Məhkəmə qərarları › İş №1(073)-85/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-85/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-85/2024 11.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 16:30 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtiram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X3, Zərərçəkmiş şəxsin hüquqi varisi X4 nümayəndələri - vəkil Nümayəndə3 və Nümayəndə2, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 nümayəndəsi - vəkil Nümayəndə1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1993-cü ildə Cəlilabad rayonu Uzuntəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, "xxxx" MMC-də aparıcı mütəxəssis işləyən, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Uzuntəpə kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 dekabr 2023-cü ildə saat 09 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Skoda Fabıa minik” markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara-İran sərhədi yolunun Cəlilabad rayonu Alar kəndi ərazisindən keçən 125-ci km-də Ələt qəsəbəsi istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni ötməyə başlamazdan əvvəl sürücü qarşıdan gələn nəqliyyat vasitəsi üçün təhlükə və ya maneə yaratmamalı, çıxmaq istədiyi hərəkət zolağının boş olmasına və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni başa çatdırmağa kifayət edəcəyinə əmin olmalı, sol zolağa çıxmazdan əvvəl həmin zolağın ötməni təhlükəsiz başa çatdıra bilməsi üçün kifayət qədər məsafədə boş olmasına əmin olmalı, əks istiqamətdən nəqliyyat vasitəsinin yaxınlaşmasını nəzərə alaraq onun hərəkətinə üstünlük verərək təhlükəsiz keçib getməsini təmin etməli və həmin nəqliyyat vasitəsi keçib getdikdən sonra ötmə əməliyyatına başlamalı, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, sağ zolaqla hərəkətdə olan naməlum yük avtomaşını ötmək məqsədi ilə yolun əks hərəkət zolağına çıxmış, bu zaman əks tərəfdən sağ zolaqla hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi “Vaz 21074” minik markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sonuncu avtomaşında olan sərnişin X2 açıq kəllə-beyin travması, sağ təpə və ənsə sümüyünün qəlpəli sınığı, baş beyin toxumasının və qişalarının əzilib dağılması, baş beyin toxuma və qişalarına qansızına, başın sağ təpə-ənsə nahiyyəsində və çənəaltı nahiyyədə əzilmiş yara, alın, hər iki baldır nahiyəsində sıyrıqlar kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq sonuncunun ölümü ilə nəticələnən, digər sərnişin Zərərçəkmiş şəxs2 sol gözyuvası ətrafında əzilmiş səthi yara, sol tərəfli orbital və maksilyar sümüyün yerinidəyişən sınıqları, sirkə kasasının sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına, digər sərnişin Zərərçəkmiş şəxs1 sağ və sol bud sümüyünün yerini dəyişən qapalı, qəlpəli sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına, “Vaz 21074” minik markalı avtomaşının sürücüsü Zərərçəkmiş şəxs3 qarının qapalı küt travması, yuxarı çöz arteriyasının şaxəsinin qopması, yuxarı çöz venasının zədələnməsi, köndələn çənbər bağırsağın və nazik bağırsağın müsariqəsinin cırılması, qanitirmədən sonrakı ağır dərəcəli şok, çənəaltı nahiyyədə əzilmiş yara kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, onun özünə məxsus “Skoda Fabia” minik markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomaşını olmaqla həmin avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 14 dekabr 2023-cü il tarixdə saat 09 radələrində idarə etdiyi “Skoda Fabia” minik markalı avtomaşınla Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə saatda təxminən 60-70 km sürətlə sağ zolaqla hərəkətdə olmuşdur. Cəlilabad rayon Alar kəndi ərazisindən keçdikdə, qarşısında tanımadığı yük avtomaşının asta sürətlə hərəkətdə olduğunu görmüş, bu səbəbdən onu ötmək üçün əks hərəkət zolağına çıxmışdır. Ötmədə olduğu zaman əks istiqamətdən “Vaz 21074” minik markalı avtomaşının hərəkətdə olduğunu görmüş, bu zaman sükanı sola doğru istiqamətləndirib sol ehtiyat hissəyə çıxmışdır ki, toqquşmadan yayınsın. Lakin “Vaz 21074” minik markalı avtomaşın da sükanı sağa istiqamətləndirdiyindən avtomaşınlar qarşı-qarşıya toqquşmuşlar. Hadisə zamanı avtomaşınında sərnişin kimi Şahid2 olmuşdur. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşmandır. Zərərçəkmişin hüquqi varisi ilə barımaq istəsə də barışıq əldə edə bilməmişdir. Həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs3 ilə barışa bilməmişdir. Digər zərərçəkmişlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmış, onların ondan heç bir şikayət və tələbləri yoxdur. Zərərçəkmiş şəxs3 ona qarşı verdiyi mülki iddianı qismən qəbul edir. Himayəsində iki azyaşlı uşağı vardır, ilk dəfədir ki, cinayət törədir, ailəsinin yeganə qazanc gətirənidir. Odur ki, bu halları nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X4 nümayəndəsi və vəkili Nümayəndə3 bildirdi ki, zərərçəkmiş şəxsin hüquqi varisi X7 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmamışdır. Ona görə də Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X4 nümayəndəsi Nümayəndə2 da vəkil Nümayəndə3 fikirlərini təsdiq edərək, Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Biləsuvar rayon sakini mərhum Xosrov Cəfərli onun əridir. 14 dekabr 2023-cü ildə yaşadığı evdə olduğu zaman əri Xosrovun Ələt-Astara yolunda yol qəzasına düşməsini eşitmiş, daha sonra isə Xosrovun yol qəzasında aldığı xəsarətlərdən vəfat etdiyini bilmişdir. Sonradan hadisə barədə soraqlaşanda, Rəşad adlı oğlanın idarə etdiyi “Vaz 21074” minik markalı avtomaşının Astara rayon istiqamətdə hərəkətdə olduğu zaman əks tərəfdən gələn “Skoda Fabıa” minik markalı avtomaşınla toqquşması nəticəsində əri Xosrovun ağır bədən xəsarətləri aldığını bilmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, 14 dekabr 2023-cü ildə saat 09 radələrində Zərərçəkmiş şəxs3 idarə etdiyi “Vaz 21074” minik markalı avtomaşınla Ələt-Astara yolu ilə Astara rayon istiqamətdə sağ zolaqla hərəkətdə olmuşlar. Cəlilabad rayon Alar kəndi ərazisindən keçdikdə ani olaraq Ələt qəsəbə istiqamətdə hərəkətdə olan “Skoda Fabıa” minik markalı avtomaşınla “Vaz 21074” minik markalı avtomaşın toqquşmuşdur. Hadisə zamanı avtomaşında olanlarla birgə müxtəlif bədən xəsarətləri almışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs tərəfindən onun müalicə xərcləri ödənilmiş, onunla barışmışdır və ona qarşı şikayəti və tələbi yoxdur. Buna görə də Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 nümayəndəsi və vəkili Nümayəndə1 bildirdi ki, Zərərçəkmiş şəxs3 səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilmir. İbtidai istintaqda vermiş olduğu ifadəsini təsdiq edir. Həmçinin ona dəymiş maddi ziyanla əlaqədar cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində sağlamlığına vurduğu zərərə görə müalicə xərclərinə görə 9817 (doqquz min səkkiz yüz on yeddi) manat, itirilmiş aylıq qazanca görə 2400 (iki min dörd yüz) manat, "VAZ 21074 " minik markalı **-BG-*** dövlət qeydiyyat nömrəli avtomobilə vurulmuş zərərə görə 5936 (beş min doqquz yüz otuz altı) manat, cəmi ümumilikdə 18.153 (on səkkiz min yüz əlli üç) manat pulun alınaraq Zərərçəkmiş şəxs3 verilməsi barədə mülki iddia qaldırmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmamışlar, ona görə də mülki iddanın təmin olunmasını və Təqsirləndirilən şəxs oluna ağır cəza verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Bununla əlaqədar olaraq Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlayıb ona Azərbaycan Respublikası CPM-nin 87-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs1 səhhəti ilə bağlı məhkəməyə gələ bilməyəcəyini, ibtidai istintaq da verdiyi ifadəsini təsdiq etdiyini, heç kimdən şikayət və tələbinin olmadığını bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 14 dekabr 2023-cü ildə saat 09 radələrində Zərərçəkmiş şəxs3 idarə etdiyi “Vaz-21074” minik markalı avtomaşınla Ələt-Astara yolu ilə Astara rayon istiqamətdə sağ zolaqla hərəkətdə olmuşlar. Cəlilabad rayon Alar kəndi ərazisindən keçdikdə ani olaraq Ələt qəsəbə istiqamətdə hərəkətdə olan “Skoda Fabıa” minik markalı avtomaşının əks yola çıxmaqla üzərlərinə gəldiyini görmüşdür. Həmin vaxtda məsafə az olduğundan Rəşad hadisədən yayına bilməmiş, nəticədə “Vaz-2174” minik markalı avtomaşının hərəkət zolağında toqquşma baş vermişdir. Hadisə zamanı avtomaşında olanlarla birgə müxtəlif bədən xəsarətləri almışdır. Şahid2 məhkəməyə teleqram göndərərək Təqsirləndirilən şəxs işi ilə əlaqədar üzrlü səbəbdən məhkəməyə gələ bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs məxsus “Skoda Fabıa” minik markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomaşını var. 14 dekabr 2023-cü ildə saat 09 radələrində Təzəxanın idarə etdiyi “Skoda Fabıa” minik markalı avtomaşınla Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə sağ zolaqla hərəkətdə olmuşlar. Həmin vaxt o, qabaq sərnişin oturacağında əyləşmişdir. Cəlilabad rayon Alar kəndi ərazisindən keçdikdə Təzəxan qarşısında asta sürətlə hərəkətdə olan yük avtomaşını ötmək üçün əks hərəkət zolağına çıxmışdır. Ötmədə olduğu zaman əks istiqamətdən “Vaz 21074” markalı avtomaşının hərəkətdə olduğunu gördüyündən Təzəxan sükanı sola doğru istiqamətləndirmiş, lakin hadisədən yayınmaq mümkün olmamışdır. Avtomaşınlar əks yolda qarşı-qarşıya toqquşmuşlar. Hadisə ilə əlaqədar şikayəti yoxdur. Cinayət işinin materiallarında olan, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş sxemdən görünür ki, hadisə Ələt-Astara- İran sərhədi yolunun Cəlilabad rayon Alar kəndi ərazisindən keçən 125-ci km-də vermişdir. Yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt-beton olmaqla düz və quru vəziyyətdə olmaqla 2 hərəkət hissəsindən ibarətdir. Hərəkət hissənin ümumi eni 7,2 metr, hər bir hərəkət zolağının eni isə 3,6 metrdir. Hərəkət hissədə mərkəzdə qırıq-qırıq xətlər vardır. Hərəkət hissəyə sağdan və soldan 2,5 metr enində ehtiyyat hissə birləşir. Yolda maksimal sürət həddi 70 km/saatdır. Toqquşma yeri Astara rayonu istiqamətində yolun sağ kənarından mərkəzə doğru 0,5 metrlik məsafədə yerləşir. Toqquşan nəqliyyat vasitələrinin sayı 2-dir. Toqquşan nəqliyyat vasitələrinin hadisədən əvvəlki hərəkət istiqamətləri “Skoda Fabıa” minik markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobil Ələt qəsəbəsi istiqamətində, “Vaz 21074” minik markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil Astara rayonu istiqamətində hərəkət etmişlər. Hər iki naqliyyat vasitəsi hadisə yerində əzilmiş və deformasiyaya uğramış vəziyyətdə dayanmışdır. Hadisə yerində şin izləri yoxdur. Toqquşma yerində nəqliyyat vasitələrinə aid sınmış şüşə və plastmas qırıntıları səpələnmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 385 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törədən zaman ayıq vəziyyətdə olmuşdur. (i.v 15) Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin 25 dekabr 2023-cü il tarixli 3-13-16/2- 179707/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2021-ci il tarixdə BD 406734 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X6 PHŞ-nin Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 24 dekabr 2023-cü il tarixli 43 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, X1 meytində- açıq kəllə-beyin travmasi, sağ təpə və ənsə sümüyünün qəlpəli sınığı, baş beyin toxumasının və qişalarının əzilib dağılması, baş beyin toxuma və qişalarına qansızma, başın sağ təpəənsə nahiyəsində və çənəaltı nahiyədə əzilmiş yara, alın, hər iki baldır nahiyəsində sıyriqlar xəsarətləri aşkar edilmişdir. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. 14 dekabr 2023-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. X1 ölümünə baş beyin toxumasının və qişalarının əzilib dağılması səbəb olmuşdur. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X6 PHŞ-nin Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 10 yanvar 2024-cü il tarixli 19 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, X5 bədəni üzərində - sağ və sol bud sümüyünün yerini dəyişən qapalı, qəlpəli sınığı müəyyən olunmuşdur. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti 14 dekabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X6 PHŞ-nin Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 10 yanvar 2024-cü il tarixli 21 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində - sol gözyuvası ətrafında əzilmiş səthi yara, sol tərəfli orbital və maksilyar sümüyün yerini dəyişən sınıqları, sirkə kasasının sınığı müəyyən olunmuşdur. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti 14 dekabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X6 PHŞ-nin Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 13 yanvar 2024-cü il tarixli 20 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində - qarının qapalı küt travmasi, yuxarı çöz arteriyasının şaxəsinin qopması, yuxarı çöz venasının zədələnməsi, köndələn çənbər bağırsağın və nazik bağırsağın müsariqəsinin cırılması, qanitirmədən sonrakı ağır dərəcəli şok, çənəaltı nahiyyədə əzilmiş yara müəyyən olunmuşdur. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti 14 dekabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 yanvar 2024-cü il tarixli 8/3847 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, “Skoda Fabıa” minik markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “VAZ-21074” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. İş materiallarında olan, şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü Nuray Muradlı və xx.xx.2017ci il təvəllüdlü Orxan Muradlı adlı iki azyaşlı övladı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması, zərərçəkmişlərdən ikisinin ondan şikayət və tələbinin olmaması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn: cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li Qərarının 21-ci bəndinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın - qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Mülki iddia məsələsinə qiymət verərək məhkəmə belə hesab edir ki, iş üzrə verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əssən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2.4-cü maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əssən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) məhkəmədə mülki iddia qaldıraraq bildirmişdir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli nəticəsində sağlamlığına ağır zərər vurma xəsarəti almış, bundan başqa, hadisə nəticəsində mülkiyyətində olan “VAZ-21074” markalı avtomobil tamamilə əzilərək istismara yararsız hala düşmüşdür. Eyni zamanda həmin avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur və 4 aydır ki, işləyə bilmir, 4 ay müddətində hər ay 600 manat olmaqla 2.400 manat qazancından məhrum olmuşdur. Ona görə də mülki iddiasının təmin edilməsini, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində sağlamlığına vurduğu zərərə və müalicə xərclərinə görə 9.817 (doqquz min səkkiz yüz on yeddi) manat, itirilmiş aylıq qazanca görə 2.400 (iki min dörd yüz) manat, "VAZ 21074 " minik markalı **-BG-*** dövlət qeydiyyat nömrəli avtomobilə vurulmuş zərərə görə 5.936 (beş min doqquz yüz otuz altı) manat, cəmi 18.153 (on səkkiz min yüz əlli üç) manat pulun alınaraq ona ödənilməsini tələb etmişdir. İddia ərizəsinə əlavə edilmiş Biləsuvar "xxxx" MMC tərəfindən verilmiş 27 mart 2024-cü il tarixli ziyan aktından görünür ki, Zərərçəkmiş şəxs3 məxsus buraxılış ili 2010, “VAZ-21074” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 5.936 manat ziyan dəymişdir. İddia ərizəsinə əlavə edilmiş qəbzlərdən və qaimə-fakturalardan və digər sənədlərdən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs3 müalicəsi üçün ümumilikdə 9.817 manat pul xərclənmişdir. İddia ərizəsinə əlavə edilmiş 04 aprel 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 144,85 (bir yüz qırx dörd manat səksən beş) manat rüsum ödənilmişdir. Lakin mülki iddiaçı hadisə nəticəsində işləyə bilmədiyinə görə 2.400 (iki min dörd yüz) manat qazanc itirdiyini göstərsə də, həmin tələbi təsdiq edən dəlilləri və sübutları məhkəməyə təqdim edə bilməmiş, həmin tələbini məhkəmədə sübut edə bilməmişdir. Ona görə də məhkəmə, iddianın itirilmiş aylıq qazanca görə 2.400 (iki min dörd yüz) manat pul tələbi ilə bağlı olan hissəsini əsaslı hesab etmir və iddianı bu hisssədə təmin etmək üçün əsas görmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh Təqsirləndirilən şəxs 15.753 (on beş min yeddi yüz əlli üç) manat pul və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 137,23 (bir yüz otuz yeddi manat iyirmi üç qəpik) manat alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan “VAZ-21074” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil və “Skoda Fabıa” minik markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibləri tərəfindən saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 11 iyul 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclasından həbs edilsin. Həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 15.753 (on beş min yeddi yüz əlli üç) manat pul və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 137,23 (bir yüz otuz yeddi manat iyirmi üç qəpik) manat alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut olan “VAZ-21074” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin və “Skoda Fabıa” mink markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibləri tərəfindən saxlanılması nəzərə alınsın. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar