Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-1/2022 24.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Şamaxı rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, Şamaxı şəhəri, Fələki küçəsi 16 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 yanvar 2021-ci il tarixdə Şamaxı rayonu Hacılı kəndi ərazisindəki X3 başlamaqla Həmyə kəndi istiqamətində “Kolin İnşaat-Turizm Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Şamaxı rayonu ərazisindəki inşaat düşərgəsinə kimi torpağın altı ilə 01 (bir) metr dərinlikdə çəkilmiş hər metrinin qiyməti 8 (səkkiz) manat olan 4000 (dörd min) metr uzunluqda D=160 millimetr ölçülü polietilen qaz borusunu qazıb çıxardaraq gizli olaraq talayıb aparmaq istəyərkən polis əməkdaşları hadisə yerinə gələrək qarşısını aldığından öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyib xeyli miqdarda, yəni 32000 (otuz iki min) manat dəyərində özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 2016-cı ildə “Polad” adlı şirkət Şamaxı rayonu Hacılı kəndindən Həmyə kəndinə kimi olan hissədə polietillen borulardan qaz xətti çəkmişdir. Onun də bundan məlumatı olmamışdır. Təxminən bir il yarım bundan əvvəl o, Qobustan rayonu ərazisində kafedə Doğan, Vüsal və Osman adlı şəxsin yanında boruların çıxarılması üçün Doğan Akçiçekə 3000 manat pul vermişdir ki, həmin boruları çıxartsın. Həmin borulardan bir hissəsini əvvəlcədən çıxartmış, 13 mart 2020-ci il tarixdə, saat 09 radələrində o, Şamaxı rayon avtovağzal dairəsi tərəfdə Namiq adlı traktor sürücüsü ilə danışıb Şamaxı rayonu Hacılı kəndi ərazisində torpağın 1 metr dərinliyində polietilen boruların qazılıb çıxarılmasını bildirmişdir. Belə ki, Namiq adlı şəxslə hər metr qazıntıya görə 1 manat pul verəcəyini razılaşdıqdan sonra həmin yerə o, Namiqlə birlikdə traktorla getmişdir. Bundan sonra Namiq traktorla həmin yeri göstərdiyi tərəfdən qazmışdır. Bundan sonra onu rayon polis şöbəsinə dəvət etmişlər. O, qeyd etmişdir ki, həmin polietilen boruların çıxarılmasını o bildirmiş, həmin boruları o, gələcəkdə satmaq istəmiş, lakin kimə satacağını dəqiqləşdirməmişdir. O, 3000 manat pulu konkret olaraq Doğan Akçiçekə vermişdir. Həmin vaxtı orada heç kim olmamışdır. Çünki həmin ərazi əkin sahələri hissədən keçir. Həmin boruları dəqiq hara aparmağı fikirləşməmiş, fikirləşmişdir ki, boruları çıxarıb sonra aparmaq üçün yer müəyyən edəcək. O, ümumilikdə 700 (yeddi yüz) metr polietilen boruları çıxarmaq istəmiş, lakin 82 metr və 65 metr olmaqla ümumi 147 metr uzunluqda borunu çıxarmış, təxminən 300 metrə yaxın hissədə isə boruların üstündəki torpaq qatı qazılsa da, borular çıxarılmamışdır. O, həmin polietilen borulardan heç kimə satmamış, çıxartdıqları borular hadisə yerinin yaxınlığında qalmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və himayəsində 2 azyaşlı uşağının olmasını, ailəsini dolandıran yeganə şəxsin o olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2 ifadə verib göstərdi ki, hazırda “Kolin İnşaat-Turizm Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin hüquqşünası vəzifəsində işləyir. İşlədiyi şirkət 2017-ci ilin dekabr ayından 2019-cu ilin dekabr ayına kimi Şamaxı-Muğanlı avtomobil yolunun dörd zolaqlı genişləndirilməsi layihəsini həyata keçirmişdir. Həmin müddətdə şirkət Şamaxı rayonu Hacılı kəndindəki Hacılı QPS-dən başlamaqla şirkətin işlərini həyata keçirdiyi Həmyə kəndindəki düşərgə sahəsinə kimi 19000 metr uzunluqda polietilen borudan qaz xətti çəkilmişdir. İşlədikləri müddətdə qaz xəttindən istifadə etmişlər. 2019-cu ilin dekabr ayında işləri yekunlaşdığı üçün hazırda Şabran rayonunda başqa bir layihə üçün işləyirlər. Şirkət Şamaxı rayonunda Muğanlı kəndinə işini yekunlaşdırandan sonra, həmin qaz xəttinin sökülüb götürülməsi məsələsi olsa da, həmin vaxtı belə bir qərara gəlinmişdir ki, gələcəkdə Muğanlı kəndindən avtomobil yolunun genişləndirilməsi layihəsi ola biləcəyi ehtimalına görə həmin qaz xətti sökülməsin və saxlanılsın. Lakin konkret olaraq nəzarət edilməsi barədə heç bir məlumatı olmamışdır. O, Şamaxı şəhər sakini olan Təqsirləndirilən şəxs tanımır, onun adını ilk dəfədir ki, eşidir. Təqsirləndirilən şəxs vermiş olduğu məlumat yalan məlumatlardır, onunla boruların çıxarılması barədə şirkətlərinin heç bir əməkdaşı heç bir razılıq etməmişdir və ondan heç bir məbləğdə pul almamışdır. Şahid4 və Osman adlı şəxs həmin vaxtlarda şirkətdə işləməmişlər. Ümumiyyətlə həmin polietilen boruların çıxarılması barədə heç bir razılıq verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, o, 2014cü ildən X4 “Ekskovator yükləyici JCB3CXSM” markalı, 10-Z-085 dövlət qeydiyyat nömrəli traktoru icarəyə sürmək üçün götürmüş, həmin traktor həm yükləyici, həm də qazıcı funksiyaları yerinə yetirmişdir. Belə ki, 13 yanvar 2021-ci il tarixdə günorta saatlarında o, Şamaxı rayon avtovağzalının yanında olmuş, bu vaxtı Təqsirləndirilən şəxs adlı şəxs yanına gəlib ona bildirmişdir ki, Şamaxı rayonu Hacılı kəndi ərazisində yerdən 1 metr dərinliyində polietilen turba çıxarılmalıdır və onunla danışıb razılaşmışdır ki, həmin turbanın qazılmasında hər metrə qazıntıya görə 1 manata razılaşmışlar. Beləliklə o, idarə etdiyi “Ekskovator yükləyici JCB3CXSM” markalı, 10-Z-085 dövlət qeydiyyat nömrəli traktoru Şamaxı rayonu Hacılı kəndi ərazisində Təqsirləndirilən şəxs göstərdiyi yerə sürmüşdür. Orada Familin göstərdiyi yerdə o, traktorla yeri 1 metr dərinliyə kimi qazmağa başlamış, o, qazmağa başladığı yerdən əvvəlki hissələri artıq qazılmış, o, təxminən 2-3 kilometr (2000-3000 metr) qədər uzunluqda 1 metr dərinliyi qazmış, traktorla qazdığı yerdə 1 metr dərinlikdə qara rəngdə polietilen turba olmuş, o, qazıntını aparmağa başlayanda Famil ona “işim var, sən qazıntını davam elə, mən bir qədər sonra gələcəm” sözlərini deyib çıxıb getmişdir. O, da qazıntı işinə davam etmişdir. Bu vaxtı polis əməkdaşları hadisə yerinə gəlmişlər və ondan nə səbəbə qazıntı işləri aparmağını soruşmuşlar. O da həmin ərazini Təqsirləndirilən şəxs sifarişi ilə traktorla qazdığını bildirmiş, polis əməkdaşları onu Polis Şöbəsinə dəvət etmişlər. O da izahat verib hadisəni olduğu kimi bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs 1 il olar ki, rayon sakini kimi tanıyır, onunla münasibəti həmişə yaxşı olub, aralarında ədavət və düşmənçiliyi olmamışdır. Belə ki, 13 yanvar 2021-ci il tarixdə, saat 12 radələrində Famil ona yaxınlaşaraq, Şamaxı rayonu Sabir qəsəbəsində traktor var, həmin traktorun sürücüsü ilə söhbəti olduğunu bildirib taksi kimi onu aparmasını bildirmişdir. O da Famillə razılaşmış və onlar birlikdə onun etibarnamə əsasında idarə etdiyi “VAZ-2107” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı şəhərindən rayonun Sabir qəsəbəsinə getmişlər. Onlar Sabir qəsəbəsinə çatdıqdan sonra əvvəllər tanımadığı bir evə getmiş, evin yanında traktor olmadığından Famil tanımadığı şəxsə zəng vurmuş, öz telefonunda pul olmadığından onun telefonu ilə zəng vurmuş, həmin vaxt Famil adını bilmədiyi şəxslə danışarkən ondan harada olmağını soruşmuş və bildirmişdir ki, “sənin evinin qarşısındayam”. Famil 1-2 dəqiqə danışdıqdan sonra telefonu söndürmüş və ona demişdir ki, “sür Bakı-Şamaxı- Yevlax avtomobil yolunun kənarına, traktor sürən də ora gələcək”. Onlar avtomobil ilə yolun kənarına çatdıqdan sonra Famil bir daha həmin traktor sürücüsünə zəng vurmuş və danışarkən traktor sürücüsü Familə bildirmişdir ki, çatır. Qısa bir vaxtdan sonra sarı rəngdə olan ekskovator traktoru Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Bakı şəhəri istiqamətində maşını saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobildən düşərək traktora yaxınlaşmış, 5-10 dəqiqə sürücü ilə söhbət etdikdən sonra Famil geri, yəni onun idarə etdiyi avtomobilə qayıdaraq ona bildirmişdir ki, “sür evimizin yanına”. O da avtomobili Familgilin yaşadığı evin yanına sürmüş, Famil avtomobildən düşüb evlərinə gedib 4-5 dəqiqə sonra əlində yemək çantası ilə birlikdə geri qayıtmışdır. Bundan sonra onlar Şamaxı şəhərində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinə getmiş, orada Famil ona taksi kimi 25 manat yol pulunu vermiş, həmin vaxt o, Famildən hara getməyini soruşduqda, Famil ona bildirmişdir ki, “Şamaxı rayonu Qızmeydan kəndi yaxınlığında Hacılı kəndinə gedəcəyik”. O da idarə etdiyi avtomobilə 15 manatlıq yanacaq doldurmuş və onlar yanacaqdoldurma məntəqəsindən çıxarkən Famil üzdən tanıdığı Tural adlı şəxsə zəng vurmuş və ona demişdir ki, “çıx yola gəlirəm”. O da avtomobili Şamaxı rayonu ərazisində yerləşən Şahandağ qəbiristanlığının yaxınlığında həmin Tural adlı şəxsi götürdkdən sonra Famil dediyi kəndə, yəni Hacılı kəndinə getmişdir. Onlar yolda gedərkən Familin Sabir qəsəbəsində danışdığı traktor sürücüsü artıq yolda olmuş və onlar traktoru keçib getmişdir. Oraya çatdıqdan sonra traktorçu da onların yanına çatmış, Familin evlərindən götürdüyü yemək çantasını açaraq yemək yeməyə başlamışlar. Yemək yediyi zaman söhbət əsnasında Famil traktorçuya demişdir ki, “sən yeməyini ye, get işinə başla”. Traktorçu onlardan ayrılaraq işini görməyə getmişdir, o da Familə demişdir ki, “mənlik işin yoxdursa, mən də gedim Şamaxıya”. Həmin vaxt Famil ona demişdir ki, “biz də yəni, Tural və o özü Şamaxıya qayıdırlar”. Onlar birlikdə avtomobilə oturmuş və Şamaxı şəhərinə qayıtmışlar. O, Familin sifarişi ilə həmin əraziyə avtomobili ilə gedərkən Familin nə səbəbdən həmin yerdə qazıntı işləri apartdırmasını soruşmamış, Famil də ona bu barədə deməmişdir. Famil Turalı yol yoldaşı olmaq üçün dəvət etmiş, Famil və Tural qazıntı işi ilə bağlı aralarında heç bir söz danışmamış, Tural da qazıntı işi ilə bağlı Famildən heç nə soruşmamış, onlar ancaq öz aralarında söhbət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadə verib göstərdi ki, hazırda “Kolin İnşaat-Turizm Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin memarı vəzifəsində işləyir. İşlədiyi şirkət 2017-ci ilin dekabr ayından 2019-cu ilin dekabr ayına kimi Şamaxı-Muğanlı avtomobil yolunun dörd zolaqlı genişləndirilməsi layihəsini həyata keçirmişdir. Həmin müddətdə şirkətləri Şamaxı rayonu Hacılı kəndindəki Hacılı QPS-dən başlamaqla şirkətin işlərini həyata keçirdiyi Həmyə kəndindəki düşərgə sahəsinə kimi 19000 metr uzunluqda polietilen borudan qaz xətti çəkilmişdir. İşlədikləri müddətdə qaz xəttindən istifadə edilmiş, 2019-cu ilin dekabr ayında işləri yekunlaşmışdır. Hazırda Şabran rayonunda başqa bir layihə üçün işləyirlər. Şirkət Şamaxı rayonunda Muğanlı kəndinə kimi işini yekunlaşdırandan sonra, həmin qaz xəttinin sökülüb götürülməsi məsələsi olsa da, həmin vaxtı belə bir qərara gəlinmişdir ki, gələcəkdə Muğanlı kəndindən avtomobil yolunun genişləndirilməsi layihəsi ola biləcəyi ehtimalına görə həmin qaz xətti sökülməsin və saxlanılsın. Lakin konkret olaraq nəzarət edilməsi barədə heç bir məlumatı yoxdur. O, Şamaxı şəhər sakini olan Təqsirləndirilən şəxs tanımır, onun adını ilk dəfədir ki, eşidir. Təqsirləndirilən şəxs həmin qaz xəttinin kəsilib götürülməsi üçün onlara, yəni Vüsal adlı şəxsə və Orman adlı şəxsə 3000 manat pul verməsi yalan məlumatlardır. O, Famili tanımamış, onunla boruların çıxarılması barədə heç bir razılıq etməmiş və ondan heç bir məbləğdə pul almamışdır. Şahid4 həmin vaxtlarda şirkətdə inşaat mühəndisi işləmişdir. Orman adlı şəxsi isə tanımır. Ümumiyyətlə həmin polietilen boruların çıxarılması barədə heç bir razılıq verilməmişdir. Şahid4 məhkəməyə teleqram göndərərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Şahid4 məhkəməyə gəlmədiyindən onun məhkəməyədək istintaq zamanı verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində iş üzrə şahid qismində dindirilmiş X11 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid2 Oktay oğlu məhkəməyə gəlmədiyindən onun məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan edilmiş, o, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 15 il olar ki, tanıyır. Belə ki, dəfələrlə Famil onu hər hansı bir fəhləlik işi ilə bağlı çağırmışdır, o da gündəlik pul qarşılığında Familin özü və atası Faiq üçün müxtəlif fəhləlik işləri görmüş, münasibətləri də yaxşı olmuş, demək olar ki, çox vaxtı Famil ilə birlikdə olmuşdur. 13 yanvar 2021-ci il tarixdə günorta saatlarında Famil ona zəng edib evdə olduğunu bilib onun qapıya çıxmağını bildirmiş, o da qapıya çıxmış, Famil bir taksi avtomobili ilə gələrək onunla görüşmüş və o avtomobilə əyləşmiş, Famil demişdir ki, “gedək Qızmeydana, orada traktor işi görürük, yemək-çay aparaq mənimlə yol yoldaşı ol”. O da Famillə dost olduğu üçün onunla yol yoldaşı olmaq barədə təklifini qəbul edib taksi avtomobili ilə Şamaxı rayonu Qızmeydan kəndinin yaxınlığındakı Hacılı kəndinə getmiş, orada boş sahədə 1 metr dərinliyi qazan traktor sürücüsünü görmüş, sürücü traktoru saxlayıb çay içmiş, Famil gətirdiyi yeməyi traktor sürücüsünə vermiş, sürücü də yeməkdən yemişdir. Onlar da oradan çıxıb Şamaxıya qayıdanda Hacılı kəndində Famil bir nəfər tanımadığı şəxslə görüşüb söhbət etmiş, sonra da rayon mərkəzinə qayıtmışlar. Axşam vaxtı eşitmişdir ki, Famil boru oğurluğuna görə tutulub. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi polietilen boruları kəsməmişdir. Famil əvvəllər ona hər hansı bir iş görülməsi üçün sifariş verib, o da işinə görə verilən pul qarşılığında müəyyən işlər görmüşdür, lakin həmin boruları kəsməmişdir. O, Famillə Hacılı kəndinə gedəndə polietilen boruların qazıldığı yerdə traktor sürücüsündən başqa heç kimi və başqa nəqliyyat vasitəsi görməmişdir. Təqsirləndirilən şəxs həmin polietilen borulardan başqa kimlər vasitəsi ilə çıxarılması, hansı nəqliyyat vasitələrindən istifadə edilməsi, həmin borulardan haralara satılması barədə ona heç nə bildirməmişdir. O, sadəcə Famillə yol yoldaşı kimi həmin yerə getmişdir. O, Famildən nə məqsədlə qazıntı aparılması və digər bu kimi məlumatlar barədə soruşmamış, onlar yolda olarkən ancaq özlərinə aid söhbət etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və zərərçəkmiş şəxs qismində tanınması haqqında” 14 yanvar 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi başlanılmış və cinayət işi araşdırma aparılması üçün icraata qəbul olunmuşdur. Eləcə də, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmış Zərərçəkmiş şəxs1 iştirakı ilə hadisə yerinə baxış keçirilərkən polietilen boruların gizli olaraq talanmağa cəhd edildiyi, yəni aparılmadığı, həmin boruların uzunluğunun 4000 (dörd min) metr uzunluqda olduğu müəyyən edilmiş və hadisə yerinin fotoşəkilləri çəkilmiş, protokol tərtib edilmişdir. “Baxış keçirilməsi haqqında” 13 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Şamaxı rayonu, Hacılı kəndinə aid əkin sahələri ərazisidir. Hadisə yerində X7 yaxın ərazidə çıxarılmış vəziyyətdə uzunluğu 82 metr və 65 metr uzunluqda 2 ədəd polietilen borunun olması, bir qədər aralıda isə təxminən bir metr dərinliyində qazıntı işlərinin aparılması və qazıntının çıxarılmış boru ilə birlikdə 4000 (dörd min) metr uzunluqda davam etdiyi müəyyən edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 13 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2021-ci il tarixdə saat 20:05 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Cinayət əməlinin tövsif olunması haqqında” 15 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.3.2-ci maddələrinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 15 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı rayon Məhkəməsinin 15 yanvar 2021-ci il tarixli 4(074)-4/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Əşyaların qiymətləndirilməsi haqqında “NİHAD” İstesalat Kommersiya firması tərəfindən verilmiş 16.01.2021-ci il tarixli 15 nömrəli mütəxəssis rəyindən görünür ki, “təqdim olunmuş diametri 160 mm, divarın qalınlığı 11 mm polietilen qaz borusunun 1 metrinin 8 (səkkiz manat) AZN dəyərində qiyməti müəyyən edilmişdir”. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 08 fevral 2021-ci il tarixli 74 saylı məktubundan görünür ki, Şamaxı şəhəri, Fələki küçəsi 16 saylı evdə qeydiyyatda olan və yaşayan xx xxxxxx 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Şamaxı RMX-nın Ruhi-əsəb və Narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 fevral 2021-ci il tarixli arayışından və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı 1988-ci il təvəllüdlü X5, qızları 2008-ci il təvəllüdlü X8 və 2011-ci il təvəllüdlü X2 ilə Şamaxı şəhəri, Fələki küçəsi 16 saylı evdə yaşayır. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən tələbnaməyə alınmış 21 fevral 2021-ci il tarixli cavabından görünür ki, Bakı şəhəri, Nizami RPİ tərəfindən məsuliyyətə cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə olan cinayət işi məhkəməyə göndərilmişdir. “Baxış keçirilməsi haqqında” 24 fevral 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı X17 Məntəqəsindən başlamaqla Həmyə kəndi istiqamətində polietilen boru xəttinin yerin altında olan 4000 (dörd min) metr uzunluqda hissəsi qazılmaqla həmin hissənin 82 metr və 65 metr hissələri çıxarılmış və qazıntı yerinin yaxınlığında torpağın üstündə qalmış, hissəsi isə qazıntı olan yerin bir metr dərinliyində qaldığı müəyyən edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin 01.03.2021-ci il tarixli 9/979 saylı ekspert rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində Respiblikada yerləşən inşaat materiallarının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, tədqiq edilən bir metr diametri 160 mm, divarın qalınlığı 11 mm polietilen qaz borusunun hazırki istismar edilmiş vəziyyətdə, 13 yanvar 2021-ci il tarixdə təxminən altı il istismarda olduğunu nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 8 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. “Cinayət əməlinin tövsif olunması haqqında” 01 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.3.2-ci maddələrindən həmin Məcəllənin 29, 177.2.4-cü maddəsinə tövsif edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir.. Şamaxı rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 4(074)-29/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Şamaxı rayon Məhkəməsinin 15 yanvar 2021-ci il tarixli 4(074)-4/2021 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. “Sübutların qiymətləndirilməsi barədə” 23 mart 2021-ci il tarixli qərardan görünür ki, cinayətin predmeti olan 4000 (dörd min) metr uzunluqda polietilen boru xətti cinayət işi üzrə maddi sübut kimi tanınaraq “Kolin İnşaat-Turizm Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin balansında saxlanılmışdır. Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli 1(007)-54/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 23 sentyabr 2020ci il tarixdən 25 sentyabr 2020-ci il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırırlmasının iki gününə hesablayaraq, üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 21.10.2021-ci il tarixli, 1(103)-1473/2021 saylı qərarından görünür ki, zərərçəkmiş şəxs X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli 1(007)- 54/2021 saylı hökmü verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 06 yanvar 2022-ci il tarixli 104-2296/5 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 1(007)-54/2021 saylı 09 iyul 2021-ci il tarixli hökmü 06 yanvar 2022ci il tarixdə şöbənin icraatına daxil olmuş və məhkum həmin tarixdə qeydiyyata götürülmüşdür. Şamaxı rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Şamaxı rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 7(074)-8/2022 saylı qərarından görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-54/2021 saylı 09 iyul 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 il azaldılmışdır. Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 23 fevral 2022-ci il tarixli 104-2296/5 saylı məktubdan görünür ki, şöbənin icraatında olan məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 1(007)-54/2021 saylı 09 iyul 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 10 ay 9 gün təşkil edir. Şamaxı rayon Polis Şöbəsinin 23 fevral 2022-ci il tarixli 188-2637-1222 saylı məktubdan görünür ki, Şamaxı RPŞ-nin İstintaq Bölməsində istintaq edilmiş ********* nömrəİ cinayət işi üzrə, zərərçəkmiş şəxs qismində tanınmış “Kolin İnşaat-Turizm Sanayi vs Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin hüquqşünası işləyən, zərərçəkmişin nümayəndəsi qismində cinayət prosesinə buraxılmış Zərərçəkmiş şəxs1 iştirakı ilə Şamaxı rayonu Hacılı kəndi ərazisində hadisə yerində baxış keçirilmiş, cinayətin predmeti olan əmlakın, yəni 4000 (dörd min) metr uzunluqda polietilen borunun hadisə yerində qalması - oğurlanmağa cəhd edilməsi müəyyən edilmiş, əmlakın hadisə yerindən aparılmadığı müəyyən edildiyindən baxış zamanı həmin borular götürülüməmiş və qeyd edilən boru xətti zərərçəkmişin balansında saxlanılmışdır. Həmin boru xəttinin sonradan oğurlanması ilə bağlı, Şamaxı RPŞ-nə əlavə müraciət daxil olmamış, eləcə də digər 15000 metr uzunluqda polietilen boru xəttinin müəyyən edilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin, habelə şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğnluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, öhdəsində 2 yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, ailəsinin yeganə qazan gətirən şəxsi olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Lakin məhkəmə təqsirləndirilən şəxsin əvvəl də qəsdən cinayət törətməyə görə bir dəfə məhkum edilməsini və islah olunmadan yenidən qəsdən cinayət törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirir. Bununla belə, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırıması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli 1(074)-54/2021 saylı hökmü ilə ona təyin edilmiş və amnistiya qərarı tətbiq edildikdən sonra qeydiyyata düşdüyü gündən qalan 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs 13 yanvar 2021-ci il tarixdən 02 mart 2021-ci il tarixədək həbsdə və 02 mart 2021-ci il tarixdən 06 yanvar 2022-ci il tarixədək ev dustaqlığında saxlanılmışdır. Odur ki, məhkəmə hesab edir ki, onun həbs yerində saxlanıldığı iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalı, üzərlərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 4000 metr borunun “Kolin İnşaat-Turizm Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin balansında saxlanılması nəzərə alınmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** SFİFT BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CM-nin 29, 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli 1(074)-54/2021 saylı hökmü ilə ona təyin edilmiş və amnistiya qərarı tətbiq edildikdən sonra qeydiyyata düşdüyü gündən qalan 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin, o, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 13 yanvar 2021-ci il tarixdən 06 yanvar 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 11 ay 23 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 1 il 11 ay 16 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1(bir) il 14(on dörd gün) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli məhkumun Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı 06 yanvar 2022-ci il tarixindən hesablansın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 4000 metr borunun “Kolin İnşaat-Turizm Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin balansında saxlanılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Azərbaycan Respublikası CM-nin 29, 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-1/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-1/2022
24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver