Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-94/2024 29.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 13:00 X5 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx xxxx 1996-cı il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə, 15 avqust 1995-ci il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə, 01 avqust 1985-ci il tarixdədə Cəlilabad rayonu Uzuntəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3 06 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən xəstəxananın həyətində insanların gur toplaşdığı yerdə orada olan insanlara heç bir əhəmiyyət verməyib hər hansı əsaslı səbəb olmadan nalayiq söyüşlər söyərək, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş, davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, tanışı və həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun ünvanına nalayiq söyüşlər söyməsini bəhanə edərək hər hansı bir əsaslı səbəb olmadan, Təqsirləndirilən şəxs2 baş, sifət və bel nahiyələrinə yumruq və təpiklərlə çoxlu sayda zərbələr endirərək, başın təpə nahiyəsində əzilmiş yara, sol almacıq, sağ gözaltı nahiyəsində, boyunun sağ yan səthində və sağ beloma nahiyəsində qançırla nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, həmçinin Təqsirləndirilən şəxs1 sağ və sol qulaq arxası nahiyələrinə bir neçə dəfə yumruqla vuraraq, sağ qulaq arası nahiyədə əzilmiş səthi yara, sol qulaqarxası nahiyədə qançırla nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 06 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən xəstəxananın həyətində insanların gur toplaşdığı yerdə orada olan insanlara heç bir əhəmiyyət verməyib hər hansı əsaslı səbəb olmadan nalayiq söyüşlər söyərək, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş, davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, tanışı və həmkəndlisi Təqsirləndirilən şəxs3 onun ünvanına nalayiq söyüşlər söyməsini bəhanə edərək hər hansı bir əsaslı səbəb olmadan, Təqsirləndirilən şəxs3 sol qaş və ağız nahiyələrinə yumruqlarla çoxlu sayda zərbələr endirərək, sol qaş nahiyəsində əzilmiş yaralar, yuxarı çənədə sol 1-ci dişin sınığı, sağ 1-ci dişin 2-ci dərəcəli laxlaması, üst dodağın selikli qişasında qansızma, boyunun sağ yan səthində qançırla nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 06 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən xəstəxananın həyətində insanların gur toplaşdığı yerdə orada olan insanlara heç bir əhəmiyyət verməyib hər hansı əsaslı səbəb olmadan nalayiq söyüşlər söyərək, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş, davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, tanışı və həmkəndlisi Təqsirləndirilən şəxs3 onun ünvanına nalayiq söyüşlər söyməsini bəhanə edərək hər hansı bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs3 boyun nahiyəsinə əli ilə bir neçə dəfə vuraraq, boyunun sağ yan səthində qançır və boyunun arxa səthində sıyrıqla nəticələnən dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə xususilə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törədilmələri sübuta yetirilmiş, Təqsirləndirilən şəxs1 hərəkətlərində isə həmin Məcəllənin 221.3-cü maddəsinin deyil, 221.2.1-ci maddəsinin tərkib əlamətləri müəyyən olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs3 məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Cəlilabad rayonu, Uzuntəpə kəndində ailə üzvlərilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmkəndlisi olaraq tanıyır, qohumdurlar. Hər iki şəxslə arasında heç bir münaqişə və nifaq olmamışdır. 06 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadıqları kənddə olan toy məclisindən qayıdarkən kənddə olan Uzuntəpə kənd xəstəxanasının qarşısından keçərkən Təqsirləndirilən şəxs2la aralarında borc pul üstündə mübahisə yaranmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sərxoş olmuşlar. Mübahisədən əvvəl o, Təqsirləndirilən şəxs2 ona borclu olduğu 20 manat pulu istəmiş, Şahin isə pulu olmadığı bildirmişdir. Bu zəmində aralarında mübahisə düşmüş və onlar mübahisə edə-edə xəstəxananın həyətinə daxil olmuşlar. Xəstəxananın həyətində qəfildən Təqsirləndirilən şəxs2 onun sol qaş nahiyəsinə yumruqla 2 dəfə zərbə endirmiş və ona qarşı nalayiq ifadələr işlətmişdir. Zərbənin təsirindən əvvəlcə gözü qaralmış, bir neçə dəqiqə özünə gəldikdən sonra o, Şahinin sinəsindən tutmuş və o Şahin ilə əlbəyaxa dalaşmağa başlamışdır. O, Şahin ilə əlbəyaxa dalaşarkən yaxalaşıb, yerə yıxılmışlar. O və Şahin bir-birlərini yumruq və təpiklərlə döymüşlər. Təqsirləndirilən şəxs1 araya girib onu əli ilə vurmağa başlamışdır. Onun səsinə yaxınlıqda olan çayxanada oturmuş qardaşı Şahid özünü çatdırmış və onları aralaşdırmışdır. Təxminən 10 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gələrək onu ilkin tibbi yardım almağı üçün Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Elmin və Təqsirləndirilən şəxs2lar onu səbəbsiz yerə döymüşlər. Hadisə təxminən 15 dəqiqədən çox davam etmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs1 əlində bıçaq olmamışdır. İbtidai sitintaqda Təqsirləndirilən şəxs1 qarşı əsəbi olduğu üçün Elminin əlində bıçaq olmasını bildirmişdir. Əslində isə belə hal olmamışdır. Hadisə vaxtı səs-küyə ətrafa tanımadığı insanlar toplaşmışlar. O, ictimai qaydanı pozmamış, xuliqanlıq hərəkətləri etməmişdir. Törətdiyi cinayət əməlindən peşimandır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, bir-birilərinə qarşı şikayət və tələbləri yoxdur, himayəsində bir azyaşlı uşağı var, ailəsinin yeganə qazanc gətirənidir. Bu halları nəzərə alıb onun əməlinin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif olunmasını və barışmalarının nəzərə alınıb cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Cəlilabad rayonu, Uzuntəpə kəndində ailə üzvlərilə birlikdə yaşayır. O, “Vətən Müharibəsi”nin iştirakçısıdır. Suqovuşan uğrunda döyüşlərdə ayağından xəsarət alaraq qazi olmuşdur. Təqsirləndirilən şəxs3 həmkəndlisi və qohum kimi tanıyır. Təqsirləndirilən şəxs3 ilə əvvəllər münaqişəsi və nifaqı olmamışdır. 06 oktyabr 2023-cü il tarixdə yaşadıqları kənddə keçirilən toy məclisində qardaşı Təqsirləndirilən şəxs1la birlikdə iştirak edərək yemək yeyib, spirtli içki qəbul etmişlər. Təqsirləndirilən şəxs3 da həmin toyda iştirak etmişdir. Həmin gün saat 22 radələrində onlar birlikdə toydan çıxıb yaşadıqları evə tərəf getmişlər. Yolda Uzuntəpə kənd xəstəxanasının qarşısından keçərkən Təqsirləndirilən şəxs3 ondan borclu olduğu 20 manat pulu istəmişdir. O da Təqsirləndirilən şəxs3 hazırda pulunun olmadığını olanda qaytaracağını bildirmişdir. X2 təkrar olaraq yenə borcunu istədikdə, həm içkili olduğundan, həm də müharibə iştirakçısı olması ilə əlaqədar əsəbləri yerində olmadığından Təqsirləndirilən şəxs3la aralarında mübahisə düşmüşdür. Onlar mübahisə edə-edə xəstəxananın həyətinə daxil olmuşlar. Xəstəxananın həyətində Təqsirləndirilən şəxs3 qəfildən onun ünvanına nalayiq söyüş söymüş, o da Elçinin sol gözünə yumruqla zərbə endirmiş, Elçin də həmçinin onun üz nahiyəsinə yumruqla bir neçə dəfə zərbələr endirmişdir. Zərbənin təsirindən o, yerə yıxılmış, Elçinlə yerdə yaxalaşmağa, bir-birlərinə yumruqla zərbələr endirməyə davam etmişlər. Qardaşı Təqsirləndirilən şəxs1 araya girərək onları aralaşdırmaq istəyəndə Təqsirləndirilən şəxs3 Elminin də başının arxa nahiyəsinə zərbələr endirmişdir. X6 boyun nahiyəsinə əli ilə zərbələr endirmişdir. Daha sonra Elçinin qardaşı Bəhruz özünü hadisə yerinə çatdırmış və onları aralaşdırmışdır. Bir neçə dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Hadisə təxminən 10 dəqiqədən çox davam etmişdir. Hadisə zamanı ətrafda Elçin və Elmindən başqa kimlərin olmasını qaranlıq olduğu üçün görməmişdir. Amma ətrafa xeyli sayda şəxslər toplaşmışdır. Hadisə vaxtı qardaşı Təqsirləndirilən şəxs1 əlində bıçaq olmamışdır. İstintaqda verdiyi ifadəsində o, qardaşı Elminin əlində bıçaq olmasını bildirməmiş, elə bir ifadə verməmişdir. İfadəsini də imzalayarkən oxumadan imza etmişdir. O, ictimai qaydanı pozmamış, xuliqanlıq hərəkətlərinə yol verməmişdir. Törətdiyi cinayət əməlindən peşimandır. Təqsirləndirilən şəxs3 ilə barışmışdır, bir-birilərinə qarşı şikayət və tələbləri yoxdur, himayəsində bir azyaşlı uşağı var, ailəsinin yeganə qazanc gətirənidir, 44 günlük vətən müharibəsi iştirakçısı və bununla bağlı 3-cü dərəcəli əlildir. Bu halları nəzərə alıb onun əməlinin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif olunmasını və barışmalarının nəzərə alınıb cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Cəlilabad rayonu, Uzuntəpə kəndində ailə üzvlərilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs3 onun həmkəndlisi və qohumudur. Əvvəllər Təqsirləndirilən şəxs3la münaqişə və nifaqı olmamışdır. 06 oktyabr 2023-cü il tarixdə yaşadıqları kənddə keçirilən toy məclisində qardaşı Təqsirləndirilən şəxs2la birlikdə iştirak edərək yemək yeyib, spirtli içki qəbul etmişlər. Təqsirləndirilən şəxs3 da həmin toyda iştirak etmişdir. Həmin gün saat 22 radələrində onlar birlikdə toydan çıxıb yaşadıqları evə tərəf getmişlər. Yolda Uzuntəpə kənd xəstəxanasının qarşısından keçərkən Təqsirləndirilən şəxs3 qardaşı Təqsirləndirilən şəxs2 ona borclu olduğu 20 manat pulu istəmişdir. Bu zəmində X7 Məmmədov arasında mübahisə düşmüşdür. Onlar mübahisə edə-edə xəstəxananın həyətinə daxil olmuşlar. Xəstəxananın həyətində Təqsirləndirilən şəxs3 qəfildən qardaşı Şahinin ünvanına nalayiq söyüş söymüş, qardaşı Şahin də Elçinin sol gözünə yumruqla zərbə endirmişdir. Təqsirləndirilən şəxs3 da həmçinin qardaşı Şahinin üz nahiyəsinə yumruqla bir neçə dəfə zərbələr endirmişdir. X7 Məmmədov yerə yıxılmış və yerdə yaxalaşmağa, bir-birlərinə yumruqla zərbələr endirməyə davam etmişlər. O, araya girərək onları aralaşdırmaq istəyəndə Təqsirləndirilən şəxs3 onun da başının arxa nahiyəsinə zərbələr endirmişdir. O da bundan sonra Təqsirləndirilən şəxs3 boyun nahiyəsinə əli ilə zərbələr vurmuşdur. Daha sonra Elçinin qardaşı Bəhruz özünü hadisə yerinə çatdırmış və onları aralaşdırmışdır. Bir neçə dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Hadisə təxminən 10 dəqiqədən çox davam etmişdir. Hadisə zamanı ətrafda Elçin və Elmindən başqa kimlərin olmasını qaranlıq olduğu üçün görməmişdir. Amma ətrafa xeyli sayda şəxslər toplaşmışdır. Hadisə vaxtı onun əlində bıçaq olmamışdır. İstintaqda verdiyi ifadəsində o, əlində bıçaq olmasını bildirməmiş, elə bir ifadə verməmişdir. İfadəsini də imzalayarkən oxumadan imza etmişdir. Onun əlində bıçaq olsaydı sərxoş vəziyyətdə olduğu üçün elə bıçaqla Təqsirləndirilən şəxs3 xəsarət yetirərdi. O, ictimai qaydanı pozmamış, xuliqanlıq hərəkətləri etməmişdir. Törətdiyi cinayət əməlindən peşimandır. Təqsirləndirilən şəxs3 ilə barışmışdır, bir-birilərinə qarşı şikayət və tələbləri yoxdur, himayəsində iki azyaşlı uşağı var, ailəsinin yeganə qazanc gətirənidir. Bu halları nəzərə alıb onun barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində ailə üzvlərilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmkəndlisi olaraq tanıyır. Hər iki şəxslər ilə onun arasında əvvəllər heç bir münaqişə və nifaq olmamışdır. 06 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində Uzuntəpə kənd xəstəxanasının yaxınlığında yerləşən çayxanada çay içərkən qardaşı Təqsirləndirilən şəxs3 da onun yanına gəlməli imiş. Həmin vaxt yaxınlıqdan “bıçaqla yox bıçaqla yox” səslərini eşitmiş, yaxınlıqdan gələn səsin qardaşının səsinə oxşatmışdır. Dərhal səs gələn tərəfə getmiş, orada həmkəndliləri Elmin və Şahin ilə qardaşı Elçinlə əlbəyaxa dalaşdılqlarını görmüşdür. O, ora çatanda Elminin əlində dəstəyi qırmızı rəng olan bıçağı görmüş, Elmin bıçaq ilə qardaşını vurmaq üçün bıçağı ona tərəf hərəkət elətdirmişdir. Şahin isə yumruqla qardaşının baş nahiyəsinə zərbələr endirməsini şahidi olmuşdur. O, dərhal Elminin əlini buraraq bıçağı onun əlindən almış və bıçağı xəstəxananın həyətində bir qədər kənara tullamışdır. O, qardaşı Elçinin üst başının al qan içərisində olduğunu görüb, Elmin ilə Şahinə nə səbəbə qardaşı Elçini təkləyib döydüklərini soruşmuşdur. Şahin və Elmir ağır sərxoş olduqları üçün ona cavab verməmişlər. O, dərhal DİN-nin 102 xidmətinə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ifadəsi elan olunmuş Şahid Təqsirləndirilən şəxs1 əlində dəstəyi qırmızı rəngli olması və qardaşını vurmaq üçün bıçağı ona tərəf hərəkət elətdirməsi barədə göstərdikləri məhkəmə istintaqında təkzib olunduğundan, onun ifadəsi həmin hissədə sübut kimi qəbul olunmamalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş 07 oktyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən xəstəxananın həyətində olması müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X4-Təcrübi və X1 rayon şöbəsinin 10 oktyabr 2023-cü il tarixli 1108 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 sol qaş nahiyəsində əzilmiş yaralar, yuxarı çənədə sol 1-ci dişin sınığı, sağ 1-ci dişin 2-ci dərəcəli laxlaması, üst dodağın selikli qişasında qansızma, boyunun sağ yan səthində qançır və boyunun arxa səthində sıyrıq müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 06 oktyabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sol qaş nahiyəsindəki əzilmiş yaralar sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X4-Təcrübi və X1 rayon şöbəsinin 10 oktyabr 2023-cü il tarixli 1109 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 başın təpə nahiyəsində əzilmiş yara, sol almacıq, sağ gözaltı nahiyəsində, boyunun sağ yan səthində və sağ bel-oma nahiyəsində qançır müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 06 oktyabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə başın təpə nahiyəsində əzilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X4-Təcrübi və X1 rayon şöbəsinin 10 oktyabr 2023-cü il tarixli 1110 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 sağ qulaq arası nahiyədə əzilmiş səthi yara, sol qulaqarxası nahiyədə qançır müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 06 oktyabr 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Əməlin tövsifi Azərbaycan Respublikası CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə üz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalıqlara gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. (Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2011-ci il tarixli qərar) Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, qüvvədə olan cinayət qanunvericiliyinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun hüquqi mövqelərinə əsaslanaraq xuliqanlığın anlayışına, əlamətlərinə və mahiyyətinə aydınlıq gətirilməlidir. Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təsvir edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıqla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmənin qənaətinə görə ibtidai istintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin əməli düzgün olaraq xuliqanlıqla tövsif olunmuşdur. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs1 münasibətdə onun əməlini Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hadisə zamanı sonuncunun əlində bıçaq olmadığını bildirmişlər. İş materiallarında olan Cəlilabad RPŞ-nin rəis müavini Turab Əsgərov tərəfindən cinayət işi üzrə müstəntiqin əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs1 cinayət törətməkdə istifadə etdiyi bıçaq və hadisə zamanı Təqsirləndirilən şəxs3 əynində olan şalvarı və həmin əşyaların yerini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs3 barəsində verilmiş məhkəmə-tibbi ekspertizasının 10 oktyabr 2023-cü il tarixli 1108 nömrəli rəyində Təqsirləndirilən şəxs3 bədəni üzərində olan xəsarətlərin kəsici-deşici əşyanın deyil, bərk küt əşyanın təsirindən törənməsi qeyd edilmişdir. Göründüyü kimi məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla hadisə zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 əynindəki şalvarını zədələnməsi və boyun nahiyəsinə xəsarət yetirməsi, hadisə zamanı əlində bıçaq olması öz təsdiqini tapmamışdır. Qeyd edilən bütün şübhəli məqamlar isə təqsirləndirilən şəxsin xeyrinə həll olunmalı hallardır. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 da əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə təqsirlənləndirilən şəxslərin özlərini xuliqanlıq cinayəti törətməmələri ilə bağlı verdikləri ifadələrini özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəlləsinin 139-cu maddəsinə müvafiq olaraq cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn: cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Cəlilabad rayonu İHB-nin Uzuntəpə kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş 25 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində 06 sentyabr 2022-ci il təvəllüdlü Tamara Məmmədova adlı bir nəfər azyaşlı uşağı vardır. İş materiallarında olan Cəlilabad rayonu İHB-nin Uzuntəpə kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı uşağının olması, zərərçəkmişlərlə barışması Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs3 əməlindən səmimi peşman olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Cəlilabad rayonu İHB-nin Uzuntəpə kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş 01 mart 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 06 dekabr 2023-cü il təvəllüdlü Həsən Hüseynov adlı bir nəfər azyaşlı uşağı vardır. İş materiallarında olan Cəlilabad rayonu İHB-nin Uzuntəpə kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, Təqsirləndirilən şəxs2 3-cü dərəcəli müharibə əlilidir. İş materiallarında olan vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 “Vətən müharibəsi iştirakçısı”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olması, zərərçəkmişlə barışması Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12-ci maddələrinə əsasən onun cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, “Vətən müharibəsi iştirakçısı” olması, 3-cü dərəcəli müharibə əlili olmasını, müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Cəlilabad rayonu İHB-nin Uzuntəpə kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş 01 mart 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 15 avqust 2011-ci il təvəllüdlü Çiçək Hüseynova və 01 oktyabr 2012-ci il təvəllüdlü Ramil Hüseynov adlı iki nəfər azyaşlı uşağı vardır. İş materiallarında olan Cəlilabad rayonu İHB-nin Uzuntəpə kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışması Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12-ci maddələrinə əsasən onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs3 aylıq qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs2 aylıq qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs1 aylıq qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-94/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-94/2024
29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver