Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-91/2025 30.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X7 Mehrəliyevanın sədrliyi, Şahanə İlham qızı Həşimzadənin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Zülfləli qızı, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X5, Zərərçəkmiş şəxs5, müdafiəçilər – Cəlilabad Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi4, Müdafiəçi3 və Müdafiəçi1, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxslərin qanuni nümayəndələri X6, X4 və X2 iştirakları ilə, 2 dekabr 2007-ci tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşamış, 1 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 3 aprel 2025-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, xx xxxx 2009-cu il tarixdə Cəlilabad rayonu, Xanəgah kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Cəlilabad rayonu, Musalı kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində 9 fevral 2025-ci il tarixdə "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, 2 dekabr 2007-ci tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 3 ünvanda yaşayan, barəsində 3 aprel 2025-ci il tarixdə "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, xx xxxxxx 2006-cı tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 4 ünvanda yaşayan, barəsində 3 aprel 2025-ci il tarixdə "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ:
1. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir.
2. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir.
3. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir.
4. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir.
İşin faktiki halları
5. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Cəlilabad şəhəri, H.Əliyev prospektində, "Bağ" adlanan ərazidə yerləşən adsız çayxanadan Zərərçəkmiş şəxs2 məxsus mobil telefonu oğurlamaq barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 5 fevral 2025-ci il tarixdə, saat 16 radələrində çayxanaya gəlib, onları kiminsə görmədiyinə əmin olaraq əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən yarana biləcək hər hansı təhlükə barədə xəbərdar etmək məqsədilə Musa Qurbanovun çayxananın qarşısında gözləməsindən sonra çayxananın mətbəxinə qanunsuz daxil olub orada stolun üzərində olan Zərərçəkmiş şəxs2 məxsus 130 manat dəyərində "Samsung Galaxy A13" markalı mobil telefonu götürməklə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olub gizli olaraq talamaqla oğurluq etmişdir.
6. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Cəlilabad şəhəri, E.Şükürlü küçəsində Zərərçəkmiş şəxs3 məxsus "Mercedes Sprinter" markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etmək barədə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 1 aprel 2025-ci il tarixdə, saat 03 radələrində həmin küçədə onları kiminsə görmədiyinə əmin olaraq əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən yarana biləcək hər hansı təhlükə barədə xəbərdar etmək məqsədilə Təqsirləndirilən şəxs4 küçədə gözləməsindən sonra Təqsirləndirilən şəxs3 ilə birlikdə həmin avtomobilin sərnişin qapısını açaraq avtomobilin salonuna qanunsuz daxil olub salonda quraşdırılmış 600 manat dəyərində 1 ədəd monitor və 150 manat dəyərində həmin monitorun ötürücü qurğularını götürməklə özgənin ümumilikdə 750 manat dəyərində əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talamaqla təkrar oğurluq etmişdir.
7. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Cəlilabad şəhəri, M.Hüseyn küçəsində X3 məxsus "Lada Niva" markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etmək barədə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ile qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 01 aprel 2025-ci il tarixdə, saat 04 radələrində həmin küçədə onları kiminsə görmədiyinə əmin olaraq əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən yarana biləcək hər hansı təhlükə barədə xəbərdar etmək məqsədilə Təqsirləndirilən şəxs4 küçədə gözləməsindən və Təqsirləndirilən şəxs3 istintaqla müəyyən edilməmiş predmetlə avtomobilinin sürücü qapsının şüşəsini sındırmasından sonra avtomobilin qapısını açaraq Təqsirləndirilən şəxs3 ilə birlikdə avtomobilin salonuna qanunsuz olaraq daxil olub salondan 600 manat dəyərində avtomobil təmiri üçün nəzərdə tutulmuş çilingər açar dəstini götürməklə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talamaqla təkrar oğurluq etmişdir.
8. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakın gizli olaraq talamaq məqsədi ilə Cəlilabad şəhəri, 20 Yanvar küçəsində Zərərçəkmiş şəxs5 məxsus "Qazel" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etmək barədə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 1 aprel 2025-ci il tarixdə, saat 05 radələrində həmin küçədə kiminsə onları görmədiyinə əmin olaraq Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4lə birlikdə avtomobilin salonuna qanunsuz daxil olaraq salondan 150 manat dəyərində 1 ədəd gödəkçə və 5 manat dəyərində 1 ədəd telefon adapterini götürməklə özgənin ümumilikdə 155 manat dəyərində əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talamaqla təkrar oğurluq etmişdir.
9. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Cəlilabad şəhəri, H.Əliyev prospektində, "Bağ" adlanan ərazidə yerləşən adsız çayxanadan Zərərçəkmiş şəxs2 məxsus mobil telefonu oğurlamaq barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 5 fevral 2025-ci il tarixdə, saat 16 radələrində çayxanaya gəlib, kiminsə görmədiyinə əmin olaraq əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən yarana biləcək hər hansı təhlükə barədə xəbərdar etmək məqsədilə çayxananın qarşısında gözləməsindən sonra Təqsirləndirilən şəxs1 çayxananın mətbəxinə qanunsuz daxil olub orada stolun üzərində olan Zərərçəkmiş şəxs2 məxsus 130 manat dəyərində "Samsung Galaxy A13" markalı mobil telefonu götürməklə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olub gizli olaraq talamaqla oğurluq etmişdir.
10. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Cəlilabad şəhəri, E.Şükürlü küçəsində Zərərçəkmiş şəxs3 məxsus "Mercedes Sprinter" markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etmək barədə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 1 aprel 2025-ci il tarixdə, saat 03 radələrində həmin küçədə onları kiminsə görmədiyinə əmin olaraq əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən yarana biləcək hər hansı təhlükə barədə xəbərdar etmək məqsədilə Təqsirləndirilən şəxs4 küçədə gözləməsindən sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin avtomobilin sərnişin qapısını açaraq avtomobilin salonuna qanunsuz daxil olub salonda quraşdırılmış 600 manat dəyərində 1 ədəd monitor və 150 manat dəyərində həmin monitorun ötürücü qurğularını götürməklə özgənin ümumilikdə 750 manat dəyərində əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talamaqla oğurluq etmişdir.
11. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Cəlilabad şəhəri, M.Hüseyn küçəsində X3 məxsus "Lada Niva" markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etmək barədə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 1 aprel 2025-ci il tarixdə, saat 04 radələrində həmin küçədə onları kiminsə görmədiyinə əmin olaraq əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən yarana biləcək hər hansı təhlükə barədə xəbərdar etmək məqsədilə Təqsirləndirilən şəxs4 küçədə gözləməsindən sonra istintaqla müəyyən edilməmiş predmetlə avtomobilinin sürücü qapsının şüşəsini sındırmaqla avtomobilin qapısını açaraq Təqsirləndirilən şəxs1 ilə birlikdə avtomobilin salonuna qanunsuz daxil olub salondan 600 manat dəyərində avtomobil təmiri üçün nəzərdə tutulmuş çilingər açar dəstini götürməklə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talamaqla təkrar oğurluq etmişdir.
12. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakın gizli olaraq talamaq məqsədi ilə Cəlilabad şəhəri, 20 Yanvar küçəsində Zərərçəkmiş şəxs5 məxsus "Qazel" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etmək barədə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 01 aprel 2025-ci il tarixdə, saat 05 radələrində həmin küçədə onları kiminsə görmədiyinə əmin olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4lə birlikdə avtomobilin salonuna qanunsuz daxil olub salondan 150 manat dəyərində 1 ədəd gödəkçə və 5 manat dəyərində 1 ədəd telefon adapterini götürməklə özgənin ümumilikdə 155 manat dəyərində əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talamaqla təkrar oğurluq etmişdir.
13. Təqsirləndirilən şəxs4 tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Cəlilabad şəhəri, E.Şükürlü küçəsində Zərərçəkmiş şəxs3 məxsus "Mercedes Sprinter" markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etmək barədə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 1 aprel 2025-ci il tarixdə, saat 03 radələrində həmin küçədə onları kiminsə görmədiyinə əmin olaraq əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən yarana biləcək hər hansı təhlükə barədə xəbərdar etmək məqsədilə küçədə gözləməsindən sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 ilə birlikdə həmin avtomobilin sərnişin qapısını açaraq avtomobilin salonuna qanunsuz daxil olub salonda quraşdırılmış 600 manat dəyərində 1 ədəd monitor və 150 manat dəyərində həmin monitorun ötürücü qurğularını götürməklə özgənin ümumilikdə 750 manat dəyərində əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talamaqla oğurluq etmişdir.
14. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Cəlilabad şəhəri, M.Hüseyn küçəsində X3 məxsus "Lada Niva" markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etmək barədə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 01 aprel 2025-ci il tarixdə, saat 04 radələrində həmin küçədə onları kiminsə görmədiyinə əmin olaraq əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən yarana biləcək hər hansı təhlükə barədə xəbərdar etmək məqsədilə küçədə gözləməsindən sonra Təqsirləndirilən şəxs3 istintaqla müəyyən edilməmiş predmetlə avtomobilinin sürücü qapsının şüşəsini sındırmaqla avtomobilin qapısını açaraq Təqsirləndirilən şəxs1 ilə birlikdə avtomobilin salonuna qanunsuz daxil olub salondan 600 manat dəyərində avtomobil təmiri üçün nəzərdə tutulmuş çilingər açar dəstin götürməklə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talamaqla təkrar oğurluq etmişdir.
15. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Cəlilabad şəhəri, 20 Yanvar küçəsində Zərərçəkmiş şəxs5 məxsus "Qazel" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etmək barədə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 1 aprel 2025-ci il tarixdə, saat 05 radələrində həmin küçədə onları kiminsə görmədiyinə əmin olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə avtomobilin salonuna qanunsuz daxil olub salondan 150 manat dəyərində 1 ədəd gödəkçə və 5 manat dəyərində 1 ədəd telefon adapterini götürməklə özgənin ümumilikdə 155 manat dəyərində əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında talamaqla təkrar oğurluq etmişdir.
Təqsirləndirilən şəxsin təqsirli olmasına dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
16. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam həcmdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs2 tanıyır, onunla arasında heç bir ədavət və düşmənçilik yoxdur. 28 yanvar 2025-ci il tarixində Musa ilə birlikdə Cəlilabad şəhərində “Bağ” adlanan ərazidə yerləşən çayxanada oturaraq söhbət etmişdir. Söhbət zamanı ona təklif etmişdir ki, həmin ərazidə tualetə nəzarət edən Xanım adlı qadının otağından mobil telefon oğurlayaq. Musa razılaşmış və qərara gəlmişlər ki, telefonu sataraq əldə olunan pulu aralarında bölsünlər. Birlikdə Xanımın otağına yaxınlaşmış, o, otağı bağlayıb gedəndən sonra Musa ətrafa nəzarət etmiş, o isə daş vasitəsilə pəncərəni sındıraraq içəri daxil olmuş və otaqdan bir ədəd mobil telefonu götürüb hadisə yerindən uzaqlaşmışdır. 04 fevral 2025-ci il tarixində yenidən Musa ilə birlikdə “İmperial” şadlıq sarayına getmiş və əvvəlcədən razılaşmaqla mətbəxdə qabyuyan işləyən Dürdanə adlı qadına məxsus masanın üzərindəki mobil telefonu oğurlamışdı. Musa qapının ağzında dayanaraq ətrafı müşahidə edirdi. Növbəti gün Musa ilə yenidən görüşüb çayxanalardan birinin mətbəxindən daha bir mobil telefon oğurlamışdı. Hər üç mobil telefon sonradan istintaqa təqdim olunmuşdur. 31 mart 2025-ci il tarixində Cəlilabad rayon sakinləri – tanışları Sübhan və Yusiflə birlikdə restoranda spirtli içki qəbul etmişdir. 01 aprel gecəsi həmin şəxslərlə birlikdə Seyrəngah adlanan ərazidə gəzmiş və pul qazanmaq məqsədilə avtomobillərdən oğurluq etməyi planlaşdırmışdır. Əvvəlcə E.Şükürlü küçəsində dayanmış mikroavtobusa daxil olaraq oradan bir ədəd avtomobil monitoru və naqillərini götürmüşdür. Daha sonra “Niva” markalı avtomobildən şüşəni sındırmaqla avtomobil təmiri üçün nəzərdə tutulmuş bir dəst alət götürmüşdü. Sonrakı mərhələdə “İrşad” mağazası ilə üzbəüz küçədə “Qazel” markalı avtomobilə daxil olaraq bir ədəd qara rəngli gödəkçə və telefon adapteri götürmüşdür. Hadisələr baş verən zaman sərxoş vəziyyətdə olduğu üçün həmin əşyaları evə apararkən yolda itirmişdir və səhər axtarsa da tapa bilməmişdir. Harada itirdiyini də xatırlamır. Qeyd olunan oğurluq hadisələrini törədərkən onları heç kim görməmiş və bu barədə heç kimə məlumat verməmişdir.
17. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü tam həcmdə təqsirli bilib ifadəsində göstərmişdir ki, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs1 ilə tanışlıq münasibəti var. 2025-ci il 28 yanvar tarixində Hüseynlə birlikdə Cəlilabad şəhərində yerləşən “Bağ” adlanan ərazidəki çayxanada oturarkən Hüseyn ona bildirmişdir ki, həmin ərazidə tualetə nəzarət edən Xanım adlı qadının otağından mobil telefon oğurlayaq. O, təklif etmişdir ki, telefonu götürüb sataq və əldə olunan pulu yarı bölək. O da bu təkliflə razılaşmışdı. Daha sonra birlikdə Xanımın otağının qarşısına getmişdi. Bir müddət gözlədikdən sonra Xanım otağı bağlayaraq oradan uzaqlaşmışdı. Hüseyn yerə atılmış daşı götürərək pəncərəni sındırmış və pəncərədən otağa daxil olub mobil telefonu götürmüşdü. Hadisə yerindən uzaqlaşaraq yaxınlıqdakı küçələrə keçmiş, sonra ayrılaraq evlərinə getmişlər. Telefon Hüseynin yanında qalmışdır. 2025-ci il 4 fevral tarixində Hüseynlə birgə Cəlilabad şəhərində yerləşən "İmperial" şadlıq sarayına getmişdir. Saat 18:00 radələrində saraya daxil olmuş, sarayda qabyuyan kimi çalışan Dürdanə adlı qadının mobil telefonunun mətbəxdə masanın üzərində olduğunu görmüşdür. Ətrafa baxdıqdan sonra, kimsə olmadığını görmüş və Hüseynə işarə edərək telefonu götürməsini bildirmişdir. Hüseyn dərhal telefonu götürüb mətbəxdən çıxmışdı. Saat 22:00 radələrində saraydan çıxıb evlərinə getmişlər. Həmin telefon da Hüseyndə qalmışdı. Növbəti gün, saat 16:00 radələrində yenidən “Bağ” adlanan ərazidəki çayxanalardan birində Hüseynlə oturarkən ona yaxınlıqda yerləşən digər bir çayxanadan da oğurluq etməyi təklif etmişdir. Hüseyn otağa daxil olmuş və bir qədər sonra çıxaraq bildirmişdi ki, otaqdan mobil telefon götürmüşdür. Hadisə yerindən uzaqlaşaraq Seyrəngah ərazisinə getmişlər. Həmin telefon da Hüseyndə qalmışdı. Bu oğurluq hadisələrini törədən zaman bizi heç kim görməmişdir.
18. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü tam həcmdə təqsirli bilib ifadəsində göstərmişdir ki, Cəlilabad rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 onun tanışlarıdır. Onlarla arasında hər hansı şəxsi ədavət və düşmənçilik münasibəti yoxdur. 31 mart 2025-ci il tarixdə axşam saatlarında rayon ərazisində yerləşən, adını xatırlamadığı restoranlardan birində Hüseyn və Yusiflə birlikdə spirtli içki qəbul etmişdir. Daha sonra, 01 aprel 2025-ci il tarixində, təxminən saat 01:00 radələrində restorandan çıxaraq Seyrəngah adlanan əraziyə getmiş və bir müddət orada gəzmişlər. Gəzinti zamanı pul tapmaqla bağlı aralarında söhbət olmuşdu. Hüseyn avtomobillərdən oğurluq etməyi təklif etmişdi. Daha sonra Cəlilabad şəhərində yerləşən “Bağ” adlanan əraziyə tərəf gedərək orada avtomobil axtarmağa başlamışlar. Saat təxminən 03:00 radələrində E.Şükürlü küçəsinə daxil olmuş və yol kənarında dayanan ağ rəngli mikroavtobus diqqətimizi çəkmişdi. Mikroavtobusdan oğurluq etmək barədə razılaşmışlar. Planımıza görə, Yusif ətrafı nəzarətdə saxlayacaq, o və Hüseyn isə mikroavtobusa daxil olacaqdıq. Hüseynlə birlikdə mikroavtobusun sərnişin qapısını açaraq içəri daxil olmuşlar və orada yerləşən monitoru aşkar edib çıxartmışlar. Daha sonra mikroavtobusdan çıxıb Hüseyn monitoru və onun naqillərini əvvəlcə Yusifə, sonra isə ona verdi. Bu zaman saat təxminən 04:00 idi. Sonra Cəlilabad rayon Mərkəzi Xəstəxanası istiqamətində hərəkət etmişlər. Yolda Hüseyn bildirdi ki, Əşrəf adlı ustanın avtomobili küçədədir və ondan da oğurluq edə bilərik. Həmin avtomobilə yaxınlaşdıq, lakin qapılar bağlı idi. O təklif etmişdir ki, şüşəsini sındıraq. Yusif isə əvvəl buna etiraz etmiş, sonra isə bizə demişdir ki, siz edin, o isə ətrafa nəzarət etsin. Yusif ərazidən bir qədər uzaqlaşaraq bizə işarə vermişdi. O yerdən daş götürərək avtomobilin sürücü tərəfdəki şüşəsinə vurmuş, nəticədə şüşə sınmışdır. Daha sonra qapını açaraq Hüseynlə birlikdə avtomobilin içini axtarmış və oradan yalnız avtomobil təmiri üçün istifadə edilən açar dəstini götürmüşdür. Daha sonra avtomobildən çıxıb Yusifin yanına getmiş və saat təxminən 05:00 radələrində İrşad mağazası ilə üzbəüz küçəyə daxil olmuşdur. Orada bir ədəd “Qazel” markalı avtomobil görmüşdür. Ətrafda heç kimin olmadığını müəyyən etdikdən sonra avtomobilin qapısının açıq olduğunu bilmiş, Hüseyn və Yusiflə birlikdə avtomobilə daxil olub axtarış aparmışlar. O heç bir əşya götürməmiş, Hüseyn isə bir ədəd qara rəngli gödəkçə və bir ədəd telefon adapteri götürmüşdü. Daha sonra avtomobildən çıxaraq qapısını bağlamış və yenidən “Bağ” adlanan əraziyə doğru hərəkət etmişlər. Orada görüşüb ayrılmışlar. Ayrılarkən razılaşmışlar ki, əşyaları satdıqdan sonra Yusifin payını ona verək. Daha sonra Hüseynlə arxa küçə ilə hərəkət etmişlər. Yanında olan monitoru və açar dəstini Hüseynə verərək demişdir ki, gedib satsın. Bundan sonra ondan ayrılıb evə getmişdir.
19. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittiham üzrə özünü tam həcmdə təqsirli bilib ifadəsində göstərmişdir ki, 31 mart 2025-ci il tarixində axşam saatlarında Hüseynlə təsadüfən rastlaşmışlar. Birlikdə söhbət etmiş və spirtli içki qəbul etmək qərarına gəlmişlər. Cəlilabad şəhərində yerləşən, adını bilmədiyi restoranlardan birinə gedərək orada içki qəbul etmişlər. Bir müddət sonra Sübhan da həmin restorana gəlmiş və o da qoşularaq spirtli içki qəbul etməyə başlamışdır. 01 aprel 2025-ci il tarixdə, təxminən saat 01 radələrində restorandan çıxaraq “Seyrəngah” adlanan əraziyə getmiş və bir müddət orada gəzişmişlər. Həmin vaxt Hüseyn təklif etmişdi ki, avtomobillərdən oğurluq edək. O və Sübhan bu təklifi qəbul etmiş və qərara gəlmişlər ki, avtomobillərdən oğurladıqları əşyaları satıb əldə olunan pulu üçü arasında bölsünlər. Daha sonra “Bağ” adlanan əraziyə gedərək avtomobil axtarmağa başlamışlar. Təxminən saat 03 radələrində E.Şükürlü küçəsinə daxil olmuş və yol kənarında dayanan ağ rəngli bir mikroavtobus görmuşlər. Hüseyn və Sübhan həmin mikroavtobusdan oğurluq etməyi qərara aldılar. Bir qədər kənara çəkilərək qaranlıq yerdə gizlənmiş, heç kimin olmadığını görərək onlara mikroavtobusa daxil olmaları üçün işarə vermişdir. Sübhan və Hüseyn mikroavtobusun sərnişin qapısını açaraq içəri daxil olmuşlar. Təxminən 2 dəqiqə sonra mikroavtobusdan çıxmışdırlar. Hüseyn əlində olan monitor və naqilləri əvvəlcə ona verdi, o isə bir qədər sonra həmin əşyaları Sübhan’a təhvil vermişdir. Oradan çıxaraq Cəlilabad rayon Mərkəzi Xəstəxanası istiqamətində hərəkət etmişdir. Saat təxminən 04 radələri idi. Yolda Hüseyn demişdir ki, Əşrəf adlı ustanın avtomobili küçədədir, gedək oradan da nəsə götürək. Həmin avtomobilə yaxınlaşmış, Sübhan qapıların bağlı olduğunu bildirmişdir. Onlar təklif etmişlər ki, şüşəni sındıraq. O isə bu fikirlə razılaşmamış və qorxduğunu bildirmişdir. Xəstəxana yoluna keçərək nəzarət etmişdir və heç kimin olmadığını görüb onlara başlamaq üçün işarə vermişdir. Bir neçə dəqiqə sonra şüşə sınma səsi eşitmiş, geri baxanda onların avtomobilə daxil olduğunu görmüşdür. Təxminən 2-3 dəqiqə sonra avtomobildən onun yanıma gəldilər. Sübhanın əlində qutu var idi. Ondan nə olduğunu soruşmuş, o da açar dəsti olduğunu demişdi. Bundan sonra saat təxminən 05 radələrində İrşad mağazası ilə üzbəüz küçəyə daxil olmuşlar. Orada “Qazel” markalı bir avtomobil var idi. Sübhan avtomobilin qapısını yoxlamış və qapının açıq olduğunu demişdir. Hər üçü avtomobilə daxil olmuş və axtarış aparmışdır. O, heç nə tapa bilməmişdir. Hüseyn isə bir ədəd qara rəngli gödəkçə və bir ədəd telefon adapteri götürmüşdür. Daha sonra avtomobildən çıxaraq qapısını bağlamış və oradan yenidən “Bağ” adlanan əraziyə qayıtmışlar. Əşyaların satışı və ya bölünməsi ilə məşğul olmamışdır.
20. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ona dəymiş ziyanın təqsirləndirilən şəxslər tərəfindən tam ödənildiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və bu səbəbdən də zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 16 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən Bağ adlanan ərazidəki çayxanalardan birində oturub çay içirmiş, əyləşmək üçün yer olmadığından çayxananın mətbəx kimi istifadə olunan otağında oturmuşdur. Samsung Galaxy A 13 markalı mobil telefonunu stolun üzərinə qoymuşdur. Siqaret çəkmək üçün çölə çıxmış, təxminən 10 dəqiqə sonra yenidən həmin otağa daxil olmuşdur. O, otağa girəndə görmüşdür ki, telefonu qoyduğu yerdə deyil. Bir müddət telefonunu axtarmış, lakin tapa bilməmişdir. Bundan sonra aydın olmuşdur ki, kimsə o çölə çıxanda otağa girib telefonunu oğurlamışdır (2-ci cild i.v.53).
21. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, ona dəymiş ziyanın təqsirləndirilən şəxslər tərəfindən tam ödənildiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və bu səbəbdən də zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Bağ” adlanan ərazidə sanitar qovşağında işləyir. Şanitar qovşağının yanında onun balaca bir otağı vardır. 28 fevral 2025-ci il tarixində təxminən saat 19 radələrində çörək almaq üçün otağın qapısının bağlayaraq mağazaya getmişdir. Həmin vaxt mobil telefonu otağın içərisində pəncərənin yanında qalmışdır. O, çörək alıb qayıtdıqda otağın pəncərəsinin şüşəsinin sındığını, telefonunun olmadığını görmüşdür. Oğurluq hadisəsi nəticəsində ona 200 manat maddi ziyan dəymişdir (2-ci cild i.v.61).
22. Zərərçəkmiş şəxs X8 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, ona dəymiş ziyanın təqsirləndirilən şəxslər tərəfindən tam ödənildiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və bu səbəbdən də zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs X8 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixində gecə saatlarında ona məxsus Mercedes Sprinter markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı Cəlilabad şəhəri, E.Şükürlü küçəsində yolun kənarında saxlamışdır. xx.xx.2025-ci il tarixində, səhər saatlarında avtomobili işə salmaq üçün sürücü qapısını açıb avtomobilə daxil olmuş və görmüşdür ki, avtomobilin salonuna quraşdırdığı monitor və həmin monitorun ötürücü qurğularını yerindən çıxarıb aparmışlar. Bundan sonra bilmişdir ki, gecə kimsə avtomobilindən oğurluq etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 750 manat maddi ziyan dəymişdir. Belə ki, avtomobilindən oğurlanmış monitorun qiyməti 600 manat, həmin monitorun ötürücü qurğularının qiyməti isə 150 manat idi (2-ci cild i.v.147).
23. Zərərçəkmiş şəxs5 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, ona dəymiş ziyanın Təqsirləndirilən şəxs1 atası tərəfindən tam ödənildiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və bu səbəbdən də zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixində, gecə saatlarında ona məxsus Qazel markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı Cəlilabad şəhəri, 20 Yanvar küçəsində evinin qarşısında yolda saxlamışdır. xx.xx.2025-ci il tarixində, səhər saatlarında avtomobilini işə salmaq üçün onun yanına gəlmiş, avtomobilin qapısını açıb salona daxil olmuşdur. Qara rəngli gödəkçənin salonda olmadığını görmüşdür. Salonu bir müddət axtarmış, lakin tapa bilməmişdir. Bundan başqa salonu axtaranda görmüşdür ki, salonda olan telefon adapteri də yoxdur. Bindan sonra bilmişdir ki, gecə kimsə avtomobilinə daxil olaraq gödəkçə və telefon adapterini oğurlamışdır. Gödəkçənin qiyməti 150 manat, telefon adapterinin qiyməti isə 5 manat idi. Ona baş vermiş oğurluq hadisəsi nəticəsində 155 manat ziyan dəymişdir (2-ci cild i.v.159).
24. Zərərçəkmiş şəxs X5 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, ona dəymiş ziyanın təqsirləndirilən şəxslər tərəfindən tam ödənildiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və bu səbəbdən də zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs X5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixində gecə saatlarında ona məxsus X15 markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı Cəlilabad şəhəri, M.Hüseyn küçəsində evinin qarşısında yolda saxlamışdır. xx.xx.2025-ci il tarixində, səhər saatlarında avtomobilini işə salmaq üçün yanına gəlmiş, avtomobilin sürücü qapısının şüşəsinin sındırıldığını və salonun dağıdıldığını görmüşdür. Onun salonunda olan 600 manat dəyərində avtomobil təmiri üçün nəzərdə tutulmuş çilingər açar dəstini oğurlamışdırlar. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 600 manat maddi ziyan dəymişdir (2-ci cild i.v.152).
25. Zərərçəkmiş şəxs6 ərizə ilə müraciət edərək ona dəymiş ziyanın təqsirləndirilən şəxslər tərəfindən tam ödənildiyini bildirmiş və bu səbəbdən də zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 4 fevral 2025-ci il tarixində şadlıq sarayında toyda idi. Təxminən saat 18:00-dan sonra o mətbəxdə işləyərkən istifadəsində olan “Xiaomi Redmi A8” markalı mobil telefonu qabların yığılması üçün nəzərdə tutulan rəfin üzərinə qoymuşdur. İş prosesində sanitar qovşağına getmiş, qayıtdıqdan sonra mobil telefon qoyduğu yerdə deyildir. Əvvəlcə nə baş verdiyini başa düşməmiş və mətbəxdə telefonu axtarmağa başladı. Lakin telefonu tapa bilmədi. Həmin gün toydan sonra bu barədə müdiriyyətə bildirəndə və müdiriyyət gec olduğunu, səhəri gün təhlükəsizlik kameralarına baxılacağını bildirdi. 5 fevral 2025-ci il tarixində müdiriyyət ilə birlikdə kameralara baxıldı, lakin kamera görüntüləri mətbəxi çəkmədiyi üçün heç bir nəticə olmadı. Artıq telefonun oğurlandığını başa düşmüş və bu barədə Cəlilabad Rayon Polis Şöbəsinə məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində ona 250 manat maddi ziyan dəymişdir (2-ci cild i.v.48).
26. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 6 fevral 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən "İmperial" şadlıq sarayının mətbəxində oğurluq hadisəsi baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs6 hadisə yerini təqdim etmişdir (1-ci cild i.v. 204).
27. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 6 fevral 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Cəlilabad şəhəri, H Əliyev prospektində yerləşən "Bağ" adlanan ərazidə yerləşən adsız çayxananın mətbəxində oğurluq hadisəsi baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs2 hadisə yerini təqdim etmişdir (1-ci cild i.v. 213-214).
28. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 1 aprel 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Cəlilabad şəhəri, E.Şükürlü küçəsində Zərərçəkmiş şəxs3 məxsus "Mercedes Sprinter" markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobildə oğurluq hadisəsi baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs3 hadisə yerini təqdim etmişdir (1-ci cild i.v.6-11).
29. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 1 aprel 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Cəlilabad şəhəri, M.Hüseyn küçəsində X3 məxsus "Lada Niva" markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə oğurluq hadisəsi baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən X5 hadisə yerini təqdim etmişdir (1-ci cild i.v.97-101).
30. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 1 aprel 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Cəlilabad şəhəri, 20 küçəsində Zərərçəkmiş şəxs5 məxsus "Qazel" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə oğurluq hadisəsi baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs5 hadisə yerini təqdim etmişdir (1-ci cild i.v.117-120).
31. “Məhkəmə əmtəəşünaslıq ekspertizası”nın 28 fevral 2025-ci il tarixli, 19/69 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 1 ədəd göy rəngli “Xiaomi” markalı, “Redmi A8(M1908c3kg)” modelli mobil telefonun hazırki vəziyyətdə-70,00 manat (normal vəziyyətdə orta bazar qiyməti 115,00 manat), 1 ədəd mavi rəngli “Samsung” markalı, “Galaxy A13 (Sm-a135f/dsn)” modelli mobil telefonun hazırki vəziyyətdə- 130,00 manat, 1 ədəd göy rəngli “Xiaomi” markalı, “Redmi A8(M1908c13kg)” modelli mobil telefonun hazırki vəziyyətdə-70,00 manat (normal vəziyyətdə orta bazar qiyməti 115,00 manat) müəyyən edilir (1-ci cild i.v.63-66).
Təqsirləndirilən şəxslərin müdafiəsi üçün irəli sürdükləri dəlillər aşağıdakılardır:
Hüquqi məsələlər:
32. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
33. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.
34. Həmin qərarın 7-ci bəndinə əsasən, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.
35. Həmin qərarın 19-cu bəndinə əsasən, avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz.
36. Həmin qərarın 20-ci bəndinə əsasən, bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir.
37. Həmin qərarın 21-ci bəndinə əsasən, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir.
38. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM- in 318.1 -ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır.
39. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinə görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər.
Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:
40. “Şübhəli şəxsin tutulması haqqında” 1 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 1 aprel 2025-ci il tarixdə tutulmuşdur (1-ci cild i.v.170, 186).
41. “Şübhəli şəxsin tutulması haqqında” 1 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 1 aprel 2025-ci il tarixdə tutulmuşdur (1-ci cild i.v.39).
42. “Şübhəli şəxsin tutulması haqqında” 1 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 1 fevral 2025-ci il tarixdə tutulmuşdur (1-ci cild i.v.146, 160).
43. Cəlilabad Rayon Məhkəməsinin 3 aprel 2025-ci il tarixli, 4(073)-20/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətə "həbs" qətimkan tədbiri seçilmişdir.
44. İş üzrə Cəlilabad Rayon Məhkəməsinin 9 iyul 2025-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş "həbs" qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə dəyişdirilmişdir.
45. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur (2-ci cild, i.v.40).
46. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu barədə məlumat yoxdur (2-ci cild, i.v.161).
47. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 məhkumluğu barədə məlumat yoxdur (2-ci cild, i.v.162).
48. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur (2-ci cild, i.v.163).
49. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş zərər təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş, o, təqsirləndirilən şəxslərlə barışmış və heç bir şikayət və tələbi yoxdur (2-ci cild, i.v.166).
50. Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş zərər təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş, o, təqsirləndirilən şəxslərlə barışmış və heç bir şikayət və tələbi yoxdur (2-ci cild, i.v.167).
51. Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş zərər təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş, o, təqsirləndirilən şəxslərlə barışmış və heç bir şikayət və tələbi yoxdur (2-ci cild, i.v.168).
52. Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş zərər təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş, o, təqsirləndirilən şəxslərlə barışmış və heç bir şikayət və tələbi yoxdur (2-ci cild, i.v.141).
53. Zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş zərər təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş, o, təqsirləndirilən şəxslərlə barışmış və heç bir şikayət və tələbi yoxdur (2-ci cild, i.v.134).
54. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş zərər təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş, o, təqsirləndirilən şəxslərlə barışmış və heç bir şikayət və tələbi yoxdur (2-ci cild, i.v.160).
55. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;
56. CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;
57. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
58. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
59. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır;
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
61. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.
62. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir.
63. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
64. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
65. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 elan edilmiş Zərərçəkmiş şəxs3 məxsus "Mercedes Sprinter" markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı, zərərçəkmiş şəxs X3 məxsus "Lada Niva" markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs5 məxsus "Qazel" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq edilməsi epizodlarının CM-in 177.2.3-cü maddəsi üzrə ixtisaslaşdırılması “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 19-cu bəndində ifadə edilmiş hüquqi mövqe ilə uyğunluq təşkil etmir.
66. Qeyd edilən Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz.
67. Həmin epizodlar üzrə məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, özgə əmlakının talanması avtomobilin salonuna qanunsuz daxil olmaqla həyata keçirilmişdir ki, belə vəziyyətdə qeyd edilən əməllərin CM-in 177.2.3-cü maddəsi ilə, yəni oğurluğun saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi kimi qiymətləndirilməsi istisna edilir.
68. Beləliklə, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, həmin epizodlar üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 verilmiş ittihamdan “saxlanc yerinə qanunsuz daxil olub” müddəaları xaric edilməlidir.
69. Bununla yanaşı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş Zərərçəkmiş şəxs1 məxsus 200 manat dəyərində "Xiaomi Redmi A8" markalı mobil telefonun, Zərərçəkmiş şəxs6q qızına məxsus 250 manat dəyərində "Xiaomi Redmi A8" markalı mobil telefonun gizli olaraq talanması epizodları üzrə oğurlanmış predmetlərin dəyərinin müəyyən edilməsi zamanı istintaq orqanı tərəfindən məhkəməyədək icraat zamanı iş üzrə təyin edilmiş “məhkəmə əmtəəşünaslıq ekspertizası”nın 28 fevral 2025-ci il tarixli, 19/69 saylı rəyi nəzərə alınmamışdır.
70. Belə ki, həmin rəydən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6q qızına məxsus olan “Xiaomi” markalı, “Redmi A8(M1908c3kg)” modelli mobil telefonların hazırki vəziyyətdə qiyməti 70 manat müəyyən edilmişdir.
71. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 27-ci bəndinə görə, “talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər.”.
72. Göründüyü kimi, istintaq orqanı tərəfindən talanmış əmlakın qiymətinin müəyyən edilməsi zamanı yalnız zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6q qızının bu barədə mülahizələrini əsas götürülmüş, həmin predmetlərin qiymətini müəyyən edən ekspert rəyinə hər hansı bir qiymət verilməmişdir ki, qeyd edilən hal həmin epizodlar üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin istisaslaşdırılmasına bilavasitə təsir edən xüsusatdır.
73. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş “məhkəmə əmtəəşünaslıq ekspertizası”nın 28 fevral 2025-ci il tarixli, 19/69 saylı rəyi ilə müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6q qızına məxsus olan mobil telefonların gizli olaraq talanması nəticəsində onlara dəymiz maddi zərər 70 manat təşkil edir və bu hal həmin əməllərin CM-in 177-ci maddəsində əks olunan cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməl kimi qiymətləndirilməsini istisna etməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama inzibati xətası kimi qiymətləndirilməsini və inzibati məsuliyyətə cəlb edilməsini labüd edir.
74. Qeyd edilməlidir ki, qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, “bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.”.
75. Eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir.
76. Həmin maddənin “Qeyd” hissəsinə görə,”bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.”.
77. O cümlədən qeyd edilməli olan haldır ki, həmin epizodlar üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6q qızının məhkəmə istintaqında tədqiq edilmiş ərizələri ilə müəyyən edilir ki, onlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış və onlara dəymiş ziyan ödənilmişdir.
78. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2.-ci maddəsinə görə, “bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir.”.
79. Odur ki, İXM-nin qeyd edilən müddəasının tələblərinə əsasən, Zərərçəkmiş şəxs1 məxsus 200 manat dəyərində "Xiaomi Redmi A8" markalı mobil telefonun, Zərərçəkmiş şəxs6q qızına məxsus 250 manat dəyərində "Xiaomi Redmi A8" markalı mobil telefonun gizli olaraq talanması epizodları üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6q qızı ilə barışdığından və onlara dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində inzibati iş üzrə icraata xitam verilməldir.
80. Beləliklə, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan onların Zərərçəkmiş şəxs1 məxsus 200 manat dəyərində "Xiaomi Redmi A8" markalı mobil telefonu götürməklə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub gizli olaraq talamaqla oğurluq etməsi, o cümlədən Zərərçəkmiş şəxs6 məxsus 250 manat dəyərində "Xiaomi Redmi A8" markalı mobil telefonu götürməklə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub gizli olaraq talamaqla təkrar oğurluq etməsinə dair epizodlar xaric edilməlidir.
81. Bununla yanaşı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş Zərərçəkmiş şəxs2 məxsus 150 manat dəyərində "Samsung Galaxy A13" markalı mobil telefonun gizli olaraq talanması epizodu üzrə də oğurlanmış predmetin dəyərinin müəyyən edilməsi zamanı istintaq orqanı tərəfindən məhkəməyədək icraat zamanı iş üzrə təyin edilmiş “məhkəmə əmtəəşünaslıq ekspertizası”nın 28 fevral 2025-ci il tarixli, 19/69 saylı rəyi nəzərə alınmamışdır.
82. Həmin rəylə müəyyən edilir ki, 1 ədəd mavi rəngli “Samsung” markalı, “Galaxy A13 (Sm-a135f/dsn)” modelli mobil telefonun hazırki vəziyyətdə dəyəri 130 manat təşkil edir və həmin hal “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 27-ci bəndi ilə uyğunlaşan qənaət deyil.
83. Göründüyü kimi, istintaq orqanı tərəfindən talanmış əmlakın qiymətinin müəyyən edilməsi zamanı yalnız zərərçəkmiş şəxslər QZərərçəkmiş şəxs2 bu barədə mülahizələrini əsas götürülmüş, həmin predmetln qiymətini müəyyən edən ekspert rəyinə hər hansı bir qiymət verilməmişdir ki, qeyd edilən hal həmin epizod üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamın məzmununa təsir edən xüsusatdır.
84. Odur ki, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamın məzmununda Zərərçəkmiş şəxs2 məxsus 150 manat dəyərində "Samsung Galaxy A13" markalı mobil telefonun gizli olaraq talanması epizodu üzrə zərərçəkmiş şəxsə 150 manat deyil, həmin əmlakın dəyərinin müəyyən edilməsi ilə bağlı “məhkəmə əmtəəşünaslıq ekspertizası”nın 28 fevral 2025-ci il tarixli, 19/69 saylı rəyini əsas götürərək 130 manat maddi ziyanın dəyməsi qənaətinə gəlir.
85. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12), yetkinlik yaşına çatmamasını (CM-nin 59.1.2), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və aradan qaldırılmasını (CM-nin 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir.
86. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
87. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12), yetkinlik yaşına çatmamasını (CM-nin 59.1.2), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və aradan qaldırılmasını (CM-nin 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir.
88. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
89. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12), yetkinlik yaşına çatmamasını (CM-nin 59.1.2), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və aradan qaldırılmasını (CM-nin 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir.
90. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
91. Məhkəmə Təqsirləndirilən şəxs4 törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və aradan qaldırılmasını (CM-nin 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir.
92. Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
93. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır.
94. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 CM-nin 177.2.1, 177.2.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda sadalanan cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkünlüyü nəzərə alınmaqla, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 onların təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, təqsirləndirilən şəxslərin şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, eləcə də Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
95. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Cəlilabad rayonunda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, onların üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 21:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onların davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir.
96. İş üzrə maddi sübutlar 1 ədəd Redmi A8 markalı, 1 ədəd Samsung Galaxy A13 markalı və 1 ədəd Redmi A8 markalı mobil telefonun müvafiq olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır.
97. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müəyyən paylar üzrə tutularaq dövlət büdcəsinə ödənilməlidir.
98. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır.
99. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
100. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.
101. İş üzrə mülki iddia yoxdur.
102. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
103. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 7 fevral 2025-ci il tarixdən 9 fevral 2025-ci il tarixədək və 1 aprel 2025-ci il tarixdən 9 iyul 2025-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 10 (on) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 (altı) ay 20 (iyirmi) gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 10 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 1 aprel 2025-ci il tarixdən 3 aprel 2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəzasını çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 1 aprel 2025-ci il tarixdən 3 aprel 2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 cəzasını çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 07 fevral 2025-ci il tarixdən 09 fevral 2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar 1 ədəd Redmi A8 markalı, 1 ədəd Samsung Galaxy A13 markalı və 1 ədəd Redmi A8 markalı mobil telefonun müvafiq olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat - Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manat və Təqsirləndirilən şəxs2 25 (iyirmi beş) manat olmaqla, tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim Ləman Mehrəliyeva