baxış keçirilən zaman psixotrop maddə olan metanfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Aşkar olunmuş həmin narkotik vasitəyə bənzər kütlə qablaşdırılaraq DİN-nin 141 №-li möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş 28 aprel 2025-ci il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə” haqqında protokoldan görünür ki, 28 aprel 2025-ci il tarixli hərəkətinin videoçəkilişi əks olunmuş 01 ədəd DVD diskdə olan videoçəkilişə baxış keçirilən zaman müəyyən edildi ki, Cəlilabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 iştirakı və Cəlilabad RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti polis kapitanı X5 tərəfindən videoçəkiliş aparılmaqla Cəlilabad RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı X3 tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının videoçəkilişinə baxış keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd şəffaf sellofanın içərisində olan psixotrop maddənin qablaşdırıldığı bağlamaya baxış keçirilmişdir. Həmin sellofanın içərisində psixotrop maddə olan metanfetaminə bənzər kütlə aşkar edilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Espertiza Mərkəzinin X6 tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 29 aprel 2025-ci il tarixli, 19/174 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir bükümdə kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 1,513 qram olan ağ rəngli kristallardan ibarət maddə metanfetamindır. Metamfetaminin ümumi təmiz çəkisi 1,513 qram, cəmi tədqiqata sərf olunmuş 0,01 qram və 1,463 qram qalıq qalmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X1 Məhkəmə Narkoloji Ekspertizasının 19 may 2025-ci il tarixli 273 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, halhazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmaması nəzərə alınaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji kabinetində qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarına əlavə olunmuş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında 28 aprel 2025-ci il tarixli əməliyyat tədbirinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” disk, “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə” haqqında 28 aprel 2025-ci il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” disk və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1,513 qram psixotrop maddə olan metanfetamin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra 1,463 qram qalıq qalmış metanfetamin saxlanılması üçün Cəlilabad RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs və ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona, təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan tələbnamədən və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Quliyev X4 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Cəlilabad rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Quliyev X4 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasından 2 il 2 ay 17 gününü çəkmiş və xx.xx.2025-ci il tarixə 9 ay 9 gün çəkilməmiş cəzası qalmışdır. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 4 (073)-23/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,463 qram olan narkotik vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq... Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 9 (doqquz) ay 9 (doqquz) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 maddəsinə əsasən 4 (dord) ay 19 (on doqquz) gün azadlıqdan mərhum etmə cəzasına bərabər tutulmaqla Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 1 (bir) il 10 (on) ay müddətə azadlıqdan mərhumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 28 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,463 qram narkotik vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-84/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-84/2025
18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver