Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-94/2023 08.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X2, Zərərçəkmiş şəxs iştirakları ilə, X4, xx.xx.1986-cı ildə Cəlilabad rayonu, Bayxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Bayxanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs X4 cavabdeh kimi ondan 27 dekabr 2013-cü il tarixdən başlayaraq 22 noyabr 2007-ci il təvəlldülü Aytən Rufullayevanın və 13 iyul 2009-cu il təvəllüdlü Dürdanə Rufullayevanın saxlanması üçün hər ay hər uşaq üçün 70,00 manat olmaqla, cəmi 140,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs qıznının xeyrinə tutulmasına dair Biləsuvar Rayon Məhkəməsinin 27 dekabr 2013-cü il tarixli, 2(022)-756/2013 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Cəlilabad Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 04 mart 2021-ci il tarixdə 12 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 04 aprel 2022-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 06 iyun 2022-ci il tarixədək Zərərçəkmiş şəxs 11952,00 manat məbləğində aliment borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs X4 məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2006-cı ildə evlənmişdir. 18 sentyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 22 noyabr 2007-ci tarixdə Aytən,13 iyul 2009-cu il tarixdə Dürdanə doğulmuşdur. Evləndikdən sonra Atlaz ilə mehriban ailə şəraitində yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Odur ki, Atlaz aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 27 dekabr 2013-cü il tarixli qətnaməsinə əsasən cavabdeh kimi 27 dekabr 2013-cü il tarixdən başlayaraq 22 noyabr 2007-ci il təvəlldülü Aytən Rufullayevanın və 13 iyul 2009-cu il təvəllüdlü Dürdanə Rufullayevanın saxlanması üçün hər ay hər uşaq üçün 70,00 manat olmaqla, cəmi 140,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödəməlidir. Bu barədə icra sənədi Cəlilabad Rayon İcra Şöbəsinə icraya yönəldilmişdir. Cəlilabad Rayon İcra Şöbəsində həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Aliment borcunu vaxtında ödəmədiyindən dəfələrlə icra şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin protokoluna əsasən Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə iki dəfə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcu ödəməyi barədə bildiriş verilmişdir. Hazırda fəhlə işləyir. Aylıq qazancı 450,00 manat olur. Qazancını özünə xərcləyir. Qətnamə üzrə aliment borcundan Atlaza 2188,00 manat aliment ödəmişdir. Ödəniş qəbzlərini istintaqa təqdim edəcəkdir. Adına daşınar və daşınmaz əmlak yoxdur. Qalıq aliment borcunu ödəmədiyindən qətnaməni icra etməmişdir. Məhkəmə baxışı gedişatında zərərçəkmiş şəxsə olan borcunu tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Əzizağa oğlu ilə 2006-cı ildə evlənmişdir. 18 sentyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 22 noyabr 2007-ci tarixdə Aytən,13 iyul 2009-cu il tarixdə Dürdanə doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Faktiki olaraq ayrı yaşadıqları müddətdə Oktay uşaqları ilə maraqlanmamışdır. Həmçinin bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 27 dekabr 2013-cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs Əzizağa oğlu cavabdeh kimi ondan 27 dekabr 2013-cü il tarixdən başlayaraq sabit pul məbləğində hər ay hər uşağa görə 70,00 manat olmaqla, cəmi 140,00 manat tutulub 22 noyabr 2007-ci il tarixdə doğulmuş Aytən Rufullayevanın və 13 iyul 2009-cu il tarixdə doğulmuş Dürdanə Rufullayevanın yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməlidir. Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Təqsirləndirilən şəxs ev ustası işləyir, aylıq qazancı 1000,00 manat təşkil edir. Lakin qazancını özünə xərcləyir, uşaqların saxlanması üçün ona maddi yardım göstərmir. Uşaqlar böyüdüyündən maddi tələbatları da xeyli artmışdır. Təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. İcra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsədə, nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Təqsirləndirilən şəxs aliment borcundan cəmi 2188,00 manat ödəniş etmişdir. Maddi vəziyyəti aşağı olduğundan öz aliment borcunu tam tələb edir. Odur ki, Təqsirləndirilən şəxs qalıq alimentin alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə baxışı gedişatında X4 tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Odur ki, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. X8 barəsində olan cinayət işinin icraatına xitam verilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 verdiyi ifadəsində göstərdi ki, Biləsuvar Rayon Məhkəməsinin 27 dekabr 2013-cü il tarixli, 2(022)-756/2013 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. İcra vərəqəsi icraata qəbul edilərək icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Lakin Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Cəlilabad Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 04 mart 2021-ci il tarixdə 12 gün müddətinə inzibati qaydada həbs edilmiş və qətnaməni icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(073)-103/2018 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs aliment borcundan 2188,00 manat ödəniş etmişdir. İcra sənədi üzrə borclu Təqsirləndirilən şəxs cəmi 11952,00 manat ödənilməmiş borcu qalmışdır. Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən tarixədək məhkəmə qətnaməsini icra etmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 verdiyi ifadəsində göstərdi ki, Biləsuvar Rayon Məhkəməsinin 27 dekabr 2013-cü il tarixli, 2(022)-756/2013 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. İcra vərəqəsi icraata qəbul edilərək icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Lakin Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Cəlilabad Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 04 mart 2021-ci il tarixdə 12 gün müddətinə inzibati qaydada həbs edilmiş və qətnaməni icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(073)-103/2018 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs aliment borcundan 2188,00 manat ödəniş etmişdir. İcra sənədi üzrə borclu Təqsirləndirilən şəxs cəmi 11952,00 manat ödənilməmiş borcu qalmışdır. Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən tarixədək məhkəmə qətnaməsini icra etmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 verdiyi ifadəsində göstərdi ki, Biləsuvar Rayon Məhkəməsinin 27 dekabr 2013-cü il tarixli, 2(022)-756/2013 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. İcra vərəqəsi icraata qəbul edilərək icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Lakin Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Cəlilabad Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 04 mart 2021-ci il tarixdə 12 gün müddətinə inzibati qaydada həbs edilmiş və qətnaməni icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(073)-103/2018 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs aliment borcundan 2188,00 manat ödəniş etmişdir. İcra sənədi üzrə borclu Təqsirləndirilən şəxs cəmi 11952,00 manat ödənilməmiş borcu qalmışdır. Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən tarixədək məhkəmə qətnaməsini icra etmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid4 verdiyi ifadəsində göstərdi ki, Biləsuvar Rayon Məhkəməsinin 27 dekabr 2013-cü il tarixli, 2(022)-756/2013 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. İcra vərəqəsi icraata qəbul edilərək icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Lakin Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Cəlilabad Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 04 mart 2021-ci il tarixdə 12 gün müddətinə inzibati qaydada həbs edilmiş və qətnaməni icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(073)-103/2018 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs aliment borcundan 2188,00 manat ödəniş etmişdir. İcra sənədi üzrə borclu Təqsirləndirilən şəxs cəmi 11952,00 manat ödənilməmiş borcu qalmışdır. Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən tarixədək məhkəmə qətnaməsini icra etmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(073)-1936/2018 saylı qətnaməsinə əsasən 15 oktyabr 2018-ci il tarixdən başlayaraq 18 yanvar 2006-ci il tarixdə doğulmuş X6 və 03 mart 2008-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan Cəlilabad rayon İcra Şöbəsinin xx.xx.2018-ci il tarixli icraat başlamaq haqqında qərarından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(073)- 1936/2018 saylı saylı icra vərəqəsi icraata qəbul edilərək, borcluya 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(073)-25/2021 saylı inzibati xəta haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. İşdə olan Cəlilabad rayon İcra Şöbəsi tərəfindən X3 ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, icra orqanı tərəfindən X1 yaranmış borcunun 20 (iyirmi) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə cinayət işinin başlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinə təqdimatla müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra edilmiş tələbnamədən görünür ki, X4 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Günay Ağayeva təqsirləndirilən şəxs X4 tərəfindən yaranmış aliment borcunun tam şəkildə ona ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını və Coşqun İmanovun barəsində olan cinayət işinin icraatına xitam verilməsinə etirazının olmadığını göstərmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxs X2 ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ibtidai istintaq hərəkəti protokolları ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə həmin sübutların təqsirləndirilən şəxs X2 təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Təqsirləndirilən şəxs X2 məhkəmə baxışı zamanı verdiyi ifadəsi və Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Coşqun İmanovun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdiyinə görə cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs X2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X4 həmin maddənin “Qeyd” hissəsinin tələblərinə əsasən cinayət məsuliyyətdən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-94/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-94/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver