Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-88/2024 11.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 17:30 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, X4, Zərərçəkmiş şəxs9, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə xx xxxxxxxx 1991-ci il tarixdə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, bu iş üzrə 05 noyabr 2023-cü il tarixdən həbsdə və ev dustaqlığında olan Təqsirləndirilən şəxs1 xx xxx 1976-cı il tarixdə Cəlilabad rayonunun Məmmədrzalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Cəlilabad rayonu Məmmədrzalı kəndində qeydiyyatda olan və Cəlilabad rayonu Uzuntəpə kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Cəlilabad rayonu Uzuntəpə kənd sakini Zərərçəkmiş şəxs9 noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vəd verib aldadaraq, 09 fevral 2023-cü il tarixdə sonuncunun yaşadığı Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən evin həyətində Zərərçəkmiş şəxs9 məxsus bir kiloqramının qiyməti 3.20 manat olmaqla ümumi dəyəri 9600 manat olan ümumilikdə 3 ton noxud məhsulunu ələ keçirərək Zərərçəkmiş şəxs9 ümumilikdə 9600 manat məbləğində olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə tanışı Cəlilabad rayonu, Uzuntəpə kənd sakini Zərərçəkmiş şəxs9 noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vəd verib aldadaraq, 19 fevral 2023-cü il tarixdə Cəlilabad şəhəri ərazisində Zərərçəkmiş şəxs9 məxsus bir kiloqramının qiyməti 3.20 manat olmaqla ümumi dəyəri 6998.40 manat olan ümumilikdə 2 ton 187 kiloqram noxud məhsulunu ələ keçirərək Zərərçəkmiş şəxs9 ümumilikdə 6998.40 manat məbləğində olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 Hacıabala oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək razılığa gəldikdən sonra ümumi cinayətkar niyyətə və aralarındakı rol bölgüsünə əsasən qrup üzvü Təqsirləndirilən şəxs2 Cəlilabad şəhəri, Cavadxan küçəsində yaşayan Zərərçəkmiş şəxs3 noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vədlər verib aldadaraq 28 fevral 2023-cü il tarixdə sonuncunun yaşadığı Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən evin həyətində Zərərçəkmiş şəxs3 məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 6000 manat olan ümumilikdə 2 ton noxud məhsulunu ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 6000 manat məbləğində olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə tanışı Cəlilabad şəhər sakini Zərərçəkmiş şəxs1 noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vəd verib aldadaraq, 01 mart 2023-cü il tarixdə sonuncunun yaşadığı Cəlilabad şəhərində yerləşən evin həyətində Zərərçəkmiş şəxs1 məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 6000 manat olan ümumilikdə 2 ton noxud məhsulunu ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 6000 manat məbləğində olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halındə birləşərək razılığa gəldikdən sonra ümumi cinayətkar niyyətə və aralarındakı rol bölgüsünə əsasən qrup üzvü Təqsirləndirilən şəxs2 Cəlilabad şəhəri, Cavadxan küçəsində yaşayan Zərərçəkmiş şəxs4 noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vədlər verib aldadaraq, 03 mart 2023-cü il tarixdə sonuncunun yaşadığı Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən evin həyətində Zərərçəkmiş şəxs4 məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 5892 manat olan ümumilikdə 1 ton 964 kiloqram noxud məhsulunu ələ keçirərək Zərərçəkmiş şəxs4 ümumilikdə 5892 manat məbləğində olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə tanışı Cəlilabad şəhər sakini Zərərçəkmiş şəxs1 noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vəd verib aldadaraq, 04 mart 2023-cü il tarixdə sonuncunun yaşadığı Cəlilabad şəhərində yerləşən evin həyətində Zərərçəkmiş şəxs1 məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 10248 manat olan ümumilikdə 3 ton 416 kiloqram noxud məhsulunu ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 10248 manat məbləğində olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə tanışı Cəlilabad şəhər sakini Zərərçəkmiş şəxs1 noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vəd verib aldadaraq, 05 mart 2023-cü il tarixdə sonuncunun yaşadığı Cəlilabad şəhərində yerləşən evin həyətində Zərərçəkmiş şəxs1 məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 7959 manat olan ümumilikdə 2 ton 653 kiloqram noxud məhsulunu ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 7959 manat məbləğində olmaqla xeyli miqdarda maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə tanışı Cəlilabad şəhər sakini Zərərçəkmiş şəxs1 noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vəd verib aldadaraq, 07 mart 2023-cü il tarixdə sonuncunun yaşadığı Cəlilabad şəhərində yerləşən evin həyətində Zərərçəkmiş şəxs1 məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 3954 manat olan ümumilikdə 1 ton 318 kiloqram noxud məhsulunu ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 3954 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək razılığa gəldikdən sonra ümumi cinayətkar niyyətə və aralarındakı rol bölgüsünə əsasən qrup üzvü Təqsirləndirilən şəxs2 Cəlilabad rayonu, Məmmədrzalı kənd sakini Zərərçəkmiş şəxs2 noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vədlər verib aldadaraq, 07 mart 2023-cü il tarixdə sonuncunun yaşadığı Cəlilabad rayonu, Məmmədrzalı kəndində yerləşən evin həyətində Zərərçəkmiş şəxs2 məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 14100 manat olan ümumilikdə 4 ton 700 kiloqram noxud məhsulunu ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 14100 manat məbləğində olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup halında birləşərək razılığa gəldikdən sonra ümumi cinayətkar niyyətə və aralarındakı rol bölgüsünə əsasən qrup üzvü Təqsirləndirilən şəxs2 Cəlilabad şəhəri, Cavadxan küşəsində yaşayan Zərərçəkmiş şəxs5 noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vədlər verib aldadaraq, 12 mart 2023-cü il tarixdə sonuncunun yaşadığı Cəlilabad şəhəri, Cavadxan kçüəsində yerləşən evin həyətində Zərərçəkmiş şəxs5 məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 9684 manat olan ümumilikdə 3 ton 228 kiloqram noxud məhsulunu ələ keçirərək Zərərçəkmiş şəxs5 ümumilikdə 9684 manat məbləğində olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 Hacıabala oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək razılığa gəldikdən sonra ümumi cinayətkar niyyətə və aralarındakı rol bölgüsünə əsasən qrup üzvü Təqsirləndirilən şəxs2 tanışı Cəlilabad rayonu, Məmmədrzalı kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs6 noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vədlər verib aldadaraq, 16 mart 2023-cü il tarixdə X4 yaşadığı Cəlilabad şəhəri, M.Hüseyn küçəsi, Yeni Massivdə yerləşən fərdi yaşayış evinin həyətində Zərərçəkmiş şəxs6 məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 2925 manat olan ümumilikdə 975 kiloqram noxud məhsulunu ələ keçirərək Zərərçəkmiş şəxs6 ümumilikdə 2925 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək razılığa gəldikdən sonra ümumi cinayətkar niyyətə və aralarındakı rol bölgüsünə əsasən qrup üzvü Təqsirləndirilən şəxs2 Cəlilabad şəhər sakini X5 noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vədlər verib aldadaraq 16 mart 2023-cü il tarixdə sonuncunun yaşadığı Cəlilabad şəhəri, M.Hüseyn küçəsi, Yeni Massivdə yerləşən fərdi yaşayış evin həyətində X5 məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 2925 manat olan ümumilikdə 975 kiloqram noxud məhsulunu ələ keçirərək X5 ümumilikdə 2925 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədiylə tanışı Cəlilabad şəhər sakini Zərərçəkmiş şəxs1 noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vəd verib aldadaraq 20 mart 2023-cü il tarixdə sonuncunun yaşadığı Cəlilabad şəhərində yerləşən evin həyətində Zərərçəkmiş şəxs1 məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 5027 manat olan ümumilikdə 1 ton 679 kiloqram noxud məhsulunu ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 5027 manat məbləğində olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədiylə tanışı Cəlilabad şəhər sakini Zərərçəkmiş şəxs1 noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vəd verib aldadaraq, 25 mart 2023-cü il tarixdə sonuncunun yaşadığı Cəlilabad şəhərində yerləşən evin həyətində Zərərçəkmiş şəxs1 məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 6000 manat olan ümumilikdə 2 ton noxud məhsulunu ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 6000 manat məbləğində olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup halında birləşərək razılığa gəldikdən sonra ümumi cinayətkar niyyətə və aralarındakı rol bölgüsünə əsasən tanışı Cəlilabad şəhəri, Cavadxan küçəsində yaşayan Zərərçəkmiş şəxs3 noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vədlər verib aldadaraq, xx.xx.2023-cü il tarixdə sonuncunun yaşadığı Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən evin həyətində Zərərçəkmiş şəxs3 məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 6000 manat olan ümumilikdə 2 ton noxud məhsulunu ələ keçirib Zərərçəkmiş şəxs3 ümumilikdə 6000 manat məbləğində olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup halında birləşərək razılığa gəldikdən sonra ümumi cinayətkar niyyətə və aralarındakı rol bölgüsünə əsasən tanışı Cəlilabad şəhəri, Cavadxan küçəsində yaşayan Zərərçəkmiş şəxs4 noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vədlər verib aldadaraq, xx.xx.2023-cü il tarixdə sonuncunun yaşadığı Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən evin həyətində Zərərçəkmiş şəxs4 məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 5892 manat olan ümumilikdə 1 ton 964 kiloqram noxud məhsulunu ələ keçirərək Zərərçəkmiş şəxs4 ümumilikdə 5892 manat məbləğində olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup halında birləşərək razılığa gəldikdən sonra ümumi cinayətkar niyyətə və aralarındakı rol bölgüsünə əsasən tanışı Cəlilabad rayonu, Məmmədrzalı kənd sakini Zərərçəkmiş şəxs2 noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vədlər verib aldadaraq, xx.xx.2023-cü il tarixdə sonuncunun yaşadığı Cəlilabad rayonu, Məmmədrzalı kəndində yerləşən evin həyətində Zərərçəkmiş şəxs2 məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 14100 manat olan ümumilikdə 4 ton 700 kiloqram noxud məhsulunu ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 14100 manat məbləğində olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup halında birləşərək razılığa gəldikdən sonra ümumi cinayətkar niyyətə və aralarındakı rol bölgüsünə əsasən tanışı Cəlilabad şəhəri, Cavadxan küşəsində yaşayan Zərərçəkmiş şəxs5 noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vədlər verib aldadaraq, xx.xx.2023-cü il tarixdə sonuncunun yaşadığı Cəlilabad şəhəri, Cavadxan kçüəsində yerləşən evin həyətində Zərərçəkmiş şəxs5 məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 9684 manat olan ümumilikdə 3 ton 228 kiloqram noxud məhsulunu ələ keçirərək Zərərçəkmiş şəxs5 ümumilikdə 9684 manat məbləğində olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup halında birləşərək razılığa gəldikdən sonra ümumi cinayətkar niyyətə və aralarındakı rol bölgüsünə əsasən tanışı Cəlilabad rayonu, Məmmədrzalı kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs6 noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vədlər verib aldadaraq, xx.xx.2023-cü il tarixdə X4 yaşadığı Cəlilabad şəhəri, M.Hüseyn küçəsi, Yeni Massivdə yerləşən fərdi yaşayış evinin həyətində Zərərçəkmiş şəxs6 məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 2925 manat olan ümumilikdə 975 kiloqram noxud məhsulunu ələ keçirərək Zərərçəkmiş şəxs6 ümumilikdə 2925 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup halında birləşərək razılığa gəldikdən sonra ümumi cinayətkar niyyətə və aralarındakı rol bölgüsünə əsasən tanışı Cəlilabad şəhər sakini X5 noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vədlər verib aldadaraq, xx.xx.2023-cü il tarixdə sonuncunun yaşadığı Cəlilabad şəhəri, M.Hüseyn küçəsi, Yeni Massivdə yerləşən fərdi yaşayış evin həyətində X5 məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 2925 manat olan ümumilikdə 975 kiloqram noxud məhsulunu ələ keçirərək zərərçəkmiş şəxs X5 ümumilikdə 2925 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədiylə tanışı Cəlilabad rayonu, Məmmədrzalı kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs7 noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, sonuncunun həmin əməkdaşlığa yatırım edəcəyi 8000 manat pulun qarşılığında bir ay müddətində əlavə qazancla birlikdə ümumilikdə 9000 manat pul qaytaracağına dair yalan vədlər verib aldadaraq, xx.xx.2023cü il tarixdə sonuncunun yaşadığı Cəlilabad rayonu, Məmmədrzalı kəndində yerləşən fərdi yaşayış evinin həyətində Zərərçəkmiş şəxs7 məxsus 8000 manat nağd pul vəsaitini ələ keçirməklə sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli hesab edərək ifadəsində göstərdi ki, 2022-ci ilin sentyabr ayından başlayaraq əvvəllər tanıdığı və dostluq münasibəti olan Təqsirləndirilən şəxs2 ilə birlikdə noxud alveri ilə məşğul olmağa başlamışlar. Belə ki, onlar rayon ərazisində müxtəlif şəxslərdən bir kiloqramının qiyməti 3 manat olmaqla noxud məhsulu alaraq Bakı şəhərində Cəmil adlı şəxsə göndərmişlər və Cəmil adlı şəxs 30 gün müddətində onlardan aldığı noxud məhsullarının pulunu qaytarmışdır. O, noxud məhsulunu Cəmil adlı şəxsə bir kiloqramının qiyməti 3 manat 50 qəpikdən hesablayıb vermiş və əldə etdikləri qazancı Təqsirləndirilən şəxs2la öz aralarında bölmüşlər. Cəmil adlı şəxslə 2022-ci ilin yay aylarında Bakı şəhərində toy məclisində tanış olmuşdur. Həmin vaxt söhbət edən zaman Cəmil adlı həmin şəxs ona noxud alveri ilə məşğul olduğunu bildirmişdir. Bundan sonra təxminən iki-üç dəfə Cəmil adlı şəxslə Bakı şəhərində görüşüb bu barədə söhbət etmişlər. Həmin vaxt Cəmil adlı şəxs ona aldığı noxud məhsullarını Bakı şəhərində yerləşən “Bravo” və digər supermarketlər şəbəkələrinə satdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs2la birlikdə şərik işləmiş və əldə etdikləri qazancı öz aralarında bərabər şəkildə bölmüşlər. O, hər dəfə aldıqları noxud məhsulları müxtəlif ünvanlarda Cəmil adlı şəxsin yük maşınlarına yükləyib göndərmişdir. Noxud məhsullarını ona məxsus olan “Qazel” markalı avtomobillə alıb daşımışlar. İlk vaxtlar onlar aldıqları noxud məhsullarını özləri yük avtomobilinə yükləyib aparmışlar. Sonradan isə fəhlə lazım olduğundan o, fəhlə tutmağa məcbur olmuş və əvvəllər tanıdığı Cəlilabad şəhər sakinləri olan Vüsal və Sadiq adlı şəxslərlə danışaraq onları yanında fəhlə kimi işə götürmüşdür. Daha sonra aldıqları noxud məhsullarını yük maşınlarına Vüsal və Sadiq yükləməyə başlamışlar. Bir müddətdən sonra onun yanında fəhlə kimi işləyən Vüsal ona məxsus “Qazel” markalı avtomobili idarə etməyə başlamışdır. Belə ki, Vüsal həm avtomobilin sürücüsü kimi, həm də fəhlə kimi işləmişdir. 2023-cü ilin mart ayına kimi işləri qaydasında getmişdir. Lakin 2023-cü ilin mart ayında Cəmil adlı şəxs ondan aldığı ümumilikdə 162 min manat dəyərində noxud məhsulunun pulunu qaytarmamışdır. Bundan sonra o, işləri dayandırmış və heç bir alqı-satqı etməmişdir. Lakin, həmin vaxtdan sonra borclu olduğu şəxslər ondan ona nisyə şəkildə verdikləri noxud məhsulunun pulunu tələb etməyə başlamışlar. Bundan sonra o, Bakı şəhərinə gedərək Cəmil adlı şəxsi axtarmağa başlamışdır. Lakin Cəmil adlı şəxsi tapa bilməmiş və Cəmil adlı şəxsdən borcunu ala bilməmişdir. Bu səbəbdən də Cəlilabad rayon sakinləri ondan şikayət etməyə başlamışlar. Zərərçəkmiş şəxs1 noxud alveri ilə məşğul olan zamandan, yəni 2022-ci noyabr ayından tanımışdır. Zərərçəkmiş şəxs1 Cəlilabad şəhərində noxud alveri ilə məşğul olduğundan o da Zərərçəkmiş şəxs1 müxtəlif vaxtlarda nisyə şəkildə noxud məhsulu alıb Bakı şəhərində satmışdır. Zərərçəkmiş şəxs1 2022-ci ilin noyabr ayından 2023-cü ilin mart ayının sonunadək olan müddətdə noxud məhsulu alıb bir ay müddətində pulu qaytarmışdır. Lakin qeyd etdiyi kimi 2023-cü ilin mart ayında o, satmış olduğum noxud məhsullarının pulunu Cəmil adlı şəxsdən geri ala bilmədiyi üçün Zərərçəkmiş şəxs1 2023-cü ilin mart ayı ərzində nisyə aldığı noxud məhsulunun pulunu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs1 ümumilikdə 13 ton 300 kiloqram noxud məhsulu almış və Zərərçəkmiş şəxs1 40000 manat pul borclu qalmışdır. Zərərçəkmiş şəxs1 bununla bağlı onunla bir neçə dəfə görüşmüş və nisyə şəkildə ola verdiyi noxud məhsulunun pulunu geri istəmişdir. Lakin o, həmin vaxtı ondan aldığı noxud məhsulunun pulunu Vüqara qaytara bilməmişdir. Vüqara bir neçə dəfə xəbər göndərib ondan aldığı noxud məhsulunun pulunu geri qaytara bilmədiyi üçün ondan aldığı noxud məhsulunun əvəzində ona noxud məhsulunu vermək istəmiş, lakin Zərərçəkmiş şəxs1 buna razı olmamışdır. O, Zərərçəkmiş şəxs1 son olaraq 2023-cü ilin mart ayında aldığı noxud məhsullarını qeyd etdiyi kimi Cəmil adlı şəxsə satmış və Cəmil adlı şəxs 2023-cü ilin mart ayı ərzində ondan aldığı noxud məhsullarının pulu geri qaytarmadığından o, Zərərçəkmiş şəxs1 olan borcunu qaytara bilməmişdir. O, Zərərçəkmiş şəxs1 aldığı noxud məhsullarını Cəlilabad rayonunda satmamışdır. O, Cəlilabad rayon sakini Əlibəy adlı şəxsə noxud məhsulu satmış, lakin Əlibəy adlı şəxsə satmış olduğu noxud məhsulları özünə məxsus olmuşdur. Cəlilabad rayon sakini Əlibəy adlı şəxs noxud alveri ilə məşğul olur. O, dəfələrlə onunla noxud alveri edərək ona noxud satmışdır. Əlibəy adlı şəxsdən o, özü də bir neçə dəfə noxud məhsulu almışdır. Lakin nisyə olaraq aldığı noxud məhsullarını o, Əlibəy adlı şəxsə satmamışdır. Əlibəy adlı şəxslə o, 2022-ci ilin sentyabr ayından başlayaraq noxud alveri etmiş, lakin heç vaxt həmin şəxsə başqa şəxslərdən nisyə aldığı və yaxud dəyərindən ucuz qiymətə noxud məhsulu satmamışdır. Cəmil adlı şəxs özünü ona Cəmil Həsənov kimi təqdim etmişdir. Onun yaşadığı dəqiq ünvanı, ata adını bilmir. Cəmil adlı şəxs təxminən 35-40 yaşlarında orta boylu bir şəxsdir. O bildiyinə görə Cəmil adlı şəxs Bakı şəhərində yaşayırmış, lakin əslən Naxçıvanlı olmuşdur. Bir neçə dəfə o, Cəmili tapmaq üçün Naxçıvana getmiş, lakin Cəmil adlı şəxsi tapa bilməmişdir. Sonradan eşitmişdir ki, Cəmil xarici ölkəyə getmişdir və hal-hazırda Azərbaycanda deyil. Cəmil adlı şəxslə o, əlaqə saxlamış, Təqsirləndirilən şəxs2 onu tanımamış və Cəmillə heç vaxt görüşməmişdir. Təqsirləndirilən şəxs2la aralarında olan razılaşmaya görə Təqsirləndirilən şəxs2 noxud məhsulunu alırmış, o isə satışını həyata keçirirmiş. Cəmil Həsənov adlı şəxs ona demişdir ki, o “Bravo” və digər supermarketlər şəbəkələri ilə əməkdaşlıq edir. Bu səbəbdən də o, noxud məhsulu aldığı şəxslərə aldığı noxud məhsullarını “Bravo” supermarketlər şəbəkəsinə satacağını demişdir. O, aldığı noxud məhsullarını yaşadığı evə gətirdikdən sonra Cəmil adlı şəxslə əlaqə saxlayırmış və bundan sonra ya özü Bakı şəhərinə gedib aldığı noxud məhsullarını verirmiş, ya da Cəmil adlı şəxs Cəlilabad şəhərinə yük maşını gətirirmiş və onlar Cəlilabad şəhəri ərazisində noxud məhsullarını yük avtomobilə yüklətdirirmişlər. Cəmil adlı şəxslə yalnız özü görüşürmüş, onunla işləyən şəxslər Cəmili görməmişlər. 2022-ci ilin sentyabr ayından başlayaraq əvvəllər tanıdığı və dostluq münasibəti olan Təqsirləndirilən şəxs2 ilə birlikdə noxud alveri ilə məşğul olmağa başlamışlar. Təqsirləndirilən şəxs2 kimlərdən noxud məhsulları alması barədə onun məlumatı olmamışdır. Həmin şəxsləri Təqsirləndirilən şəxs2 tanımış və noxud məhsulunu satdıqdan sonra Yalçın həmin şəxslərin pulları aparıb vermişdir. Təqsirləndirilən şəxs2 2023-cü ilin fevral-mart ayları ərzində ona 11 ton 300 kiloqram noxud məhsulu vermiş, lakin Cəmil adlı şəxs onlardan aldığı noxud məhsullarının pulu qaytarmadığı üçün Təqsirləndirilən şəxs2 həmin şəxslərə pul ödəyə bilməmişdir. Təqsirləndirilən şəxs2 kimlərdən nisyə şəkildə noxud məhsulu alması barədə onun məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2la aralarında 11 ton 300 kiloqram noxud məhsulu qalmışdır, lakin həmin noxud məhsullarının kimə məxsus olması barədə heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs7 tanımır və Təqsirləndirilən şəxs2 ona 8000 manat nağd pul verməyib. Təqsirləndirilən şəxs2 bu barədə onun barəsində dedikləri yalandır. Ümumiyyətlə Təqsirləndirilən şəxs2 ona heç vaxt nağd pul verməyib. Zərərçəkmiş şəxs9 2022-ci ilin noyabr ayında tanımışdır. Zərərçəkmiş şəxs9 Cəlilabad rayonu, Uzuntəpə kəndində yaşayır. Zərərçəkmiş şəxs9 şərik olaraq birlikdə noxud alveri etdiyi Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanımışdır. 2022-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs9la birlikdə Cəlilabad şəhərində yerləşən yaşadığı evə gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona demişdir ki, Zərərçəkmiş şəxs9 noxud məhsulu var və satmaq istəyir. O və Təqsirləndirilən şəxs2 həmin vaxt Zərərçəkmiş şəxs9la razılaşmışlar və Zərərçəkmiş şəxs9 bildirmişlər ki, ondan noxud məhsulunu nisyə şəkildə götürüb bir ayın tamamında aldıqları noxudun pulunu verəcəklər. Zərərçəkmiş şəxs9 da onlarla razılaşmışdır. Bundan sonra, onlar Zərərçəkmiş şəxs9la noxud alveri etməyə başlamışlar. Ümumilikdə Zərərçəkmiş şəxs9 dörd dəfə noxud məhsulu götürmüşdür. Birinci və ikinci dəfə Zərərçəkmiş şəxs9 noxud məhsulunu Təqsirləndirilən şəxs2 götürmüş və hər dəfə götürdükləri noxud məhsulunun pulunu bir ay sonra ödəmişlər. Bir neçə dəfə Zərərçəkmiş şəxs9la alver etdiyi üçün artıq Zərərçəkmiş şəxs9la onun arasında tanışlıq yaranmışdır. 2023-cü ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs9 mobil telefon vasitəsi ilə ona zəng vuraraq ona noxud məhsulu vermək istədiyini bildirmişdir. Bundan sonra o, özü Zərərçəkmiş şəxs9 Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən yaşadığı evə getmişdir. Həmin vaxt onunla birlikdə fəhlə kimi onun yanında işləyən Vüsal və Sadiq adlı şəxslər də Zərərçəkmiş şəxs9 yaşadığı evə getmişlər. O, Zərərçəkmiş şəxs9 noxud məhsuluna baxdıqdan sonra onunla razılaşdıqdan sonra noxud məhsulunu Zərərçəkmiş şəxs9 nisyə şəkildə almışdır. O, həmin vaxt Zərərçəkmiş şəxs9 ondan götürdüyü noxud məhsunun pulunu bir ay sonra ona ödəyəcəyini bildirmiş, Zərərçəkmiş şəxs9 da onunla razılaşmışdır. Bundan sonra fəhlə kimi onun yanında işləyən Vüsal və Sadiq adlı şəxslər Zərərçəkmiş şəxs9 məxsus noxud məhsulunu ona məxsus olan “Qazel” markalı yük avtomobilə yükləmişlər və o həmin noxud məhsulunu yaşadığı evə gətirmişdir. Həmin noxud məhsulunu səhəri gün digər şəxslərdən aldığı noxud məhsulları ilə birlikdə Bakı şəhərinə göndərmişdir. Təxminən 10 gün sonra Zərərçəkmiş şəxs9 ona zəng edərək onda yenə də noxud məhsunu olduğunu bildirmişdir və əgər lazım olarsa ona verə biləcəyini demişdir. Bundan sonra o, Rəşidə demişdir ki, ona noxud məhsulu lazımdır və Rəşiddən xahiş etmişdir ki, noxud məhsulunu yük avtomobilinə yükləyib göndərsin. Bundan sonra Zərərçəkmiş şəxs9 özü yük maşını tapıb noxud məhsullarını yüklətdirib Cəlilabad şəhərində yerləşən “Badamlı” marketin yaxınlığına gətirmişdir. Həmin ünvanda Rəşidə məxsus noxud məhsullarını o, özünə məxsus “Qazel” markalı yük avtomobilinə yüklətdirmişdir. Bildirmişdir ki, o, Zərərçəkmiş şəxs9 nisyə şəkildə aldığı noxud məhsullarının pulunu özü şəxsən Zərərçəkmiş şəxs9 qaytarmışdır. Onun Zərərçəkmiş şəxs9 heç bir borcu qalmamışdır. Həmin noxud məhsullarının pulunu Zərərçəkmiş şəxs9 qaytardıqda onların yanında heç kim olmamışdır. Törətdiyi cinayət əməlindən peşmandır. İş üzrə zərərçəkmişlərdən Zərərçəkmiş şəxs1la barımış və onunla razılıq əldə etmişdir. Zərərçəkmiş şəxs1 hal-hazırda ondan şikayəti və tələbi yoxdur. Digər zərərçəkmişlərlə razılıq əldə edə bilməmişdir. Himayəsində iki azyaşlı uşağı vardır, ailəsinin yeganə qazanc gətirənidir. Bu halları nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2023-cü ilin mart ayının sonlarına kimi Cəlilabad şəhərində “İran bazarı” adlanan bazarda meyvə alveri ilə məşğul olmuşdur. O, Cəlilabad şəhər sakini əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 ilə 2022-ci ilin sentyabr ayından başlayaraq noxud məhsullarının alqı-satqısı ilə məşğul olmağa başlamışdır. Belə ki, o aldığı noxud məhsullarını Təqsirləndirilən şəxs1 ilə birlikdə sataraq əldə etdikləri qazancı aralarında bərabər bölmüşlər. Aralarında olan rol bölgüsünə əsasən o, noxud məhsullarını alıb Təqsirləndirilən şəxs1 yaşadığı evə aparmış, Hüseyn isə həmin noxud məhsullarının satışını həyata keçirmişdir. Sonradan Təqsirləndirilən şəxs1 özü də müxtəlif şəxslərdən noxud məhsulları alıb özü sataraq qazanc əldə etmişdir. Hüseyn özü aldığı noxud məhsullarının qazancından ona verməmişdir. O, yalnız Hüseynə verdiyi noxud məhsullarından qazanc əldə etmişdir. Təqsirləndirilən şəxs1 nisyə şəkildə aldıqları noxud məhsullarını Bakı şəhərində yerləşən “Bravo” supermarketlər şəbəkəsinə satdığını bildirmişdir. Hüseyn ona deyirmiş ki, “Bravo” supermarketlər şəbəkəsində işləyən Cəmil adlı tanışı var və o, noxud məhsullarını bazar qiymətindən baha qiymətə Cəmilin vasitəsi ilə “Bravo” supermarketlər şəbəkəsinə satır. Onlar nisyə şəkildə noxud məhsullarını alıb bir ay sonra onun pulunu ödəmişlər. Təqsirləndirilən şəxs1 ilə birlikdə 2023-cü ilin mart ayının sonlarına kimi bu şəkildə şərik olaraq işləmişlər. 2023-cü ilin fevral-mart ayları ərzində həmişəki kimi o, Cəlilabad rayon sakinlərindən nisyə şəkildə noxud məhsulunu alıb Təqsirləndirilən şəxs1 vermişdir. Lakin Təqsirləndirilən şəxs1 həmin noxud məhsullarının pullarını ona qaytarmadığı üçün noxud məhsulu aldığı şəxslər ondan şikayət etməyə başlamışlar. O, dəfələrlə Təqsirləndirilən şəxs1 ilə görüşüb bu barədə onunla söhbət etmiş, lakin Təqsirləndirilən şəxs1 noxud məhsullarının pulunun Cəmil adlı şəxs tərəfindən ödənilmədiyini bildirib, ondan biraz gözləməyini xahiş etmişdir. 2023-cü ilin fevral ayının sonlarında Təqsirləndirilən şəxs1 ona demişdir ki, bu aralar ondan daha çox noxud məhsulu istəyiblər və ona demişdir ki, bacardığı qədər çox noxud yığsın. 2023-cü ilin fevral ayının sonlarında “İran bazarı” ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs3 ilə rastlaşmışdır. Həmin vaxt o, Heybətə demişdir ki, noxud alveri ilə məşğul olur və ondan noxud məhsulu olub-olmamasını soruşmuşdur. Heybət ona demişdir ki, yaşadığı evdə 2 ton noxud var. Bundan sonra o, Heybətə demişdir ki, həmin noxudu nisyə olaraq ona satsın və bir ay sonra ondan aldığı noxudun pulu qaytaracaq. Həmin vaxt o, Heybətə noxudun 1 kiloqramını 3 manatdan alacağını demişdir. Zərərçəkmiş şəxs3 da onunla razılaşmışdır. Bundan sonra 28 fevral 2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs3 Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən evinə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 sürücüsü Vüsal adlı şəxs idarə etdiyi “Qazel” markalı avtomobillə onunla birlikdə Zərərçəkmiş şəxs3 yaşadığı evə getmişdir. Bundan başqa, bir nəfər Sadiq adlı şəxs fəhlə kimi onunla birlikdə ora getmişdir. O, Zərərçəkmiş şəxs3 demişdir ki, noxudu özü alır və pulu da bir ay ərzində o qaytaracaq. Bundan sonra Heybətlə birlikdə Heybətə məxsus noxudu tərəzi ilə çəkərək ondan götürmüşdür. Heybət həmin vaxt ona 2 ton noxud satmış və o, Heybətə demişdir ki, bir ay sonra ona 6000 manat pul ödəyəcək. Bundan sonra Zərərçəkmiş şəxs3 aldığı noxud məhsulunu Təqsirləndirilən şəxs1 Cəlilabad şəhəri ərazisində yerləşən evinin həyətinə aparmışdır. Bundan başqa, 2023-cü ilin mart ayının əvvəllərində o, yenidən Zərərçəkmiş şəxs3la rastlaşmış və o, Heybətə ona yenə də noxud lazım olduğunu bildirmişdir. Həmin vaxt Heybət ona demişdir ki, onda noxud yoxdur, lakin qaynı əvvəllər tanıdığı Vüsal adlı şəxsdə noxud vardır. O, Heybətdən xahiş etmişdir ki, Vüsalla danışsın və noxudu ona nisyə satsın. Heybət isə Vüsalın mobil nömrəsini ona verərək demişdir ki, özü Vüsala zəng etsin. Bundan sonra o, Vüsala zəng edərək ondan noxud istəmişdir və demişdir ki, noxudun pulunu bir ay sonra özü verəcək. Vüsal da onunla razılaşmışdır. Bundan sonra, Vüsal Heybətə zəng edərək özünün Bakı şəhərində olmasını bildirmiş, Heybətə demişdir ki, Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən evə gedib evdə olan noxudu tərəzi ilə çəkərək ona versin. 03 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs3la birlikdə Zərərçəkmiş şəxs4 məxsus evə getmişlər. Həmin vaxt onlar noxudu tərəzi ilə çəkmişlər və 1 ton 964 kiloqram noxudu nisyə götürüb aparmışdır. Zərərçəkmiş şəxs4 də nisyə aldığı noxudu Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə boşaltdırdığını bildirmişdir. Bundan başqa, həmkəndlisi Zərərçəkmiş şəxs2 zəng edərək Vaqifdən ona nisyə olaraq noxud satmasını xahiş etmiş və ona satmış olduğu noxudun pulunu bir ay sonra qaytaracağını demişdir. İlk öncə Zərərçəkmiş şəxs2 onunla razı olmasa da sonradan onunla razılaşmışdır. Bundan sonra 07 mart 2023-cü il tarixdə Cəlilabad rayonu, Məmmədrzalı kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evə getmişdir. O, Zərərçəkmiş şəxs2 demişdir ki, noxud alveri ilə məşğul olur və ondan nisyə noxud istəmişdir. Zərərçəkmiş şəxs2 evində saxladığı noxud məhsulunu tərəzi ilə çəkərək ümumilikdə 4 ton 700 kiloqram noxudu ona vermişdir. O Zərərçəkmiş şəxs2 demişdir ki, bir ay sonra, yəni 07 aprel 2023-cü il tarixdə pulu tam olaraq ona verəcək. Zərərçəkmiş şəxs2 da onunla razılaşmışdır. Bundan sonra mən Zərərçəkmiş şəxs2 nisyə aldığı noxud məhsulunu “Qazel” markalı avtomobilə yüklətdirmiş və Cəlilabad şəhərinə gətirərək Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə boşaltdırmışdır. Bundan başqa, o, öyrənmişdir ki, əvvəllər tanıdığı Cəlilabad şəhər sakini Zərərçəkmiş şəxs5 noxud vardır. Zərərçəkmiş şəxs5 da onu tanımışdır. O, Zərərçəkmiş şəxs5 mobil telefon nömrəsini taparaq ona zəng etmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs5 satılıq noxud məhsulunun olub-olmamasını soruşmuşdur və Zərərçəkmiş şəxs5 da ona bildirmişdir ki, onda noxud məhsulu vardır. Bundan sonra o, Salehə demişdir ki, noxud alveri ilə məşğuldur və ondan xahiş etmişdir ki, onda olan noxudu nisyə olaraq ona satsın. Zərərçəkmiş şəxs5 da onunla razılaşmışdır. O, 12 mart 2023-cü il tarixdə Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən Zərərçəkmiş şəxs5 məxsus evə getmişdir. Həmin vaxt o, Salehə demişdir ki, noxud alveri ilə məşğul olur və aldığı noxudları Bakı şəhərində olan “Bravo” supermarketlər şəbəkəsinə satır. Zərərçəkmiş şəxs5 ondan aldığı noxudun bir kiloqramını 3 manatdan pulu verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs5 da onunla razılaşmışdır. Daha sonra o, Salehdən ümumilikdə 3 ton 228 kiloqram noxud məhsulunu alaraq ondan aldığı noxudun pulunu bir ay sonra qaytaracağıı demiş və noxudu avtomobilə yüklətdirib çıxıb getmişdir. Zərərçəkmiş şəxs5 ümumilikdə 9684 manat pul ödəyəcəkmiş. Səhəri gün, yəni 13 mart 2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs5 aldığı noxudun pulundan 500 manat ödəmişdir. Bundan başqa, o, həmkəndlisi Zərərçəkmiş şəxs6 ilə mobil telefonla əlaqə saxlayaraq ondan nisyə olaraq ona noxud satmasını istəmişdir. 16 mart 2023-cü il tarixdə Cəlilabad şəhəri ərazisində Zərərçəkmiş şəxs6la görüşüb ondan nisyə olaraq ona noxud satmasını istəmişdir. Zərərçəkmiş şəxs6 isə ona demişdir ki, onun Zərərçəkmiş şəxs8v adlı dostu vardır və onların şərik olaraq noxud məhsulları vardır. Pərvizlə ətraflı söhbət etdikdən sonra Pərviz Aqil adlı şəxsə zəng edərək bu məsələ ilə bağlı ona danışmışdır. Aqil adlı şəxs də Pərvizlə razılaşmışır. Daha sonra həmin tarixdə o, Pərvizlə birlikdə Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs8vun yaşadığı evə getmişlər və orada Pərviz Əzmimova və Aqiş Şərbətova məxsus noxud məhsulunu tərəzi ilə çəkərək 1 ton 950 kiloqram noxudu ondan nisyə şəkildə almışdır. O, demişdir ki, onlardan aldığı noxudun bir kiloqramını 3 manatdan pulunu verəcək. Zərərçəkmiş şəxs6 da onunla razılaşmışdır. Bundan başqa o, həmkəndlisi Zərərçəkmiş şəxs7 ilə mobil telefonla əlaqə saxlayaraq ondan nisyə olaraq ona noxud satmasını istəmişdir. Bundan sonra, Cəlilabad rayonu, Məmmədrzalı kəndinə gedərək Zərərçəkmiş şəxs7 yaşadığı evdə onunla görüşmüşdür və Zərərçəkmiş şəxs7la görüşüb ondan nisyə olaraq ona noxud satmasını bildirmişdir. O, Zərərçəkmiş şəxs7 demişdir ki, noxud alveri ilə məşğul olur və ondan ona nisyə şəkildə noxud satmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs7 isə ona demişdir ki, onda noxud məhsulu yoxdur. Həmin vaxt o, Samiqə demişdir ki, pulu varsa ona versin və o, həmin pulla noxud alveri edib və bir ay sonra ona qazancla həmin pulu qaytaracaq. Bundan sonra Zərərçəkmiş şəxs7 onunla razılaşmış və həmin vaxt Zərərçəkmiş şəxs7 ona 8000 manat pul vermişdir. O, Zərərçəkmiş şəxs7 8000 manat pulu götürüb Cəlilabad şəhərinə gəlmişdir. Cəlilabad şəhərinə gəldikdən sonra Cəlilabad şəhəri ərazisində Təqsirləndirilən şəxs1 ilə görüşüb həmkəndlisi Zərərçəkmiş şəxs7 noxud alveri etmək üçün 8000 manat nağd pul aldığını bildirmidir. Təqsirləndirilən şəxs1 həmin vaxt ondan həmin pulu atası Şahid4 verməsini xahiş etmiş və demişdir ki sonra özü atasından həmin pulu götürüb noxud məhsulu alacaq. Bundan soran o, Təqsirləndirilən şəxs1 ayrılaraq Hüseynin yaşadığı evə getmiş və Zərərçəkmiş şəxs7 aldığı 8000 manat nağd pulu Təqsirləndirilən şəxs1 atası Şahid4 vermişdir. Həmin vaxt Şahid4 demişdir ki, Hüseyn özü bu pulu ondan götürəcək. Daha sonra ordan çıxaraq yaşadığı evə getmişdir. Qeyd etdiyi şəxslərdən nisyə olaraq aldığı noxud məhsullarının hamısını və Zərərçəkmiş şəxs7 aldığı 8000 manat nağd pulu Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 isə həmin noxud məhsullarını sataraq ona pul verməmişdir. Bu səbəbdən də o, həmin şəxslərdən aldığı noxud məhsullarının pulunu bu günə kimi ödəyə bilməmişdir. Təqsirləndirilən şəxs1 ilə dəfələrlə əlaqə saxlayıb ondan noxudun pulunu istəsə də Təqsirləndirilən şəxs1 hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmış və ona pul ödəməmişdir. Qeyd etdiyi şəxslərdən noxud məhsulu alan zaman onların yanında fəhlə kimi işləyən Vüsal və Sadiq adlı şəxslər olmuşdur. Aldığı noxud məhsullarını onların iştirakı ilə Təqsirləndirilən şəxs1 yaşadığı evə aparmışdır. Zərərçəkmiş şəxs7 8000 manat nağd pul alarkən Vüsal və Sadiq adlı şəxslər orada olmamışlar. Bundan başqa, Zərərçəkmiş şəxs3 aldığı noxud məshulunun pulundan 2000 manat Zərərçəkmiş şəxs3 qaytarmışdır. O, nisyə şəkildə noxud məhsulu aldığı şəxslərə onlardan aldığı noxud məhsullarını özü sataraq qazanc əldə edəcəyini və həmin noxud məhsullarını özü “Bravo” supermarketlər şəbəkəsinə satacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 barəsində isə noxud məhsulu aldığı şəxslərə heç bir söz deməmişdir. Çünki həmin şəxslər onu tanıdıqları üçün həmin şəxslərə bu cür demişdir. O, fikirləşmişdir ki, noxud məhsulu aldığı şəxslərə aldığı noxud məhsullarını Təqsirləndirilən şəxs1 verəcəyini desə həmin şəxslər nisyə şəkildə ona noxud məhsulu verməzlər. Bu səbəbdən də o, nisyə şəkildə noxud məhsulu aldığı şəxslərə aldığı noxud məhsullarının satışını özü həyata keçirəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs9 əvvəllər tanımışdır. Həmin şəxsləri Təqsirləndirilən şəxs1 ilə o tanış etmişdir. Belə ki o, Təqsirləndirilən şəxs1 ilə noxud alveri edən zaman həmin şəxslərdən nisyə şəkildə noxud məhsulu götürüb Təqsirləndirilən şəxs1 vermiş və bir ay sonra onlardan aldığı noxud məhsulunun pulu ödəmişdir. Həmin şəxslər sonradan bir başa Təqsirləndirilən şəxs1 ilə noxud alveri etməyə başlamışlar. Bundan sonra o, həmin şəxslərlə əlaqəsini kəsmişdir. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs9 noxud məhsulu almış və pulunu ödəməmişdir. Həmin şəxslərdən Hüseynin nə qədər noxud məhsulu alması, nə vaxt alması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 özü həmin şəxslərdən noxud məhsulu almış və bu işdə onun iştirakı olmamışdır. O, heç kimi aldatmamışdır. Təqsirləndirilən şəxs1 aldığı noxudun pullarını vermədiyi üçün noxud aldığı şəxslərə pul verə bilməmişdir. Göstərdiklərinin nəzərə alınaraq ona bəraət verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, o, Cəlilabad şəhəri, Səttarxan küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. Cəlilabad rayon ərazisində taxıl alqı-satqısı ilə məşğul olaraq ailəsinin dolanışığı təmin edir. Təqsirləndirilən şəxs1 2022-ci ilin noyabr ayında əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanımışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona demişdir ki, Təqsirləndirilən şəxs1 noxud alveri ilə məşğul olur və noxudu bazar qiymətindən baha qiymətə götürür. Təqsirləndirilən şəxs2 ona demişdir ki, Təqsirləndirilən şəxs1 noxudu nisyə şəkildə götürərək bir ay ərzində pulunu ödəyir. O da qərara gəlmişdir ki, noxudu biraz baha qiymətə Təqsirləndirilən şəxs1 satsın. Bundan sonra, 2022-ci ilin noyabr ayında o, Yalçınla birlikdə Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Badamlı” kafesində Təqsirləndirilən şəxs1 ilə görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona demişdir ki, buradan noxud alıb tanışı vasitəsilə Bakı şəhərində “Bravo” Supermarketlər şəbəkəsinə satır və pulu bir ay ərzində verirlər. Onlar söhbət etdikdən sonra o, qərara gəlmişdir ki, Təqsirləndirilən şəxs1 bir ton noxud versin. Bundan təxminən bir neçə gün sonra Təqsirləndirilən şəxs1 ona zəng edərək ondan noxud məhsulu götürmək istədiyini bildirmişdir. O da Hüseynə demişdir ki, noxud onun yaşadığı evdədir, gəlsin evdən götürsün. Həmin gün bir neçə saat sonra Təqsirləndirilən şəxs1 Cəlilabad şəhəri, Səttərxan küçəsində yerləşən ona məxsus olan yaşayış evinə gəlmişdir və həmin vaxt o, Hüseynə 1 kiloqramının qiyməti 3 manat olmaqla ümumilikdə bir ton noxud vermişdir. Təqsirləndirilən şəxs1 ona demişdir ki, bir ay sonra ona 3000 manat pul ödəyəcək. Bir ay sonra Təqsirləndirilən şəxs1 ona 3000 manat pul ödəmişdir. Bundan sonra o, bir neçə dəfə Təqsirləndirilən şəxs1 nisyə olaraq noxud vermiş və Təqsirləndirilən şəxs1 həmişə ona dediyi vaxtda noxudun pulunu ödəmişdir. Sonuncu dəfə 2023-cü ilin mart ayının 1-də Təqsirləndirilən şəxs1 ona zəng edərək noxud məhsulu lazım olduğunu bildirmişdir. O da noxud alveri ilə məşğul olduğu üçün hissə-hissə olmaqla ümumilikdə mart ayı ərzində 13 ton 300 kiloqram noxud məhsulunu Hüseynə nisyə şəkildə vermişdir. Həmin vaxtdan bu günə kimi Təqsirləndirilən şəxs1 vədinə əməl etməyərək ondan aldığı noxud məshulunun pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs1 ümumilikdə ondan 40.000 manat dəyərində noxud məhsulu almış və müxtəlif bəhanələr gətirərək pulu ödəməmşdir. Sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs1 ondan başqa bir neçə şəxsi də aldadaraq nisyə noxud götürmüş və pulunu ödəməmişdir. Bir neçə ay gözlədikdən sonra Təqsirləndirilən şəxs1 onu hər dəfə aldatdığını görüb qərara gəlmişdir ki, Təqsirləndirilən şəxs1 barəsində şikayət etsin. Təqsirləndirilən şəxs1 ondan nisyə aldığı noxud məhsullarını Təqsirləndirilən şəxs1 yanında fəhlə kimi işləyən Cəlilabad şəhər sakinləri Vüsal və Sadiq adlı şəxslər “Qazel” markalı avtomobilə yükləyib aparmışlar. İlk dəfə Təqsirləndirilən şəxs1 ilə onu tanış edən və Hüseynin noxud alveri ilə məşğul olmasını ona deyən Təqsirləndirilən şəxs2 olmuşdur. Lakin sonradan Təqsirləndirilən şəxs1 onun özü ilə əlaqə saxlamış və hər dəfə o, noxud məhsulunu Təqsirləndirilən şəxs1 özünə satmışdır. Sonuncu dəfə də o, ümumilikdə 40.000 manat dəyərində noxudu Təqsirləndirilən şəxs1 özünə vermişdir. Hal-hazırda o, Təqsirləndirilən şəxs1 ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən cəza təyin edərkən bunu nəzərə almağı xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, o, Cəlilabad rayonu, Məmmədrzalı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 20 ildən artıq müddətdir ki, kənd təsərrüfatının əkinçilik növü ilə məşğul olur. Yaşadığı Cəlilabad rayonu, Məmmədrzalı kəndi ərazisində əkin-biçin işləri gördürür. Belə ki, həmin ərazidəki əkin sahələrində noxud, arpa və s. dənli bitkilər əkib-becərib satır. Təqsirləndirilən şəxs2 onun həmkəndlisidir. O, Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır, Təqsirləndirilən şəxs1 isə tanımır. Təqsirləndirilən şəxs2 təxminən 10 ilə yaxın müddətdir ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində yaşayır. Təqsirləndirilən şəxs2 2023-cü ilin əvvəllərində bir neçə dəfə ona təklif etmişdir ki, noxud alveri ilə məşğuldur və ondan nisyə olaraq noxud məhsulu istəmişdir. O, hər dəfə Təqsirləndirilən şəxs2 nisyə noxud məhsulu satmayacağını bildirsə də, Təqsirləndirilən şəxs2 bir neçə dəfə israrla ondan nisyə şəkildə noxud məhsulu istəmişdir. Təqsirləndirilən şəxs2 ona deyirmiş ki, aldığı noxud məhsullarını Bakı şəhərində olan “Bravo” supermarketlər şəbəkəsinə sataraq həm aldığı noxudun pulunu ödəyəcək həm də özü bundan qazanc əldə edəcək. Təqsirləndirilən şəxs2 hər dəfə onu görəndə bu söhbəti açaraq ondan nisyə olaraq noxud almaq istədiyini demişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs2 07 mart 2023-cü il tarixdə, təxminən saat 14 radələrində yenidən ona zəng edərək ondan nisyə noxud məhsulu istəmişdir. O nədənsə həmin gün Yalçınla razılaşmışdır. Təxminən bir-iki saat sonra Təqsirləndirilən şəxs2 və onun əmisi oğlu Şirbala adlı şəxs yaşadığı evə gəlmişlər. Yaşadığı evin həyətində Təqsirləndirilən şəxs2la söhbət edən zaman o, Təqsirləndirilən şəxs2 nisyə olaraq 1 kiloqramının qiyməti 3 manat olmaqla 4 ton 700 kiloqram noxud verəcəyini demişdir. Bu da ümumilikdə 14100 manat təşkil edir. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona demişdir ki, bir ay sonra yəni 07 aprel 2023-cü il tarixdə ondan aldığı noxudun pulu verəcək. Həmin vaxt Təqsirləndirilən şəxs2 ondan aldığı noxud məhsulunu kisələrlə “Qazel” markalı avtomobilə yüklətdirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 yanın iki nəfər tanımadığı şəxs də olmuşdur. Həmin şəxslər fəhlə kimi Təqsirləndirilən şəxs2la gəlmişlər. Təqsirləndirilən şəxs2 ondan aldığı noxud məhsulunu avtomobilə yüklətdirmişdir. Lakin Təqsirləndirilən şəxs2 ondan nisyə aldığı noxud məhsulunu bir dəfəyə avtomobilə yerləşmədiyindən, Yalçın ona demişdir ki, avtomobilə yükləmiş olduğu noxudu aparıb boşaldıb gəlib qalan noxudu da aparacaq. O da Yalçınla razılaşmışdır. Təxminən iki saat sonra Təqsirləndirilən şəxs2 həmin şəxslərlə birlikdə yaşadığı evin həyətinə gələrək qalan noxudu da “Qazel” markalı avtomobilə yükləyib çıxıb getmişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs2 ona dediyi müddəti, yəni 07 aprel 2023-cü il tarixədək gözləmişdir. Həmin müddət ərzində o, Təqsirləndirilən şəxs2 noxudun pulunu istəməmişdir. Təqsirləndirilən şəxs2 ona dediyi müddət tamam olduqdan sonra o, Təqsirləndirilən şəxs2 zəng edərək ona satmış olduğu noxudun pulu verməsini bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin vaxt ondan bir neçə gün müddət istəmişdir. O da Yalçınla razılaşmışdır. Bir neçə gün keçdikdən sonra o, yenidən Təqsirləndirilən şəxs2 zəng edərək noxudun pulunu istəmişdir. Təqsirləndirilən şəxs2 yenə də ondan bir neçə gün vaxt istəmişdir. O, yenə də Yalçınla razılaşmışdır. Həmin vaxtdan bu günə kimi Təqsirləndirilən şəxs2 hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldadaraq ondan aldığı noxudun pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs2 nisyə şəkildə satmış olduğu noxud məhsulu “Pakistan” növlü noxud məhsulu olmuşdur. Hal-hazırda da ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs2 şikayətçidir. Ona görə də onlara ağır cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, o, Cəlilabad şəhəri, Cavadxan küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs2 onun həmkəndlisidir və Təqsirləndirilən şəxs2 orta məktəbdə onunla bir sinifdə oxumuşdur. Təqsirləndirilən şəxs1 isə tanımır. Hal-hazırda Təqsirləndirilən şəxs2 Cəlilabad rayonu, Uzuntəpə kəndində yaşayır. O, Cəlilabad şəhərində yaşadığı üçün arabir Təqsirləndirilən şəxs2la rastlaşır. 2023-cü ilin fevral ayında bir neçə dəfə Cəlilabad şəhəri ərazisində Təqsirləndirilən şəxs2la rastlaşıb söhbət etmişlər. Söhbət zamanı Təqsirləndirilən şəxs2 ona demişdir ki, noxud alveri ilə məşğuldur və əgər evdə noxudu varsa nisyə olaraq ona versin. O, Təqsirləndirilən şəxs2 noxudu nisyə satmaq istəmədiyini bildirsə də Yalçın israrla ondan xahiş etmişdir ki, noxud məhsulunu nisyə şəkildə ona versin və bir ay müddətində aldığı noxudun pulunu qaytaracaq. Onun doğulduğu və hazırda qeydiyyatda olduğu Cəlilabad rayonu, Məmmədrzalı kəndində özünə məxsus pay torpağı vardır və o, həmin torpaq sahəsində hər il noxud əkir. Təqsirləndirilən şəxs2 da onun hər il noxud əkdiyindən məlumatı olduğu üçün ondan nisyə noxud istəmişdir. 28 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 Cəlilabad şəhəri ərazisində onunla görüşərək israrla ondan nisyə olaraq noxud istəmiş və o da Yalçınla razılaşmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona demişdir ki, aldığı noxud məhsullarını Bakı şəhərində yerləşən “Bravo” supermarketlər şəbəkəsinə sataraq özü də bundan qazanc əldə edir. Bundan sonra Təqsirləndirilən şəxs2 Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən ona məxsus evə gəlmişdir. Onlar noxudu tərəzi ilə çəkmişlər və o, özünə məxsus 2 ton noxud məhsulunu bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 6000 manat qiymətə Yalçına nisyə satmışdır. Həmin vaxt Yalçın ona bildirmişdir ki, bir ay sonra yəni, 28 mart 2023-cü il tarixdə pulu tam olaraq ona verəcək. O da Yalçınla razılaşmışdır. Yalçın ondan aldığı noxud məhsulunu “Qazel” markalı avtomobilə yükləyərək aparmışdır. Bir ay keçdikdən sonra Təqsirləndirilən şəxs2 ona dediyi müddət tamam olduqdan sonra o, Yalçına mobil telefonla zəng vurmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona demişdir ki, pulu bir neçə günə verəcək. O Yalçınla razılaşmışdır. Bir neçə gün sonra o, yenidən Yalçına zəng vuraraq ondan nisyə şəkildə verdiyi noxud məhsulunun pulunu istəmişdir. Yalçın yenə də ondan bir neçə gün müddət istəmişdir. O yenə də Yalçınla razılaşmışdır. 2023-cü ilin aprel ayının ortalarında o, yenidən Təqsirləndirilən şəxs2 zəng vuraraq onunla görüşmək istədiyini bildirmişdir. Bundan sonra Yalçınla Cəlilabad şəhəri, Qurtuluş prospektində görüşmüşdür. Daha sonra ona məxsus avtomobillə Yalçınla birlikdə Cəlilabad şəhəri, Cavadxan küçəsinə gəlmişlər. Biraz sonra bir nəfər tanımadığı şəxs gəlib Yalçına 2000 manat verib çıxıb getmişdir. Daha sonra Yalçın ona demişdir ki, pulu verən adam Hüseyndir. Yalçın həmin 2000 manat pulu ona vermişdir və qalan 4000 manat pulu bir neçə gün sonra verəcəyini bildirmişdir. O da Yalçınla razılaşmışdır. Təqsirləndirilən şəxs2 28 fevral 2023-cü il tarixdə 2 ton olmaqla ümumi dəyəri 6000 manat dəyərində noxud almış, 2023-cü ilin aprel ayının ortalarında Yalçın ona 2000 manat pul vermiş, qalan 4000 manat pulu isə bu günə kimi onu aldadaraq geri qaytarmamışdır. Bundan başqa bildirmişdir ki, Təqsirləndirilən şəxs2 nisyə şəkildə satmış olduğum noxud məhsulu “Pakistan” növlü noxud məhsulu olmuşdur. Hal-hazırda da ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Ona görə də onlara ağır cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs4 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, o, Cəlilabad şəhəri, Cavadxan küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır, Təqsirləndirilən şəxs1 isə tanımır. Təqsirləndirilən şəxs2 onunla qonşu kənddən, yəni Cəlilabad rayonu, Məmmədrzalı kəndindəndir. Hal-hazırda Təqsirləndirilən şəxs2 Cəlilabad rayonu, Uzuntəpə kəndində yaşayır. Təqsirləndirilən şəxs2 onun doğulduğu və hazırda qeydiyyatda olduğu Cəlilabad rayonu, Mədətli kəndində icarəyə torpaq götürərək hər il noxud əkdiyindən məlumatı olduğu üçün yeznəsi Zərərçəkmiş şəxs3 zəng edərək onda olan noxudu nisyə almaq istədiyini bildirmişdir. Bundan sonra yeznəsi Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2 istifadə etdiyi mobil telefon nömrəsini vermişdir. 2023-cü ilin mart ayının 1-də Bakı şəhərində işlədiyi vaxt Təqsirləndirilən şəxs2 mobil telefonla ona zəng edərək onda olan noxud məhsulunu nisyə olaraq almaq istədiyini bildirmişdir və bir ay ərzində ondan aldığı noxudun pulunu qaytaracağını demşdir. Bundan sonra o, Yalçınla razılaşmışdır və Yalçına demişdir ki, ona məxsus noxud məhsulu Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən yaşadığı evdədir və evin açarı yeznəsi Zərərçəkmiş şəxs3dır. Daha sonra yeznəsi Heybətə zəng edərək yaşadığı evdə olan noxudu tərəzi ilə çəkərək Yalçına verməsini tapşırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2la yeznəsi Zərərçəkmiş şəxs3 yaşadığı evə gedərək noxudu tərəzi ilə çəkib ona zəng edərək evdə olan noxudun 1 ton 964 kiloqram olduğunu və Təqsirləndirilən şəxs2 bir ay sonra ona ümumilikdə 5892 manat pul verəcəyini bildirmişlər. Bir ay keçdikdən sonra Təqsirləndirilən şəxs2 ona dediyi müddət tamam olduqdan sonra o, Yalçına mobil telefonla zəng vurmuşdur. Təqsirləndirilən şəxs2 ona demişdir ki, pulu bir neçə günə verəcək. O, həmin vaxt Yalçınla razılaşmışdır. Bir neçə gün sonra o, yenidən Yalçına zəng vuraraq ona satdığı noxudun pulunu istəmişdir. Yalçın yenə də ondan bir neçə gün müddət istəmişdir. O yenə də Yalçınla razılaşmışdır. Lakin həmin vaxtdan bu günə kimi Yalçın onu aldadaraq ondan aldığı noxudun pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs2 nisyə şəkildə satmış olduğum noxud məhsulu “Pakistan” növlü noxud məhsulu olmuşdur. Hal-hazırda da ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Ona görə də onlara ağır cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs5 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, Cəlilabad şəhəri, Cavadxan küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. Cəlilabad şəhərində yaşasada, doğulduğu Cəlilabad rayonu, Məlikqasımlı kəndində ona məxsus pay torpağı vardır və o, hər il həmin pay torpağında noxud məhsulu əkib-becərir. Bundan başqa o, hər il icarəyə torpaq götürərək noxud əkib-becərir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. 2023-cü ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs2 mobil telefon vasitəsi ilə ona zəng edərək noxud alveri ilə məşğul olmasını bildirirək ondan satılıq noxudunun olub-olmamasını soruşmuşdur. O da həmin vaxt Təqsirləndirilən şəxs2 demişdir ki, satılıq noxud məhsulu var. Bundan sonra Təqsirləndirilən şəxs2 ondan xahiş etmişdir ki, ona nisyə olaraq noxud məhsulu satsın. Səhəri gün, yəni 12 mart 2023-cü il tarixdə X7 şəhəri, Cavadxan küçəsində yerləşən ona məxsus olan evə gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 “Qazel” markalı avtomobil ilə yaşadığı evə gəlmiş və həmin vaxt Təqsirləndirilən şəxs2la iki nəfər fəhlə gəlmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs2 ona demişdir ki, nisyə aldığı noxud məhsullarını Bakı şəhərində “Bravo” supermarketlər şəbəkəsinə satacaq və ona olan borcunu ödəyəcək. O da yaşadığı evin həyətində Təqsirləndirilən şəxs2la söhbət etdikdən sonra Yalçına nisyə olaraq 1 kiloqramının qiyməti 3 manat olmaqla ümumilikdə 3 ton 228 kiloqram noxud verəcəyini demişdir. Bu da ümumilikdə 9684 manat təşkil etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona demişdir ki, bir ay sonra yəni 12 aprel 2023-cü il tarixdə ondan aldığı noxudun pulunu verəcək. Həmin vaxt Təqsirləndirilən şəxs2 ondan aldığı noxud məhsulunu “Qazel” markalı avtomobilə yüklətdirmişdir. Lakin Təqsirləndirilən şəxs2 ondan nisyə aldığı noxud məhsulu bir dəfəyə avtomobilə yerləşmədiyi üçün Yalçın ona demişdir ki, avtomobilə yükləmiş olduğu noxudu aparıb boşaldıb gəlib qalan noxudu da aparacaq. O da Yalçınla razılaşmışdır. Təxminən iki saat sonra Təqsirləndirilən şəxs2 həmin şəxslərlə birlikdə onun yaşadığı evin həyətinə gələrək qalan noxudu da “Qazel” markalı avtomobilə yükləyib çıxıb getmişlər. Bundan sonra səhəri gün, yəni 13 mart 2023cü il tarixdə Cəlilabad şəhəri ərazisində yerləşən “İran bazarı” adlanan yerdə Təqsirləndirilən şəxs2la rastlaşmışlar. Yalçın həmin vaxt ondan nisyə şəkildə aldığı noxudun pulundan 500 manat vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona demişdir ki, noxudu varsa yenə ona nisyə noxud satsın. Lakin o, Yalçına demişdir ki, onda noxud yoxdur. Təqsirləndirilən şəxs2 ona demişdir ki, onun əmisi oğlu X1 noxud vardır və ondan xahiş etmişdir ki, ona zamin duraraq noxudu alıb ona nisyə versin. O isə Təqsirləndirilən şəxs2 demişdir ki, heç kimə zamin dura bizməz. Bundan sonra o, Təqsirləndirilən şəxs2 ona dediyi müddəti, yəni 12 aprel 2023-cü il tarixədək gözləmişdir. Həmin müddət ərzində o, Təqsirləndirilən şəxs2 noxudun pulunu istəməmişdir. Təqsirləndirilən şəxs2 ona dediyi müddət tamam olduqdan sonra o, Təqsirləndirilən şəxs2 zəng edərək ona satmış olduğu noxudun pulu verməsini istəmişdir. Təqsirləndirilən şəxs2 həmin vaxt ondan bir neçə gün müddət istəmişdir. O da Yalçınla razılaşmışdır. Bir neçə gün keçdikdən sonra o, yenidən Təqsirləndirilən şəxs2 zəng edərək noxudun pulunu istəmişdir. Təqsirləndirilən şəxs2 yenidən ondan bir neçə gün vaxt istəmişdir. O yenə də Yalçınla razılaşmışdır. Həmin vaxtdan hazırki vaxta kimi Təqsirləndirilən şəxs2 hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldadaraq ondan aldığı noxudun pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs2 nisyə şəkildə satmış olduğum noxud məhsulu “Pakistan” növlü noxud məhsulu olmuşdur. Halhazırda da ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Ona görə də onlara ağır cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs6 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, Cəlilabad rayonu, Məmmədrzalı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2022-ci ilin yanvar ayında iş yoldaşı X8 ilə şərik olaraq noxud əkmişlər. Həmin ilki əkindən 4 ton noxud məhsulu götürmüşlər. Həmin il məhsul götürdükdən sonra 2 ton noxudu sataraq Zərərçəkmiş şəxs8vla aralarında bölmüşlər. Lakin həmin noxudun 2 tonu qalmışdır. Qalan 2 ton noxud isə Zərərçəkmiş şəxs8va məxsus Cəlilabad şəhəri, M.Hüseyn küçəsi, Yeni Massivdə yerləşən evdə saxlamışlar. Təqsirləndirilən şəxs2 onun həmkəndlisidir və uzun müddətdir ki, bir-birilərini tanıyırlar. X3 tanımır. 2023-cü ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs2la Cəlilabad şəhəri ərazisində rastlaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona demişdir ki, noxud alveri ilə məşğuldur və həmin vaxt Yalçın ondan nisyə olaraq noxud məhsulu istəmişdir. O, həmin vaxt Yalçına demişdir ki, noxud məhsulunu nisyə satmır. Təqsirləndirilən şəxs2 isə ona burdan noxud alıb Bakı şəhərində yerləşən “Bravo” supermarketlər şəbəkəsinə sataraq özü də qazanc əldə edəcək və onun da pulunu verəcək. Təqsirləndirilən şəxs2 ona demişdir ki, noxud məhsulunu nisyə alıb bir ay ərzində pulunu verəcək. Bundan sonra o, Yalçınla razılaşmışdır. Daha sonra Zərərçəkmiş şəxs8va zəng vuraraq bu barədə ona danışmışdır. Bundan sonra o, Yalçınla birlikdə Zərərçəkmiş şəxs8vun yaşadığı evə getmişdir. Onlar həmin ünvana çatdıqdan sonra o, Aqilə noxudu Yalçına verəcəyini demişdir. Bundan sonra onlar noxudu tərəzi ilə çəkmişlər və ümumi çəkisi 1 ton 950 kiloqram noxud məhsulunu bir kiloqramı 3 manat olmaqla ümumi dəyəri 5850 manat qiymətə Yalçına vermişlər. Həmin vaxt Yalçın onlara demişdir ki, 2023-cü ilin aprel ayının 16-sı aldığı noxud məhslunun pulunu pulu verəcək. Onlar da Yalçınla razılaşmışlar. Bundan sonra Yalçın onlardan aldığı noxud məhsulunu “Qazel” markalı avtomobilə yükləyərək aparmışdır. Bir ay keçdikdən sonra Təqsirləndirilən şəxs2 onlara dediyi müddət tamam olduqdan sonra o, Yalçına mobil telefonla zəng vurmuş və Təqsirləndirilən şəxs2 ona demişdir ki, pulu bir neçə günə verəcək. O həmin vaxt Yalçınla razılaşmışdır. Bir neçə gün sonra o, yenidən Yalçına zəng vuraraq ona satdığı noxudun pulunu istəmişdir. Yalçın yenə də ondan bir neçə gün müddət istəmişdir. O yenə də Yalçınla razılaşmışdır. Hazırki vaxta kimi Təqsirləndirilən şəxs2 onu aldadaraq ondan aldığı noxudun pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs2 16 mart 2023-cü il tarixdə X8 ilə şərik olduğu 1 ton 950 kiloqram olmaqla ümumi dəyəri 5850 manat dəyərində noxud almışdır və ona 2925 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 nisyə şəkildə satmış olduğu noxud məhsulu “Pakistan” növlü noxud məhsulu olmuşdur. Hal-hazırda da ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Ona görə də onlara ağır cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs7 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, o, Cəlilabad rayonu, Məmmədrzalı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 20 ildən artıq müddətdir ki o, kənd təsərrüfatının maldarlıq və əkinçilik növləri ilə məşğul olur. Yaşadığı Cəlilabad rayonu, Məmmədrzalı kəndi ərazisində əkin-biçin işləri gördürür. Təqsirləndirilən şəxs2 onun həmkəndlisidir. Təqsirləndirilən şəxs1 isə tanımır. O, Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır və Təqsirləndirilən şəxs2 təxminən 10 ilə yaxın müddətdir ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində yaşayır. 2023-cü ilin əvvəllərində eşitmişdir ki, Təqsirləndirilən şəxs2 noxud alveri ilə məşğuldur. 25 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 Məmmədrzalı kəndində onun yaşadığı evə gələrək onda noxud məhsulu olub-olmamasını soruşmuşdur. O, həmin vaxt Təqsirləndirilən şəxs2 onda noxud məhsulumun olmadığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2la söhbət edən zaman Yalçın ona noxud alveri ilə məşğul olduğunu, bu işdən yaxşı pul qazandığını bildirmiş və ona demişdir ki, əgər nağd pulu varsa ona verisin və o həmin pulla noxud alıb satdıqdan sonra ona da qazanc verəcək. O, Təqsirləndirilən şəxs2 8000 manat nağd pulunun olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs2 ona demişdir ki, 8000 manat nağd pulu ona versin və o, həmin pulla noxud məhsulu alıb satsın və bir ay sonra qazancla birlikdə ona 9000 manat nağd pul qaytarsın. Yalçının bu təklifindən sonra o, Yalçınla razılaşmış və həmin vaxt 8000 manat nağd pulu Təqsirləndirilən şəxs2 vermişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 çıxıb getmişdir. Bir ay müddət keçdikdən sonra o, Yalçına mobil telefonla zəng edərək ondan pulunu istəmişdir. Lakin Yalçın ondan bir neçə gün möhlət verməyini xahiş etmişdir. O, Yalçınla razılaşmışdır. Bir neçə gün sonra o, Təqsirləndirilən şəxs2 yenidən zəng edərək ondan puluu qaytarmasını istəmişdir. Lakin bu dəfə də Təqsirləndirilən şəxs2 ondan xahiş etmişdir ki, ona biraz vaxt versin. Həmin vaxtdan hazırki vaxta kimi Təqsirləndirilən şəxs2 müxtəlif bəhanələr gətirərək ona olan borcunu qaytarmamışdır. O, Təqsirləndirilən şəxs2 8000 manat nağd pulu Cəlilabad rayonu, Məmmədrzalı kəndində yerləşən yaşadığı evin həyətində vermiş və həmin vaxt onların yanında hər hansı bir şəxs olmamışdır. Hal-hazırda da ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Ona görə də onlara ağır cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X8 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, Cəlilabad şəhəri, M.Hüseymzadə küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. 2022-ci ilin yanvar ayında Cəlilabad rayonu, Məmmədrzalı kənd sakini Zərərçəkmiş şəxs6 ilə şərik olaraq noxud məhsulu əkmişlər. Həmin il 4 ton noxud məhsulu götürmüşlər. Həmin il məhsul götürdükdən sonra 2 ton noxud məhsulunu sataraq şərik olduğu Zərərçəkmiş şəxs6la aralarında bölmüşlər. Lakin həmin noxud məhsulunun 2 tonu qalmışdır və qalan 2 ton noxud məhsulunu ona məxsus Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsi, Yeni Massivdə yerləşən evdə saxlamışlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır. Onlarla əvvəllər ədavət və ya düşmənçiliyi olmamışdır. Şərik olduğu Zərərçəkmiş şəxs6 təxminən 14 mart 2023-cü il tarixdə mobil telefonla ona zəng edərək tanışı və həmkəndlisi olan Yalçın adlı şəxsin noxud alveri ilə məşğul olduğunu və onlarda olan noxud məhsulunu nisyə şəkildə almaq istədiyini, bir ay sonra aldığı noxud məhsulunu pulu qaytaracağını bildirmişdir. O, həmin vaxt Pərvizlə razılaşmışdır. Lakin həmin gün o, evdə olmamışdır. 16 mart 2023-cü il tarixdə yaşadığı evdə olan zaman Zərərçəkmiş şəxs6 yenidən ona zəng edərək Təqsirləndirilən şəxs2 onun yanına gəldiyini və onlarda olan noxud məhsulunu nisyə şəkildə götürmək istədiyini bildirmişdir. O, həmin vaxt Zərərçəkmiş şəxs6 demişdir ki, yaşadığı evdədir. Həmin gün bir neçə saat sonra Zərərçəkmiş şəxs6la Təqsirləndirilən şəxs2 Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində yerləşən yaşadığı evə gəlmişlər. Pərviz Təqsirləndirilən şəxs2la onu tanış etmiş və Təqsirləndirilən şəxs2 noxud alveri ilə məşğul olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 onlarla razılaşıb alacağı noxud məhsulunun pulunu bir ay sonra verəcəyini bildirmişdir. Bundan sonra onlar noxud məhsulunu tərəzi ilə çəkmişlər və 1 ton 950 kiloqram noxud məhsulunu bir kiloqramı 3 manat olmaqla ümumilikdə 5850 manat qiymətə Təqsirləndirilən şəxs2 nisyə şəkildə vermişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 onlara bildirmişdir ki, 2023-cü ilin aprel ayının 16-sı aldığı noxud məhsulunun pulunu verəcək. Onlar da Yalçınla razılaşmışlar. Daha sonra Yalçın onlardan aldığı noxud məhsulunu “Qazel” markalı avtomobilə yükləyərək aparmışdır. Bir ay keçdikdən sonra Təqsirləndirilən şəxs2 onlara dediyi müddət tamam olduqdan sonra Zərərçəkmiş şəxs6 və o, bir neçə dəfə mobil telefonla Yalçına zəng vurmuşlar. Təqsirləndirilən şəxs2 isə onlardan aldığı noxud məhsulunun pulunu bir neçə günə verəcəyini bildirmişdir. Onlar da həmin vaxt Yalçınla razılaşmışlar. Bir neçə gün sonra o, yenidən Yalçına zəng vuraraq ona satdığı noxud məhsulunun pulunu istəmişdir. Təqsirləndirilən şəxs2 yenə də onlardan bir neçə gün müddət istəmişdir. O, yenə də Yalçınla razılaşmışdır. Hazırki vaxta kimi Təqsirləndirilən şəxs2 onu aldadaraq ondan aldığı noxudun pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs2 16 mart 2023-cü il tarixdə X8 ilə şərik olduğu 1 ton 950 kiloqram olmaqla ümumi dəyəri 5850 manat dəyərində noxud almışdır və ona 2925 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 nisyə şəkildə satmış olduğu noxud məhsulu “Pakistan” növlü noxud məhsulu olmuşdur. Hal-hazırda da ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Ona görə də onlara ağır cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs9 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Onun həm yaşadığı Uzuntəpə kəndində həm də doğulduğu Qarğılı kəndində pay torpağı vardır. O, hər il həmin pay torpağında noxud məhsulu əkib-becərir. Əkdiyi həmin noxud məhsulundan növbəti il əkəcəyi qədər saxlayıb qalan hissəsini də qazanc əldə etmək məqsədi ilə satmışdır. 2022ci ilin noyabr ayında eşitmişdir ki, Hüseyn adlı şəxs noxud alveri ilə məşğuldur və noxud məhsullarını bazar qiymətindən daha yuxarı qiymətə alır. Daha sonra Hüseynlə tanış olmuşdur. Söhbət zamanı Hüseyn ona aldığı noxud məhsullarını “Bravo” mağazalar şəbəkəsinə baha qiymətə satdığını, bu səbəbdən də buradan aldığı noxud məhsullarını daha yuxarı qiymətə aldığını bildirmişdir. Daha sonra Hüseyn ondan noxud məhsulununun olub-olmamasını soruşmuşdur. O da Hüseynə noxud məhsulunun olduğunu bildirmişdir. Bundan sonra Hüseyn ona demişdir ki, onda olan noxud məhsulunu ona satsın. Həmin vaxt Hüseyn ona bildirmişdir ki, aldığı noxud məhsullarının pulunu 25-30 gün ərzində qaytaracaq. İlk öncə o, Hüseynlə razılaşmaq istəməsə də Hüseyn dəfələrlə ona bildirmişdir ki, bu barədə narahat olmasın. Bundan başqa o, Hüseynin başqa şəxslərlə də noxud alveri edib pulu ödədiyini eşitdiyi üçün onunla razılaşmışdır. Birinci dəfə 2022-ci noyabr ayında o, Hüseynə bir kiloqramının qiyməti 3 manat olmaqla 1 ton noxud məhsulu vermişdir. Həmin vaxt Hüseyn özü şəxsən Uzuntəpə kəndində yerləşən onun yaşadığı evə gəlib və özü şəxsən noxud məhsuluna baxıb almışdır. Həmin vaxt Hüseynlə birlikdə iki nəfər fəhlə də yaşadığı evə gəlmişdir. Həmin şəxslərin adları Sadiq və Vüsaldır. Bundan sonra, Hüseyn dediyi vaxt ondan aldığı noxud məhsulunun pulunu gətirib ona vermişdir. O, Hüseynin aldığı noxud məhsullarının pulunu dediyi vaxt verdiyini görüb onunla noxud alveri etməyə başlamışdır. 2022-ci ilin noyabr ayından 2023-cü ilin fevral ayına kimi 4-5 dəfə Təqsirləndirilən şəxs1 noxud məhsulu vermişdir. Hüseyn isə dediyi vaxt ondan aldığı noxud məhsullarının pulunu ona qaytarmışdır. 09 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək ona təcili noxud məhsulu lazım olduğunu və ondan ona noxud məhsulu verməsini xahiş etmişdir. Hüseyn ona demişdir ki, “Bravo” mağazalar şəbəkəsi bu aralar ondan daha çox noxud məhsulu istəyir və bu səbəbdən də ona noxud məhsulu lazımdır. Hətta Təqsirləndirilən şəxs1 “Bravo” mağazalar şəbəkəsi ilə müqavilə bağlaması ilə bağlı ona sənədlər göstərmişdir. O da buna görə görə ona inanmışdır. Hüseyn ondan xahiş etdiyi üçün o, Hüseynlə razılaşmış və 09 fevral 2023-cü tarixdə, təxminən saat 17 radələrində Hüseyn onun yaşadığı evə gələrək ondan həmin gün bir kiloqramının qiyməti 3.20 manatdan olmaqla 3 ton noxud məhsulu almış və pulunu 30 gün sonra verəcəyini bildirmişdir. Bundan sonra Hüseyn ondan aldığı noxud məhsulunu həmişə olduğu kimi Sadiq və Vüsal adlı şəxslərə “Qazel” markalı avtomobilə yüklətdirib aparmışdır. Həmin tarixdən təxminən 10 gün sonra, yəni 19 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək ondan yenə də noxud məhsulu istəmiş və ondan israrla xahiş etmişdir ki ona noxud məhsulu versin. Təqsirləndirilən şəxs1 həmin vaxt ona demişdir ki, keçən dəfə aldığı noxud məhsulunun pulu verəndə bu dəfə aldığı noxud məhsulunun pulu verəcək. Bundan sonra o, Hüseynlə razılaşmış və ona noxud məhsulu verəcəyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki o, Bakı şəhərinə gedir və bu səbəbdən də ondan xahiş etmişdir ki o, özü noxud məhsulunu Cəlilabad şəhərindən onun yaşadığı evə göndərsin. Bundan sonra o, əvvəllər tanıdığı Cəlilabad şəhər sakini olan Seyfəddin adlı şəxsə zəng edərək ondan xahiş etmişdir ki, idarə etdiyi yük maşını ilə Təqsirləndirilən şəxs1 yaşadığı evə noxud məhsulu aparsın. Daha sonra Seyfəddin adlı şəxs idarə etdiyi “Ford Tranzit” markalı yük avtomobillə onun yaşadığı evə gəlmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 ona zəng edərək həmişə noxud məhsullarını yükləyən Sadiq və Vüsal adlı şəxsləri yaşadığı evə göndərdiyini bildirmişdir. Həmin şəxslər biraz sonra onun yaşadığı evə gəlib olan məxsus olan 2 ton 187 kiloqram noxud məhsulunu Seyfəddin adlı şəxsin idarə etdiyi yük avtomobilinə yükləmişlər. Daha sonra, noxud məhsulunu həmin şəxslərlə birlikdə Hüseynin yaşadığı evə gətirmişlər və noxud məhsullarını Sadiq və Vüsal adlı şəxslər Hüseynin yaşadığı evin həyətində olan “Qazel” markalı avtomobilə yükləmişlər. Hüseyn həmin vaxt özü də evdə olmuşdur və həmin vaxt Hüseyn ona 09 mart 2023-cü il tarixdə ondan aldığı noxud məhsullarının pulunu qaytaracağını bildirmiş və ümumilikdə 16600 manat pul verəcəyini demişdir. O da Hüseynlə razılaşmışdır. 09 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ona noxud məhsulunun pulunu verməmişdir. Bundan sonra o, Hüseynə zəng edib noxud məhsulunun pulunu istəmişdir. Lakin Hüseyn ondan xahiş etmişdir ki, ona bir neçə gün möhlət versin. Həmin vaxt Hüseyn ona demişdir ki, guya “Bravo”dan pul vurmayıblar və ona görə də pulu ödəyə bilmir. Həmin vaxt o, Hüseynlə razılaşıb ona bir neçə gün möhlət vermişdir. Lakin Hüseyn yenə də ona pul verməmişdir. O bir neçə dəfə Cəlilabad şəhəri ərazisində Hüseynlə görüşüb ondan pulunu istəmiş, lakin Hüseyn hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmış və bu günə kimi ondan aldığı 5 ton 187 kiloqram noxud məhsulunun pulunu ümumilikdə 16600 manat pulu qaytarmamışdır. Bu barədə o, Hüseynlə dəfələrlə söhbət edib pulu istəmiş, lakin sonralar Hüseyn Bakı şəhərinə getmiş və istifadə etdiyini mobil nömrələri dəyişmişdir. Bu səbəbdən də o, məcbur olub Hüseynin atası Şahid4lə bu barədə danışmışdır. Hüseynin atası Rövşən hər dəfə ondan xahiş etmişdir ki, onlara biraz vaxt versin ki, pulu qaytarsınlar. Lakin bu günə kimi Təqsirləndirilən şəxs1 ondan aldığı noxud məhsulunun pulu qaytarmamışdır. O, Təqsirləndirilən şəxs1 nisyə şəkildə satmış olduğum noxud məhsulu “Pakistan” növlü noxud məhsulu olmuşdur. Hal-hazırda da ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Ona görə də onlara ağır cəza verilməsini xahiş edir. Şahid – Şahid1 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, Cəlilabad şəhəri ərazisində gündəlik fəhlə kimi işləyərək çörək pulu qazanır. Rəsmi olaraq heç bir yerdə işləmir. Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs1 təxminən iki ilə yaxın müddətdir ki tanıyır. 2023-cü ilin yanvar ayından etibarən Təqsirləndirilən şəxs1 yanında fəhlə kimi işləməyə başlamışdır. Həmin vaxtlar Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə şərik olaraq noxud məhsulllarının alqı-satqısı ilə məşğul olmuşlar. O, Hüseyn və Yalçının aldığı noxud məhsullarını yük avtomobilinə yükləmiş və sonra həmin noxud məhsullarını Hüseynin Cəlilabad şəhərində yerləşən yaşadığı evin həyətinə boşaltmışdır. Təqsirləndirilən şəxs1 ona demişdir ki, aldığı noxud məhsullarını “Bravo” supermarketlər şəbəkəsinə satır. Onunla birlikdə əvvəllər tanıdığı Sadiq adlı şəxs də Hüseynin yanında fəhlə kimi işləmişdir. Hüseyn gündəlik olaraq onlara pul vermişdir. Bir müddət sonra Hüseyn özü tez-tez Bakı şəhərinə getdiyi üçün özünə məxsus “Qazel” markalı yük avtomobilini ona verərək bildirmişdir ki, həm fəhlə kimi işləsin, həm də yük avtomobilini idarə etsin. Bundan sonra, 2023-cü ilin fevral-mart aylarında o, həm fəhlə kimi işləmiş, həm də Təqsirləndirilən şəxs1 məxsus yük maşınını idarə etmişdir. Təqsirləndirilən şəxs1 və şərik işlədiyi Təqsirləndirilən şəxs2 onlara haradan noxud məhsulu götürəcəklərini demiş və o, yük avtomobilini idarə edərək Sadiqlə birlikdə həmin ünvana gedərək noxud məhsulunu yükləyib Hüseynin yaşadığı evə gətirirmişlər. O, çox vaxt noxud məhsullarını Cəlilabad şəhəri ərazisində yerləşən Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə boşaltmışdır. Təqsirləndirilən şəxs1 yaşadığı həyətdə olan noxud məhsullarını ona və Sadiqə yük avtomobilinə yüklədərək özü harasa aparmışdır. O və onunla birlikdə fəhlə kimi işləyən Sadiq adlı şəxs Təqsirləndirilən şəxs1 həmin noxud məhsullarını hara aparmasını və ya kimə satmasını bilməmişlər. Hüseyn onlara demişdir ki, “Bravo” supermarketlər şəbəkəsinə məxsus yük maşını Cəlilabad şəhərinə gəlir və o, noxud məhsullarını onlara aparıb verir. Zərərçəkmiş şəxs1 2023-cü ilin mart ayı ərzində təxminən 5-6 dəfə Hüseynin göstərişi ilə noxud məhsulu yükləyib Hüseynin dediyi yerlərə aparıb vermişdir. Həmin vaxt onunla birlikdə Cəlilabad şəhər sakini Sadiq də olmuşdur. Hüseyn özü mobil telefonla Zərərçəkmiş şəxs1la danışmış və sonra onlara demişdir ki, gedib Vüqarın yaşadığı evdən noxud məhsulunu yükləyib onun dediyi yerə aparsınlar. O, yük avtomobilini idarə etdiyi üçün həmin noxud məhsullarını o özü aparıb Hüseynin dediyi yerlərə boşaltmışdır. Sadiq isə çox vaxt noxud məhsulunu yükləyib çıxıb getmişdir. Bundan başqa 2023-cü ilin mart ayında o, Sadiqlə birlikdə Hüseynin göstərişi ilə Zərərçəkmiş şəxs1 yaşadığı evdən təxminən 5-6 dəfə noxud məhsulu yükləmişlər, lakin neçə ton noxud məhsulunu yüklədiyi yadında deyil. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 aldığı noxud məhsullarını kimə satması barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs1 noxud məhsullarını hansı qiymətə almasından, aldığı noxud məhsullarını kimə satmasından heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 aldığı noxud məhsullarını çox vaxt Təqsirləndirilən şəxs1 yaşadığı evə aparmışdır. O və Sadiq Təqsirləndirilən şəxs2 noxud məhsulu aldığı şəxsləri tanımamışlar. Onlar yanlız Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dediyi yerlərə gedib noxud məhsullarını yük avtomobilinə yükləmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 8000 manat nağd pul verib-verməməsi barədə heç bir məlumatı yoxdur. O, Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs9 əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs9 da noxud məhsulu almışdır. Xatırladığı qədər Təqsirləndirilən şəxs1 təxminən dörd dəfə Zərərçəkmiş şəxs9 noxud məhsulu almışdır. Dəqiq tarixlərini xatırlamasa da ilk dəfə Zərərçəkmiş şəxs9 evinə gedərək oradan noxud məhsullarını Hüseynə məxsus yük maşınına yükləyib Hüseynin yaşadığı evə gətirmişdir. İlk dəfə onunla birlikdə Şahid2 və həmin vaxtlar Hüseynlə şərik işləyən Yalçın adlı şəxs olmuşdur. Sonra onlar noxud məhsullarını yük maşınına yükləyib Təqsirləndirilən şəxs1 yaşadığı evə gətirmişlər. İkinci dəfə isə Zərərçəkmiş şəxs9 yaşadığı evə gedərkən Təqsirləndirilən şəxs1 özü də onlarla birlikdə getmişdir. Hüseyn həmin vaxt Rəşidlə danışıb razılığa gəldikdən sonra onlar noxud məhsulunu yük maşınına yükləyib Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə gətirmişlər. Sonrakı iki dəfə isə xatırladığı qədər Zərərçəkmiş şəxs9 özü noxud məhsullarını Təqsirləndirilən şəxs1 yaşadığı evə göndərib və o, həmin noxud məhsulu Rəşidinin göndərdiyi yük maşınından boşaltmışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs9 nə qədər noxud məhsulu aldığını xatırlamır. Lakin qeyd etdiyi kimi təxminən dörd dəfə Hüseyn Zərərçəkmiş şəxs9 noxud məhsulu almışdır. Təqsirləndirilən şəxs1 həmin noxud məhsullarını hansı qiymətə alıb hansı qiymətə satması barədə onlara heçnə deməmişdir. Onlar fəhlə kimi Hüseynin nisyə şəkildə aldığı noxud məhsulunu yükləyib onun dediyi yerə aparmışlar. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs9 aldığı noxud məhsullarının pulunu ödəyib-ödəməməsi barədə heç bir məlumatım olmamışdır. Şahid – Şahid2 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, o, Cəlilabad şəhəri ərazisində gündəlik fəhlə kimi işləyərək çörək pulu qazanır. Rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanımışdır. Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs1 təxminən beş ilə yaxın müddətdir ki, tanıyır. 2023-cü ilin yanvar ayından etibarən Təqsirləndirilən şəxs1 yanında fəhlə kimi işləməyə başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 və birlikdə şərik olaraq işlədiyi Təqsirləndirilən şəxs2 nisyə şəkildə aldığı noxud məhsullarını yükləyərək fəhlə kimi işləmişdir. Təqsirləndirilən şəxs1 və şərik işlədiyi Təqsirləndirilən şəxs2 onlara haradan noxud götürəcəklərini demişlər və o, Vüsalla birlikdə həmin ünvana gedərək noxud məhsulunu yükləyib Hüseynin yaşadığı evə gətirmişlər. Onlar çox vaxt noxud məhsullarını Cəlilabad şəhəri ərazisində yerləşən Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə gətirmişlər. Təqsirləndirilən şəxs1 yaşadığı həyətdə olan noxud məhsullarını ona və Vüsala yük maşınına yüklədərək özü harasa aparmışdır. Onlar isə Hüseynin həmin noxud məhsullarını hara aparmasını və ya kimə satmasını bilməmişlər. Hüseyn onlara demişdir ki, “Bravo” supermarketlər şəbəkəsinə məxsus yük maşını Cəlilabad şəhərinə gəlir və o, noxud məhsullarını onlara aparıb verir. Zərərçəkmiş şəxs1 2023-cü ilin mart ayı ərzində təxminən 5-6 dəfə Hüseynin göstərişi ilə noxud məhsulu yükləyib Hüseynin dediyi yerlərə boşaltmışlar. Həmin vaxt onunla birlikdə Cəlilabad şəhər sakini Vüsal da olmuşdur. Hüseyn özü mobil telefonla Zərərçəkmiş şəxs1la danışmış və sonra onlara demişdir ki, gedib Vüqarın yaşadığı evdən noxudu yükləyib onun dediyi yerə aparsınlar. 2023-cü ilin mart ayında o, Vüsalla birlikdə Hüseynin göstərişi ilə Zərərçəkmiş şəxs1 yaşadığı evdən təxminən 5-6 dəfə noxud məhsulu yükləmişlər, lakin neçə ton noxud məhsulunu yüklədikləri yadında deyil. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 aldığı noxud məhsullarını kimə satması barədə heç bir məlumatı olmamışdır. Onun aldığı noxud məhsullarını sadəcə olaraq yük avtomobillərinə yükləyib boşaltmışlar. Təqsirləndirilən şəxs1 noxud məhsullarını hansı qiymətə almasından, aldığı noxud məhsullarını kimə satmasından heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 şərik olaraq noxud alveri etmişlər. O, müxtəlif ünvanlardan onların aldıqları noxud məhsullarını yük avtomobilinə yükləmişdir. O, dəfələrlə Təqsirləndirilən şəxs2la birlikdə müxtəlif ünvanlara gedib Təqsirləndirilən şəxs2 aldığı noxud məhsullarını onunla birlikdə fəhlə kimi işləyən Vüsal adlı şəxslə avtomobilinə yükləmişlər. Təqsirləndirilən şəxs2 aldığı noxud məhsullarını çox vaxt Təqsirləndirilən şəxs1 yaşadığı evə aparmışdır. O və Vüsal Təqsirləndirilən şəxs2 noxud məhsulu aldığı şəxsləri tanımamışlar. Onlar yanlız Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dediyi yerlərə gedib noxud məhsullarını yük avtomobilinə yükləmişlər. Onun Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 8000 manat nağd pul verib-verməməsi barədə heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs9 da noxud məhsulu almışdır. Xatırladığı qədər Təqsirləndirilən şəxs1 2023-cü ilin fevral ayı ərzində təxminən iki dəfə Zərərçəkmiş şəxs9 noxud məhsulu almışdır. Dəqiq tarixlərini xatırlamasa da ilk dəfə Zərərçəkmiş şəxs9 evinə gedərək oradan noxud məhsullarını Hüseynə məxsus yük maşınına yükləyib Hüseynin yaşadığı evə gətirmişdir. Həmin vaxt yük maşınını Vüsal idarə etmişdir. Birinci dəfə Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs9 yaşadığı evə getmişlər. Hüseyn həmin vaxt Rəşidlə danışıb razılığa gəldikdən sonra onlar noxud məhsulunu yük maşınına yükləyib Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə gətirmişlər. Sonrakı dəfə isə xatırladığı qədər Zərərçəkmiş şəxs9 özü noxud məhsullarını Təqsirləndirilən şəxs1 yaşadığı evə göndərmiş və o, həmin noxud məhsulunu Rəşidinin göndərdiyi yük maşınından boşaltmışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs9 2023-cü ilin fevral ayı ərzində 5 ton noxud məhsulu almış və o Vüsalla birlikdə həmin noxud məhsullarını yük avtomobilinə yükləmişlər. Təqsirləndirilən şəxs1 həmin noxud məhsullarını hansı qiymətə alıb hansı qiymətə satması barədə onlara heçnə deməmişdir. Onlar fəhlə kimi Hüseynin nisyə şəkildə aldığı noxud məhsulunu yükləyib onun dediyi yerə aparmışlar. O, Təqsirləndirilən şəxs1 yanında yalnız fəhlə kimi işləmiş, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs9 aldığı noxud məhsullarının pulunu ödəyib-ödəməməsi barədə heç bir məlumatı olmamışdır. O, ümumiyyətlə bu barədə Təqsirləndirilən şəxs1 heçnə soruşmamış və Hüseyn özü də bu barədə ona heç vaxt heçnə deməmişdir. Təqsirləndirilən şəxs1 almış olduğu noxud məhsullarının pulunu ödəməsi barədə ona heçnə deməmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs9 aldığı noxud məhsullarının pulunu ödəyib-ödəməməsi barədə heç bir məlumatı olmamışdır. Şahid – Şahid3 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, o, təxminən 25 ilə yaxın müddətdir ki, Cəlilabad rayonu ərazisində dənli bitkilərin alqı-satqısı ilə məşğul olur. Hazırda Cəlilabad şəhərində olan “Rizvan Ticarət” Mərkəzində dənli bitkilərin alqı-satqısı ilə məşğul olur. Aldığı məhsullarını Cəlilabad şəhərində yerləşən özünə məxsus anbarda saxlayır. Təqsirləndirilən şəxs1 2023-cü ilin yanvar ayından tanımış, həmin vaxtlar Təqsirləndirilən şəxs1 ona mobil telefonla zəng edib noxud məhsulu satmaq istədiyini bildirmişdir. O da noxud alveri ilə məşğul olduğu üçün Hüseyndən noxud məhsulu götürə biləcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 onunla noxud alveri etməyə başlamışdır. O, Təqsirləndirilən şəxs1 noxud məhsulunu müxtəlif qiymətlərə almışdır. Noxud məhsulunun qiyməti tez-tez dəyişdiyindən Təqsirləndirilən şəxs1 aldığı noxud məhsullarının qiymətini dəqiq xatırlamır. Təqsirləndirilən şəxs1 ən ucuz aldığı noxud məhsulunu 2 manat 50 qəpikdən almışdır. Təqsirləndirilən şəxs1 noxud məhsullarını ona Cəlilabad şəhərində yerləşən “Rizvan Ticarət” Mərkəzində işlətdiyi dükanda və Cəlilabad şəhərində yerləşən ona məxsus olan anbara gətirərək vermişdir. Təqsirləndirilən şəxs1 ümumilikdə ona 15 ton noxud məhsulu vermişdir. O, Təqsirləndirilən şəxs1 ilə 2023-cü ilin yanvar ayından 2023-cü ilin mart ayının sonuna kimi noxud alveri etmişdir. Həmin müddət ərzində Təqsirləndirilən şəxs1 təxminən15 ton noxud məhsulu satmışdır. Hüseynin ona satmış olduğu noxud məhsullarının kimə məxsus olmasından, Hüseynin həmin noxud məhsullarını kimlərdən alması barədə heç bir məlumatı olmamışdır. O, bir neçə dəfə Təqsirləndirilən şəxs1 ona satdığı noxud məhsullarını haradan aldığını soruşmuş, həmin vaxt Hüseyn ona verdiyi noxud məhsullarını Cəlilabad rayonunun müxtəlif kəndlərindən və Masallı rayonundan aldığı bildirmişdir. Bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri bu cinayət əməlində təqsirləri tam sübuta yetirilmiş, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və onlar həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfinən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Cəlilabad rayon İHB-nin Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25 dekabr 2024-cü il tarixli arayışdan və Elektron Məhkəmə informasiya sistemi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 himayəsində 2014-cü il təvəllüdlü Zaman Ağazadə və 2019-cu il təvəllüdlü Zəhra Ağazadə adlı iki azyaşlı uşağı var. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşaqlarının olmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 05 noyabr 2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 05 noyabr 2023-cü il tarixdə saat 22:45-də Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsə almanın əvvəli 05 noyabr 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Cəlilabad rayonu İHB-nin Cəlilabad şəhər İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş 18 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2008-ci il təvəllüdlü Nərmin Bayramova və 2013-cü il təvəllüdlü Aynur Bayramova adlı bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı var. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs2 himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 29 avqust 2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 29 avqust 2023-cü il tarixdə saat 18:45-də Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsə almanın əvvəli 29 avqust 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə olunmuş, 29 noyabr 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin MSY-dan azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmiş və o, Cəlilabad MSY-dan azad edilmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə mülki iddia, maddi sübit və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 05 noyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclasından həbs edilsin. Həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4cü maddələri ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə ibtidai istintaq zamanı 29 avqust 2023-cü il tarixdən 29 noyabr 2023-cü il tarixədək həbsdə olduğu 3 (üç) ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 11 iyul 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclası zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-88/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-88/2024
11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver