Məhkəmə qərarları › İş №1(073)-92/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-92/2024

08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-92/2024 08.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmə hazırlıq iclasında baxaraq, Müəyyən etdi: Xüsusi ittihamçı X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 onu ağır cinayətdə ittiham etməklə təhqir etdiyinə görə Azərbaycan Respublikası CM-in 147-148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasını xahiş etmişdir. Xüsusi ittihamçı X5 məhkəməyə ərizə təqdim edərək X1 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri ona geri qaytarılmasını və xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışınını keçrilməsindən imtina edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikas Cinayət Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin Azərbaycan Respublikas Cinayət Prosessual Məcəlləsinin 302.2.3-ci maddəsinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 147-148-ci maddələri il X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışınını keçrilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 302.1 və 302.2.3-cü maddəsini rəahbər tutaraq, məhkəmə... Qərara aldı: Azərbaycan Respublikası CM-in 147-148-ci maddələri il X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışınını keçrilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar