Məhkəmə qərarları › İş №1(073)-88/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-88/2023

13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-88/2023 13.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1981-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamı ilə əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, 12 mart 2023-cü il tarixdə, saat 23 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qonaq otağında ailə-məişət münasibətləri zəminində atası Zərərçəkmiş şəxs ilə arasında yaranmış mübahisə zamanı sonuncunun sol əl nahiyəsinə qəsdən təpiklə vuraraq ona sol əlin 2-ci barmağında şişkinlik və sol əlin 2-ci barmağının orta falanqasının natamam sınığı ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü tam təqsirli bilərək, verdiyi ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında birgə yaşadıqları Cəlilabad şəhəri, Səttərxan küçəsində yerləşən fərdi yaşayış evinə sərxoş vəziyyətdə gəlmiş, atası Zərərçəkmiş şəxs bunu görüb qəzəblənərək ondan niyə mütəmadi şəkildə belə hərəkətlərə yol verməsini söruşmuş, o isə atası Zərərçəkmiş şəxs cavabında işinə qarışmamasını bildirmiş, lakin atası Zərərçəkmiş şəxs yenidən təkidlə ondan niyə belə halda evə gəlməsinin səbəbini soruşmuş, bu baxımdan aralarında mübahisə yaranmış və həmin mübahisə zamanı atası Zərərçəkmiş şəxs əl nahiyəsinə təpiklə zərbə vurmuşdur. Atası hadisənin səhəri günü bununla bağlı polis şöbəsinə gedərək ondan şikayət etmişdir. Həmin mübahisə xx.xx.2023-cü il tarixdə axşam saatlarında birgə yaşadıqları Cəlilabad şəhəri, Səttərxan küçəsində yerləşən fərdi yaşayış evində baş vermiş və 2-3 dəqiqə davam etmişdir. Mübahisə zamanı o və atası Zərərçəkmiş şəxs başqa anası Şahid2 və həyat yoldaşı Şahid1 da orada olmuşdur. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxs atasıdır, onunla barışmış, atasıda onu bağışlamışdır. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Qeyd edilənləri nəzərə alıb barəsində işə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdirki, xx.xx.2023cü il tarixdə oğlu Təqsirləndirilən şəxs içkili (sərxoş) vəziyyətdə birgə yaşadıqları Cəlilabad şəhəri, Səttərxan küçəsində yerləşən fərdi yaşayış evinə gəlmiş, ondan evə niyə içkili vəziyyətdə gəlməsinin səbəbini soruşduqda oğlu Təqsirləndirilən şəxs onunla sözlü mübahisə etməyə başlamış və aqqressiv vəziyyətdə üzərinə hücum çəkmişdir. Onu sakitləşdirib, bu hərəkətlərindən qorunmaq istədiyi an oğlu Təqsirləndirilən şəxs təpiklə onun sol əlinə zərbə endirmişdir. Zərbənin təsirindən sol əlinin ikinci barmağı (şəhadət barmağı) sınmışdır. Bununla əlaqədar da xx.xx.2023-cü il tarixdə Cəlilabad RPŞ-nəərizə ilə müraciət etmişdir. Həmin mübahisə xx.xx.2023-cü il tarixdə, axşam saat 23 radələrində birgə yaşadıqları Cəlilabad şəhəri, Səttərxan küçəsində yerləşən fərdi yaşayış evinin qonaq otağında baş vermişdir. Mübahisə 2-3 dəqiqə davam etmiş, aralarındakı mübahisə zamanı oğlu Təqsirləndirilən şəxs hər hansı fiziki zor tətbiq etməmişdir. Həmin vaxt yanlarında o və oğlu Təqsirləndirilən şəxs başqa gəlini Şahid1 və həyat yoldaşı Şahid2 orada olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və onu bağışlamış, ondan şikayət və tələbi yoxdur. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsi tam sübuta yetirilir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 PHŞ-nin Cəlilabad Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 134 №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs sol əlin 2-ci barmağında şişkinlik və sol əlin 2-ci barmağının orta falanqasının natamam sınığı müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixəuyğun gəlir, dərəcəsinəgörə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli 1049 nömrəli sərəncamına əsasən Təqsirləndirilən şəxs əvf olunaraq cəzasının cəkilməmiş hissəsindən azad edilmiş, lakin məhkumluğu üzərindən götürülməmiş, ödənilməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, oğlu Zərərçəkmiş şəxslə barışdığını, ona maddi ziyan dəymədiyini, eləcə də tələb və şikayətinin olmadığını göstərərək, Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdikləri ifadələri, onların ərizələrində göstərdikləri halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar işin icraatına xitam verilməlidir. İş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmişdir. İctimai təhlükəli əməli törətdikdən sonra Zərərçəkmiş şəxs ilə barışmışlar. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək işin icraatına xitam verilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini mümkün hesab edir və belə nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində işin icraatına xitam verilməsi zərərçəkmiş şəxsin və başqa şəxslərin mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir, eyni zamanda həmin cinayət təqibi üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.5-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmur. Azərbaycan Respublikasının Cinayə tMəcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasənbu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda” məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görəşəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi mümkün sayılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə... qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 73-cü maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsi iləŞirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar