Məhkəmə qərarları › İş №1(073)-97/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-97/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-97/2023 13.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı həmin hökm üzrə təyin edilmiş cəza 1000 (min) manat cərimə cəzası ilə əvəz edilmiş, Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı 1000 (min) manat cərimə cəzası 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə 2020-ci ilin iyun ayının sonundan iyul ayının sonunadək ayrı-ayrı vaxtlarda vahid niyyətlə Cəlilabad rayonu, Uzuntəpə kənd sakini Zərərçəkmiş şəxs3 övladı Nahidin tibbi-sosial ekspert komissiyasından keçirilərək əlillik dərəcəsinin təyin olunmasında köməklik göstərmək adı ilə aldadıb, Zərərçəkmiş şəxs3 inamını qazanaraq ondan əvvəlcə 3000(üç min) manat məbləğində, daha sonra isə 9500 (doqquz min beş yüz) manat məbləğində, ümumilikdə 12500(on iki min beş yüz) manat məbləğində pulu Cəlilabad şəhəri ərazisində alaraq etibardan sui-istifadə etməklə və aldatma yolu ilə qanunsuz olaraq özgə əmlakınıələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək qərarına gələrib, bu məqsədlə 2021-ci ilin dekabr ayının əvvəlində ayrı-ayrı vaxtlarda vahid niyyətlə Cəlilabad rayonu, Qarazəncir kənd sakini Zərərçəkmiş şəxs1 tibbi-sosial ekspert komissiyasından keçirilərək əlillik dərəcəsinin təyin olunmasında köməklik göstərmək adı ilə aldadıb, Zərərçəkmiş şəxs1 inamını qazanaraq ondan əvvəlcə 1500 (min beş yüz) manat məbləğində, daha sonra isə 1000 (min) manat məbləğində, ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində pulu Cəlilabad şəhəri ərazisində alaraq etibardan sui-istifadə etməklə və aldatma yolu ilə qanunsuz olaraq özgə əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan əlavə, o, təkrar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək vahid niyyətlə tamah məqsədi ilə Cəlilabad şəhər kənd sakini Zərərçəkmiş şəxs2 tibbi-sosial ekspert komissiyasından keçirilərək əlillik dərəcəsinin təyin olunmasında köməklik göstərmək adı ilə aldadıb Zərərçəkmiş şəxs2 inamını qazanaraq sonuncudan 2021-ci ilin noyabrın ayının sonlarında əvvəlcə 1700 (min yeddi yüz) manat məbləğində pulu Bakı şəhərində, 2021-ci ilin dekabr ayının sonlarında isə 1300 (min üç yüz) manat məbləğində pulu Cəlilabad şəhərində, ümumilikdə 3000 (üç min) manat məbləğində pulu əldə edib özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 2007-ci ildən 2016-cı ilə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Ağ ciyər xəstəlikləri institutu”nda rentgen-texnoloq vəzifəsində, 2016-cı ildən 2022-ci ilin fevral ayına qədər isə Bakı şəhər Xətai rayon 2 nömrəli M.Əfəndiyev adma Birləşmiş Şəhər xəstəxanasında rentgen-texnoloq vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs1 Cəlilabad şəhərində yaşayan dayısı qızı X1 qonşusu Elvin adlı şəxsin vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs1 Elvinin dayısı oğludur. Təxminən bir il beş ay bundan əvvəl dayısı qızı Südabəgildə olan zaman Elvin ona bildirmişdir ki, “bibim oğlunun pensiyasını kəsiblər, onu yenidən bərpa etdirə bilərsən?”. O, Elvinə bildirmişdir ki, “bibin oğluna de ki, sənədlərini toplasın gətirsin və mən həmin sənədlərlə tanış olum”. Təxminən 2 gün sonra Xəyal ona zəng edərək Elvinin bibisi oğlu olduğunu və onunla görüşmək istədiyini bildirmişdir. Bundan sonra o, Xəyalla Cəlilabad şəhərində yerləşən “Bas-kal” adlı restoranda görüşmüşdür. Həmin vaxt Xəyal sənədlərini də gətirmişdir. O, sənədlərə baxdıqdan sonra Xəyala bu işdə ona kömək edəcəyini bildirmiş və bunun qarşılığında Xəyaldan 2500 manat pul istəmişdir. Xəyal isə həmin pulu 10 gün müddətində ona verə biləcəyini bildirmişdir. O, həmin sənədləri götürüb Bakı şəhərinə getmişdir. Təxminən 10 gün sonra o, Xəyalla yenidən “Baskal” adlı restoranda görüşmüş və görüş zamanı Xəyal ona 1300 manat pul vermişdir. Pulun qalan hissəsini isə yaxın günlərdə verəcəyini bildirmişdir. Təxminən 1 ay sonra o, “Baskal” adlı restoranda Xəyalla görüşmüşdür. Xəyal görüş vaxtı ona 1000 manat pul vermişdir. Pulu aldıqdan sonra o, Xəyala bildirmişdir ki, təkrar həkim komissiyasından keçməyi üçün o, lazım olan bütün işləri görmüş və xəbər edəndə Cəlilabad rayon mərkəzi xəstəxanasından göndəriş əldə edib və komissiyadan keçmək üçün Bakı şəhərinə gəlsin. Təxminən 2 ay sonra o, Xəyalı müayinələrdən keçirtmək üçün Bakı şəhərinə çağırmışdır. O, Xəyalla birlikdə müayinədən keçmək üçün Z.Əliyeva adına göz institutuna getmişdir. Orada Xəyal müayinələrdən keçdikdən sonra onlara tibbi arayış təqdim etmiş, lakin vaxt uzandığına görə Xəyalın yenidən pensiya alması gecikdiyi üçün Xəyal ondan pulu geri tələb etmişdir. Lakin həmin ərəfədə onun maddi vəziyyəti yaxşı olmadığı üçün Xəyalın pulunu geri qaytara bilməmişdir. O, Xəyaldan pulu geri qaytarmaq üçün 2-3 ay vaxt istəmiş, Xəyal da onunla razılaşmışdır. 2 gün sonra isə Xəyal ona zəng edərək pulunu istəmiş və qaytarmayacağı təqdirdə ondan şikayət edəcəyini bildirmişdir. O, Xəyalın pulunu geri qaytara bilməmişdir. Bundan başqa bildirirmişdir ki, Zərərçəkmiş şəxs2 qardaşı Azərin vasitəsilə tanımışdır. Təxminən 1 il öncə Azər ona zəng edərək bacısı Zərərçəkmiş şəxs2 pensiya düzəltmək üçün köməklik istəmişdir. O, Azərə pensiya düzəltmək üçün kömək edə biləcəyini bildirmişdir. Təxminən 10 gün sonra o, Nailənin xəstəlik sənədlərini götürmək üşün Bakı şəhərindən Cəilabad rayonuna gəlmişdir. Nailənin sənədlərini götürmək üçün Nailənin yaşadığı ünvana getmişdir. Sənədləri götürdükdən sonra o, pensiya düzəltmək üçün Nailəyə 3000 manat pul lazım olduğunu bildirmişdir. Nailə onunla razılaşmışdır. O, sənədləri götürüb Bakı şəhərinə geri qayıtmışdır. Təxminən 10 gün sonra Nailə ona zəng edərək 1500 manat pul düzəltdiyini və həmin pulu ona necə çatdıracağını soruşmuşdur. O, pulu taksi vasitəsilə Bakı şəhərinə göndərməsini bildirmişdir. 1 gün sonra isə Nailə 1500 manat pulu taksi vasitəsilə Bakı şəhərinə göndərmiş və o, həmin pulu tanımadığı taksi sürücüsündən Bakı şəhərində “20 Yanvar” dairəsində əldə etmişdir. Təxminən 1 ay sonra o, Cəlilabad rayonunda olan zaman Nailə yaşadığı evdə 200 manat da ona pul vermişdir. Lakin o, Nailənin pensiyasını düzəldə bilməmışdir. 4-5 ay sonra Nailə pensiyanı düzəldə bilmədiyini anlayıb verdiyi pulu ondan geri istəmişdir. Lakin onun həmin vaxt pulu olmadığı üçün Nailəyə pulu qaytara bilməmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs3 tanışı Abbas adlı şəxsin vasitəsilə tanımışdır. 2020-ci ilin yay aylarında o, Cəlilabad rayonunda olan zaman Vüsal ona zəng edərək Abbasın qohumu olduğunu və onunla görüşmək istədiyini bildirmişdir. Bundan sonra o, Vüsalla Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisində görüşmüşdür. Görüş zamanı Vüsal ondan pensiya düzəltmək üçün kömək etməyini istəmişdir. O, Vüsala kömək edə biləcəyini bildirmişdir. Vüsal isə bunun müqabilində ona 1000 manat verə biləcəyini bildirmiş, o, Vüsalla razılaşmışdır. Həmin gün Vüsal ona xəstəlik sənədlərini vermişdir. 2 gün sonra isə Vüsal Uzuntəpə kəndi ərazisində ona 1000 manat pul vermişdir. Təxminən bir ay sonra Vüsal qardaşının 2 uşağına və atasına da pensiya düzəltmək istədəyini bildirmişdir. O, Vüsala bu işi həll edə biləcəyini bildirmişdir. O, Cəlilabad rayonunda olan zaman Vüsal atasının və qardaşının 2 uşağının xəstəlik sənədlərini ona vermişdir. Bunun müqabilində isə Vüsal ona ayrı-ayrı vaxtlarda Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisində 5000 manat pul vermişdir. 2020-ci ilin sonlarında isə Vüsal ona zəng edərək oğlunun Vətən müharibəsində iştirak etdiyini və müharibə zamanı xəsarət aldığını bildirmiş və oğluna da pensiya düzəltmək üçün köməklik istəmişdir. Elə həmin ərəfələrdə Bakı şəhəri, Şamaxinka adlanan ərazidə tanımadığı şəxs vasitəsilə bunun üçün ona 2500 manat pul göndərmişdir. Lakin o, Vüsalın, Vüsalın atasının, Vüsalın qardaşı uşaqlarının və oğlunun pensiyasını düzəldə bilməmişdir. O, qeyd olunan şəxslərdən pensiya düzəltmək adı ilə pulları Bakı şəhər Xətai rayon 2 nömrəli M.Əfəndiyev adına Birləşmiş şəhər xəstəxanasında rentgen-texnoloq vəzifəsində işlədiyi vaxtda almışdır. Zərərçəkmiş şəxs3 12500 manat deyil, 10500 manat pul aldığını bildirmişdir. Himayəsində 1 az yaşlı uşağı vardır, ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq cəza təyini zamanı nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 03 oktyabr 2022-ci il tarixdə Cəlilabad RPŞ-yə ərizə ilə müraciət etmişdir. Bununla bağlı bildirirmişdir ki, o, Cəlilabad rayonu, Moranlı kənd sakini Zərərçəkmiş şəxs3 tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. 2020-ci ilin iyun ayının sonlarında o, yaşadığı kənddə Təqsirləndirilən şəxslə görüşmüşdür. Ona ailə problemlərindən danışıb, oğluna pensiya düzəldə biləcək adam olarsa bu işi gördürmək istədiyini bildirmişdir. Nicat ona yaxşı tanışlarının olduğunu və oğluna pensiya düzəltdirə biləcəyini demişdir. Daha sonra onlar sağollaşıb ayrılmışdır. Bundan 2-3 gün sonra Nicatla təkrar həmin kənddə görüşmüşdür. Bu zaman Nicat ona pensiya düzəlməsi üçün 12500(on iki min beş yüz) manat vəsait tələb olunduğunu bildirmişdir. Həmin gün o, Nicata 3000 manat pul vermiş və Nicat 1 aya bu məsələnin öz həllini tapacağını bildirmişdir. Təxminən bir ay sonra iyul ayının sonlarında o, yenə Nicatla kənddə görüşüb ondan işin nə yerdə oluduğunu soruşduqda o, işin həllini tapdığını və qalan 9500 manat verməli olduğunu bildirmişdir. O, yaşadığı evə gedərək onun dediyi pulu götürüb yanına gedərək Nicata vermişdir. Bir müddət sonra o, Nicatla əlaqə saxlayıb işinin nə üçün bu qədər uzandığını soruşduqda Nicat ona müxtəlif bəhanələr gətirmişdir. Daha sonra o, Nicata pulu geri qaytarmasını demişdir. Nicat ondan bir qədər vaxt verməyini istəmişdir. Nicat ona 1000 manat daha sonra isə 1000 manat qaytarmışdır. Lakin hazıradək 10500 manatı geri qaytarmadığı üçün ondan şikayət etmək qərarına gəlmişdir. Hazırda ona dəymiş ziyandan ibtidai istintaq zamanı 2000 manat ödənilmiş, 10500 manat ziyanı ödənilməmişdir. Ona dəyən ziyan tam ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar ayında onun pensiyası kəsilmişdir. O, pensiyasının bərpa olunması üçün təkrar dəfələrlə Cəlilabad RMX-ya müraciət etmiş, lakin ona pensiya düzəlməsindən imtina olunması barədə iki dəfə məlumat verilmişdir. Təxminən 6- 7 ay bundan əvvəl qardaşı X2 onlarda olan zaman Nicat adlı həkim tanışının onun pensiyasını bərpa etdirə biləcəyini dedikdən sonra o, qardaşına etiraz etməmişdir. Həmin vaxt qardaşı Azər ona Nicatın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini verib onunla əlaqə saxlamağını bildirmişdir. O, Nicatla əlaqə saxladıqda Nicat ona Bakı şəhəri Qara Qarayev metrosu yaxınlığında həkim vəzifəsində işlədiyini və ona köməklik edə biləcəyini bildirmişdir. Bunun üçün xəstəlik sənədlərini və 3000(üç min) manat pul lazım olduğunu bildirmişdir. Daha sonra o, 2021-ci ilin noyabr ayının sonlarında 1700(min yeddi yüz) manat pulu və xəstəliklə bağlı sənədləri tanımadığı taksiyə verərək Nicata göndərmişdir. Həmin gün Nicat ona mobil telefon vasitəsi ilə zəng edib sənədləri və pulu götürdüyünü demişdir. Bundan sonra Nicat ona yaxın günlərdə Cəlilabad rayonuna gələcəyini və 1300 (min üç yüz) manatı da götürəcəyini bildirmişdir. Təxminən 2021-ci ilin dekabr ayının sonlarında Nicat onun mobil telefon nömrəsinə zəng edərək yaşadığı evin qarşısında olduğunu bildirmişdir. O da evdən çıxıb Nicatın qara rəngli avtomobillə yaşadığı evin qarşısında dayandığını görmüşdür. Onun avtomobilinə yaxınlaşaraq 1300(min üç yüz) manatı ona vermiş və Nicat pulları alaraq şalvrının cibinə qoymuşdur. Bundan bir qədər sonra o, Nicata zəng etdikdə ona müxtəlif bəhanələr gətirərək işin düzəlmədiyini bildirmişdir. Onda pulunu geri istədikdə isə Nicat pulu verməkdən imtina etdiyi üçün müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda ona dəymiş ziyandan ibtidai istintaq zamanı 300 manat, məhkəmə baxışı zamanı isə 500 manat, cəmi 800 manat ödənilmiş, 2200 manat ziyanı ödənilməmişdir. Ona dəyən ziyan tam ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 5 il “Zob” xəstəliyi ilə əlaqədar pensiya almışdır. 2021-ci ilin mart ayında isə onun pensiyası kəsilmişdir. Pensiyasının bərpa olunması üçün təkrar Cəlilabad RMX-ya müraciət etmiş, lakin ona pensiya düzəlməsindən imtina olunması barədə məlumat verilmişdir. Təxminən 2021-ci ilin dekabr ayının əvvələrində xalası X3 ona zəng edərək onlara gəlməyini istəmişdir. O da buna etiraz etməmişdir. Onlardan bir qədər aralıda yaşayan xalası Sevdanın evinə getmişdir. Xalası ona qonşusu Südabənin yaxın qohumu olan Nicat adlı şəxsin onun növbəti komissiyadan keçirə biləcəyini demiş və o, onlara etiraz etməmişdir. Həmin vaxt xalası ona Südabənin nömrəsini vermiş və o, Südabənin istfadəsində olan mobil telefon nömrəsinə zəng etmişdir. Südabə ona Nicatın istifadəsində olan ***-***-**-** saylımobil telefon nömrəsini verib onunla əlaqə saxlamağını bildirmişdir. O da Nicatla əlaqə saxladıqda Nicat Cəlilabad rayonu ərazisində yerləşən “Baskal” adı kafedə onunla görüşmək istədiyini demişdir. O da tanışı Zərərçəkmiş şəxs4la həmin yerə getmişdir. Orada olan zaman Nicat ona Bakı şəhəri Qara Qarayev metrosu yaxınlığında həkim vəzifəsində işlədiyini və ona köməklik edə biləcəyini bildirmişdir. Bunun üçün xəstəlik sənədlərini və 2500(iki min beş yüz) manat pul lazım olduğunu bildirmişdir. Ona inanıb dediyi məbləği götürüb verəcəyini demişdir. Növbəti gün “Kapital” Banka gedərək oradan 1500 manat kredit götürmüş və 2021-ci ilin dekabr ayının əvvəlində günorta vaxtı yenidən Nicatla həmin kafedə görüşmüşdür. Ona həmin pulu və xəstəlik sənədlərini verdikdən sonra Nicat ən yaxın zamanda pensiya işini həll edəcəyini bildirmişdir. Bundan bir həftə sonra sonra Nicat da qalan pulu da verməyini demişdir. Daha sonra o, evində olan bir baş iri buynuzlu heyvanını sataraq Nicatla həmin kafedə görüşmüş və ona 1000 (min) manat pul vermişdir. Bundan bir qədər sonra o, Nicata zəng etdikdə ona müxtəlif bəhanələr gətirərək işin düzəlmədiyini bildirmişdir. Ondan pulunu geri istədikdə isə Nicat pulunu verməkdən imtina etdiyi üçün müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda ona dəymiş ziyan ümumiyyətlə ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş şahid Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 uzun müddətdir tanıyır. 2021-ci ilin dekabr ayının əvvəllərində Xəyalla birlikdə Cəlilabad şəhərində yerləşən çayxanada olan zaman Xəyal ona Nicat adlı şəxsə pul vermək üçün Cəlilabad şəhəri ərazisində yerləşən “Baskal” adlı kafeyə getmək istədiyini bildirmiş və ondan onunla gedib-getmək istəmədiyini soruşmuşdur. O da Xəyala etiraz etməmişdir. Daha sonra onlar həmin kafeyə gedib Nicatla görüşmüşdür. Xəyal həmin vaxt orada Nicata 1500(min beş yüz) manat pulu sayıb vermişdir. Bir neçə gündən sonra onlar təkrar Nicatla həmin kafedə görüşmüşdür. Xəyal ona 1000(min) manat pulu da sayaraq vermişdir. Daha sonra Xəyal ona Nicatın ondan pulu aldıqdan sonra heç bir köməklik etmədiyini və pulu da geri qaytarmadığını bildirmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı həmin hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 1000 (min) manat cərimə cəzası ilə əvəz edilmiş, Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 1000 (min) manat cərimə cəzası 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ona təyin edilmiş cəza ilə bağlı bu hökmə münasibətdə məhkumluğu yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanın məbləği ilə bağlı verdiyi ifadəni özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdə olan sənəddən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2015-ci il təvəllüdlü X6 adlı az yaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 az yaşlı uşağının olması, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 dəymiş ziyandan qismən ödəniş etməsini onun cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdarın halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. İşdə olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə saat 19:20-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Cəlilabad rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək axtarış elan edilməklə iş üzrə icraat dayandırılmışdır. İşdə olan axtarış olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Cəlilabad şəhəri ərazisində tutularaq Cəlilabad rayon polis şöbəsinin MSY-nə təhvil verilmişdir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. İş üzrə zərərçəkmiş şəxslərə mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah ediməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349,351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə... hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci ildən 03 noyabr 2022-ci ilədək 2 (iki) gün həbsdə saxlanılması nəzərə alınmaqla, həmin müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar