Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-85/2025 03.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclası katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Təqsirləndirilən şəxs hüquqi varisi anası X2 müdafiəçi Cəlilabad rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2001-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvələr məhkum olunmamış, orta təhsilli, subay, təqaüdçü, Cəlilabad rayonu, Suluçeşmə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, xx.xx.2025-ci il tarixdə X7 X9 reanimasiya şöbəsində ölmüş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtadai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham edilir ondan ötrü ki, o, 07 mart 2025-ci il tarixdə saat 23 radələrində Cəlilabad şəhəri Cavadxan küçəsində yerləşən X1 işlətdiyi kafenin qarşısında Zərərçəkmiş şəxs1 onlara irad tutmasını bəhanə gətirmiş, o, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, orada olan və həmin ərazidən keçən şəxslərə qarşı laqeyidlik və etinasızlıq göstərərək Zərərçəkmiş şəxs1 nüfuzdan salacaq ifadələr işlədib, sonuncuya zor tətbiq etməklə o, yumruqla bir dəfə sifət və bir dəfə sağ göz nahiyələrindən qəsdən vuraraq sol göz yuvası ətrafında hematoma, sağ gözün ağlı qişasına qansızma əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş YÜNGÜL bədən xəsarətləri, sağ qulaqarxası və sağ dirsək oynağı nahiyəsində sıyrıqlar əmələ gəlməsi ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə, həmçinin Zərərçəkmiş şəxs2 Adil oğlunun idarə etdiyi “VAZ-21074” markalı **- BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön tərəfinə təpik vuraraq qeyd olunan avtomobilə 65 manat maddi ziyan vurmaqla qərəzli xuliqanlıq cinayətini törətmişdir. 09 iyul 2025-ci il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarış irəli sürülmüş ittihamda təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 22 radələrində tanıdığı Cəlilabad şəhər sakini Şahid1 icarəyə götürdüyü Cəlilabad şəhər Cavadxan küçəsində yerləşən “Nihat” adlı YDM-nin inzibati ərazisində yerləşən kafeyə getmişdir ki, orada spirtli içki olan “Pivə” qəbul etsin. Həmin tarixdə sözügedən kafedə olduğu vaxt, tanışı Şahid3 özünə məxsus “Vaz 2106” markalı avtomaşınla həmin kafenin qarşısına gəldiyini görmüş, sonra isə sonuncu onunla görüşüb stola əyləşmişdir. Daha sonra isə həmin kafedə tanımadığı şəxsin səfil günündə olduğunu və orada olan maqintafona yüksək səslə qulaq asdığını görüb ona irad bildirmişdir. Daha sonra isə həmin şəxsin ona məhəl qoymadığını görüb onun çölə çıxdığını görüb arxası ilə sərxoş olduğu üçün çıxaraq, adını bilmədiyi şəxslə mübahisə etməyə başlamış, daha sonra isə ondan ayrılıb bir qədər kafenin qarşısından uzaqlaşmış və Səmədin idarə etdiyi avtomaşına əyləşib onunla birgə rayon ərazisinə tanıdığı Təzəxan adlı şəxsin yanına gəlmişlər. Həmin vaxt Təzaxan da onların olduğu avtomaşına əyləşmiş və qərara gəlmişdir ki, kafedə olan qəbul etdiyi içkilərin pulunu verməmiş və Təzaxandan aldığı 20 manat pulu kafeyə olan borcunu ödəmək üçün, onlarla birgə yenidən həmin məkana gəlmişdir. Daha sonra isə tanışı Təzəxan ilə birgə tanıdığı Bəxtişən adlı şəxsin icarəyə götürdüyü kafeyə daxil olmuşlar. Həmin vaxt sonradan tanışı Zərərçəkmiş şəxs1 yaxınlaşmışdır ki, kafeyə olan borcu ödəsin. Zərərçəkmiş şəxs1 30 manat pul vermiş, sonuncu ona 3 manat qalıq qaytaranda, bayaqkı hərəkətinin düzgün olmaması barədə irad bildirmiş, aralarında sözlə kafenin içərisində mübahisə yaranmışdır. Mübahisə vaxtı Zərərçəkmiş şəxs1 ona avtomaşına əyləşib buradan kənar yerdə söhbəti davam etdirməyi təklif edəndə, onunla kafedən çölə çıxmışdır. Həmin an onlar birgə təxminən avtomaşınların olduğu yerə doğru hərəkət etmişlər, Vidadi ona avtomaşına əyləşməyi təklif edəndə, qəflətən onun sifət nahiyyəsindən bir neçə dəfə yumruq zərbəsi ilə vuraraq ona xəsarət yetirməyə başlamış, həmin vaxt tanışı Təzəxan da onların yanına gəlmiş və onları sakitləşdirməyə çalışanda, onunla Vidadi arasında da söz-söhbət yaranmışdır. Həmin vaxt Təzəxan Vidadi adlı şəxsə qarşı hər hansı fiziki zərbə yerinə yetiməmişdir. Həmin hadisə nətiəsində o, heç bir fiziki təsirə məruz qalmamış və mənim hər hansı xəsarət almamışdır. Həmin hadisə təxminən 15 dəqiqə davam etmiş, hadisəni çox adam görsə də, adlarını bilmir. O, təpiklə Nahidin avtomobilini də vurub əzməmişdir. O içkili olduğuna görə onunla oturan şəxsləri xatırlamır. Etdiyi əməldən peşman olduğunu, zərəçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərini olmadığını bildirirək məhkəmədən ona yüngül cəza verilməsini xaiş etmişdir. 09 iyul 2025-ci il tarixli məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 23 radələrində tanışı Cəlilabad şəhər sakini Şahid1 icarəyə götürdüyü Cəlilabad şəhər Cavadxan küçəsində yerləşən “Nihat” adlı YDM-nin inzibati ərazisində yerləşən kafeyə getmişdir ki, orada dayısı oğlu X5 ilə görüşsün. Həmin tarixdə o, kafedə olduğu vaxt, icarədar Bəxtişənin yerində olmadığın görüb kafedən hər hansı oğurluq hadisəsinin qarşını almaq niyyəti ilə dayısı oğlu Nahidə kömək niyyəti ilə onun stollara apardığı sifarişlərə nəzarət etməyə başlamışdır. Həmin tarixdə təxminən 30 dəqiqə sonra kafenin icarədarı Bəxtişənin kafeyə daxil olduğun görmüşdür. Həmin vaxt tanıdığı Hüseyn və yanında olan Səməd adlı şəxslərin həmin ərazidə səfil həyatı keçirən adını bilmədiyi içki düşkünü olan şəxslə aralarında mübahisə olduğunu görmüşdür. Sonra isə kafenin icarədarına o bu barədə məlumat vermişdir ki, həmin şəxsi kafedən çıxarıb yola salsın. Daha sonra isə həmin şəxsi Bəxtişən kafedən çıxardandan sonra, onun arxası ilə Hüseyn və Səməd adlı şəxslərin getdiyini görmüş, onlar avtomaşınla oradan kənarlaşmışlar. O isə həmin kafedə Bəxtişən adlı icarədara belə hərəkətlərin sonu olmadığını və bunun ona baş ucalığı gətirməyəcəyini demişdir. Bir qədər sonra yenidən Hüseyn və tanımadığım Təzəxan adlı şəxslərin olduğu kafeyə daxil olduqlarını görmüşdür. Həmin vaxt o, Hüseyin Mirzəyevi tanıdığı üçün ona irad bildirərək, nə səbəblə səfil adamı mübahisə etməsini ondan soruşmuş, həmin vaxt kafenin içində Hüseyin onu həmin şəxsin təhqir etməsini və o da öz növbəsində həmin şəxsi təhqir etməsini demişdir. O isə ona düz etmədiyini belə hərəkətin baş ucalığı gətirmədiyini ona deyəndə, aralarında həmin kafenin içərisində camaatın qarşısında mübahisə başlamışdır. Həmin mübahisə zamanı Hüseyn ona nə lazım olduğunu və məni nəlaiq ifadələrlə təhqir edərək onunla söhbət etmək niyyətində olduğunu qışqıraraq demişdir. O isə Hüseynin sərxoş olduğunu nəzrə alıb sabah ayılarsan və söhbət edərək ifadəsin işlətmişdir. Sonra isə Təqsirləndirilən şəxs ona “ kişi deyilsən əgər mənimlə indi söhbət etməsən” deyə ifadə işlədəndə, onlar birgə onunla kafenin qarşısına çıxmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs qəflətən kafenin qarşısında sağ və sol göz nahiyələrindən və sifətinin sağ yarısından bir neçə zərbə yerinə yetirirək ona fiziki ağrı yetirmişdir. Sonra isə Hüseynin yanında gələn sonradan adın bildiyi Şahid2 onları ayırmışdır. Daha sonra isə o, kafenin içərisinə girib orada gözləmək üçün, daxil olanda, Hüseyn kafeyə onun arxasınca daxil olmuş və onu təhqir etmişdir. Daha sonra ətrafda və kafenin içərisində olan kənar şəxslər köməyə gəlmişlər və onu Təqsirləndirilən şəxs əlindən alaraq oradan uzaqlaşdırmaq niyyəti ilə kənara aparmışlar. Daha sonra isə o baş vermiş hadisə ilə bağlı Cəlilabad RPŞ-nə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Həmin hadisə təxminən 30 dəqiqə davam etmiş, həmin münaqişədə sözügedən kafedə olan müştərilər şahid olmuşlar, lakin onları tanımır. Onu təkcə Təqsirləndirilən şəxs vurmuş, əsəbiləşib digər şəxslərin adını vermişdir. Təqsirləndirilən şəxs təpiklə vurub Zərərçəkmiş şəxs2 avtomobilin ön tərəfinə əzmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, onun barəsində heç bir işikayətinin olmadığını bildirmişdir. 09 iyul 2025-ci il tarixli məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Adil oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 arasında kafenin qarşısında davadalaş baş vermiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yumruqla vurmuş, o, Şahid3 və Şahid2 onları güclə sakitləşdirmişlər. Sonra hətta Təqsirləndirilən şəxs təpiklə ona məxsus olan “VAZ-21074” markalı avtomobilin ön tərəfinə vurmuş və avtomobilə 65 manat maddi ziyan vurmuşdur. Şahid2 Zərərçəkmiş şəxs1 vurmamış, sadəcə onları ayırmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, onun barəsində heç bir işikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində tanışı Cəlilabad şəhər sakini Şahid1 icarəyə götürdüyü Cəlilabad şəhər Cavadxan küçəsində yerləşən “Nihat” adlı YDM-nin inzibati ərazisində yerləşən kafeyə Təqsirləndirilən şəxs zəng edərək orada olduğunu bildiyi üçün, getmişdir. Həmin kafedə Hüseynin stolda əyləşib spirtli içki olan “Pivə” qəbul ediyini görmüşdür. Sonra isə həmin tarixdə o da onların yanında əyləşib çay sifarişi vermişdir. Həmin kafedə təxminən 1 saat vaxt keçirdəndən sonra, orada səfil həyat tərzi keçirən tanımadığı şəxsin Hüseyn adlı şəxslə musqi üstündə mübahisəsinə şahid olmuşdur. Həmin vaxt səfil həyat tərzi ilə yaşayan Təqsirləndirilən şəxs təhqir etmişdir. Daha sonra isə baş vermiş mübahisənin böyüməməsi üçün, kafenin icarədarı tanıdığı Bəxtişən adlı şəxs həmin şəxsi sözügedən kafedən kənarlaşdıraraq çölə çıxardığını görmüşdür. Daha sonra isə onun yanında əyləşən Hüseynin qəflətən ayağa qalxdığını və həmin şəxsin arxası ilə çölə qaçdığını görüb, ərtafında olan tanımadığı şəxslərdən kömək istəmişdir ki, Hüseyin səfil həyat tərzi ilə yaşayan şəxslə mübahisə etməsin. Həmin vaxt çölə çıxanda görmüşdür ki, tanıdığı Hüseyn adlı şəxs kafenin qarşısından keçən asfaltbeton yolda səfil şəxslə mübahisə edir. Ora çatan kimi Hüseynin oradan asfaltın digər tərəfinə keçdiyini görüb idarə etdiyi “Vaz - 2106” markalı **-FK-*** dövlət nömrə nişanlı avtomaşınla idarə edib, Hüseyini oradan uzaqlaşdırmaq niyyəti ilə əyləşdirib kənarlaşmışdır. Həmin vaxt Hüseyinin avtomaşının içində kafenin icarədarı tanıdığı Bəxtişən adlı qadına zəng etdiyini və ona nə qədər borcu olduğunu soruşanda. Sonra onlar Bəxtişən adlı şəxsin icarəyə götürdüyü kafeyə getmiş və həmin kafedən təxminən 5-10 dəqiqə keçmişdir ki, əvvəlcə Hüseyinin çölə çıxdığını və onun arxası ilə sonradan tanıdığım Vidadi adlı şəxsin gəldiyini görmüş və onların həmin kafenin qarşısında dava dalaş etdiklərinə şahid olmuşdur. Həmin vaxt o istifadəsində olan telefonla Təzəxana zəng edəndə, öyrənmişdir ki, onları yəni Təzəxanla tanıdığı Hüseyini Cəlilabad RPŞ-nə aparmışlar. O da öz növbəsinə idarə etdiyi avtomaşınla özü istəyilə Cəlilabad RPŞ-nə gəlmişdir. Məhkəmə iclasında Şahid1 oğlu ifadəsində göstərmişdir ki, o, xəstəlikdən əziyyət çəkiyini, uzun zamandır ki müalicə aldığını, yaddaşı ilə problemlər yaranmış, hadisə ilə bağlı dəqiq heçnə xatırlamır. Məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair ittiham elan edilmişdir. İş materiallarında olan Cəlilabad MTE-nin Zərərçəkmiş şəxs1 barəsində verdiyi xx.xx.2025-ci il tarixli 140 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş sol göz yuvası ətrafında hematoma, sağ gözün ağlı qişasına qansızma, sağ qulaqarxası və sağ dirsək oynağı nahiyəsində sıyrıqlar müəyyən olundu. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 07 mart 2025-ci il tarixə uyğun gəlir. Sol göz yuvası ətrafında hematoma, sağ gözün ağlı qişasına qansızma sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs1 aşkar olunan sağ qulaqarxası və sağ dirsək oynağı nahiyəsində sıyrıqlar sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə sadələşdirilmiş icraat materialı olmuş, xx.xx.2023-cü il tarixdə CPM-nin 40.3cü maddəsinə əsasən cinayət təqibi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “X8” X9 xx.xx.2025-ci il tarixli PHŞ xx.xx.2025-ci il tarixli, 184 nömrəli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci tarixdə X7 X9 reanimasiya şöbəsində ölmüşdür. Azərbaycan Respublikası CPM-in 41.3-cü maddəsinə əsasən “Dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir”. Həmin Məcəllənin 41.4-cü maddəsində göstərilmişdir ki, “məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Azərbaycan Respublikası CPM-in 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə), cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-in 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur. Azərbaycan Respublikası CPM-in 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olubolmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası CPM-in 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106- 1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya tədqim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Məhkəmə iş üzrə ölmüş Təqsirləndirilən şəxs yaxın qohumlarına onun hüquqi varisi qismində tanınması üçün müvafiq istəklərinin olub-olmaması barədə müvafiq bildirişi 05 noyabr 2025-ci il tarixdə göndərmiş, Təqsirləndirilən şəxs hüquqi varisi anası X3 oğlunun hüquqi varisi olduğunu bildirmişdir. Odur ki, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə öldüyünə görə, onun barəsində olan cinayət işi üzrə icraata, təqsirləndirilən şəxsin hüquqi varisi anası X2 razılığı ilə xitam verilməlidir. İş üzrə ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi anası X2 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs İbrahim Səmədovun barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsinə etirazının olmadığını bildirdi. İş üzrə ölmüş Təqsirləndirilən şəxs müdafi Müdafiəçi məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs İbrahim Səmədovun barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsinə etirazının olmadığını bildirdi. Azərbaycan Respublikası CPM-in 305.1-ci maddəsinə göstərilmişdir ki, məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Azərbaycan Respublikası CPM-in 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. Azərbaycan Respublikası CPM-in 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39, 39.1.5, 43.3, 106-1, 299.3.4, 300.1.7, 300.5, 305-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə ölməsi ilə əlaqədar Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan Azərbaycan Respublikası CPM-in 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-85/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-85/2025
03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver