Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-98/2025 04.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 15:50 X20 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X10, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 Alhüseyn oğlunun və Zərərçəkmiş şəxs8 iştirakı ilə xx xxxxxxx 1984-cü ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı olan, Cəlilabad Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 (iki) il 3 (üç) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasını çəkib qurtarmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, bu iş üzrə 18 aprel 2025-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Yusubov X14 şəhər sakini Zərərçəkmiş şəxs7 ona olan etibarından sui-istifadə etməklə sonuncuya pensiya düzəltdirəcəyini vəd verib aldadaraq 2024-cü ilin aprel ayının sonlarında Cəlilabad şəhəri, M.Hüseyn küçəsində 500 (beş yüz) manat, 2024-cü ilin may ayının ortalarında Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən Cəlilabad rayon Mərkəzi X3rşısında 300 (üç yüz) manat, 25 may 2024-cü il tarixdə “Birbank” tətbiqi proqramı vasitəsilə istintaqla müəyyən edilməyən bank kartına köçürülmüş 200 (iki yüz) manat, 16 avqust 2024-cü il tarixdə Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Brend Store” marketin qarşısında 100 (bir yüz) manat, 28 oktyabr 2024-cü il tarixdə “Birbank” tətbiqi proqramı vasitəsilə istintaqla müəyyən edilməyən bank kartına köçürülmüş 100 (bir yüz) manat, 19 noyabr 2024-cü il tarixdə “Birbank” tətbiqi proqramı vasitəsilə istintaqla müəyyən edilməyən bank kartına köçürülmüş 50 (əlli) manat, 01 mart 2025-ci il tarixdə Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən Cəlilabad rayon Mərkəzi X3rşısında 50 (əlli) manat pulu vahid niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs7 ümumilikdə 1300 (bir min üç yüz) manat maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Cəlilabad rayonu, Məmmədrzalı kənd sakini Zərərçəkmiş şəxs8 ona olan etibarından sui-istifadə etməklə sonuncuya pensiyasını bərpa etdirəcəyini vəd verib aldadaraq, 07 oktyabr 2024-cü il tarixdə, saat 09:14 dəqiqədə “Birbank” tətbiqi proqramı vasitəsilə “Beynəlxalq bank” tərəfindən verilmiş 5522 0993 6048 9959 nömrəli bank kartına köçürülmüş 300 (üç yüz) manat, 07 dekabr 2024-cü il tarixdə, saat 12:03 dəqiqədə “Birbank” tətbiqi proqramı vasitəsilə eyni bank kartına köçürülmüş 300 (üç yüz) manat, 07 dekabr 2024-cü il tarixdə, saat 12:04 dəqiqədə “Birbank” tətbiqi proqramı vasitəsilə həmin bank kartına köçürülmüş 300 (üç yüz) manat, 10 dekabr 2024-cü il tarixdə, saat 11:08 dəqiqədə “Birbank” tətbiqi proqramı vasitəsilə eyni bank kartına köçürülmüş 200 (iki yüz) manat, 11 dekabr 2024-cü il tarixdə, saat 13:18 dəqiqədə Cəlilabad rayonu, Abışabad kəndində yerləşən “Rəşad” marketdə olan "xxxx" MMC-yə məxsus ödəmə terminalı vasitəsilə həmin bank kartına köçürülmüş 300 (üç yüz) manat, 2024-cü ilin dekabr ayının sonlarında eyni bank kartına köçürülmüş 50 (əlli) manat, 06 yanvar 2025-ci il tarixdə, saat 14:22 dəqiqədə “Birbank” tətbiqi proqramı vasitəsilə həmin bank kartına köçürülmüş 50 (əlli) manat pulu vahid niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs8 ümumilikdə 1500 (bir min beş yüz) manat maddi ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, Cəlilabad rayonu, Məmmədrzalı kənd sakini Zərərçəkmiş şəxs1 ona olan etibarından sui-istifadə etməklə sonuncuya X8nun pensiyasını bərpa etdirəcəyini vəd verib aldadaraq, 2024-cü ilin noyabr ayının sonlarında Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Bağ” adlanan ərazidə 2000 (iki min) manat pulu ələ keçirməklə Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Cəlilabad rayonu, Məmmədrzalı kənd sakini Zərərçəkmiş şəxs6 ona olan etibarından sui-istifadə etməklə sonuncuya qızı X9 pensiya düzəltdirəcəyini vəd verib aldadaraq, 2024-cü ilin noyabr ayının sonlarında Cəlilabad şəhəri, H.Əliyev prospektində 500 (beş yüz) manat, 2024-cü ilin dekabr ayının əvvəllərində Cəlilabad şəhəri, H.Əliyev prospektində 300 (üç yüz) manat, 09 dekabr 2024-cü il tarixdə, saat 12:38 dəqiqədə “Birbank” tətbiqi proqramı vasitəsilə “Beynəlxalq bank” tərəfindən verilmiş 5522 0993 6048 9959 nömrəli bank kartına köçürülmüş 500 (beş yüz) manat, 09 yanvar 2025-ci il tarixdə, saat 22:00 dəqiqədə “Birbank” tətbiqi proqramı vasitəsilə eyni bank kartına köçürülmüş 20 (iyirmi) manat, 14 yanvar 2025-ci il tarixdə, saat 10:34 dəqiqədə “Birbank” tətbiqi proqramı vasitəsilə həmin bank kartına köçürülmüş 50 (əlli) manat pulu vahid niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs6 ümumilikdə 1370 (bir min üç yüz yetmiş) manat maddi ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Masallı şəhər sakini Zərərçəkmiş şəxs3 ona olan etibarından sui-istifadə etməklə sonuncunu Cəlilabad rayon X13 Hüquqi Şəxsdə mühafizəçi işinə düzəltdirəcəyini vəd verib aldadaraq, 27 fevral 2025-ci il tarixdə Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən Cəlilabad rayon Mərkəzi X3rşısında 70 (yetmiş) manat, həmin gün saat 15 radələrində Masallı rayonu, Köçəri kəndində yerləşən “Əmrah” marketdə olan “Milliön” ödəmə terminalı vasitəsilə istintaqla müəyyən edilməyən bank kartına köçürülmüş 310 (üç yüz on) manat, 28 fevral 2025-ci il tarixdə Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “İsi” marketdə olan “Milliön” ödəmə terminalı vasitəsilə eyni bank kartına köçürülmüş 50 (əlli) manat, həmin gün “Birbank” tətbiqi proqramı vasitəsilə həmin bank kartına köçürülmüş 200 (iki yüz) manat pulu vahid niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 630 (altı yüz otuz) manat maddi ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Masallı rayonu, Köçəri kənd sakini Zərərçəkmiş şəxs5 ona olan etibarından sui-istifadə etməklə sonuncunu Cəlilabad rayon X13 Hüquqi Şəxsdə mühafizəçi işinə düzəltdirəcəyini vəd verib aldadaraq, 27 fevral 2025-ci il tarixdə Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən Cəlilabad rayon Mərkəzi X3rşısında 70 (yetmiş) manat, həmin gün saat 15 radələrində cinayət barədə xəbərsiz olan Zərərçəkmiş şəxs3 vasitəsilə Masallı rayonu, Köçəri kəndində yerləşən “Əmrah” marketdə olan “Milliön” ödəmə terminalı vasitəsilə istintaqla müəyyən edilməyən bank kartına köçürülmüş 450 (dörd yüz əlli) manat pulu vahid niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs5 ümumilikdə 520 (beş yüz iyirmi) manat maddi ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Masallı rayonu, Öncəqala kənd sakini Zərərçəkmiş şəxs4 ona olan etibarından sui-istifadə etməklə sonuncunu Cəlilabad rayon X13 Hüquqi Şəxsdə mühafizəçi işinə düzəltdirəcəyini vəd verib aldadaraq, 27 fevral 2025-ci il tarixdə cinayət barədə xəbərsiz olan Zərərçəkmiş şəxs3 vasitəsilə “Birbank” tətbiqi proqramı vasitəsilə istintaqla müəyyən edilməyən bank kartına köçürülmüş 620 (altı yüz iyirmi) manat pulu ələ keçirməklə Zərərçəkmiş şəxs4 həmin məbləğdə maddi ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Masallı rayonu, Öncəqala kənd sakini Zərərçəkmiş şəxs2 ona olan etibarından sui-istifadə etməklə sonuncunu Cəlilabad rayon X13 Hüquqi Şəxsdə mühafizəçi işinə düzəltdirəcəyini vəd verib aldadaraq, 27 fevral 2025-ci il tarixdə, saat 14 radələrində Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən dairə yaxınlığında 570 (beş yüz yetmiş) manat pulu ələ keçirməklə Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurub təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Cəlilabad rayonu ərazisində özünü pensiya və iş düzəldə bilən şəxs kimi təqdim etdiyindən, rayon ərazisində çox adam onu bu işlərlə məşğul olan insan kimi tanımışdır. Reallıqda onun belə bir vəzifəsi və səlahiyyəti olmamışdır. Cəlilabad şəhər sakini Zərərçəkmiş şəxs7 ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. Onu paltar tikən maşının təmiri ilə məşğul olan biri kimi tanımışdır. Evdə tikiş maşını işləmədiyi üçün 2024-cü ilin aprel ayının sonlarında Zərərçəkmiş şəxs7 zəng vurmuş və paltar tikən maşın təmir etmək lazım olduğunu bildirmişdir. Mədətlə rayon ərazisində görüşmüşlər və tanış olmuşlar. Görüşdükdən sonra o, paltar tikən maşını özü düzəltdiyinə görə təmirə ehtiyacının qalmadığını bildirmiş və söhbət əsnasında pensiya məsələləri ilə bağlı işlərlə məşğul olduğunu, ona da pensiya düzəltdirə biləcəyini qeyd etmişdir. O, bunun müqabilində Zərərçəkmiş şəxs7 2000 manat pul istəmişdir. Mədət də onunla razılaşmışdır. O, işə başlamaq üçün ilkin olaraq 500 manat pul lazım olacağını bildirmiş və səhəri gün Zərərçəkmiş şəxs7 yaşadığı M.Hüseyn küçəsində ona 500 manat pul vermişdir. 2024-cü ilin may ayının ortalarında M.Hüseyn küçəsində Cəlilabad RMX-nın qarşısında Zərərçəkmiş şəxs7 ona əlavə olaraq 300 manat pul vermişdir. 25 may 2024-cü il tarixdə onun “Beynəlxalq bank”a məxsus bank kartına daha 200 manat pul göndərmişdir. 16 avqust 2024-cü il tarixdə Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Brend Store”nin qarşısında Zərərçəkmiş şəxs7 ona əlavə olaraq 100 manat pul vermişdir. 28 oktyabr 2024-cü il tarixdə onun bank kartına 100 manat, 19 noyabr 2024-cü il tarixdə eyni kartına 50 manat pul göndərmişdir. 01 mart 2025-ci il tarixdə Mədət ona sonuncu dəfə Cəlilabad RMX-nın qarşısında 50 manat pul vermişdir. Zərərçəkmiş şəxs7 ümumilikdə pensiya düzəltdirəcəyi müqabilində ona 1300 manat pul vermişdir. Lakin, ona verdiyi vədə əməl etməyib, aldığı pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Onun Cəlilabad rayon sakini Zərərçəkmiş şəxs8 ilə də heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2024-cü ilin sentyabr ayının sonlarında Zərərçəkmiş şəxs8la Cəlilabad RMX-da tanış olmuşdur. Söhbət əsnasında o, Zərərçəkmiş şəxs8 pensiya məsələləri ilə bağlı işlərlə məşğul olduğunu bildirmişdir. Yusif pensiya aldığını və xəstəxanadan 2 ay sonra kəsiləcəyini bildirdiklərini qeyd etmişdir. O, gələcəkdə onun pensiyasını bərpa etdirə biləcəyini demişdir. Bunun müqabilində Zərərçəkmiş şəxs8 2200 manat pul istəmişdir. Zərərçəkmiş şəxs8 da onunla razılaşmışdır. O, işə başlamaq üçün ilkin olaraq 300 manat pul lazım olacağını Zərərçəkmiş şəxs8 bildirmişdir. 07 oktyabr 2024-cü il tarixdə ona məxsus Beynəlxalq Bankın 5522 0993 6048 9959 saylı plastik kartın şəklini pul göndərməsi üçün Zərərçəkmiş şəxs8 göndərmişdir. Zərərçəkmiş şəxs8 da ona 300 manat pul göndərmişdir. Yusif 07 dekabr 2024-cü il tarixdə həmin kartına 600 manat, 10 dekabr 2024-cü il tarixdə həmin kartına 200 manat pul göndərmişdir. 11 dekabr 2024-cü il tarixdə əlavə olaraq Zərərçəkmiş şəxs8 həmin kartına 300 manat pul göndərmişdir. 2024-cü ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs8 onun kartına daha 50 manat pul göndərmişdir. Əlavə olaraq sonuncu dəfə 06 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs8 eyni kartına 50 manat da pul göndərmişdir. O, ümumilikdə Zərərçəkmiş şəxs8 pensiya bərpa etdirəcəyi müqabilində 1500 manat pul almışdır. Lakin, Zərərçəkmiş şəxs8 verdiyi vədə əməl etməyib göstərdiyi məbləğdə pulu Zərərçəkmiş şəxs8 qaytarmayıb, aldığı pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Onun Cəlilabad rayon sakini Zərərçəkmiş şəxs1 ilə də heç bir ədavət və düşmənçiliyi olmamışdır. Onu rayon sakini kimi bir neçə ildir ki, tanımışdır. Söhbət əsnasında Zərərçəkmiş şəxs1 pensiya məsələləri ilə bağlı işlərlə məşğul olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 ona oğlunun pensiyasının kəsildiyini deyəndə oğlunun da pensiyasını bərpa etdirə biləcəyini qeyd etmişdir. O, bunun müqabilində Zərərçəkmiş şəxs1 2000 manat pul istəmişdir. Hafiz də onunla razılaşmışdır. 2024-cü ilin noyabr ayının sonlarında Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “bağ” adlanan ərazidə Hafizlə görüşmüşlər. Zərərçəkmiş şəxs1 ona oğlunun pensiyasını bərpa etdirəcəyi müqabilində 2000 manat pul vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Lakin o, Zərərçəkmiş şəxs1 verdiyi vədə əməl etməyib göstərdiyi məbləğdə pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Onun Cəlilabad rayon sakini Zərərçəkmiş şəxs6 ilə də heç bir ədavət və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs6 Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımışdır. Söhbət əsnasında o, Zərərçəkmiş şəxs6 pensiya məsələləri ilə bağlı işlərlə məşğul olduğunu bildirmişdir. İlahim qızına pensiya düzəltdirmək istədiyini bildirdikdə qızına da pensiya düzəltdirə biləcəyini qeyd etmişdir. O, bunun müqabilində Zərərçəkmiş şəxs6 2000 manat pul istəmişdir. Zərərçəkmiş şəxs6 da onunla razılaşmışdır. O, işə başlamaq üçün ilkin olaraq 500 manat pul lazım olacağını bildirmiş və 2024-cü ilin noyabr ayının sonlarında Cəlilabad şəhəri, H.Əliyev prospektində Zərərçəkmiş şəxs6 500 manat pul almışdır. Həmin vaxt Hafiz yanlarında olmuşdur. 2024-cü ilin dekabr ayının əvvəllərində yenə də Cəlilabad şəhəri, H.Əliyev prospektində Zərərçəkmiş şəxs6 300 manat pul almışdır. Həmin vaxt yanlarında heç kim olmamışdır. 09 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs6 onun Beynəlxalq Banka məxsus 5522 0993 6048 9959 saylı plastik kartına 500 manat pul göndərmişdir. 09 yanvar 2025-ci il tarixdə həmin kartına 20 manat, 14 yanvar 2025-ci il tarixdə həmin kartına 50 manat pul göndərmişdir. O, ümumilikdə Zərərçəkmiş şəxs6 pensiya düzəltdirəcəyi müqabilində 1370 manat pul almışdır. Lakin, ona verdiyi vədə əməl etməyib aldığı pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Onun Masallı rayon sakini Zərərçəkmiş şəxs3 ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs3 Masallı rayonundan Şahid2 vasitəsi ilə tanımışdır. 2025-ci ilin fevral ayında Niftəli ilə mobil telefon vasitəsi ilə danışanda o, oğlu Həbibə iş axtardığını bildirmiş və o da köməklik göstərə biləcəyini bildirmişdir. Bu məqsədlə 27 fevral 2025-ci il tarixdə, saat 12 radələrində Niftəli ilə Cəlilabad RMX-nin qarşısında görüşmüşlər. Həmin vaxt onun yanında oğlu Həbib və taksi kimi gələn Elgün olmuşdur. O, onların avtomobilinə əyləşmişdir. Həbiblə söhbət etmişlər və onu Cəlilabad RMX-ya mühafizəçi kimi işə düzəldəcəyini bildirmişdir. Onlar 1050 manata razılaşmışlar. Söhbət əsnasında o, Elgünü də xəstəxanaya mühafizəçi kimi işə düzəldə biləcəyini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs3 də 1050 manat pul istəmişdir. Onların üzərində pul az olduğu üçün 70 manat Həbib, 70 manat da Elgün ona pul vermişdir. Danışıqlarına əsasən ümumi məbləğin yarısını əvvəlcədən verməli olmuşlar. Yarısı da güya işə düzəldikdən sonra maaşlarından çıxılacaqmış. O, onlara qalan pulu da vermələrini, başqa da işə düzəlmək istəyən olsa ona demələrini bildirmiş və oradan uzaqlaşmışdır. O, Zərərçəkmiş şəxs3 özünə məxsus Beynəlxalq Banka məxsus 5522 0993 6048 9959 saylı plastik kartının şəklini atmış və həmin karta pulu göndərmələrini bildirmişdir. 27 fevral 2025-ci il tarixdə, saat 15 radələrində Elgün Həbibin ona verdiyi 450 manat pulu, özünə məxsus olan 310 manat pulu onun kartına göndərmişdir. 28 fevral 2025-ci il tarixdə Elgün onun kartına yenə də 50 manat pul göndərmişdir. Həmin gün Elgün yenidən kartına 200 manat pul göndərmişdir. Elgün ümumilikdə onu işə düzəltdirəcəyi müqabilində ona 630 manat, Həbib isə 520 manat pul vermişdir. Lakin, onlara verdiyi vədə əməl etməyib, aldığı pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Onun Masallı rayon sakini Zərərçəkmiş şəxs4 ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs4 Elgün vasitəsi ilə tanımışdır. 2025-ci ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs4 Cəlilabad rayonuna atası ilə birlikdə gələrək onunla görüşmüşlər. Həmin vaxt onlar söhbət etmişlər və Zərərçəkmiş şəxs4 Cəlilabad RMX-ya mühafizəçi kimi işə düzəldəcəyini bildirmişdir. Onlar bunun müqabilində Səidlə 1050 manata razılaşmışlar. Danışıqlarına əsasən ümumi məbləğin yarısını əvvəlcədən verməli olmuşlar. Yarısı da güya işə düzəldikdən sonra maaşından çıxılacaqmış. Onların üzərində nəğd pul olmadığına görə Səid 27 fevral 2025ci il tarixdə Elgünün vasitəsi ilə onun kart hesabına 620 manat pul göndərmişdir. Lakin, Zərərçəkmiş şəxs4 verdiyi vədə əməl etməyib, aldığı pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Onun Masallı rayon sakini Zərərçəkmiş şəxs2 ilə də heç bir ədavət və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs2 Səidin atası Şamilin vasitəsi ilə tanımışdır. 27 fevral 2025-ci il tarixdə Namik, Şamil, atası Vaqif Mirzəyev, yeznəsi Şahid3la birlikdə Cəlilabad RMX-nın qarşısına gələrək orada onunla görüşmüşlər. Həmin yerdə görüşdükdən sonra aralarında olan danışıq zamanı o, Zərərçəkmiş şəxs2 Cəlilabad RMXda mühafizəçi kimi işə düzəldəcəyini, 01 aprel 2025-ci il tarixdə işə başlayacağını vurğulayıb, ona 1070 (bir min yetmiş) manat pul lazım olduğunu deyib, həmin pulun 570 (beş yüz yetmiş) manat olan hissəsini qabaqcadan istəmiş, qalan 500 (beş yüz) manat pulun isə güya o, işə başladıqdan sonra əmək haqqı üzrə bank hesab kartından avtomatik çıxılacağını bildirmişdir. Zərərçəkmiş şəxs2 570 manat pulu əvvəlcədən ödəyəcəyi ilə razılaşmış, təxminən saat 14 radələrində Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən dairə yaxınlığında görüşüb həmin məbləğdə pulu ona vermişdir. Həmin vaxt yanlarında Vaqif Mirzəyev, Şahid3 və Şamil Kərimov olmuşdur. Lakin o, Zərərçəkmiş şəxs2 verdiyi vədə əməl etməyib göstərdiyi məbləğdə pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Onun reallıqda kiməsə pensiya və ya iş düzəltmək, pensiya bərpa etdirmək kimi səlahiyyəti olmamışdır. Sadəcə olaraq maddi sıxıntılarıyla bağlı ayrı-ayrı vətəndaşları aldadıb, aldığı bütün pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi cinayət əməlindən peşimandır. Hazırda zərərçəkmiş şəxlərlə barışıq əldə edə bilməmiş, onlara dəymiş ziyanı ödəməmişdir. Evlidir, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmədən bu halları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır. Onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Oğlu X2 olan problemlərlə bağlı 2019-cu ildən pensiya almışdır. 2024-cü ilin noyabr ayında oğlunun pensiyası kəsilmişdir. Söhbət əsnasında Rasim pensiya məsələləri ilə bağlı işlərlə məşğul olduğunu, oğlunun da pensiyasını bərpa etdirə biləcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs bunun müqabilində ondan 2000 manat pul istəmişdir. O da Təqsirləndirilən şəxsla razılaşmışdır. 2024-cü ilin noyabr ayının sonlarında Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “bağ” adlanan ərazidə Rasimlə görüşmüşlər. O, Rasimə oğlunun pensiyasını bərpa etdirəcəyi müqabilində 2000 manat pul vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Uzun müddət keçməsinə baxmayaraq oğlunun pensiyasının bərpa olunmadığı üçün artıq aldadıldığını başa düşmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs pulunu istəməyə başlamış, lakin Təqsirləndirilən şəxs onu müxtəlif bəhanələrlə aldatmışdır. Təqsirləndirilən şəxs pulunu geri qaytarmadığı üçün bu barədə Cəlilabad RPŞ-yə ərizə ilə müraciət etmişdir. Halhazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs qanuni cəza təyin etməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. 2025-ci ilin fevral ayının sonlarında yeznəsi Şahid3 əmisi oğu olan həmkəndlisi Şamil Kərimovla birlikdə onun yaşadığı Masallı rayonu, Öncəqala kəndində yerləşən evə gəlib Təqsirləndirilən şəxs adlı tanışları olmasını, sonuncunun Şamil Kərimovun övladı Zərərçəkmiş şəxs4 da Cəlilabad RMX-da mühafizəçi kimi işə düzəldəcəyini bildirib, onun da həmin işlə təmin olunmaq istəyib-istəmədiyini sual etmişdir. Buna cavab olaraq o və atası Vaqif Mirzəyev onların təklifinə razılıq vermişlər. Bundan sonra atası X23 Yusubovla mobil telefon əlaqəsi saxlayıb, sonuncudan görüləcək işin müqabilində nə qədər pul lazım olduğunu soruşmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs həmin işin müqabilində ümumilikdə 1070 (bir min yetmiş) manat pul istədiyini, sözügedən məbləğdə olan pulun 570 (beş yüz yetmiş) manat olan hissəsinin əvvəlcədən ona verilməli olduğunu qeyd etmişdir. 27 fevral 2025-ci il tarixdə o, Şamil Kərimov, atası Vaqif Mirzəyev, yeznəsi Şahid3la birlikdə Təqsirləndirilən şəxsla görüşmək üçün Cəlilabad RMX-nın qarşısına gələrək, orada Təqsirləndirilən şəxsla görüşmüşlər. Onlar həmin yerə çatan zaman Zərərçəkmiş şəxs5, sonuncunun atası Şahid2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və X5 Rasim Adil oğlu ilə görüşüb həmin yeri tərk edib çıxıb getmişlər. Həmin yerdə Təqsirləndirilən şəxsla görüşdükdən sonra aralarında olan danışıq zamanı Təqsirləndirilən şəxs onu Cəlilabad RMX-da mühafizəçi kimi işə düzəldəcəyini, 01 aprel 2025-ci il tarixdə işə başlayacağını vurğulayıb, ona 1070 (bir min yetmiş) manat pul lazım olduğunu deyib, həmin pulun 570 (beş yüz yetmiş) manat olan hissəsini qabaqcadan istəyib, qalan 500 (beş yüz) manat pulun isə onlar işə başladıqdan sonra əmək haqları üzrə bank hesab kartından avtomatik çıxılacağını bildirmişdir. O və atası Vaqif Mirzəyev 570 manat pulu əvvəlcədən ödəyəcəkləri ilə razılaşıb, təxminən saat 14 radələrində Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən dairə yaxınlığında görüşüb həmin məbləğdə pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin pul ona məxsus olmuşdur. Az bir müddət sonra o, atası Vaqif Mirzəyev, yeznəsi Şahid3 və həmkəndlisi Şamil Kərimovla birlikdə oradan uzaqlaşıb yaşadığı Masallı rayonuna çıxıb getmişlər. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs vədinə əməl etməmiş, onun 570 (beş yüz yetmiş) manat pulunu ələ keçirib, mənimsəmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs qanuni cəza təyin etməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. 2025-ci ilin fevral ayında taksi kimi fəaliyyət göstərmişdir. 27 fevral 2025-ci il tarixdə qohumu Zərərçəkmiş şəxs5 onu Cəlilabad RMX-ya aparmağını xahiş etmişdir. O da onunla razılaşaraq həmin gün saat 12 radələrində idarə etdiyi avtomobillə Həbibi atası Niftəli ilə birlikdə Cəlilabad RMX-nin qarşısına aparmışdır. Həmin vaxt tanımadığı şəxs sonradan şəxsiyyəti ona məlum olan Yusubov X16 ilə onun avtomobilinə əyləşmişdir. Həbiblə söhbət edən zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Həbibi Cəlilabad RXM-ya mühafizəçi kimi işə düzəldir. Onlar 1050 manata razılaşmışlar. Söhbət əsnasında Təqsirləndirilən şəxs onu da xəstəxanaya mühafizəçi kimi işə düzəldə biləcəyini bildirmişdir. Həmin vaxt Rasim ondan da 1050 manat pul istəmişdir. Onların üzərində pul az olduğu üçün 70 manat Həbib, 70 manat da o, Rasimə pul vermişlər. Danışıqlarına əsasən ümumi məbləğin yarısını əvvəlcədən verməli, yarısını da işə düzəldikdən sonra maaşlarından çıxılacaqmış. Təqsirləndirilən şəxs onlara qalan pulu da vermələrini, başqa da işə düzəlmək istəyən olsa ona demələrini bildirmiş və oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs ona nömrəsini xatırlamadığı kart atmış və pulu həmin karta göndərmələrini bildirmişdir. Masallı rayonunda olarkən Həbib ona 450 manat pul verərək Rasimə göndərməsini xahiş etmişdir. 27 fevral 2025-ci il tarixdə, saat 15 radələrində Masallı rayonu, Köçəri kəndində yerləşən “Əmrah” marketdəki “Milliön” ödəmə terminalı vasitəsi ilə Həbibin ona verdiyi 450 manat pulu, özünə məxsus olan 310 manat pulu Rasimin ona verdiyi bank kartına göndərmişdir. 28 fevral 2025-ci il tarixdə, Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “İsi” marketdəki “Milliön” ödəmə terminalı vasitəsi ilə Rasimin kartına daha 50 manat pul göndərmişdir. Həmin gün mobil telefonunda olan proqram vasitəsi ilə Rasimin kartına 200 manat da pul göndərmişdir. O, ümumilikdə Təqsirləndirilən şəxs onu işə düzəltdirəcəyi müqabilində 630 manat pul vermişdir. Onun işindən xəbər çıxmadığı üçün aldadıldığını başa düşmüş və Rasimdən pulunu istəməyə başlamışdır. Lakin, Təqsirləndirilən şəxs onu müxtəlif bəhanələrlə aldatmışdır. Rasim pulunu geri qaytarmadığı üçün bu barədə Cəlilabad RPŞ-yə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs4 da Rasim tərəfindən aldadılmış, pulu isə sonuncuya onun vasitəsi ilə vermişdir. Belə ki, 27 fevral 2025-ci il tarixdə Səid onun kartına 620 manat pul göndərmişdir. O da həmin tarixdə 620 manat pulu Təqsirləndirilən şəxs ona verdiyi karta atmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs qanuni cəza təyin etməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs4 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs qohumu Elgün vasitəsi ilə tanımışdır. Belə ki, Elgün 2025-ci ilin fevral ayının sonlarında atası Şamilə zəng vuraraq, Cəlilabad rayonunda Rasim adlı tanışının olduğunu, onun iş düzəltdiyini, hətta özünə də iş düzəldəcəyini bildirərək, onu işə düzəltmək istəyib-istəmədiyini soruşmuşdur. Atası da ondan soruşduqda o da işləmək istədiyini atasına bildirmişdir. Bir neçə gün sonra Cəlilabad rayonuna atası ilə birlikdə gələrək Rasimlə görüşmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs ilə söhbət etmişlər və Rasim onu Cəlilabad RMX-ya mühafizəçi kimi işə düzəldəcəyini bildirmişdir. Onlar bunun müqabilində Təqsirləndirilən şəxsla 1050 manata razılaşmışlar. Danışıqlarına əsasən ümumi məbləğin yarısını əvvəlcədən verməli olmuşlar. Yarısını da işə düzəldikdən sonra maaşlarından çıxılacaqmış. Onların üzərində nəğd pul olmadığına görə Rasimə Elgün vasitəsi ilə kartına atacaqlarını bildirmişlər. 27 fevral 2025-ci il tarixdə o, Elgünün kart hesabına 620 manat pul göndərmişdir. Elgün isə həmin pulu Rasimə göndərmişdir. Onun işindən uzun müddət xəbər çıxmadığı üçün aldadıldığını başa düşmüş və Təqsirləndirilən şəxs pulunu istəməyə başlamışdır. Lakin Təqsirləndirilən şəxs onu müxtəlif bəhanələrlə aldatmışdır. Rasim pulunu geri qaytarmadığı üçün bu barədə Cəlilabad RPŞ-yə ərizə ilə müraciət etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs qanuni cəza təyin etməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs5 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs atası Niftəli vasitəsi ilə tanımışdır. O, söhbət əsnasında atasına onu işə düzəldəcəyini bildirmişdir. Bununla bağlı 2025-ci ilin fevral ayında taksi kimi fəaliyyət göstərən qohumları Elgünə onları Cəlilabad rayonuna aparmasını xahiş etmişdir. Elgün də onunla razılaşaraq həmin gün saat 12 radələrində idarə etdiyi avtomobillə atası ilə onu Cəlilabad RMX-nin qarşısına aparmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs onların avtomobilinə əyləşmişdir. Təqsirləndirilən şəxsla söhbət etmişlər və Rasim onu Cəlilabad RMX-ya mühafizəçi kimi işə düzəldəcəyini bildirmişdir. Onlar bunun müqabilində Rasimlə 1050 manata razılaşmışlar. Söhbət əsnasında Təqsirləndirilən şəxs Elgünü də xəstəxanaya mühafizəçi kimi işə düzəldə biləcəyini bildirmişdir. Həmin vaxt Rasim ondan da 1050 manat pul istəmişdir. Onların üzərində pul az olduğu üçün 70 manat Elgün, 70 manat da o, Rasimə pul vermişlər. Danışıqlarına əsasən ümumi məbləğin yarısını əvvəlcədən verməli, yarısı da işə düzəldikdən sonra maaşlarından çıxılacaqmış. Rasim onlara qalan pulu da vermələrini, başqa da işə düzəlmək istəyən olsa ona demələrini bildirmiş və oradan uzaqlaşmışdır. Rasim Elgünə nömrəsini bilmədiyi bank kart atmış və həmin karta pulu göndərmələrini bildirmişdir. Masallı rayonunda olarkən o, Elgünə 450 manat pul verərək Rasimə göndərməsini xahiş etmişdir. Həmin gün Elgün 450 manat pulunu Rasimə göndərmişdir. Elgün ümumilikdə Rasimə onu işə düzəltdirəcəyi müqabilində 630 manat pul, o isə 520 manat pul vermişdir. Onun işindən xəbər çıxmadığı üçün aldadıldığını başa düşmüş və Təqsirləndirilən şəxs pulunu istəməyə başlamışdır. X18 müxtəlif bəhanələrlə aldatmışdır. Rasim pulunu geri qaytarmadığı üçün bu barədə Cəlilabad RPŞ-yə ərizə ilə müraciət etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs qanuni cəza təyin etməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs6 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. Qızı X1 olan problemlərlə bağlı ona pensiya düzəltdirmək istəmişdir. Dayısı Zərərçəkmiş şəxs1 vasitəsi ilə Təqsirləndirilən şəxsla tanış olmuşdur. Söhbət əsnasında Təqsirləndirilən şəxsla pensiya məsələləri ilə bağlı işlərlə məşğul olduğunu, qızına da pensiya düzəltdirə biləcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs bunun müqabilində ondan 2000 manat pul istəmişdir. O da Rasimlə razılaşmışdır. Təqsirləndirilən şəxs işə başlamaq üçün ilkin olaraq 500 manat pul lazım olacağını bildirmiş və 2024-cü ilin noyabr ayının sonlarında Cəlilabad şəhəri, H.Əliyev prospektində ona 500 manat pul vermişdir. Həmin vaxt dayısı Hafiz yanında olmuşdur. 2024-cü ilin dekabr ayının əvvəllərində yenə də Cəlilabad şəhəri, H.Əliyev prospektində Təqsirləndirilən şəxs 300 manat pul vermişdir. Həmin vaxt yanında heç kim olmamışdır. 09 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona göndərdiyi Beynəlxalq Banka məxsus 5522 0993 6048 9959 saylı plastik karta mobil telefonunda olan “Bir bank” tətbiqi vasitəsi ilə 500 manat pul göndərmişdir. 09 yanvar 2025-ci il tarixdə həmin kartına 20 manat, 14 yanvar 2025-ci il tarixdə həmin kartına 50 manat pul göndərmişdir. O, ümumilikdə Təqsirləndirilən şəxs pensiya düzəltdirəcəyi müqabilində 1370 manat pul vermişdir. Onun uzun müddət övladının pensiyası düzəlmədiyi üçün artıq aldadıldığını başa düşmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs pulunu istəməyə başlamış, lakin Təqsirləndirilən şəxs onu müxtəlif bəhanələrlə aldatmışdır. Təqsirləndirilən şəxs pulunu geri qaytarmadığı üçün bu barədə Cəlilabad RPŞ-yə ərizə ilə müraciət etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs qanuni cəza təyin etməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs7 Alhüseyn oğlu məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. Səhhətində olan problemlərlə bağlı özünə pensiya düzəltdirmək istəmişdir. Bununla bağlı bir dəfə 2024-cü ildə Cəlilabad RMX-ya getmişdir. Orada xəstəliyi ilə bağlı sənədlərinə baxmışlar və onun xəstəliyinə pensiya düşmədiyini bildirmişlər. Təxminən 1 ay sonra 2024-cü ilin aprel ayının sonlarında tanımadığı nömrədən ona zəng gəlmiş və Rasim olduğunu qeyd edərək paltar tikən maşın təmir etmək lazım olduğunu bildirmişdir. Rasimlə rayon ərazisində görüşmüşlər və tanış olmuşlar. Görüşdükdən sonra Təqsirləndirilən şəxs paltar tikən maşının təmirə ehtiyacının qalmadığını bildirmişdir. Söhbət əsnasında Rasim pensiya məsələləri ilə bağlı işlərlə məşğul olduğunu, ona da pensiya düzəltdirə biləcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs bunun müqabilində ondan 2000 manat pul istəmişdir. O da Təqsirləndirilən şəxsla razılaşmışdır. Təqsirləndirilən şəxs işə başlamaq üçün ilkin olaraq 500 manat pul lazım olacağını bildirmiş və səhəri gün yaşadığı M.Hüseyn küçəsində Rasimə 500 manat pul vermişdir. 2024-cü ilin may ayının ortalarında M.Hüseyn küçəsində Cəlilabad RMX-nın qarşısında Rasimə əlavə olaraq 300 manat pul vermişdir. 25 may 2024-cü il tarixdə onun xatırlamadığı bank kartına mobil telefonunda olan “Bir bank” tətbiqi vasitəsi ilə 200 manat pul göndərmişdir. 16 avqust 2024-cü il tarixdə Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Brend Store”nin qarşısında Rasimə əlavə olaraq 100 manat pul vermişdir. 28 oktyabr 2024-cü il tarixdə onun xatırlamadığı bank kartına mobil telefonunda olan “Bir bank” tətbiqi vasitəsi ilə 100 manat, 19 noyabr 2024-cü il tarixdə onun xatırlamadığı bank kartına mobil telefonunda olan “Bir bank” tətbiqi vasitəsi ilə 50 manat pul göndərmişdir. 01 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs sonuncu dəfə Cəlilabad RMX-nın qarşısında 50 manat pul vermişdir. O, ümumilikdə Təqsirləndirilən şəxs pensiya düzəltdirəcəyi müqabilində 1300 manat pul vermişdir. Onun uzun müddət pensiyası düzəlmədiyi üçün artıq aldadıldığını başa düşmüşdür. Bundan sonra Rasimdən pulunu istəməyə başlamış, lakin, Təqsirləndirilən şəxs onu müxtəlif bəhanələrlə aldatmışdır. Təqsirləndirilən şəxs pulunu geri qaytarmadığı üçün bu barədə Cəlilabad RPŞ-yə ərizə ilə müraciət etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs qanuni cəza təyin etməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs8 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. Səhhətində olan problemlərlə bağlı 2019-cu ildən pensiya almışdır. 2024-cü ilin sentyabr ayının sonlarında ona mərkəzi xəstəxanada sağaldığını, təxminən 2 ay sonra pensiyasının kəsiləcəyini bildirmişlər. Həmin vaxt xəstəxanaya gedib-gələrkən orada Təqsirləndirilən şəxsla tanış olmuşdur. Söhbət əsnasında Rasim pensiya məsələləri ilə bağlı işlərlə məşğul olduğunu, onun da gələcəkdə pensiyasını bərpa etdirə biləcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs bunun müqabilində ondan 2200 manat pul istəmişdir. O da Rasimlə razılaşmışdır. Təqsirləndirilən şəxs işə başlamaq üçün ilkin olaraq 300 manat pul lazım olacağını bildirmişdir. 07 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona göndərdiyi Beynəlxalq Banka məxsus 5522 0993 6048 9959 saylı plastik karta mobil telefonunda olan “Bir bank” tətbiqi vasitəsi ilə 300 manat pul göndərmişdir. 07 dekabr 2024-cü il tarixdə həmin kartına 600 manat, 10 dekabr 2024-cü il tarixdə həmin kartına 200 manat pul göndərmişdir. 11 dekabr 2024-cü il tarixdə əlavə olaraq Cəlilabad rayonu, Abışabad kəndində yerləşən “Rəşad” marketdə olan “Milliön” ödəmə terminalı vasitəsi ilə onun kartına 300 manat pul göndərmişdir. 2024-cü ilin dekabr ayının sonlarında isə Təqsirləndirilən şəxs kartına 50 manat pul göndərmişdir. Əlavə olaraq sonuncu dəfə 06 yanvar 2025-ci il tarixdə Rasimin ona göndərdiyi Beynəlxalq Banka məxsus 5522 0993 6048 9959 saylı plastik karta mobil telefonunda olan “Bir bank” tətbiqi vasitəsi ilə 50 manat pul göndərmişdir. O, ümumilikdə Təqsirləndirilən şəxs pensiya bərpa etdirəcəyi müqabilində 1500 manat pul vermişdir. Onun pensiyası kəsilmiş və sonra bərpa olmadığı üçün artıq aldadıldığını başa düşmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs pulunu istəməyə başlamış, lakin Təqsirləndirilən şəxs onu müxtəlif bəhanələrlə aldatmışdır. Təqsirləndirilən şəxs pulunu geri qaytarmadığı üçün bu barədə Cəlilabad RPŞ-yə ərizə ilə müraciət etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs qanuni cəza təyin etməsini xahiş edir. Şahid – Şahid2 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, o, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır. Onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. 2025-ci ilin fevral ayında Təqsirləndirilən şəxs söhbət əsnasında oğlu Həbibi işə düzəldə biləcəyini ona bildirmişdir. Bununla bağlı Həbib 27 fevral 2025-ci il tarixdə taksi kimi fəaliyyət göstərən qohumları Elgünə onları Cəlilabad rayonuna aparmasını xahiş etmişdir. O da razılaşaraq həmin gün saat 12 radələrində idarə etdiyi avtomobillə Həbiblə onu Cəlilabad RMX-nin qarşısına aparmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs onların avtomobilinə əyləşmişdir. Rasimlə söhbət etmişlər və Təqsirləndirilən şəxs Həbibi Cəlilabad RMX-ya mühafizəçi kimi işə düzəldəcəyini bildirmişdir. Onlar bunun müqabilində Təqsirləndirilən şəxsla 1050 manata razılaşmışlar. Söhbət əsnasında Rasim Elgünü də xəstəxanaya mühafizəçi kimi işə düzəldə biləcəyini bildirmişdir. Həmin vaxt Rasim ondan da 1050 manat pul istəmişdir. Həmin vaxt 70 manat Elgün, 70 manat da Həbib Rasimə pul vermişlər. Danışığa əsasən ümumi məbləğin yarısını əvvəlcədən verməli, yarısını da işə düzəldikdən sonra maaşdan çıxılacaqmış. Təqsirləndirilən şəxs onlara qalan pulu da vermələrini, başqa da işə düzəlmək istəyən olsa ona demələrini bildirmiş və oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs Elgünə nömrəsini bilmədiyi bank kart atmış və bu karta pulu göndərmələrini bildirmişdir. Masallı rayonunda olarkən Həbib Elgünə 450 manat pul verərək Rasimə göndərməsini xahiş etmişdir. Həmin gün Elgün 450 manat pulu Təqsirləndirilən şəxs göndərmişdir. Həbib ümumilikdə Rasimə onu işə düzəltdirəcəyi müqabilində 520 manat pul vermişdir. Həbibin işindən xəbər çıxmadığı üçün aldadıldıqlarını başa düşmüşlər və Təqsirləndirilən şəxs pulu istəməyə başlamışlar. Lakin, Təqsirləndirilən şəxs onu müxtəlif bəhanələrlə aldatmışdır. Şahid – Şahid3 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. 2025-ci ilin fevral ayının sonlarında söhbət əsnasında əmisi oğlu Şamil Cəlilabad rayonunda Rasim adlı şəxsin xəstəxanada mühafizəçi kimi iş düzəltdiyini bildirmişdir. Həmin ərəfələrdə onun qaynı Namik də özünə iş axtardığı üçün bu barədə Namikə demişlər. Buna cavab olaraq Namik və atası Vaqif Mirzəyev onların təklifinə razılıq vermişlər. Bundan sonra, X23 Yusubovla mobil telefon əlaqəsi saxlayıb, sonuncudan görüləcək işin müqabilində nə qədər pul lazım olduğunu soruşmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs həmin işin müqabilində ümumilikdə 1070 (bir min yetmiş) manat pul istədiyini, sözügedən məbləğdə olan pulun 570 (beş yüz yetmiş) manat olan hissəsinin əvvəlcədən ona verilməli olduğunu qeyd etmişdir. 27 fevral 2025-ci il tarixdə Namik, Şamil Kərimov, Vaqif Mirzəyev və o, birlikdə Təqsirləndirilən şəxsla görüşmək üçün Cəlilabad RMX-nın qarşısına gələrək orada Təqsirləndirilən şəxsla görüşmüşlər. Onlar həmin yerə çatan zaman Zərərçəkmiş şəxs5, sonuncunun atası Şahid2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və X5 Rasim Adil oğlu ilə görüşüb həmin yeri tərk edib çıxıb getmişlər. Həmin yerdə Təqsirləndirilən şəxsla görüşdükdən sonra aralarında olan danışıq zamanı o, Namiki Cəlilabad RMX-da mühafizəçi kimi işə düzəldəcəyini, 01 aprel 2025-ci il tarixdə işə başlayacağını vurğulayıb, ona 1070 (bir min yetmiş) manat pul lazım olduğunu deyib, həmin pulun 570 (beş yüz yetmiş) manat olan hissəsini qabaqcadan istəmiş, qalan 500 (beş yüz) manat pulu isə onlar işə başladıqdan sonra əmək haqları üzrə bank hesab kartından avtomatik çıxılacağını bildirmişdir. Namik və atası Vaqif Mirzəyev 570 manat pulu əvvəlcədən ödəyəcəkləri ilə razılaşmışlar. Həmin gün təxminən saat 14 radələrində Namik Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən dairə yaxınlığında görüşüb həmin məbləğdə pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin pul Namikə məxsus olmuşdur. Az bir müddət sonra Namik, atası Vaqif Mirzəyev, o və Şamil Kərimovla birlikdə oradan uzaqlaşıb yaşadıqları Masallı rayonuna çıxıb getmişlər. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs vədinə əməl etməmiş, Zərərçəkmiş şəxs2 570 (beş yüz yetmiş) manat pulunu ələ keçirmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmusu ilə təqsirələndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Yusubov X14 Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı 4 (dörd) ay 9 (doqquz) gün həbsdə qaldığı müddət nəzərə alınmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Cəlilabad rayon İcra və Probasiya şöbəsinin 01 iyun 2025-ci il tarixli, 41/2024-30-11 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsinə əsasən ona təyin olunmuş 2 (iki) il 3 (üç) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 18 aprel 2025-ci il tarixə 1 (bir) il 6 (altı) ay 16 (on altı) gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar, residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. İş materiallarında olan, Cəlilabad rayonu İHB-nin Cəlilabad şəhər İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş 30 aprel 2025-ci il tarixli arayışdan və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 30 dekabr 2007ci il təvəllüdlü Rüqəyya Yusubova, 31 yanvar 2010-cü il təvəllüdlü Əli Yusubov, 24 dekabr 2019-cu il təvəllüdlü Adil Yusubov adlı bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 18 aprel 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2025-ci il tarixdə saat 19:00-da Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 20 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsə almanın əvvəli 18 aprel 2025-ci il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə görə hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X12 təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə maddi sübut olan zərərçəkmiş şəxslər tərəfindən təqdim edilmiş qəbzlər cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı göstərdiyi 10 (on) saat hüquqi yardıma görə dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarı ilə müəyyən edilmiş hər iş saatı üçün 11 (on bir) manat hesab edilməklə, cəmi 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Cəlilabad rayon Vəkil Bürosunun Azərvaycan X6 filialındakı AZ49İBAZ-******************** əmanət hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəlilabad Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il 3 (üç) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 6 (altı) ay 16 (on altı) günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 9 (doqquz) ay 8 (səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə uyğun olaraq hazırki hökmlə ona təyin olunmuş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 18 aprel 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan zərərçəkmiş şəxslər tərəfindən təqdim edilmiş qəbzlər cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı göstərdiyi 10 (on) saat hüquqi yardıma görə dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarı ilə müəyyən edilmiş hər iş saatı üçün 11 (on bir) manat hesab edilməklə, cəmi 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Cəlilabad rayon Vəkil Bürosunun Azərvaycan X6 filialındakı AZ49İBAZ-******************** əmanət hesabına köçürülsün. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-98/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-98/2025
04.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver