Məhkəmə qərarları › İş №1(073)-86/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-86/2025

24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-86/2025 24.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat 11:30 X5 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1987-ci ildə Cəlilabad rayonunun Təklə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində ики yetkinlik yaşına çatmayan və ики azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Təklə kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təsiredici maddəsinin ümumi miqdarı 0.02 qram olan 1/2 ədəd narkotik vasitə - metadon həbini əldə edib üzərində saxlamaqla daşımış, 03 mart 2025-ci il tarixdə saat 19 radələrində Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən Cəlilabad şəhəri Azərbaycan küçəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılaraq həmin ərazidə üstü yoxlanılmış və əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd qızılı rəngli kağız bükülüdə həmin narkotik vasitə - metadon həbi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2 ay olar ki, metadon həbi istifadə etmişdir. Təxminən 10 gün əvvəl Бакыда “Qış parkı” adlanan ərazidə piyada gəzdiyi zaman yolun kənarında yerdə bır ədəd qızılı rəngdə kağız bükülü görmüş, həmin kağız bükülü diqqətini cəlb etmiş və buna görə də həmin bükülünü yerdən götürmüşdür. Həmin kağız bükülünü açıb içərisinə baxmış və içərisində metadon həbi olduğunu müəyyən etmişdir. Əvvəllər metadon həbi istifadə etdiyinə görə həmin kağız bükülünün içərisindəki maddəni tanıyıb metadon həbi olduğunu bilmişdir. 2024-cü ilin noyabr ayında tikintidə işlədiyi zaman yıxılıb xəsarət almışdır və bədənində ağırlar olur. Metadon həbi ağrıları azaltdığı üçün qərara gəlmişdir ki, həmin kağız bükülüdə olan metadon həbini gələcəkdə istifadə etməkdən ötrü götürsün. Həmin metadon həbini götürüb əynində olan gödəkçənin sol cibinə qoymuşdur. Həmin narkotik vasitə о zamandan gödəkçəsinin cibində qalmışdır. Bir neçə gün sonra Cəlilabad rayonunda getmişdir. 03 mart 2025-ci il tarixdə təxminən saat 19 radələrində Cəlilabad şəhəri Azərbaycan küçəsində olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb polis əməkdaşı olduğunu bildirmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində videoçəkiliş aparılmaqla yoxlama aparacaqlarını bildirmiş və buna hər hansı bir etirazı olubolmamasını soruşmuşlar. Heç bir etirazı olmadığını bildirmiş və bundan sonra həmin polis əməkdaşlarının iştirakı ilə üzərində videçəkiliş aparılmaqla yoxlama aparılmağa başlanmışdır. Yoxlama zamanı ona təklif edilmişdir üzərində narkotik vasitə, psıxotrop maddə və qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa təqdim etsin. Bundan sonra əynində olan gödəkçənin sol yan cibindən bir ədəd kağız bükülü çıxarıb təqdim etmiş və içərisində metadon həbi olduğunu bildirmişdir. Daha sonra üzərini axtarmışlar. Axtarış zamanı üzərindən narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra üzərindən aşkar edilmiş bir ədəd kağız bükülüdə olan narkotik vasitə metadon həbi elektron tərəzidə çəkilmiş, baxış keçirilmiş və qablaşdırılaraq götürülmüşdür. Daha sonra polis əməkdaşları onu müvafiq sənədlərin tərtib edilməsi məqsədilə Cəlilabad rayon polis şöbəsinə dəvət etmişlər. O da polislərin dəvətinə etiraz etməyib onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində bir neçə sənəd tərtib edilmiş və həmin sənədlərə imza etmişdir. Sonra onu polis şöbəsində olan otaqlardan birinə aparmışlar. Orada olan polis əməkdaşı özünü təqdim edərək təhqiqatçı olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən üstündə yoxlama aparılmasının videoçəkilışinə baxış keçirilmişdir. Bundan sonra üzərindən aşkar edilmiş bir ədəd kağız bükülüdə olan metadon həbinə baxış keçirilmiş, elektron tərəzidə çəkilmiş, ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış, protokol tərtib edilmiş və protokola imza etmişdir. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətəbiq olunmamışdır. Törətdiyi cinayət əməlindən peşmandır, himayəsində iki yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağı vardır, övladlarından biri «serebral iflic» xəstəsidir, ailəsinin yeganə qazanc gətirənidir, bir də belə hərəkətlərə yol verməyəcəkdir. Odur ki, bu halları nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 03 mart 2025-ci il tarixdə ona daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədilə həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmri ilə o, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 və Cəlilabad RPŞ-nin polis nəfəri Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən yerlər müəyyən edilmişdir. 03 mart 2025-ci il tarixdə təxminən saat 19 radələrиndə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad şəhəri, Azərbaycan küçəsində piyada hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Bir neçə dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər. X2 rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan, üstündə videoçəkilişlə yoxlama aparılacağını bildirib buna etirazı olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını demiş və bundan sonra Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri X3 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üstündə yoxlama aparılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd kağız bükülü çıxarıb təqdim edərək içərisində narkotik vasitə metadon həbi olduğunu bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin üzərindən narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kağız bükülüyə baxış keçirilmiş, içərisində narkotik vasitə metadona bənzər maddə olması müəyyən edilmiş, elektron tərəzidə çəkilmiş və təqdim edilməsi üçün qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Cəlilabad RPŞ-nə dəvət etmişlər və Təqsirləndirilən şəxs onların dəvətinə etiraz etməyərək onlarla birlikdə şöbəyə gəlmişdir. Şöbədə müvafiq sənədələr tərtib edildikdən sonra Təqsirləndirilən şəxs ondan aşkar olunmuş narkotik vasitə metadon həbinə bənzər kütlə ilə birlikdə təhqiqatçıya təqdim etmişlər. Təhqiqatçı tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının videoçəkilişinə və Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə metadon həbinə bənzər kütləyə baxış keçirilmiş, həb elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Yekunda protokol tərtib olunmuş və həmin protokola imza etmişlər. Saxlanılarkən onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir zor tətəbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin polis nəfəri Şahid3 da eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Cəlilabad RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əynində gödəkçənin sol yan cibindən bir ədəd qızılı kağız bükülüdə narkotik vasitə metadon həbinə bənzər kütlə çıxararaq təqdim etmiş və həmin kütlə elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. İş materiallarına əlavə olunmuş, Cəlilabad RPŞ-də aşkar edilmiş kütələyə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Cəlilabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Samid Əliyev tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının videoçəkilişinə baxış keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə metadon həbi olan 1 ədəd bükümün qablaşdırıldığı bağlamaya baxış keçirilmişdir. Həmin bükümdə narkotik vasitə metadon həbinə bənzər kütlə aşkar edilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X1 Bölməsi tərəfindən verilmiş 04 mart 2025-ci il tarixli 19/97 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metadona bənzər kütlə ” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1/2 ədəd (bir həbin yarı hissəsi) qəhvəyi rəngli dairəvi formalı həb metadon dərmanıdır, həbin təsiredici maddəsinin ümumi miqdarı 0,02 qramdır. Tədqiqata sərf edildi 1/4 ədəd, qalıq 1/4 ədəd olmuşdur. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Narkoloji Xəstəxanası tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 19 may 2025-ci il tarixli 269 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Cəlilabad rayon İHB-nin Təklə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 may 2025-ci il tarixli, 5-41/2-31/141-2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü Ləman Tağıyeva, xx.xx.2010-cu il təvəllüdlü Rəvan Tağıyeva, xx.xx.2016-cı il təvəllüdlü Zəhra Tağızadə, xx.xx.2018-ci il təvəllüdlü Oğuzəli Tağızadə adlı iki yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağı vardır. İş materiallarında olan, Cəlilabad rayon İHB-nin Təklə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerində müxbət xarakterizə olunur. İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın surətindən görünür ki, təqsirləndirilən şəxsин övladı X4 “Kvadropleguk spastik serebral iflic, uşaq serebral iflici, tetraparerik forma, yerişin və hərəkətin kəskin geri qalması, xüsusi baxıma və qulluğa ehtiyacı var” diaqnozu ilə sağlamlıq imkanları məhdud uşaqdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, yaşayış yerində müsbət xarakterizə olunmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, himayəsində iflic xəstəsi olan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 03 mart 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2025-ci il tarixdə saat 18:20-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 05 mart 2025-ci il tarixli “MSY-dan azad etmə və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdə saat 17:00-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Eyni zamanda məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonra qalan 1/4 ədəd metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şübhəli şəxs qismində saxlanılarkən üzərinə baxış keçirilən və Cəlilabad RPŞ-də aşkar edilmiş kütələyə baxış keçirilən zaman aparılmış videoçəkilişlərin köçürüldüyü 2 (iki) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun hazırkı iş üzrə ibtidai istintaq zamanı 03 mart 2025-ci il tarixdən 05 mart 2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan saat 07:00-dək yaşadığı Cəlilabad rayonu Təklə kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonra qalan 1/4 ədəd metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şübhəli şəxs qismində saxlanılarkən üzərinə baxış keçirilən və Cəlilabad RPŞ-də aşkar edilmiş kütələyə baxış keçirilən zaman aparılmış videoçəkilişlərin köçürüldüyü 2 (iki) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar