Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-91/2024 29.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 11:30 X8 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə xx xxxxxxx 1982-ci ildə Cəlilabad rayonunun Hamarqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Cəlilabad Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilmiş, 15 sentyabr 2023-cü il tarixdə cəza müddəti bitmiş, lakin məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri Vaqif küçəsi ev 05-də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, bu iş üzrə 11 yanvar 2024-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 228.1-ci maddələri ilə, 15 fevral 1987-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 azyaşlı uşağı olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrinə əsasən qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 500 manat cərimə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, fərdi əməklə məşğul olmuş, Cəlilabad şəhəri M.Hadi küçəsi ev 109-da qeydiyyatda olan və Cəlilabad şəhəri Vaqif küçəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, bu iş üzrə 11 yanvar 2024-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1993-cü ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Əliyev X3 şəhəri Ə.Rəhimov küçəsi 24 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən oğurluq etmək barədə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 2023-cü ilin noyabr ayının 5-nə keçən gecə Təqsirləndirilən şəxs3 idarə etdiyi “VAZ-2103” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan evin yaxınlığına gəldikdən sonra əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya və rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kənar şəxslərin gəlməsi barədə məlumat verməsi məqsədilə həmin evdən 100 metr aralıda dayanaraq gözləmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə həmin evin həyətinə çəkilmiş hasarın üzərindən tullanaraq həyətə daxil olduqdan sonra həyətdə yerləşən evin pəncərəsini atfyorka ilə açmaqla içəri qanunsuz olaraq daxil olub oradan 1 (bir) ədəd 6 kq tutumlu, A++++, 1200 manat dəyərində “Beko” markalı paltaryuyan maşın, 1 (bir) ədəd 160 manat dəyərində “Galaksi” markalı hava təmizləyən aspirator, 1 (bir) ədəd 24 litrlik, 276 manat dəyərində “Yağmur” markalı su qızdırıcısı, 1 (bir) ədəd elektriklə işləyən, 250 manat dəyərində 5 (beş) litrlik samovar, 1 (bir) ədəd odunla işləyən 100 manat dəyərində 10 litrlik samovar, 1 (bir) dəst 350 manat dəyərində şüşədən hazırlanmış qab-qacaq, 1 (bir) ədəd “Vortex” markalı 190 manat dəyərində təzə su nasosu (hidrofolu), 3 (üç) ədəd hər birinin qiyməti 125 manat olan təzə adyal, 2 (iki) ədəd hər bir 25 manat dəyərində təzə qəlyan aparatı və 1 (bir) ədəd 80 manat dəyərində yorğanı gizli talayıb Təqsirləndirilən şəxs3 idarə etdiyi “VAZ-2103” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirib həmin yerdən uzaqlaşaraq ümumilikdə Zərərçəkmiş şəxs1 3031 (üç min otuz bir) manat məbləğdə ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evindən oğurluq etmək barədə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 2023-cü ilin noyabr ayının 11-nə keçən gecə Təqsirləndirilən şəxs3 idarə etdiyi “VAZ-2103” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan evin yaxınlığına gəldikdən sonra əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya və rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kənar şəxslərin gəlməsi barədə məlumat verməsi məqsədilə həmin evdən 100 metr aralıda dayanaraq gözləmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə həmin evin həyətinə çəkilmiş hasarın üzərindən tullanmaq yolu ilə həyətə daxil olduqdan sonra həyətdə yerləşən hamamın qapısını açmaqla içəri qanunsuz olaraq daxil olub oradan 1 (bir) ədəd “80 manat dəyərində, 2 il əvvəl alınmış “Vortex” hidrofol su motorunu, 1 (bir) ədəd 2 ilə əvvəl alınmış 120 manat dəyərində işlək vəziyyətdə olmayan “Yağmur” markalı su qızdırıcısı və 1 (bir) ədəd 30 litrlik 150 manat dəyərində 2-3 il əvvəl alnmış samovarı götürdükdən sonra fərdi yaşayış evinə daxil olub oradan 1 ədəd 750 manat dəyərində “LG UHD” markalı televizoru gizli talayıb Təqsirləndirilən şəxs3 idarə etdiyi “VAZ-2103” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirib həmin yerdən uzaqlaşaraq ümumilikdə Zərərçəkmiş şəxs3 1100 (bir min yüz) manat məbləğdə ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını talamaqla oğurlamışdır. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda, tarixdə və mənbədən qanunsuz olaraq bir ədəd, PX-6902 nömrəli, 9 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1973-cü ildə istehsal olunmuş, “Makarov” konstruksiyalı PM modelli, yivli, texniki cəhətdən saz, atəş üçün yararlı, hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, odlu silah olan tapançanı, 05 ədəd zavod üsulu ilə AR-da istehsal olunmuş 9X18 mm kalibrli, döyüş sursatı, təyinatı üzrə istifadə üçün və atəş üçün yararlı patronları və 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9X18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi, texniki cəhətdən saz, təyinatı üzrə istifadə üçün yararlı darağı əldə edib özündə saxlayaraq daşımış, Cəlilabad Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli axtarış aparılması haqqında qərara əsasən 12 noyabr 2023-cü il tarixdə saat 09:00-da ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində yerləşən hinin içərisindən odlu silah, onun komplekt hissəsi və döyüş sursatı 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükülüdə olmaqla həmin tikilidən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 ünvan 5 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən oğurluq etmək barədə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 2023-cü ilin noyabr ayının 5-nə keçən gecə Təqsirləndirilən şəxs3 idarə etdiyi məxsus “VAZ-2103” markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan evin yaxınlığına gəldikdən sonra əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya və rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kənar şəxslərin gəlməsi barədə məlumat verməsi məqsədilə həmin evdən 100 metr aralıda dayanaraq gözləmiş, Təqsirləndirilən şəxs2 və Xaləddin Xəliyev isə həmin evin həyətinə çəkilmiş hasarın üzərindən tullanaraq yolu ilə həyətə daxil olduqdan sonra həyətdə yerləşən evin pəncərəsini açmaqla içəri qanunsuz olaraq daxil olub oradan 1 (bir) ədəd 6 kq tutumlu, A++++, 1200 manat dəyərində “Beko” markalı paltaryuyan maşın, 1 (bir) ədəd 160 manat dəyərində “Galaksi” markalı hava təmizləyən aspirator, 1 (bir) ədəd 24 litrlik, 276 manat dəyərində “Yağmur” markalı su qızdırıcısı, 1 (bir) ədəd elektriklə işləyən, 250 manat dəyərində 5 (beş) litrlik samovar, 1 (bir) ədəd odunla işləyən 100 manat dəyərində 10 litrlik samovar, 1 (bir) dəst 350 manat dəyərində şüşədən hazırlanmış qab-qacaq, 1 (bir) ədəd “Vortex” markalı 190 manat dəyərində təzə su nasosu (hidrofolu), 3 (üç) ədəd hər birinin qiyməti 125 manat olan təzə adyal, 2 (iki) ədəd hər bir 25 manat dəyərində təzə qəlyan aparatı və 1 (bir) ədəd 80 manat dəyərində yorğanı gizli talayıb Təqsirləndirilən şəxs3 idarə etdiyi “VAZ-2103” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirib həmin yerdən uzaqlaşaraq ümumilikdə Zərərçəkmiş şəxs1 3031 (üç min otuz bir) manat məbləğdə ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evindən oğurluq etmək barədə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 2023-cü ilin noyabr ayının 11-nə keçən gecə Təqsirləndirilən şəxs3 idarə etdiyi “VAZ-2103” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan evin yaxınlığına gəldikdən sonra əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya və rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kənar şəxslərin gəlməsi barədə məlumat verməsi məqsədilə həmin evdən 100 metr aralıda dayanaraq gözləmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə həmin evin həyətinə çəkilmiş hasarın üzərindən tullanaraq həyətə daxil olduqdan sonra həyətdə yerləşən hamamın plastik qapısını atfyorka ilə açmaqla içəri qanunsuz olaraq daxil olub oradan 1 (bir) ədəd “80 manat dəyərində, 2 il əvvəl alınmış “Vortex” hidrofol su motorunu, 1 (bir) ədəd 2 il əvvəl alınmış 120 manat dəyərində işlək vəziyyətdə olmayan “Yağmur” markalı su qızdırıcısı və 1 (bir) ədəd 30 litrlik 150 manat dəyərində 2-3 il əvvəl alnmış samovarı götürdükdən sonra fərdi yaşayış evinə daxil olub oradan 1 ədəd 750 manat dəyərində “LG UHD” markalı televizoru gizli talayıb Təqsirləndirilən şəxs3 idarə etdiyi “VAZ-2103” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirib həmin yerdən uzaqlaşaraq ümumilikdə Zərərçəkmiş şəxs3 1100 (bir min yüz) manat məbləğdə ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən Cəlilabad şəhəri, M.Əzizbəyov küçəsi ev 58-də yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən oğurluq etmək barədə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 2023-cü ilin dekabr ayının 4-nə keçən gecə Təqsirləndirilən şəxs3 idarə etdiyi “VAZ-2103” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan evin yaxınlığına gəldikdən sonra əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya və rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 kənar şəxslərin gəlməsi barədə məlumat verməsi məqsədilə həmin evdən 100 metr aralıda dayanaraq gözləmiş, Təqsirləndirilən şəxs2 isə həmin evin həyətinə çəkilmiş hasarın üzərindən tullanaraq həyətə daxil olduqdan sonra həyətdə yerləşən evin pəncərəsini atfyorka ilə açmaqla içəri qanunsuz olaraq daxil olub, oradan 2 (iki) ədəd hər birinin dəyəri 300 manat, ümumilikdə dəyəri 600 manat olan xalça, 3 (üç) ədəd hər birinin dəyəri 60 manat, ümumilikdə dəyəri 180 manat olan adyal, 1 (bir) ədəd 300 manat dəyərində un məmulatları hazırlayan xəmir aparatı, 1 (bir) ədəd “Master” markalı 200 manat dəyərində meyvə şirəsi hazırlayan aparat, 1 ədəd elektriklə işləyən 200 manat dəyərində 5 litrlik samovar, 1 ədəd odunla işləyən 300 manat dəyərində 25 litrlik samovar, dəmir materialdan hazırlanmış “Taghdis” markalı 500 manat dəyərində qab-qacaq dəsti, “Jio” markalı, 300 manat dəyərində qazan dəsti, fincan formasında 150 manat dəyərində stəkan dəsti, 70 manat dəyərində dəmir mətbəx bıçaq dəsti, 200 manat dəyərində qaşıq dəsti gizli talayıb Təqsirləndirilən şəxs3 idarə etdiyi “VAZ-2103” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirib həmin yerdən uzaqlaşaraq ümumilikdə Zərərçəkmiş şəxs2 3000 (üç min) manat məbləğdə ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxs Səfərov X2 şəhəri, Ə.Rəhimov küçəsi, 24 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən oğurluq etmək barədə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 2023-cü ilin noyabr ayının 5-nə keçən gecə sonuncularla birlikdə idarə etdiyi “VAZ-2103” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan evin yaxınlığına gəldikdən sonra əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya və rolların bölgüsünə əsasən o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kənar şəxslərin gəlməsi barədə məlumat verməsi məqsədilə həmin evdən 100 metr aralıda dayanaraq gözləmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə həmin evin həyətinə çəkilmiş hasarın üzərindən tullanaraq həyətə daxil olduqdan sonra həyətdə yerləşən evin pəncərəsini atfyorka ilə açmaqla içəri qanunsuz olaraq daxil olub, oradan 1 (bir) ədəd 6 kq tutumlu, A++++, 1200 manat dəyərində “Beko” markalı paltaryuyan maşın, 1 (bir) ədəd 160 manat dəyərində “Galaksi” markalı hava təmizləyən aspirator, 1 (bir) ədəd 24 litrlik, 276 manat dəyərində “Yağmur” markalı su qızdırıcısı, 1 (bir) ədəd elektriklə işləyən, 250 manat dəyərində 5 (beş) litrlik samovar, 1 (bir) ədəd odunla işləyən 100 manat dəyərində 10 litrlik samovar, 1 (bir) dəst 350 manat dəyərində şüşədən hazırlanmış qab-qacaq, 1 (bir) ədəd “Vortex” markalı 190 manat dəyərində təzə su nasosu (hidrofolu), 3 (üç) ədəd hər birinin qiyməti 125 manat olan təzə adyal, 2 (iki) ədəd hər bir 25 manat dəyərində təzə qəlyan aparatı və 1 (bir) ədəd 80 manat dəyərində yorğanı gizli talayıb onun idarə etdiyi “VAZ-2103” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirib həmin yerdən uzaqlaşaraq ümumilikdə Zərərçəkmiş şəxs1 3031 (üç min otuz bir) manat məbləğdə ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını talamaqla oğurlamışdır. Bundan başqa, o, ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evindən oğurluq etmək barədə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 2023-cü ilin noyabr ayının 11-nə keçən gecə sonuncularla birlikdə idarə etdiyi “VAZ-2103” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan evin yaxınlığına gəldikdən sonra əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya və rolların bölgüsünə əsasən o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kənar şəxslərin gəlməsi barədə məlumat verməsi məqsədilə həmin evdən 100 metr aralıda dayanaraq gözləmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə həmin evin həyətinə çəkilmiş hasarın üzərindən tullanaraq həyətə daxil olduqdan sonra həyətdə yerləşən hamamın plastik qapısını açmaqla içəri qanunsuz olaraq daxil olub oradan 1 (bir) hidrofol su motorunu, 1 (bir) ədəd 80 manat dəyərində, 2 il əvvəl alınmış “Vortex” hidrofol su motorunu, 1 (bir) ədəd 2 ilə əvvəl alınmış 120 manat dəyərində işlək vəziyyətdə olmayan “Yağmur” markalı su qızdırıcısı və 1 (bir) ədəd 30 litrlik 150 manat dəyərində 2-3 il əvvəl alnmış samovarı götürdükdən sonra fərdi yaşayış evinə daxil olub oradan 1 ədəd 750 manat dəyərində “LG UHD” markalı televizoru gizli talayıb onun idarə etdiyi “VAZ-2103” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirib həmin yerdən uzaqlaşaraq ümumilikdə Zərərçəkmiş şəxs3 1100 (bir min yüz) manat məbləğdə ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını talamaqla oğurlamışdır. Bundan əlavə, o, Cəlilabad şəhəri, M.Əzizbəyov küçəsi ev 58-də yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən oğurluq etmək barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 2023-cü ilin dekabr 4-nə keçən gecə sonuncularla birlikdə idarə etdiyi “VAZ-2103” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan evin yaxınlığına gəldikdən sonra əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya və rolların bölgüsünə əsasən o, Təqsirləndirilən şəxs2 kənar şəxslərin gəlməsi barədə məlumat verməsi məqsədilə həmin evdən 100 metr aralıda dayanaraq gözləmiş, Təqsirləndirilən şəxs2 isə həmin evin həyətinə çəkilmiş hasarın üzərindən tullanaraq həyətə daxil olduqdan sonra həyətdə yerləşən evin pəncərəsini atfyorka ilə açmaqla içəri qanunsuz olaraq daxil olub oradan 2 (iki) ədəd hər birinin dəyəri 300 manat, ümumilikdə dəyəri 600 manat olan xalça, 3 (üç) ədəd hər birinin dəyəri 60 manat, ümumilikdə dəyəri 180 manat olan adyal, 1 (bir) ədəd 300 manat dəyərində un məmulatları hazırlayan xəmir aparatı, 1 (bir) ədəd “Master” markalı 200 manat dəyərində meyvə şirəsi hazırlayan aparat, 1 ədəd elektriklə işləyən 200 manat dəyərində 5 litrlik samovar, 1 ədəd odunla işləyən 300 manat dəyərində 25 litrlik samovar, dəmir materialdan hazırlanmış “Taghdis” markalı 500 manat dəyərində qabqacaq dəsti, “Jio” markalı, 300 manat dəyərində qazan dəsti, fincan formasında 150 manat dəyərində stəkan dəsti, 70 manat dəyərində dəmir mətbəx bıçaq dəsti, 200 manat dəyərində qaşıq dəsti gizli talayıb onun idarə etdiyi “VAZ-2103” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirib həmin yerdən uzaqlaşaraq ümumilikdə Zərərçəkmiş şəxs2 3000 (üç min) manat məbləğdə ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli hesab edərək ifadəsində göstərdi ki, o, əvvəllər oğurluq cinayəti törətdiyinə görə dəfələrlə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 rayon sakini kimi tanıyır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ilə heç bir ədavət və düşmənçiliyim yoxdur. 2023-cü ilin noyabr ayında maddi vəziyyətləri çox aşağı olduğuna görə əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə oğurluq etmək qərarına gəlmişlər. Oğurluq etməyi ilk öncə o, onlara təklif etmişdir. 2023-cü ilin noyabr ayının 5-də o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birlikdə oğurluq etmək məqsədilə Təqsirləndirilən şəxs3 idarə etdiyi “VAZ-2103” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Cəlilabad şəhəri, Ə.Rəhimov küçəsinə getmişlər. Orada evlərin birinin işıqlarının sönülü olmasını görmüşlər və həmin zaman fikirləşmişlər ki, ev yiyəsizdir. Təqsirləndirilən şəxs3 onu və Azəri həmin evin qarşısında avtomobildən düşürtmüşdür. Təqsirləndirilən şəxs3 onların həmin evə oğurluq məqsədilə daxil olacaqlarını bilmişdir. Təqsirləndirilən şəxs3 isə həmin evin yaxınlığında onları gözləyərək bələdçilik etmiş və onun həmin yerdə dayanmağının məqsədi kənar şəxs gələn zaman onlara məlumat vermək olmuşdur. O və Təqsirləndirilən şəxs2 həmin evə daxil olmaq üçün ilk öncə daş hasardan həyətə keçmişlər, sonra Təqsirləndirilən şəxs2 həyətdə gözləmiş, o isə pəncərədən içəri daxil olmuşdur. Həmin evdən 1 ədəd “Beko” markalı paltaryuyan maşın, 1 ədəd aspirator, 1 ədəd su qızdırıcı, 1 ədəd beş litrlik samovar, 1 dəst qab-qacaq, 1 ədəd təzə su nasosu, adyalı götürüb bir-bir evin qapısına çıxartmış, sonra Təqsirləndirilən şəxs3 zəng vuraraq evin qarşısına gəlməsini söyləmişdir. O və Təqsirləndirilən şəxs2 həmin əşyaları avtomobilin baqaj hissəsinə qoymuşlar. Sonra avtomobilə əyləşib həmin yerdən uzaqlaşıb Təqsirləndirilən şəxs2 yaşadığı evə tərəf getmişlər. Həmin məişət əşyalarını Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətinə qoymuşlar. O və Təqsirləndirilən şəxs2 oğurladıqları əşyaları dəyər-dəyməzinə, 250 manat pula Təqsirləndirilən şəxs3 özünə satmışlar. Təqsirləndirilən şəxs3 həmin əşyaları alan zaman öz payını çıxıb onlara 250 manat pul vermişdir. Onlar Azərlə birlikdə həmin pulu 2 (iki) yerə bölmüşlər, 125 manat pul onun payına düşmüş, 125 manat pul da Azərin payına düşmüşdür. Həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Daha sonra isə onlar yenidən oğurluq etmək qərarına gəlmişlər, bunun üçün də təxminən 5 gün sonra onlar təkrarən oğurluq etmək məqsədilə Cəlilabad şəhəri, V.Mürsəlov küçəsinə getmişlər, Təqsirləndirilən şəxs3 avtomobili saxlamış, o və Azər avtomobildən düşmüşlər, Təqsirləndirilən şəxs3 biraz kənarda gözləmiş və bələdçilik etmişdir ki, kimsə gəlib getsə məlumat versin. O və Təqsirləndirilən şəxs2 daş hasardan keçib həyətin darvazasının qapısını açmışlar. Sonra o, pəncərədən içəri daxil olub evdən “Samsung” markalı televizoru götürmüş, həmin televizoru qapının ağzına qoymuş, sonra isə hamamdan 1 ədəd su motoru, su qızdırıcısı və 1 ədəd samovarı oğurlamışdır. Sonra Təqsirləndirilən şəxs3 çağırmışlar, həmin əşyaları avtomobilə yükləmişlər. Daha sonra onlar avtomobilə əyləşib oradan uzaqlaşaraq Təqsirləndirilən şəxs2 yaşadığı evə getmişlər. Həmin əşyaları Azərin həyətinə boşaltmışlar. Televizoru Təqsirləndirilən şəxs3 300 manat pula satmış, həmin pulu Azərlə birlikdə öz aralarında bölmüşlər, Təqsirləndirilən şəxs3 pulu verən zaman öz payına düşən pulu çıxıb ona 300 manat pul vermişdir. Samovar, su motoru və su qızdırıcısını həyətdə saxlamışlar. Samovarları Bakı şəhəri, Xaqlar dostluğu deyilən ərazidə adını bilmədiyi, lakin sifətlə tanıdığı şəxsə hər birinin qiyməti 60 manat olmaqla 120 manat pula satmışdır. Həmin puldan 60 manatını Azərə vermiş, Təqsirləndirilən şəxs3 isə pul verməmişdir. Həmçinin yaşadığı evin həyətində olan yarımçıq tikilidə tapanca, darağı və patronu gizlətmişdir. Polis əməkdaşlarının iştirakı ilə həmin tikiliyə baxış keçirilmiş və tapançanı, darağını və patronları çıxarıb təqdim etmişdir. Oğurluq barədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 başqa heç kimin məlumatı olmamışdır. O, oğurluq edən zaman hasardan tullanmışlar, pəncərini açmaq üçün atfyorkadan istifadə etmişdir. O, hal-hazırda qeyd olunan cinayətlərdən başqa cinayət törətməmişdir. Onlara ilk olaraq oğurluq etməyi söhbət əsnasında o, təklif etmişdir. O, özü oğurluq edən zaman birbaşa icraçı olmuş, evə o, daxil olmuş, əşyaları o, evdən götürmüş, Təqsirləndirilən şəxs3 çöldə bələdçilik etmiş, Təqsirləndirilən şəxs2 isə həyətdə gözləmiş və əşyaları avtomobilə yükləməkdə köməklik etmişdir. Həmin əşyaların oğurluq olması üç nəfərdən başqa heç kimin məlumatı olmamışdır. Zərərçəkmiş şəxs2 evindən oğurluq edilən zaman o, Bakı şəhərində olmuş, həmin oğurluqda iştirak etməmişdir. Oğurladıqları əşyaların bir qismini Təqsirləndirilən şəxs3 satmışlar, bir qismini Bakı şəhərində tanımadığı şəxsə satmışdır. O, tapançanı bir ay əvvəl tapmış və evdə gizlətmişdir. Həmin silahdan istifadə etməmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş zərər tam ödənilmişdir. Zərərçəkmişlərin ondan heç bir şikayəti və tələbi yoxdur. Bunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər oğurluq və soyğunçuluq cinayətlərini törətdiyinə görə məhkum olunmuşdur. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. 2023-cü ilin noyabr ayında maddi vəziyyətləri çox aşağı olduğuna görə əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1lə və Təqsirləndirilən şəxs3la birlikdə oğurluq etmək qərarına gəlmişlər. Oğurluq etməyi ilk öncə Təqsirləndirilən şəxs1 onlara təklif etmişdir. 2023-cü ilin noyabr ayının 5-də o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 birlikdə oğurluq etmək məqsədilə Təqsirləndirilən şəxs3 idarə etdiyi “VAZ-2103” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Cəlilabad şəhəri, Ə.Rəhimov küçəsinə getmişlər. Orada evlərin birinin işıqlarının sönülü olmasını görmüşlər və həmin zaman fikirləşmişlər ki, ev yiyəsizdir. Təqsirləndirilən şəxs3 onu və Xaləddini həmin evin qarşısında düşürtmüş, Təqsirləndirilən şəxs3 bilmişdir ki, onlar həmin evə oğurluq məqsədilə daxil olacaqlar. Təqsirləndirilən şəxs3 isə həmin evin yaxınlığında onları gözləyərək bələdçilik etmiş və onun həmin yerdə dayanmağının məqsədi kənar şəxs gələn zaman onlara məlumat vermək olmuşdur. O və Təqsirləndirilən şəxs1 həmin evə daxil olmaq üçün ilk öncə daş dasardan çıxmışlar, sonra o, həyətdə gözləmiş, Təqsirləndirilən şəxs1 isə pəncərədən içəri daxil olmuşdur. Həmin evdən 1 ədəd “Beko” markalı paltaryuyan maşın, 1 ədəd aspirator, 1 ədəd su qızdırıcı, 1 ədəd beş litrlik samovar, 1 dəst qab-qacaq, 1 ədəd təzə su nasosu, adyalı götürüb bir-bir evin qapısına çıxartmış, sonra Təqsirləndirilən şəxs3 zəng vuraraq evin qarşısına gəlməsini söyləmişdir. O və Təqsirləndirilən şəxs1 həmin əşyaları avtomobilin baqaj hissəsinə qoymuşlar. Sonra avtomobilə əyləşib həmin yerdən uzaqlaşmışlar. Onun yaşadığı evə tərəf getmişlər. Həmin məişət əşyalarını yaşadığı evin həyətinə qoymuşlar. O və Təqsirləndirilən şəxs1 oğurladıqları əşyaları dəyər-dəyməzinə, 250 manat pula Təqsirləndirilən şəxs3 özünə satmışlar. Təqsirləndirilən şəxs3 həmin əşyaları alan zaman öz payını çıxıb onlara 250 manat pul vermişdir. Onlar Xaləddinlə birlrikdə həmin pulu 2 (iki) yerə bölmüşlər, 125 manat pul onun payına düşmüş, 125 manat pul da Xaləddinin payına düşmüşdür. Həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Daha sonra isə onlar yenidən oğurluq etmək qərarına gəlmişlər və bunun üçün də təxminən 5 gün sonra onlar təkrarən oğurluq etmək məqsədilə Cəlilabad şəhəri, V.Mürsəlov küçəsinə getmişlər. Təqsirləndirilən şəxs3 avtomobili saxlamış, o və Xaləddin avtomobildən düşmüşlər, Təqsirləndirilən şəxs3 biraz kənarda gözləmiş və bələdçilik etmişdir ki, kimsə gəlib getsə məlumat versin. O və Təqsirləndirilən şəxs1 daş hasardan keçib həyətin darvazasının qapısını açmış, sonra Xalədin pəncərədən içəri daxil olub evdən “Samsung” markalı televizoru götürmüş, həmin televizoru qapının ağzına qoymuş, sonra isə hamamdan 1 ədəd su motoru, su qızdırıcısı və 1 ədəd samovarı oğurlamışlar. Sonra Səmədi çağırmışlar, həmin əşyaları avtomobilə yükləmişlər. Daha sonra onlar avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Onun yaşadığı evə gedib, həmin əşyaları həyətə boşaltmışlar. Televizoru Təqsirləndirilən şəxs3 300 manat pula satmışlar, həmin pulu Xaləddinlə birlikdə öz aralarında bölmüşlər. Təqsirləndirilən şəxs3 pulu verən zaman öz payına düşən pulu çıxıb ona 300 manat pul vermişdir. Samovar, su motoru və su qızdırıcısını həyətdə saxlamışlar. Təqsirləndirilən şəxs1 samovarları Bakı şəhəri, Xalqlar dostluğu deyilən ərazidə hər birinin qiyməti 60 manat olmaqla 120 manat pula satmışdır. Həmin puldan 60 manatını ona vermiş, Təqsirləndirilən şəxs3 isə pul verməmişlər. Həmçinin 2023-cü ilin dekabr ayının 3-ə keçən gecə Cəlilabad şəhəri, M.Əzizbəyov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 yaşayış olmayan evinə getmişlər. Təqsirləndirilən şəxs3 yenə çöldə gözləmiş, o evə daxil olmuşdur. Həmin zaman Təqsirləndirilən şəxs1 Bakı şəhərində olmuş, onlarla gəlməmişdir. O, evdən 1 (bir) ədəd meyvə şirəsini hazırlayan aparat, 1 ədəd samovar, 1 ədəd tozsoran, 1 ədəd un hazırlayan xəmir aparatı oğurlayıb çölə çıxmış, həmin əşyaları avtomobilinin baqaj hissəsinə yükləmişlər. Sonra həmin əşyaları yaşadığı evin həyətinə boşaltmışlar. Oğurluq barədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 başqa heç kimin məlumatı olmamışdır. Törətdiyi cinayət əməlindən peşmandır, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 dəymiş ziyan tam ödənilmiş, Zərərçəkmiş şəxs2 dəymiş ziyandan isə qismən ödənilmişdir. Himayəsində üç azyaşlı uşağı var, ailəsinin yeganə qazanc gətirənidir. Bunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2023-cü ilin noyabr ayında maddi vəziyyətləri çox aşağı olduğuna görə əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1və xalası oğlu Təqsirləndirilən şəxs2la birlikdə oğurluq etmək qərarına gəlmişlər. Oğurluq etməyi ilk öncə ona xalası oğlu Təqsirləndirilən şəxs2 təklif etmişdir. O ilk olaraq buna etiraz etsə də, maddi imkanının aşağı olması onu oğurluq etməklə bağlı razılaşdırmışdır. 2023-cü ilin noyabr ayının 5-də o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə oğurluq etmək məqsədilə onun idarə etdiyi “VAZ-2103” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Cəlilabad şəhəri, Ə.Rəhimov küçəsinə getmişlər. Orada evlərin birinin işıqlarının sönülü olmasını görmüşlər və həmin zaman fikirləşmişlər ki, ev yiyəsizdir. O, Azəri və Xaləddini həmin evin qarşısında avtomobildən düşürtmüşdür. O, həmin şəxslərin həmin evə oğurluq məqsədilə daxil olduğunu bilmişdir. O, avtomobillə həmin ərazidən bir az uzaqlaşıb kənarda gözləmişdir ki, kimsə gəlsə bu barədə onlara məlumat versin. 30 dəqiqə sonra Azər və Xaləddin evdən çıxmışlar. Onlar evdən 1 ədəd “Beko” markalı paltaryuyan maşın, 1 ədəd aspirator, 1 ədəd su qızdırıcı, 1 ədəd beş litrlik samovar, 1 dəst qab-qacaq, 1 ədəd təzə su nasosu, adyal oğurlamışlar. Həmin əşyaları onlar onun avtomobilinə yükləmişlər, sonra həmin ərazini tərk etmişlər. Onlar Təqsirləndirilən şəxs2 yaşadığı ünvana getmişlər və həmin əşyaları Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətinə boşaltmışlar. Aralarında razılaşmışlar ki, əşyaları satıb pulunun bölünməsi barədə sabah söhbət edərlər. Səhərisi gün görüşmüşlər, həmin əşyaları kimə satmalarını aydınlaşdırmışlar. Həmin əşyaların bəzilərini, yəni paltaryuyan maşını, aspiratoru öz evinə aparmışdır. Daha sonra isə onlar yenidən oğurluq etmək qərarına gəlmişlər. Bunun üçün də təxminən 5 gün sonra təkrarən oğurluq etmək məqsədilə Cəlilabad şəhəri, V.Mürsəlov küçəsinə getmişlər. O, avtomobilini saxlamış, Azər və Təqsirləndirilən şəxs1 avtomobildən düşmüşlər. O, biraz kənarda gözləmiş və bələdçilik etmişdir ki, kimsə gəlib-getsə məlumat versin. Təxminən 30 dəqiqə sonra Azər və Xaləddin 1 ədəd su motoru, 1 ədəd televizor, 1 ədəd su qızdırıcısı və 1 ədəd samovarı oğurlayıb gəlmişlər. Həmin oğurlanmış əşyaları avtomobilin baqaj hissəsinə yükləyib oradan uzaqlaşmışlar. Həmin oğurlanmış əşyaları Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətinə boşaltmışlar. Sonra dağılışmışlar və həmin əşyalar Azərin həyətində qalmışdır. Üçüncü dəfə, yəni 2023-cü ilin dekabr ayının əvvəllərində o və Təqsirləndirilən şəxs2 Cəlilabad şəhəri, M.Əzizbəyov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 yaşayış olmayan evinə getmişlər. O, yenə çöldə gözləmiş, Təqsirləndirilən şəxs2 evə daxil olmuşdur. Həmin zaman Xaləddin Bakı şəhərində olmuş, onlarla gəlməmişdir. Onlar evdən 1 (bir) ədəd meyvə şirəsini hazırlayan aparat, 1 ədəd samovar, 1 ədəd tozsoran, 1 ədəd un hazırlayan xəmir aparatı oğurlyaıb çölə çıxmişlar. Həmin əşyaları avtomobilinin baqaj hissəsinə yükləmişlər. Sonra həmin əşyaları Azərin həyətinə boşaltmışlar. Səhərisi gün, o “Beko” markalı paltar yuyan maşını, 1 ədəd xəmir aparatını, 1 ədəd aspiratoru Vaqif adlı şəxsə 500 manat pula satmışdır. Həmin 500 manat pulu o, Xaləddin və Azər 3 yerə bölmüşlər, nəticədə ona 170 manat pul çatmışdır. Digər əşyaları isə onlar öz aralarında böləcəkmişlər, bu barədə onun heç bir məlumatı yoxdur. O, həmin 170 manat pulun 100 manatını Vaqifə borcunun əvəzinə vermiş, 50 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurluq barədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 başqa heç kimin məlumatı olmamışdır. Törətdiyi cinayət əməlindən peşmandır, ilk dəfədir ki, cinayət törədir. Zərərçəkmiş şəxslərə dəymiş zərəri tam şəkildə ödəmişdir, zərəçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbləri yoxdur. Odur ki bu halları nəzərə alıb ona həbslə əlaqəli olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, 2023-cü ilin dekabr ayında yaşadığı evdən 2 (iki) ədəd xalça, 3 (üç) ədəd adyal, 1 (bir) ədəd un məmulatları hazırlayan xəmir aparatı, 1 (bir) ədəd meyvə şirəsi hazırlayan aparatı, biri elektriklə, biri kömürlə işləyən 2 (iki) ədəd samovar qab-qacaq, qazan, stəkan, bıçaq və qaşıq naborları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. O da 2023-cü ilin dekabr ayının 25də RPŞ-nə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 3000 manata maddi ziyan dəymişdir. Oğruluqla bağlı şübhələndiyi kimsə olmamışdır. Daha sonradan həmin oğurluğun Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsini bilmişdir. Ona dəymiş ziyandan Təqsirləndirilən şəxs3 tərəfindən ona ödəniş edilmiş. Buna görə də onun Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə şikayətçidir. Ona görə də məhkəmədən cəza təyin edərkən bunların nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, 2023-cü ilin noyabr ayının əvvəllərində ona məxsus fərdi yaşayış evindən 1 (bir) “Beko” markalı paltaryuyan maşın, 1 (bir) ədəd təzə aspirator, 1 (bir) ədəd su qızdırıcı, 1 (bir) ədəd 5 (beş) litrlik samovar, 1 (bir) dəst qab-qacaq, 1 (bir) ədəd təzə su nasosu, 3 (üç) ədəd təzə adyal, 2 (iki) ədəd təzə qəlyan aparatı, 1 (bir) ədəd yorğan naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. O da 2024-cü ilin yanvar ayında RPŞ-nə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 3000 manata maddi ziyan dəymişdir. Oğurluqla bağlı şübhələndiyi kimsə olmamışdır. Daha sonradan həmin oğurluğun Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsini bilmişdir. Halhazırda ona dəymiş ziyan tam ödənilmişdir. Onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də məhkəmədən cəza təyin edərkən bunların nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs3 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, 2023-cü ilin noyabr ayının əvvəllərində ona məxsus fərdi yaşayış evindən 1 (bir) ədəd “Samsung” markalı televizor, 1 (bir) hidrofol su motoru, 1 (bir) ədəd işlək vəziyyətdə olmayan su qızdırıcısı və 1 (bir) ədəd samovar naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. O da 2023-cü ilin dekabr ayında RPŞ-nə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 1100 manat manata maddi ziyan dəymişdir. Oğruluqla bağlı şübhələndiyi kimsə olmamışdır. Daha sonradan həmin oğurluğun Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsini bilmişdir. Hal-hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də məhkəmədən cəza təyin edərkən bunların nəzərə alınmasını xahiş edir. Şahid – Şahid2 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, o, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs1 yaşadığı evdə odlu silah gizlətməsi, qanunla qadağan olunmuş digər predmetləri saxlaması ehtimalları olduğundan onun yaşadığı evdə Cəlilabad rayon məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 5(073)-06/2024 saylı qərarı əsasında axtarış istintaq hərəkəti həyata keçirilməsinə icazə verilmişdir. Cəlilabad Rayon Məhkəməsinin həmin 12 yanvar 2024-cü il tarixli 5(073)-06/2024 saylı qərarı əsasında 12 yanvar 2024-cü il tarixdə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 ünvan 6 ünvanda yerləşən evdə axtarış keçirilməyə başlanılmışdır. Axtarışda ondan başqa Şahid2, Şahid3, müdafiəçi Ədalət Şükürov, şübhəli şəxs Təqsirləndirilən şəxs1 və kriminalist Valeh Abdullayev iştirak etmişdir. Axtarış müstəntiq Nahid Hüseynov tərəfindən həyata keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evdə və həyətindəki yardımçı tikililərdə odlu silah və ya qanunla qadağan edilmiş hər hansı əşya, predmet gizlətmişdirsə könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, yaşadığı evdə odlu silah və ya qanunla qadağan edilmiş əşya və predmet gizlətməmişdir. Yaşadığı evin həyətindəki yardımçı tikililərin birində 1 ədəd şəffaf rəngli sellofana bükülmüş tapança, onun darağını və 5 ədəd patronunu gizlətdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı evə axtarış keçirilmişdir. Axtarış zamanı onun yaşadığı fərdi yaşayış evinin həyətdində olan yardımçı tikilidən 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü aşkar edilmişdir. Həmin bükülüyə açılıb baxılmış, bükülüdə bir ədəd tapançaya bənzər predmet, 1 ədəd daraq və 5 ədəd patron aşkar edilərək götürülmüşdür. Həmin şəxs aşkar olunub götürülmüş həmin predmetlərin ona məxsus olmasını, bir neçə müddətdir tapmasını, həmin silahdan istifadə etməməsini, uzun müddətdir ki, yəni, 3 ilə yaxındır ki, həmin tikilidə gizlətməsini bildirmişdir. Bundan sonra aşkar edilərək götürülmüş 1 ədəd tapança, daraq və 5 ədəd patron zərfə qoyularaq qablaşdırılmış və şöbənin nömrəli möhürü ilə möhürlənmiş və götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 yaşadığı evdə və evin həyətindəki yardımçı tikillərdə axtarış keçirilsə də oradan qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və onlar da həmin protokolu imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin TB-nin təhqiqatçısı Şahid3 da eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş 11 noyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, oğurluq hadisəsi Cəlilabad şəhəri, V.Mürsəlov küçəsi ərazisində baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs3 məişət əşyalarının oğurlandığı yeri göstərmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş 25 dekabr 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, oğurluq hadisəsi Cəlilabad şəhəri, M.Əzizbəyov küçəsi ərazisində baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs2 məişət əşyalarının oğurlandığı yeri göstərmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş 10 yanvar 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, oğurluq hadisəsi Cəlilabad şəhəri, Ə.Rəhimov küçəsi ərazisində baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs1 məişət əşyalarının oğurlandığı yeri göstərmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin X4 xx.xx.2024-cü il tarixli 19/51 nömrəli rəyindən görünür ki, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin noyabr-dekabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1950,00 manat müəyyən olunur. Qərarda göstərilən digər mallar haqqında kifayət qədər məlumat (markası, modeli, ölçüləri, materialları və .s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-ballistik ekspertizasının 15 yanvar 2024-cü il tarixli, 24/109 nömrəli rəyindən göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd PX-6902 nömrəli silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1973-cü ildə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə və dəyişilik edilməmişdir. Tədqiqata təqdim edilmiş 05 ədəd patron zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı taspançaların ştat patronlardır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 kalibrli patronlar yerləşdirmək üçün nəzərəd tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Cinayət işinin materiallarına əlavə olunmuş “Rizvan” şirkətinin 16 yanvar 2024-cü il tarixli 03 nömrəli məktubda göstərilmişdir ki, 10 noyabr 2023-cü il tarixdə 1 (bir) ədəd “Vortex” markalı 2 il əvvəl alınmış hidroforun orta bazar alqı-satqı qiyməti 80 (səksən) manat, 2 il əvvəl alınmış 24 litrlik “Yağmur” su qızdırıcısının orta bazar alqı-satqı qiyməti 120 (bir yüz iyirmi) manat və 30 litrlik təxminən 2-3 il əvvəl alınmış samovarın orta bazar alqı-satqı qiyməti 150 (bir yüz əlli) manat və 1 ədəd “LG” markalı 123 smX49 ölçüdə televizorun orta bazar alqı-satqı qiyməti 750 (yeddi yüz əlli) manat təşkil edir. Cinayət işinin materiallarına əlavə olunmuş “Rizvan” şirkətinin 16 yanvar 2024-cü il tarixli 03 nömrəli məktubda göstərilmişdir ki, 05 noyabr 2023-cü il tarixdə 1 (bir) ədəd “BEKO” markalı 6 kq tutumlu, A++++ paltar yuyan maşınının orta bazar alqı-satqı qiyməti 1200 (bir min iki yüz) manat, 1 ədəd “Galaksi” maraklı hava təmizləyən aspiratorun orta bazar alqı-satqı qiyməti 160 (bir yüz altmış) manat, 1 ədəd 24 litrlik “Yağmur” markalı su qızdırıcısının orta bazar alqı-satqı qiyməti 276 (iki yüz yemiş altı) manat, 1 ədəd elektriklə işləyən 5 litrlik samovarın orta bazar alqı-satqı qiyməti 250 (iki yüz əlli) manat, 1 ədəd kömürlə işləyən 10 litrlik samovarın orta bazar alqı-satqı qiyməti 100 (bir yüz) manat, 1 dəst qab-qacağın orta bazar alqı-satqı qiyməti 350 (üç yüz əlli) manat, 1 dəst su qabı naborunun orta bazar alqı-satqı qiyməti 400 (dörd yüz) manat, 1 ədəd ədyalın orta bazar alqı-satqı qiyməti 125 (bir yüz iyirmi beş) manat, 1 ədəd yorğanın orta bazar alqı-satqı qiyməti 80 (səksən) manat, 1 ədəd suvenir qəlyanın orta bazar alqı-satqı qiyməti 20 (iyirmi) manat və 1 ədəd “Vortex” hidroforunun orta bazar alqı-satqı qiyməti 90 (doxsan) manat təşkil edir. Cinayət işinin materiallarına əlavə olunmuş “Rizvan” şirkətindən 16 yanvar 2024-cü il tarixli 03 nömrəli məktubda göstərilmişdir ki, 2023-cü ilin dekbar ayının əvvəllərinə 1 (bir) ədəd 3X4 ölçüdə dəyəri xalçanın orta bazar alqı-satqı qiyməti 300 (üç yüz) manat, 1 ədəd adyalın orta bazar alqı-satqı qiyməti 60 (altmış) manat, 1 ədəd un məmulatı hazırlayan xəmir aparatının orta bazar alqı-satqı qiyməti 300 (üç yüz) manat, 1 ədəd meyvə şirəsi çəkən “Master” markalı aparatının orta bazar alqı-satqı qiyməti 200 (iki yüz) manat, “Taghdis” markalı qab-qacaq naborunun orta bazar alqı-satqı qiyməti 500 (beş yüz) manat, “Jio” markalı qazan naborunun orta bazar alqı-satqı qiyməti 300 (üç yüz) manat, fincan formasında stəkan naborunun orta bazar alqı-satqı qiyməti 150 (bir yüz əlli) manat, 1 ədəd dəmir mətbəx bıçağı naborunun orta bazar alqı-satqı qiyməti 100 (bir yüz) manat, qaşıq dəstinin orta bazar alqı-satqı qiyməti 200 (iki yüz) manat, 1 ədəd 25 litrlik kömür samovarın orta bazar alqı-satqı qiyməti 300 (üç yüz) manat və 1 ədəd elektriklə işləyən 5 litrlik samovarın orta bazar alqı-satqı qiyməti 200 (iki yüz) manat təşkil edir. Bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri bu cinayət əməllərində təqsirləri tam sübuta yetirilmiş, özlərinin səmimi etirafları, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 228.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və onlar həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfinən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən və Cəlilabad Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 1(073)-53/2020 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 66.5-ci maddələrinə əsasən 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin 27 avqust 2017-ci il tarixli qərarı ilə cəzası 4 ilə endirilmiş, Salyan rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli qərarı ilə cəzasının qalan 01 il 10 ay 04 gün müddətini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Masallı rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qərarına əsasən çəkilməmiş qalan cəzasını çəkmək üçün cəzaçəkmə müəssisəsinin növü dəyişdirilərək ümumi rejimli cəzaçəkmə müəssisəsinə qaytarılmışdır. Cəlilabad rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 67.1-ci maddələrinə əsasən 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhər Xəzər rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. 15 sentyabr 2023-cü il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmış, lakin məhkumluğu ödənilməmişdir. Məhkəmə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılmasını Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 oğlu qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin məhkumluqları ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs1 oğlunun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında hüquqi mövqe kimi qeyd etmişdir ki, əvvəlki cinayətə görə cəzanı çəkmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin yenidən cinayət törətməsi onu göstərir ki, şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli qərarında isə Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. İş materiallarına əlavə olunmuş, 11 yanvar 2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 11 yanvar 2024-cü il tarixdə saat 20:15-da Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 4(073)-3/2024 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmanın əvvəli 11 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 228.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarında olan Cəlilabad rayon İHB-nin Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 fevral 2024-cü il tarixli arayışdan və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 10 sentyabr 2009-cu il təvəllüdlü Ağagül Qəhrəmanov, 20 mart 2013-cü il təvəllüdlü Bahar Qəhrəmanova və 12 iyul 2014-cü il təvəllüdlü Nuray Qəhrəmanova adlı iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqlar var. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhər Xəzər rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 69.4-cü maddələrinə əsasən qəti olaraq 500 manat cərimə cəzasına məhkum olunmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4, 66.5, 66.3 və 68.2-ci maddələrinə əsasən qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 500 manat cərimə cəzasına məhkum olunmuş, 23 aprel 2021-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 5 saylı cəzaçəkmə müəssisəsinin 12 avqust 2024-cü il tarixli, 3-16- 17/21/2-10802024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Salyan rayon Məhkəməsinin 08 iyun 202-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, müəssisədə cəza çəkdiyi müddətdə ona təyin olunmuş 500 manat cərimə cəzasından 200 manat pul vəsaiti nəğd şəkildə alınaraq dövlət büdcəsinə ödənilmişdir. İş materiallarına əlavə olunmuş, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 15 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 təyin olunmuş 500 manat cərimə cəzası ilə bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2017-ci il tarixli hökmü və ya hökmün icrası ilə bağlı göstəriş Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə daxil olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olması, cinayət nəticəsində dəymiş ziyanı qismən ödənilməsi Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.14-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Həmçinin, məhkəmə qeyd edir ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər, habelə əsas və ya əlavə cəza kimi iki min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və ya bu Qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi iki min manatdan artıq olmayan şəxslərin cəzadan azad edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Odur ki, məhkəmə hesab edir ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndi tətbiq edilərək Təqsirləndirilən şəxs2 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2017-ci il tarixli hökmü ilə üzərində saxlanılmış 500 manat cərimə cəzasından çəkilməmiş qalan 300 manatından azad edilməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2017-ci il tarixli hökmü ilə ona təyin olunmuş 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını 23 aprel 2021-ci il tarixdə çəkib qurtarmış, lakin həmin hökmlə ona təyin olunmuş 500 manat cərimə cəzasını çəkib qurtarmamışdır. Lakin Təqsirləndirilən şəxs2 çəkilməmiş qalan 300 manat cərimə cəzasından “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bandinə əsasən azad edildiyindən Təqsirləndirilən şəxs2 05 noyabr 2021-ci il tarixdən cəzadan azad edilmiş hesab edilir və bu halda onun əməli cinayətlərin residivini yaratmır. Ona görə də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 11 yanvar 2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 11 yanvar 2024-cü il tarixdə saat 19:00-da Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 4(073)-4/2024 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmanın əvvəli 11 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs3 əməlindən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 09 yanvar 2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 09 yanvar 2024-cü il tarixdə saat 19:00-da Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 11 yanvar 2024-cü il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MYS-dən azad etmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 11 yanvar 2024-cü il tarixdə saat 13:50-də müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut – 1 ədəd paltaryuyan maşının, bir ədəd qızdırıcının, 1 ədəd xəmiryoğuran aparatın və 1 ədəd “LG” markalı televizorun sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 11 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndi tətbiq edilərək Təqsirləndirilən şəxs2 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2017-ci il tarixli hökmü ilə üzərində saxlanılmış 500 (beş yüz) manat cərimə cəzasının çəkilməmiş qalan 300 (üç yüz) manatından azad edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 11 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 hazırkı iş üzrə 09 yanvar 2024-ci il tarixdən 11 yanvar 2024cü il tarixədək tutlduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 06:00-dək yaşadığı ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evini tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs3 aid hissədə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə olan maddi sübut olan 1 ədəd paltaryuyan maşının, bir ədəd qızdırıcının, 1 ədəd xəmiryoğuran aparatın və 1 ədəd “LG” markalı televizorun sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-91/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-91/2024
29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver