Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-87/2024 16.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, Cəlilabad rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasını çəkib qurtarmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Ağdaş kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, X1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda -1,369 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində saxlamaqla daşımış, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 24 fevral 2024-cü il tarixdə saat 23:10 dəqiqədə Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsində idarə etdiyi “Lada 21010” markalı “A540UV196 rus” dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq rayon Polis Şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin psixotrop maddə metamfetamin üzəri 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünün içərisində olmaqla əynindəki qara rəngli gödəkçənin içəri sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən bir neçə il olar ki, narkotik vasitə istifadə etməyə başlamışdım. Mütamadi olaraq narkotik vasitə qəbul etmir, aradabir narkotik vasitə qəbul edir. 24 fevral 2024-cü il tarixdə saat 23 radələrində Cəlilabad rayonu Göytəpə şəhəri Qurtuluş prospektində idarə etdiyi “Lada 21010” markalı “A 540 UV rus” dövlət qeydiyyat nömrə nişanlı avtomobilindən düşən zaman ona 2 nəfər mülki geyimli olan şəxslər yaxınlaşmış, ona narkotik vasitələrin istifadəsində şüphəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onu Cəlilabad RPŞ-nə gətirmişlər. RPŞ-də ona vəkil təqdim edilmiş, hüquqları izah olunmuş, vəkilinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. O, əynində olan qara gödəkçənin sol iç cibindən ona məxsus olan bir ədəd bükümdə şəffaf sellofana bukulmuş bükülünü çıxardıb təqdim etmiş, həmin vasitənin psixotrop maddə olan metamfitaminə bənzər maddə olduğu müəyyən edilmişdir. Həmin psixotrop maddə olan metamfitaminə bənzər maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o və müdafiəçisi protokolu imzalamışlar. Daha sonra avtomobilə baxış keçirilmiş, avtomobilə baxış keçirilən zaman qanunla qadağan edilmiş predmet, əşya aşkar edilməmişdir. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş, bütün iştirakçılar kimi o da həmin protokolu imzalamışdır. Həmin psixotrop maddə metamfetamini 24 fevral 2024-cü il tarixdə, saat 13 radələrində Cəlilabad rayonu Göytəpə şəhərində yerləşən parkın yanından tapmışdır. Psixotrop maddəni istifadə etmək məqsədilə üzərində saxlamışdır. Onun üzərində psixotrop maddə olmasından heç kimin məlumatı olmamışdır. Ona polis əməkdaşları heç bir zor tətbiq etməmişlər. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır, himayəsində “Serebral İflic” xəstəsi olan bir azyaşlı uşağı vardır, ailəsinin yeganə qazanc gətirənidir. Odur ki, bunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli təqsirləndirilən şəxs X2 özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası DİN-in Cəlilabad RPŞ-də xidmət edir. Cəlilabad rayon sakini X3 əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi yoxdur. 24 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında rayon polis şöbəsində şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. 24 fevral 2024-cü il tarixdə, təxminən saat 23:00 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsində idarə etdiyi “Lada 21010” markalı A 5** YB *** rus dövlət qeydiyyat nişanlı avtomobillə müşahidəyə götürülmüş, 10 dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxssə üzərində qanunla qadağan edilmiş psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, avtomobilinə baxış keçirilməsi və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu rayon polis şöbəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək bizimlə birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxsun üzərində sonuncunun müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan qara rəngli gödəkçənin içəri sağ yan cibindən 1 ədəd sellofan bükülü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükülünün içərisində psixotrop maddə metamfetamin vardır. Həmin bükülüyə baxış keçirildikdən sonra bükülünün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. Daha sonra Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilmiş, avtomobildən narkotik vasitə və qanunla qadağan edilmiş predmet və əşya aşkar edilməmişdir. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş və o da həmin protokolu imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman o, əynində olan qara rəngli gödəkçənin içəri sağ yan cibindən 1 ədəd sellofan bükülü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükülünün içərisində psixotrop maddə metamfetamin vardır. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsi tərəfindən verilmiş 25 fevral 2024-cü il tarixli, 19/188 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 1,369 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 1,319 qram olmuşdur. İşdə olan, məhkəmə-narkoloji ekspertizasının 04 mart 2024-cü il tarixli 224 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılıq sindromu (Toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində 2023-cü ildən “Toksikoman” diaqnozu ilə qeydiyyatda durur. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Cəlilabad rayon Məhkəməsinin 31 avqust 2023-ci il tarixli 1(073)- 129/2020 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, iş üzrə ibtidai istintaq zamanı şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Cəlilabad rayon İcra və Probasiya şöbəsinin 16 may 2024-cü il tarixli, 60/2023-30-11 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(073)-129/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən təyin olunmuş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 16 may 2023-cü il tarixə 07 (yeddi) ay 03 (üç) gününü çəkmiş, 1 (bir) il 10 (on) ay 23 (iyirmi üç) gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar, residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarına əlavə olunmuş Cəlilabad Rayon İHB-nin Ağdaş kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 fevral 2024-cü il tarixli 5-41/2-1- 123/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2021-ci il təvəllüdlü X8 adlı bir azyaşlı uşağı vardır. İş materiallarına əlavə olunmuş X14 PHŞ-nin X9 tərəfindən verilmiş epikrizin surətindən görünür ki, Təqsirləndirilən şəxs övladı X8 “X7”, “Spastik tetraplegiya”, “Simptomatik epilepsiya” və “Görmə siniri atrofiyası” diaqnozları ilə müalicə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, himayəsində “Serebral İflic” xəstəsi olan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarına əlavə olunmuş, 24 fevral 2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2023-cü il tarixdə saat 23:40-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 26 fevral 2024-cü il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MYS-dən azad etmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2024-cü il tarixdə saat 13:00-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Eyni zamanda məhkəmə, CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilməsini zəruri hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında 2023-cü ildən “Toksikoman” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 1,319 qram qalan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X6 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəlilabad rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli hökmü ilə X4 təyin olunmuş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 10 (on) ay 23 (iyirmi üç) günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 11 (on bir) ay 11 (on bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə uyğun olaraq hazırki hökmlə ona təyin olunmuş 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X1 hazırkı iş üzrə ibtidai istintaq zamanı 24 fevral 2024-cü il tarixdən 26 fevral 2024cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclası zalından dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 16 may 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs X1 ərazi narkoloji kabinetində 2023-cü ildən “Toksikoman diaqnozu” ilə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 1,319 qram qalan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-87/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-87/2024
16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver