Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-96/2023 13.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 12:35 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 və Nümayəndə3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1983-cü ildə Cəlilabad rayonunun Göytəpə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvəllər məhkum olunmamış, Cəlilabad rayon Göytəpə şəhəri V.Mürsəlov adına 1 saylı orta məktəbdə ingilis dili müəllimi işləyən, Cəlilabad rayonu Göytəpə şəhəri V.Cəfərov küçəsi ev 75-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israfetmə yolu ilə talamış, vəzifəli şəxs olaraq tamah və sair şəxsi niyyətilə rəsmi sənədlərə və informasiya resursuna bilə-bilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə vəzifə saxtakarlığı etmiş, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə vahid niyyətlə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Cəlilabad rayon Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı tam orta məktəbin qanunla qorunan hüquq və mənafelərinə, habelə dövlətin və cəmiyyətin elm və təhsil sahəsində həyata keçirdiyi siyasətlə bağlı qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, 07 oktyabr 2021-ci ildən 29 iyun 2022-ci il tarixədək Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı tam orta məktəbin direktoru vəzifəsini icra edərkən “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X8”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “20” dekabr 2017-ci il tarixli, 18-1 nömrəli qərarına, “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli, 361 nömrəli Qərarına, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli Qərarına, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən «30» iyun 2010-cu il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları”na əsasən, məktəb direktoru kimi əmək funksiyalarına uyğun dövlət tərəfindən məktəbə ayrılan vəsaitin səmərəli, məqsədyönlü istifadəsinə, dərs planı və praktiki iş normalarının yerinə yetirilməsinə, habelə dərsdənkənar və fakültativ məşğələlərin, dərnəklərin keçirilməsinə nəzarət etməli, tarifləşmə cədvəlinin (tarifikasiyanın) düzgün təsdiq olunmasını təmin etməli, icbari ümumi orta təhsilin həyata keçirilməsini təmin etməli, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsini, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasını təmin etməli, dövlət tərəfindən ayrılan, habelə müəssisənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsini təmin etməli, məktəbdə siniflərin komplektləşdirilməsini düzgün təşkil etməli olan təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxs kimi direktor səlahiyyətlərini icra etdiyi dövrdə, vahid qəsdlə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq tamah və sair niyyətlə istifadə edib rəhbərlik etdiyi məktəbdə müəllimlər üçün əlavə dərs saatları ayırıb daha artıq əmək haqqı almalarına şərait yaratmaqla özünün onların yanında nüfuzunu yüksəltmək, habelə dövlət əmlakı olan büdcə vəsaitini vahid niyyətlə, əvəzsiz və qanunsuz olaraq öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə yolu ilə talamaq məqsədi ilə Cəlilabad rayonu Vüqar Mürsəlov adına Göytəpə şəhər 1 saylı tam orta məktəbdə evdə təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud olan şagirdlərə rus dili fənni üzrə dərslər həmin fənn müəllimləri – Şahid6 və Şahid5 tərəfindən tədris edilmədiyi halda Şahid6 855,25 manat, Şahid5 370,14 manat olmaqla, cəmi 1225,39 manat, habelə həmin müddətdə bir sıra siniflərdə ayrılmış dərsləri və dərsdənkənar məşğələləri keçmədikləri halda özünün, eləcə də həmin dərs və dərsdənkənar məşğələlərin tədris edilməsi adlarına rəsmiləşdirilmiş müəllimlərin adlarını əmək haqqının ödəniş cədvəllərinə daxil edib bütün dərslərin və dərsdənkənar məşğələlərin tədris edilməsinə dair qeydlər etməklə rəsmi sənədə tamah və sair şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı edib, vahid niyyətlə özünə 224,07 manat, Şahid17 213,96 manat, Şahid21 18,84 manat, Şahid39 53,35 manat, Şahid6 91,50 manat, Şahid4 308,80 manat, Şahid24 Məmməd qızına 251,61 manat, Şahid25 34,31 manat, Şahid19 263,04 manat, Şahid1 76,13 manat, Şahid10 477,44 manat, Şahid16 339,06 manat, Şahid9 42,68 manat, Şahid7 35,11 manat, Şahid20 74,69 manat, Şahid23 Özbəy oğluna 10,67 manat, Şahid2 240,18 manat, X38 944,47 manat, Şahid3 196,07 manat, Şahid8 İskəndər qızına 69,28 manat və Şahid11 50,53 manat olmaqla, cəmi 4073,01 manat məbləğində pul vəsaitinin köçürülməsini və həmin şəxslər tərəfindən əmək haqqı olaraq alınmasını təmin etməklə, habelə tədris ilinin ikinci yarısında informatika, rus dili, fiziki tərbiyə və ingilis dili fənnləri üzrə dərslər müvafiq siniflər üzrə vahid qrupda tədris edilməli olduğu halda qruplara bölünmə formasında dərslərin davam etdirilməsi nəticəsində qeyd olunan dərsləri tədris etmiş müəllimlərə cəmi 6781,02 manat əmək haqqı köçürülməsini təmin etməklə, ümumilikdə 12079,42 manat (on iki min yetmiş doqquz manat, qırx iki qəpik) məbləğində dövlət əmlakı olan büdcə vəsaitini özünün və üçüncü şəxslərin qanunsuz və əvəzsiz olaraq mülkiyyətinə keçirməklə ona etibar edilmiş özgənin əmlakını öz qulluq mövqeyindən istifadə edib vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə yolu ilə talamış, vəzifəli şəxs olmaqla qəsdən tamah və sair şəxsi niyyətlə vəzifə saxtakarlığı etmiş və Cəlilabad rayon Göytəpə şəhər Vüqar Mürsəlov adına 1 saylı tam orta məktəbin qanunla qorunan hüquq və mənafelərinə, habelə dövlətin və cəmiyyətin elm və təhsil sahəsində həyata keçirdiyi siyasətlə bağlı qanunla qorunan mənafelərinə mühüm ziyan vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilməyərək verdiyi ifadəsində göstərdi ki, o, 2011-ci ilin sentyabr ayından Cəlilabad rayon Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi işləyir. 06 oktyabr 2021-ci il tarixdə həmçinin tədris işləri üzrə direktoru müavini təyin olunmuşdur. 07 oktyabr 2021-ci ildən 29 iyun 2022-ci il tarixədək həmin məktəbdə direktor səlahiyyətlərinin müvəqqəti olaraq icra edilməsi ona həvalə edilmişdir. 16 sentyabr 2022-ci il tarixdə Göytəpə şəhər 1 nömrəli məktəbin sabiq direktoru vəzifəsini icra edən Vidadi Dövlətovun əmri ilə tədris işləri üzrə direktor müavini vəzifəsindən azad edilmişdir. Halhazırda həmin məktəbdə ingilis dili müəllimi işləyir. X21 onun işlədiyi Göytəpə şəhər V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbin biologiya müəllimidir. X55 heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 2021/2022-ci tədris ili ərzində bütün siniflərdə dərs tədris olunmuşdur. Lakin müəllimlər səhlənkarlıq edib jurnalları yazmamışlar. Onun işi çox olduğu üçün buna nəzarət edə bilməmişdir. Hətta maliyyə yoxlamasından sonra müəllimlərin jurnalları yazmamalarına görə onlara töhmət verilmişdir. Müəllimlər dərsləri tədris etdikləri üçün də həmin müəllimlərə əmək haqqı ödənilmiş, müəllimlərin hər biri əmək haqqlarını öz adlarına olan plastik kart vasitəsi ilə almışlar. O, məktəbin direktoru səlahiyyətlərini icra etdiyi zaman 2021/2022-ci tədris ilinin İİ yarımilində bəzi siniflərdə şagird kontingenti azalması barədə Cəlilabad Təhsil Sektorunun mühasibatlığından Müşfiq Dadaşov və Nümayəndə1 ilə əlaqə saxlamışdır. Həmin şəxslər ona bildirmişdilər ki, təhsil nazirinin yeni əmrinə əsasən tədris ili ərzində İİ yarımildə şagird kontingentinin azalması bölünmə üçün məhdudiyyət yaratmır, yəni İİ yarımildə şagird sayı 20 nəfərdən aşağı olan siniflərdə də İ yarımilə müvafiq olaraq bölünmə davam edə bilər. Ona görə də bəzi siniflərin qeyd edilən fənlər üzrə qruplara bölünməsini dayandırmamışdır. O, dövlət əmlakını mənimsəməmiş və israfetmə yolu ilə talamamışdır. Həmçinin vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etməmişdir. Onun dövlətə vurduğu ziyan kimi qeyd edilmiş məbləği müəllimlər əmək haqqı kimi alıb şəxsi ehtiyaclarına xərcləmişlər. O, dövlət əmlakını mənimsəmədiyi üçün dövlətə heç bir məbləğdə pul - ziyan ödəməyəcək. Ona görə də barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə, Təqsirləndirilən şəxs ona istinad edilmiş cinayət əməllərini törətməməsinə dair verdiyi ifadəyə tənqidi yanaşır və hesab edir ki, o bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs ona istinad edilmiş cinayət əməlini törətməsi iş üzrə toplanmış aşağıdakı sübutlarla tam sübuta yetirilir. Belə ki, iş üzrə zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 ifadəsində göstərmişdir ki, o, Lənkəran-Astara Regional Təhsil İdarəsinin inzibati təşkilat sektorunun baş məsləhətçisi vəzifəsində işləyir. Onun Təqsirləndirilən şəxs ilə hər hansı bir ədavət və ya düşmənçiliyi yoxdur. Cəlilabad rayon, Göytəpə şəhər V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə 2021/2022-ci tədris illəri ərzində məktəbin maliyyə fəlaiyyətinin yoxlanılması barədə məlumatı vardır. Yoxlamanın aparıldığı dövr ərzində Cəlilabad rayon, Göytəpə şəhər V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə direktor səlahiyyətlərini müvəqqəti olaraq Təqsirləndirilən şəxs icra etmişdir. Həmin müddətdə Cəlilabad rayon, Göytəpə şəhər V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsini müvəqqəti olaraq icra edən Təqsirləndirilən şəxs barəsində çoxsaylı şikayətlər daxil olmuşdur. Əgər müəllimlərə əməkhaqqı ödənilibsə, həmin müəllimlər tərəfindən mütləq qaydada dərslər tədris olunmalıdır. Şahid6 və Şahid5 köçürülmüş ümumilikdə 1225,39 manat məbləğində əməkhaqqı əsassızdır və dövlət büdcəsinə vurulmuş maddi ziyan kimi qiymətləndirilməlidir. "Sinif jurnallarının aparılmasına dair təlimat"-ın 7-ci bəndinə əsasən, “Tədris dilindən asılı olmayaraq sinif jurnalında dərsdə iştirak etməyən şagirdlərin adının qarşısında "q” hərfi yazılır”, eləcə də həmin təlimatın 10-cu bəndinə əsasən “Sinif jurnalında şagirdlərin adı, soyadı,dərslərin keçirildiyi tarix, fənn müəllimlərinin soyadı və adı, tədris olunan mövzular, reallaşdırılan məzmun standartlarının nömrəsi (nömrələri), və ev tapşırıqları həmçinin fənlər üzrə tədris olunan saatların miqdarı yazılır”. Tədris prosesi zamanı müəllimlərin dərsi keçməsini təsdiq edən onların jurnalda qeydləri aparmasıdır. 2021/2022-ci tədris illəri ərzində aktda qeyd olunmuş siniflər üzrə müəllimlər tərəfindən müxtəlif fənlərdə qeydlərin aparılmaması dərslərin keçirilməməsini əks etdirir. Bu səbəbdən həmin məbləğ büdcəyə qaytarılmalı olan məbləğ kimi qiymətləndirilməlidir. 2021/2022-ci tədris illəri ərzində aktda qeyd olunmuş siniflər üzrə müəllimlər tərəfindən dərsdənkənar məşğələlər üzrə qeydlərin aparılmaması da dərslərin keçirilməməsini əks etdirir. Bu səbəbdən həmin məbləğ büdcəyə qaytarılmalı olan məbləğ kimi qiymətləndirilməlidir. 6781,02 manat məbləğ ödənilməli olan ziyan kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 avqust 2021ci il tarixli, F-415 nömrəli əmri ilə təsdiq edilmiş Tədris planlarına dair qeydlərin 7 nömrəli əlavənin 23 bəndinə əsasən Tədris ilinin birinci yarısında sinifdə şagirdlərin sayının azalması tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində sinfin iki qrupa bölünməsinə məhdudiyyət yaratmır. 7 nömrəli əlavənin 23-cü bəndindən göründüyü kimi, birinci yarımil ərzində şagird kontingentinin azalması birinci yarımilin yekununa qədər həmin fənlər üzrə bölünmənin davam etməsinə məhdudiyyət yaratmır. Lakin həmin fənlər üzrə birinci yarımil ərzində şagird kontingentinin sayının azalması ikinci yarmil üzrə yenidən qiymətləndirilməli və sinif tərkibi təlimatla müəyyən edilmiş minimum şagird sayından az olduqda həmin fənlər üzrə bölünmə dayandırılmalı idi. Bu səbəbdən, həmin məbləğ büdcəyə qaytarılmalı olan məbləğ kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs tərəfindən hal-hazıra kimi vurulmuş ziyandan heç bir ödəniş olunmamışdır. Ona görə də cəza təyin olunarkən bu halın nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə3 da eyni məzmunlu ifadə verərək Nümayəndə2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X21 verdiyi ifadəsində göstərmişdir ki, o, 2008-ci ilin sentyabr ayından Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə biologiya müəllimi işləyir. 2021-ci ilin noyabr ayından Təqsirləndirilən şəxs Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra etmiş, lakin rəsmi olaraq təlim-tərbiyə işləri üzrə direktor müavini olmuşdur. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğuna o, müraciət etmişdir. Təqsirləndirilən şəxs məktəbin direktoru vəzifəsini icra edən şəxs olaraq, həmin məktəb heyətinin işə qəbul edilməsində və məktəbdə fəaliyyət göstərmələrində qanunsuzluqlara yol vermişdir. Belə ki, bir sıra müəllimlər gündəlik olaraq dərslərin tədris etməmişlər. Məktəbdə olan istilik sistemi boruları kəsilərək satılmış, böyük summativ qiymətləndirmə (BSQ) təlimata zidd keçirilməklə yanaşı, həmin qiymətləndirmə üçün məktəb şagirdlərindən qanunsuz olaraq pul vəsaitləri yığılmışdır. Məktəbdə sənədləşmə və təlim-tərbiyə işləri düzgün şəkildə həyata keçirilməmiş, ilboyu, xüsusilə, yuxarı siniflərdə məktəb şagirdlərinin davamiyyəti zəif olmuşdur. Bundan əlavə, məktəbdə mövcud olan 19 nəfərlik “8 ə” sinifi qruplara bölünmüş, sabiq direktor Şahid39 vaxtında gətirilmiş 100 ədəd sinif partası nəzarət olmaması səbəbindən yararsız vəziyyətə düşmüşdür. Bununla yanaşı, Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etdiyinə görə sonuncu, “Whatsapp” tətbiqinin status bölməsində, qardaşı Mübariz Cəfərov isə “Facebook” səhifəsində onu və ailəsini təhqir edərək qeyri-etik paylaşımlar etmiş və müəllim adına xələl gətirmişdir. X42 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Həmin dövrdə, yəni 2021/2022-ci tədris ilində Cəlilabad rayon, Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə Təqsirləndirilən şəxs, Şahid18 və X53 məktəbdə əmrlə həmin şəxslərə həvalə edilmiş dərsləri tədris etməmişlər. Digər müəllimlər tərəfindən qeydiyyatın aparılıbaparılmaması, eləcə də dərslərin tədris edilib-edilməməsi barədə konkret məlumatı yoxdur. Konkret olaraq tarixləri yadında qalmasa da, Şahid17, Şahid16, Şahid7, Şahid6, Şahid25, Şahid9, Şahid24 Məmməd qızı, Şahid19, Şahid11, Şahid23, Şahid20, Şahid3, Şahid21, Şahid39, Şahid2, X5, Şahid10 və Şahid4 tərəfindən bəzi hallarda dərslər tədris olunmamışdır. Hesab edir ki, bu səbəbdən həmin günlərdə dərs və dərsdənkənar məşğələ jurnallarında qeydiyyatlar aparılmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid17 verdiyi ifadəsində göstərmişdir ki, o, 2001-ci ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə fiziki-tərbiyə müəllimi işləyir. Təqsirləndirilən şəxs hal-hazırda həmin məktəbdə ingilis dili müəllimi işləyir. Onun həmin şəxslə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyul ayınadək Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra etmişdir. Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 2021/2022-ci tədris ili ərzində fiziki-tərbiyə fənnindən “5 c” sinfinə 18 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək, “7 a” sinfinə isə 05 aprel 2022-ci il tarixdən 17 may 2022-ci il tarixədək onun tərəfindən dərs tədris edilməmiş, lakin həmin dövrlərə görə ona əmək haqqı ödənilmişdir. Əmək haqqı kartı həmişə özündə olmuş və ona köçürülmüş əmək haqlarını plastik kart vasitəsilə bankomatdan özü çəkmişdir. Yoxlama zamanı o, düzgün məzmunda izahat verməmişdir. Barəsində tədbir görüləcəyindən çəkindiyi üçün həmin məzmunda izahat vermişdir. Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 2021/2022-ci tədris ili ərzində “5 c” sinfinə 18 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək, “7 a” sinfinə isə 05 aprel 2022-ci il tarixdən 17 may 2022-ci il tarixədək dərs tədris edilməmişdir. Bu səbəbdən qeydiyyat aparılmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid39 verdiyi ifadəsində göstərmişdir ki, o, 2005-ci ilin sentyabr ayından Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə tarix müəllimi işləyir. Həmçinin o, 26 dekabr 2017-ci il tarixdən 14 iyun 2020-ci il tarixədək həmin məktəbin direktoru işləmişdir. Direktor vəzifəsindən azad olunduqdan sonra yenidən həmin məktəbə tarix müəllimi işləyir. Təqsirləndirilən şəxs hal-hazırda həmin məktəbdə ingilis dili müəllimi kimi işləyir. Onun həmin şəxslə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyul ayınadək Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra etmişdir. Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 2021/2022-ci tədris ili ərzində “5 b” sinfinə 27 aprel 2022-ci il tarixdə, 4,11,18 may 2022-ci il tarixlərdə və 8 iyun 2022-ci il tarixlərdə Azərbaycan tarixi fənnindən dərs tədris edilməmişdir. Bu səbəbdən qeydiyyat aparılmamışdır. Həmin tarixlərdə səhhətində olan narahatlıqla əlaqədar icazəli olmuş, həmin dərsləri tədris edə bilməmişdir. Lakin həmin dərs günlərinə görə ona əmək haqqı ödənilmişdir. Əmək haqqı kartı həmişə özündə olmuş və ona köçürülmüş əmək haqlarını plastik kart vasitəsilə bankomatdan özüm çəkmişdir. Yoxlama zamanı o, düzgün məzmunda izahat verməmişdir. Barəsində hər hansı bir tədbir görüləcəyini düşündüyü üçün həmin məzmunda izahat vermişdir. 2021/2022-ci tədris ilində Cəlilabad rayon, Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə Təqsirləndirilən şəxs, Şahid18 və X53 məktəbdə əmrlə həmin şəxslərə həvalə edilmiş dərsləri tədris etməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid21 verdiyi ifadəsində göstərmişdir ki, o, 2007-ci ilin sentyabr ayından Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi işləyir. Təqsirləndirilən şəxs hal-hazırda həmin məktəbdə ingilis dili müəllimi işləyir. Onun həmin şəxslə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayından 2022ci ilin iyul ayınadək Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra etmişdir. 14 iyun 2022-ci il tarixdə məktəbdə son zənglə bağlı tədbir təşkil olunmuşdur. Bu səbəbdən həmin gün məktəbdə dərslər keçirilməmişdir. Onun tərəfindən də 2021/2022-ci tədris ilində həmin gün “5 c” sinfinə ingilis dili fənnindən dərs tədris edilməmişdir. Lakin həmin dərs gününə görə ona əmək haqqı ödənilmişdir. Əmək haqqı kartı həmişə özündə olmuş və ona köçürülmüş əmək haqlarını plastik kart vasitəsilə bankomatdan özü çəkmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində göstərmişdir ki, o, 1999-cu ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə rus dili müəllimi işləyir. Təqsirləndirilən şəxs isə hal-hazırda həmin məktəbdə ingilis dili müəllimi işləyir. Onun həmin şəxslə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyul ayınadək Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra etmişdir. Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 2021/2022-ci tədris ili ərzində “5 c” sinfinə 10 iyun 2022-ci il tarixdə, “10 b” sinfinə isə 27 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək dərs tədris edilməmişdir. Bu səbəbdən qeydiyyat aparılmamışdır. Həmin tarixlərdə səhhətində olan narahatlıqla əlaqədar dərs tədris edə bilməmişdir. Yoxlama zamanı o, düzgün məzmunda izahat verməmişdir. Barəsində tədbir görüləcəyindən çəkindiyi üçün həmin məzmunda izahat vermişdir. Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 2021/2022-ci tədris ili ərzində “5 c” sinfinə 10 iyun 2022-ci il tarixdə, “10 b” sinfinə isə 27 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək dərs tədris edilməmişdir. Bu səbəbdən qeydiyyat aparılmamışdır. 2021/2022-ci tədris ilində Cəlilabad rayon, Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə müəllimlər tərəfindən qeydiyyatın aparılıbaparılmaması, eləcə də dərslərin tədris edilib-edilməməsi barədə konkret məlumatı yoxdur. 2021/2022-ci dərs ilində evdə təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud olan bir sıra şagirdlərə dərs tədris edilməsi əmrlə ona təhkim olunsa da, səhhətində olan narahatlıqla əlaqədar onun tərəfindən həmin şagirdlərə rus dili fənni üzrə dərs tədris edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, o, 1992-ci ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi işləyir. Təqsirləndirilən şəxs isə hal-hazırda həmin məktəbdə ingilis dili müəllimi işləyir. Onun həmin şəxslə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyul ayınadək Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra etmişdir. Maliyyə yoxlaması və ibtidai istintaq zamanı da verdiyi izahatda göstərdiyi kimi Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 2021/2022-ci tədris ili ərzində “5 q” sinfinə İngilis dili fənnindən 11 noyabr 2021-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək dərs tədris edilməmişdir. Bu səbəbdən qeydiyyat aparılmamışdır. “5q” sinfinə dərs tədris edilməsi əmrlə ona həvalə edilsə də, həmin sinfə onun tərəfindən dərs tədris edilməmişdir. Əmək haqqı kartı həmişə özündə olmuş və ona köçürülmüş əmək haqlarını plastik kart vasitəsilə bankomatdan özü çəkmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid24 verdiyi ifadəsində göstərmişdir ki, o, 2002-ci ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi işləyir. Təqsirləndirilən şəxs isə hal-hazırda həmin məktəbdə ingilis dili müəllimi işləyir. Onun həmin şəxslə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyul ayınadək Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra etmişdir. Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 2021/2022-ci tədris ili ərzində “5 e” sinfinə Azərbaycan dili fənnindən 23 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək, ədəbiyyat fənnindən 25 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək dərs tədris edilməmişdir. Bu səbəbdən qeydiyyat aparılmamışdır. Həmin dərs saatları günorta növbəsində ilk dərs olduğundan və onun tək dərsi olduğundan o, həmin siniflərə dərs tədris etməmiş, evdə azyaşlı uşağı olduğu üçün məktəbə gedə bilməmişdir. Yoxlama zamanı o, düzgün məzmunda izahat verməmişdir. Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 2021/2022-ci tədris ili ərzində onun tərəfindən “5 e” sinfinə Azərbaycan dili fənnindən 23 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək, ədəbiyyat fənnindən isə 25 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək dərs tədris edilməmişdir. Bu səbəbdən qeydiyyat aparılmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid19 verdiyi ifadəsində göstərmişdir ki, o, 1988-ci ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. Təqsirləndirilən şəxs isə hal-hazırda həmin məktəbdə ingilis dili müəllimi işləyir. Onun həmin şəxslə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayından 2022ci ilin iyul ayınadək Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra etmişdir. Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 2021/2022-ci tədris ili ərzində “6 a” sinfinə Azərbaycan dili fənnindən 01 iyun 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək, ədəbiyyat fənnindən 03 iyun 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək, “6 d” sinfinə isə Azərbaycan dili və ədəbiyyat fənlərindən 31 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək dərs tədris edilməmişdir. Bu səbəbdən qeydiyyat aparılmamışdır. O, həmin siniflərə dərs tədris etmədiyi vaxtlarda icazəli olmuşdur. Yoxlama zamanı o, fikrini düzgün ifadə etməmişdir. Barəsində tədbir görüləcəyindən çəkindiyi üçün həmin məzmunda izahat vermişdir. Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 2021/2022-ci tədris ili ərzində mən 6 a” sinfinə Azərbaycan dili fənnindən 01 iyun 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək, ədəbiyyat fənnindən 03 iyun 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək, “6 d” sinfinə isə Azərbaycan dili və ədəbiyyat fənlərindən 31 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək dərs tədris edilməmişdir. Bu səbəbdən qeydiyyat aparılmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 verdiyi ifadəsində göstərmişdir ki, o, 2013-cü ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi işləyir. Təqsirləndirilən şəxs isə hal-hazırda həmin məktəbdə ingilis dili müəllimi işləyir. Onun həmin şəxslə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyul ayınadək Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra etmişdir. Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 2021/2022-ci tədris ili ərzində onun tərəfindən həmin siniflərə dərs tədris edilməmişdir. “6 c” və “7 ə” sinflərinə dərs tədris edilməsi əmrlə ona həvalə edilsə də, həmin siniflərə onun tərəfindən dərs tədris edilməmişdir. Həmin siniflərin əmrlə ona həvalə edilməsi barədə məlumatı olmamışdır. Əmək haqqı kartı həmişə özündə olmuş və ona köçürülmüş əmək haqlarını plastik kart vasitəsilə bankomatdan özü çəkmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid16 verdiyi ifadəsində göstərmişdir ki, o, 2007-ci ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə fiziki-tərbiyə müəllimi işləyir. Təqsirləndirilən şəxs isə halhazırda həmin məktəbdə ingilis dili müəllimi işləyir. Onun həmin şəxslə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyul ayınadək Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra etmişdir. Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 2021/2022-ci tədris ili ərzində “6 c” sinfinə fiziki-tərbiyə fənnindən dərs tədris edilməsi əmrlə ona həvalə edilmiş, həmin sinfə 28 yanvar 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək onun tərəfindən dərs tədris edilməmiş, lakin həmin dövrlərə görə ona əmək haqqı ödənilmişdir. Əmək haqqı kartı həmişə özündə olmuş və ona köçürülmüş əmək haqlarını plastik kart vasitəsilə bankomatdan özü çəkmişdir. Yoxlama zamanı o, düzgün məzmunda izahat verməmişdir. Barəsində tədbir görüləcəyindən çəkindiyi üçün həmin məzmunda izahat vermişdir. Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 2021/2022-ci tədris ili ərzində “6 c” sinfinə fiziki-tərbiyə fənnindən 28 yanvar 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək dərs tədris edilməmişdir. Bu səbəbdən qeydiyyat aparılmamışdır. 2021/2022-ci tədris ilində Cəlilabad rayon, Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə Şahid18 və X53 məktəbdə əmrlə həvalə edilmiş dərsləri tədris etməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 verdiyi ifadəsində göstərmişdir ki, o, 2005-ci ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə riyaziyyat və informatika müəllimi müəllimi işləyir. Təqsirləndirilən şəxs isə hal-hazırda həmin məktəbdə ingilis dili müəllimi işləyir. Onun həmin şəxslə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyul ayınadək Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra etmişdir. Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 2021/2022-ci tədris ili ərzində “7 d” sinfinə informatika fənnindən 16 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək dərs tədris edilməmişdir. Bu səbəbdən qeydiyyat aparılmamışdır. Həmin vaxt xalasının səhhətində olan narahatlıqla əlaqədar icazə alaraq Bakı şəhərində olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 verdiyi ifadəsində göstərmişdir ki, o, 1990-cı ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi işləyir. Təqsirləndirilən şəxs isə hal-hazırda həmin məktəbdə ingilis dili müəllimi işləyir. Onun həmin şəxslə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyul ayınadək Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra etmişdir. Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 2021/2022-ci tədris ili ərzində ingilis dili fənnindən “7 d” sinfinə 14 iyun 2022-ci il tarixdə, “8 ə” sinfinə isə 16 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək dərs tədris edilməmişdir. Bununla yanaşı, dərnək və dərsdənkənar məşğələlərin keçirilməsinə dair məşğələ jurnallarında qeydiyyat aparılmadığı tarixlərdə tərəfindən qeyd edilən “11 a” sinifinə qeyd edilən tədris ili ərzində ümumilikdə 2 saat dərnək və dərsdənkənar məşğələlər keçirilməmişdir. Bu səbəbdən qeydiyyat aparılmamışdır. Səhhətində narahatlıq olduğundan həmin dərs və dərsdənkənar məşğələləri tədris edə bilməmişdir. Yoxlama zamanı o, düzgün məzmunda izahat verməmişdir. Barəsində tədbir görüləcəyindən çəkindiyi üçün həmin məzmunda izahat vermişdir. Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 2021/2022-ci tədris ili ərzində ərzində ingilis dili fənnindən “7 d” sinfinə 14 iyun 2022-ci il tarixdə, “8 ə” sinfinə isə 16 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək dərs tədris edilməmişdir. Bununla yanaşı, dərnək və dərsdənkənar məşğələlərin keçirilməsinə dair məşğələ jurnallarında qeydiyyat aparılmadığı tarixlərdə tərəfindən qeyd edilən “11 a” sinifinə 2 saat dərnək və dərsdənkənar məşğələlər keçirilməmişdir. Bu səbəbdən qeydiyyat aparılmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid23 Özbəy oğlu verdiyi ifadəsində göstərmişdir ki, o, 2008-ci ilin noyabr ayından Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə informatika müəllimi işləyir. Təqsirləndirilən şəxs isə hal-hazırda həmin məktəbdə ingilis dili müəllimi işləyir. Onun həmin şəxslə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayından 2022ci ilin iyul ayınadək Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra etmişdir. Həmçinin Şahid23 verilmiş suallara cavab olaraq bildirmişdir ki, 14 iyun 2022-ci il tarixdə son zəng günü olmuşdur. O, həmin gün “8 ə” sinfinə informatika fənnindən dərs tədris etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, 1998-ci ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə tarix müəllimi işləyir. Təqsirləndirilən şəxs isə hal-hazırda həmin məktəbdə ingilis dili müəllimi işləyir. Onun həmin şəxslə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyul ayınadək Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra etmişdir. Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 2021/2022-ci tədris ili ərzində tarix fənnindən “8 b” sinfinə 21 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək dərs tədris edilməmişdir. Bununla yanaşı, dərnək və dərsdənkənar məşğələlərin keçirilməsinə dair məşğələ jurnallarında qeydiyyat aparılmadığı tarixlərdə tərəfindən qeyd edilən “7 a”, “6 a”, “8 a”, “8 b” və “8 d” siniflərinə dərnək və dərsdənkənar məşğələlər keçirilməmişdir. Bu səbəbdən qeydiyyat aparılmamışdır. Səhhətində narahatlıq olduğundan həmin dərs və dərsdənkənar məşğələləri tədris edə bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, 1998-ci ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə Rus dili və ədəbiyyat müəllimi işləyir. Təqsirləndirilən şəxs isə hal-hazırda həmin məktəbdə ingilis dili müəllimi işləyir. Onun həmin şəxslərlə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayından 2022ci ilin iyul ayınadək Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra etmişdir. Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 2021/2022-ci tədris ili ərzində “10 b” sinfinə 27 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək, “10 c” sinfinə isə 18 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək Rus dili fənnindən dərs tədris edilməmişdir. Bu səbəbdən qeydiyyat aparılmamışdır. Həmin tarixlərdə səhhətində olan narahatlıqla əlaqədar icazəli olmuş, həmin dərsləri tədris edə bilməmişdir. Yoxlama zamanı o, düzgün məzmunda izahat verməmişdir. Barəsində tədbir görüləcəyindən çəkindiyi üçün həmin məzmunda izahat vermişdir. 2021/2022-ci tədris ili ərzində “10 b” sinfinə 27 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək, “10 c” sinfinə isə 18 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək Rus dili fənnindən dərs tədris edilməmişdir. Bu səbəbdən qeydiyyat aparılmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 İskəndər qızı verdiyi ifadəsində göstərmişdir ki, o, 1988-ci ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə texnologiya müəllimi işləyir. Təqsirləndirilən şəxs isə hal-hazırda həmin məktəbdə ingilis dili müəllimi işləyir. Onun həmin şəxslə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyul ayınadək Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra etmişdir. Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 2021/2022-ci tədris ili ərzində 2022-ci ilin fevral ayınadək dərslər keçirilsə də, həmin vaxtdan sonra dərnək və dərsdənkənar məşğələlər keçirilməmişdir. Bu səbəbdən qeydiyyat aparılmamışdır. 2022-ci ilin fevral ayından sonra, yəni jurnallarda qeydiyyatlar aparılmadığı tarixlərdə səhhəti ilə əlaqədar olaraq dərnək və dərsdənkənar məşğələləri tədris edə bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 verdiyi ifadəsində göstərmişdir ki, o, 2000-ci ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi işləyir. Təqsirləndirilən şəxs isə hal-hazırda həmin məktəbdə ingilis dili müəllimi işləyir. Onun həmin şəxslə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyul ayınadək Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra etmişdir. Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 2021/2022-ci tədris ili ərzində məşğələ jurnallarında qeydiyyat aparılmadığı tarixlərdə tərəfimdən qeyd edilən “8 ə” sinifinə 2021/2022 tədris ili ərzində ümumilikdə 1 saat dərnək və dərsdənkənar məşğələlər keçirilməmişdir. Bu səbəbdən qeydiyyat aparılmamışdır. Səhhətində narahatlıq olduğundan həmin dərsdənkənar məşğələni tədris edə bilməmişdir. 2021/2022-ci tədris ilində Cəlilabad rayon, Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə müəllimlər tərəfindən qeydiyyatın aparılıb-aparılmaması, eləcə də dərslərin tədris edilib-edilməməsi barədə konkret məlumatı yoxdur. 2021/2022-ci tədris ilində sağlamlıq imkanları məhdud olan və evdə təhsilə cəlb edilmiş X28 onun tərəfindən coğrafiya, biologiya və tarix fənlərindən dərslər tədris olunmuşdur. O, həftədə iki dəfə Həsən Həsənlinin yaşadığı fərdi yaşayış evinə gedərək sonuncuya dərsləri tədris etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, o, 2008-ci ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə Rus dili müəllimi işləyir. Təqsirləndirilən şəxs isə hal-hazırda həmin məktəbdə ingilis dili müəllimi işləyir. Onun həmin şəxslə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyul ayınadək Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra etmişdir. 2021/2022-ci dərs ilində evdə təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud olan şagirdlərdən X14 və X1 rus dili fənnindən dərs tədris edilməsi əmrlə ona həvalə edilsə də, onun tərəfindən həmin şagirdlərə evdə dərs tədris edilməmişdir. Əmək haqqı kartı həmişə özündə olmuş və ona köçürülmüş əmək haqlarını plastik kart vasitəsilə bankomatdan özü çəkmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid18 verdiyi ifadəsində göstərmişdir ki, o, 2000-ci ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə fiziki-tərbiyə müəllimi işləyir. Təqsirləndirilən şəxs isə halhazırda həmin məktəbdə ingilis dili müəllimi işləyir. Onun həmin şəxslə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyul ayınadək Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra etmişdir. Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 2021/2022-ci tədris ili ərzində fiziki-tərbiyə fənnindən “10 c” sinfinə 15 sentyabr 2021-ci il tarixdən 27 yanvar 2022-ci il tarixədək onun tərəfindən dərs tədris edilmişdir. Sonradan öyrənmişdir ki, həmin sinifə dərs tədris edilməsi əmrlə ona həvalə olunmamışdır. Həmin sinfə dərs tədris edilməsi məktəbin digər müəllimi X38 həvalə edilmişdir. Buna görə də o, 27 yanvar 2022-ci il tarixdən sonra “10 c” sinfinə fiziki tərbiyə fənnindən dərs tədris etməmişdir. “10 c” sinfinin əvvəlki indeksi “10 e” olmuşdur. Daha sonra həmin il Azərbaycan Respublikasının Təhsil Nazirliyindən verilmiş tapşırıq əsasında məktəbdə olan bəzi siniflərin indekslərinin dəyişdirilməsi nəzərədə tutulmuşdur. Həmin tapşırıqdan sonra “10 e” sinfinin indeksi “10 c” olmuşdur. Əmək haqqı kartı həmişə özündə olmuş və ona köçürülmüş əmək haqlarını plastik kart vasitəsilə bankomatdan özü çəkmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Azərbaycan Respublikası Maliyyə X11 Nzəarəti Xidmətinin 4 saylı X3 aparıcı məsləhətçi-nəzarətçi müfəttişi vəzifəsində işləyən X22 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, X9 əvvəllər tanımamışdır. Azərbaycan Respublikasının Baş X4 Nəzarəti Xidmətinə daxil olmuş Cəlilabad rayon prokurorunun 06 oktyabr 2022-ci il tarixli Cəlilabad rayon Vüqar Mürsəlov adına Göytəpə şəhər 1 saylı tam orta məktəbin 07 oktyabr 2021-ci il tarixdən 30 iyun 2022-ci il tarixə kimi olan dövrdə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması barədə qərarının icrası ona həvalə edilmiş və o, həmin qərarın icrası ilə bağlı Cəlilabad rayon Vüqar Mürsəlov adına Göytəpə şəhər 1 saylı tam orta məktəbin 07 oktyabr 2021-ci il tarixdən 30 iyun 2022-ci il tarixə kimi maliyyə-təsərrüfat fəaliyyətini yoxlamış və yoxlamanın nəticəsi ilə bağlı akt, yəni mütəxəssis rəyi tərtib etmişdir. Yoxlama Azərbaycan Respublikası Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi X61, Cəlilabad rayonu üzrə mühasibatlıqdan mühasiblər Nümayəndə1, X45 və Cəlilabad rayon Vüqar Mürsəlov adına Göytəpə şəhər 1 saylı tam orta məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən X10 iştirakı ilə aparılmışdır. Yoxlama ilə əhatə olunan dövrdə Cəlilabad rayon Vüqar Mürsəlov adına Göytəpə şəhər 1 saylı tam orta məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən direktorun tədris işləri üzrə müavini, eləcə də həmin məktəbdə ingilis dili müəllimi vəzifəsində işləyən Təqsirləndirilən şəxs, direktorun tədris işləri üzrə müavini X29, direktorun təsərrüfat işləri üzrə müavini Şahid22, məktəb üzrə məsləhətçi vəzifəsində 07 oktyabr 2022-ci il tarixdən 28 mart 2022-ci il tarixə kimi X2, 28 mart 2022-ci il tarixdən 30 iyun 2022-ci il tarixə kimi X30, məktəb üzrə mühasib vəzifəsində 07 oktyabr 2021-ci il tarixdən 31 dekabr 2021-ci il tarixə kimi X39, 31 dekabr 2021-ci il tarixdən 30 iyun 2022-ci il tarixə kimi Nümayəndə1 işləmiş və onlar məktəbin maliyyə təsərrüfat fəaliyyəti üçün cavabdeh olmuşlar. Cəlilabad rayon Vüqar Mürsəlov adına Göytəpə şəhər 1 saylı tam orta məktəbi Göytəpə şəhəri Qurtuluş küçəsi 78 ünvanında yerləşir. Məktəb iki mərtəbəli 2000 şagird yerlik məktəbtipli bina olmaqla 1 direktor otağı, 1 qəbul otağı, 1 müəllimlər otağı, 2 laboratoriya otağı, 1 şahmat otağı, 1 komputer otağı, 46 sinif otağı, 1 akt zalı, 1 kitabxana otağı, 1 idman zalı olmaqla, 6 günlük iş həftəsi ilə iki növbəli tədris sistemi ilə fəaliyyət göstərir. Sinif otaqları orta təmirlidir. Sinif otaqlarında ümumilikdə 562 ədəd ikiyerlik parta qoyulmuş, məktəbdə bir növbə üçün eyni vaxtda 1124 şagirdin təhsil alması üçün şərait olmuşdur. Məktəbinin mərkəzləşmiş su və qaz xətti yoxdur, payız-qış mövsümündə binanın qızdırılması məqsədi ilə odun yanacağından istifadə olunur. Məktəb binası yoxlamanın əhatə olunan dövrdə əsaslı və ya cari təmir olunmamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi yarandıqdan sonra Cəlilabad Rayon Təhsil Şöbəsi ilə birgə 2021/2022-ci dərs ilində 78 sinif fəaliyyət göstərməklə 1820 nəfər şagird, o cümlədən 1 şagird fərdi təhsilə, sağlamlıq imkanı məhdud uşaqlardan 7 şagird evdə təhsil cəlb edilmiş, onların təlim-tərbiyyəsi ilə 103 nəfər müəllim məşğul olmuş, 33 nəfər yardımçı heyət üzrə işçilər vardır. Həmçinin evdə təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud olan şagirdlərə ayrılmış rus dili dərs saatları adlarına tarifləşdirilmiş müəllimlər tərəfindən tədris olunmadığı halda əsassız olaraq ödənilmiş 855,25 manat məbləğində əmək haqqı ödənilməli olan ziyan kimi qiymətləndirilməlidir. Belə ki, 2021/2022-ci dərs ilində evdə təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud olan şagirdlərin valideynərindən biri olan X23 yoxlama zamanı verdiyi izahatında oğlu Hüseyn Bağışova digər fənlər üzrə dərs tədris edildiyini bildirsə də, xarici dil üzrə dərs tədris edilmədiyini bildirmişdir. Bununla yanaşı, 2021/2022-ci dərs ilində evdə təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud olan şagirdlərə ayrılmış rus dili dərs saatları adına tarifləşdirilmiş Şahid6 yoxlama zamanı verdiyi izahatında evdə təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud olan şagirdlərə rus dilini tədris etmədiyi göstərmişdir. Bu səbəbdən həmin məbləğ büdcəyə qaytarılmalı olan məbləğ kimi qiymətləndirilməlidir. Tərəfindən aparılan maliyyə yoxlaması zamanı o, Şahid5 izahat verməsi üçün dəvət etsə də, sonuncu izahat vermək üçün gəlməmişdir. Evdə təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud olan şagirdlərə dərs tədris edilməsi ilə bağlı ödənilmiş əmək haqqlarının qrafası yoxlama materiallarında vardır. Belə ki, yoxlama materiallarında olan “Cəlilabad rayon Göytəpə şəhər Vüqar Mürsəlov adına 1 saylı tam orta məktəbdə 2021/2022-ci tədris ili ərzində evdə təhsilə cəlb olunmuş sağlmalıq imkanları məhdud uşaqlara tədris planına uyğun olaraq ayrılmış dərs saatları adlarına tarifləşmiş müəllimlərə dair məlumat” adlı cədvəldə hər bir müəllimə ödənilmiş əmək haqqı qeyd edilmişdir. Müəllimlərin dərs keçməməsi nəticəsində ziyan kimi qiymətləndirilməli olan məbləğ həmin cədvəlin “ödənilib” qrafasında göstərilən yox, “hesablanıb” qrafasında göstərilmiş məbləğdir. Belə ki, hesablanaraq müəllim üçün dövlət tərəfindən ayrılmış əmək haqqı “hesablanıb” qrafasında göstərilmişdir, həmin qrafada nəzərdə tutulmuş məbləğdən tarifləşmiş dərslərə görə müxtəlif məcburi tutulmalar çıxıldıqdan sonra “ödənilib” qrafasında göstərilmiş məbləğ qalmışdır. Qeyri-ixtisas təhsilli müəllimlərə ixtisaslarına uyğun gəlməyən dərs saatları tədris jurnallarına rəsmiləşdirilməsi hesabına ödənilmiş 21661,69 manat məbləğində əməkhaqqı ödənilməli olan ziyan kimi qiymətləndirilməməlidir. Belə ki, həmin fənlər üzrə dərs tədris etmiş müəllimlərin ixtisası fərqli olsa da, məktəbdə olan müəllim sayının azlığından, həmin fənlər üzrə şagirdlərə dərs tədris edəcək ixtisas müəllimlərinin dərs saatlarının və məktəbdə həmin fənlər üzrə dərs tədris edilməsi zəruri olan sinif komplektlərinin sayının çox olması səbəbindən, eləcə də aktda qeyd olunmuş siniflər üzrə dərslərin tədris edilməsinə zərurət olduğundan bir sıra fənlər üzrə dərslərin tədris edilməsi qeyri-ixtisas müəllimlərinə həvalə edilmişdir. Həmin müəllimlər tərəfindən aktda qeyd olunmuş fənlər üzrə dərslər şagirdlərə tədris olunmuşdur. Bir sıra siniflərdə şagirdlərin davamiyyətləri və dərslərin hansı mövzularla keçirilməsinə dair müəllimlərin qeydiyyatı olmadığı halda müəllimlərə ümumilikdə ödənilmiş 3756,31 manat məbləğində əmək haqqı ödənilməli olan ziyan kimi qiymətləndirilməlidir. Belə ki, "Sinif jurnallarının aparılmasına dair təlimat"-ın 7-ci bəndinə əsasən, “Tədris dilindən asılı olmayaraq sinif jurnalında dərsdə iştirak etməyən şagirdlərin adının qarşısında "q” hərfi yazılır”, eləcə də həmin təlimatın 10-cu bəndinə əsasən “Sinif jurnalında şagirdlərin adı, soyadı,dərslərin keçirildiyi tarix,fənn müəllimlərinin soyadı və adı, tədris olunan mövzular,reallaşdırılan məzmun standartlarının nömrəsi (nömrələri), və ev tapşırıqları həmçinin fənlər üzrə tədris olunan saatların miqdarı yazılır”. Tədris prosesi zamanı müəllimlərin dərsi keçməsini təsdiq edən onların jurnalda qeydləri aparmasıdır. 2021/2022-ci tədris illəri ərzində aktda qeyd olunmuş siniflər üzrə müəllimlər tərəfindən müxtəlif fənlərdə qeydlərin aparılmaması dərslərin keçirilməməsini əks etdirir. Bu səbəbdən, həmin məbləğ büdcəyə qaytarılmalı olan məbləğ kimi qiymətləndirilməlidir. Bir sıra siniflərdə şagirdlərin davamiyyətləri və dərsdənkənar məşğələlərin hansı mövzularla keçirilməsinə dair müəllimlərin qeydiyyatı olmadığı halda müəllimlərə ümumilikdə ödənilmiş 316,70 manat əmək haqqı ödənilməli olan ziyan kimi qiymətləndirilməlidir. Belə ki, "Sinif jurnallarının aparılmasına dair təlimat"ın 7 və 10-cu bəndlərinin tələbləri pozulmuşdur. Tədris prosesi zamanı müəllimlərin dərsi keçməsii təsdiq edən onların jurnalda qeydləri aparmasıdır. 2021/2022-ci tədris illəri ərzində aktda qeyd olunmuş siniflər üzrə müəllimlər tərəfindən dərsdənkənar məşğələlər üzrə qeydlərin aparılmaması dərslərin keçirilməməsini əks etdirir. Bu səbəbdən həmin məbləğ büdcəyə qaytarılmalı olan məbləğ kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 avqust 2021-ci il tarixli, F-415 nömrəli əmri ilə təsdiq edilmiş Tədris planlarına dair qeydlərin 7 nömrəli əlavəsinin 23 bəndinə zidd olaraq tədris ilinin ikinci yarısında bir sıra siniflər üzrə taarifləşmə cədvəlində informatika, rus dili, fiziki tərbiyə və ingilis dili fənnləri üzrə bölünmə dərs saatlarının davam etdirilməsi nəticəsində qeyd olunan fənnlər üzrə ayrı-ayrı müəllimlərə ümumilikdə ödənilmiş 6781,02 manat məbləğində əmək haqqı ödənilməli olan ziyan kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 avqust 2021-ci il tarixli, F-415 nömrəli əmri ilə təsdiq edilmiş Tədris planlarına dair qeydlərin 7 nömrəli əlavənin 23 bəndinə əsasən Tədris ilinin birinci yarısında sinifdə şagirdlərin sayının azalması tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində sinfin iki qrupa bölünməsinə məhdudiyyət yaratmır. 7 nömrəli əlavənin 23-cü bəndindən göründüyü kimi, birinci yarımil ərzində şagird kontingentinin azalması birinci yarımilin yekununa qədər həmin fənlər üzrə bölünmənin davam etməsinə məhdudiyyət yaratmır. Lakin həmin fənlər üzrə birinci yarımil ərzində şagird kontingentinin sayının azalması ikinci yarmil üzrə yenidən qiymətləndirilməli və sinif tərkibi təlimatla müəyyən edilmiş minimum şagird sayından az olduqda həmin fənlər üzrə bölünmə dayandırılmalı idi. Bu səbəbdən, həmin məbləğ büdcəyə qaytarılmalı olan məbləğ kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid15 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X24 onun doğma oğludur. Firdovsi Babayevin beyninin 3-cü mədəciyində anadangəlmə şiş vardır və bu səbəbdən sağlamlıq imkanları məhdud uşaq kimi evdə təhsilə cəlb edilmişdir. X70-hazırda da evdə təhsil alır. 2021/2022-ci tədris ili ərzində X17 rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi X7 tərəfindən yaşadıqları fərdi yaşayış evində gündəlik olaraq mütəmadi dərslər keçirilmişdir. X51 xarici dil üzrə dərs tədris edilməmişdir. Həmçinin Şahid15 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şahid6 tərəfindən Firdovsi Babayevə hansısa fənn üzrə dərs tədris edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid14 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X40 onun doğma oğludur. Mirrza Tağızadə anadangəlmə serebral iflicdir və bu səbəbdən sağlamlıq imkanları məhdud uşaq kimi evdə təhsilə cəlb edilmişdir. Hal-hazırda da evdə təhsil alır. 2021/2022-ci tədris ili ərzində X18 rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi X31 tərəfindən yaşadıqları fərdi yaşayış evində gündəlik olaraq mütəmadi dərslər keçirilmişdir. X52 xarici dil üzrə dərs tədris edilməmişdir. Həmçinin Şahid14 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şahid6 tərəfindən Mirrza Tağızadəyə hansısa fənn üzrə dərs tədris edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X14 onun doğma qızıdır. Fatimə Bəhmənovanın səhhətində anadangəlmə narahatlıq vardır və bu səbəbdən sağlamlıq imkanları məhdud uşaq kimi evdə təhsilə cəlb edilmişdir. Fatimə Bəhmənova hal-hazırda da evdə təhsil alır. 2021/2022-ci tədris ili ərzində X13 rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi X32 tərəfindən yaşadıqları fərdi yaşayış evində gündəlik olaraq mütəmadi dərslər keçirilmişdir. X43 xarici dil üzrə dərs tədris edilməmişdir. Həmçinin Şahid13 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şahid5 tərəfindən Fatimə Bəhmənovaya hansısa fənn üzrə dərs tədris edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X46 onun doğma oğludur. Taleh Eynalovun səhhətində anadangəlmə narahatlıq vardır və bu səbəbdən sağlamlıq imkanları məhdud uşaq kimi evdə təhsilə cəlb edilmişdir. X44 rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi X32 tərəfindən yaşadıqları fərdi yaşayış evində gündəlik olaraq mütəmadi dərslər keçirilmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid25 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 1982-ci ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə rus dili və ədəbiyyat müəllimi işləyir. Təqsirləndirilən şəxs isə hal-hazırda həmin məktəbdə ingilis dili müəllimi işləyir. Onun həmin şəxslərlə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyul ayınadək Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra etmişdir. Həmçinin Şahid25 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 2021/2022-ci tədris ilin ərzində 21 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək onun tərəfindən “5 r” sinfinə nəğmə fənnindən dərs tədris edilməmişdir. Bu səbəbdən qeydiyyat aparılmamışdır. O, “5 r” sinfinə dərs tədris etdiyi saatlarda icazəli olmuşdur. Yoxlama zamanı o, düzgün məzmunda izahat verməmişdir. Onun barəsində tədbir görüləcəyindən çəkindiyi üçün həmin məzmunda izahat vermişdir. Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 2021/2022-ci tədris ilin ərzində 21 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək onun tərəfindən “5 r” sinfinə nəğmə fənnindən dərs tədris edilməmişdir. Bu səbəbdən qeydiyyat aparılmamışdır. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş X5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi işləyir. X21 onun işlədiyi Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin biologiya müəllimidir. Təqsirləndirilən şəxs isə halhazırda həmin məktəbdə ingilis dili müəllimi işləyir. Onun həmin şəxslərlə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyul ayınadək Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra etmişdir. X19 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 2021/2022-ci tədris ili ərzində “6 d” sinfinə 27 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək dərs tədris edilməmişdir. Bu səbəbdən qeydiyyat aparılmamışdır. Səhhətində olan narahatlıqla əlaqədar həmin tarixlərdə dərs tədris edə bilməmişdir. Bu barədə rəhbərliyə şifahi qaydada məlumat vermişdir. Yoxlama zamanı o, düzgün məzmunda izahat verməmişdir. Barəsində tədbir görüləcəyindən çəkindiyi üçün həmin məzmunda izahat vermişdir. Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 2021/2022-ci tədris ili ərzində “6 d” sinfinə 27 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək dərs tədris edilməmişdir. Bu səbəbdən qeydiyyat aparılmamışdır. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid20 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2005-ci ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. X21 onun işlədiyi Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin biologiya müəllimidir. Təqsirləndirilən şəxs isə hal-hazırda həmin məktəbdə ingilis dili müəllimi işləyir. Onun həmin şəxslərlə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyul ayınadək Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra etmişdir. Həmçinin Şahid20 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 2021/2022-ci tədris ilin ərzində 03 iyun 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək onun tərəfindən “8 ə” sinfinə Azərbaycan dili və ədəbiyyat fənlərindən dərs tədris edilməmişdir. Bu səbəbdən qeydiyyat aparılmamışdır. O, “8 ə” sinfinə dərs tədris etdiyi həmin saatlarda icazəli olmuşdur. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid28 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə təhsil alır. 2021/2022-ci tədris ili ərzində “5 b” sinifdə təhsil almışdır. Hal-hazırda “6 b” sinfinin şagirdidir. X20 verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2021/2022-ci tədris ilində onun təhsil aldığı ”5 b” sinfinə Azərbaycan tarixi fənnindən 27 aprel 2022-ci il tarixdə, 4,11,18 may 2022-ci il tarixlərdə və 8 iyun 2022ci il tarixlərdə Şahid39 tərəfindən dərs tədris edilməmişdir. Həmin saatlarda sinifdə hər hansı müəllim olamamışdır. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid30 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə təhsil alır. 2021/2022-ci tədris ili ərzində “5 c” sinifdə təhsil almışdır. Hal-hazırda “6 c” sinfinin şagirdidir. Həmçinin Şahid30 verilmiş suallara cavab olaraq bildirmişdir ki, müəllimlərin dedikləri doğrudur. 2021/2022-ci tədris ilində onun təhsil aldığı ”5 c” sinfinə ingilis dili fənnindən 14 iyun 2022-ci il tarixdə Şahid21, rus dili fənnindən 10 iyun 2022-ci il tarixdə Şahid6, fiziki-tərbiyə fənnindən isə 18 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək Şahid17 tərəfindən dərs tədris edilməmişdir. Həmin saatlarda sinifdə hər hansı müəllim olamamışdır. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid26 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə təhsil alır. 2021/2022-ci tədris ili ərzində “5 e” sinifdə təhsil almışdır. Hal-hazırda “6 e” sinfinin şagirdidir. Həmçinin Şahid26 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Günel müəllimənin dedikləri doğrudur. 2021/2022-ci tədris ilində onun təhsil aldığı ”5 e” sinfinə Azərbaycan dili fənnindən 23 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək, Ədəbiyyat fənnindən isə 25 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək dərs tədris edilməmişdir. Həmin saatlarda sinifdə hər hansı müəllim olamamışdır. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid36 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə təhsil alır. 2021/2022-ci tədris ili ərzində “5 q” sinifdə təhsil almışdır. Hal-hazırda “6 q” sinfinin şagirdidir. Həmçinin Şahid36 verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2021/2022-ci tədris ilində onun təhsil aldığı ”5 q” sinfinə ingilis dili fənni yalnız Mənzər müəlllimə tərəfindən tədris olunmuşdur, sinifdə həmişə 26 nəfər şagird olaraq dərs tədris edilmişdir. Onun təhsil aldığı ”5 q” sinfinə İngilis dili fənnindən Təqsirləndirilən şəxs və Şahid4 tərəfindən 15 sentyabr 2021-ci il tarixdən 11 noyabr 2021-ci il tarixədək, eləcə də 11 noyabr 2021-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək olan müddət ərzində dərs tədris edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid37 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2021-ci ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə təhsil alır. 2021/2022-ci tədris ili ərzində “5 r” sinifdə təhsil almışdır. Hal-hazırda “6 r” sinfinin şagirdidir. Həmçinin Şahid37 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Gülcahan müəllimənin dedikləri doğrudur. 2021/2022ci tədris ilində onun təhsil aldığı ”5 r” sinfinə nəğmə fənnindən 21 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək dərs tədris edilməmişdir. Həmin saatlarda sinifdə hər hansı müəllim olamamışdır. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid38 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə təhsil alır. 2021/2022-ci tədris ili ərzində “6 a” sinifdə təhsil almışdır. Hal-hazırda “7 a” sinfinin şagirdidir. Həmçinin Şahid38 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Validə müəllimənin dedikləri doğrudur. 2021/2022-ci tədris ilində onun təhsil aldığı ”6 a” sinfinə Azərbaycan dili fənnindən 01 iyun 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək, Ədəbiyyat fənnindən isə 03 iyun 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək dərs tədris edilməmişdir. Həmin saatlarda sinifdə hər hansı müəllim olamamışdır. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid27 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2016-cı ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə təhsil alır. 2021/2022-ci tədris ili ərzində “6 c” sinfində təhsil almışdır. Hal-hazırda “7 c” sinfinin şagirdidir. Həmçinin Şahid27 verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2021/2022-ci tədris ilində onun təhsil aldığı ”6 c” sinfinə ingilis dili fənni yalnız Sevinc müəlllimə tərəfindən sinifdə həmişə 23 nəfər şagird olmaqla tədris olunmuşdur. Onun təhsil aldığı ”6 c” sinfinə İngilis dili fənnindən Təqsirləndirilən şəxs tərəfindən 15 sentyabr 2021-ci il tarixdən 11 noyabr 2021-ci il tarixədək, Şahid10 tərəfindən isə 11 noyabr 2021-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək olan müddət ərzində dərs tədris edilməmişdir. Bundan başqa, fiziki-tərbiyə fənnindən Şahid16 tərəfindən 28 yanvar 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək olan müddət ərzində onların sinfinə dərs tədris edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid34 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə təhsil alır. 2021/2022-ci tədris ili ərzində “6 d” sinfində təhsil almışdır. Hal-hazırda “7 d” sinfinin şagirdidir. Həmçinin Şahid34 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Validə müəllimənin dedikləri doğrudur. 2021/2022-ci tədris ilində onun təhsil aldığı ”6 d” sinfinə Azərbaycan dili və Ədəbiyyat fənlərindən 31 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək dərs tədris edilməmişdir. Həmin saatlarda sinifdə hər hansı müəllim olamamışdır. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid31 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2020-ci ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə təhsil alır. 2021/2022-ci tədris ili ərzində “7 d” sinfində təhsil almışdır. Hal-hazırda “8 d” sinfinin şagirdidir. Həmçinin Şahid31 verilmiş suallara cavab olaraq bildirmişdir ki, müəllimlərin dedikləri doğrudur. 2021/2022-ci tədris ilində onun təhsil aldığı ”7 d” sinfinə informatika fənnindən 16 may 2022-ci il tarixədək 14 iyun 2022-ci il tarixədək olan müddət ərzində Şahid9 tərəfindən, ingilis dili fənnindən isə 14 iyun 2022-ci il tarixdə Şahid7 tərəfindən dərs tədris edilməmişdir. Həmin müddət ərzində sinifdə hər hansı müəllim olmamışdır. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş X33 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə təhsil alır. 2021/2022-ci tədris ili ərzində “7 ə” sinfində təhsil almışdır. Hal-hazırda “8 ç” sinfinin şagirdidir. X37 verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2021/2022-ci tədris ilində onun təhsil aldığı ”7 ə” sinfinə ingilis dili fənni üzrə Gülgəz müəllimə tərəfindən dərs tədris edilməmişdir. Bundan başqa, qeyd edilən tədris ilində onların sinfinə 15 sentyabr 2021-ci il tarixdən 11 noyabr 2021-ci il tarixədək Təqsirləndirilən şəxs tərəfindən dərs tədris edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid32 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2013-cü ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə təhsil alır. 2021/2022-ci tədris ili ərzində “8 ə” sinfində təhsil almışdır. Hal-hazırda “9 ə” sinfinin şagirdidir. Həmçinin Şahid32 verilmiş suallara cavab olaraq bildirmişdir ki, müəllimlərin dedikləri doğrudur. 2021/2022-ci tədris ilində onun təhsil aldığı ”8 ə” sinfinə Azərbaycan dili və ədəbiyyat fənlərindən 03 iyun 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək Samirə müəllimə, ingilis dili fənnindən 16 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək Gülrux müəllimə, informatika fənnindən isə 14 iyun 2022-ci il tarixdə Famil müəllim tərəfindən dərs tədris edilməmişdir. Həmin saatlarda sinifdə hər hansı müəllim olamamışdır. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid33 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə təhsil alır. 2021/2022-ci tədris ili ərzində “9 a” sinfində təhsil almışdır. Onların təhsil aldığı “9 a” sinfində fiziki tərbiyə fənni üzrə qruplarında 11 nəfər şagird olmuşdur. Hal-hazırda “10 a” sinfinin şagirdidir. Həmçinin Şahid33 verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2021/2022-ci tədris ilində onun təhsil aldığı “9 a” sinfinə fiziki tərbiyə fənnindən 05 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək Murad müəllim tərəfindən dərs tədris edilməmişdir. Həmin saatlarda sinifdə hər hansı müəllim olamamışdır. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid35 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə təhsil alır. 2021/2022-ci tədris ili ərzində “9 ə” sinfində təhsil almışdır. Onların təhsil aldığı “9 ə” sinfində fiziki tərbiyə fənni üzrə qruplarındada 9 nəfər şagird olmuşdur. Hal-hazırda “10 ç” sinfinin şagirdidir. Həmçinin Şahid35 verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2021/2022-ci tədris ilində onun təhsil aldığı “9 ə” sinfinə fiziki tərbiyə fənnindən 25 fevral 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək Murad müəllim tərəfindən dərs tədris edilməmişdir. Həmin saatlarda sinifdə hər hansı müəllim olmamışdır. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid29 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə təhsil alır. 2021/2022-ci tədris ili ərzində “10 b” sinfində təhsil almışdır. Hal-hazırda “11 b” sinfinin şagirdidir. Həmçinin Şahid29 verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2021/2022-ci tədris ilində onun təhsil aldığı ”10 b” sinfi Rus dili fənnindən iki qrupa bölünmüşdür. Onların qrupuna Aynur müəllimə dərs tədris etmişdir. Onların qrupunda 11 nəfər olmuşdur. Rus dili fənnindən 27 may 2022ci il tarixdən 14 iyun 2022-ci il tarixədək Aynur müəllimə tərəfindən dərs tədris edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş X47 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən Cəlilabad rayon, Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə təhsil alır. 2021/2022-ci tədris ili ərzində “10 c” sinfində təhsil almışdır. Hal-hazırda “11 c” sinfinin şagirdidir. X25 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Reyhan müəllimənin dedikləri doğrudur. 2021/2022-ci tədris ilində onun təhsil aldığı ”10 c” sinfinə Rus dili fənnindən 18 may 2021-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək Şahid2, fiziki tərbiyə fənnindən isə 27 yanvar 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək Murad Hüseynov tərəfindən dərs tədris edilməmişdir. İş materiallarında olan Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə keçirilmiş yoxlama nəticəsində tərtib olunmuş 30 iyun 2022-ci il tarixli aktın surətindən görünür ki, Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə BSQ-nin keçirilməsi üçün komissiya təşkil olunmayıb, “8 ə” sinif şagirdi X26 11 noyabr 2021-ci il tarixli 188 nömrəli əmrlə şagird kontingentindən çıxarılmış və sinif üzrə şagird sayı 19 nəfərə düşmüşdür. Həmçinin “11 q” sinif şagirdi X34 11 noyabr 2021-ci il tarixli 184 nömrəli əmrlə şagird kontingentindən çıxarılıb şagird sayı 20 nəfərdən 19 nəfərə düşmüşdür. Lakin bu siniflər üzrə İİ yarımildə fiziki tərbiyə, texnologiya, informatika, ingilis dili və rus dili fənləri üzrə bölünmə dərs saatları dayandırılmamışdır. Dərnək məşğələsi üzrə “8 d” sinfində 1 saat, “8 ç” sinfində 1 saat məşğələ saatları 23 fevral 2022-ci il tarixdən 28 fevral 2022-ci il tarixədək jurnallarda məktəbin müəllimi Şahid8 tərəfindən yazılmayıb. “8 ə” sinfində məktəbin müəllimi Şahid11 tərəfindən 1 saat dərnək məşğələ saatı 21 may 2022-ci il tarxidən jurnalda qeyd olunmayıb. Dərsdənkənar məşğələ saatlarına aid “11 a” sinfində 2 saat, “7 e” sinfində 1 saat, “6 f” sinfində 1 saat, ümumilikdə 4 saat Azərbaycan tarixi fənnin tədris edən müəllim Şahid3 tərəfindən jurnalın mart, aprel, may və iyun ayları üzrə yazılmadığı, şagird sayının normadan artıq olduğu (22 və 24 nəfər), “8 a” sinfində 1 saat, “7 ə” sinfində 1 saat, “6 e” sinfində 1 saat, “8 d” sinfində 1 saat, “8 b” sinfində 1 saat, ümumilikdə 5 saat ingilis dili saatı nəzərdə tutulmuş jurnallarda iyun ayı üzrə yazılmadığı, qeyd olunan siniflərdə mövcud qaydaların tələblərinin pozulduğu, belə ki, məşğələlərə ilboyu 6 və 7 nəfər şagirdin cəlb edildiyi aşkar edilmişdir. Məktəbin laborantı Aidə Mürsəlovanın iş davamiyyəti 01 dekabr 2021-ci il tarixdən olmamışdır. Həmçinin “9 d” sinif şagirdi Allahverdi Abdullayevin dərsə davamiyyəti olmadığı halda, kimya müəllimi Pərvanə Abiyeva tərəfindən İİ yarımil və illik qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyindən verilmiş 07 oktyabr 2021-ci il tarixli K-189 nömrəli əmrin surətindən görünür ki, Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktor səlahiyyətlərinin icrası 07 oktyabr 2021-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Təqsirləndirilən şəxs həvalə edilmişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 08 avqust 2022-ci il tarixli, 136 C-22 nömrəli protokoldan görünür ki, diski “HP” markalı kompüterin disk yuvasına saldıqda içərisində “Təqsirləndirilən şəxs qanunsuzluqlarına aid faktlar. Xahiş edirəm ki, məxfilik gözlənilsin” adlı, 326 MB ölçüdə 01 ədəd qovluq olduğu aşkar edilmişdir. Baxışda iştirak edən Əlizamin Əliyev istilik sistemi borularının kəsildiyi yerlərin əks olunduğu fotoşəkilləri göstərərək həmin şəkillərin Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə çəkildiyini və şəkillərdə olan borular yığılmış otağın məktəbin akt zalı olduğunu bildirmişdir. Bundan başqa, baxış zamanı CD diskdə rəqəm və indeksi məlum olmayan sinif jurnalının bəzi fənlər üzrə 10 və 9 nəfər olmaqla iki qrupa bölünməsi ilə bağlı, müxtəlif otaqlarda kəsilmiş halda boruların yerləşdirilməsi ilə bağlı, Mübariz Cəfərov adlı istifadəçi tərəfindən “Facebook” sosial şəbəkəsində və “***-***-**-**” mobil nömrə istifadəçisi tərəfindən “Whatsapp” mobil tətbiqinin statuslar bölməsində nalayiq ifadələr olan paylaşımlar ilə bağlı video və fotoşəkillərin olması müəyyən olundu. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 05 oktyabr 2022-ci il tarixli, 136 C-22 nömrəli protokoldan görünür ki, məktəbin həyətinə giriş açıq-mavi rəngli dəmir darvazadandır. Həyətə daxil olduqda giriş qapısından 50 metr aralı məsafədə divarları ağ rənglə boyanmış, ikimərtəbəli məktəbin inzibati binası yerləşir. Baxışda iştirak edən X21 məktəbin inzibati binasının ikinci mərtəbəsinin dəhlizində əvvəl istilik sistemi boruları və qızdırıcılar mövcud olan yerləri göstərərək həmin boruların 2021-ci ilin dekabr ayında kəsilərək satıldığını bildirdi. Həmin dəhliz məktəbin birinci mərtəbəsindən ikinci mərtəbəsinə qalxamaq üçün istifadə olunan pilləkan vasitəsilə ikinci mərtəbəyə qalxdıqda sağ tərəfdə yerləşir. Dəhlizə keçid sərbəstdir. Məktəbin inzibati binasının ikinci mərtəbəsinin dəhlizi taxtadan material ilə döşənmişdir. Dəhlizin divarları ağ və açıq-mavi rənglərə boyanmışdır. Həmçinin istilik sistemi borularının hal-hazırda mövcud olmadığı dəhlizə daxil olduqda dəhlizin sol divarlarında bir neçə pencərə, sağ divarlarında isə müxtəlif sinif otaqlarına daxil olmaq üçün qapılar vardır. Bundan sonra Əlizamin Əliyev həmin dəhlizdə yerləşən məktəbin günorta növbəsində “6 e” və “7 c” sinflərinin şagirdlərinə dərs tədris olunan sinif otaqlarına daxil olub əvvəl istilik sistemi boruları və qızdırıcı mövcud olan yerləri göstərərək həmin boruların 2021-ci ilin dekabr ayında kəsilib satıldığını bildirmişdir. Daha sonra Əlizamin Əliyev məktəbin ikinci mərtəbəsində, müəllimlər otağının arxa hissəsində yerləşən otağa daxil olub əvvəl istilik sistemi boruları və qızdırıcı mövcud olan yerləri göstərərək həmin boruların da 2021-ci ilin dekabr ayında kəsilib satıldığını bildirdi. Baxış zamanı dəhlizin, “6 e” və “7 c” siniflərinin döşəməsində kəsilmiş boruların olması müəyyən edilmişdir İş materiallarında olan “Götürmə aparılması haqqında” 30 yanvar 2023-cü il tarixli, 000040 nömrəli protokoldan görünür ki, götürmə zamanı Cəlilabad rayon Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı tam orta məktəbin direktoru X35 2021/2022-ci tədris ilinə aid “5 b”, “5 c”, “5 e”, “5 q”, “5 r”, “6 a”, “6 c”, “6 d”, “7 a”, “7 d”, “7 ə”, “8 b”, “8 ə”, “9 a”, “9 ə”, “10 b”, “10 c” və “11 a” siniflərinin dərs jurnallarının direktor üçün nəzərdə tutulmuş otaqda yerləşdirildiyini və həmin jurnalların olduğu yeri göstərə biləcəyini bildirdi. Daha sonra Elnur Quliyev 2021/2022-ci tədirs ilinə aid sinif jurnallarının yerləşdirildiyi yerdən indeksləri qeyd edilən siniflərə məxsus sinif jurnallarını götürərək təqdim etdi. Cəlilabad rayon Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı tam orta məktəbin 2021/2022-ci tədris ilinə aid “5 b”, “5 c”, “5 e”, “5 q”, “5 r”, “6 a”, “6 c”, “6 d”, “7 a”, “7 d”, “7 ə”, “8 b”, “8 ə”, “9 a”, “9 ə”, “10 b”, “10 c” və “11 a” siniflərinin dərs jurnalları götürülmüşdür. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 30 yanvar 2023-cü il tarixli, 000041 nömrəli protokoldan görünür ki, jurnalların hər birinin üz qapağı tünd-göy rənglidir, üzərində hər bir sinfin indeksi, “Sinif jurnalı”, “V-Xİ siniflər üçün” sözləri və “2021-2022” rəqəmləri yazılmışdır. Baxış zamanı Cəlilabad rayon, Göytəpə şəhər V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbin 2021/2022-ci tədris ilinə aid “5 c” indeksli sinif jurnalının 83-cü səhifəsində ingilis dili fənni üzrə 14 iyun 2022-ci il tarixdə, 133-cü səhifəsində fiziki-tərbiyə fənni üzrə 18 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək, 155-ci səhifəsində isə rus dili fənni üzrə 10 iyun 2022-ci il tarixdə, “5 b” indeksli sinif jurnalının 65-ci səhifəsində Azərbaycan tarixi fənni üzrə 27 aprel, 4, 11, 18 may və 8 iyun 2022-ci il tarixlərdə, “5 e” indeksli sinif jurnalının 21-ci səhifəsində azərbaycan dili fənni üzrə 23 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək, 61-ci səhifəsində ədəbiyyat fənni üzrə 25 may 2022ci il tarixdən 14 iyun 2022-ci il tarixədək, “5 r” indeksli sinif jurnalının 103-cü səhifəsində nəğmə fənni üzrə 21 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixdək, “6 a” indeksli sinif jurnalının 21-ci səhifəsində ədəbiyyat fəni üzrə 03 iyun 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək, 29-cu səhifəsində 01 iyun 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək, “6 c” indeksli sinif jurnalının 143-cü səhifəsində ingilis dili fənni üzrə heç bir tarixdə, 174-cü səhifəsində isə fiziki-tərbiyə fənni üzrə 28 yanvar 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək, “6 d” indeksli sinif jurnalının 13-cü səhifəsində ədəbiyyat fənni üzrə, 27-ci səhifəsində azərbaycan dili fənni üzrə 31 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək, 95-ci səhifəsində isə 27 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək, “7 a” indeksli sinif jurnalının 157-ci səhifəsində fiziki-tərbiyə fənni üzrə 05 aprel 2022-ci il tarixdən 17 may 2022-ci il tarixədək, “7 ə” indeksli sinif jurnalının 155 və 157-ci səhifələrində ingilis dili fənni üzrə heç bir tarixdə, “7 d” indeksli sinif jurnalının 59-cu səhifəsində informatika fənni üzrə 16 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək, 153-cü səhifəsində isə ingilis dili fənni üzrə 14 iyun 2022-ci il tarixdə, “8 b” indeksli sinif jurnalının 165-ci səhifəsində Qarabağ tarixi fənni üzrə 21 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək, “8 ə” indeksli sinif jurnalının 17-ci səhifəsində azərbaycan dili fənni üzrə, 27-ci səhifəsində ədəbiyyat fənni üzrə 03 iyun 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək, 55-ci səhifəsində informatika fənni üzrə 14 iyun 2022-ci il tarixdə, 143-cü səhifəsində ingilis dili fənni üzrə 16 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək, “9 a” indeksli sinif jurnalının 181-ci səhifəsində fiziki-tərbiyə fənni üzrə 05 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək, “9 ə” indeksli sinif jurnalının 163-cü səhifəsində fizikitərbiyə fənni üzrə 25 fevral 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək, “10 b” indeksli sinif jurnalının 191 və 197-ci səhifələrində rus dili fənni üzrə 27 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək, “10 c” indeksli sinif jurnalının 147-ci səhifəsində 18 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək, 161, 163 və 165-ci səhifələrində fiziki-tərbiyə fənni üzrə 27 yanvar 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək, “11 a” indeksli sinif jurnalının 151 və 153-cü səhifələrində fiziki-tərbiyə fənni üzrə 29 aprel 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək şagirdlərə dərs keçirilməsinə dair qeydiyyatın aparılmadığı müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı “5 q” indeksli sinif jurnalının heç bir səhifəsində ingilis dili fənni üzrə 15 sentyabr 2021-ci il tarixdən 05 oktyabr 2021-ci il tarixədək şagirdlərə dərs keçirilməsinə dair qeydiyyatın aparılmadığı, sinif üzrə bölünmüş hər iki qrupa dərslərin keçirilməsi dair aparılmış qeydlərin bir-biri ilə oxşarlıq təşkil edən xətlərlər tərəfindən icra edilməsi, həmçinin jurnalın heç bir səhifəsində Şahid4 adının olmaması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi mütəxəssislərinin keçirdikləri yoxlamanın nəticəsinə dair tərtib edilmiş 25 noyabr 2022-ci il tarixli aktdan görünür ki, yoxlama zamanı Cəlilabad rayon Vüqar Mürsəlov adına Göytəpə şəhər 1 saylı tam orta məktəbdə 2021/2022-ci tədris ili ərzində evdə təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud olan şagirdlərə rus dili tədris etmədiyi halda müəllimə əsassız olaraq 855,25 manat əməkhaqqı, bir sıra siniflərdə şagirdlərin davamiyyətləri və dərslərin hansı mövzularla keçirilməsinə dair müəllimlərin qeydiyyatı olmadığı halda müəllimlərə ümumilikdə 3756,31 manat məbləğində əsassız olaraq əməkhaqqı, bəzi siniflərdə şagirdlərin davamiyyətləri və dərsdənkənar məşğələlərin hansı mövzularla keçirilməsinə dair müəllimlərin qeydiyyatı olmadığı halda müəllimlərə ümumilikdə 316,70 manat məbləğində əsassız olaraq əməkhaqqı, tədris ilinin ikinci yarısında bəzi siniflər üzrə taarifləşmə cədvəlində informatika, rus dili, fiziki tərbiyyə və ingilis dili fənnləri üzrə bölünmə dərs saatlarının davam etdirilməsi nəticəsində qeyd olunan fənnlər üzrə ayrı-ayrı müəllimlərə ümumilikdə 6781,02 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. ş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 27 mart 2023-cü il tarixli, 9/1967 nömrəli rəyindən görünür ki, Cəlilabad rayon Göytəpə şəhər Vüqar Mürsəlov adına 1 saylı tam orta məktəbin 2021/2022-ci tədris ili ərzində fəaliyyətinin yoxlanılması nəticəsində dövlət büdcəsinə qaytarılmalı olan məbləğ 20126,42 manat (855,25 manat + 370,14 manat + 3756,31 manat + 316,70 manat + 6781,02 manat + 8047,00 manat) təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsindən verilmiş 14 aprel 2023-cü il tarixli, 16/1-455ia nömrəli tələbnamədən görünür ki, sorğuda adı qeyd edilən Təqsirləndirilən şəxs DİN-in Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. İş materiallarında olan Cəlilabad RİHB-nın Göytəpə şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş 10 aprel 2023-cü il tarixli 5-41/2-9-578/2023 və 5-41/2-9- 579/2023 nömrəli arayış və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs 1983-cü ildə anadan olmuşdur, ünvan 1 ünvanda qeydiyyatdadır və arvadı – X48 (1994), oğlanları – X41 (2020) və X15 (2023) ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs barəsində Göytəpə şəhər İƏDÜ nümayəndəliyinə heç bir təqsirləndirici materiallar daxil olmamışdır. İş materiallarında olan Cəlilabad “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən verilmiş 11 aprel 2023-cü il tarixli PHŞ-6-32/2-499/2023 nömrəli məktubdan görünür ki, Cəfərov X6 RMX-nin Poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetlərində xəstə kimi qeydiyyatda yoxdur. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi, yəni öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israfetmə yolu ilə talaması, vəzifəli şəxs olaraq tamah və sair şəxsi niyyətilə rəsmi sənədlərə və informasiya resursuna bilə-bilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə vəzifə saxtakarlığı etməsi, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə vahid niyyətlə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Cəlilabad rayon Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı tam orta məktəbin qanunla qorunan hüquq və mənafelərinə, habelə dövlətin və cəmiyyətin elm və təhsil sahəsində həyata keçirdiyi siyasətlə bağlı qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Lakin məhkəmə törədilən əməllərin tövsifi məsələsində aşağıdakıları qeyd edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün tövsif edilməmişdir. Təqsirləndirilən şəxs həmin əməllərinin Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə yanaşı, həm də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə tövsif edilməsi əsassızdır. Çünki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma əməli cinayət hesab edilir. Hazırki ittiham üzrə qulluq mövqeyindən istifadə etməklə mənimsəmə cinayəti törətmiş vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs əməli CM-nin 179.2.3-cü maddəsi ilə tam əhatə olunduğu halda, bununla yanaşı əlavə olaraq onun əməlinin Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə tövsif edilməsi əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 39-cu bəndinə əsasən məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməli təsbit edən CM-in 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-in 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-in 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız CM-in 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə törətmiş olduğu mənimsəmə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan, onun əməlinin tövsif olunduğu CM-nin 308.1-ci maddəsi ittihamdan xaric edilməlidir. Bununla da məhkəmə əməlin tövsifi məsələsində qeyd edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməllərinin Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313cü maddələri ilə tövsif edilməsi hissəsi isə əsaslı olmuşdur, ona görə də törətmiş olduğu əməllərin Cinayət Məcəlləsinin həmin maddələri ilə tövsif edilməsi hissəsi düzgündür. Bu səbəbdən də Təqsirləndirilən şəxs törətmiş olduğu əməllər Cinayət Məcəlləsinin həmin maddələri ilə tövsif edilməli və Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən həmin maddələr üzrə təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddəsinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllə məhkum olunmamışdır. İş materiallarında olan, Cəlilabad rayon İHB-nin Göytəpə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 aprel 2023-cü il tarixli arsayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2020-ci il təvəllüdlü Murad Cəfərov və 2023cü il təvəllüdlü Asif Cəfərov adlı iki azyaşlı uşağı vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinini nəzərə alır və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsində göstərilmişdir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4-cü maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi nəzərdə tutulmasa da Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin cəza növünün əlavə cəza kimi təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut – Əlizamin Əliyevin təqdim etdiyi SD disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyrikommersiya təşkilatlarında rəhbər vəzifə tutma və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclası zalından dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 13 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs işin ibtidai istintaqı zamanı elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi xaric edilsin. İş üzrə ekspertiza xərci olan 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut – Əlizamin Əliyevin təqdim etdiyi SD disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-96/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-96/2023
13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver