Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-87/2023 20.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 10:10 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1993-cü ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonunun Tatar kəndində qeydiyyatda olan, Biləsuvar rayonu 9 saylı Cəbrayıl qəsəbəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 9,162 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla üzərində saxlamış, 13 yanvar 2023-cü il tarixdə saat 18:00-da Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri H.Əliyev prospektində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki qırmızı rəngli gödəkçənin sol iç cibindən bir ədəd qara rəngli bağlamada olan şəffaf rəngli sellofanın içərisindən həmin narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 13 yanvar 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı qəsəbədə taksi fəaliyyəti ilə məşğul olan Eldost adlı şəxslə qarşılaşmışdır. O, Eldost adlı şəxsə Cəlilabad rayonuna getmək istədiyini və Eldostdan onu Cəlilabad rayonuna aparmasını istəmişdir. Eldost da onun təklifini qəbul etmiş və 35 manat pul müqabilində onu Cəlilabad rayonuna aparacağını bildirmişdir. Onlar razılaşdıqdan sonra Cəlilabad şəhərinə yola düşmüşlər. Təxminən saat 18 radələrində onlar Cəlilabad şəhərinə çatmışlar. O, taksi sürücüsü Eldost adlı şəxsə demişdir ki, avtomobili mağazaların birinin yanında saxlasın və o, içmək üçün su alsın. Taksi sürücüsü Cəlilabad şəhərində adını xatırlamadığı mağazanın yanında saxlamış və o, avtomobildən düşüb su alıb yenidən avtomobilə əyləşmək istəyən zaman iki-üç nəfər mülki geyimdə tanımadığı şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu və taksi sürücüsü Eldost adlı şəxsi idarə etdiyi avtomobillə birlikdə Cəlilabad rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona hüquqlarını müdafiə etmək üçün vəkil təqdim edilmişdir. Bundan sonra ona təqdim edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə vardırsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra o, əynindəki qırmızı rəngli gödəkçəsinin sol iç cibində şəxsi istifadəsi üçün gəzdirdiyi bir bükümdə olan narkotik vasitə olan qurudulmuş marixuananı könüllü olaraq təqdim etmişdir. Bundan sonra üzərindən aşkar olunan qurudulmuş marixuanaya bənzər kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş həmin qurudulmuş marixuananı 12 yanvar 2023- cü il tarixdə Biləsuvar şəhəri ərazisində piyada hərəkət edən zaman yerdən tapdığını və özü marixuana istifadəçisi olduğundan gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra onun, taksi sürücüsü X1, onlara təqdim edilmiş vəkillərin və polis əməkdaşlarının iştirakı ilə X1 idarə etdiyi “Opel Astra” markalı **- FK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş və baxış zamanı avtomobildən qanunla qadağan edilən əşya və ya predmet aşkar edilməmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır, ilk dəfədir ki, cinayət törədir. Odur ki, bu halları nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili işləyir. Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs Cəlilabad şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmri ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, 13 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Əsədov X2 şəhəri H.Əliyev prospektində yolun kənarı ilə piyada hərəkətdə olmasını, yolun kənarında dayanmış boz rəngli “Opel Astra” markalı, **-FK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yaxınlaşaraq ön sərnişin yerinə əyləşmək istədiyini müşahidə etmişlər. Onlar dərhal Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını ona bildirmişlər. Həmin vaxt avtomobili idarə edən, sonradan adı onlara məlum olan X4 olmuşdur. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsində, saxlanılmasında və daşınmasında şübhəli olduğunu bildirmişlər və Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmamasını soruşduqda, Təqsirləndirilən şəxs üzərində şəxsi istifadəsi üçün gəzdirdiyi narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və avtomobili idarə edən şəxsi Cəlilabad rayon polis şöbəsinə dəvət etmişlər. Həmin şəxslər də onların dəvətinə etiraz etməyərək rayon polis şöbəsinə gəlməyə razılıq vermişlər. Sonra onlar rayon polis şöbəsinə gəlmişlər. Rayon polis şöbəsində həmin şəxslər təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq onlara hüquqlarını müdafiə etmələri üçün müdafiəçi təqdim olunmuşdur. İlk öncə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış polis əməkdaşları, Təqsirləndirilən şəxs təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan edilən əşya və ya predmet vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs üzərində narkotik maddə - marixuana olduğunu bildirərək əynindəki qırmızı rəngli gödəkçənin sol iç cibindən bir ədəd qara rəngli bağlamada şəffaf sellofana bükülmüş bir ədəd bükülü təqdim etmiş və həmin bükülünün içərisində narkotik maddə marixuana olduğunu bildirmişdir. Həmin bükülüyə baxış keçirilən zaman içərisində qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotik maddəni 12 yanvar 2023- cü il tarixdə Biləsuvar şəhəri ərazisində yerdən tapdığını və gələcəkdə istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra şübhəli şəxs qismində tutulmuş X1 üzərində şəxsi axtarış aparılmağa başlanılmış və onun üzərindən qanunla qadağan edilən əşya və ya predmet aşkar edilməmişdir. Hər iki şəxsin üzərində şəxsi axtarış aparıldıqdan sonra X1 idarə etdiyi **- FK-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtomobilə baxış keçirilməyə başlanılmışdır. Avtomobilə baxış Eldost Gülməmmədovun yazılı razılığı ilə onun, Təqsirləndirilən şəxs, onlara təqdim edilmiş müdafiəçilərin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Sonda isə baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 və Cəlilabad RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid3 da eyni məzmunlu ifadələr verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli gödəkçənin sol iç cibindən qara rəngli sellofan bağlamada şəffaf sellofana bükülmüş bır ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş 14 yanvar 2023-cü il tarixli 19/49 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə....” sözləri və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 9,162 qram maddə olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata 0,02 qram sərf edilmiş, qalıq 9,142 qram olmuşdur. İşdə olan, məhkəmə-narkoloji ekspertizasının 26 yanvar 2023-cü il tarixli 87 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması və ilk dəfə cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 13 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2023-cü il tarixdə saat 18:30-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 14 yanvar 2023-cü il tarixli “MSY-dən azad etmə və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 yanvar 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, saat 21:30-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 9,142 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 13 yanvar 2023-cü il tarixdən 14 yanvar 2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəbrayıl rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan saat 07:00-dək yaşadığı Biləsuvar rayonu 9 saylı Cəbrayıl qəsəbəsində yerləşən fərdi yaşayış evini tərk etməmək, Biləsuvar rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Cəbrayıl rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 9,142 qram olan narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-87/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-87/2023
20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver