Məhkəmə qərarları › İş №1(073)-89/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-89/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-89/2024 18.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: X3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi (vəkil) X5, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi (vəkil) Müdafiəçi2 iştirakları ilə, xx.xx.1995-ci ildə Cəlilabad rayonu, Alar kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(073)-131/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə 2 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 1 (bir) il 10 (on) ay 09 (doqquz) gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır, Cəlilabad rayonu, Alar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində 06 yanvar 2024-cü il tarixli qərarla həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1989-cu ildə Cəlilabad rayonu, Alar kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Cəlilabad rayonu, Alar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində 06 yanvar 2024-cü il tarixli qərarla polisin nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında,açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, Cəlilabad rayonu, Alar kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasından oğurluq etmək barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 27 dekabr 2023-cü il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasının yaxınlığına gəlib, kiminsə görmədiyinə əmin olaraq əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən yarana biləcək hər hansı təhlükə barədə xəbərdar etmək məqsədilə ərzaq mağazasının qarşısında gözləməsindən sonra cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 özü ilə gətirdiyi istintaqla müəyyən edilməyən predmetlə mağazanın qarşısında olan plastik qapının şüşəsini sındıraraq, mağazaya qanunsuz daxil olub orada olan kassadan 970 manat nəğd pulu götürməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o Cəlilabad rayonu, Alar kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasından oğurluq etmək barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 27 dekabr 2023-cü il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasının yaxınlığına gəlib, kiminsə görmədiyinə əmin olaraq əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən yarana biləcək hər hansı təhlükə barədə xəbərdar etmək məqsədilə Təqsirləndirilən şəxs1 ərzaq mağazasının qarşısında gözləməsindən sonra o, özü ilə gətirdiyi istintaqla müəyyən edilməyən predmetlə mağazanın qarşısında olan plastik qapının şüşəsini sındıraraq, mağazaya qanunsuz daxil olub orada olan kassadan 970 manat nəğd pulu götürməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara istinad olunan cinayəti törətməkdə təqsirləri Təqsirləndirilən şəxs1 ifadəsi, zərərçəkmiş şəxsin, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyərək, verdiyi ifadəsində göstərmişdir ki, həmkəndlisi olan Zərərçəkmiş şəxs ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. Ona məxsus ərzaq mağazasından 970 manat nəğd pulu həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə birlikdə onlar oğurlamışdırlar. Həmən gün o heç Təqsirləndirilən şəxs1 görməmişdir. Belə ki, həmin gün onu həmkəndlisi X10 çağıraraq ona köməylik göstərməsini xahiş etmişdir. O, da gecə saatlarında İlham Mirzəyevin ərzaq mağazasından 200 metir məsafədə olan sahəsində su borusu qırıldığına görə ona kömək edərək qırılan su borusunu dəyişmişlər. Saat neçə olduğu onun yadında deyil, amma təxminən o, 1-2 saata yaxın İlham Mirzəyevə kömək edərək su borusunu dəyişmişlər. Onlar orada iş görəndə işıqlar sönməmişdir. Məhkəmədən barəsində bəraət hökmünün çıxarlmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, həmkəndlisi olan Zərərçəkmiş şəxs ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. Ona məxsus ərzaq mağazasından nəğd pulu həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə onlar oğurlamışlar. Belə ki, 26 dekabr 2023-cü il tarixdə, saat 21 radələrində Vüqarla kənd ərazisində təsadüfən rastlaşmışlar. Vüqar ona Savada məxsus ərzaq mağazasından birlikdə oğurluq etmək barədə təklif etmişdir. Onun maddi vəziyyəti yaxşı olmadığı üçün onunla razılaşmışdır. Razılaşmalarına əsasən 27 dekabr 2023-cü il tarixdə, saat 03 radələrində Alar kəndində yerləşən körpünün yanında Vüqarla görüşmüşlər. Həmin vaxt kəndin bütün işıqlarının sönməsi oğurluq etmək üçün daha əlverişli olmuşdur. Onlar Vüqarla mağazanın qarşısına gəlmişlər. Ətraf obyektlərin ətrafında həmişə gözətçi olmuşdur. Gözətçinin və ya başqa şəxsin onları görəcəyindən qorxduqları üçün o, mağazanın qarşısında dayanmışdır. Planlarına əsasən Vüqar mağazaya daxil olub oğurluğu həyata keçirəcəkmiş. O isə kimsə gələrsə Vüqara bu barədə məlumat verəcəkmiş. Heç kimin onları görmədiyindən əmin olduqdan sonra Vüqar özü ilə gətirdiyi dəmir parçası ilə mağazanın qarşısında olan plastik qapının şüşəsini sındırmış və mağazanın içərisinə daxil olmuşdur. O da həmin vaxt kiminsə gələ bilmə ehtimalına görə ətrafa baxmışdır. Bir neçə dəqiqə sonra mağazanın arxa qapısının açılma səsini eşitmişdir. Artıq Vüqar oğurluq edərək mağazanın arxa qapısından mağazanın arxa tərəfindən çölə çıxmışdır. O da mağazanın arxa tərəfinə getmiş və Vüqarla orada görüşmüşlər. Vüqar cibindən pul çıxararaq, mağazadan cəmisi 280 manat pul çıxdığını bildirmişdir. Sonra isə ona 140 manat pul verərək, onun payına 140 manat düşdüyünü demişdir. O da ona bir söz deməmiş və 140 manatı ondan alaraq oradan uzaqlaşmışdır. Ona çatan 140 manat pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Əməlindən səmimi peşman olduğunu zərəçəkmiş şəxsə ziyanı tam şəkildə ödədiyini və zərəçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildiriək məhkəmədən həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qisminədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yaşadığı Cəlilabad rayonu, Alar kəndində ərzaq mağazası işlədir. Ərzaq mağazasına gecələr Şahid nəzarət edir. Fərail onun mağazasından başqa bir neçə obyektə də nəzarət edir. Onlar bunun müqabilində aylıq olaraq ona pul ödəyirlər. 27 dekabr 2023-cü il tarixdə, saat 04 radələrində evdə yatmışdır. Fərail ona zəng vuraraq mağazasının qapısındakı şüşənin sındığını bildirmişdir. O, dərhal mağazaya getmiş və mağazadakı kassada olan 970 manat pulun yerində olmadığını görmüşdür. Oğurluq barədə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Əvvəlcə DİN-nin 102 xidməti zəng mərkəzinə kassadan 1000 manat oğurlandığını bildirmişdir. Lakin, ona dəymiş maddi ziyanı dəqiq hesabladıqdan sonra oğurlanmış pulun 970 manat olmasını müəyyən etmişdir. Həmçinin oğurluqla bağlı mağazada olan müşahidə kameralarına baxdıqda, oğurluq baş verən anda işıqların söndüyünü, heç bir görüntünün qeydə alınmadığını görmüşdür. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 970 manat maddi ziyan dəymişdir.İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 16 yanvar 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, oğurluq hadisəsi Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən X4 məxsus fərdi yaşayış evinin həyətində baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən X6 ona məxsus noxud məhsullarının oğurlandığı yeri göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qisminədə dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, bir neçə ildir yaşadığı Alar kəndində mühafizəçi işləyir. Eyni zamanda mühafizə həyata keçirdiyi üçün obyekt sahibləri ona aylıq olaraq pul verirlər. Həmin obyektlərdən biri də Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasıdır. 27 dekabr 2023-cü il tarixdə, saat təxminən 04 radələrində onun üçün ayrılmış yerdə əyləşərək yemək yemişdir. Həmin vaxt kəndin bütün işıqları sönmüşdür. Yeməyini yedikdən sonra əl fənərini götürərək mühafizə etdiyi obyektləri gəzməyə başlamışdır. Həmin vaxt Savada məxsus ərzaq mağazasının qapısının şüşəsinin sındığını görmüşdür. Dərhal Savada zəng vuraraq bu barədə məlumat vermişdir. Savad mağazaya gəlmiş və oğurluq barəsində Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə zəng vuraraq məlumat vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi X5 vəsatəti əsasında şahid qisminədə dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun həmkəndlisidir. O, fərdi sahibkarılq fəaliyyəti ilə məşqul olur. xx.xx.2024-cü il tarixdə gecə saatlarında onun ərzaq mağazasından 200 metir məsafədə olan sahəsində su borusu qırıldığına görə Təqsirləndirilən şəxs2 ona kömək etmiş qırılan su borusunu dəyişmişlərbir. Saat neçə olduğu yadında qalmasa da Vuqar Mənsimovla 1 saat 30 dəqiqə bir yerdə orada borunu dəyişmişlər. Onlar orada iş görəndə işıqlar sönməmişdir. O, Təqsirləndirilən şəxs2 gecə saat üç radələrində harada olduğu ilə bağlı xəbəri olmamışdır. İş materiallarında olan 27 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, oğurluq hadisəsi Cəlilabad rayonu, Alar kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasında baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs ona məxsus 970 manat nəğd pulun oğurlandığı yeri göstərmişdir. İş materiallarında olan Cəlilabad RPŞ-dən daxil olan 20 fevral 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 başqa cinayət törətmələri barədə Cəlilabad RPŞ-yə əməliyyat məlumatı daxil olmamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs2 cinayət törədən zaman istifadə etdiyi dəmir parçasının yerini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Cəlilabad RPŞ-dən daxil olan 04 yanvar 2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan oğurluq cinayətinin Cəlilabad rayonu, Alar kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, təqsirləndirilən şəxs Mənsimov X8 rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(073)- 131/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 2 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 53/2023- 20-11 saylı məktubun sürətindən görünür ki, Məmmədov X8 rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(073)-131/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə 2 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 04 yanvar 2024-cü il tarixə 03 (üç) ay 17 (on yeddi) gün cəza çəkilmiş, 1 (bir) il 10 (on) ay 09 (doqquz) gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü ildə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Cəlilabad Rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(073)-01/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmasının əvvəli xx.xx.2024-cü ildən hesablanmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara istinad olunan cinayəti törətmələri tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara istinad olunan cinayəti törətməkdə təqsirlərinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və buna görə də onlara təqsirli bilindikləri maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdə olan Cəlilabad rayon İH Başçısının Alar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Mirzəyev X2 yaşayır və xx.xx.2018-ci il tarixdə doğulmuş Gülcöhrə adında bir azyaşlı qızı var və o, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı qızının olmasını, tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsini və barışıq əldə edilməsini onun cəzasını yüngülləşdirən hal hesab edir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar yoxdur. İşdə olan Cəlilabad rayon İH Başçısının Alar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Mənsimov X1 ailə üvləri ilə birlikdə yaşayır və müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsini və barışıq əldə edilməsini onun cəzasını yüngülləşdirən hal hesab edir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdarılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitidən təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq. hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək həbsdə qaldığı 2 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 02 (iki) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs1 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonu, Alar kəndində yerləşən evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 10 (on) ay 09 (doqquz) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 11 (on bir) ay 4 (dörd) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə uyğun olaraq hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan mərhumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 04 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar