Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-86/2024 21.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X11, Təqsirləndirilən şəxs1, onun müdəfiəçisi (vəkil) Müdafiəçi1, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi (vəkil) Müdafiəçi3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə xx.xx.1995-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək ünvan 2 ünvanında yaşamış, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.2006-cı il tarixdə Masallı rayonu, Təzə Alvadı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi təqsirli bilinib, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Privolnoye kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutuladanək yaşamışdır, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1996-cı ildə Cəlilabad rayonu Buravar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Bakı Apellyasiya Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qərarı ilə 02 il 01 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilməmiş və götürülməmiş, Cəlilabad rayonu Privolnoye kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutuladanək yaşamışdır, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə xx.xx.2003-cü ildə Cəlilabad rayonu Edişə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Cəlilabad rayonu Soyuqbulaq kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanda yaşayan, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, istintaqla müəyyən edilməyən tarixdə və saatda 14 oktyabr 2023cü il tarixdən 15 oktyabr 2023-cü il tarixə keçən gecə, ünvan 4 ünvanının qarşısında Zərərçəkmiş şəxs7 məxsus “VAZ 2107” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin 110 manat dəyərində 2 ədəd qabaq işıq cihazlarını fiziki təzyiq göstərib gizli yolla talayaraq Zərərçəkmiş şəxs7, 110 (bir yüz on) manat maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, istintaqla müəyyən edilməyən tarixdə və saatda 14 oktyabr 2023-cü il tarixdən 15 oktyabr 2023-cü il tarixə keçən gecə, Cəlilabad şəhəri H.Əliyev prospektində yaşayan Zərərçəkmiş şəxs8 məxsus fərdi yaşayış binasının qarşısında sonuncuya məxsus VAZ 2107 markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobilin 12 (on iki) manat dəyərində sol qabaq qapısının açar mexanizminə fiziki təsir göstərib açaraq, avtomobilin içərisindən 130 (yüz otuz) manat dəyərində tayland istehsalı olan 1 ədəd qara rəngli “Pioner” markalı DEH- 7250sdub modelli maqnitolanı, 5 (beş) manat dəyərində “Sandisk” firmasına məxsus 8 GB yaddaşa malik USB flaş kartı gizli yolla talayaraq Zərərçəkmiş şəxs8 147 (bir yüz qırx yeddi) manat maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 16 noyabr 2023-cü il tarixdən 17 noyabr 2023-cü il tarixə keçən gecə, ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövləyə qanunsuz daxil olaraq, həmin tövlədən 480 manat dəyərində 4 baş xırda buynuzlu heyvanları gizli yolla talayaraq Zərərçəkmiş şəxs3, 480 (dörd yüz səksən) manat maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 06 dekabr 2023-cü il tarixdə saat 20 radələrində Cəlilabad şəhəri Ə.Cavad küçəsində yaşayan X18 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövləyə qanunsuz daxil olaraq, həmin tövlədən 200 manat dəyərində 1 baş xırda buynuzlu heyvanı gizli yolla talayaraq zərərçəkmiş şəxs Cəlil Abbasova, 200 (iki yüz) manat maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 15 dekabr 2023-cü il tarixdə saat 21 radələrində Cəlilabad rayonu Abışabad kəndində yaşayan Zərərçəkmiş şəxs5 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövləyə qanunsuz daxil olaraq, həmin tövlədən 500 manat dəyərində 1 baş xırda buynuzlu heyvanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs5, 500 (beş yüz) manat maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 15 dekabr 2023-cü il tarixdə saat 23 radələrində ünvan 6 ünvanda yaşayan Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövləyə qanunsuz daxil olaraq, həmin tövlədən 550 manat dəyərində 1 baş xırda buynuzlu heyvanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs4, 550 (beş yüz əlli) manat maddi ziyan vurmaqla oğurlamışdır. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 16 noyabr 2023-cü il tarixdən 17 noyabr 2023-cü il tarixə keçən gecə, ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövləyə qanunsuz daxil olaraq, həmin tövlədən 480 manat dəyərində 4 baş xırda buynuzlu heyvanları gizli yolla talayaraq Zərərçəkmiş şəxs3, 480 (dörd yüz səksən) manat maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 06 dekabr 2023-cü il tarixdə saat 20 radələrində Cəlilabad şəhəri Ə.Cavad küçəsində yaşayan X18 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövləyə qanunsuz daxil olaraq, həmin tövlədən 200 manat dəyərində 1 baş xırda buynuzlu heyvanı gizli yolla talayaraq zərərçəkmiş şəxs Cəlil Abbasova, 200 (iki yüz) manat maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 15 dekabr 2023-cü il tarixdə saat 21 radələrində Cəlilabad rayonu Abışabad kəndində yaşayan Zərərçəkmiş şəxs5 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövləyə qanunsuz daxil olaraq, həmin tövlədən 500 manat dəyərində 1 baş xırda buynuzlu heyvanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs5, 500 (beş yüz) manat maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 15 dekabr 2023-cü il tarixdə saat 23 radələrində ünvan 6 ünvanda yaşayan Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövləyə qanunsuz daxil olaraq, həmin tövlədən 550 manat dəyərində 1 baş xırda buynuzlu heyvanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs4, 550 (beş yüz əlli) manat maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə 16 dekabr 2023-cü il tarixdə saat 23 radələrində Cəlilabad rayonu, Ağdaş kənd sakini Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövləyə qanunsuz daxil olaraq, həmin tövlədən 250 manat dəyərində 1 baş xırda buynuzlu heyvanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs1, 250 (iki yüz əlli) manat maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə 25 dekabr 2023-cü il tarixdə saat 01 radələrində Cəlilabad rayonu, Çünzəli kənd sakini Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövləyə qanunsuz daxil olaraq, həmin tövlədən 480 manat dəyərində 3 baş xırda buynuzlu heyvanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs2, 480 (dörd yüz səksən) manat maddi ziyan vurmaqla oğurlamışdır. Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 16 noyabr 2023-cü il tarixdən 17 noyabr 2023-cü il tarixə keçən gecə, ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövləyə qanunsuz daxil olaraq, həmin tövlədən 480 manat dəyərində 4 baş xırda buynuzlu heyvanları gizli yolla talayaraq Zərərçəkmiş şəxs3, 480 (dörd yüz səksən) manat maddi ziyan vurmaqla oğurlamışdır. Təqsirləndirilən şəxs4 tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, istintaqla müəyyən edilməyən tarixdə və saatda 14 oktyabr 2023-cü il tarixdən 15 oktyabr 2023-cü il tarixə keçən gecə, ünvan 4 ünvanının qarşısında Zərərçəkmiş şəxs7 məxsus “VAZ 2107” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin 110 manat dəyərində 2 ədəd qabaq işıq cihazlarını fiziki təzyiq göstərib gizli yolla talayaraq Zərərçəkmiş şəxs7, 110 (bir yüz on) manat maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, istintaqla müəyyən edilməyən tarixdə və saatda 14 oktyabr 2023-cü il tarixdən 15 oktyabr 2023-cü il tarixə keçən gecə, Cəlilabad şəhəri H.Əliyev prospektində yaşayan Zərərçəkmiş şəxs8 məxsus fərdi yaşayış binasının qarşısında sonuncuya məxsus VAZ 2107 markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobilin 12 (on iki) manat dəyərində sol qabaq qapısının açar mexanizminə fiziki təsir göstərib açaraq, avtomobilin içərisindən 130 (yüz otuz) manat dəyərində tayland istehsalı olan 1 ədəd qara rəngli “Pioner” markalı DEH- 7250sdub modelli maqnitolanı, 5 (beş) manat dəyərində “Sandisk” firmasına məxsus 8 GB yaddaşa malik USB flaş kartı gizli yolla talayaraq Zərərçəkmiş şəxs8 147 (bir yüz qırx yeddi) manat maddi ziyan vurmaqla oğurlamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X6, Təqsirləndirilən şəxs3 Sübhü və Təqsirləndirilən şəxs4 Əli oğlunun onlara istinad olunan cinayəti törətməkdə təqsirləri özlərinin etirafları, zərərçəkmiş şəxslərin, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Subaydır, rəsmi olaraq işləmir. Ailəsini fəhləlik edərək dolandırır. Səmimi olaraq etiraf edir ki, Zərərçəkmiş şəxs8 və X12 əvvəllər tanımamış, həmin şəxslərlə ədavəti və münaqişəsi olmamışdır. 14 oktyabr 2023-cü il tarixdə axşam saat 23-24 radələrində tanışı Təqsirləndirilən şəxs4 ilə birlikdə piyada Cəlilabad şəhəri Azərbaycan küçəsi ilə hərəkət edirmişlər. O, Sadiqə pula ehtiyacı olduğu üçün oğurluq etmək istədiyini, bu məqsədlə qarşısına çıxan avtomobillərin qapılarını açaraq içərisindən qiymətli əşyaları oğurlacağını demişdir. Sadiq özünün də pula ehtiyacı olduğunu demiş və onunla birlikdə oğurluq etməyə razılaşmışdır. O, və Sadiq Azərbaycan küçəsi ilə bir qədər hərəkət etmiş, həmin küçədə olan binaların yaxınlığında gümüşü rəngli “VAZ 2107” markalı avtomobil qarşısına çıxmışdır. Kənara göz gəzdirib heçkimin olmadığına əmin olduqdan sonra o, avtomobilə yaxınlaşmışdır. Sadiq isə yaxınlıqda dayanıb kiminsə gəlibgəlməməsini güdməyə başladı. O, həmin avtomobilin qabaq faralarını məxtil salaraq sökməyə başlamış, hər iki faraları sökdükdən sonra Təqsirləndirilən şəxs4 köməkliyi ilə faraları həmin avtomobilin yaxınlığında olan kolluqda gizlətmişlər. Daha sonra yenidən oğurluq etmək üçün gəzməyə başladıq. Təxminən 300 metr gəzmişdirlər ki, H.Əliyev prospektində yerləşən binaların yaxınlığında qırmızı rəngli “VAZ 2107” markalı avtomobil görmüşlər. O, həmin avtomobili izlədikdən sonra içərisində “Pioner” markalı maqnitolanın olduğunu görmüşdür. Sadiq isə yaxınlıqda dayanıb kiminsə gəlib-gəlməməsini güdməyə başlamışdır. Kənara göz gəzdirib heçkimin olmadığına əmin olduqdan sonra o, avtomobilə yaxınlaşmışdır. Əlində olan məftil ilə həmin avtomobilin sol qabaq qapısınının açar mexanizmini açmışdır. Sol qabaq qapını açdıqdan sonra avtomobilin içərisində olan “Pioner” markalı maqnitolanı götürmək üçün, surətlər panelinin şitini söküb yarasız vəziyyətə salmışdır. Şitin kənarlarını məftillə əzdikdən sonra üzərində 1 ədəd 8 gigabaytlıq flaşkart olan “Pioner” markalı maqnitolanı torpeddən söküb Sadiqə vermişdir. Sadiq oğurladıqları əşyaları gödəkçəsinin arasında gizlədib oradan uzaqlaşmışdır. O, da avtomobilin qapısını bağlayıb oradan uzaqlaşmışdır. Digər avtomobilin yaxınlığında kolluqda gizlətdiyi 2 ədəd faraları da götürüb, işlədiyi avtomobil təmir sexinə gətirmişdir. Səhərisi gün o, 15 oktyabr 2023-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs4 yaşadığı ünvana gəlmiş və Pioner markalı maqnitolanı ondan götürüb sexə gətirmişdir. O, Sadiqə oğurladığları əşyaları Bakı şəhərinə gedərək satacağını və əldə edəcəyi gəliri aralarında böləcəyini demişdir. 17 oktyabr 2023-cü il tarixdə o, yaşadığı ünvanın yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşaraq polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində o, əməlini səmimi olaraq etiraf etmiş və oğurladığı əşyaların sexdə olduğunu bildirib, polis əməkdaşlarına təqdim etmişdir. Həmçinin, o, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 vasitəsilə tanımış. Təqsirləndirilən şəxs3 ilə arasında nifaq və münaqişə olmamışdır. Təqsirləndirilən şəxs2 2023-cü ilin noyabr ayının əvvəllərindən Cəlilabad şəhərindən tanımışdır. 2023-cü ilin noyabr ayının ortalarında Cəlilabad rayonu Privolnoye kəndindən tanışı Təqsirləndirilən şəxs2 ona qoyun, quzu oğurlamağı təklif eləmiş. Həmin vaxt Təqsirləndirilən şəxs3 da yanında olmuş və Əli də pula ehtiyacı olduğunu və birlikdə oğurluq etmək istədiyini demişdir. Onlar birlikdə razılaşdıqdan sonra ona məxsus göy rəngli “VAZ 2107” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cəlilabad rayonu ərazisində gəzməyə başlamışlar. İlkin olaraq 2023-cü ilin noyabr ayının ortalarında Elgün və Əli ilə birlikdə Cəlilabad rayonu Göytəpə şəhərində görüşmüşlər. O, təklif etmişdir ki, oğurluq etsinlər. Təqsirləndirilən şəxs2 ayağında elektron nəzarət qolbağı olduğu üçün gedə bilməyəcəyini, avtomobilini onlara verə biləcəyini demişdir. O, Elgünə məxsus “VAZ 2107” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili götürmüşdür. Onlar Əli ilə birlikdə Cəlilabad şəhəri Ə.Cavad küçəsi ilə “VAZ 2107” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən qarşılarına içərisində çoxlu sayda qoyun-quzu olan tövlə çıxmışdır. O, avtomobili bir qədər aralıda saxlamış və onlar avtomobildən düşüb tövlənin yaxınlığına gəlmişlər. Oğurluq edəcəkləri ünvana daxil olmaq üçün yollar axtarmağa başlamışlar. Qərara gəlmişlər ki, tövlə yerləşən həyətə arxa tərəfdən meyvə bağı olan tərəfdən dəmir setka qapısını açaraq həyətə daxil olsunlar. Tövlə həyətin mərkəzində yerləşirdi. Tövlənin taxta qapısını açdıqdan sonra o tövləyə daxil olmuş və 4 baş quzuları tövlədən oğurlayıb Əliyə ötürmüş, Əli də quzuları avtomobilə aparmışdır. Ümumilikdə onlar həmin tövlədən 4 baş quzuları oğurlamışlar. Quzuları Elgünə məxsus “VAZ 2107” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin baqaj hissəsinə yerləşdirmişlər. Onlar oğurladığı quzularla birlikdə Cəlilabad rayonu Privolnoye kəndinə gedərkən yolda avtomobilin benzin yanacağı bitmişdir. O, avtomobili yolun kənarında saxlamış və Əliyə “avtomobildə gözlə məni benzin tapım gələcəm”- demişdir və yaşadığı ünvana getmişdir. Səhərisi gün Elgün və Əli onu Cəlilabad şəhərinin mərkəzində yerləşən dairəvi yolayırıcıdan götürmüşlər. Onlar Cəlilabad rayonu Maşlıq kəndi istiqamətinə getmişlər. Elgün Maşlıq kəndinin ərazisindən keçən avtomobil yolunun sağ tərəfində avtomobili saxlamışdır. Bir müddət sonra İlkin gəlmiş və onlar oğurladığı 4 baş quzuları həmin şəxsə 350 manat müqabilində satmışlar. Həmin puldan 50 manatını Əli götürmüş, 90 manatı isə Təqsirləndirilən şəxs2 vermiş və qalan pulu sabah verəcəyini vəd vermişdir. O, 4 baş quzuları neçə manata satdıqlarını bilməmişdir. Qalan 210 manat pulu o özünə götürmüş və Oğurluq nəticəsində əldə olunmuş pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. 06 dekabr 2023-cü il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə ona məxsus “VAZ 2107” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cəlilabad şəhəri Ə.Cavad küçəsində hərəkətdə olarkən, həyətlərin birində 10-15 baş qoyun-quzunun olmasını görmülər. O, həmin həyətdə yerləşən tövləyə hasardan daxil olmuş və bir baş quzunu götürərək həyətdən çölə gətirmişdir. O, oğurluq edərkən Elgün həmin həyətin qarşısında dayanıb kiminsə gəlibgəlməməsini güdürmüş. Elgün ilə birlikdə oğurladıqları 1 baş quzunu ona məxsus “VAZ 2107” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilini baqajına qoymuşlar. Onlar oğurladıqları 1 baş quzunu Cəlilabad rayonu Göytəpə şəhərində yaşayan Elgünün tanışı İlkin adlı şəxsə 130 manata satmışlar. O, 130 manatdan 20 manatını Elgünə vermiş, qalan pulun əvəzinə isə Elgünün avtomobilinin motor və sürətlər qutusunun yağını dəyişəcəyini demişdir. Bundan başqa o yenidən Elgün ilə birlikdə 15 dekabr 2023-cü il tarixdə saat 21 radələrində Cəlilabad rayonu Abışabad kəndinin ərazisində hərəkətdə olarkən, kəndin mərkəzi hissəsində yerləşən evlərdən birinin tövləsində 10-15 baş xırda buynuzlu heyvanların olmasını görmüşlər. Elgün tövləyə dəmir setkadan tullanıb daxil olmuş və tövlənin içərisindən 1 baş quzunu setkadan ona ötürmüşdür. O da oğurladığı 1 baş quzunu Elgünə məxsus “VAZ 2107” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin baqajına qoymuşdurlar. Həmin yerdən uzaqlaşmışlar ki, o daha bir quzu oğurlamağı təklif etmişdir. Lakin onlar nə qədər gəzsəələr də oğurluq edə bilməmişlər. Təqsirləndirilən şəxs1 ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan planlaşdırdıqdan sonra heyvan oğurlayıb pul əldə etmək istəmişlər. Ona görə də onlar Cəlilabad rayonu ərazisində bir neçə ünvandan qoyun-quzu oğurlayıb, oğurluq nəticəsində əldə etdiyi pulu aralarında bölmüşlər. O, Təqsirləndirilən şəxs4 ilə qabaqcadan şifahi olaraq razılaşdıqdan sonra 14 oktyabr 2023cü il tarixdən 15 oktyabr 2023-cü il tarixə keçən gecə Cəlilabad şəhəri Azərbaycan küçəsindən gümüşü rəngli “VAZ 2107” markalı avtomobilin 2 ədəd qabaq faralarını və Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən binaların qarşısında olan qırmızı rəngli “VAZ 2107” markalı avtomobilin içərisindən isə üzərində 1 ədəd flaşkart taxılmış 1 ədəd “Pioner” markalı maqnitolanı oğurlamışdır. Maddi cəhətdən pula ehtiyacı olduğu üçün biz avtomobillərin qiymətli hissələrini oğurlamaq qərarına gəlmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Buravar kəndində anadan olmuş, hazırda Cəlilabad rayonu Privolnoye kəndində ailə üzvlərilə birlikdə yaşayır. Orta təhsillidir, işsizdir. Sonuncu dəfə Sabunçu rayonunda oğurluq cinayət hadisəsi törətdiyi üçün Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya məhkəməsinin qərarı ilə barəsində seçilmiş azadlıqdan məhrum etmə cəzası 02 il 01 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 Cəlilabad rayonundan tanıyır, Bəhruz ilə əvvəllər münaqişəsi və nifaqı olmamışdır. Təqsirləndirilən şəxs3 isə həmkəndlisi olaraq uzun müddətdir ki, tanıyır. Əli ilə də əvvəllər ədavəti və nifaqı olmamışdır. Mahiyyəti üzrə bildirir ki, maddi vəziyyətilə əlaqədar olaraq oğurluq etmək qərarına gəlmişdir. Belə ki, 16 dekabr 2023-cü il tarixdə saat 08 radələrində özünə məxsus “VAZ 2107” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cəlilabad rayonu Ağdaş kəndində hərəkətdə olarkən evlərin birinin həyətində 10-15 qoyun-quzu olan tövlə görmüşdür, o, avtomobilini həmin evin bir qədər kənarında saxlayıb, tövləyə yaxınlaşmışdır. Tövlənin pəncərisini fiziki təsir göstərib açdıqdan sonra tövləyə həmin pəncərədən daxil olmuşdur. Oradan 1 baş sarımtıl rəngli dişi cinsli qoyunu oğurlayıb avtomobilinə gətirmişdir. O, oğurladığı 1 baş qoyunu Privolnoye kəndinə aparıb boş sahəlikdə həmin heyvanın başını kəsib, içalatını təmizlədikdən sonra maşının baqaj yerinə yığmışdır. Niyyəti həmin heyvanı ət formasında qəssablara satmaq olmuşdur. O, avtomobil ilə qayıdarkən avtomobilində nasazlıq yarandığı üçün avtomobil yolda qalmış, o, piyada yaşadığı ünvana gəlmişdir. Səhərisi gün avtomobilinin yanına əvvəllər tanımadığı şəxsin qoşqulu avtomobili ilə getmişdir. Həmin vaxt avtomobili baqajına yığdığı oğurluq qoyunun ətinin iyləndiyini görmüşdür. O, həmin qoyunun ətlərini yolun kənarına atmış və avtomobilini ustaya aparmışdır. Bundan başqa 25 dekabr 2023-cü il tarixdə Cəlilabad rayonu Çünzəli kəndində özünə məxsus “VAZ 2107” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən evlərin birinin həyətində 30-40 baş xırda buynuzlu heyvanların olmasını görmüşdür. Avtomobili həmin ünvandan bir qədər kənarda saxlayıb, həmin tövləni güdməyə başlamışdır. Təxminən 2 saat orada gözlədikdən sonra avtomobildən düşüb, tövləyə yaxınlaşmışdır. Tövlənin nəfəsliyinin pəncərəsinin məftilini qaldırıb, həmin yerdən tövləyə daxil olmuşdur. 2 baş bənövşəyi rəng quzunu bir-bir nəfəslikdən çıxarıb, avtomobilin baqaj yerinə yerləşdirmişdir. Həmin 2 baş quzuları o, Cəlilabad rayonu Göytəpə şəhərinə gələrək Bəhruzun vasitəsilə tanıdığı Şahid2 300 manata satmışdır. Oğurluq nəticəsində əldə etdiyi 300 manat pulu öz borclarına və şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs2 ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, həmçinin 2023-cü ilin dekabr ayının əvvəllərində Cəlilabad şəhərindən tanışı Təqsirləndirilən şəxs1 ona qoyun, quzu oğurlamağı təklif etmiş, həmin vaxt Təqsirləndirilən şəxs3 da yanlarında olmuş və Əli də pula ehtiyacı olduğunu demişdir. Onlar birlikdə razılaşdıqdan sonra ona məxsus göy rəngli “VAZ 2107” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cəlilabad rayonu ərazisində gəzməyə başlamışlar. 06 dekabr 2023-cü il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə ona məxsus “VAZ 2107” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cəlilabad şəhəri Ə.Cavad küçəsində hərəkətdə olarkən, həyətlərin birində 10-15 baş qoyun-quzunun olmasını görmüşlər. Bəhruz həmin həyətdə yerləşən tövləyə hasardan daxil olmuş və bir baş quzunu götürərək həyətdən çölə gətirmişdir. O, Bəhruzla oğurluq edərkən həmin həyətin qarşısında dayanıb kiminsə gəlibgəlməməsini gümüşdür. Bəhruz ilə birlikdə oğurladığı 1 baş quzunu ona məxsus “VAZ 2107” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilini baqajına qoymuşdur. O, oğurladığı 1 baş quzunu Cəlilabad rayonu Göytəpə şəhərində yaşayan Bəhruzun tanışı İlkin adlı şəxsə 130 manata satmışlar. Bəhruz 130 manatdan 20 manatı ona vermiş, qalan pulun əvəzinə isə onun avtomobilinin motor və sürətlər qutusunun yağını dəyişəcəyini demişdir. Bundan başqa o, yenidən Bəhruz ilə birlikdə 15 dekabr 2023-cü il tarixdə saat 21 radələrində Cəlilabad rayonu Abışabad kəndinin ərazisində hərəkətdə olarkən, kəndin mərkəzi hissəsində yerləşən evlərdən birinin tövləsində 10-15 baş xırda buynuzlu heyvanların olmasını görmüşdür. O, həmin tövləyə dəmir setkadan tullanıb daxil olmuşdur. Tövlənin içərisindən 1 baş quzunu setkadan Bəhruza ötürmüşdür. Bəhruz da oğurladığı quzunu ona məxsus “VAZ 2107” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin baqajına qoymuşdur. Həmin yerdən uzaqlaşmışdır ki, Bəhruz daha bir quzu oğurlamağı təklif etmişdir. Həmin tarixdə saat 23 radələrində Cəlilabad şəhəri M.Hadi küçəsi ilə (Petrovka adlanan ərazi) ona məxsus “VAZ 2107” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən həmin küçədə olan evlərin birinin tövləsində 10 baş xırda buynuzlu heyvanların olmasını görmüşdür. Bəhruz ilə o, avtomobili həmin tövlənin yaxınlığında saxlayıb, tövləyə yaxınlaşmışdır. Bəhruz həmin həyətə hasardan daxil olub, tövlədən 1 baş quzunu oğurlayıb ona ötürmüşdür. O, da quzunu “VAZ 2107” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin baqajına qoymuşdur. O, Bəhruz ilə birlikdə oğurladığı 2 baş xırda buynuzlu heyvanları Cəlilabad rayonu Göytəpə şəhərinə aparıb, eyni qaydada Bəhruzun tanışı İlkin adlı şəxsə dəyərindən ucuz 1 başını 130 manata satmışdır. Oğurluq nəticəsində əldə etdiyi 260 manat pulu Bəhruz ilə yarıbarı bölmüşdür. O, oğurluq nəticəsində əldə etdiyi 130 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa Bəhruz 2023-cü ilin noyabr ayının ortalarında Əli ilə birlikdə yanına gələrək, oğurluq etmək istədiklərini, onun avtomobilinə ehtiyaclarının olduğunu demişlər. O, Bəhruza oğurladıqları quzuların pulundan ona də pay verəcəklərini dedidən sonra və özünə məxsus “VAZ 2107” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilini ona vermişdir. Həmin günün axşamı Bəhruz ilə Əli onun yanına gələrək, Cəlilabad rayonu Astanabad kəndinə gedərək, 4 baş quzuları oğurladıqlarını, həmin quzuları 350 manata Göytəpə şəhərində yaşayan Şahid2 satdıqlarını demişlər. 350 manatdan 50 manatını Əli götürmüş, qalan puldan 90 manatını Bəhruz ona vermişdir. Qalan pulu isə Bəhruz özünə götürmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, o, Masallı rayonu Təzə Alvadı kəndində anadan olmuş, hazırda Cəlilabad rayonu Privolnoye kəndində ailə üzvlərilə birlikdə yaşayır. Orta təhsillidir, işsizdir. Yetkinlik yaşına çatmadığı üçün anası X4 iştirakı ilə ifadə verir. Sonuncu dəfə Cəlilabad rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs1 həmkəndlisi Təqsirləndirilən şəxs2 vasitəsilə təzəlikcə tanımışdır. Elgün ilə əvvəllər nifaqı və münaqişəsi olmamışdır. Mahiyyəti üzrə bildirir ki, maddi vəziyyətilə əlaqədar olaraq oğurluq etmək qərarına gəlmiş, dəqiq xatırlamadığı tarixdə 2023-cü ilin noyabr ayının ortalarında həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə Cəlilabad rayonu Privolnoye kəndində görüşmüş, görüş zamanı Elgünün yanında sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu öyrəndiyi şəxs də olmuşdur. Elgün ilə Bəhruz maddi vəziyyətlərinin pis olduğunu, buna görə də qoyun-quzu oğurlamaq istədiklərini demişlər və ona də təklif etmişlər. Onun da pula ehtiyacı olduğu üçün onlarla birlikdə oğurluq etməyə razılaşmışdır. Həmin tarixlərdə Bəhruz birinci olaraq dana və ya inək oğurlamağı təklif elədi. Elgün ayağında elektron nəzarət qolbağının olduğunu bildirib onlarla birlikdə getməyəcəyini, lakin özünə məxsus “VAZ 2107” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili onlara verəcəyini demişdir. Bəhruz, Elgün və o Elgünə məxsus “VAZ 2107” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib, Cəlilabad rayonu Privolnoye kəndinin mərkəzinə gəldik, orada Elgün avtomobildən düşmüş və avtomobili Bəhruz idarə etməyə başladı. Elgün avtomobildən düşərkən heyvanı oğurladıqdan sonra Privolnoye kəndində görüşməyi təklif etmişdir. Bəhruz avtomobili Cəlilabad şəhəri istiqamətində idarə etməyə başlamış, Cəlilabad şəhəri Ə.Cavad küçəsi ilə “VAZ 2107” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən qarşılarına içərisində çoxlu sayda qoyunquzu olan tövlə çıxmışdır. Bəhruz avtomobili bir qədər aralıda saxlamış və onlar avtomobildən düşüb tövlənin yaxınlığına gəlmişlər. Oğurluq edəcəkləri ünvana daxil olmaq üçün yollar axtarmağa başlamışlar. Qərara gəlmişlər ki, tövlə yerləşən həyətə arxa tərəfdən meyvə bağı olan tərəfdən dəmir setka qapısını açaraq həyətə daxil olmuşlar. Tövlə həyətin mərkəzində yerləşmişdir. Tövlənin taxta qapısını açdıqdan sonra Bəhruz 4 baş quzuları tövlədən oğurlayıb ona ötürmüşdür, o da quzuları avtomobilə aparmışdır. Ümumilikdə onlar həmin tövlədən 4 baş quzuları oğurlamışdırlar. Quzuları Elgünə məxsus “VAZ 2107” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin baqaj hissəsinə yerləşdirmişlər. Onlar oğurladıqları quzularla birlikdə Cəlilabad rayonu Privolnoye kəndinə gedərkən yolda avtomobilin benzin yanacağı bitmiş və Bəhruz avtomobili yolun kənarında saxlamışdır. Bəhruz ona “avtomobildə gözlə məni səhər gələcəm”-yanında demişdir. O Bəhruza “getmə qorxuram”-desə də, Bəhruz çıxıb getmişdir. O səhərə kimi avtomobilin içərisində gözləmişdir. Hava aydınlananda o yoldan keçən avtomobillərdən benzin tapmış, benzini avtomobilə töküb, motoru işə salmışdır və Cəlilabad rayonu Privolnoye kəndinə getmişdir. Privolnoye kəndində Təqsirləndirilən şəxs2 yaşadığı ünvanın tinində görmüş və avtomobili onun yanında saxlamışdır. Elgün avtomobili idarə etməyə başlmış və yolda gedərkən Elgün ona “neynəyə bildiniz oğurluq edə bildinizmi?”-deyə soruşmuşdur. O oğurladıqları qoyunların avtomobilin arxasında olduğunu demişdir. Elgün avtomobili idarə edib Cəlilabad şəhərinin mərkəzində yerləşən dairəvi yolayırıcına gəlmişlər. Orada Bəhruz avtomobilin arxa qapısını açaraq oturacağa oturmuşdur. Bəhruz avtomobili Cəlilabad rayonu Uzuntəpə kəndi istiqamətində sürməyini demişdir. Elgün Bakı şəhəri istiqamətində yolun kənarında saxlamışdır. Orada Bəhruz ilə Elgün quzuları satmağa adam axtarmağa başlamışdırlar. Daha sonra Cəlilabad rayonu Göytəpə şəhəri istiqamətində hərəkət edərək, Maşlıq kəndinin ərazisindən keçən avtomobil yolunun sağ tərəfində avtomobili saxlamışlar. Bir müddət sonra adının İlkin olduğunu öyrəndiyi şəxs gəmişdir. Bəhruz oğurladıqları 4 baş quzuları həmin şəxsə satmışdır. Bəhruz ona 50 manat verəcəyini desə də, 20 manat pul vermiş və qalan pulu sabah verəcəyini vəd vermişdir. O, 4 baş quzuları neçə manata satdıqlarını bilməmişdir. Oğurluq nəticəsində əldə olunmuş 20 manat pulu o, şəxsi ehtiyacları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs3 ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, yalnız Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub 2023-cü ilin noyabr ayının ortalarında Cəlilabad şəhəri Ə.Cavad küçəsində yerləşən tövlədən 4 baş quzuları oğurlamışdır. O, həmin oğurluğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan planlaşdırmışlar ki, heyvan oğurlayıb pul əldə etsinlər. Ona görə oğurluq etmək niyyətilərini həyata keçirərək Bəhruz ilə birlikdə Cəlilabad şəhəri Ə.Cavad küçəsində yerləşən tövlədən 4 baş quzuları oğurlamışlar. Daha sonra həmin quzuları Bəhruz və Elgün ilə birlikdə İlkin adlı şəxsə satmışlar və oğurluq nəticəsində əldə etdikləri pulları aralarında bölmüşlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs4 özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonu Edişə kəndində anadan olmuş, hazırda ünvan 3 ünvanda ailə üzvlərilə birlikdə yaşayır. Subaydır, rəsmi olaraq işləmir. Fəhləlik edərək ailəsini dolandırır. Zərərçəkmiş şəxs8 və X12 əvvəllər tanımamış, həmin şəxslərlə ədavəti və münaqişəsi olmamışdır. 14 oktyabr 2023-cü il tarixdə axşam saat 23-24 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə piyada Cəlilabad şəhəri Azərbaycan küçəsi ilə hərəkət edirmişlər. Təqsirləndirilən şəxs1 pula ehtiyacı olduğu üçün oğurluq etmək istədiyini, bu məqsədlə qarşısına çıxan avtomobillərin qapılarını açaraq içərisindən qiymətli əşyaları oğurlacağını ona demişdir. Onun da pula ehtiyacı olduğu üçün Bəhruzla razılaşmışdır. Onlar Azərbaycan küçəsi ilə hərəkət edib binaların yaxınlığında gümüşü rəngli “VAZ 2107” markalı avtomobil qarşılarına çıxmış, kənara göz gəzdirib heçkimin olmadığına əmin olduqdan sonra Bəhruz avtomobilə yaxınlaşmış, o, isə yaxınlıqda dayanıb kiminsə gəlib-gəlməməsini güdməyə başlamışdır. Bəhruz həmin avtomobilin qabaq faralarını sökməyə başlamış, hər iki faraları sökdükdən sonra faraları həmin avtomobilin yaxınlığında olan kolluqda gizlətmişdir. Daha sonra yenidən oğurluq etmək üçün gəzməyə başlamış, təxminən 300 metr gəzmişdik ki, H.Əliyev prospektində yerləşən binaların yaxınlığında qırmızı rəngli VAZ 2107 markalı avtomobil görmüşlər. Bəhruz həmin avtomobil izlədikdən sonra içərisində “Pioner” markalı maqnitolanın olduğunu demişdir. O, isə yaxınlıqda dayanıb kiminsə gəlib-gəlməməsini güdməyə başlamışdır. Kənara göz gəzdirib heçkimin olmadığına əmin olduqdan sonra Bəhruz avtomobilə yaxınlaşmışdır. Bəhruz əlindəki məftil ilə həmin avtomobilin sol qabaq qapısını açmışdır. Daha sonra Bəhruz avtomobilin içərisində surətlər panelinin şitini yarasız vəziyyətə saldıqdan sonra 1 ədəd pioner markalı maqnitola və maqnitolanın üzərində taxılmış vəziyyətdə olan 1 ədəd 8 gigabaytlıq flaşkartı oğurlayıb ona vermişdir. O da üzərində 1 ədəd flaşkart olan “Pioner” markalı maqnitolanı gödəkçəsinin altında gizlədib, yaşadığı ünvana aparmışdır. Evdə heçkəs bilməsin deyə üzərində 1 ədəd flaşkart olan “Pioner” markalı maqnitolanı yaşadığı ünvanda əl damında gizlətmişdir. Səhərisi gün 15 oktyabr 2023-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı ünvana gəlmişdir. Bəhruz oğurladıqları əşyaları Bakı şəhərinə gedərək satacağını və əldə edəcəyi gəliri aralarında böləcəyimizi demişdir. O, üzərində 1 ədəd flaşkart olan “Pioner” markalı maqnitolanı Bəhruza vermişdir. 17 oktyabr 2023-cü il tarixdə o yaşadığı ünvanda olarkən polis əməkdaşları ona yaxınlaşaraq polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində o, əməlini səmimi olaraq etiraf etmişdir. Təqsirləndirilən şəxs4 ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 qabaqcadan şifahi razılaşdıqdan sonra 14 oktyabr 2023-cü il tarixdən 15 oktyabr 2023-cü il tarixə keçən gecə Cəlilabad şəhəri Azərbaycan küçəsindən gümüşü rəngli “VAZ 2107” markalı avtomobilin 2 ədəd qabaq faralarını və Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən binaların qarşısında olan qırmızı rəngli “VAZ 2107” markalı avtomobilin içərisindən isə üzərində 1 ədəd flaşkart taxılmış 1 ədəd “Pioner” markalı maqnitolanı oğurlamışdır. Maddi cəhətdən pula ehtiyacı olduğu üçün onlar avtomobillərin qiymətli hissələrini oğurlamaq qərarına gəlmişdir. O, bu 2 oğurluqlardan başqa Cəlilabad rayonu ərazisində hər hansı bir oğurluq cinayət əməlini törətməmişdir. Etdiyi əməldən peşmandır, o, etdiyi oğurluq barədə heçkimə məlumat verməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki o, Cəlilabad rayonu Ağdaş kəndində anadan olmuş, hazırda elə həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, 1 övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir. Heyvandarlıqla məşğul olaraq dolanır, həmçinin xırda buynuzlu heyvanların alveri ilə məşğul olur. 16 dekabr 2023-cü il tarixdə DİN-nin 102 xidmətinə və Cəlilabad RPŞ-nin X24 ərizə ilə o müraciət etmişdir. Mahiyyəti üzrə bildirir ki, oğurluq hadisəsi baş verənədək onun 37 baş xırda buynuzlu heyvanları olmuş, o, həmin heyvanları yaşadığı ünvanda fərdi yaşayış evinin arxa hissəsində tövlədə saxlayırmış. 16 dekabr 2023-cü il tarixdə saat 10 radələrində o, xırda buynuzlu heyvanları sayıb tövləyə salmışdır. Həmin tarixdə saat 20 radələrində xırda buynuzlu heyvanlarına nəzarət etmək üçün həyətə çıxaraq tövləyə tərəf getmiş. Tövləyə yaxınlaşanda tövlənin dəmir çəpərinin kəsildiyini görmüş, tövləyə yaxınlaşmış tövlənin qapısının bağlı olduğunu aşkar etmişdir. Tövlənin ətrafına nəzər yetirmək üçün gəzməyə başlamışdır. Tövlənin arxa hissəsində olan pəncərənin ətrafında olan mişar daşlarının dağıldığını görmüşdür. O, dərhal bu barədə mobil telefonla ərazimizin polis sahə rəisinə məlumat vermişdir. Dərhal polis əməkdaşları yaşadığı ünvana gəlmişlər. Hadisə yerini müayinə etməyə başlamışlar və əlbarmaq izləri götürmüşlər. Polis əməkdaşları ilə birlikdə tövlənin qapısını açıb tövləyə daxil olmuşlar və məlum olmuşdur ki, ona məxsus tövlədən 1 baş erkən qoyunun oğurlanmasını aşkar etmişdir. Zərərçəkmiş şəxs1 ifadəsinə əlavə olaraq bildirmişdir ki, Oğurluq hadisəsi yaşadığı Cəlilabad rayonu Ağdaş kəndində yerləşən fərdi yaşayış evimin arxa hissəsində yerləşən tövlədən 16 dekabr 2023-cü il tarixdə saat 18:00-dan 20:00-dək olan müddətdə baş vermişdir. Oğurluq hadisə zamanı 1 baş xırda buynuzlu heyvana görə 500 manat maddi ziyan dəymişdir. Həmin heyvan 1 yaşlarında bənövşəyi rəngli, ümumi çəkisi 35 kiloqram erkək qoyun imiş. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qisminədə dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonu Çünzəli kəndində anadan olmuş, hazırda elə həmin kənddə ailə üzvlərim ilə birlikdə yaşayır. Evlidir, 2 övladı var. Rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Həmçinin o, xırda buynuzlu heyvanların alveri ilə məşğul olur. Belə ki, həmin xırda buynuzlu heyvanları özünə məxsus tövlədə saxlayır və yaşadığı ünvanın yaxınlığında yerləşən örüş sahəsində otladır. 26 dekabr 2023-cü il tarixdə DİN-nin 102 xidmətinə o, müraciət etmişdir. Mahiyyəti üzrə bildirir ki, 25 dekabr 2023-cü il tarixdə saat 18 radələrində özünə məxsus 39 baş xırda buynuzlu heyvanları örüşdən gətirib, yaşadığı ünvandakı tövləyə salmışdır. Tövlənin qapısı kilidsiz vəziyyətdə olsa da bağlı olub. Həmin tarixdə saat 23 radələrində o, ünvanında yerləşən tövləni yoxlamaq üçün tövləyə yaxınlaşanda tövlənin qapısının açıq olduğunu görmüşdür. Tövlənin qapısından içəri daxil olmuş və heyvanların hürkdüklərini görmüşdür. Tövlənin içərisində olan nəfəsliyin isə açıq olduğunu görüb, heyvanlarını saymış və ona məlum olmuşdur ki, 3 baş xırda buynuzlu heyvanı oğurlanmışdır. Həmin vaxt DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Polis əməkdaşları dərhal gələrək, yaşadığı ünvana baxış keçirib, əl-barmaq izləri götürmüşlər. Zərərçəkmiş şəxs2 ifadəsinə əlavə olaraq bildirmişdir ki, oğurluq hadisəsi yaşadığı Cəlilabad rayonu Çünzəli kəndində yerləşən fərdi yaşayış evimin həyətində yerləşən tövlədən 25 dekabr 2023-cü il tarixdə saat 18:00-dan 23:50-dək olan müddətlərdə baş vermişdir. Ona məxsus ünvanda oğurluq hadisəsi ilk dəfə olduğuna görə həyəcanlı olduğu üçün elə izahat vermiş, əslində ona məxsus ünvandan naməlum şəxs qanunsuz daxil olaraq 3 baş xırda buynuzlu heyvanlarını oğurlamışdır. X13 məxsus ünvana daxil olan şəxs Təqsirləndirilən şəxs2 tutulduğunu və onun tövləsindən oğurladığı məlum olmuşdur. Təqsirləndirilən şəxs2 onun tövləsindən oğurladığı 3 baş xırda buynuzlu heyvandan 2 başı polis əməkdaşları tərəfindən ona qaytarılmışdır. Oğurluq hadisə zamanı 3 baş xırda buynuzlu heyvana görə 810 manat maddi ziyan dəymişdir. Həmin heyvanlar 1-2 yaşlarında bənövşəyi rəngli, ümumi çəkisi 30-40 kiloqram erkək qoyunlar idi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonu Abışabad kəndində anadan olmuşam, hazırda elə həmin kənddə ailə üzvlərim ilə birlikdə yaşayır. Evlidir, 3 övladım var. Rəsmi olaraq işləmir. Ailəsini fərdi əməklə məşğul olaraq dolandırır. Belə ki, o xırda buynuzlu heyvanların alveri ilə məşğul olur. 16 dekabr 2023-cü il tarixdə Cəlilabad RPŞ-nə ərizə ilə müraciət etmişdir. Mahiyyəti üzrə bildirir ki, oğurluq hadisəsi baş verənədək onun 31 baş xırda buynuzlu heyvanlarım var idi. O, həmin heyvanları yaşadığı ünvanda fərdi yaşayış evinin arxa hissəsində yerləşir. 16 dekabr 2023-cü il tarixdə saat 13 radələrində o, anası Ağanənə Hüseynovanı ziyarət etməyə getmişdir. Həmin tarixdə saat 15 radələrində arvadı Fənarə Hüseynova ona zəng edərək, ona məxsus 1 baş xırda buynuzlu heyvanın oğurlandığını bildirmişdir. O, təcili yaşadığı ünvana gəlmişdir. Arvadı Fənarə ona 16 dekabr 2023-cü il tarixdə saat 09 radələrində heyvanları örüşə apararkən 1 baş xırda buynuzlu heyvanımızın oğurlanmasını aşkar etdiyini bildirmişdir. Həmin vaxt oğlu Fərid 1 baş xırda buynuzlu heyvanın kəndə başqa qatışa biləcəyini deyib, kənd ərazisində qoyunu axtarmağa başlamış, lakin axtarışları heç bir nəticə verməmişdir. Ona görə də arvadı Fənarə Hüseynova DİN-nin 102 xidmətinə müraciət etmişdir. Polis əməkdaşları dərhal gələrək, yaşadığı ünvana baxış keçirib, əl-barmaq izləri götürmüşlər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qisminədə dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, oğurluq hadisəsi yaşadığı Cəlilabad rayonu Abışabad kəndində yerləşən fərdi yaşayış evinin arxa hissəsində yerləşən tövlədən 16 dekabr 2023cü il tarixdə saat 02:00-dan 09:00-dək olan müddətdə baş vermişdir. Oğurluq hadisə zamanı 1 baş xırda buynuzlu heyvana görə 500 manat maddi ziyan dəymişdir. Həmin heyvan ağ rəngli imiş, ümumi şəkisi 45 kiloqram olan boğaz qoyun imiş. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qisminədə dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Salyan rayonu Şorsulu kəndində anadan olmuş, hazırda Cəlilabad şəhəri M.Hadi küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. Subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. Evdar qadındır. O, ailəsini xırda buynuzlu heyvanların alveri ilə məşğul olaraq dolandırır. 27 dekabr 2023-cü il tarixdə Cəlilabad rayon polis şöbəsinə o, müraciət etmişdir. Mahiyyəti üzrə bildirir ki, oğurluq hadisəsi baş verənədək onun müxtəlif çəkilərdə 22 baş xırda buynuzlu heyvanları olmuşdur. O, həmin heyvanları yaşadığı ünvanda fərdi yaşayış evinin həyətində yerləşən tövlədə saxlamışdır. 15 dekabr 2023-cü il tarixdə saat 21 radələrində o, xırda buynuzlu heyvanları sayıb tövləyə salmış, təxminən 2 saat sonra o, həyətdən xırda buynuzlu heyvanların səsini eşitmiş, dərhal həyətə çıxaraq tövləyə yaxınlaşmış, tövlənin qapısının açıq olduğunu görmüşdür. Tövlənin içərisinə daxil olduqda içəridə olan heyvanların hürkdüyünü hiss etmişdir. Heyvanları saydıqda ona məlum oldu ki, naməlum şəxs və ya şəxslər həyətinə və tövləsinə qanunsuz daxil olaraq 1 baş xırda buynuzlu heyvanlarını oğurlamışlar. O, evdə tək qaldığı üçün polis əməkdaşlarına məlumat verməmişdir. 27 dekabr 2023-cü il tarixdə qohumları qonaq gəldiyi üçün o, Cəlilabad rayon Polis Şöbəsinə gələrək oğurluqla bağlı müraciət etmişdir. Polis əməkdaşları dərhal gələrək, yaşadığı ünvana baxış keçirib, əl-barmaq izləri götürmüşlər. Zərərçəkmiş şəxs4 ifadəsinə əlavə olaraq bildirmişdir ki, oğurluq hadisəsi yaşadığı ünvan 13 ünvanda yerləşən fərdi yaşayış evimin həyətində olan tövlədən 15 dekabr 2023cü il tarixdə saat 21:00-dan həmin tarixdə saat 23:00-dək olan müddətdə baş vermişdir. Oğurluq hadisə zamanı ona məxsus tövlədən 2 yaşlarında olan 1 baş təxminən 50 kiloqram olan erkək qoyunlara 550 manat maddi ziyan dəymişdir. Həmin heyvan təxminən 2 yaşlarında ümumi çəkisi 50 kiloqram çəkidə erkək qoyun imiş. Oğurlanan heyvanı ağ rəngdə imiş. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qisminədə dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonu Astanabad kəndində anadan olmuş, hazırda elə həmin kənddə Ə.Cavad küçəsi ev 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, rəsmi olaraq heç bir yerdə işləmir. O, ailəsini xırda buynuzlu heyvanların alveri ilə məşğul olaraq dolandırır. 17 noyabr 2023-cü il tarixdə DİN-nin 102 xidmətinə və 18 noyabr 2023-cü il tarixdə Cəlilabad rayon polis şöbəsinə o, müraciət etmişdir. Mahiyyəti üzrə bildirir ki, oğurluq hadisəsi baş verənədək onun müxtəlif çəkilərdə 12 baş xırda buynuzlu heyvanları var idi. O, həmin heyvanları yaşadığı ünvanda fərdi yaşayış evinin həyətində yerləşən tövlədə saxlayırmış. 16 noyabr 2023-cü il tarixdə saat 20 radələrində o xırda buynuzlu heyvanları sayıb tövləyə salmışdır. Həmin vaxt o, bacısı X8 baş çəkmək üçün Cəlilabad şəhərinə gəlmişdir. Həmin günü o, bacısı gildə gecələmiş, səhər 09 radələrində arvadı X16 ona zəng edərək, ona məxsus heyvanların həyətdə olduğunu, 4 baş xırda buynuzlu heyvanının oğurlandığını demişdir. O, dərhal yaşadığı ünvan 14 ünvanında yerləşən evinə gəlmiş, əvvəllər düşünmüşdür ki, xırda buynuzlu heyvanları itkin düşüb. Çünki onun ünvanının həyəti sahəliyə açılır. 4 baş xırda buynuzlu heyvanını tapmaq üçün ətrafı gəzmiş, lakin tapa bilməmişdir. Ona görə də o, DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Polis əməkdaşları dərhal gələrək, yaşadığı ünvana baxış keçirib, əl-barmaq izləri götürmüşlər. Zərərçəkmiş şəxs3 ifadəsinə əlavə olaraq bildirmişdir ki, Oğurluq hadisəsi yaşadığı ünvan 15 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində olan tövlədən 16 noyabr 2023-cü il tarixdə saat 20:00-dan 17 noyabr 2023-cü il tarixdə saat 08:30-dək olan müddətdə baş vermişdir. Oğurluq hadisə zamanı ona məxsus tövlədən 2 yaşlarında olan 4 baş təxminən 35-40 kiloqram olan erkək qoyunlara 1200 manat maddi ziyan dəymişdir. Belə ki, onun heyvanlarımın 1 başı 300 manat dəyərində olarmış. Həmin heyvanlar təxminən 2 yaşlarında ümumi çəkisi 35-40 kiloqram çəkidə erkək qoyunlar imiş. Heyvanlardan 1 başı qara, 1 başı ağ və 2 başı isə sarı rəngdə imiş. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qisminədə dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonu, Musalı kəndində anadan olmuş, hazırda ünvan 16 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. Evlidir, 2 övladı var. Hazırda Cəlilabad Rayon Mərkəzi xəstəxanasında tibb qardaşı vəzifəsində çalışaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 əvvəllər tanımamışdır. Həmin şəxslərlə əvvəllər arasında nifaqım və münaqişəsi olmamışdır. 15 oktyabr 2023-cü il tarixdə DİN-nin 102 xidmətinə və Cəlilabad RPŞ-nə ərizə ilə o, müraciət etmişdir. Müraciətilə bağlı bildirir ki, albalı rəngli “VAZ 2107” markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobil onun adına rəsmiləşib. O, sürücülük hüququ olmaqla idarə etdiyi “VAZ 2107” markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobili 14 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində yaşadığı ünvan 16 ünvanının həyətində saxlayaraq evə qalxmışdır. 15 oktyabr 2023-cü il tarixdə saat 12 radələrində o, yuxudan durub həyətə düşmüş, avtomobilinə yaxınlaşıb sol qabaq qapısının açıldığını, avtomobilimin içərisindən “Pioner 7250” markalı maqnitolamın oğurlanmasını aşkar etmişdir. O, dərhal DİN-nin 102 xidmətinə müraciət etmiş, təxminən 5 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gələrək hadisə yerinə baxış keçirib, fotoşəkillər çəkmişlər. Zərərçəkmiş şəxs8 ifadəsinə əlavə olaraq bildirmişdir ki, oğurluq hadisəsi yaşadığı ünvan 16 ünvanında 14 oktyabr 2023-cü il tarixdən 15 oktyabr 2023-cü il tarixə keçən gecə baş vermişdir. Oğurluq hadisə zamanı ona məxsus “VAZ 2107” markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisindən “Pioner 7250” markalı maqnitola və 8 gigabayt yaddaşa malik flaşkart oğurlanmışdır. Oğurluq zamanı avtomobilinin sol qabaq qapısının açar mexanizmi, sürətlər panelinin şiti də yararsız vəziyyətə düşmüşdür. Ümumilikdə oğurluq nəticəsində “Pioner 7250” markalı maqnitolaya görə 250 manat, 8 qiqabayt yaddaşa malik flaşkarta görə 15 manat və sol qapının açar mexanizminə görə 30 manat, sürətlər panelinin şitinə görə 50 manat dəyərində, ümumilikdə 345 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qisminədə dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonu, Tülkülü kəndində anadan olmuş, hazırda Cəlilabad rayonu Türkelli kəndində ailə üzvlərilə birlikdə yaşayır. Evlidir, 6 övladı var. Fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 əvvəllər tanımamışdır. Həmin şəxslərlə əvvəllər arasında nifaqı və münaqişəsi olmamışdır. 15 oktyabr 2023-cü il tarixdə Cəlilabad RPŞ-nə ərizə ilə o, müraciət etmiş, Müraciətilə bağlı bildirir ki, boz metallik “VAZ 21074” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil onun adına rəsmiləşib. O, sürücülük hüququ olmaqla idarə etdiyi “VAZ 2107” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 14 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində oğlu Əlislam Əliyevin yaşadığı ünvan 18 ev 15 ünvanında qonaq gəlmişdir. O, idarə etdiyi avtomobili binanın həyətində saxlayıb, oğlunun evinə qalxmışdır. 15 oktyabr 2023-cü il tarixdə saat 09 radələrində o, yuxudan durub həyətə düşmüşdür. O, avtomobilinə əyləşib mühərriki işə salmış, avtomobili idarə edib binanın həyətindən çıxarkən sağ qabaq təkərimin boş olmasını hiss eləmişdir. Avtomobili dayandırıb, sağ qabaq təkərə baxmaq üçün avtomobildən enmişdir. Təkərin boşalmadığını görüb, avtomobilə əyləşmək istəyərkən qabaq işıq cihazları (fara)mın olmadığını aşkarlamışdır. O, dərhal oğlu Əlislama oğurluq barəsində məlumat vermiş, Əlislam DİN-nin 102 xidmətinə oğurluq barədə məlumat verdikdən 5 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Hadisə yeri polis əməkdaşları tərəfindən müayinə olunmuş, hadisə yerinə baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir. Zərərçəkmiş şəxs7 ifadəsinə əlavə olaraq bildirmişdir ki, oğurluq hadisəsi yaşadığı ünvan 18 mənzil 15 14 oktyabr 2023-cü il tarixdən 15 oktyabr 2023-cü il tarixə keçən gecə baş vermişdir. Oğurluq hadisə zamanı ona məxsus VAZ 2107 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin 2 ədəd qabaq işıq cihazları (fara) oğurlanmışdır. Oğurluq zamanı həmçinin işıq cihazlarının yerləşdiyi kantlar sındırılmış və avtomobilin qabaq alın şüşəsi isə çatdamışdır. Ümumilikdə oğurluq nəticəsində 250 manat maddi ziyan dəymişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olmuş, hazırda Göytəpə şəhəri F.Bayramov küçəsi ev 82 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. Evlidir, 2 övladı var. Ailəsini rəsmi olaraq Göytəpə şəhər xəstəxanasında təsərrufat müdiri işləyərək dolandırır. Bundan başqa xırda buynuzlu heyvanların da alveri ilə məşğul olur. Təqsirləndirilən şəxs2 Privolnoye kəndində taksi sürücüsü kimi tanıyır. Mahiyyəti üzrə bildirir ki, 25 dekabr 2023-cü il tarixdə axşam saatlarında evdə oturmuş, bu zaman mobil telefonuna zəng gəlmiş və zəngə cavab vermiş, zəng edən şəxs özünü Təqsirləndirilən şəxs2 olduğunu bildirmiş, Elgün zəng zamanı ona 2 baş quzusu olduğunu və satmaq istədiyini demişdir. O, Elgünə “gətir baxım görüm xoşuma gəlsə alacam”-demişdir. 15-20 dəqiqə sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi göy rəngli avtomobil ilə onun ünvanına gəlmiş, Elgün avtomobilin baqaj yerindən 2 baş bənövşəyi rəngli quzuları çıxarıb yerə qoymuşdur. O, quzulara baxıb quzuların dişi cinsli olmasını müəyyən etmişdir. O, Elgünə quzuları neçə manata satmaq istəməsini soruşmuş, Elgün ona 450 manata satmaq istədiyini demişdir. Bir qədər danışdıqdan sonra Elgün ilə 2 baş quzulara görə 380 manata razılaşmışlar. O, Elgündən quzuların oğurluq olub-olmamasını soruşmuş, Elgün isə quzuların özünə məxsus olduğunu, borcu olduğu üçün satmaq istədiyini demişdir. Daha sonra Elgün 380 manat pulu götürüb çıxıb getmişdir. O, Elgündən aldığı 2 baş quzuları Masallı rayonu sakini İlham adlı şəxsə 420 manata satmışdır. 26 dekabr 2023-cü il tarixdə onu X24 dəvət edilərkən X30 Şahmarov ona satdığı 2 baş quzuları Cəlilabad rayonu Çünzəli kənd sakini Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin tövləsindən oğurlayaraq satmasını öyrənmişdir. Şahid2 ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, 25 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 2 baş quzuları 380 manata alarkən həmin quzuların oğurluq olmasını bilməmiş, Elgündən soruşduqda Elgün ona quzuların özünə məxsus olduğunu, borca düşdüyü üçün satmaq istədiyini deməsini bildirmişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonu, Ağdaş kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvlərilə birlikdə yaşayır. Subaydır, 3 övladı var. Evdar qadındır. Zərərçəkmiş şəxs1 onun oğludur. Ələmdarın Cəlilabad rayon Polis Şöbəsinin X24 və DİN-in 102 xidmətinə etdiyi müraciətlə tanış olmuşdur. Onun oğlu Zərərçəkmiş şəxs1 xırda buynuzlu heyvanları saxlayaraq ailəsini dolandırır. O da Ələmdara heyvanları saxlamasında köməklik edir. Oğlu Ələmdar heyvanları yaşadıqları Cəlilabad rayonu Ağdaş kəndində yerləşən fərdi yaşayış evinin arxa tərəfində yerləşən tövlədə saxlamışdır. Oğurluq cinayət hadisəsi olmamışdan qabaq onların 37 baş xırda buynuzlu heyvanları var idi. 16 dekabr 2023-cü il tarixdə saat 18 radələrində oğlu Ələmdar xırda buynuzlu heyvanları sayıb tövləyə salmışdır. O, həmin tarixdə saat 20 radələrində xırda buynuzlu heyvanlara nəzarət etmək üçün həyətə çıxmışdır. Bir müddət keçdikdən sonra oğlu Ələmdar tövlənin yanından onu səsləmişdir. O, tövlənin yanına yaxınlaşanda tövlənin arxa tərəfində olan pəncərənin ətrafında olan daşların dağıdıldığını görmüşdür. Ələmdar dərhal kəndlərinin polis sahə rəisinə məlumat vermiş, 10 dəqiqə sonra polis əməkdaşları yaşadıqları ünvana gəlmişlər. Hadisə yerini müayinə etməyə başlamışlar və əl-barmaq izləri götürmüşlər. Polis əməkdaşları ilə birlikdə tövlənin qapısını açıb tövləyə daxil olmuş və onlara məxsus tövlədən 1 baş erkən qoyunun oğurlanmasını müəyyən olunmuşdur. Şahid1 ifadəsinə əlavə olaraq bildirmişdir ki, oğurluq hadisəsi yaşadığı Cəlilabad rayonu Ağdaş kəndində yerləşən fərdi yaşayış evin arxa hissəsində yerləşən tövlədən 16 dekabr 2023-cü il tarixdə saat 18:00-dan 20:00-dək olan müddətdə baş vermişdir. Oğurluq hadisəsi zamanı oğlu Zərərçəkmiş şəxs1 1 baş xırda buynuzlu heyvana görə 500 manat maddi ziyan dəymişdir. Həmin heyvan 1 yaşlarında bənövşəyi rəngli, ümumi çəkisi 35 kiloqram erkək qoyun imiş. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 15 oktyabr 2023cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Cəlilabad şəhəri Azərbaycan küçəsində yaşayan Zərərçəkmiş şəxs7 məxsus ünvanın həyətində baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs7 hadisənin baş verdiyi yeri göstərmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 15 oktyabr 2023cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Cəlilabad şəhəri H.Əliyev prospektində yaşayan Zərərçəkmiş şəxs8 məxsus ünvanın həyətində baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs8 hadisənin baş verdiyi yeri göstərmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 18 noyabr 2023cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Cəlilabad şəhəri Ə.Cavad küçəsində yaşayan Zərərçəkmiş şəxs3 məxsus ünvanın həyətində yerləşən tövlədə baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs1 hadisənin baş verdiyi yeri göstərmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 07 dekabr 2023cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Cəlilabad şəhəri Ə.Cavad küçəsində yaşayan Zərərçəkmiş şəxs6 məxsus ünvanın həyətində yerləşən tövlədə baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs6 hadisənin baş verdiyi İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 16 dekabr 2023cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Cəlilabad rayonu Abışabad kəndində yaşayan Zərərçəkmiş şəxs5 məxsus ünvanın həyətində yerləşən tövlədə baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs5 hadisənin baş verdiyi yeri göstərmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 16 dekabr 2023cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Cəlilabad rayonu Ağdaş kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus ünvanın həyətində yerləşən tövlədə baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs1 hadisənin baş verdiyi yeri göstərmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 26 dekabr 2023cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Cəlilabad rayonu Çünzəli kəndində yaşayan Zərərçəkmiş şəxs2 məxsus ünvanın həyətində yerləşən tövlədə baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs2 hadisənin baş verdiyi yeri göstərmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 27 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Cəlilabad şəhəri M.Hadi küçəsində yaşayan Zərərçəkmiş şəxs4 məxsus ünvanın həyətində yerləşən tövlədə baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs4 hadisənin baş verdiyi yeri göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-əmtəəşunaslıq ekspertizasının 07 noyabr 2023-cü il tarixli 19/978 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - Tayland istehsalı olan 1 ədəd qara rəngli “Pioner”markalı DEH-7250sdUB modelli maqnitofonun 1 ədədinin qiyməti 2023-cü ilin sentyabr-oktyabr aylarına olan orta bazar qiyməti təxminən 130,00 manatdır. - 2010-cu il buraxılışlı “VAZ 2107” markalı avtomobilin qabaq işıq cihazları (fara)nın 1 ədədinin sentyabr-oktyabr aylarına olan orta bazar qiyməti təxminən 55,00 manatdır. - 2012-ci il buraxılışlı “VAZ 2107” markalı avtomobilin sol qabaq qapısının açar mexanizmi sentyabr-oktyabr aylarına olan orta bazar qiyməti təxminən 12,00 manatdır. - 2012-ci il buraxılışlı “VAZ 2107” markalı avtomobilin surətlər panelinin şitinin sentyabr-oktyabr aylarına olan orta bazar qiyməti təxminən 20,00 manatdır. - Sandisk firmasına məxsus 8 GB yaddaşa malik USB flaş kartın sentyabr-oktyabr aylarına olan orta bazar qiyməti təxminən 5,00 manatdır. Ekspertiza tədqiqatına təqdim edilmiş malın 2023-cü ilin sentyabr-oktyabr aylarına olan orta bazar qiyməti təxminən 130,00 manat təqdim edilməmiş malların 2023-cü ilin sentyabr-oktyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 147,00 manat müəyyən edilir. Qiymətləndirilən mallar ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-əmtəəşunaslıq ekspertizasının 23 yanvar 2024-cü il tarixli 19/20 nömrəli rəyindən görünür ki, Ekspertiza təyini haqqında qərarda göstərilən xırda buynuzlu heyvanların 2023-cü ilin noyabr-dekabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3080,00 manat müəyyən edilir. O, cümlədən: - 4 baş diri çəkisi 35-40 kq olan 2 yaşlı qoyunlar -1080,00 (4x270m) manat, - 1 baş diri çəkisi 35-40 kq olan 1 yaşlı erkək qoyun - 270,00 manat, - 1 baş diri çəkisi 45 kq olan 2 yaşlı erkək qoyun – 300,00 manat, - 1 baş diri çəkisi 50 kq olan 2 yaşlı erkək qoyun – 300,00 manat, - 1 baş diri çəkisi 35 kq olan 1 yaşlı erkək qoyun – 270,00 manat, 3 baş diri çəkisi 30-40 kq olan 1-2 yaşlı erkək qoyun – 810,00 (3x270) manat İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Mirzəyev X21 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi təqsirli bilinib, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 69.3-cü maddələri ilə təqsirli bilinib, 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşdə olan Azərbaycan Respubliksaı Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməəmtəəşunaslıq ekspertizasının 07 noyabr 2023-cü il tarixli 19/978 nömrəli və 23 yanvar 2024-cü il tarixli 19/20 nömrəli rəyləri, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, hadisə yerinə baxış protokolları və fotocədvəllər, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq sənədləri iş materiallarına uyğun olduğundan sübut növü kimi qəbul edilmişdir. İşdə olan Cəlilabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 10 iyul 2024-cü il tarixli, 118/2022-30-11 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 01 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasın məhkum edilmişdir və xx.xx.2023-cü il tarixə 01 il 05 gün çəza çəkmiş, qalan 01 il 02 ay 07 gün çəkilməmiş cəzası qalmışdır. İşdə olan Cəlilabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 09 avqust 2024cü il tarixli, 02/2024-30-11 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 Sübhü oğlu barəsində Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasın məhkum edilmişdir. Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 4(073)-164/2023 saylı qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçildiyinidən o, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata götrlməmiş və cəzası çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80.1.2-ci maddəsinə əsasən “məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən az ağır cinayətə görə yeddi il müddətdə icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum olunmasına dair xx.xx.2022-ci il tarixli hökm üzrə icra müddəti keçəməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Sübhü oğlunun Cəlilabad Rayon Məhkəməsinin Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə məhkum olunmasına dair xx.xx.2023-cü il tarixli hökm üzrə icra müddəti keçəməmişdir. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmasının əvvəli 27 dekabr 2023-cü ildən hesablanmışdır. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X7 barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmasının əvvəli 27 dekabr 2023-cü ildən hesablanmışdır. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 Sübhü oğlunun barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmasının əvvəli 27 dekabr 2023-cü ildən hesablanmışdır. İş materiallarına əlavə olunmuş, 17 oktyabr 2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 17 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşlar. Cinayət işinə əlavə olunmuş, “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən azad etmə barədə” 19 oktyabr 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 19 oktyabr 2023-cü il tarixdə MSY-dən azad edilmişlər. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X7, Təqsirləndirilən şəxs3 oğlunun və Təqsirləndirilən şəxs4 onlara istinad olunan cinayəti törətmələri tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X7 əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs3 Sübhü oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi və Təqsirləndirilən şəxs4 əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və buna görə də onlara təqsirli bilindikləri maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X9, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdə olan Cəlilabad rayon İH Başçısının Kövüzbulaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İbiyev X2 atası Zahir İbiyev və anası Hüsniyyə İbiyevlə birlikdə yaşayır. İşdə olan Cəlilabad rayon İH Başçısının Cəlilabad şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Əlizadə X10 şəhəri, N.Tusi küçəsi 12 ünvanda yaşayır. İşdə olan ünvan 29yi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şahmarov X1 anası ilə birlikdə yaşayır. İşdə olan ünvan 29yi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Mirzəyev X3 anası ilə birlikdə yaşayır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X7, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cinayət nəticəsində dəymiş ziyanı aradan qaldırmaları Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin şəxslər Təqsirləndirilən şəxs1, X7, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməllərindən səmimi peşman olmalarını, zərərçəkmişlərin onlardan şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən oların cəzalarnı yüngülləşdirən hal qismində nəzərə alır. CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi X17 cəzasını yüngülləşdirən haldır. CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X7, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X7, Təqsirləndirilən şəxs3 Sübhü oğlunun və Təqsirləndirilən şəxs4 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdarılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd qara rəngli “Pioner” markalı DEH-7250sdub madelli maqnitola, 1 ədəd “Sandisk” firmasına məxsus 8 GB yaddaşa malik USB flaş kart və 2 ədəd qabaq işıq cihazları hökm qanuni qüvvəyə mindikdən sonra qanini sahiblərinə geri qaytarılmalıdır. İş üzrə ekspertiza xərci olan 150 (bir yüz əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X5, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada alınaraq Məhkəmə Ekspetiza Mərkəzinin Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************4, S. W. İ. F. T. CTREAZ22, AZ34CTRE******************** Cari AZN; VÖEN: ********** hesabına ödnilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq. Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2 177.2.3-cü maddələri təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət 2 gün müddət və 27 dekabr 2023-cü il tarixdən hazırki xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 7 ay 25 gün müddət olmaqla cəmi 7 ay 27 gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 15 ay 24 gün müddət ona təyin olunmuş 3 il azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 il 8 ay 6 gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə Cəlilabad rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanında yerləşən evi tərk etməmək, Cəlilabad şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri təqsirli bilinib 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 hazırkı iş üzrə ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 7 ay 25 gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 15 ay 20 gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 8 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs3 Cəlilabad rayon məhkəməsinin 01 noyabr 2023-cü il tarixli hökm üzrə təyin edilmiş 1 (bir) il azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaqla üzərində qəti olaraq 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 üzərinə Cəlilabad rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonu, Privolnoye kəndində yerləşən evi tərk etməmək, Cəlilabad şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinib 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 7 ay 25 gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 15 ay 20 gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 il 8 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs2 Bakı Apellyasiya Məhkməsinin 17 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 1 (bir) il 2 (iki) ay 07 (yeddi) gün azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 2 il 6 ay müddətə azadlıqdan mərhumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə Cəlilabad rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonu, Privolnoye kəndində yerləşən evi tərk etməmək, Cəlilabad şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2ci maddələri təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 hazırkı iş üzrə ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 4 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs4 üzərinə Cəlilabad rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən evi tərk etməmək, Cəlilabad şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd qara rəngli “Pioner” markalı DEH-7250sdub madelli maqnitola, 1 ədəd “Sandisk” firmasına məxsus 8 GB yaddaşa malik USB flaş kart və 2 ədəd qabaq işıq cihazları hökm qanuni qüvvəyə mindikdən sonra qanini sahiblərinə geri qaytarılsın. İş üzrə ekspertiza xərci olan 150 (bir yüz əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X5, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada alınaraq Məhkəmə Ekspetiza Mərkəzinin Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************4,S. W.İ.F.T. CTREAZ22, AZ34CTRE******************** Cari AZN; VÖEN: ********** hesabına ödnilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-86/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-86/2024
21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver