Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-9/2025 05.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 16:00 X7 Adil oğlunun sədrliyi, Fərəcov Ehtiram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Zərərçəkmiş şəxs iştirakı ilə
1. xx xxxx 1991-ci ildə Cəlilabad rayonunun Zərbiəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Zərbiəlli kəndində qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, bu iş üzrə 08 may 2024-cü il tarixdən həbsdə və ev dustaqlığında olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə,
2. 12 avqust 1963-cü ildə Cəlilabad rayonunun Zərbiəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 147.1, 147.2, 148-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.2-ci maddəsinə əsasən aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin 02 iyun 2025-ci il tarixli qərarı ilə Masallı Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli hökmü dəyişdirilərək ona qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Cəlilabad rayonu Zərbiəlli kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə,
3. xx xxxxxx 1990-cı ildə Cəlilabad rayonunun Zərbiəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Zərbiəlli kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 06 aprel 2024-cü il tarixdə saat 11 radələrındə Cəlilabad rayonunun Zərbiəlli kəndində əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qəzəzli hərəkətlər edərək atası Təqsirləndirilən şəxs2 və qardaşı Təqsirləndirilən şəxs3 ilə əlbir olub qrup təşkil edərək Zərərçəkmiş şəxs ilə mübahisə edib onun əlindəki «SAMSUNG A52” markalı mobil telefonu alıb qəsdən yerə vurub zədələyərək 190 manat maddi ziyan vuraraq, sonra birlikdə onu yerə yıxıb istintaqa məlum olmayan bellə onun sağ əlindən qəsdən vuraraq ona sağ əlin arxa səthində şişkinlik, qançır və əzilmiş səthi yara, sağ əlin 2-ci əl-daraq sümüyünün natamam sınığı ilə nəticələnən və vahid kompleks təşkil edib sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına az ağır zərər vuraraq, şəxslər üzərində zor tətbiq olunması, silah qismində istifadə edilən əşya tətbiq edilməsi, özgənin əmlakını zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 06 aprel 2024-cü il tarixdə saat 11 radələrində Cəlilabad rayonunun Zərbiəlli kəndində əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək, oğlanları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la əlbir olub qrup təşkil edərək Zərərçəkmiş şəxs ilə mübahisə edib onu nalayiq söyüşlərlə söyərək yerə yıxıb yumruq və təpiklə vuraraq ona burun nahiyəsində şişkinlik və qançır, sol göz qapağı üzərində sıyrıq əmələ gəlməsi ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs3 06 aprel 2024-cü il tarixdə saat 11 radələrində Cəlilabad rayonunun Zərbiəlli kəndində əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qəzəzli hərəkətlər edərək, atası Təqsirləndirilən şəxs2 və qardaşı Təqsirləndirilən şəxs1 ilə əlbir olub qrup təşkil edərək Zərərçəkmiş şəxs ilə mübahisə edib onu nalayiq söyüşlərlə söyərək yerə yıxıb yumruq və təpiklə vuraraq ona boyununun sol yan səthində sıyrıqlar əmələ gəlməsi ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Cəlilabad rayonunun Zərbiəlli kəndində valideynləri ilə birlikdə yaşayır. 06 aprel 2024-cü il tarixdə, saat 11 radələrində o, qardaşı Təqsirləndirilən şəxs3 və anası Sidiqə Məmmədova ilə birlikdə yaşadıqları Cəlilabad rayonunun Zərbiəlli kəndində əkmiş olduqları noxud məhsulunun alaq otlarını təmizləyərkən, ağ rəngli «Lada Niva» markalı avtomobilin gəldiyini görmüşlər. Avtomobil çatandan sonra gələn Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Cəlilabad rayon 8 saylı idarəsinin əməkdaşı Fuad adlı şəxs və bələdiyyə sədri Alov olduğunu görmüşlər. Fuad və Alov gələndən sonra onların noxud sahələrindən əvvəlki torpaqlarını ölçməyə başlamışlar. Fuad ölçü işləri apararaq gəlib onların noxud əkdikləri sahəyə çatıb həmin sahəni də ölçəndən sonra Fuad onlara noxud əkdikləri sahənin hamsının onların torpaq sahəsi olmadığını və əkin əkəndə başqa sahəyə də keçdiklərini demişdir. Elə bu zaman Cəlilabad rayonunun Gülməmmədli kənd sakini Zərərçəkmiş şəxs da idarə etdiyi «NİVA» markalı avtomobillə ora gəlmişdir. Zərərçəkmiş şəxs avtomobilindən düşəndən sonra onlara “Sizi kənddən çıxardacağam və torpaqlarınızı da əlinizdən alacağam” demişdir. Zərərçəkmiş şəxs ora gələndən təxminən 10 dəqiqə sonra atası Təqsirləndirilən şəxs2 da yanlarına gəlmiş, sonra Zərərçəkmiş şəxs onlara torpaqlarını satarlarsa alacağını, əgər torpaqlarını ona satmasalar məcburi də olsa torpağı onların əlindən alacağını demişdir. O da Zərərçəkmiş şəxs əgər torpaqlarını ona satslar özləri nə ilə dolanacaqlarını demişdir. Onun bu sözündən sonra Hüseyin Səfərov sağ və sol torpaqları sahiblərindən aldığını, bir dənə onların torpaqları qaldığını və onların ona cox maneəçilik törətdiklərini demişdir. Elə bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla onun sol gözünün altından bir dəfə, sonra isə yumruqla başına vurmağa başlamışdır. O, Zərərçəkmiş şəxs onu döydüyünü görüb mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng etmək istəyərkən Zərərçəkmiş şəxs onun əlindən tutub buraraq telefonu əlindən almaq istəsə də telefonu ala bilməmişdir. Sonra o, yenidən zəng etmək istəyərkən telefonunun artıq işləmədiyini görmüşdür. Sonra qardaşı Əkbər və anası Sidiqə orada qalmış, o isə atası Təqsirləndirilən şəxs2la birlikdə Cəlilabad RPŞ-nə gəlib Zərərçəkmiş şəxs tərəfindən döyülməsi ilə əlaqədar şikayət ərizəsi ilə müraciət etmişdir. Onlar polis şöbəsində olarkən Zərərçəkmiş şəxs da polis şöbəsinə gələrək onların barəsində şikayət ərizəsi verərək onlar tərəfindən döyüldüyünü bildirmişdir. O, Zərərçəkmiş şəxs bellə vurmamış, ona hər hansı bir xəsarət yetirməmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını və ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Cəlilabad rayonunun Zərbiləlli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 06 aprel 2024-cü il tarixdə oğlanları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və arvadı Sidiqə Məmmədova özlərinə məxsus Cəlilabad rayonunun Zərbiəlli kəndində yerləşən noxud məhsulu əkmiş olduqları torpaq sahəsində alaq otlarını təmizləməyə getmişlər. Həmin günü saat 11 radələrində evlərində olarkən oğlu Təqsirləndirilən şəxs3 ona zəng edib torpaq sahələrini ölçməyə gəldiklərini demişdir. Əkbərin bu sözündən sonra ora getmiş, ora çatandan sonra bələdiyyə sədri Şahid1, torpaqları ölçməyə gələn mütəxəssis Fuadın, Cəlilabad rayonunun Gülməmmədli kənd sakini Zərərçəkmiş şəxs da orada olduğunu, Fuadın isə xüsusi qurğu ilə torpaqları ölçdüyünü görmüşdür. Artıq həmin vaxt Fuad onun torpaq sahəsini də ölçərək digər sahələri ölçməyə başlamışdır. Onların yanına çatandan sonra Zərərçəkmiş şəxs onu kənddən çıxardacağını demiş, Zərərçəkmiş şəxs onu kənddən çıxartmağına səbəb nə olduğunu və nə səhv iş gördüyünü xəbər almışdır. Onun bu sözündən sonra oğlanları Azər, Əkbər və arvadı Sidiqə də Zərərçəkmiş şəxs günahları nə olduğunu və niyə görə onları kənddən çıxardacağını dediyini xəbər almışlar. Onların bu sözündən sonra Zərərçəkmiş şəxs ona qarşı nalayiq sözlər işlətmiş, ona görə də Əkbər və Azər Zərərçəkmiş şəxs irad bildirərək niyə təhqir etdiyini demişlər. Zərərçəkmiş şəxs isə onlara “Sizi maşının altına alıb taptalayacam” demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs «NİVA» markalı avtomobilinin açarı əlində olmuş, oğlu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yaxınlaşaraq əlbə-yaxa olaraq onun əlindən avtomobilinin açarını alıb yaxınlığdakı taxıl zəmisinin içərisinə tullamışdır. Azər Zərərçəkmiş şəxs əlindən avtomobilinin açarını alarkən Zərərçəkmiş şəxs yumruqla Azərin sağ göz nahiyəsindən iki dəfə vurmuş, sonra isə Azərin əlində olan mobil telefonunu almaq istəyərkən Azər Zərərçəkmiş şəxsla əlbəyaxa olub dalaşmağa başlamışdır. Onlar dalaşarkən arvadı Sidiqə araya girib onları aralaşdırmağa çalışmış, Əkbər isə öz mobil telefonu ilə onların arasında baş vermiş davanı videoya çəkmişdir. Həmin vaxt arvadı Sidiqənin köməkliyi ilə Azər Hüseynin əlindən çıxmış, bundan sonra Zərərçəkmiş şəxs taxıl zəmisinə keçib avtomobilinin açarını axtarmağa başlamışdır. Zərərçəkmiş şəxs avtomobilinin açarını axtararkən o, oğlu Azərlə oradan uzaqlaşaraq kənarda saxladığı «Prado» markalı avtomobilinə əyləşib Cəlilabad RPŞ-nə gəlmişlər. Onlar gələrkən isə oğlu Əkbər və arvadı Sidiqə orada qalmış, onlar polis şöbəsinə gələndən sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs tərəfindən döyülməsi ilə əlaqədar şikayət ərizəsi ilə müraciət etmişdir. O, Zərərçəkmiş şəxs yumruq və təpiklə vurmamış, ona qarşı xəsarət yetirməmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını və ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Cəlilabad rayonunun Zərbiəlli kəndində valideyinləri ilə birlikdə yaşayır. Yaşadıqıları kənd ərazisində onların pay torpaq sahələri olmaqla torpaq sahələrinə noxud məhsulu əkimşlər. 06 aprel 2024-cü il tarixdə o, qardaşı Təqsirləndirilən şəxs1 və anası Sidiqə Mmmədova saat təxminən 09 radələrində noxud sahələrinə alaq otlarını təmizləməyə getmişlər. Onlar noxud sahələrində olarkən təxminən saat 10:30 radələrində kənardan 2 ədəd ağ rəngli «NİVA» markalı avtomobil gəldiyini görmüşlər. Həmin avtomobillər gəlib onların noxud sahələrinin yaxınlığında dayanmış, baxarkən gələnlərdən birinin Zərərçəkmiş şəxs, digər avtomobillə gələn isə bələdiyyə sədri Alov və kadastrın işçisi Fuad olduğunu görmüşlər. Onlar avtomobildən düşərək, Fuad əlində olan xüsusi qurğu aparatı ilə digər kənd sakinlərinin torpaq sahəsini ölçməyə başlamışdır. O, gedib Zərərçəkmiş şəxs yaxınlaşıb torpaqları niyə görə ölçüldüyünü xəbər almış, Zərərçəkmiş şəxs ona cavab verərək atası Təqsirləndirilən şəxs2la onun torpaq sahəsi arasında uyğunsuzluq olduğunu, ona görə də uyğunsuzluqu aradan qaldırmaq üçün torpaqları ölçməyə gəldiklərini demişdir. O, Zərərçəkmiş şəxs əkilən məhsullar çıxdığını və bu vaxtı ölçü işləri aparılması məqsədə müvafiq olmadığını demişdir. Onların bu söhbəti zamanı qardaşı Təqsirləndirilən şəxs1 və anası Sidiqə Məmmədova onlardan təxminən 50 metr aralıda noxud sahələrində olmuşlar. Zərərçəkmiş şəxs əvvəllər torpaq sahələri ölçülərək dəqiqləşdirildiyini, həmin vaxtı da onların 1 hektar yerini şumlatdıraraq noxud məhsulu əkdiyini demişdir. Onun bu sözündən sonra Zərərçəkmiş şəxs ona “küçük» səsini kəs, sizi ailəlikcə kənddən çıxardacağam” demişdir. Zərərçəkmiş şəxs bu sözündən sonra o, atası Təqsirləndirilən şəxs2 zəng edib Zərərçəkmiş şəxs orada olmaqla yenə də nümayəndə gətirdiyini və torpaqları ölçdürdüyünü, bələdiyyə sədri Alovun da orada olduğunu demişdir. Həmin vaxt atası Təqsirləndirilən şəxs2 evlərində olmuş, onun bu sözündən təxminən 5-10 dəqiqə sonra atası Təqsirləndirilən şəxs2 da onların yanına gəlmişdir. Atası Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs torpaqların əvvəllər ölçüldüyünü, hər kəsin öz torpağının yerini bildiyini, torpaqları təzədən ölçdürməyə ehtiyac olmadığını demişdir. Atasının bu sözündən sonra Zərərçəkmiş şəxs onu bir günə salacağını və pencəyini götürüb kənddən çıxacağını demişdir. Bundan sonra Zərərçəkmiş şəxsla atası Hüseyn Məmmədov arasında mübahisə yaranmış, qardaşı Təqsirləndirilən şəxs1 və anası Sidiqə mübahisəni görüb yanlarına gəlmişlər. Təqsirləndirilən şəxs1 gələndən sonra mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib mübahisə barədə məlumat vermək istəmiş, Azər 102 xidmətinə zəng etmək istəyərkən Zərərçəkmiş şəxs ona yaxınlaşıb zəng edə bilməsin deyə onun mobil telefonunu əlindən almaq istəmiş, Zərərçəkmiş şəxs Azərin əlindən mobil telefonunu almaq istəyərkən o, öz mobil telefonu ilə videoçəkliş aparmağa başlamışdır. Zərərçəkmiş şəxs onun videoçəkliş apardığını görüb Azərə onun telefonununu qaytarıb verməsini demiş, Azər də Zərərçəkmiş şəxs cavab verərək telefon özünün olduğunu və telefon onun olmadığını demişdir. Həmin vaxt Azər yerə yıxılı vəziyyətdə olmuş, Zərərçəkmiş şəxs da ondan mobil telefonunu almağa çalışmışdır. O, yaxınlaşıb Zərərçəkmiş şəxs qardaşı Azərdən kənarlaşdırmaq istəmiş, həmin vaxt Zərərçəkmiş şəxs əlinin arxa hissəsi ilə onun ağız nahiyəsindən bir dəfə vurmuş, anası Sidiqə də yaxınlaşıb ona köməklik edərək Azəri Zərərçəkmiş şəxs əlindən almağa çalışmışlar. Həmin vaxt qardaşı Azərin sol göz nahiyəsinin altından qan axdığını görmüş, Azər yerdə olduğu vaxt Zərərçəkmiş şəxs barmağını dişləmiş, X10 barmağını dişləyəndən sonra Azəri buraxmış və Azər yerdən qalxmışdır. Sonra atası Təqsirləndirilən şəxs2la qardaşı Təqsirləndirilən şəxs1 Cəlilabad RPŞ-nə şikayətə gəlmiş, o, isə anası Sidiqə ilə evlərinə getmiş, onlar gedərkən isə Zərərçəkmiş şəxs orada qalmışdır. 08 aprel 2024-cü İİ tarixdə o və anası Sidiqə də polis şöbəsinə gələrək Zərərçəkmiş şəxs barəsində şikayət ərizələri ilə müraciət etmişlər. O, Zərərçəkmiş şəxs yumruq və təpiklə vurmamış, ona qarşı xəsarət yetirməmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını və ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 törətmiş olduqları cinayət əməllərini etiraf etməsələr də, onların ittiham olunduqları cinayəti törətmələri işin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla aşağıdakı qaydada tam sübuta yetirilir və məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 təqsirlərini etiraf etməmələri özünümüdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi güdür. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad rayonunun Gülməmmədli kəndində yaşayaraq fərdi təsərrüfatla məşğul olur. Onun Cəlilabad rayonunun Zərbiəlli kəndində xüsusi mülkiyyətində olan torpaq sahəsi vardır. 2023-cü ilin avqust ayında Zərbiəlli kənd sakini Təqsirləndirilən şəxs2 onun torpaq sahəsini zəbt edərək orada əkin işləri aparmış, ona görə də həmin vaxt Cəlilabad RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Cəlilabad RPŞ-nin istintaq bölməsində araşdırma aparılmağa başlanmış, araşdırma zamanı Təqsirləndirilən şəxs2 onun torpaq sahəsini boşaldaraq özünə təhvil vermiş, ona görə də Təqsirləndirilən şəxs2 barəsində cinayət işi başlanması rədd olunmuşdur. Elə həmin vaxtdan Təqsirləndirilən şəxs2 ona torpaq sahəsini əkməyə imkan verməyəcəyini demiş, Təqsirləndirilən şəxs2 bu hərəkətlərinə görə də torpaq sahəsinə taxıl əkini vaxtı taxıl əkə bilməmişdir. 06 aprel 2024-cü il tarixdə, səhər saat 10 radələrində yaşadığı Gülməmmədli kəndində olarkən Cəlilabad rayonunun Qarakazımlı bələdiyyəsinin sədri Şahid1 onun mobil telefonuna zəng edərək Cəlilabad rayonunun Zərbiəlli kəndində yerləşən torpaq sahələrinin bölgüsünə uyğun dürüstləşmə prosesi aparılacağını, bununla əlaqədar Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşı da gələcəyini, ona da torpağına aid olan sənədlərini götürüb Zərbiəlli kəndinə gəlməsini demişdir. O da Şahid1 şəxsi işləri olduğunu və ora gəlməməsini, özünün iştirakı olmadan onun da torpağına baxmalarını və dürüstləşmə işi aparılmasını xahiş etmişdir. Bundan təxminən 10-15 dəqiqə sonra Şahid1 yenidən ona zəng edib mütləq özü iştirak etməli olduğunu və sənədlərini də götürüb gəlməsini xahiş etmişdir. Ona görə də o, torpaq sahəsinə aid olan çıxarışları evlərindən götürüb özünə məxsus olan «LADA NİVA» markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Cəlilabad rayonunun Zərbiəlli kəndindinə getmişdir. O, torpaq sahəsinin yerləşdiyi əraziyə yaxınlaşarkən bələdiyyə sədri Şahid1, ƏMDX-nin əməkdaşı Fuad adlı şəxsin, habelə Cəlilabad rayonunun Zərbiəlli kənd sakini Təqsirləndirilən şəxs2, onun oğlanları Azərin, Əkbərin və arvadı Sidiqə Məmmədovanın orada olduğlarını görmüşdür. O, öz torpaq sahəsinin yanında avtomobilini saxlayıb yerə düşərək salam verib Şahid1 yaxınlaşıb onunla əl görüşüb söhbət etməyə başlamışdır. Bundan sonra ƏMDX-nin əməkdaşı olan Fuad əlindəki xüsusi qurğu ilə koordinatları müəyyən edərək Təqsirləndirilən şəxs2 oğlanları Əkbər və Azərə koordinatları göstərərək onlara əllərində olan bellə nişanlama aparmasını demişdir. Əkbər və Təqsirləndirilən şəxs1lar Fuadın göstərdiyi koordinatlar üzrə nişanlama işlərini aparmış, həmin nişanlama prosessi yekunlaşan zaman ƏMDX-nin əməkdaşı Fuad Təqsirləndirilən şəxs2 ona məxsus torpaq sahəsinin koordinatları qeyd olunan yerdə tamamlanaraq başa çataraq oradan nişan vurulmasını demişdir. Lakin Təqsirləndirilən şəxs2 Fuadın sözü ilə razılaşmayaraq oğlanları Əkbər və Azərə oradan nişan vurmamalarını demiş, Fuad isə Təqsirləndirilən şəxs2 oradan sonrakı ərazinin ona aid olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 isə ona məxsus olmayan torpaq sahəsini heç kimə verməyəcəyini deyərək həmin ərazinin sərhəddinin müəyyən edilməsinə maneəçilik törətməyə başlamışdır. Bundan sonra isə o, bələdiyyə sədri Alov, eləcə də ƏMDX-nin əməkdaşı Fuad, Təqsirləndirilən şəxs2 və onun ailə üzvləri koordinatları göstərən nişanlama işlərini aparmaq üçün ona məxsus torpaq sahəsinə yaxınlaşmışlar. Həmin əraziyə çatandan sonra Təqsirləndirilən şəxs2, onun oğlanları Azər, Əkbər və arvadı Sidiqə onunla mübahisə etməyə başlayaraq həmin ərazidə onun niyə əkin işlərinə başladığını demişlər. O da onlara həmin torpaq onun şəxsi mülkiyyətində olduğunu demişdir. Sonra Təqsirləndirilən şəxs2 yenə də lüzumsuz şəkildə eyni xoşagəlməz tərzdə ona qarşı sözlər demiş, o yenə də təkrarən Təqsirləndirilən şəxs2 cavab verərək torpağın özünün olduğunu demişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 onun ünvanına xoşagəlməz, təhqiramiz sözlər işlətməyə başlayaraq onun üzərinə hücum çəkib oğlanları Azər və Təqsirləndirilən şəxs3larla onu döyməyə başlamışlar. Azər və Təqsirləndirilən şəxs3larla ona yaxınlaşaraq əlindəki «SAMSUNG A52” markalı mobil telefonunu Azər əlindən dartıb alaraq telefonu yerə çırpıb sındırmış, bundan sonra Təqsirləndirilən şəxs2, oğlanları Əkbər və Azər köməkləşərək onu yerə yıxmışlar. O, yerdə olan zaman Təqsirləndirilən şəxs2 onun üz nahiyəsinə, oğlu Təqsirləndirilən şəxs3 kürək nahiyəsinə təpiklə zərbələr endirmişlər. O, həmin vaxt onların zərbələrindən üzünü qorumaq istəyən zaman sağ əli üzünün qarşısına gətirmiş, elə həmin vaxt Təqsirləndirilən şəxs1 beli götürüb belin tiyə hissəsi ilə sağ əlinə bir neçə dəfə zərbə vurmuşdur. Bunu görən bələdiyyə sədri Şahid1 və ƏMDX-nin əməkdaşı olan Fuad Təqsirləndirilən şəxs2 və onun oğlanlarından ondan əl çəkmələrini xahiş etmişlər. Lakin Təqsirləndirilən şəxs2, oğlanları Azər və Təqsirləndirilən şəxs3lar onu döymələrini davam etdirmişlər. Şahid1 yaxınlaşıb onu onların əlindən almışdır. Mobil telefonunu Azər sındırdığı üçün Şahid1 mobil telefonu ilə Azərbaycan Respublikası DİNnin 102 xidmətinə zəng edərək döyülməyi barədə məlumat vermişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 oğlu Təqsirləndirilən şəxs3 onun avtomobilini yandırmalarını demiş, Təqsirləndirilən şəxs3 olduqları yerdən uzaqlaşaraq ona məxsus «LADA NİVA» markalı avtomobilə yaxınlaşıb avtomobilin qapılarının açıq vəziyyətdə olmasını görüb həmin avtomobildəki ona məxsus Cəlilabad rayonunun Zərbiəlli kəndindəki torpaqlarına dair 13 ədəd çıxarışları, avtomobilinin üzərindəki açarı da çıxarıb götürmüşdür. Bundan sonra, bələdiyyə sədri Şahid1 Təqsirləndirilən şəxs3 onun avtomobilinin açarını geri qaytarmasını tələb etməsinə baxmayaraq Əkbər buna məhəl qoymayaraq oradan bir qədər aralanmışdır. Təqsirləndirilən şəxs2 isə oğlu Azərlə birlikdə idarə etdiyi avtomobillə oradan uzaqlaşmışdır. Bundan sonra o, ƏMDX-nin əməkdaşı Fuaddan onu yaşadığı kəndə aparmasını xahiş etmiş, sonra Fuadla birlikdə onun idarə etdiyi «Lada Niva» markalı xidməti avtomobillə Cəlilabad rayonunun Gülməmmədli kəndində yerləşən özünə məxsus fermaya gedib orada olan avtomobilinin ehtiyat açarını götürüb, Cəlilabad rayonunun Zərbiəlli kəndinə yenidən qayıdaraq orada qalan «Lada Niva» markalı avtomobilini işə salıb həmin yerdən götürmüşdür. O, ƏMDX-nin əməkdaşı Fuadla Zərbiəlli kəndinə çatdıqdan sonra orada onları gözləyən bələdiyyə sədri Şahid1 Fuadla birlikdə onun idarə etdiyi xidməti avtomobilə əyləşib oradan uzaqlaşmış, o, özü isə idarə etdiyi avtomobili işə salıb tibbi yardım alması üçün Cəlilabad rayon mərkəzi xəstəxanasına gəlmişdir. Xəstəxanada həkim olmadığını görərək sonra Biləsuvar RMX-na gedib orada ilkin tibbi yardım almışdır. Bundan sonra, Təqsirləndirilən şəxs1 sındırdığı mobil telefonunu Cəlilabad şəhərindəki “İran Bazarı” adlanan Ticarət Mərkəzinin ərazisində yerləşən mobil telefon təmiri dükanında Şahrud adlı şəxsə təmir etməsi üçün verərək qayıdıb Cəlilabad RPŞ-nə gələrək Hüseyin, Azər və Təqsirləndirilən şəxs3lar barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin günü də telefon təmiri dükanına gedib Şəhrurun telefonunu düzəltdiyini görmüş, Şəhrurdan telefonunu düzəltdiyi üçün ona nə qədər pul verəcəyini xəbər almış, Şəhrur 190 manat verəcəyini demiş, ona görə də Şəhrura 190 manat pul verərək mobil telefonunu ondan götürmüşdür. O, hal-hazırda təqsirləndirilən şəxslərlə barışmamışdır, onlardan şikayətçidir. Məhkəmədən təqsirləndirilən şəxslərə ən ağır cəza verilməsini xahiş edir. Şahid – Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad rayonu, Qarakazımlı bələdiyyəsinin sədri vəzifəsində işləyir. Cəlilabad rayonu, Zərbiəlli kəndi də Qarakazımlı bələdiyyəsinə aiddir. 05 aprel 2024-cü il tarixdə, o, ƏMDX-nin Cəlilabad rayon 8 saylı şöbəsində olan zaman həmin şöbənin rəisi X8 rayonunun Zərbiəlli kənd sakini Təqsirləndirilən şəxs2 torpaq sahəsinin əskik olması barədə ƏMDX-nə etdiyi müraciəti əsasında Təqsirləndirilən şəxs2 və digər sakinlərin Cəlilabad rayonunun Zərbiəlli kəndində yerləşən torpaq sahələrinin koordinatlarının nişanlanması prosessi və dürüstləşmə işinin təşkil edilməsi ilə bağlı ƏMDX-nin əməkdaşı olan Fuad adlı şəxs 06 aprel 2024-cü il tarixdə Cəlilabad rayonunun Zərbiəlli kəndinə gələcəyini ona demişdir. O da bu barədə Təqsirləndirilən şəxs2 telefon vasitəsi ilə məlumat vermişdir. 06 aprel 2024-cü il tarixdə ƏMDX-nin əməkdaşı Fuad onunla telefon əlaqəsi saxlayıb qeyd olunan məsələ ilə bağlı Cəlilabad rayonunun Zərbiəlli kəndinə gələcəyini bildirmişdir. Sonra o, bu barədə bir neçə vətəndaşla əlaqə saxlayan zaman koordinat nişanlarının qeyd olunması vacib olan torpaq sahələrinin mülkiyyətçisi təkcə Təqsirləndirilən şəxs2 olmadığı, eləcə də Cəlilabad rayonunun Gülməmmədli kənd sakini Zərərçəkmiş şəxs torpaq sahəsi də olduğunu bilmişdir. Ona görə də Zərərçəkmiş şəxsla telefon əlaqəsi saxlayıb ona məxsus torpaq sahələrinin koordinat nişanlanma işi ilə bağlı həmin torpaq sahələrinə dair çıxarışları ilə birlikdə Zərbiəlli kəndinə gəlməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs gəlmək istəməsə də ona həmin işin vacibliyini izah edərək gəlməsini bir daha xahiş etmişdir. Sonra Zərərçəkmiş şəxs onun sözü ilə razılaşaraq gələcəyini demişdir. Təxminən 2 saat sonra ƏMDX-nin əməkdaşı Fuad Cəlilabad rayonunun Qarakazımlı kəndində yerləşən bələdiyyənin inzibati binasına gəlmiş, sonra Fuadla birlikdə onun idarə etdiyi xidməti avtomobillə Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və digər sakinlərə məxsus torpaq sahələrinin yerləşdiyi əraziyə gəlmişlər. Onlar həmin yerə çatan zaman Təqsirləndirilən şəxs2, onun oğlanları Azərin və Əkbərin, həmçinin həmin kənd sakini Təvəkkülün də orada olduğunu görmüşlər. Onun iştirakı ilə Fuad xüsusi qurğu ilə həmin ərazidəki koordinatları dəqiqləşdirməyə başlamışdır. Təqsirləndirilən şəxs2 oğlanları Azər və Əkbər işarə edilən koordinatlar üzrə nişanlama işinə kömək edərək əllərindəki bellə torpaq sahəsinin hüdudlarında kiçik təpələr düzəltmişlər. Elə həmin ərəfədə onlar olduğları yerin yaxınlığına Təqsirləndirilən şəxs2 arvadı Sidiqə Məmmədova da gəlmişdir. Onlar işini davam etmiş, bundan təxminən 15-20 dəqiqə sonra isə Zərərçəkmiş şəxs idarə etdiyi «Lada Niva» markalı avtomobil ilə həmin yerə gəlib dayanaraq avtomobilindən düşmüşdür. Zərərçəkmiş şəxs onunla salamlaşaraq əl görüşmüş, sonra Fuadla öz işilərini davam etdirərək nişanlama işlərini aparmışlar. Təqsirləndirilən şəxs2 məxsus torpaq sahəsinin hədd-səddinə gəlib çıxmışlar və Fuad Təqsirləndirilən şəxs2 ona məxsus torpaq sahəsinin hüdudlarının tamamlandığını bildirərək sonrakı ərazinin ona aid olmadığını demişdir. Təqsirləndirilən şəxs2 isə həmin ərazinin ona aid olmasım iddia etməyə başlamış, onlar irəliyə keçərək Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinin koordinatlarını nişanlamağa başlamışlar. Təxminən 5-6 dəqiqə sonra onlar Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinin hədd-səddinə tərəf irəliləməyə başladığları vaxt Təqsirləndirilən şəxs2, eləcə də onun arvadı Sidiqə, oğlanları Azər və Əkbər Zərərçəkmiş şəxsla mübahisə etməyə başlamışlar. Mübahisə zamanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs nəlayiq söyüşlərlə söymüş, elə bu zaman Azər Zərərçəkmiş şəxs yaxınlaşaraq onu nəlayiq söyüşlərlə söyərək onu yerə yıxaraq Zərərçəkmiş şəxs əlində olan mobil telefonunu əlindən almışdır. Zərərçəkmiş şəxs imkan taparaq yerdən qalxaraq Azər əlindən özünə məxsus mobil telefonunu almağa çalışmış, o, yaxınlaşıb mübahisəni sakitləşdirmək istəsə də Təqsirləndirilən şəxs1 yüksək səslə onun da ünvanına nalayiq sözlər işlədərək mübahisəni sakitləşdirməsinə maneəçilik törətmişdir. Sonra Zərərçəkmiş şəxs onu çağıraraq gəlib ona kömək etməsini və onu döydüklərini demişdir. Baxarkən həqiqətən də Təqsirləndirilən şəxs2, oğlanları Azər və Əkbər birlikdə Zərərçəkmiş şəxs yerə yıxılı vəziyyətdə döydüklərini, Təqsirləndirilən şəxs1 nişanlama işləri apardığı bellə Zərərçəkmiş şəxs əl nahiyəsinə vurduğunu görmüşdür. Təqsirləndirilən şəxs1 onun da ünvanına söydüyü söyüşlərə baxmayaraq onlara təkrarən yaxınlaşaraq onları Zərərçəkmiş şəxs kənarlaşdırmağa başlamışdır. Həmin vaxtı da Zərərçəkmiş şəxs əl və üz nahiyəsində yaralar, Təqsirləndirilən şəxs1 isə qaş nahiyəsində cızıq olduğunu görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 oğlu Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs «NİVA» markalı avtomobilin üzərində olan açan gütürməsini demiş, həmin vaxt Zərərçəkmiş şəxs avtomobili həmin yerdən təxminən 100-150 metr kənarda olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs məxsus «NİVA» markalı avtomobilin yanına gedərək avtomobilin üzərindəki açan çıxarıb götürərək verməmişdir.Sonra həmin vaxt X3 Məmmədovla birlikdə idarə etdiyi avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Zərərçəkmiş şəxs mobil telefonunu Azər sındırdığı üçün onun mobil telefonunu vasitəsi ilə AR DİN-nin «102» Xidməti-Zəng Mərkəzinə zəng edərək döyülməsi barədə məlumat vermişdir. Sonra isə Zərərçəkmiş şəxs idarə etdiyi «Lada Niva» markalı avtomobilinin üzərində olan açarın Təqsirləndirilən şəxs3 tərəfindən gütürüldüyünü və bunun üçün həmin avtomobili işə sala bilmədiyindən ondan avtomobilinin yanında gözləməsini xahiş edərək özü isə Fuadla avtomobilinin ehtiyat açarını gətirmək üçün oradan getmişdir. Təxminən 20-30 dəqiqə sonra isə geri Zərərçəkmiş şəxs Fuadla qayıdıb gəlmiş, bundan sonra o, Fuadla oradan çıxıb getmiş, onlar gedərkən isə hələ Zərərçəkmiş şəxs orada olmuşdur. Şahid – Şahid2 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, DƏDRX-nın publik hüquqi şəxsin 8 saylı Cəlilabad rayon idarəsində yer qurluşu mühəndisi vəzifəsində işləyir. Cəlilabad rayonunun Zərbiəlli kəndində yaşayan Təqsirləndirilən şəxs2 və Cəlilabad rayonunun Gülməmmədli kəndində yaşayan Zərərçəkmiş şəxs tanıyır və onların heç bir ilə qohumluq əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs2 onun işlədiyi idarəyə müraciət edərək ona verilmiş torpaq sahəsinin plan və ölçüsündə olan koordinatların müəyyən olunmasını xahiş etmişdir. Ona görə də o, 05 aprel 2024-cü il tarixdə Cəlilabad rayon Qarakazımlı bələdiyyəsinin sədri Şahid1 zəng edərək 06 aprel 2024-cü il tarixdə Zərbiəlli kəndinə torpaqların koordinatlarının müəyyən olunması üçün gələcəyini və Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs və digər vətəndaşları onun gələcəyi barədə məlumatlandırmasını demişdir. 06 aprel 2024-cü il tarixdə saat təxminən 10 radələrində Qarakazımlı bələdiyyəsinə getmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 da bələdiyyədə olduğunu görmüş, onlarla salamlaşmış, sonra isə bələdiyyə sədri Şahid1 onun idarə etdiyi «NİVA» markalı avtomobillə, Hüseyn Məmmədov isə öz avtomobili ilə saat 11 radələrində Zərbiəlli kəndi ərazisində yerləşən torpaq sahəsinə gəlmişlər. Onlar ora çatarkən Təqsirləndirilən şəxs2 oğlanları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və digər bir kənd sakininin də orada onları gözlədiklərini, bir nəfər qadının da sahədə iş görürdüyünü görmüşlər. Sonradan da həmin qadının Təqsirləndirilən şəxs2 arvadı olduğunu bilmiş, o, GPS aparatı vasitəsi ilə torpaqların koordinatların yerində göstərməyə başlamışdır. Belə ki, o, torpaqların koordinatlarını yerində göstərdikcə Əkbər və Təqsirləndirilən şəxs1 özlərində olan bellərlə torpaqların onun göstərdiyi koordinatlarına nişan vurmuşlar. Onlar koordinatları müəyyən edərək Zərərçəkmiş şəxs torpaq sahəsinə çatarkən artıq Zərərçəkmiş şəxs da idarə etdiyi «NİVA» markalı avtomobillə gəlib yanlarına çıxmışdır. Zərərçəkmiş şəxs avtomobilini öz torpaq sahəsinin yaxınlığında saxlamış, sonra avtomobilindən düşərək onlara yaxınlaşıb salamlaşıb onlarla əl görüşmüşdür. Zərərçəkmiş şəxs gələndndən sonra da onlar öz işlərini davam etdirməyə başlamışdır. O, Zərərçəkmiş şəxs öz torpaq sahəsinin koordinatını müəyyən edib göstərəndən sonra Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs torpağının koordinatı ilə razılaşmayaraq mübahisə yaratmışdır. O, bələdiyyə sədri Şahid1 Təqsirləndirilən şəxs2 razılaşmayaraq mübahisə yaratsa da onun mübahisəsinin onlara aidiyyəti olmadığını və işlərini davam etdirmələrini və digər vətəndaşların da torpaqlanının koordinatını müəyyən etmələrini demişdir. Şahid1 da onun sözü ilə razılaşaraq işlərini davam etdirmişlər. Onlar işlərini davam etdirməyə başlasalar da Təqsirləndirilən şəxs2, oğlanları Azər və Təqsirləndirilən şəxs3lar Zərərçəkmiş şəxsla mübahisələrini davam etdirərək həmin yerdə qalmışlar. Onlar torpaqların koordinatlarını müəyyən etməklə qarşıya hərəkət etməyə başlamışlar. Onlar təxminən 100 metr aralanaraq işlərini başa çatdırandan sonra geri qayıdarkən Zərərçəkmiş şəxsla onların arasındakı mübahisənin dahada şiddətləndiyini və mübahisənin davaya çevrildiyini aralıdan görmüşlər. Onun əlində GPS aparatı olduğu üçün Şahid1 Təqsirləndirilən şəxs2, oğlanları Əkbər və Azər Zərərçəkmiş şəxsla savaşmalarına baxmayaraq aparatı alıb sındıracağlarından ehtiyat etdiyini və ona görə də onlara yaxınlaşmayacağını demişdir. Ona görə də onlara yaxınlaşmamış, Şahid1 isə onları aralaşdırmaq üçün onların yanına getmişdir. O, qayıdıb gedərkən də Təqsirləndirilən şəxs2 arvadının da onların yanında olduğunu və orada hay-küy saldığını görmüşdür. Avtomobilinə tərəf gedərkən də Şahid1 ona onu da gözləməsini və gedərkən onu aparmasını demişdir. Həmin vaxt onun avtomobili dava-dalaş baş verən yerdən təxminən 1000 metr arlıda olmuş, piyada kənardan avtomobilinin yanına getmiş, avtomobilinin yanına çataraq təxminən 15 dəqiqə gözləyəndən sonra Təqsirləndirilən şəxs2 avtomobili ilə gələrək sürətlə onun avtomobilinin yanından keçib getdiyini, oğlu Təqsirləndirilən şəxs1 da avtomobilinin qarşı sağ oturacağında əyləşdiyini görmüşdür. Onlar gedəndən təxminən 5-6 dəqiqə sonra Zərərçəkmiş şəxs və Şahid1 piyada onun yanına gəlmiş, onlar gələndən sonra Şahid1 ona Zərərçəkmiş şəxs avtomobilinin açarını üzərindən götürdüklərini, avtomobili işə salması üçün açarı olmadığını və ondan Zərərçəkmiş şəxs fermasına aparmasını və avtomobilinin ehtiyat açarını götürüb gəlmələrini xahiş etmişdir. Ona görə də o, razılıq verdikdən sonra Şahid1 Zərərçəkmiş şəxs avtomobilinin yanında qalmış, o, isə Zərərçəkmiş şəxs kəndə, fermasına aparmışdır. Zərərçəkmiş şəxs oradan avtomrobilinin ehtiyat açarını götürmüş və onu yenidən geri qaytarıb avtomobilinin yanına gətirmişdir. Sonra Şahid1 onun avtomobilinə əyləşərək Cəlilabad şəhərinə gəlmişlər. Şahid – Şahid3 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma əmisi olmaqla təsərrüfat işləri ilə məşğul olaraq onun Cəlilabad rayonunun Zərbiəlli kəndi ərazisində torpaq sahəsi vardır. 06 aprel 2024-cü il tarixdə də saat təxminən 11 radələrindən sonra atası Ağasən onlara gəlmiş, atası onlara gələndən bir qədər sonra əmisi Zərərçəkmiş şəxs ona zəng edərək Zərbiəlli kəndində torpaq sahəsinin yanında həmin kənd sakini Təqsirləndirilən şəxs2, oğlanları Əkbər və Təqsirləndirilən şəxs1ların onu döyüb xəsarət yetirdiklərini demişdir. O, telefonla danışandan sonra atası Ağasən ondan kimlə danışdığını xəbər almışdır. O da zəng edənin əmisi Hüseyn olduğunu və onun Təqsirləndirilən şəxs2, oğlanları Azər və Əkbər tərəfindən döyülərək xəsarət aldığını demişdir. Bundan sonra o, “VAZ-2106” markalı avtomobilinə əyləşərək Zərbiəlli kəndinə əmisi Zərərçəkmiş şəxs torpaq sahəsinin yanına getmişdir. Ora gedəndən sonra əmisi Zərərçəkmiş şəxs «NİVA» markalı avtomobilinin orada olduğunu, özünün isə orada olmadığını, bir qədər aralıda isə Hüseyn Məmmədovun arvadı Sidiqənin və oğlu Əkbərin orada olduğunu görmüşdür. Sonra əmisi Zərərçəkmiş şəxs da başqa bir «NİVA» markalı avtomobillə ora gəlmiş, həmin vaxtı da əmisi Zərərçəkmiş şəxs üst-başı qanlı olmuşdur. Bundan sonra atası Ağasən də özünə məxsus avtomobillə yanlarına gəlmişdir. Onlar əmisi Zərərçəkmiş şəxs nə baş verdiyini xəbər almış, əmisi Hüseyn onlara Təqsirləndirilən şəxs2, oğlanları Əkbər və Təqsirləndirilən şəxs1larla birlikdə onu döyüb xəsarət yetirdiklərini, həmçinin Azərin bellə də sağ əlindən vuraraq əlini sındırdığını demişdir. Həmin vaxt artıq Təqsirləndirilən şəxs2 və oğlu Təqsirləndirilən şəxs1 orada olmamışlar. Əmisi Hüsyndən haradan gəldiyini xəbər almış, əmisi Hüseyn Təqsirləndirilən şəxs3 avtomobilinin açarını götürərək vermədiyini, ona görə də gedib ehtiyat açar götürüb gəldiyini demişdir. Onlar əmisi Hüseyndən onu niyə görə döydüklərini xəbər almış, əmisi Hüseyn torpaqların ölçülmə işləri aparıldığını, Təqsirləndirilən şəxs2 ölçmə işlərinə razılaşmayaraq mübahisə edərək, sonra da oğlanları ilə onu döydüklərini demişdir. Bundan sonra əmisi Hüseyn öz «NİVA» markalı avtomobilinə əyləşərək Cəlilabad şəhərinə gəlmiş, o və atası Ağasən də evlərinə qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 da eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Əlavə şahid – X2 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad rayonunun Zərbiəlli kəndində yaşayaraq fərdi təsərrüfatla məşğul olur. Zərbiəlli kənd sakini Təqsirləndirilən şəxs2 onun doğma dayısı oğludur. Cəlilabad rayonunun Gülməmmədli kənd sakini Zərərçəkmiş şəxs da tanıyır, onunla isə heç bir qohumluq əlaqəsi yoxdur. Yaşadıqları kənd ərazisində Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs torpaq sahələri olmaqla onun da torpaq sahəsi Zərərçəkmiş şəxs torpaq sahəsinin yanında yerləşir. 06 aprel 2024-cü il tarixdə səhər tezdən evlərində olarkən Bələdiyyə sədrləri Şahid1 onun mobil telefonuna zəng edərək torpaq sahənin yanına gəlməsini və torpaqları ölçməyə gələcəklərini demişdir. Ona görə də o, saat 09 radələrində torpaq sahəsinin yanına getmişdir. Ora gedəndən sonra Təqsirləndirilən şəxs2 arvadı Sidiqə və oğlu Təqsirləndirilən şəxs3 noxud sahələrinin alaq otlarını təmizlədiklərini görmüşdür. O, ora gedərkən torpaqları ölçməyə hələ gələn olmadığını görüb orada dayanıb gözləmişdir. Saat 10 radələrindən sonra Bələdiyyə sədri Şahid1la birlikdə ƏMDX-nin Cəlilabad rayon 8 saylı şöbəsinin işçisi Fuad adlı şəxs ora gəlmişlər. Onlar gələndən sonra Təqsirləndirilən şəxs2 və oğlu Təqsirləndirilən şəxs1 da ora gəlmişdir. Fuad xüsusi qurğu aparatı ilə torpaqları ölçərkən nişanlanma işi aparılması üçün belə ehtiyac olmuş, lakin həmin vaxt orada bel olmamış, ona görə də Təqsirləndirilən şəxs2 oğlu Əkbərə gedib evlərindən bel gətirməsini demişdir. Ona görə də Əkbər gedib evlərindən bel gətirmiş, bundan sonra Fuad xüsusi qurğu aparatı ilə hər bir şəxsin torpaqlarının koordinatlarını müəyyən etməyə başlamışdır. Fuad koordinatları müəyyən etdikcə Azər və Əkbər də bellə nişanlama işləri aparmışlar. Koordinat işləri aparılaraq Zərərçəkmiş şəxs torpaq sahəsinə çatarkən Zərərçəkmiş şəxs da idarə etdiyi «NİVA» markalı avtomobillə yanlarına gəlmişdir. Zərərçəkmiş şəxs avtomobilindən düşüb onlara salamlaşaraq əl görüşmüş, sonra Fuad Zərərçəkmiş şəxs da torpağının koordinatını müəyyən edərək torpağın ona aid olduğunu demişdir. Lakin Təqsirləndirilən şəxs2 razılaşmayaraq Zərərçəkmiş şəxsla mübahisə etməyə başlayaraq həmin torpağı ona verməyəcəyini və ona torpağı əkməyə imkan verməyəcəyini demişdir. Elə bu səbəbdən Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs2, oğlanları Əkbər və Azər arasında mübahisə şiddətlənmiş, Sidiqə də mübahisəni görüb onların yanına gəlmişdir. Təqsirləndirilən şəxs2, oğlanları Azər və Təqsirləndirilən şəxs3larla Zərərçəkmiş şəxsla mübahisə etsə də Fuad işini davam etdirərək digər şəxslərin torpağını ölçmüşdür. Təqsirləndirilən şəxs3 öz yerlərinin ölçülməsi bitdikdən sonra beli ona vermiş, o da beli alıb yerləri nişanlamağa başlamış, axırda qardaşının yeri ölçülmüşdür. Təqsirləndirilən şəxs2 beli evə verməyini bildirmişdir. Nişanlanma işi bitdikdən sonra beli öz evinə aparmış və sonradan Təqsirləndirilən şəxs2 nəvəsi gəlib beli onlardan aparmışdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə Cəlilabad rayonu, Zərbiəlli kəndində kənd sakinlərinin yaşayış evinin yaxınlığında əkin sahəsinin kənarında baş vermişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X5-Təcrübi və X9 X6 rayon şöbəsinin 09 aprel 2024-cü il tarixli, 232 nömrəli rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs burun nahiyəsində şişkinlik və qançır, sol göz qapağı üzərində və boyunun sol yan səthində sıyrıqlar, sağ əlin arxa səthində şişkinlik, qançır, və əzilmiş səthi yara, sağ əlin 2-ci əldaraq sümüyünün natamam sınığı müəyyən olunmuşdur. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 06 aprel 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağ əlin arxa səthində şişkinlik, qançır, və əzilmiş səthi yara, sağ əlin 2-ci əl-daraq sümüyünün natamam sınığı vahid kompleks təşkil edib sağlamlığın üzün müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə istintaqı zamanı təyin olunmuş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və X9 Hüuqi Şəxs tərəfindən verilmiş 28 fevral 2025-ci il tarixli, T-140/2025 nömrəli təkrar məhkəmə-tibb eksperizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun nahiyəsində şişkinlik və qançır, sol göz qapağı üzərində və boyunun sol yan səthində sıyrıqlar, sağ əlin arxa səthində şişkinlik, qançır və əzilmiş səthi yara, sağ əlin 2-ci əl-daraq sümüyünün natamam sınığı olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, xx.xx.2024- cü il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmusu ilə təqsirələndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3-cü maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3-cü maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri isə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir və onlar həmin maddələrlə cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Bundan əlavə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndinə əsasən, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Cəlilabad rayon İHB-nin Cəlilabad rayon İHB-nin Qarakazımlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yerində müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs1 yaşayış yerində müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Cinayət işinə əlavə olunmuş, 29 aprel 2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 29 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və həbsdən azad edilmişdir. Cinayət işinə əlavə olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin 08 may 2024-cü il tarixli, 4(106)-49/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmanın əvvəli 08 may 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarında olan, Masallı Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 1(050)-33/2025 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2, 148-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.2-ci maddəsinə əsasən aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. İş materiallarında olan, Şirvan Apellyasiya Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 1(106)471/2025 nömrəli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 1(050)-33/2025 nömrəli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilərək, Təqsirləndirilən şəxs2 qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. İş materiallarında olan, Cəlilabad rayon İHB-nin Cəlilabad rayon İHB-nin Qarakazımlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yerində müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs2 yaşayış yerində müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinə əlavə olunmuş, 15 may 2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 15 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və həbsdən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədəmüvafiq hesab edir. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Qulam oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Cəlilabad rayon İHB-nin Cəlilabad rayon İHB-nin Qarakazımlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11 iyul 2024-cü il tarixli 5-41/2-19-259/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Qulam oğlunun himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarında olan, Cəlilabad rayon İHB-nin Cəlilabad rayon İHB-nin Qarakazımlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yerində müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs3 yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “SAMSUNG A52” markalı mobil telefonun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 üzərində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlansın. Onun hazırkı iş üzrə ibtidai istintaq zamanı 29 aprel 2024-cü il tarixdən 01 may 2024cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclasından həbs edilsin. Həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 08 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Şirvan Apellyasiya Məhkəməsinin 02 iyun 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə uyğun olaraq hazırki hökmlə ona təyin olunmuş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Onun hazırkı iş üzrə ibtidai istintaq zamanı 15 may 2024-cü il tarixdən 17 may 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan saat 07:00-dək yaşadığı Cəlilabad rayonu Zərbiəlli kəndindəəki yaşadığı evi tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan saat 07:00-dək yaşadığı Cəlilabad rayonu, Zərbiəlli kəndindəki yaşadığı evi tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “SAMSUNG A52” markalı mobil telefonun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov