Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-91/2023 14.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1975-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda -0,806 qram çəkidə narkotik vasitə heroini əldə edib daşımaqla üzərində saxlamış, 16 yanvar 2023-cü il tarixdə, saat 16:55-də Cəlilabad RPŞ-nin Göytəpə PB-nin əməkdaşlarının Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Göytəpə PB-yə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki cins gödəkçənin sağ döş cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümdə həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, narkotik vasitə heroin istifadə edir. 16 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən “Asiman” marketin yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və ondan üzərində qanunla qadağan edilən əşya və ya predmet, həmçinin narkotik vasitə olub-olmamasını soruşmuşlar. O da polis əməkdaşlarına demişdir ki, üzərində narkotik vasitə vardır. Bundan sonra polis əməkdaşları onu Cəlilabad RPŞ-nin X10 dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə X10 gəlmişdir. Polis Bölməsində onun üzərində hüquqlarımı müdafiə etməsi üçün ona təqdim edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman o üzərində şəxsi istifadəsi üçün gəzdirdiyi bir büküm narkotik vasitə heroini təqdim etmişdir. Həmin narkotik vasitə onun iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilərək imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı o bildirmişdir ki, üzərindən aşkar edilmiş həmin narkotik vasitəni 15 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində Masallı rayonu, Təklə kənd sakini Cavid adlı şəxsdən öz şəxsi itifadəsi üçün 20 manat müqabilində əldə etmişdir. Həmin narkotik vasitə heroinin bir hissəsini istifadə etmişdir. Hazırda əməlindən səmimi peşmandır və bu səbəbdən qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin Göytəpə PB-nin əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Uzuntəpə kənd sakini Təqsirləndirilən şəxs ilə əvvəllər heç bir ədavət və düşmənçiliyim olmamışdır. Təqsirləndirilən şəxs Cəlilabad rayon, Göytəpə şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə X10 əməliyyat məlumatı daxil olduğundan həmin məlumat əməliyyat yolu ilə yoxlanılmış və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilərək onun cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi məqsədi ilə Cəlilabad rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə Cəlilabad rayon polis şöbəsinin PPXB-nin manqa komandiri, polis baş serjantı Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs olduğu yer əməliyyat yolu ilə müəyyən edilərək Cəlilabad rayonu, Göytəpə şəhəri və ətraf ərazilər tərəfimizdən əməliyyat müşahidəsinə götürülmüşdür. xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsi ərazisində yerləşən “Asiman” marketin yaxınlığında Təqsirləndirilən şəxs onlar tərəfindən müşahidəyə götürülmüş və 5 dəqiqə müşahidə etdikdən sonra onlar Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq ona narkotik vasitələri qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs Göytəpə PB-yə dəvət etmişlər, Təqsirləndirilən şəxs da onların dəvətinə etiraz etməyərək onlarla birlikdə Göytəpə PB-yə gəlməyə razılıq vermişdir. Polis bölməsinə gəldikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Cəlilabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı İlkin İsmayılov tərəfindən şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün təqdim edilmiş Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və onların iştirakı ilə Cəlilabad RPŞ-nin inspektor kriminalisti X4 tərəfindən videoçəkiliş aparılmaqla keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ döş cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükülünü təqdim edərək həmin sellofanın içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini əvvəllər tanıdığı Masallı rayon Təklə kənd sakini Cavid adlı şəxsdən 20 manat pul müqabilində öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilən əşya, predmet və ya narkotik vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 bükümdə şəffaf sellofanda olan kütlə ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış keçirilməsinə dair müvafiq protokol tərtib edilərək iştirakçılar tərəfindən doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 Şahid3 ifadəsində göstərdiyi müvafiq hallarla bağlı analoji ifadə vermişlər. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Cəlilabad RPŞ-nin Göytəpə PB-nin əməliyyat müvəkkili Şahid1 və Cəlilabad RPŞ-nin kriminalistik tədqiqatlar qrupunun inspektorkriminalisti X1 ifadəsindən görünür ki, onlar da Şahid3 ifadəsində göstərdiyi müvafiq hallarla bağlı analoji ifadə vermişlər. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki cins gödəkçənin sağ döş cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümdə həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası ƏN-nin MEM-nin X6 tərəfindən verilmiş məhkəməkimyəvi ekspertizanın 17 yanvar 2023-cü il tarixli, 19/58 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -0,806 qram maddə narkotik vasitə heroindir. Narkotik vasitə heroinin ümumi təmiz çəkisi 0,806 qram, cəmi tədqiqata sərf olunmuş 0,05 qram və 0,756 qram qalıq qalmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X3 Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2023-cü il tarixli, 64 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xətəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində 2022-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyata durur. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən icra olunmuş tələbnamədən və hökmün surətindən görünür ki, Nəsirov X5 rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamışdır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən “cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir”. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən “cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır”. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə “opium narkomanlığı” diaqnozu ilə narkoloji kabinetdə qeydiyyata durmansı nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan 0,756 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə cəmi 60 (altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinin tələblərinə əsasən Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 11 (on bir) ay 28 (iyirimi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasını hazırki iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə qəti olaraq ona 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 16 yanvar 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə “opium narkomanlığı” diaqnozu ilə narkoloji kabinetdə qeydiyyata durmansı nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan 0,756 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan RespublikasıŞirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-91/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-91/2023
14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver