Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-9/2024 19.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 16:00 X18 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1968-ci il tarixdə Cəlilabad rayonu, Göytəpə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Göytəpə şəhəri, Həsənabad küçəsində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 125 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs rəsmi nikah bağlamadan, faktiki ər-arvad münasibətində olmaqla, ondan maddi, mənəvi və sair cəhətdən faktiki asılı vəziyyətdə olan arvadı Zərərçəkmiş şəxs 2021-ci ilin sentyabr ayında, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə və vaxtda, habelə 21 mart 2022-ci il tarixdə saat 08 radələrində ailə münaqişəsi zəmnində aralarında baş vermiş mübahisə zamanı Cəlilabad rayonu. Göytəpə şəhəri, Həsənabad küçəsində yerləşən 03 saylı birlikdə yaşadıqları evdə təhqir edərək və döyərək qarın nahiyəsinə və qollarına dərəcələrinin istintaqla müəyyən edilməsi mümkün olmayan xəsarətlər yetirməklə, həmçinin 11 iyun 2023-cü il tarixdə istintaqla müəyyən edilməmiş vaxtda həmin evdə eyni səbəblərdən döyərək sonuncuya sağlamlığa zərər vurmayan olduqları üçün dərəcəsi təyin edilməyən əlamətlərə malik sol bazunun orta 1/3 hissəsinin bayır səthində 1 (bir) ədəd və sol saidin orta 1/3 hisəsinin içəri səthində bir qədər yuxarıda yerləşmiş 1 (bir) ədəd olmaqla, cəmi 2 (iki) ədəd oval və qeyri-müəyyən formalı, fasiləli qançırlardan ibarət xəsarətlər yetirməklə və təhqir etməklə amansız rəftar edib ləyaqətini mütəmadi olaraq alçaltmış, eləcə də 15 iyun 2023-cü il tarixdə saat 21 radələrində ailə münaqişəsi zəmnində aralarında baş vermiş növbəti mübahisə gedişində həmin fərdi yaşayış evinin həyətində müəyyən zaman fasiləsi ilə təkrarlanmaqla sillə və yumruq zərbələri ilə Zərərçəkmiş şəxs kürək, çiyin və qol nahiyələrinə bir neçə dəfə zərbə vurub sonuncuya sağlamlığa zərər vurmayan olduqları üçün dərəcəsi təyin edilməyən əlamətlərə malik sağ bazunun yuxarı, orta və aşağı 1/3 hissəsinin içəri səthində 7 (yeddi) ədəd, sağ saidin orta 1/3 hissəsinin bayır səthində 1 (bir) ədəd, sol bazunun orta 1/3 hissəsinin içəri səthində 4 (dörd) ədəd və sol saidin orta 1/3 hisəsinin içəri səthində 1 (bir) ədəd olmaqla, cəmi 13 (on üç) ədəd oval və qeyri- müəyyən formalı, fasiləli qançırlar və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ bazunun yuxan 1/3 hissəsinin ön səthində sağ qoltuqaltı nahiyəyə yaxın hissədə qeyri-müəyyən formada hematomadan ibarət bədən xəsarətləri yetirməklə uzun müddət davam edən amansız rəftarı və ləyaqətini mütəmadi olaraq alçaltması səbəbindən, 15 iyun 2023-cü il tarixdə, saat 21 radələrində özünü öldürmək məqsədilə bıçaqla özünə sağlamlığa zərər vurmayan olduqları üçün dərəcəsi təyin edilməyən əlamətlərə malik döş qəfəsinin aşağı hissəsinin ön səthində 5 (beş) ədəd və döş qəfəsinin sağ yarısının aşağı hissəsinin ön səthində 1 (bir) ədəd olmaqla, cəmi 6 (altı) ədəd kəsilmiş səthi yaralardan ibarət xəsarətlər yetirmiş, 16 iyun 2023-cü il tarixdə saat 01:30 radələrində isə yaşadığı evin həyətində yerləşən tövlənin tavanındakı taxta milə bağladığı yaylıqla özünü asaraq intihar etmiş Zərərçəkmiş şəxs özünü öldürmə həddinə çatdırmışdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, mərhum X3 onun arvadı olmuşdur. O, iki dəfə ailə həyatı qurmuşdur. Birinci dəfə 1993-cü ildə X4 ilə ailə həyatı qurmuş, Zülfiyyə Şükürova 1999-cu ilin oktyabr ayında səhhətində olan xəstəliklə əlaqədar ölmüşdür. Bundan sonra, 2002-ci ildə o, Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Onun birinci evlilikdən Adəm, Ülviyyə və Leyla adlı 3 övladı dünyaya gəlmişdir. O, hal-hazırda ünvan 1 ünvanında oğlu Şahid1, gəlini Şahid2 və sonuncunun övladları Kənan, Əli və Ramil ilə birlikdə yaşayır. Mərhum Zərərçəkmiş şəxs da onlarla birlikdə həmin fərdi yaşayış evində yaşamışdır. O, Cəlilabad rayonu ərazisində müxtəlif şəxslərin evlərində fəhlə işləyir. 15 iyun 2023-cü il tarixdə təxminən saat 15 radələrində o, işdən evə qayıtmışdır. O, evə qayıtdıqdan sonra təxminən saat 20:00-dək yaşadıqları fərdi yaşayış evinin yerləşdiyi küçədə ot biçmişdir. Bundan sonra, evə gələrək arvadı Zərərçəkmiş şəxs bildirmişdir ki, ona yemək versin. Zərərçəkmiş şəxs ona bildirmişdir ki, qatıq var, lakin durudur. O da Zərərçəkmiş şəxs demişdir ki, eybi yoxdur, gətir. Həmin vaxt Zərərçəkmiş şəxs əsəbi olduğundan ona sərt reaksiyalar göstərib saymazyana cavablar vermişdir. Bundan sonra, ona bildirmişdir ki, onun əməllərindən bezmişdir, özünü öldürəcək və yemək vermədən yanından uzaqlaşıb yaşadıqları evin həyətində olan tut ağacının altındakı taxta oturacağın üzərində oturmuşdur. Zərərçəkmiş şəxs taxta oturacağın üstündə oturduğu müddət ərzində də onu qıcıqlandırırmış, bu səbəbdən onların arasında sözlü mübahisə yaranmışdır. Bundan sonra, Zərərçəkmiş şəxs daha da uzaqlaşıb fərdi yaşayış evinin kənarında daşın üzərində əyləşmişdir. Zərərçəkmiş şəxs daşın üzərində oturduqdan təxminən 15 dəqiqə sonra, təxminən 21 radələrində o, əsəbi şəkildə Zərərçəkmiş şəxs yaxınlaşıb “nə burda oturmusan, dur gəl, bizimlə otur” demiş və həmin vaxt Zərərçəkmiş şəxs bədəninin qol nahiyəsində tutub kürək, çiyin və qol nahiyələrinə bir neçə dənə yumruq zərbəsi vurmuş, Zərərçəkmiş şəxs sillələmiş və gətirzdirib həmin tut acağının altındakı taxta oturacağın üstündə otuzdurmuşdur. Zərərçəkmiş şəxs gəlib taxta oturacağın üstündə oturduqdan təxminən 40 dəqiqə sonra yenidən evin kənarına gedərək daşın üzərində əyləşmişdir. O, yenidən Zərərçəkmiş şəxs yanına yaxınlaşıb yenə sonuncunun bədəninin kürək, çiyin və qol nahiyələrinə bir neçə dənə yumruq zərbəsi vurmuş, sillələmiş və gətirzdirib yenidən həmin tut acağının altındakı taxta oturacağın üstündə otuzdurmuşdur. Həmin vaxt evin həyətində oğlu Şahid1 də olmuşdur. Şahid1 onlara yaxınlaşaraq onları ayırmışdır. Şahid1 onları ayırdıqdan sonra o, evin həyətində yerləşən yatağın üzərində oturmuş, mərhum Zərərçəkmiş şəxs isə yenidən həyətdə olan tut acağının altındakı taxta oturacaqda əyləşmişdir. Sonuncu mübahisələri yekunlaşdıqdan sonra, təxminən 22 radələrində o, əsəbi olduğu üçün fərdi yaşayış evinin darvazasından küçəyə çıxmış və evin qarşısında daşın üstündə oturmuşdur. O, küçədə daşın üzərində təxminən 5-10 dəqiqə oturduqdan sonra yenidən evə qayıdarkən oğlu Şahid1 qışqıraraq mərhum Zərərçəkmiş şəxs üstünə qaçdığını görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs əlində olan bıçaqla öz bədəninə xəsarətlər yetirirmiş. O və Şahid1 dərhal Zərərçəkmiş şəxs yanına yaxınlaşmışlar. O, Zərərçəkmiş şəxs tutmuş, Şahid1 də bıçağı Zərərçəkmiş şəxs əlindən almışdır. Bildiyinə görə, Zərərçəkmiş şəxs həmin bıçağın evin həyətində olan əl-üz yuma yerinin üzərindən götürmüşdür. Həmin bıçağın göy və qırmızı rəngli dəstəyi olmuşdur. Şahid1 Zərərçəkmiş şəxs əlindən bıçağı aldıqdan sonra sonuncu əl-üzünü yumuş, biraz sakitləşmiş və təxminən saat 22:30 radələrində evin həyətindəki təndirin yanına getmiş və orada oturmuşdur. Zərərçəkmiş şəxs təndiri yanına gedən zaman o da həyətdəki yatağın üzərində oturmuşdur. O, təxminən 1 saat orada oturduqdan sonra yuxusu gəldiyi üçün Zərərçəkmiş şəxs bildirmişdir ki, gecdir, gedib yatsınlar. Lakin Zərərçəkmiş şəxs onunla gəlməyib həyətdə qalmışdır. O isə evə, yatdıqları otağa gedib yatmışdır. Onların arasında mübahisə olan zaman həyətdə oğlu Şahid1 və evin içərisində gəlini Şahid2 olmuşdur. Gəlini Şahid2 nə olması barədə ondan maraqlanmış, o da Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrinə yumruqla zərbələr vuran zaman gəlini Şahid2 da, oğlu Şahid1 də mübahisə etməmələrini, qonşuların səs-küyə gələcəyini bildirirmişlər. Onların arasında olan mübahisə təxminən 3 saat müddətinə davam etmişdir. O, yatdıqdan təxminən 2 saat sonra, təxminən saat 13:30 radələrində evin həyətindəki tövlədə olan qoyun və quzuların səsinə oyanmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs onun yanında yatmamışdır. O, oyandıqdan sonra pencərədən baxıb heyvanların həyətdə olduğunu görmüş və heyvanları tövləyə salmaq üçün həyətə düşmüşdür. O, heyvanları tövləyə saldıqdan sonra tövlənin qapısının necə açıldığından şübhələnmiş və əlində olan “İtel” markalı mobil telefonun fanarı ilə tövləyə nəzər yetirmişdir. O, tövləyə baxan zaman mərhum Zərərçəkmiş şəxs tövlənin içərisindəki otaqda taxta dirəkdən bağlamış olduğu yaylıqla özünü asaraq intihar etdiyini görmüşdür. O, dərhal evə qayıdaraq oğlu Şahid1 çağırmışdır. Şahid1 mərhum Zərərçəkmiş şəxs tutmuş və o, mətbəxdən götürdüyü bıçaqla yaylığı kəsərək mərhum Zərərçəkmiş şəxs yerə endirmişdir. Sonra da evdən götürdükləri xalça vasitəsilə Şahid1 ilə birlikdə mərhum Zərərçəkmiş şəxs fərdi yaşayış evinə aparmışlar. Bundan sonra, onlar X23 məlumat vermişlər. Təcili tibbi yardım avtomobili gəldikdən təxminən 5-10 dəqiqə sonra hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib hadisə yerinə baxış keçirmiş və mərhum Zərərçəkmiş şəxs daxili müayinə olunması üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Zərərçəkmiş şəxs ilə aralarında mübahisələr olduğunu, hətta Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda döydüyünü qəbul edir. Lakin Zərərçəkmiş şəxs onun əməllərinə görə özünü öldürməmişdir. Zərərçəkmiş şəxs tez-tez həyatdan bezdiyini bildirirmiş. Zərərçəkmiş şəxs ilə son zamanlar aralarında tez-tez sözlü mübahisələr olurmuş. Zərərçəkmiş şəxs bu mübahisələr zamanı bildirirmiş ki, həyatdan bezibdir, özünü öldürəcəkdir. Sonuncu dəfə 15 iyun 2023-cü il tarixdə də ifadəsində qeyd etdiyi hadisə baş vermişdir. Fikirləşir ki, mərhum Zərərçəkmiş şəxs 15 iyun 2023-cü il tarixdə olan hadisələrə görə intihar etmişdir. Onunla mərhum Zərərçəkmiş şəxs arasında son zamanlar xeyli sözlü-mübahisələr olmuşdur. Hətta bəzi vaxtlarda o Zərərçəkmiş şəxs əsəbiləşərək sillələr də vurmuşdur. Zərərçəkmiş şəxs əvvəllər özünü öldürməyə cəhd etməmişdir. Ondan başqa kiminsə mərhum Zərərçəkmiş şəxs ilə mübahisəsi olmamışdır. Zərərçəkmiş şəxs hər hansısa psixi xəstəlikdən əziyyət çəkməmişdir. Zərərçəkmiş şəxs evdar qadın olmuş, hər hansı bir əmək fəaliyyəti ilə məşğul olmamışdır. Gündəlik ev ehtiyaclarının hər birini həmişə o, təmin edir. Zərərçəkmiş şəxs intihar etməmişdən bir neçə saat əvvəl Zərərçəkmiş şəxs ilə onun arasında müxtəlif vaxtlarda mübahisələr olmuş və o, hər iki mübahisə zamanı Zərərçəkmiş şəxs bədəninin kürək, çiyin və qol nahiyələrinə bir neçə dənə yumruq zərbəsi vurmuş və sonuncunu sillələmişdir. Bundan əlavə, hadisə baş verməmişdən təxminən 4-5 gün əvvəl, konkret xatırlamadığı tarixdə də ailə daxili məsələrlə bağlı onların arasında mübahisə olmuş və o, Zərərçəkmiş şəxs döymüşdür. Zərərçəkmiş şəxs intihar etməmişdən təxminən 4-5 gün əvvəl, konkret xatırlamadığı tarixdə də ailə daxili məsələrlə bağlı onların arasında mübahisə olmuş və o, Zərərçəkmiş şəxs döymüşdür. 2022-ci ilin “Novruz” bayramı ərəfəsində, konkret olaraq xatırlamadığı tarixdə yaşadıqları evdə mərhum Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmışdır. Həmin mübahisə zamanı Zərərçəkmiş şəxs onu xeyli əsəbiləşdirdiyindən o, özünü saxlaya bilməyərək yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs vurmuşdur. Zərərçəkmiş şəxs da ondan küsərək qardaşı Arif Bəbirovun yaşadığı evə getmiş və 2022-ci ilin iyul ayının ortalarına kimi orada qalmışdır. Daha sonra 2022-ci ilin iyul ayının ortalarında Zərərçəkmiş şəxs qardaşı Arif Bəbirovgildən çıxaraq yaşadıqları evə gəlmiş, lakin o, əsəbi olduğundan Zərərçəkmiş şəxs “gözünün onu görmək istəmədiyini, neçə aydır, niyə qayıtmadığını və gəldiyi yerə qayıtmasını” deyib evə buraxmamışdır. Zərərçəkmiş şəxs da onlarla qonşuluqda yaşayan Zərifə və Sona Almazova bacılarının birlikdə yaşadığı evə gedərək təxminən 10-12 gün müddətinə orada qalmışdır. Həmin vaxt o, Zərərçəkmiş şəxs qonşuda qalmasını qəbul etməyərək həmin evə gedib qonuşlardan Zərərçəkmiş şəxs evə buraxmamalarını tələb etmiş, bir nəticə əldə edə bilmədikdən sonra yaşadıqları evə geri qayıtmışdır. 2021-ci ilin təxminən yay aylarının sonlarında, dəqiq xatırlamadığı tarixlərdə Zərərçəkmiş şəxs ilə aralarında çoxlu mübahisələr olmuşdur. Həmin vaxt aralarında olan sonuncu mübahisə zamanı o, Zərərçəkmiş şəxs əsəbiləşərək döymüşdür, hal-hazırda bədəninin hansı nahiyələrinə vurmağı yadında qalmayıb, lakin Zərərçəkmiş şəxs yumruqla bir neçə zərbə və sillə vurmuşdur. Bundan sonra, Zərərçəkmiş şəxs küsərək Bakı şəhərində yaşayan bacısı Şahid3gilə getmiş və təxminən 4 ay müddətində orada qalmışdır. Zərərçəkmiş şəxs ilə mübahisələri əsasən yeməyin vaxtında hazır olmaması, paltarlarının vaxtında yuyulmaması, ütülənməməsi və sair ailə münaqişələri zəmnində baş vermişdir. Sonuncu mübahisələri olan zaman, yəni 15 iyun 2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs döydükdən sonra sonuncu evin kənarına gedərək daşın üzərində əyləşmişdir. Zərərçəkmiş şəxs adətən mübahisələri olduqdan sonra evdə bir küncə çəkilər və ya həyətdə olan zaman fərdi yaşayış evinin kənarında sakitcə oturarmış. O, Zərərçəkmiş şəxs döydüyünə görə əməlindən peşmandır, onun mərhum Zərərçəkmiş şəxs özünü öldürməsində isə heç bir günahı yoxdur. Zərərçkmişin hüquqi varisi X11 ilə barışmamışdır. Ona görə də məhkəmədən xahiş edirəm Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 125-ci maddəsində nəzərdə tutulan törətmiş olduğu cinayət əməlini etiraf etməsə də, onun ittiham olunduğu cinayəti törətməsi işin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla aşağıdakı qaydada tam sübuta yetirilir və məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə təqsirini etiraf etməməsi özünümüdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi güdür. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməmlini törətməsi isə onun özünün qismən etirafedici ifadəsindən başqa, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspertiza rəyi və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X11 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun doğma bacısı olmuşdur. Zərərçəkmiş şəxs ailə üzvləri Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və sonuncunun övladları Kənan, Əli və Ramillə birlikdə Cəlilabad rayonu, Göytəpə şəhəri, Həsənabad küçəsində yaşamışdır. Zərərçəkmiş şəxs yaşadığı evlə onun yaşadığı ev arasında təxminən 2 kilometr məsafə vardır. Onun Zərərçəkmiş şəxs və ya sonuncunun ailə üzvləri ilə hər hansı bir ədavət və ya düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs evdar qadın olmuşdur. Zərərçəkmiş şəxs onunla münasibəti həmişə yaxşı olmuşdur. Lakin bildiyinə görə, Zərərçəkmiş şəxs ailə üzvləri ilə münasibəti yaxış olmamışdır. Belə ki, eşitdiyinə görə, bacısı Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs və gəlini Şahid2 ilə tez-tez sözlü mübahisələr edirmiş, hətta bir neçə dəfə həmin şəxslər bacısı Zərərçəkmiş şəxs yaşadıqları evin həyətində döymüşlər. Lakin o, Təqsirləndirilən şəxs və Şahid2 Zərərçəkmiş şəxs ilə sözlü mübahisə etməsinin və ya bacısının döyülməsinin şahidi olmamışdır. Hadisə baş verən zaman, yəni 16 iyun 2023-cü il tarixdə gecə saat 01 radələrində o, Cəlilabad rayonu, Göytəpə şəhəri, Həsənabad küçəsində yerləşən fərdi yaşayış evində yatmışdır. Həmin gün səhər saat 04 radələrində qaynı X10 Murad Kamil oğlu yaşadıqları fərdi yaşayış evinə gələrək ona bildirmişdir ki, bacısı Zərərçəkmiş şəxs yaşadıqları evin həyətində yerləşən tövlədə özünü asaraq intihar etmişdir. Həmin vaxt arvadı Şahid7 halı pisləşmiş, o da dərhal təcili-tibbi yardıma məlumat vermişdir. Arvadının halı pisləşdiyi üçün o, hadisə yerinə təxminən saat 08 radələrində getmişdir. O, hadisə yerinə gedən zaman yolda qaynı Kamil Rzayev zəng edərək bildirmişdir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Zərərçəkmiş şəxs daxil müayinə olunması üçün Cəlilabad RMX-yə aparmışlar, müayinə yekunlaşmışdır, meyit yoldadır, dərhal özünü bacısı Zərərçəkmiş şəxsgilə çatdırsın. O, bacısıgilin yaşadığı evə çatanda meyit artıq evdə olmuşdur. Bundan sonra, onlar meyiti Cəlilabad rayonu, Göytəpə şəhəri, Həsənabad küçəsində yerləşən qəbirstanlıqda dəfn etmişlər. O, sonuncu dəfə bacısı Zərərçəkmiş şəxs hadisədən üç ay əvvəl, təxminən 2023-cü ilin mart ayında görmüşdür. O, işi ilə əlaqədar 21 aprel 2023-cü il tarixdən 06 iyun 2023-cü il tarixədək Cəlilabad rayonu ərazisində olmamışdır. O, sonuncu dəfə bacısı Zərərçəkmiş şəxs görən zaman Zərərçəkmiş şəxs hər şeyin qaydasında olduğunu hər hansı bir problemin olmadığını bildirmişdir. Hadisə barədə eşitdiyinə görə, 15 iyun 2023-cü il tarixdə bacısı Zərərçəkmiş şəxs qonşuluğunda yaşayan bir neçə şəxs səs-küy olduğuna görə bacısıgilə yaxınlaşmış, lakin Daxıl Şabyev onları evə buraxmamışdır. Zərərçəkmiş şəxs nə vaxt intihar etməsi, onu tövlədə kimin aşkar etməsi, hansı səbəbə intihar etməsi və ya digər xüsasatlarla bağlı hər hansı bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs 2022-ci ilin “Novruz” bayramı ərəfəsində əri Təqsirləndirilən şəxs və gəlini Şahid2 ilə sözlü mübahisə etdiyindən yaşadıqları evdən onun yaşadığı evə gəlmiş və onlarla birlikdə yaşamışdır. X22 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs intihar etməsinin səbəbi barədə məlumatı yoxdur. Lakin hesab edir ki, Zərərçəkmiş şəxs ailə daxili münaqişələr səbəbindən intihar etmişdir. 15 iyun 2023-cü il tarixdə bacısı Zərərçəkmiş şəxs yaşadığı evdə səs-küy olmasına görə sonuncunun evinə yaxınlaşan şəxslərin kim olması barədə məlumatı yoxdur. Bildiyinə görə, həmin şəxslər bacısı Zərərçəkmiş şəxsgillə qonşuluqda yaşayan şəxslər olmuşdur. Bacısı Zərərçəkmiş şəxs ilə əri Təqsirləndirilən şəxs və gəlini Şahid2 arasında sözlü mübahisələr olması barədə Cəlilabad rayonu, Göytəpə şəhəri, Həsənabad küçəsində yaşayan Şahid15 və Şahid5 ona bildirmişdir. Təqsirləndirilən şəxs və Şahid1 spirtli içki, narkotik vasitə, psixotrop maddə və ya digər hər hansı maddə qəbul edib-etməməsi barədə məlumatı yoxdur. Zərərçəkmiş şəxs əvvəllər özünü öldürməyə cəhd etməmişdir. Zərərçəkmiş şəxs hər hansısa psixi xəstəlikdən əziyyət çəkməmişdir. Zərərçəkmiş şəxs evdar qadın olmuş, hər hansı bir əmək fəaliyyəti ilə məşğul olmamışdır. 21 mart 2022-ci il tarixdə təxminən saat 08 radələrində o, arvadı Şahid7 ilə evdə oturmuşdur. Bu zaman həyət darvazasının açıldığını eşidib gələn şəxsin kim olduğunu bilmək üçün arvadı Şahid7 ilə birlikdə fərdi yaşayış evinin qapısını açaraq evin həyətinə çıxmış və bacısı Zərərçəkmiş şəxs fərdi yaşayış evinin həyətində görmüşdür. Həmin vaxt o, Zərərçəkmiş şəxs gözlərinin dolduğunu görmüş və sonuncudan nə baş verdiyi barədə maraqlanmışdır. Zərərçəkmiş şəxs da ona bildirmişdir ki, son bir neçə gündür, əri Təqsirləndirilən şəxs və gəlinləri Şahid2 ilə mübahisə edirlər, sonuncu mübahisə zamanı da Təqsirləndirilən şəxs əsəbiləşərək Zərərçəkmiş şəxs döymüş, Zərərçəkmiş şəxs da evdə olan daimi söz-söhbət və mübahisələrə dözə bilməyərək çarəsiz şəkildə yaşadıqları evə gəlmişdir. Bacısı Zərərçəkmiş şəxs həmin hadisədən sonra 18 iyul 2022-ci il tarixədək yaşadıqları evdə onlarla qalmşdır. Həmin vaxt bacım Zərərçəkmiş şəxs hər iki qolunda göy və bənövşəyi rəngli qançırlar var imiş. Zərərçəkmiş şəxs həmin qançırları o və arvadı Şahid7 göstərərək həmin xəsarətləri əri Təqsirləndirilən şəxs etdiyini demişdir. Arvadı Şahid7 Zərərçəkmiş şəxs qollarındakı qançırların sağalması üçün həmin yerlərə buz qoyaraq müalicə etməyə çalışmış, lakin həmin qançırlar təxminən 1 həftə ərzində Zərərçəkmiş şəxs qollarından getməmişdir. Bacısı Zərərçəkmiş şəxs qollarındakı xəsarətləri həmin vaxt onlarla birlikdə yaşayan oğlu Taleh Bəbirov və gəlini Sevinc Bəbirova da görmüşdür. Həmin şəxslər hal-hazırda Rusiya Federasiyasında yaşayırlar. Bundan əlavə, qızları Şahid9, Esmira Əzizova və Gülnaz Ağayeva da bacısı Zərərçəkmiş şəxs qollarındakı xəsarətləri görmüşdür. Həmin şəxslərin hər biri ailəli olduqları üçün Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində özlərinə məxsus fərdi yaşayış evlərində yaşayırlar. Lakin onlara baş çəkmək üçün yaşadıqları evə gələn zaman Zərərçəkmiş şəxs nə səbəb onlarda qalması barədə maraqlanmış və xəsarətləri görmüşlər. Şahid13 və X5 ifadələrində göstərdikləri düzgündür. Bacısı Zərərçəkmiş şəxs onların yaşadıqları evdən çıxaraq yaşadıqları evə getmiş, lakin əri Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evə buraxmadığı üçün sonuncu yenidən onlara qayıtmağa utanmış və qonşuluqda yaşayan Zərifə və Sona Almazovaların birlikdə yaşadıqları evə sığınmışdır. 2021-ci ilin sentyabr ayında da bacısı Zərərçəkmiş şəxs ailə üzvləri, xüsusilə də, əri Təqsirləndirilən şəxslə çoxlu mübahisələr edirdi. Bildiyinə görə, bacısı Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs tərəfindən sonuncuya qarşı göstərilən təzyiqlərdən bezdiyi üçün küsərək digər bacısı Şahid3gilə getmişdir. O, bacısı Zərərçəkmiş şəxs digər bacısı Şahid3gilə getdiyini öyrəndikdən sonra mobil telefon vasitəsilə Şahid3 ilə əlaqə saxlayıb Zərərçəkmiş şəxs hansı səbəbə Şahid3gilə getdiyini maraqlanmışdır. Şahid3 ona demişdir ki, Zərərçəkmiş şəxs yaşadıqları evdə əri Təqsirləndirilən şəxs ilə mübahisəsi olmuş və mübahisə zamanı X24 Bəbirovanı vurmuşdur. Zərərçəkmiş şəxs da bu səbəbdən Şahid3gilə getmişdir. Bildiyinə görə, həmin vaxt da Zərərçəkmiş şəxs bədənində xeyli xəsarət olmuşdur. O və arvadı Şahid7 bu mübahisələr barədə bacısı Zərərçəkmiş şəxs dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etməsini məsəhət görmüş, hətta bir neçə dəfə özləri müraciət etmək istəmişlər. Lakin hər dəfə bacısı Zərərçəkmiş şəxs ailəsinin dağılmaması və yaşadıqları küçədə adının hallanmaması üçün onları müraciət etməyə qoymamış, özü də müraciət etməmişdir. O, bacısı Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs və ya digər hər hansısa şəxs tərəfindən döyülməsinin şahidi olmamışdır. Lakin bacısı Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü Zərərçəkmiş şəxs özündən eşitmiş və 2022ci ilin mart ayında bacısı Zərərçəkmiş şəxs yaşadıqları evə gələn zaman qolundakı qançırları özü görmüşdür. O, Təqsirləndirilən şəxs və ya başqa hər hansısa şəxsin bacısı Zərərçəkmiş şəxs təhqir etməsinin şahidi olmamışdır. Lakin Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs barəsində sonuncu ilə aralarında ailə daxili məsələrlə bağlı tez-tez mübahisələr olduğunu və hər bir mübahisə zamanı əri Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə pis rəftar edərək təhqir etdiyini bildirirmiş. Hal-hazırda o, Təqsirləndirilən şəxs ilə barışmamışdır. Məhkəmədən Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini xahiş edir. Şahid- Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs ikinci arvadı olmuşdur. Atası Təqsirləndirilən şəxs iki dəfə ailə həyatı qurmuşdur. Birinci dəfə 1993-cü ildə onun doğma anası X4 ilə ailə həyatı qurmuşdur. X16 1999-cu ilin oktyabr ayında səhhətində olan xəstəliklə əlaqədar vəfat etmişdir. Bundan sonra, 2002-ci ildə atası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. O, hal-hazırda ünvan 2 ünvanında atası Təqsirləndirilən şəxs, arvadı Şahid2 və övladları ilə birlikdə yaşayır. Mərhum Zərərçəkmiş şəxs da onlarla birlikdə həmin fərdi yaşayış evində yaşamışdır. Atası Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində müxtəlif şəxslərin evlərində fəhlə işləyir. 15 iyun 2023-cü il tarixdə təxminən saat 15 radələrində atası Daxil Şabıyev işdən evə qayıtmışdır. Atası Təqsirləndirilən şəxs evə qayıtdıqdan sonra təxminən saat 20:00-dək yaşadıqları fərdi yaşayış evinin yerləşdiyi küçədə ot biçmişdir. Bundan sonra, atası Təqsirləndirilən şəxs evə gələrək mərhum Zərərçəkmiş şəxs bildirmişdir ki, ona yemək versin. Zərərçəkmiş şəxs da bildirmişdir ki, qatıq var, lakin durudur. X25 də ona demişdir ki, eybi yoxdur, gətir. Həmin vaxt Zərərçəkmiş şəxs əsəbi olduğundan atası Təqsirləndirilən şəxs sərt reaksiyalar göstərib saymazyana cavablar vermişdir. Bundan sonra, Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs bildirmişdir ki, onun əməllərindən bezib, özünü öldürəcək və yemək vermədən atasının yanından uzaqlaşıb yaşadıqları evin həyətində olan tut acağının altındakı taxta oturacağın üzərində oturmuşdur. O, taxta oturacağın üstündə oturduğu müddət ərzində də atası Təqsirləndirilən şəxs qıcıqlandırmış, bu səbəbdən onların arasında sözlü mübahisə yaranmışdır. Bundan sonra, Zərərçəkmiş şəxs daha da uzaqlaşıb fərdi yaşayış evinin kənarında daşın üzərində əyləşmişdir. Zərərçəkmiş şəxs daşın üzərində oturduqdan təxminən 15 dəqiqə sonra, təxminən saat 21 radələrində atası Təqsirləndirilən şəxs əsəbi şəkildə Zərərçəkmiş şəxs yaxınlaşıb “nə burda oturmusan, dur gəl, bizimlə otur” demiş və həmin vaxt sonuncunun bədəninin qol nahiyəsindən tutub kürək, çiyin və qol nahiyələrinə bir neçə dənə yumruq zərbəsi vurmuş, onu şillələmiş və gətirib həmin tut acağının altındakı taxta oturacağın üstündə otuzdurmuşdur. Zərərçəkmiş şəxs taxta oturacağın üstündə oturduqdan təxminən 40 dəqiqə sonra yenidən evin kənarına gedərək daşın üzərində əyləşmişdir. Atası Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs yanına axınlaşıb yenə sonuncunun bədəninin kürək, çiyin və qol nahiyələrinə bir neçə dənə yumruq zərbəsi vurmuş, onu şillələmiş və gətirib yenidən həmin tut acağının altındakı taxta oturacağın üstündə otuzdurmuşdur. Həmin vaxt evin həyətində o, olmuşdur. O, atasına yaxınlaşaraq onları ayırmışdır. O, atasını ayırdıqdan sonra atası evin həyətində yerləşən yatağın üzərində oturmuş, mərhum Zərərçəkmiş şəxs isə yenidən həyətdə olan tut acağının altındakı taxta oturacaqda əyləşmişdir. Sonuncu mübahisələri yekunlaşdıqdan sonra, təxminən saat 22 radələrində atası əsəbi olduğu üçün fərdi yaşayış evlərinin darvazasından küçəyə çıxmışdır. Atası Təqsirləndirilən şəxs evdən çıxdıqdan təxminən 5- 10 dəqiqə sonra yenidən evə qayıdarkən o, Zərərçəkmiş şəxs bıçaqla qarın nahiyəsinə xəsarət yetirdiyini görmüş və qışqıraraq onun üzərinə getmişdir. O və atası Təqsirləndirilən şəxs dərhal Zərərçəkmiş şəxs yanına yaxınlaşmışlar. Atası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tutmuş, o da bıçağı Zərərçəkmiş şəxs əlindən almışdır. Zərərçəkmiş şəxs həmin bıçağı evin həyətində olan əl-üz yuma yerinin üzərindən götürmüşdür. Həmin bıçağın göy və qırmızı rəngli dəstəyi olmuşdur. O, Zərərçəkmiş şəxs əlindən bıçağı aldıqdan sonra sonuncu əl-üzünü yumuş, biraz sakitləşmiş və təxminən saat 22:30 radələrində evin həyətindəki təndirin yanına getmiş və orada oturmuşdur. Zərərçəkmiş şəxs təndirin yanına gedən zaman atası Təqsirləndirilən şəxs də həyətdəki yatağın üzərində oturmuşdur. Bundan sonra, təxminən saat 23 radələrində o, yatmaq üçün evə getmişdir. Atası Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında mübahisə olan zaman həyətdə o, olmuş, arvadı Şahid2 isə evdə olmuşdur. Şahid2 nə olması barədə ondan maraqlanmış, o da Şahid2 atası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini bildirmişdir. Atası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrinə yumruqla zərbələr vuran zaman Şahid2 da, o da mübahisə etməmələrini, qonşuların səs-küyə gələcəyini bildirmişlər. Lakin onlar çox da məhəl qoymayıb mübahisəni davam etdirmişlər. Bildiyinə görə, atası yatdıqdan təxminən 2 saat sonra, təxminən saat 01:30 radələrində evin həyətindəki tövlədə olan qoyun və quzuların səsinə oyanmış. Həmin vaxt Zərərçəkmiş şəxs onun yanında olmamışdır. X25 oyandıqdan sonra pəncərədən baxıb heyvanların həyətdə olduğunu görmüş və heyvanları tövləyə salmaq üçün həyətə düşmüşdür. Atası heyvanları tövləyə saldıqdan sonra tövlənin qapısının necə açıldığında şübhələnmiş və əlində olan mobil telefonun fanarı ilə tövləyə nəzər yetirmişdir. Atası Təqsirləndirilən şəxs tövləyə baxan zaman mərhum Zərərçəkmiş şəxs tövlənin içərisindəki otaqda taxta dirəkdən bağlamış olduğu yaylıqla özünü asaraq intihar etdiyini görmüş və dərhal evə qayıdaraq onu çağırmışdır. Bundan sonra, o, mərhum Zərərçəkmiş şəxs tutmuş və atası Təqsirləndirilən şəxs isə mətbəxdən götürdüyü bıçaqla yaylığı kəsərək mərhum Zərərçəkmiş şəxs yerə endirmişdir. Sonra da evdən götürdükləri xalça vasitəsilə atası ilə birlikdə mərhum Zərərçəkmiş şəxs fərdi yaşayış evinə aparmışlar. Bundan sonra, onlar X23 məlumat vermişlər. Təcili tibbi yardım avtomobili gəldikdən təxminən 5-10 dəqiqə sonra hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər və mərhum Zərərçəkmiş şəxs daxili müayinə olunması üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Son zamanlar Zərərçəkmiş şəxs ilə atası Təqsirləndirilən şəxs arasında tez-tez sözlü mübahisələr olmuşdur. Zərərçəkmiş şəxs bu mübahisələr zamanı bildirmişdir ki, həyatdan bezib, özünü öldürəcəkdir. Sonuncu dəfə 15 iyun 2023-cü il tarixdə də hadisə baş vermişdir. Fikirləşir ki, mərhum Zərərçəkmiş şəxs 15 iyun 2023-cü il tarixdə olan hadisələrə görə intihar etmişdir. Şahid- Şahid2 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Mərhum Zərərçəkmiş şəxs qayınatası Təqsirləndirilən şəxs ikinci arvadı olub. Qaynatası Təqsirləndirilən şəxs iki dəfə ailə həyatı qurmuşdur. Birinci dəfə 1993-cü ildə əri Şahid1 doğma anası X7 ilə ailə həyatı qurmuşdur. Zülfiyyə Şükürova 1999-cu ilin oktyabr ayında səhhətində olan xəstəliklə əlaqədar ölmüşdür. Bundan sonra, 2002-ci ildə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. O, hal-hazırda ünvan 3 ünvanında Təqsirləndirilən şəxs, əri Şahid1 və övladları ilə birlikdə yaşayır. Mərhum Zərərçəkmiş şəxs da onlarla birlikdə həmin fərdi yaşayış evində yaşamışdır. Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində müxtəlif şəxslərin evində fəhlə işləyir. 15 iyun 2023-cü il tarixdə təxminən saat 15 radələrində Təqsirləndirilən şəxs işdən evə qayıtmışdır. O, evə qayıtdıqdan sonra təxminən saat 23:00-dək yaşadıqları fərdi yaşayış evinin yerləşdiyi küçədə ot biçmişdir. Bundan sonra, bildiyinə görə o, evdə uşaqları çimizdirən zaman Təqsirləndirilən şəxs evə gələrək Zərərçəkmiş şəxs bildirmişdir ki, ona yemək versin. Zərərçəkmiş şəxs da ona bildirmişdir - qatıq var, lakin durudur. Daxıl Şəbiyev də ona demişdir ki, eybi yoxdur, gətirsin. Həmin vaxt Zərərçəkmiş şəxs əsəbi olduğundan Təqsirləndirilən şəxs sərt reaksiyalar göstərib saymazyana cavablar vermişdir. Bundan sonra, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, onun əməllərindən bezib, özünü öldürəcək və yemək vermədən Təqsirləndirilən şəxs yanından uzaqlaşıb yaşadıqları evin həyətində olan tut acağının altındakı taxta oturacağın üzərində oturmuşdur. Mənsurə Bənirova taxta oturacağın üstündə oturduğu müddət ərzində də Təqsirləndirilən şəxs qıcıqlandırırmış, bu səbəbdən onların arasında sözlü mübahisə yaranmışdır. Bundan sonra, Zərərçəkmiş şəxs daha da uzaqlaşıb fərdi yaşayış evinin kənarında daşın üzərində əyləşmişdir. Zərərçəkmiş şəxs daşın üzərində oturduqdan təxminən 15 dəqiqə sonra, təxminən saat 21 radələrində Təqsirləndirilən şəxs əsəbi şəkildə Zərərçəkmiş şəxs yaxınlaşıb “nə burda oturmusan, dur gəl, bizimlə otur” demiş və həmin vaxt sonuncunun bədəninin qol nahiyəsindən tutub kürək, çiyin və qol nahiyələrinə bir neçə dənə yumruq zərbəsi vurmuş, onu şillələmiş və gətirib həmin tut acağının altındakı taxta oturacağın üstündə otuzdurmuşdur. Zərərçəkmiş şəxs gəlib taxta oturacağın üstündə oturduqdan təxminən 40 dəqiqə sonra yenidən evin kənarına gedərək daşın üzərində əyləşmişdir. Təqsirləndirilən şəxs yenidən Mənsurə Bəbırovanın yanına yaxınlaşıb yenə sonuncunun bədəninin kürək, çiyin və qol nahiyələrinə bir neçə dənə yumruq zərbəsi vurmuş, onu şillələmiş və gətirib yenidən həmin tut acağının altındakı taxta oturacağın üstündə otuzdurmuşdur. Həmin vaxt evin həyətində əri Şahid1 də olmuşdur. Şahid1 də onlara yaxınlaşaraq onları ayırmışdır. Şahid1 onları ayırdıqdan sonra Təqsirləndirilən şəxs evin həyətində yerləşən yatağın üzərində oturmuş, mərhum Zərərçəkmiş şəxs isə yenidən həyətdə olan tut acağının altındakı taxta oturacaqda əyləşmişdir. Sonuncu mübahisələri yekunlaşdıqdan sonra, təxminən saat 22 radələrində Təqsirləndirilən şəxs əsəbi olduğu üçün fərdi yaşayış evlərinin darvazasından küçəyə çıxmışdır. Təqsirləndirilən şəxs evdən çıxdıqdan təxminən 5-10 dəqiqə sonra yenidən evə qayıdarkən Şahid1 Zərərçəkmiş şəxs bıçaqla qarın nahiyəsinə xəsarət yetirdiyini görmüş və qışqıraraq onun üzərinə qaçmışdır. Əri Şahid1 və qayınatası Təqsirləndirilən şəxs dərhal Zərərçəkmiş şəxs yanına yaxınlaşmışlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tutmuş. Şahid1 də bıçağı Zərərçəkmiş şəxs əlindən almışdır. Bildiyinə görə, Zərərçəkmiş şəxs həmin bıçağı evin həyətində olan əl-üz yuma yerinin üzərindən götürmüşdür. Əri Şahid1 Zərərçəkmiş şəxs əlindən bıçağı aldıqdan sonra sonuncu əl-üzünü yumuş, biraz sakitləşmiş və təxminən saat 22:30 radələrində evin həyətindəki təndirin yanına getmiş və orada oturmuşdur. Zərərçəkmiş şəxs təndirin yanına gedən zaman Təqsirləndirilən şəxs də həyətdəki yatağın üzərində oturmuşdur. O, həmin gün uşaqları çimizdirib yatızdırdığı üçün evin həyətinə çıxmamışdır. Həmin gün təxminən saat 23 radələrində əri Şahid1 evə gəlmiş və onlar yatmaq üçün otağa getmişlər. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında mübahisə olan zaman həyətdə Şahid1 olmuş, o, isə evdə olmuşdur. O, sonradan əri Şahid1 nə olduğu barədə maraqlanmış, o da ona Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini bildirmişdir. Bildiyinə görə, daha sonra təxminən saat 23 radələrində Təqsirləndirilən şəxs yatmaq üçün evə gəlmişdir. Təqsirləndirilən şəxs yatdıqdan təxminən 2 saat sonra, təxminən saat 01:30 radələrində evin həyətindəki tövlədə olan qoyun və quzuların səsinə oyanmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs onun yanında olmamışdır. Daxıl Şəbiyev oyandıqdan sonra pencərədən baxıb eyvanların həyətdə olduğunu görmüş və heyvanları tövləyə salmaq üçün həyətə düşmüşdür. Təqsirləndirilən şəxs heyvanları tövləyə saldıqdan sonra tövlənin qapısının necə açıldığından şübhələnmiş və əlində olan mobil telefonun fanarı ilə tövləyə nəzər yetirmişdir. O, tövləyə baxan zman mərhum Zərərçəkmiş şəxs tövlənin içərisindəki otaqda taxta dirəkdən bağlamış olduğu yaylıqla özünü asaraq intihar etdiyini görmüş və dərhal evə qayıdaraq əri Adəm Sabıyevi çağırmışdır. Ona da bildirmişdir ki, dərhal su gətirsin. O, suyu götürüb tövləyə gedən zaman onlar artıq mərhum Zərərçəkmiş şəxs yerə endirmişlər. Sonra da evdən götürdükləri xalça vasitəsilə əri Adəm Təqsirləndirilən şəxs Şabıyevlə birlikdə mərhum Zərərçəkmiş şəxs fərdi yaşayış evinə aparmışlar. Bundan sonra, onlar X23 məlumat vermişlər. Təcili tibbi yardım avtomobili gəldikdən təxminən 5-10 dəqiqə sonra hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər və mərhum Zərərçəkmiş şəxs daxili müayinə olunması üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. O, hesab edir ki, mərhum Zərərçəkmiş şəxs 15 iyun 2023-cü il tarixdə olan hadisələrə görə intihar etmişdir. Şahid- Şahid3 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yaşayır. Mərhum Zərərçəkmiş şəxs onun doğma bacısı olmuşdur. Bacısı Zərərçəkmiş şəxs ailə üzvləri Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və sonuncuların övladları ilə birlikdə Cəlilabad rayonu, Göytəpə şəhəri, Həsənabad küçəsində yaşamışdır. Onun Zərərçəkmiş şəxs və ya onun ailə üzvləri ilə hər hansı bir ədavət və ya düşmənçiliyi omamışdır. Zərərçəkmiş şəxs evdar qadın olmuşdur. Zərərçəkmiş şəxs onunla münasibəti həmişə yaxşı olmuşdur. Lakin bildiyinə görə, Zərərçəkmiş şəxs ailə üzvləri ilə münasibəti yaxışı olmamışdır. Belə ki, eşitdiyinə görə, bacısı Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs, ögey oğlu Şahid1 və gəlini Şahid2 ilə tez-tez sözlü mübahisələr etmiş, hətta bır neçə səfə həmin şəxslər bacısı Zərərçəkmiş şəxs yaşadıqları evin həyətində döymüşlər. Lakin o, Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 Zərərçəkmiş şəxs ilə sözlü mübahısə etmələrinin və ya bacısını döyülmələrinin şahidi olmamışdır. Hadisə baş verən zaman, yəni 16 iyun 2023-cü il tarixdə gecə saat 01 radələrində o, Bakı şəhərində yaşadığı evdə olmuşdur. Həmin gün səhər təxminən 07 radələrində xalası oğlu Kamil Rzayev ona zəng edərək bildirmişdir ki, bacısı Zərərçəkmiş şəxs yaşadıqları evin həyətində yerləşən tövlədə özünü asaraq intihar etmişdir. O da dərhal Bakı şəhərindən Cəlilabad rayonu, Göytəpə şəhəri, Həsənabad küçəsinə bacısı Zərərçəkmiş şəxs yaşadığı evə gəlmişdir. O, bacısıgilin yaşadığı evə çatan zaman bacısı Zərərçəkmiş şəxs meyiti həyətdə olmuşdur. O, çatdıqdan təxminən yarım saat sonra bacısının meyitini Cəlilabad rayonu, Göytəpə şəhəri, Həsənabad küçəsində yerləşən qəbirstanlıqda dəfn etmişlər. O, sonuncu dəfə bacısı Mənsurə Bəbırovanı təxminən hadisədən bir il əvvəl, bacısı Zərərçəkmiş şəxs Bakı şəhərinə yaşadıqları evə gələn zaman görmüşdür. Həmin vaxt bacısı Zərərçəkmiş şəxs ilə ailə üzvləri arasında sözlü mübahisələr olduğundan bacısı Mənsurə müvəqqəti olaraq yaşamaq üçün onlara gəlmişdir. Həmin vaxt bacısı Zərərçəkmiş şəxs təxminən 4 ay müddətində onlarda qalmışdır. Hadisə barədə eşitdiyinə görə 15 iyun 2023-cü il tarixdə, saat 11-12 radələrində bacısı Zərərçəkmiş şəxs ilə ailə üzvləri Təqsirləndirilən şəxs, Şahid1 və gəlinin Şahid2 arasında mübahisə olmuşdur, hətta həmin şəxslər bacısını evin həyətində döymüşlər. Təqsirləndirilən şəxs də səs-küyə gələn qonşuları evə buraxmamışdır. Zərərçəkmiş şəxs nə vaxt intihar etməsi, onu tövlədə kimin aşkar etməsi, hansı səbəbə intihar etməsi və ya digər xüsasatlarla bağlı hər hansı bır məlumatı yoxdur. Lakin hesab edir ki, bacısı Zərərçəkmiş şəxs ailə daxili münaqişələr səbəbindən intihar enişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 və Şahid11 və Şahid12 İbeyis oğlu da eyni məzmunlu ifadələr verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid- Şahid7 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun xalası qızı, eyni zamanda baldızı olmuşdur. Mənsurə Bəbiroav ailə üzvləri Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və sonuncun övladları ilə birlikdə Cəlilabad rayonu, Göytəpə şəhəri, Həsənabad küçəsində yaşamışdır. Zərərçəkmiş şəxs yaşadığı evlə onun yaşadığı ev arasında təxminən 2 kilometr məsafə vardır. Onun Zərərçəkmiş şəxs və ya onun ailə üzvləri ilə hər hansı bir ədavət və ya düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs evdar qadın olmuşdur. O, ara-sıra sahələrə gedərək çiyələk yığmışdır. Zərərçəkmiş şəxs onunla münasibəti həmişə yaxşı olmuşdur. Lakin bildiyinə görə, onun ailə üzvləri ilə münasibəti yaxşı olmamışdır. Belə ki, Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs və gəlini Şahid2 ilə tez-tez sözlü mübahisələr etmiş, hətta eşitdiyinə görə, bir neçə dəfə həmin şəxslər Zərərçəkmiş şəxs yaşadıqları evin həyətində döymüşlər. Lakin o, Təqsirləndirilən şəxs və Şahid2 Zərərçəkmiş şəxs ilə sözlü mübahisə etməsinin və ya Zərərçəkmiş şəxs döyülməsinin şahidi olmamışdır. Hadisə baş verən zaman, yəni 16 iyun 2023-cu ıl tarixdə, gecə saat 01 radələrində o, Cəlilabad rayonu, Göytəpə şəhəri, Həsənabad küçəsində yerləşən fərdi yaşayış evində olmuşdur. Həmin vaxt o, yatmışdır. Həmin gün səhər saat 04 radələrində qardaşı X10 Murad Kamil oğlu yaşadıqları fərdi yaşayış evinə gələrək onlara bildirmişdir ki, Zərərçəkmiş şəxs yaşadıqları evin həyətində yerləşən tövlədə özünü asaraq intihar etmişdir. Həmin vaxt onun halı pisləşmiş, əri Arif Bəbirov da dərhal təcili-tibbi yardıma məlumat vermişdir. Halı pisləşdiyi üçün o, həmin gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına getmiş, hadisə yerində ümumiyyətlə olmamışdır. O, sonuncu dəfə Zərərçəkmiş şəxs hadisədən 2 ay əvvəl, təxminən 2023-cü ilin may ayında qonşuluqda olan yas mərasimində görmüşdür. O, sonuncu dəfə Zərərçəkmiş şəxs görən zaman Mənsurə hər hansı bir problem olaması barədə ona bildirməmişdir. Hadisə barədə eşitdiyinə görə, 16 iyun 2023-cü il tarixdə saat təxminən 01 radələrində Zərərçəkmiş şəxs yaşadıqları evin həyətində yerləşən tövlədə özünü asaraq intihar etmişdir. Zərərçəkmiş şəxs nə vaxt intihar etməsi, onu tövlədə kimin aşkar etməsi, hansı səbəbə intihar etməsi və ya digər xüsasatlarla bağlı hər hansı bir məlumatı yoxdur. 21 mart 2022-ci il tarixdə təxminən saat 08 radələrində o, əri Arif Bəbirov ilə evdə oturmuşdur. Bu zaman həyət darvazasının açıldığını eşitmiş, gələn şəxsin kim olduğunu bilmək üçün əri Arif Bəbirov ilə birlikdə fərdi yaşayış evinin qapısını açaraq evin həyətinə çıxmışlar və Zərərçəkmiş şəxs fərdi yaşayış evinin həyətində görmüşlər. Həmin vaxt onlar Zərərçəkmiş şəxs əhvalının yaxşı olmadığını görmüşlər və ondan nə baş verdiyi barədə maraqlanmışlar. Zərərçəkmiş şəxs da onlara bildirmişdir kı, son bir neçə gündür, əri Təqsirləndirilən şəxs və gəlini Şahid2 ilə mübahisə edirlər, sonuncu mübahisə zamanı da Təqsirləndirilən şəxs əsəbiləşərək onu döymüş, o da evdə olan daimi söz- söhbət və mübahisələrə dözə bilməyərək çarəsiz şəkildə yaşadıqları evə gəlmişdir. Zərərçəkmiş şəxs həmin hadisədən sonra 18 iyul 2022-ci il tarixədək yaşadıqları evdə onlarla qalmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs hər iki qolunda göy və bənövşəyi rəngli qançırlar olmuşdur. Zərərçəkmiş şəxs həmin qançırları ona və əri Arif Bəbirova göstərərək həmin xəsarətləri əri Təqsirləndirilən şəxs etdiyini demişdir. O, Zərərçəkmiş şəxs qollarındakı qançırların sağalması üçün həmin yerlərə buz qoyaraq müalicə etməyə çalışmış, lakın həmin qançırlar təxminən 1 həftə ərzində Zərərçəkmiş şəxs qollarından getməmişdir. Zərərçəkmiş şəxs təxminən 10-12 gün müddətində onlarda qalmış, daha sonra yenidən yaşadıqları evə qayıtmışdır. Zərərçəkmiş şəxs həmçinin 2021-ci ilin avqust ayında Bakı şəhərinə gedərək bacısı Şahid3gildə təxminən 4 ay qalmışdır. Həmin vaxt da Zərərçəkmiş şəxs ailələrində olan söz-söhbətdən bezdiyi və əri Təqsirləndirilən şəxs tərəfindən tez-tez döyüldüyü üçün bacısı Şahid3gilə getmişdir. Zərərçəkmiş şəxs intihar etməsinin səbəbi barədə dəqiq məlumatı yoxdur. Lakin hesab edir ki, o, ailə daxili münaqişələr səbəbindən intihar etmişdir. Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs barəsində sonuncu ilə aralarında ailə daxili məsələrlə bağlı tez-tez mübahisələr olduğunu və hər bir mübahisə zamanı əri Təqsirləndirilən şəxs onunla pis rəftar edərək təhqir etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 və Şahid10 da eyni məzmunlu ifadələr verərək Şahid7 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid- Şahid15 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun əmisi qızı olmuşdur. Zərərçəkmiş şəxs həmçinin onun yaşadığı küçədə yaşamışdır. Onun yaşadığı evlə Zərərçəkmiş şəxs yaşadığı ev arasında təxminən 1 kilometr məsafə olmuşdur. Zərərçəkmiş şəxs ailə üzvləri Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və sonuncun övladları ilə birlikdə Cəlilabad rayonu, Göytəpə şəhəri, Həsənabad küçəsində yaşamışdır. Onun Zərərçəkmiş şəxs və ya sonuncunun ailə üzvləri ilə hər hansı bir ədavət və ya düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs evdar qadın olmuşdur. Lakin ara-sıra çiyələk sahələrinə işləmək üçün getmişdir. Zərərçəkmiş şəxs onunla münasibəti həmişə yaxşı olmuşdur. Lakin bildiyinə görə, Zərərçəkmiş şəxs ailə üzvləri ilə münasibəti yaxşı olmamışdır. Belə ki, eşitdiyinə görə, Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs və gəlini Şahid2 ilə tez-tez sözlü mübahisələr edirmiş, hətta bir neçə dəfə həmin şəxslər Zərərçəkmiş şəxs yaşadıqları evin həyətində döymüşlər. Lakin o, Təqsirləndirilən şəxs və Şahid2 Zərərçəkmiş şəxs ilə sözlü mübahisə etməsinin və ya sonuncunun döyülməsinin şahidi olmamışdır. Hadisə baş verən zaman, yəni 16 iyun 2023-cü il tarixdə gecə saat 01 radələrində o, Cəlilabad rayonu, Göytəpə şəhəri, Həsənabad küçəsində yerləşən fərdi yaşayış evində yatmışdır. Həmin gün səhər saat 03 radələrində bibisi oğlu Nadir Rzayev ona zəng edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs yaşadıqları evin həyətində yerləşən tövlədə özünü asaraq intihar etmişdir. O, həmin gün səhər təxminən saat 07 radələrində Zərərçəkmiş şəxs yaşadığı evə getmiş, həmin vaxt Zərərçəkmiş şəxs meyiti daxil müayinə olunması üçün Cəlilabad RMX-yə aparılmışdır. Mərhum Zərərçəkmiş şəxs meyiti Cəlilabad RMX-dan gəldikdən sonra sonuncunu Cəlilabad rayonu, Göytəpə şəhəri, Həsənabad küçəsində yerləşən qəbirstanlıqda dəfn etmişlər. O, sonuncu dəfə Zərərçəkmiş şəxs 12 iyun 2023-cü ilin tarixdə təxminən saat 15 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri, Həsənabad küçəsində Zərərçəkmiş şəxs heyvanları otaran zaman görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs ona bildirmişdir ki, əri Təqsirləndirilən şəxs ilə tez-tez sözlü mübahisələr edir və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyür. Hətta Zərərçəkmiş şəxs həmin vaxt ona bildirmişdir ki, əvvəlki gün, yəni 11 iyun 2023-cü il tarixdə də Təqsirləndirilən şəxs onu döymüşdür. O da Zərərçəkmiş şəxs bildirmişdir ki, əri Təqsirləndirilən şəxsdan ayrılıb qardaşıgildə yaşasın, lakin Zərərçəkmiş şəxs razı olmamışdır. Hadisə barədə eşitdiyinə görə, 15 iyun 2023-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs ilə ailə üzvləri arasında yemək ilə əlaqədar sözlü mübahisə olmuş, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döymüşdür. Lakin o, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyməsinin şahidi olmamışdır. Zərərçəkmiş şəxs nə vaxt intihar etməsi, sonuncunu tövlədə kimin aşkar etməsi, hansı səbəbə intihar etməsi və ya digər xüsasatlarla bağlı hər hansı bir məlumatı yoxdur. Onun Zərərçəkmiş şəxs intihar etməsinin səbəbi barədə konkret məlumatı yoxdur. Lakin hesab edir ki, Zərərçəkmiş şəxs ailə daxili münaqişələr səbəbindən, yəni evdə olan söz-söhbətlərdən və əri Təqsirləndirilən şəxs tərəfindən teztez döyülməsinə görə intihar etmişdir. O, sonuncu dəfə Zərərçəkmiş şəxs görən zaman sonuncunun qollarında bir neçə göyümtül rəngli qançırlar da olmuşdur. O, Zərərçəkmiş şəxs həmin qançırların necə əmələ gəldiyini soruşduqda sonuncu ona bildirmişdir ki, əri Təqsirləndirilən şəxs döyən zaman olmuşdur. 21 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs qardaşı Arif Bəbirovgilə gedən zaman bədənində xəsarətlər olması barədə o da qohum və qonşulardan eşitmişdir. Həmin vaxt X27 Şabıyevin Zərərçəkmiş şəxs döyməsini ona da demişdir. Zərərçəkmiş şəxs 2022-ci ilin iyul ayında qardaşı Arif Bəbirovun yaşadığı evdən öz evlərinə qayıtmaq istəyən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evə buraxmamış, bu səbəbdən Zərərçəkmiş şəxs da müvəqqəti olaraq yaşamaq üçün Zərifə və Sona Almazovların yaşadığı evə getmişdi. Həmin vaxt Təqsirləndirilən şəxs də həmin qadınların evinə gedərək mübahisə edib Zərərçəkmiş şəxs evə qəbul etməmələrini həmin şəxslərdən tələb etmişdir. Lakin həmin şəxslər Zərərçəkmiş şəxs evlərinə qəbul etmişlər. Zərərçəkmiş şəxs 2021-ci ildə Şahid3 yaşadığı evə getməsi və 4 ay müddətində orada qalması barədə məlumatı var, lakin dəqiq olaraq getmə tarixi yadında deyil. Bildiyinə görə, yay fəslinin sonları olmuşdur. Həmin vaxt da Zərərçəkmiş şəxs ailədə olan söz-söhbətlər və əri Təqsirləndirilən şəxs tərəfindən döyüldüyü üçün bacısı Şahid3 yaşadığı evə getmişdir. O, Təqsirləndirilən şəxs və ya başqa hər hansısa şəxsin Zərərçəkmiş şəxs təhqir etməsinin şahidi olmamışdır. Lakin Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs barəsində sonuncu ilə aralarında ailə daxili məsələrlə bağlı tez-tez mübahisələr olduğunu və hər bir mübahisə zamanı əri Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə pis rəftar edərək təhqir etdiyini bildirirmiş. Zərərçəkmiş şəxs əvvəllər özünü öldürməyə cəhd etməsi barədə konkret məlumatı yoxdur. Lakin aralarında olan danışıqlar zamanı Zərərçəkmiş şəxs evlərində tez-tez mübahisələr olduğunu, əri tərəfindən döyüldüyünü, hər şeydən bezdiyini və özünü öldürmək istədiyini bildirirmiş. Zərərçəkmiş şəxs hər hansısa psixi xəstəlikdən əziyyət çəkməmişdir. Zərərçəkmiş şəxs evdar qadın olmuş, hər hansı əmək fəaliyyəti ilə məşğul olmamışdır. Lakin ara-sıra Cəlilabad rayonu ərazisində çiyələk sahələrinə gedərək işləmişdir. Zərərçəkmiş şəxs ara-sıra çiyələk sahələrində işləsə də, az məbləğdə pul qazanırmış. Bildiyinə görə, evin gündəlik xərclərini və Zərərçəkmiş şəxs şəxsi ehtiyaclarını əri Təqsirləndirilən şəxs qarşılayırmış. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əzizov X1 Bilal Adil oğlu da eyni məzmunlu ifadələr verərək Şahid15 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid- Şahid13 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Mərhum Zərərçəkmiş şəxs ailə üzvləri Daxil Şabıyev, Şahid1, Şahid2 və sonuncun övladları ilə birlikdə Cəlilabad rayonu, Göytəpə şəhəri, Həsənabad küçəsində onlarla qonşuluqda yaşamışdır. Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evi ilə onların yaşadığı ev arasında təxminən 300 metr məsafə olmuşdur. Onun Zərərçəkmiş şəxs və ya sonuncunun ailə üzvləri ilə hər hansı bir ədavət və ya düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs evdar qadın olmuşdur. Lakin ara-sıra o və bacısı X9 ilə birlikdə Cəlilabad rayonu ərazisində çiyələk yığmağa getmişdir. Zərərçəkmiş şəxs onunla münasibəti yaxşı olmuşdur. Bildiyinə görə, Zərərçəkmiş şəxs ailə üzvləri ilə münasibəti yaxşı olmamışdır. Belə ki, Zərərçəkmiş şəxs eşitdiyinə görə, sonuncu əri Təqsirləndirilən şəxs və gəlini Şahid2 ilə tez-tez sözlü mübahisələr edirmiş, hətta bir neçə dəfə əri Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döymüşdür. Lakin o, Təqsirləndirilən şəxs, Şahid2 və ya digər hər hansısa şəxsin Zərərçəkmiş şəxs ilə sözlü mübahisə etməsinin və ya sonuncunun döyülməsinin şahidi olmamışdır. Hadisə baş verən zaman, yəni 16 iyun 2023-cü il tarixdə gecə saat 01 radələrində o, yaşadığı evdə yatmışdır. Həmin gün səhər təxminən 07 radələrində küçədə yayılan söz-söhbətdən eşitmişdir ki, Zərərçəkmiş şəxs yaşadıqları evin həyətində yerləşən tövlədə özünü asaraq intihar etmişdir. O da dərhal Zərərçəkmiş şəxs yaşadığı evə getmişdir. O, oraya çatan zaman meyit artıq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından mərhumun yaşadığı evə gətirilmişdir. O, sonuncu dəfə Zərərçəkmiş şəxs 2023-cü ilin iyun ayının əvvəllərində qonşuluqda olan yas mərasimində görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs hər hansı bir problem olması barədə ona məlumat verməmişdir. Hadisə barədə eşitdiyinə görə, 15 iyun 2023-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs ilə sonuncunun əri Təqsirləndirilən şəxs arasında mübahisə yaranmış, hətta Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evin həyətində döymüşdür. O, bu barədə küçədə yayılan sözsöhbətdən eşitmişdir. Həmin gün Zərərçəkmiş şəxs ilə ailə üzvləri arasında yaşadığı evdə mübahisə olmasını eşidənlər olsa da, hər hansı bir şəxs Zərərçəkmiş şəxs yaşadığı evə yaxınlaşmamışdır. Daha sonra, 16 iyun 2023-cü il tarixdə saat təxminən 01 radələrində Zərərçəkmiş şəxs yaşadıqları evin həyətində yerləşən tövlədə özünü asaraq intihar etmişdir. Zərərçəkmiş şəxs nə vaxt intihar etməsi, onu tövlədə kimin aşkar etməsi, hansı səbəbə intihar etməsi və ya digər xüsasatlarla bağlı hər hansı bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs 2022-ci ilin iyul ayında əri Təqsirləndirilən şəxslə mübahisə etdikdən sonra onların yaşadıqları evə gəlmişdir. Zərərçəkmiş şəxs yaşadıqları evə gələn gün Təqsirləndirilən şəxs də onlara gələrək arvadı Mənsurənin onlarda hansı səbəbə qalması ilə bağlı o və bacısı Sona Almazova ilə mübahisə etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs təxminən 12 gün onlarla birlikdə yaşadıqları evdə qalmış, 12 gün sonra isə öz evlərinə geri qayıtmışdır. Zərərçəkmiş şəxs onların yaşadıqları evə gəlməmişdən qabaq təxminən 4 aya yaxın müddət qardaşı Arif Bəbirovun yaşadığı evdə qalmışdır. Zərərçəkmiş şəxs müvəqqəti olaraq qalmaq üçün yaşadıqları evə gələn zaman qardaşı Arif Bəbirovgildən qayıdarkən onlardan qabaq öz evlərinə getdiyini, lakin əri Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evə qəbul etmədiyini və qardaşıgilə qayıtmağa utandığından məcbur olaraq qalmaq üçün onlara gəldiyini bildirmişdir. O və bacısı Sona Almazova həmin vaxt Zərərçəkmiş şəxs nə səbəbə qardaşı Arif Bəbirovgildə qaldığını soruşduqda sonuncu evdə olan söz-söhbətlərdən bezdiyi, daimi olaraq evlərində ailə daxili münaqişələrinin olduğunu və əri Təqsirləndirilən şəxs tərəfindən döyüldüyü üçün qardaşı Arif Bəbirovun yaşadığı evə getdiyini demişdir. Zərərçəkmiş şəxs intihar etməsinin səbəbi barədə məlumatı yoxdur. Fikirləşir ki, Zərərçəkmiş şəxs ailə daxili söz-söhbətlər səbəbindən intihar etmişdir. O, 15 iyun 2023-cü il tarixdə olan mübahisəni eşidən şəxslərin kim olmasını konkret olaraq bilmir. Lakin küçədə yayılan söz-söhbətdən eşitmişdir ki, mübahisə barədə eşidənlər olmuş, lakin həmin şəxslər Zərərçəkmiş şəxs yaşadığı evə yaxınlaşmamışdır. Zərərçəkmiş şəxs 2021-ci ildə bacısı Şahid3 yaşadığı evə getməsi və 4 ay müddətində orada qalması barədə məlumatı var, lakin dəqiq olaraq getmə tarixi yadında deyil. Bildiyinə görə, yay fəslinin sonları olmuşdur. Zərərçəkmiş şəxs eşitdiyinə görə, sonuncu həmin vaxt da ailədə olan söz-söhbətlər və əri Təqsirləndirilən şəxs tərəfindən döyüldüyü üçün bacısı Şahid3 yaşadığı evə getmişdir. Hətta həmin vaxt Zərərçəkmiş şəxs bədənində xeyli sayda xəsarətlər olmuşdur. Zərərçəkmiş şəxs əvvəllər özünü öldürməyə cəhd etməsi barədə konkret məlumatı yoxdur. X20 ara-sıra işləmək üçün onlarla çiyələk sahələrinə gəlmişdir. İş vaxtı fasilə zamanı Zərərçəkmiş şəxs tez-tez bu barədə onlara gileylənir və həyatdan bezdiyini, özünü öldürmək istədiyini bildirirmiş. O da hər dəfə əgər münasibətləri yolunda getmirsə, ərindən ayrılaraq qardaşı Arif Bəbirovun yaşadığı evdə qalmasını Zərərçəkmiş şəxs məsləhət görmüşdür. Lakin Zərərçəkmiş şəxs ailəsindən ayrı qalmaq istəməmiş, sonuncuya qarşı göstərilən təzyiqlərə baxmayaraq öz evinə qayıtmaq istəmişdir. Zərərçəkmiş şəxs hər hansısa psixi xəstəlikdən əziyyət çəkməmişdir. Zərərçəkmiş şəxs evdar qadın olmuş, hər hansı əmək fəaliyyəti ilə məşğul olmamışdır. Lakin Zərərçəkmiş şəxs ara-sıra o və bacısı X9 ilə birlikdə Cəlilabad rayonu ərazisində çiyələk yığmağa getmişdir. Cinayət işinə əlavə edilmiş meyitə baxış keçirilməsi haqqında 16 iyun 2023-cü il tarixli, 108 C-23 nömrəli protokoldan görünür ki, Zərərçəkmiş şəxs meyitinə baxış zamanı boynunun yuxarı 1/3 hissəsində aşağıdan yuxarı, öndən arxaya istiqamətdə yerləşmiş, boyunun ön hissəsində 1,5 sm enində, 0,1-0,2 sm dərinliyində yuxarı və arxaya doğru getdikcə səthiləşən və başın ənsə nahiyəsində bir-birindən 10 sm aralı qurtaran açıqqəhvəyimtil rəngli, nisbətən bərk konsistensiyalı qapanmayan stranqulyasiya şırımı, döş qəfəsinin sol yarısının aşağı hissəsinin ön səthində 5 ədəd və sağ yarısının ön səthində 01 ədəd 0,7x0,1 sm-dən 2x0,3 sm-dək köndələn-çəp istiqamətdə yerləşmiş düz xətt şəkilli, ətrafı normal dəridən aşağı səviyyədə yerləşmiş solğun qırmızımtıl rəngli sıyrıqlar, sağ bazunun yuxarı-orta və aşağı 1/3 hissələrinin içəri səthində 07 ədəd 2x1,8 sm-dən 6x4,5 sm-dək göyümtül bənövşəyi rəngli qeyri-müəyyən formalı və fasiləli qançır, sol bazunun orta 1/3 hissəsinin bayır səthində 01 ədəd, içəri səthində 04 ədəd 1,2x1 sm-dən 2,7x2 smdək, sağ saidin orta 1/3 hissəsinin bayır səthində 01 ədəd və sol saidin orta 1/3 hissəsinin içəri səthində 02 ədəd eyni xarakterli qançırlar. Xarici cinsiyət üzvləri qadın cinsində düzgün inkişaf etmişdir. Anal dəliyi qapalıdır, ətrafı dəyişiksizdir. Ətrafları düzgün inkişaf etmişdir. Yoxlanılarkən uzun borulu sümükləri tamdırlar. Meyitin bədəni üzərində yuxarıda qeyd olunanlardan başqa hər hansı xəsarət aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 16 iyun 2023cü il tarixli, 108 C-23 nömrəli protokoldan görünür ki, hadisə yeri Cəlilabad rayonu, Göytəpə şəhəri, Həsənabad küçəsində yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətindəki tövlədir. Mərhumun yaşadığı fərdi yaşayış evinin həyətinə giriş iki taylı darvazadandır. Həyətə daxil olduqda sağ tərəfdə ikimərtəbəli fərdi yaşayış evi vardır. Həmin evdən təxminən 10 metr irəlidə üzəri şiferlə örtülmüş üç otaqdan ibarət tövlə yerləşir. Tövləyə giriş dəmir şifer və taxtadan hazırlanmış hündürlüyü təxminən 1 metr olan qapıdandır. Tövləyə daxil olduqda girəcəkdə əl arabası və digər məişət əşyaları vardır. Tövlənin digər otağına keçid açıq-mavi rəngli taxta qapıdandır. Həmin otaqda torpağın üzərində saman qalıqları vardır. Tövlənin sonuncu otağına keçid də taxatadan hazırlanmış qapıdandır. Baxış zamanı həmin otağa daxil olduqda Şabıyev X12 Bəbirovanın özünü asaraq intihar etdiyi yeri göstərərək mərhumu həmin otağın tavanındakı taxta dirəkdə olan yaylıqdan asılı vəziyyətdə aşkar etdiyini bildirmişdir. Mərhumun özünü asaraq intihar etdiyi yerdə hündürlüyü 0.40 metr olan süd bidonu vardır. Tavanda olan taxta dirəkdən yerə qədər olan məsafə 2.30 metr, yaylığın kəsildiyi hissədən yerə qədər olan məsafə 1.88 metr, kəsilmiş halda olan iki ədəd yaylığın ümumi uzunluğu 1,12 metrdir. Hadisə yerindən aşkar edilmiş kəsilmiş halda olan iki ədəd üzərində naxışlar olan əlvan rəngli yaylıq, ağ, qırmızı və göy rəngli dəstəyi olan mətbəx bıçağı araşdırma üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 10 iyul 2023-cü il tarixli 20 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs ölümünə asılma zamanı boyun üzvlərinin bədənin öz ağırlığı altında ilgəklə, (ola bilər ki, yaylıqla) sıxılması nəticəsində əmələ gəlmiş asfiksiya səbəb olmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyitində boynunun yuxarı 1/3 hissəsində 1 (bir) ədəd stranqulyasiya şırımı və boynun yumşaq toxumalarına qansızma, döş qəfəsinin ön səthində kəsilmiş səthi yaralar (cəmi 6 ədəd), sağ bazu nahiyəsində hematoma, sağ və sol bazu, sağ və sol said nahiyəsində qançırlar (cəmi 15 ədəd) müəyyən olunmuşdur. Müəyyən olunan xəsarətlərdən boyun nahiyəsindəki stranqulyasiya şırımı və boynun yumşaq toxumalarına qansızma həyati olub onun ölümündən bir qədər əvvəl bir ucu dayağa bərkidilmiş ilgəklə (ola bilər ki, yaylıqla) bədəninin öz ağırlığı altında boyun üzvlərinin sıxılması nəticəsində əmələ gəlmişdir. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində stranqulyasiya şırımından başqa döş qəfəsinin ön səthində kəsilmiş səthi yaralar, sağ bazu nahiyəsində hematoma, sağ və sol bazu, sağ və sol said nahiyəsində qançırlar müəyyən olunmuş, müəyyən olunan xəsarətlər həyati olub onun ölmünüdən bir qədər əvvəl törənmişdir (sol bazunun orta 1/3 hissəsinin bayır səthindəki 1 (bir) ədəd və sol saidin 1/3 hissəsinin içəri səthindəki qançırdan başqa). Döş qəfəsinin ön səthindəki kəsilmiş səthi yaralar kəsici əşyanın (əşyaların), ola bilər ki, bıçağın, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların), ola bilər ki, yumruq, təpik və ya digər predmetlə vurulma nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağ bazu nahiyəsindəki hematoma sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurma əlamətlərinə malikdir. Digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən əlamətlərə malikdir. Sol bazunun orta 1/3 hissəsinin bayır səthindəki 1 (bir) ədəd və sol saidin 1/3 hissəsinin içəri səthindəki bir qədər yuxarıda yerləşmiş 1 (bir) ədəd qançırın törənmə müddəti müayinədən 4-7 gün əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs aşkar olunmuş döş qəfəsinin ön səthindəki kəsilmiş səthi yaralar onun bədəninin öz əli çatan nahiyəsində yerləşmişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda etil spirti, narkotik və psixotrop maddə aşkar edilməmişdir. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 4-8 saat əvvəl baş vermişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə tibbi ekspertizası və Pataloji anatomiya birliyi” PHŞ-nin 13 iyul 2023-cü il tarixli, 394/2023 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus dırnaq fraqmentlərində qan, tər və dəri toxumasına şübhəli hissəciklər aşkar olunmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-psixoloji ekspertizasının 22 avqust 2023-cü il tarixli, 11/448 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ölümündən əvvəlki dövrdə fərdi-psixoloji xüsusiyyətlərində davranış aktlarında təzahür etmiş olan bəzi psixogen-depressiv və nevrotik reaksiya əlamətləri müəyyən olunur. Zərərçəkmiş şəxs ailə-məişət məzmunlu və ər-arvad qarşılıqlı münasibətlərində baş verən mübahisə, münaqişə və ixtilaflarla bağlı ölümündən əvvəlki dövrdə davranış aktlarında təzahür etmiş emosional gərginlik halını keçirmişdir. Belə bir emosional vəziyyətdə, yəni emosional gərginlik halında olan Zərərçəkmiş şəxs idrak proseslərinin strukturunda, ilk növbədə qavrayışının mütəşəkkilliyində, təfəkkürünün təhlil və tərkib proseslərində əhəmiyyətli dərəcədə dəyişikliklər əmələ gəlmiş, o, autoaqressiv (insanın aqressivliyinin özünə qarşı yönəlməsi) davranış aktını yerinə yetirməklə intihar etmişdir. Cinayət işinə əlavə edilmiş Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən verilmiş 13 iyul 2023-cü il tarixli, PHŞ-6-32/2-991-2023 nömrəli məktubdan görünür ki, Cəlilabad rayon, Göytəpə şəhərində doğulmuş xx xxxxxx 1968-ci il təvəllüdlü Bəbirova X2 RMX PHŞ-in poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetdə qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən verilmiş 28 avqust 2023-cü il tarixli, PHŞ-6-32/2-1219-2023 nömrəli məktubdan görünür ki, ünvan 4-də yaşayan Şabıyev X8 RMX PHŞ-in poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetdə qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” PHŞ-dən verilmiş 20 sentyabr 2023-cü il tarixli, 11779 nömrəli məktubdan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamış Zərərçəkmiş şəxs arxiv məlumatına görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” PHŞ-də müalicədə olmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” PHŞ-dən verilmiş 26 avqust 2023-cü il tarixli, 10874 nömrəli məktubdan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” PHŞ-də müalicədə olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 125-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128 və 125-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn: cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan üzərində qəhvəyimtil-boz rəngli gül naxışları olan göy rəngli qısaqol don, qara rəngli büstqalter, üzərində müxtəlif naxışlar olan qəhvəyi rəngli tuman, hadisə yerindən aşkar edilmiş kəsilmiş halda olan Zərərçəkmiş şəxs özünü asmaq üçün istifadə etdiyi iki ədəd üzəri naxışlı əlvan rəngli yaylıq, ağ, qırmızı və göy rəngli dəstəyi olan 01 ədəd mətbəx bıçağı, Zərərçəkmiş şəxs meyitindən və Təqsirləndirilən şəxs götürülmüş dırnaq nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclasından dərhal həbs edilsin. Həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 19 noyabr 2024-cü il tarixdən hesablansın. İş üzrə ekspertiza xərci olan 120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan üzərində qəhvəyimtil-boz rəngli gül naxışları olan göy rəngli qısaqol don, qara rəngli büstqalter, üzərində müxtəlif naxışlar olan qəhvəyi rəngli tuman, hadisə yerindən aşkar edilmiş kəsilmiş halda olan Zərərçəkmiş şəxs özünü asmaq üçün istifadə etdiyi iki ədəd üzəri naxışlı əlvan rəngli yaylıq, ağ, qırmızı və göy rəngli dəstəyi olan 01 ədəd mətbəx bıçağı, Zərərçəkmiş şəxs meyitindən və Təqsirləndirilən şəxs götürülmüş dırnaq nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-9/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-9/2024
19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver