Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-87/2025 14.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs3 Əkbər oğlunun və onun müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə xx.xx.2005-ci ildə Cəlilabad rayonu Uzuntəpə kəndində anadan anadan olmuş, orta təhsilli, subay, məhkum olunmamış, azərbaycanlı, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Cəlilabad rayonu Uzuntəpə kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Əkbər oğlunun Azərbaycan Respublikası CM-nin 127.2.2, 127.2.3 və 221.1-ci maddələri ilə, xx.xx.1999-cu ildə Cəlilabad rayonu Maşlıq kəndində anadan anadan olmuş, orta təhsilli, evli, məhkum olunmamış, azərbaycanlı, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Cəlilabad rayonu Maşlıq kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə, xx.xx.2005-ci ildə Cəlilabad rayonu Maşlıq kəndində anadan anadan olmuş, orta təhsilli, subay, məhkum olunmamış, azərbaycanlı, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Cəlilabad rayonu Maşlıq kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci madəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3 Əkbər oğlu 23 dekabr 2024-cü il tarixdə saat 22 radələrində Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən “Dəniz” marketin qarşısına gəlib Təqsirləndirilən şəxs2 ona avtomobilin içərisinə baxması barədə irad tutmasını bəhanə gətirmiş, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, küçədə olan şəxslərə qarşı laqeydlik və etinasızlıq göstərək özünü ətrafdakı şəxslərin fövqündə qoyaraq heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Təqsirləndirilən şəxs2 yaxın qohumları Təqsirləndirilən şəxs1ı İbarət oğlunun və Şahid7 gözlərinin qarşısında bu hərəkətindən psixoloji sarsıntı keçirərək əzab çəkəcəklərini qabaqcadan dərk etdiyi halda xüsusi amansızlıq sonuncuya zor tətbiq etməklə yumruqla bir dəfə sinə nahiyəsindən vurub yerə yıxıdaraq ona döş qəfəsinin ön səthində qançır və döş sümüyünün orta 3/1 hissəsinin yerinidəyişən sınığının əmələ gəlməsi ilə nəticələnən xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla sağlamlığın uzun müdətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərər vurmuş, eləcə də yumruqla ağız nahiyəsindən vuraraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş YÜNGÜL bədən xəsarətləri yetirməklə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs1 23 dekabr 2024-cü il tarixdə saat 22 radələrində qardaşı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs təşkil edərək Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən “Dəniz” marketin qarşısına gəlib Təqsirləndirilən şəxs3 onlara məxsus avtomobilin içərisinə baxmasını bəhanə gətirmiş, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, orada olan və həmin ərazidən keçən şəxslərə qarşı laqeyidlik və etinasızlıq göstərərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının qərəzli surətdə pozulmasına səbəb olan Təqsirləndirilən şəxs3 nalayiq ifadələrlə təkrarən ucadan təhqir edərək səs-küyə ora toplaşmış şəxslərin gözü qarşısında, onlara məhəl qoymayaraq özünü ətrafdakıların fövqündə qoyub, sonuncuya zor tətbiq etməklə Təqsirləndirilən şəxs2 kəllə ilə bir dəfə sifət, təpiklə bir dəfə sağ əl nahiyələrindən vurub yerə yıxıdaraq ona sağ əlin arxa səthində hematoma əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş YÜNGÜL bədən xəsarətləri yetirməklə və o isə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs müqavimət göstərməklə yumruqla bir dəfə Zərərçəkmiş şəxs alın nahiyəsindən qəsdən vuraraq alnın sol yarısında əzilmiş yara əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş YÜNGÜL bədən xəsarətləri yetirməklə bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslər üzərində zor tətbiq olunması ilə, ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə müşayiət edilən qərəzli xuliqanlıq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs2 23 dekabr 2024-cü il tarixdə saat 22 radələrində qardaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs təşkil edərək Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən “Dəniz” marketin qarşısına gəlib Təqsirləndirilən şəxs3 onlara məxsus avtomobilin içərisinə baxmasını bəhanə gətirmiş, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, orada olan və həmin ərazidən keçən şəxslərə qarşı laqeyidlik və etinasızlıq göstərərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının qərəzli surətdə pozulmasına səbəb olan Təqsirləndirilən şəxs3 nalayiq ifadələrlə təkrarən ucadan təhqir edərək səs-küyə ora toplaşmış şəxslərin gözü qarşısında, onlara məhəl qoymayaraq özünü ətrafdakıların fövqündə qoyub, sonuncuya zor tətbiq etməklə o, kəllə ilə bir dəfə sifət, təpiklə bir dəfə sağ əl nahiyələrindən vurub yerə yıxıdaraq ona sağ əlin arxa səthində hematoma əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş YÜNGÜL bədən xəsarətləri yetirməklə və Təqsirləndirilən şəxs1 isə yumruqla bir dəfə ictimai qaydanın pozulmasının qarşısıını alan Zərərçəkmiş şəxs alın nahiyəsindən qəsdən vuraraq alnın sol yarısında əzilmiş yara əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş YÜNGÜL bədən xəsarətləri yetirməklə bir qrup şəxs tərəfindən zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs3 Əkbər oğlu məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli hesab edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 və onun qardaşı X4 təxminən 10 ilə yaxındır ki, tanıyır, onlarla aralarında heç bir düşmənçilik və ədavət yoxdur. 23 dekabr 2024-cü il tarixdə saat 22 radələrində o, yaşadığı evdən çıxaraq siqaret almaq üçün kənd ərazisində yerləşən “Dəniz” marketə getmişdir. O, həmin marketə daxil olmuş və özünə siqaret aldıqdan sonra marketdən çölə çıxmışdır. Bu zaman görmüşdür ki, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ-2107” markalı avtomobillə marketin qarşısında dayanmış, Təqsirləndirilən şəxs1 avtomobildən düşərək marketə daxil olmuşdur. O da mobil telefonla danışmağa başlamışdır. Bu zaman Almasın qardaşı Salman avtomobildən düşmüş və ona yaxınlaşmışdır. Həmin zaman Salman ona bildirmişdir ki, nəyə baxırsan? O da demişdir ki, sizi tanıdığım üçün baxdım. Bu zaman Təqsirləndirilən şəxs2 aqressiv halda ona demişdir ki, baxmaq olmaz. Bundan sonra Salmanın azyaşlı qardaşı Süleyman ona demişdir ki, qardaşları içkilidir, baş qoşma çıx get. O da yaşadığı ev istiqamətinə getmiş, bu zaman onunla birlikdə gedən qonşusu Amil Şahmarov bildirmişdir ki, bayaqkı şəxslər səni çağırır. O, arxaya dönüb baxanda Salman kəllə ilə sifət, təpiklə bir dəfə sağ əl nahiyələrindən vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmışdır. Bu zaman Salman və Almasla aralarında dava-dalaş baş vermişdir. Bundan sonra marketdə işləyən Zərərçəkmiş şəxs marketdən çıxaraq onlara yaxınlaşmışdır ki, sakitləşdirsin. Lakin Ceyhun onları sakitləşdirmək istəyəndə Almas anidən Ceyhunun sifət nahiyəsinə yumruqla vurmuşdur. Bundan sonra marketin qarşsında olan vətəndaşlar onları sakitləşdirmişlər və Almas və qardaşları avtomobilə minərək oradan aralaşmışlar. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmişdir. O, döyülməyilə bağlı RPŞ-nə ərizə ilə müraciət etmiş və xəsarəti olmasına görə ekspert müayinəsindən keçmişdir. Qeyd olunan hadisə “Dəniz” marketin qarşısında baş vermiş, həmin hadisəni oradan keçən adın çəkə bilmədiyi kənd sakinləri, marketdə işləyən şəxslər və bankomata pul çıxartmağa gələn camaat görmüş, bu hadisə mübhaisə ilə birlikdə 10- 15 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs2 kəllə bir dəfə mənim sifət nahiyəmdən vurdu. Daha sonra Almaz və Süleyman mən yerdə olan zaman yurmuq və təpiklə məni vurdular. O, Slamn Şahbazov onu kəllə ilə vurduğu üçün onu yumruqla vurmuş, lakin Almas və Şahid7 vurmamışdır. Təqsirləndirilən şəxs2 digər xəsarətləri içkili olduğu üçün yıxılaraq almışdır. Zərərçəkmiş şəxs, Elçin və digər şəxslər Süleyman, Salman və Təqsirləndirilən şəxs1 qardaşlarını vurmamışdır. Hadisə yerində və hadisə yerinə yaxın olan yerdə müşahidə və mühafizə kamerası vardır. Törətdiyi cinayət əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş zərər tam ödənilmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Bunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs3 tanıyır, onlarla aralarında heç bir düşmənçilik və ədavət yoxdur. 23 dekabr 2024-cü il tarixdə o, qardaşları Salman və Süleyman ilə idarə etdiyi avtomobillə Maşlıq kəndindən çıxaraq Cəlilabad rayonu Uzuntəpə kəndinə ailəsini qayınatası gildən götürmək üçün gəlmiş, o, ailəsini qayınatasıgildən götürdükdən sonra evə bir-iki şey almaq üçün Uzuntəpə kənd ərazisində yerləşən “Dəniz” marketin qarşısına gəlmiş, o, avtomobildən düşərək mağazaya daxil olmuşdur. O, marketdən siqaret alıb çıxanda görmüşdür ki, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs3 qardaşı Salmanla mübahisə edir. O, onlara yaxınlaşmış və nə məsələ olduğunu soruşmuşdur. Qardaşı Təqsirləndirilən şəxs2 ona Təqsirləndirilən şəxs3 avtomobilin içərisinə boylanaraq baxdığı üçün mübahisə etməsini demişdir. O, Mən həmin zaman Anara demişdir ki, çıx get evinizə Anar onlardan aralaşıb deyinmişdir. Bu zaman qardaşı Salman Almasov araxadan Anarı səsləmiş və ona yaxınlaşaraq nə demək istədiyini soruşmuşdur. Anar cavab vermək istəməyəndə qardaşı Salman kəllə ilə Anarın sifət nahiyəsindən vurmuş, bu zaman onlarla Anarın arasında dava-dalaş baş vermişdir. Azyaşlı qardaşı Süleyman qorxduğundan qışqırmağa başlamışdır. Bu zaman marketdə işləyən Zərərçəkmiş şəxs marketdən çıxmış və balaca qardaşı Süleymanın ağız nahiyəsindən tutub yerə yıxıtmışdır. Həmin vaxt o, əsəbiləşərək Ceyhunun sifət nahiyəsinə yumruqla vuraraq qardaşını onun əlindən almışdır. Bundan sonra marketin qarşısında olan vətəndaşlar onları akitləşdirmişlər və o və qardaşları avtomobilə əyləşərək oradan aralaşmışlar. Qeyd olunan hadisə “Dəniz” marketin qarşısında baş vermiş, həmin hadisəni oradan keçən adın çəkə bilmədiyi kənd sakinləri, marketdə işləyən şəxslər və bankomata pul çıxartmağa gələn camaat görmüş, bu hadisə mübhaisə ilə birlikdə 10-15 dəqiqə davam etmişdir. Ceyhun, Anar və adlarını bilmədiyi digər şəxslər yumruqla və təpiklə onun bədənimin müxtəlif nahiyələrindən vurmuşlar. Anar, Ceyhun və adlarını bilmədiyi digər şəxslər yumruqla və təpiklə qardaşı Təqsirləndirilən şəxs2 bədəninin müxtəlif nahiyələrindən vurmuşlar. Şahid7 əli Zərərçəkmiş şəxs ağız nahiyəsindən vurmuşdur. Salman kəllə ilə Anarın sifət nahiyəsindən vurmuşdur. Həmin vaxt o əsəbiləşərək Ceyhunun sifət nahiyəsinə yumruqla vuraraq qardaşı onun əlindən almışdır. Hadisə yerində və hadisə yerinə yaxın olan yerdə müşahidə və mühafizə kamerası vardır. Törətdiyi cinayət əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş zərər tam ödənilmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Bunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs3 tanıyır, onlarla aralarında heç bir düşmənçilik və ədavət yoxdur. 23 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1, o və Süleyman ilə idarə etdiyi avtomobillə Maşlıq kəndindən çıxaraq Cəlilabad rayonu Uzuntəpə kəndinə ailəsini qayınatası gildən götürmək üçün gəlmişdir. O, ailəsini qayınatasıgildən götürdükdən sonra evə bir-iki şey almaq üçün Uzuntəpə kənd ərazisində yerləşən “Dəniz” marketin qarşısına gəldi. Almas avtomobildən düşərək mağazaya daxil olmuşdur. Həmin zaman o, Təqsirləndirilən şəxs3 yaxınlaşıb avtomobilə baxmasının səbəbini soruşmuş, bu zaman Təqsirləndirilən şəxs3 ona kobud cavab vermişdir. O da əsəbiləşib kəllə ilə Təqsirləndirilən şəxs3 sifət nahiyəsindən vurmuşdur. Bu zaman qardaşı Təqsirləndirilən şəxs1 həmin yerə gəlmişdir. Bu zaman onlarla Anarın arasında dava-dalaş baş vermişdir. Azyaşlı qardaşı Süleyman qorxduğundan qışqırmağa başlamışdır. Marketdə işləyən Zərərçəkmiş şəxs marketdən çıxmış və balaca qardaşı Süleymanın ağız nahiyəsindən tutub yerə yıxıtmışdır. Həmin vaxt Almas əsəbiləşərək Ceyhunun sifət nahiyəsinə yumruqla vuraraq qardaşını onun əlindən almışdır. Bundan sonra marektin qarşısında olan vətəndaşlar onları sakitləşdirmişlər və o və qardaşları avtomobilə əyləşərək oradan aralaşmışlar. Qeyd olunan hadisə “Dəniz” marketin qarşısında baş vermiş, həmin hadisəni oradan keçən adın çəkə bilmədiyi kənd sakinləri, marketdə işləyən şəxslər və bankomata pul çıxartmağa gələn cammat görmüş, bu hadisə mübahisə ilə birlikdə 10-15 dəqiqə davam etmişdir. Ceyhun, Anar və adlarını bilmədiyi digər şəxslər yumruqla və təpiklə onun bədəninin müxtəlif nahiyələrindən vurmuşlar. Anar, Ceyhun və adlarını bilmədiyi digər şəxslər yumruqla və təpiklə qardaşımın bədəninin müxtəlif nahiyələrindən vurmuşlar. Şahid7 yumruqla Zərərçəkmiş şəxs ağız nahiyəsindən vurmuşdur. O, kəllə ilə Anarın sifət nahiyəsindən vurmuşdur. Təqsirləndirilən şəxs1 Ceyhunun sifət nahiyəsinə yumruqla vuraraq ona xəsarət yetirmişdir. Hadisə yerində və hadisə yerinə yaxın olan yerdə müşahidə və mühafizə kamerası vardır. Törətdiyi cinayət əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş zərər tam ödənilmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Bunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 və onun qardaşı Təqsirləndirilən şəxs1 təxminən 10 ilə yaxındır ki, tanıyır, onlarla aralarında heç bir düşmənçilik və ədavət yoxdur. Təxminən 3 il olar ki, o “Dəniz” marketdə satıcı işləyir. 23 dekabr 2024-cü il tarixdə saat 22 radələrində qardaşı Mirkamal Nəsirova məxsus tikinti materialları satılan mağazasında olmuş, bir anda mağazanın qarşısında dava-dalaş baş verməsinin şahidi olmuşdur. O, çölə çıxmışdır ki, dava-dalaş edənləri sakitləşdirsin. O, çölə çıxanda həmin şəxslərin yıxılı vəziyyətdə olmasını görmüşdür. Sonradan onlar yerdən qalxaraq nalayiq sözlər işlətməyə başlamışlar və o və orada olan digər şəxslərlə mübahisə etməyə davam etmişlər. Həmin zaman onların sərxoş vəziyyətdə olmasını görmüşdür. Onlardan birinin Cəlilabad rayonu Maşlıq kəndindən olan Almas olmasını, digərinin Almasın qardaşı Salman olmasını bilmişdir. O və digər şəxslər onları sakitləşdirmək istəyən zaman həmin şəxslər onların üzərinə hücum çəkmişlər və onunla dava etməyə başlamışlar. Həmin zaman onlar nalayiq sözlər işətdiyi üçün Salmanın ağız nahiyəsindən tutmuşdur ki, söyüş söyməsin. Bundan sonra Almas anidən yumruqla bir dəfə onun alın nahiyəsindən vurmuş və alın nahiyəsindən qan gəlməsini hiss etmişdir. Zərbədən sonra o, oradan bir az kənara çəkilmiş və bu barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Sonradan orada olan digər şəxslərin köməkliyi ilə Almas və onun qardaşları avtomobilə mindirilərək yola salınmışdır. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmişdir. O, döyülməyilə bağlı RPŞ-nə ərizə ilə müraciət etmiş və xəsarəti olmasına görə ekspert müayinəsindən keçmişdir. Qeyd olunan hadisə “Dəniz” marketin qarşısında baş vermiş, həmin hadisəni oradan keçən adın çəkə bilmədiyi kənd sakinləri, marketdə işləyən şəxslər və bankomata pul çıxartmağa gələn cammat görmüş, bu hadisə mübahisə ilə birlikdə 10-15 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs1 yumruqla bir dəfə onun alın nahiyəsindən vurmuşdur. O, onlar arasında dava-dalaş baş verməsinin şahidi olmuş, lakin Təqsirləndirilən şəxs3 Almas və Təqsirləndirilən şəxs2lar tərəfindən döyülməsini videgörüntüyə baxan zaman görmüşdür. Nə o, nə Elçin, nə də digər şəxslər Almas və Təqsirləndirilən şəxs2ları döyməmişlər. O, Şahid7 da vurmamış, sadəcə söyüş söyməməsi üçün ağız nahiyəsindən tutmuşdur. Hal-hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də məhkəmədən cəza təyin edərkən bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında ifadə verərək göstərdi ki, 23 dekabr 2024-cü il tarixdə saat 22 radələrində o, pensiyasını almaq üçün kəndlərində yerləşən "xxxx" ASC-yə məxsus və “Dəniz” marketin yaxınlığında quraşdırılmış bankomata gəlmiş, həmin zaman o, yaxınlıqda adlarını bilmədiyi, lakin sifətlə tanıdığı 3 nəfər şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs3 üzərinə hücum çəkməsinin şahidi olmuşdur. O, bir böyük kimi onlara irad tutmaq istəmiş, hətta bildirmişdir ki, nalayiq söyüşlər işlətməsinlər. Lakin ona əhəmiyyət verməmişlər. Həmin zaman hətta onlardan biri Təqsirləndirilən şəxs3 vurmağa başlamış, sonra Təqsirləndirilən şəxs3 yerə yıxılmış, yerdə olan zaman üç nəfər adlarını sonradan bildiyi Salman və Almas Anarı yerdə təpiklə vurmağa başlamışlar. Sonra səs-küyə Zərərçəkmiş şəxs çıxmışdır ki, onları sakitləşdirsin. Lakin həmin şəxslər Zərərçəkmiş şəxs da sözlərinə və iradlarına məhəl qoymamışlar. Bu zaman Almas yumruqla bir dəfə Ceyhunun alın nahiyəsindən vurmuş, həmçinin onun yanında Şahid1, Şahid4 da olmuş, Salman və Almas sakitləşməmişlər, hətta ucadan təhqiramiz ifadələr işlətmişlər. Dava-dalaş biraz sakitləşmiş, bir neçə dəqiqə sonra onlar yenidən geri qayıtmışlar. O, onlara yaxınlaşmış və bildirmişdir ki, sakit olsunlar. Hətta qardaşlardan biri onu əliylə itələyərək işiylə məşğul olmasını bildirmiş, həmçinin onların spirtli içkinin təsiri altında kənardan hiss olunmuş, sonra Ceyhun polisə məlumat vermiş, polis əməkdaşları hadisə yerinə yaxınlaşana kimi onlar hadisə yerindən uzaqlaşmışlar. Həmçinin baş vermiş dava-dalaşın polis orqanına bildirilməsindən əvvəl orada olan şəxslərdən biri onların valideyni Qanuni nümayəndə da zəng vurub çağırmışlar, Qanuni nümayəndə özü də spirtli içki qəbul etmiş və heç bir reaksiya verməyərək övladlarına haqq qazandırmışdır. Hava qaranlıq olduğuna görə o, dava-dalaşı görsə də, konkret olaraq kimin kimi vurmasını görməmiş, çünki yaşı çoxdur, gecə yaxşı görmür. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X1, Şahid1, Şahid3, Şahid5 Güləli oğlu və Şahid6 Şahid4 ifadəsinə uyğun analoji ifadə vermişlər. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid7 atası Qanuni nümayəndə iştirakı ilə ifadə verərək göstərmişdir ki, 23 dekabr 2024-cü il tarixdə o, qardaşı Salman ilə Almasın idarə etdiyi avtomobillə Cəlilabad rayonu Maşlıq kəndindən Almasın ailəsini gətirmək üçün Cəlilabad rayonu Uzuntəpə kəndinə gəlmişlər, Almas öz ailəsini qaynatasıgildən götürmüş və onlar yaşadıqları Maşlıq kəndinə qayıdan zaman yolda qardaşı siqaret almaq istəmiş və avtomobilini “Dəniz” marketin qarşısında saxlamış. Qardaşım Almas avtomobildən düşərək mağazaya daxil olmuşdur. Həmin zaman o və qardaşı Salman görmüşlər ki, əvvəllər tanıdıqları Anar avtomobilin içərisinə baxır. Qardaşı Salman avtomobildən düşmüş və Anara demişdir ki, maşına niyə baxırsan. Bu zaman Almas mağazadan çıxmış, onlara yaxınlaşaraq nə məsələ olduğunu soruşmuşdur. Qardaşı Salman demişdir ki, Anar bayaqdan durub maşına baxır ona görə mən də onunla mübahisə etdim. Almas həmin zaman Anara demişdir ki, çıx get evinizə. Anar onlardan aralaşıb deyinməyə başlamış, bu zaman qardaşı Salman arxadan Anarı səsləmiş və ona yaxınlaşaraq nə demək istədiyini soruşmuşdur. Anar cavab vermək istəməyəndə qardaşı Salman kəllə ilə Anarın sifət nahiyəsindən vurmuş, bu zaman qardaşı Salmanla Anar arasında dava baş vermiş, həmin zaman o, qorxudan qışqırmış, bu zaman marketdə işləyən Zərərçəkmiş şəxs marketdən çıxıb qardaşına tərəf getmişdir. Həmin zaman onların qohumu Elçin qardaşı Salmanı yumruqla vurmaq istəyəndə onun yumruğunu tutmuşdurdum ki, qardaşını vurmasın. Bu zaman Ceyhun boğaz nahiyəsindən tutub yerə çırpmış və yumruqla bir dəfə sağ göz nahiyəsindən vurmuşdur. Qeyd olunan hadisə “Dəniz” marketin qarşısında baş vermiş, həmin hadisəni oradan keçən adın çəkə bilmədiyi kənd sakinləri, marketdə işləyən şəxslər və bankomata pul çıxartmağa gələn cammat görmüş, bu hadisə mübhaisə ilə birlikdə 10-15 dəqiqə davam etmişdir. Ceyhun onun boğaz nahiyəsindən tutub yerə çırpmış və yumruqla bir dəfə sağ göz nahiyəsindən vurmuşdur. Elçin, Ceyhun və adlarını bilmədiyi digər şəxslər yumruqla və təpiklə qardaşları Almas və Təqsirləndirilən şəxs2 bədəninin müxtəlif nahiyələrindən vurmuşlar. İş materiallarında olan aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilmiş, bu barədə protokol tərtib olunaraq cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs3 ifadəsinin dəqiqliyini və düzgünlüyünü müəyyənləşdirmək məqsədilə ifadəsi yerində yoxlanılmış, fotoşəkillər çəkilmiş, ifadənin yerində yoxlanılması barədə protokol tərtib olunaraq cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs ifadəsinin dəqiqliyini və düzgünlüyünü müəyyənləşdirmək məqsədilə ifadəsi yerində yoxlanılmış, fotoşəkillər çəkilmiş, ifadənin yerində yoxlanılması barədə protokol tərtib olunaraq cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT birliyinin Cəlilabad Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli, 997-№-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs alının sol yarısında əzilmiş yara müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın /əşyaların/ təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT birliyinin Cəlilabad Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli, 997-№-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 sağ əlin arxa səthinin hematoması müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın /əşyaların/ təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT birliyinin Cəlilabad Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli, 1000-№-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı bir xəsarət aşkar olunmadı. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT birliyinin Cəlilabad Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli, 1003-№-li rəyindən görünür ki, Şahid7 hər hansı bir xəsarət aşkar olunmadı. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT birliyinin Cəlilabad Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli, 1001-№-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 başın təpə nahiyəsində, hər iki bazu oynağı nahiyəsində və döş qəfəsinin ön səthində qançır, döş sümüyünü orta 3/1nin minimal yerdəyişən sınığı, sol yanağın selikli qişasında qansızma, dilin sol yan səthində əzilmiş yara, sol kürək və sol diz oynağı nahiyəsində sıyrıq müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın \əşyaların/ təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə döş qəfəsinin ön səthində qançır və döş sümüyünü orta 3/1-nin minimal yerdəyişən sınığı vahid kompleks təşkil edib sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlaamlığa AZ AĞİR zərər vurmaya, sol yanağın selikli qişasında qansızma və sol yan səthindəki əzilmiş yara vahid kompleks təşkil edib sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları çün dərəcəsi təyin edilmir. İş materiallarında olan Cəlilabad RPŞ-dən daxil olan 30 yanvar 2025-ci il tarixli raportdan görünür ki, 23 dekabr 2025-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs1 və qardaşı Təqsirləndirilən şəxs2 qrup halında Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs3 döymüşlər, Təqsirləndirilən şəxs3 da Təqsirləndirilən şəxs2 vuraraq ona xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs, Şahid3 və digər şəxslərin Almas, Salman və Şahid7 döymələri barədə əməliyyat məlumatı daxil olmamışdır. Qeyd ounan hadisəsi Şahid4, X1, Şahid1, Şahid3, Şahid5 Güləli oğlu, Şahid2 və Şahid6 görmüşdür. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu yoxdur. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, təqsirləndirilən şəxs Şahbazov X5 rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təsirli bilinib, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmiş, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya aktının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının şəkilməmiş hissəsi 1 il azaldılmış və xx.xx.2022-ci il tarixdə cəza müddəti bitmişdir. Bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 Əkbər oğlunun, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri bu cinayət əməllərində təqsirləri tam sübuta yetirilmiş, özlərinin səmimi etirafları, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin bütün materialları ilə tam təsdiq olunmuşdur. İş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyyəti Başçısının Uzuntəpə kəndindəki nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ailə üzvləri ilə birlikdə Cəlilabad rayonu, Uzuntəpə kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs3 əməli özünü etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialında olan rəsmi sənədlərlə onlara verilmiş ittiham üzrə cinayəti törətmələri tamamilə sübuta yetirildi. şəxs Təqsirləndirilən şəxs3 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMnin 127.2.2, 127.2.3 və 221.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 tərəfindən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, həmçinin CMnin 59.2-ci maddəsinə əsasən əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs3 CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun özünün və ailəsinin həyat şəraitinə təsiri baxımından, həmçinin onun islah olunmasına təsirini nəzərə alaraq ona cinayətlərin məcmusu ilə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan Cəlilabad RPŞ-nin İB-nin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsli axtarış elan edilmişdir. İşdə olan Cəlilabad rayon polis şöbəsinin xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldsan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə Cəlilabad rayon ərazisində tutularaq Cəlilabad Rayon Polis Şöbəsinin MSY-ə təhvil verilmişdir. Cinayət işinə əlavə olunmuş, xx.xx.2025-ci il tarixli polisin nəzarəti altına vermə iltizam qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2025-ci il tarixli polisin nəzarəti altına vermə iltizam qətimkan tədbiri seçilərək o, Cəlilabad RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyyəti Başçısının Muğan kəndindəki nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Şahbazov X5 rayonu Muğan kəndində ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxs X2 əməli özünü etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialında olan rəsmi sənədlərlə onlara verilmiş ittiham üzrə cinayəti törətmələri tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs X2 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən X8 tərəfindən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, həmçinin CM-nin 59.2-ci maddəsinə əsasən əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs şəxs X2 CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə məhkəmə təqsirləndirilən şəxs X2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun özünün və ailəsinin həyat şəraitinə təsiri baxımından, həmçinin onun islah olunmasına təsirini nəzərə alaraq ona cinayətlərin məcmusu ilə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyyəti Başçısının Muğan kəndindəki nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Şahbazov X3 rayonu Muğan kəndində ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Cəlilabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(073)-87/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsli axtarış elan edilmişdir. İşdə olan Cəlilabad rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldsan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə Cəlilabad rayon ərazisində tutularaq Cəlilabad Rayon Polis Şöbəsinin MSY-ə təhvil verilmişdir. İşdə olan Cəlilabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(073)-87/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seşilmiş həbs qətimkan tədbiri ev dustaqlıqı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs2 əməli özünü etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialında olan rəsmi sənədlərlə onlara verilmiş ittiham üzrə cinayəti törətmələri tamamilə sübuta yetirildi. şəxs Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, həmçinin CMnin 59.2-ci maddəsinə əsasən əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs2 CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun özünün və ailəsinin həyat şəraitinə təsiri baxımından, həmçinin onun islah olunmasına təsirini nəzərə alaraq ona cinayətlərin məcmusu ilə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədəəvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinəəsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə... H Ö K M E T D İ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddəsi ilə 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 qəti olaraq 3 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə 07 may 2025-ci il tarixdən 09 may 2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. X2 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonu Maşlıq kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə 03 noyabr 2025-ci il tarixdən 19 noyabr 2025-ci il tarixədək və 19 noyabr 2025-ci il tarixdən 14 yanvar 2026-cı il tarixədək ev dustaqlığı qətimkan tədibirində qaldığı 2 (iki) ay 11 (on bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) ay 22 (iyirmi iki) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 7 (yeddi) ay 8 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs2 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonu Maşlıq kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-87/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-87/2025
14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver