Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-1/2024 07.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X17 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, müdafiəçilər - İsmayıllı Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1986-cı il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 1 (bir) il 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasını çəkib qurtarmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 29.177.2.1, 29.177.2.2, 29.177.2.4, 177.2.1 və 177.2.2-ci maddələri ilə, xx.xx.1981-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Qobustan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını çəkib qurtarmamış, ünvan 2 ünvanda qeydiyyatda olan, hazırda Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.177.2.1, 29.177.2.2, 29.177.2.4, 177.2.1 və 177.2.2-ci maddələri ilə, xx.xx.1987-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.177.2.1, 29.177.2.2, 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgə əmlakını ələ keçirmək məqsədilə, tanışı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, Şamaxı Rayon Mərkəzi Xəstəxanasında yüksək vəzifədə tanışları olması barədə yalan məlumatlar yayaraq, özləri haqqında etibar edilə bilinəcək şəxs imici formalaşdırıb, ayrıayrı şəxslərin etibarını qazanmaqla, dələduzluq yolu ilə, özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə niyyətini həyata keçirmək üçün, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, onun gəlini X2 Şamaxı Rayon Mərkəzi Xəstəxanasında işlə təmin olunacağına dair yalan vədlər verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, ondan Şamaxı şəhəri, Əliyarbəyov küçəsində yerləşən yaşadığı evin qarşısında 2021-ci ilin aprel ayında iki dəfəyə ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində pul aldıqdan sonra, həmin pulu aralarında bölüb şəxsi ehtiyacları üçün xərcləməklə, Zərərçəkmiş şəxs1 məxsus 2500 (iki min beş yüz) manat məbləğində pulu, yəni özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin xeyli miqdarda əmlakını gizli yolla talama məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə, Şamaxı rayonu, Mədrəsə qəsəbəsi ərazisində yerləşən X20 İstismarı İdarəsinin Şamaxı xidmət sahəsinin balansında olan, istismardan çıxarılmış, Mədrəsə qaz paylayıcı stansiyasından rayonun Kərkənc kəndini əvvəllər qazla təmin etmiş diametri 159 millimetrlik dəmir materialdan hazırlanmış 01 (bir) metri 24 (iyirmi dörd) manat dəyərində olan qaz boru xəttinin 460 (dörd yüz altmış) metr uzunluqda olan hissəsini qaynaq və digər kəsici alətlərlə kəsərək, həmin borunun 2640 (iki min altı yüz qırx) manat dəyərində 110 (bir yüz on) metr uzunluqda olan hissəsini istifadələrində olan dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan “QAZ 31029” markalı avtomobilə yükləyib apardıqdan sonra, 8400 (səkkiz min dörd yüz) manat dəyərində 350 (üç yüz əlli) metr uzunluqda olan hissəsi Mədrəsə qaz paylayıcı stansiyasının əməkdaşları tərəfindən aşkar edilərək, hüquqmühafizə orqanlarına məlumat verilməklə hadisə yerindən götürüldüyündən, bilavasitə cinayəti törətməyə yönəlmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, zərərçəkmiş şəxs X20 İstismarı İdarəsinin Şamaxı xidmət sahəsinə məxsus 11040 (on bir min qırx) manat dəyərində özgənin əmlakını gizli olaraq talamağa, yəni oğurlamağa cəhd etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla talama məqsədi ilə, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Şamaxı rayonu, Adnalı kəndi ərazisində yerləşən "xxxx" ASC-nin “X3 Şəbəkəsi” MMC-nin X14 balansında olan Ağsu hava X8nin istismardan çıxarılmış, 2500 (iki min beş yüz) manat dəyərində 403 saylı anker dayağını bütövlükdə, 399 saylı anker dayağının isə 1250 (bir min iki yüz əlli) manat dəyərində olan yarı hissəsini qaynaq və digər kəsici alətlərlə doğrayıb, kiçik ölçülərə gətirməklə, istifadələrində olan dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan “QAZ 31029” markalı avtomobilə yükləyib aparmaqla, satışından əldə etdikləri gəliri aralarında bölüşdürərək, ümumilikdə zərərçəkmiş şəxs “X3 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 3750 (üç min yeddi yüz əlli) manat dəyərində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla talama məqsədi ilə, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə, vahid niyyətlə əhatə olunan qəsdlə, Şamaxı rayonu Adnalı kəndi ərazisində yerləşən "xxxx" Açıqtipli Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan istismardan çıxarılmış, 2500 (iki min beş yüz) manat dəyərində olan 88 saylı anker dayağını bütövlükdə və 90 saylı anker dayağının isə 1250 (bir min iki yüz əlli) manat dəyərində olan yarı hissəsini qaynaq və digər kəsici alətlərlə doğrayıb, kiçik ölçülərə gətirdikdən sonra, istifadələrində olan dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan “QAZ 31029” markalı avtomobillə bir neçə dəfəyə həmin materialın 3350 (üç min üç yüz əlli) manat dəyərində 3350 (üç min üç yüz əlli) kiloqramını yükləyib aparsalar da, yerdə qalan 400 (dörd yüz) manat dəyərində olan 400 (dörd yüz) kiloqram dəmir materialını xx.xx.2022-ci il tarixdə axşam saatlarında yenidən “QAZ 31029” markalı аvtomobilə yükləyib apararkən, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar edilərək, rayon polis şöbəsinə gətirildiklərindən, bilavasitə cinayəti törətməyə yönəlmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ümumilikdə 3750 (üç min yeddi yüz əlli) manat dəyərində özgənin əmlakını gizli olaraq talamаğa, yəni oğurlamağa cəhd etmişdir. Bundan əlavə o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla talama məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Şamaxı rayonu, Zarat Xeybəri kəndi ərazisində yerləşən “Azəriqaz” İstehsalat Birliyinin Təmir-tikinti idarəsinə məxsus, istismarda olmayan qaz xəttinə qoruyucu kimi istifadə edilən (giliz) diametri 219 millimetr ölçüdə olan, 86,5 (səksən altı tam onda beş) metr uzunluğunda olan hissəsini oğurlayıb, istifadələrində olan dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan “QAZ 31029” markalı avtomobilə yükləyib aparmaqla, satışından əldə etdikləri gəliri aralarında bölüşdürərək, zərərçəkmiş şəxs “Azəriqaz” İstehsalat Birliyinin Təmir-tikinti idarəsinə məxsus 386.95 (üç yüz səksən altı manat doхsan beş qəpik) manat dəyərində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, tamah niyyəti ilə, özgənin xeyli miqdarda əmlakını gizli yolla talama məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə, Şamaxı rayonu, Mədrəsə qəsəbəsi ərazisində yerləşən X20 İstismarı İdarəsinin Şamaxı xidmət sahəsinin balansında olan, istismardan çıxarılmış, Mədrəsə qaz paylayıcı stansiyasından rayonun Kərkənc kəndini əvvəllər qazla təmin etmiş, diametri 159 millimetrlik dəmir materialdan hazırlanmış 01 (bir) metri 24 (iyirmi dörd) manat dəyərində olan qaz boru xəttinin 460 (dörd yüz altmış) metr uzunluqda olan hissəsini qaynaq və digər kəsici alətlərlə kəsərək, həmin borunun 2640 (iki min altı yüz qırx) manat dəyərində 110 (bir yüz on) metr uzunluqda olan hissəsini istifadələrində olan dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan “QAZ 31029” markalı avtomobilə yükləyib apardıqdan sonra, 8400 (səkkiz min dörd yüz) manat dəyərində 350 (üç yüz əlli) metr uzunluqda olan hissəsi Mədrəsə qaz paylayıcı stansiyasının əməkdaşları tərəfindən aşkar edilərək, hüquq-mühafizə orqanlarına məlumat verilməklə hadisə yerindən götürüldüyündən, bilavasitə cinayəti törətməyə yönəlmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, zərərçəkmiş şəxs X20 İstismarı İdarəsinin Şamaxı xidmət sahəsinə məxsus 11040 (on bir min qırx) manat dəyərində özgənin əmlakını gizli olaraq talamağa, yəni oğurlamağa cəhd etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla talama məqsədi ilə, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Şamaxı rayonu, Adnalı kəndi ərazisində yerləşən "xxxx" Açıqtipli Səhmdar Cəmiyyətinin “X3 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X14 balansında olan Ağsu hava X8nin istismardan çıxarılmış, 2500 (iki min beş yüz) manat dəyərində 403 saylı anker dayağını bütövlükdə, 399 saylı anker dayağının isə 1250 (bir min iki yüz əlli) manat dəyərində olan yarı hissəsini qaynaq və digər kəsici alətlərlə doğrayıb, kiçik ölçülərə gətirməklə, istifadələrində olan dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan “QAZ 31029” markalı avtomobilə yükləyib aparmaqla, satışından əldə etdikləri gəliri aralarında bölüşdürərək, ümumilikdə zərərçəkmiş şəxs “X3 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 3750 (üç min yeddi yüz əlli) manat dəyərində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla talama məqsədi ilə, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə vahid niyyətlə əhatə olunan qəsdlə, Şamaxı rayonu Adnalı kəndi ərazisində yerləşən "xxxx" Açıqtipli Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan, istismardan çıxarılmış, 2500 (iki min beş yüz) manat dəyərində olan 88 saylı anker dayağını bütövlükdə və 90 saylı anker dayağının isə 1250 (bir min iki yüz əlli) manat dəyərində olan yarı hissəsini qaynaq və digər kəsici alətlərlə doğrayıb kiçik ölçülərə gətirdikdən sonra, istifadələrində olan dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan “QAZ 31029” markalı avtomobillə bir neçə dəfəyə həmin materialın 3350 (üç min üç yüz əlli) manat dəyərində 3350 (üç min üç yüz əlli) kiloqramını yükləyib aparsalar da, yerdə qalan 400 (dörd yüz) manat dəyərində olan 400 (dörd yüz) kiloqram dəmir materialını xx.xx.2022-ci il tarixdə axşam saatlarında yenidən “QAZ 31029” markalı аvtomobilə yükləyib apararkən, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar edilərək, rayon polis şöbəsinə gətirildiklərindən, bilavasitə cinayəti törətməyə yönəlmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərə görə, başa çatdıra bilməyərək, zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ümumilikdə 3750 (üç min yeddi yüz əlli) manat dəyərində özgənin əmlakını gizli olaraq talamаğa, yəni oğurlamağa cəhd etmişdir. Bundan əlavə o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla talama məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Şamaxı rayonu, Zarat Xeybəri kəndi ərazisində yerləşən “Azəriqaz” İstehsalat Birliyinin Təmir-tikinti idarəsinə məxsus, istismarda olmayan qaz xəttinə qoruyucu kimi istifadə edilən (giliz) diametri 219 (iki yüz on doqquz) millimetr ölçüdə olan 86,5 (səksən altı tam onda beş) metr uzunluğunda olan hissəsini oğurlayıb, istifadələrində olan dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan “QAZ 31029” markalı avtomobilə yükləyib aparmaqla, satışından əldə etdikləri gəliri aralarında bölüşdürərək, zərərçəkmiş şəxs “Azəriqaz” İstehsalat Birliyinin Təmir-tikinti idarəsinə məxsus 386.95 (üç yüz səksən altı manat doхsan beş qəpik) manat dəyərində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Həmçinin, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 verilmiş ittihama əsasən, o, tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla talama məqsədi ilə, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə, Şamaxı rayonu, Adnalı kəndi ərazisində yerləşən "xxxx" Açıqtipli Səhmdar Cəmiyyətinin “X3 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X14 balansında olan Ağsu hava X8nin istismardan çıxarılmış, 2500 (iki min beş yüz) manat dəyərində 403 saylı anker dayağını bütövlükdə, 399 saylı anker dayağının isə 1250 (bir min iki yüz əlli) manat dəyərində olan yarı hissəsini qaynaq və digər kəsici alətlərlə doğrayıb, kiçik ölçülərə gətirməklə, istifadələrində olan dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan “QAZ 31029” markalı avtomobilə yükləyib aparmaqla, satışından əldə etdikləri gəliri aralarında bölüşdürərək, ümumilikdə zərərçəkmiş şəxs “X3 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 3750 (üç min yeddi yüz əlli) manat dəyərində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla talama məqsədi ilə, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə, vahid niyyətlə əhatə olunan qəsdlə, Şamaxı rayonu Adnalı kəndi ərazisində yerləşən "xxxx" Açıqtipli Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan, istismardan çıxarılmış, 2500 (iki min beş yüz) manat dəyərində olan 88 saylı anker dayağını bütövlükdə və 90 saylı anker dayağının isə 1250 (bir min iki yüz əlli) manat dəyərində olan yarı hissəsini qaynaq və digər kəsici alətlərlə doğrayıb, kiçik ölçülərə gətirdikdən sonra, istifadələrində olan dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan “QAZ 31029” markalı avtomobillə, bir neçə dəfəyə həmin materialın 3350 (üç min üç yüz əlli) manat dəyərində 3350 (üç min üç yüz əlli) kiloqramını yükləyib aparsalar da, yerdə qalan 400 (dörd yüz) manat dəyərində olan 400 (dörd yüz) kiloqram dəmir materialını xx.xx.2022-ci il tarixdə axşam saatlarında yenidən “QAZ 31029” markalı аvtomobilə yükləyib apararkən, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar edilərək, rayon polis şöbəsinə gətirildiklərindən, bilavasitə cinayəti törətməyə yönəlmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ümumilikdə 3750 (üç min yeddi yüz əlli) manat dəyərində özgənin əmlakını gizli olaraq talamаğa, yəni oğurlamağa cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, 2021-ci ilin noyabr ayında o, tanışı Şahid2 1000 manat pul istəmişdir. Qüdrət isə ona bildirmişdir ki, Zərərçəkmiş şəxs1 adlı qadının gəlinini Şamaxı Rayon Mərkəzi Xəstəxanasına işə düzəltmək lazımdır, əgər ona köməklik edə bilərsə, desin gedib, Zərərçəkmiş şəxs1 1000 manat pul götürsün. O da, pul lazım olduğu üçün, razılıq vermiş və o, Zərərçəkmiş şəxs1 ilə telefon vasitəsi ilə danışdıqdan sonra, həmin qadının ünvanına gedərək, bir nəfər şəxsdən 960 (doqquz yüz altmış) manat pul almışdır. Lakin, onun Şamaxı Rayon Mərkəzi Xəstəxanasında hər hansısa bir tanışı olmadığından, Qüdrətə verdiyi sözə əməl etməmiş və maddi vəziyyəti yaxşı olmadığından, götürdüyü pulu geri qaytara bilməmişdir. Hazırda isə o və tanışı Şahid2 iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs1 dəymiş ziyanı tam olaraq ödəmişlər, o, zərərçəkmiş şəxslə barışmış və eyni zamanda, dəymiş ziyanın 25 faizini dövlət büdcəsinə ödəmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə idarə etdiyi “QAZ 31029” markalı avtomobillə Şamaxı rayonu Mədrəsə qəsəbəsinə getmiş və həmin ərazidə sahibsiz olan dəmir borulara baxış keçirərək, özü ilə apardığı qaynaq aparatı ilə həmin dəmir boruları kəsməyə başlamışdır. Onlar həmin dəmir boruları kəsdikcə, hissə-hissə “QAZ 31029” markalı avtomobilə yükləyərək, Şamaxı rayonunda yerləşən heyvan bazarının yaxınlığındakı aralıqlara gətirib boşaltmışdırlar ki, daha sonra həmin dəmir boruları yük avtomobilinə yükləyib, aparıb Bakı şəhərində satsınlar. Təqsirləndirilən şəxs2 Bakı şəhərinə gedib, həmin dəmirləri satdıqdan sonra, növbəti gün Şamaxı şəhərinə gələcəyini bildirdiyindən o, həmin gün axşam saatlarında həmin əraziyə baxmaq istəmiş, çünki onlar orada kəsdikləri dəmir borularının hamısını yükləyib aparıb satmamışdırlar. Bu səbəbdən də, o, dostu Şahid7 məxsus “VAZ-2102” markalı avtomobil ilə digər dostu Tural Səlimov ilə birlikdə Şamaxı rayonu Mədrəsə qəsəbəsi ərazisinə getmişdir. Həmin vaxt qırmızı rəngli “VAZ 2109” markalı avtomobillə 2 nəfər tanımadığı şəxs onların yanına yaxınlaşmışdır. Həmin şəxslərdən biri özünü Qaz idarəsinin işçisi kimi təqdim edərək, ərazidən qaz idarəsinə məxsus boruların oğurlandığını bildirmişdir. O da, həmin şəxsə hər hansısa bir oğurluqdan məlumatının olmamasını demişdir. Həmin vaxt qaz idarəsinin işçisi artıq polis əməkdaşlarına məlumat verdiyini və polislərin gələcəyini söyləmişdir. Onlarda razılaşmış və polis əməkdaşlarının gəlməsini gözləmişdirlər. Qısa bir vaxtdan sonra polis əməkdaşları gəlmiş və onları Şamaxı Rayon Polis Şöbəsinə aparmışdırlar. Bundan başqa, xx.xx.2022-ci il tarixdə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə Şamaxı rayonunun Adnalı kəndinin ərazisinə gedərək, yerə yıxılmış vəziyyətdə olan dəmir dirəkləri götürmək istəmişdirlər. Həmin dəmir dirəklər istismardan çıxarılmışdır. Onlar həmin gecə özləri ilə apardıqları elektrik dəmir kəsən mişar ilə həmin dəmir dirəklərdən balacasının birini və bir yarımını doğrayıb, avtomobilə yükləyərək, Şamaxı şəhərində heyvan bazarının yaxınlığındakı boş əraziyə gətirib yığmışdırlar. Həmin dəmir dirəkləri onlar “QAZ 31029” markalı avtomobil ilə aparmışdırlar. Həmin avtomobilə maksimum 600-700 kq dəmir yükləmək olur. Onlar həmin dəmirləri təxminən 7 dəfəyə aparmışdırlar. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə “QAZ 31029” markalı avtomobillə Zaratxeybəri kəndinə getmişdir. Onlar lazımsız olan dəmir olduğu təqdirdə, götürüb satmaq fikrində olmuşdurlar. Onlar həmin ərazidə olan zaman, təxminən 10 ədəd hər birinin uzunluğu təxminən 3 metr olan köhnə dəmir boruların olduğunu görüb, onları Tural ilə birlikdə avtomobilə yükləyib, sonradan Bakı şəhərinə apararaq, dəmir alqı-satqısı ilə məşğul olan tanımadığı şəxsə ümumilikdə 300 manata satmışdırlar. Həmçinin, o, heç vaxt "xxxx" MMC-yə məxsus elektrik naqillərini oğurlamamışdır. O, yalnız dəmir götürüb aparıb satmışdır. O, dəmirləri kəsən zaman, istifadə etdiyi qaz balonlarını bir nəfər şəxsdən almışdır. Onlar həmin qaz balonlarını istifadə etdikdən sonra, qaz balonunu çox vaxt özləri ilə gətirmişdirlər. Lakin, onlar həmin dəmir dirəkləri doğrayan zaman, qaz balonlarının bir və ya bir neçəsi Adnalı kəndi ərazisində qalmışdır. O, ona elan olunmuş ittihamda oğurluq və oğurluğa cəhddə özünü təqsirli bilmir. Belə ki, dəmir dirəklər və dəmir borular artıq istismardan çıxarılmış olmuşdur. Göstərilənlərə əsasən, iş üzrə ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə idarə etdiyi “QAZ 31029” markalı avtomobillə Şamaxı rayonu Mədrəsə qəsəbəsinə getmişdirlər. Orada olan zaman, ərazidə olan sahibsiz dəmir boruları qaynaq aparatı ilə kəsməyə başlamışdırlar. Onlar həmin dəmir boruları kəsdikcə, hissə-hissə avtomobilə yükləyərək, Şamaxı rayonunda yerləşən heyvan bazarının yaxınlığındakı aralıqlara gətirib boşaltmışdırlar ki, sonradan həmin dəmir boruları yük avtomobilinə yükləyib, Bakı şəhərində satsınlar. Bundan başqa, xx.xx.2022-ci il tarixdə, Şamaxı rayonu Adnalı kəndinin yaxınlığındakı ərazidə, tanışları Tural Hümbətov və Təqsirləndirilən şəxs3lə birlikdə yerə yıxılmış vəziyyətdə qalan dəmir dirəkləri götürməyə getmişdirlər. Bildiyinə görə, həmin dəmir dirəklər istismardan çıxarılmışdır. Onlar dəmir kəsən mişar ilə həmin dəmir dirəklərdən birini və bir yarımını hissə-hissə doğrayaraq, avtomobilə yükləyib, Şamaxı şəhərində heyvan bazarının yaxınlığındakı boş əraziyə gətirib yığmışdırlar. Bundan başqa, xx.xx.2022-ci il tarixdə o, Təqsirləndirilən şəxs1 ilə birlikdə “QAZ 31029” markalı avtomobillə Şamaxı rayonunun Zaratxeybəri kəndinə getmişdirlər. Məqsədləri lazımsız olan dəmir olarsa, götürüb satmaq olmuşdur. Onlar orada olan zaman, təxminən 10 ədəd, hər birinin uzunluğu təxminən 3 metr olan köhnə dəmir boruların olduğunu görüb, onları doğrayıb, avtomobilə yükləyərək, aparıb dəmir alqı-satqısı ilə məşğul olan tanımadığı şəxsə satmışdırlar. Götürdükləri dəmir dirəklər və dəmir borular istismardan çıxarılmış, sahibsiz olmuşdur. Bu səbəbdən də, verilmiş ittihamla bağlı özünü təqsirli bilmir. Qeyd olunanları nəzərə alıb, onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək göstərdi ki, o, dəmir alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun tanışlarıdır. O, həmin tanışları ilə birlikdə, xx.xx.2022-ci il tarixdə, Şamaxı rayonu Adnalı-Kərkənc kəndləri arasındakı əraziyə getmişdir. Həmin ərazidə yerdə dəmir dirəklər bir neçə ildir ki, yerə yıxılmış vəziyyətdə qalmışdır. Onlar dəmir kəsən mişar və qaz balonlarından istifadə edərək, həmin dəmir dirəklərdən birini və bir yarımını hissə-hissə avtomobilə yükləyib, Şamaxı şəhərində heyvan bazarının yaxınlığındakı boş əraziyə gətirib yığmışdırlar. Onlar həmin dəmirləri aparıb, Bakı şəhərində sataraq, geri qayıtmışdırlar. O, bundan başqa hər hansısa bir ərazidən dəmir dayaq götürməmişdir. Həmçinin, o, "xxxx" MMC-yə məxsus elektrik naqillərini oğurlamamışdır. O, yalnız dəmir götürüb aparıb satmışdır. Onlar götürdükləri dəmirləri özləri ilə apardıqları qaz balonları vasitəsi ilə kəsmişdirlər. Belə ki, laqonda aparatları qaz balonlarına qoşulmuş və həmin laqonda ilə onlar həmin dəmirləri hiss-hissə kəsib, avtomobilə yükləmişdirlər. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş hüquqi şəxs “X3 Şəbəkəsi” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs3 göstərmişdir ki, o, Ağsu, İsmayıllı, Göyçay və Şamaxı rayonları ərazisindən keçən yüksək gərginlikli elektrik veriliş xətlərinə və Ağsu rayon ərazisində yerləşən 220/110/10 KV-lıq Ağsu yarımstansiyası avadanlıqlarının istismarı və təmirinə bilavasitə nəzarət edir. 2019-cu il tarixdə dəmir dayaqların bir hissəsi “X21” MMCyə rəsmi qaydada satılmışdır. Həmin dəmir dayaqların bir hissəsi isə qeyd olunan cəmiyyət tərəfindən kəsilərək, yerə uzadılmış, dayaqların müəyyən hissəsi isə aparılmışdır. Hava şəraiti ilə əlaqədar və elektrik xətlərinə mütəmadi nəzarət etmək məqsədi ilə, işçilər ay ərzində bir neçə dəfə rayonlarda olan elektrik xətlərinə baxış keçirərək nəzarət edirlər. 2019-2022-ci illər ərzində əməkdaşlar tərəfindən Şamaxı rayon ərazisində olan işıq xətlərinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, istismarı dayandırılmış köhnə 220 KV-luq alüminium naqillər və dəmir dayaqlar naməlum şəxslər tərəfindən oğurlanmışdır. Bu səbəbdən də, dərhal "xxxx" MMC-nin rəhbərliyinə məlumat verilmiş və Şamaxı Rayon Polis Şöbəsinə rəsmi qaydada məktub ünvanlanmışdır. Bu kimi oğurluqların qarşısını almaq məqsədi ilə, onlar yerə uzadılmış dəmir dayaqları "xxxx" MMC-nin rəhbərliyinin göstərişi əsasında, Şamaxı rayon ərazisindən apararaq, bir hissəsini "xxxx" MMC-nin, bir hissəsini isə X14 həyətində yığmışdırlar. “X21” MMC 2019cu ildə həmin dəmir dayaqların onların balansına keçməsi üçün “X21” MMC "xxxx"nin baş idarəsi ilə rəsmi müqavilə bağlanmışdır. Müqavilədə göstərilmişdir ki, həmin şirkət Ağsu və Şamaxı ərazisində olan istismardan çıxarılmış və istismarı dayandırılmış dəmir dayaqları götürəcəkdir. Hazırda həmin dəmir dayaqlar "xxxx" MMC-nin balansındadır. xx.xx.2022-ci il tarixdə əməkdaşlar yenidən həmin əraziyə gedərək, yerdə qalan dəmir dayaqları götürüb, Ağsu rayonuna gətirən zaman, Təqsirləndirilən şəxs1 adlı şəxs onların işçilərini təhqir etməyə başlamışdır. 2022-ci ilin may ayında Famil və onun yanında olan şəxslər onların işçilərini ərazidən qovduğundan, həmin oğurluqların həmin şəxslər tərəfindən həyata keçirilməsində şübhələr yaranmışdır. Dəmir dirəklər və naqillər təxminən 1960-cı ildə quraşdırılmış, lakin 2015-ci ildə yeni xətlər çəkildiyindən və həmin dəmir dayaqlar ilə elektrik naqilləri köhnəldiyindən, istismarı tamamilə dayandırılmışdır. Həmin dəmir dayaqlar və elektrik naqilləri hazırda istismara yararsız vəziyyətdədir. Həmin dəmir dayaqların bəzilərinin çəkisi 4500 kq, bəzilərinin isə çəkisi təxminən 5500 kq-dır. Sonradan Şamaxı Rayon Polis Şöbəsində aparılan araşdırma zamanı məlum olmuşdur ki, dəmir dayaqları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 adlı şəxs oğurlamış və nəticədə cəmiyyətə 3750 manat ziyan dəymişdir. Sonradan, dəymiş ziyandan 1500 manat hissəsi Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmiş, 2250 manat isə hal-hazıradək ödənilməmiş qalmışdır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş hüquqi şəxs “Azəriqaz” İstehsalat Birliyinin Təmir-tikinti İdarəsinin nümayəndəsi X6 ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayından Şamaxı rayonunun Dəmirçi kəndindən rayonun Zarat-Xeybəri kəndinə qaz xəttinin çəkilişinə başlanılmışdır. Həmin işlər 2022-ci ilin avqust ayına qədər davam etmişdir. Lakin, 2022-ci ilin avqust ayında çəkilişə nəzarət edən Abuzər Çobanov adlı şəxs məzuniyyətə çıxdığından, həmin çəkilişin nəzarəti İdarənin böyük mühəndisi Zərərçəkmiş şəxs5 tapşırılmışdır. Zərərçəkmiş şəxs5 xx.xx.2022-ci il tarixdə ərazidə olan zaman, işlənmiş köhnə 86.5 metr uzunluğunda, diametri 219 millimetr olan qoruyucu boruların yerində olmadığı aşkar edilmişdir. Bundan sonra, bu barədə DİN-nin 102 xidmətinə məlumat verilmişdir. Sonuncu dəfə Zərərçəkmiş şəxs5 xx.xx.2022-ci il tarixdə həmin əraziyə getmiş və həmin vaxt hər hansı bir hal aşkar olunmamışdır. Şamaxı Rayon Polis Şöbəsində aparılan araşdırmanın nəticəsində məlum olmuşdur ki, qoruyucu boruları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxs oğurlamışdır. Onun işlədiyi idarəyə ümumilikdə təxminən 387 manat maddi ziyan dəymiş və hal-hazıradək həmin ziyan ödənilməmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş hüquqi şəxs “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Zərərçəkmiş şəxs2 göstərmişdir ki, X20 istismarı İdarəsinin Şamaxı xidmət sahəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə Şamaxı rayonunun Kərkənc və Mədrəsə kəndlərinin ərazisində yerləşən qaz xəttinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, əvvəllər rayonun Kərkənc kəndini qazla təmin edən, istismardan çıxarılmış, diametri 159 mm-lik polad qaz borusunun 110 metr hissəsi naməlum şəxslər tərəfindən oğurlanmışdır. Həmçinin Şamaxı xidmət sahəsinin əməkdaşları həmin əraziyə gedən zaman, orada sonradan adı onlara məlum olan Famil və Tural adlı şəxsləri orada görmüşdürlər. Həmçinin, sonradan onların əməkdaşları tərəfindən həmin əraziyə gedib baxış keçirilən zaman müəyyən olunmuşdur ki, təxminən 300-400 metr uzunluğunda dəmir borular kəsilərək oğurlanması üçün hazır vəziyyətə gətirilmişdir. Ağsu RQİİ-nin Şamaxı XS-nin balansında olan istismarı dayandırılmış 159 mm diametrli borunun 1 p/mnin dəyəri 14.85 manat müəyyən olunduğu üçün, oğurluq nəticəsində Ağsu RQİİ-yə dəymiş ziyanın ümumi məbləği 1633.50 manat təşkil edir. Oğurluğa cəhd zamanı tam olaraq həmin idarəyə məxsus dəmir borudan 350 metr kəsilərək, oğurlanması üçün hazır vəziyyətə gətirilmişdir. Həmin dəmir borular istismardan çıxarılsa da, nə vaxtsa yeni xətlər çəkilən zaman, bəzi hissələri istifadə oluna bilər. Poliş şöbəsində aparılan cinayət işinin istintaqı zamanı məlum olmuşdur ki, oğurluğu və oğurluğa cəhdi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxslər törətmişdirlər. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, istismardan çıxarılmış işıq dirəklərinin oğurlanmasının qarşısını almaq məqsədi ilə, rəhbərliyin göstərişi ilə, mütəmadi olaraq ərazilərdə olurlar və işıq dirəklərinə nəzarət edirlər. xx.xx.2022-ci il tarixdə “X3 Şəbəkəsi” MMC-nin əməkdaşı Hamlet adlı şəxs ona zəng edərək bildirmişdir ki, Adnalı kəndi ərazisində işıq dayağının biri aparılmış, digərinin isə yarısı kəsilərək, aparılmışdır. O, dərhal həmin əraziyə getmiş və orada 88 saylı işıq dirəyinin tam şəkildə, 90 saylı işıq dirəyinin isə yarısının kəsilərək, aparıldığının şahidi olmuşdur. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək, məlumat vermiş və əraziyə polis əməkdaşları gəlmişdir. xx.xx.2022-ci il tarixdə o, iş yoldaşı X10 ilə birlikdə həmin əraziyə getdikdə, ağ rəngli “QAZ 31” markalı avtomobilin yüklü şəkildə qarşılarına çıxdığından, məlum olmuşdur ki, bundan başqa da, dirəklər oğurlanır. Həmin vaxtı kənardan görmüşdür ki, orada yenə də, dəmir dirəklər kəsilir. Bu səbəbdən də, onlar geriyə qayıdaraq, dərhal polis şöbəsinə məlumat verib, həmin “QAZ 31” markalı avtomobilin saxlanılmasını və oğurluq etdiyini bildirmişdir. Polis əməkdaşları dərhal hadisəyə müdaxilə edərək, həmin avtomobili saxlayıb, RPŞ-nə gətirmişdirlər. Həmin gün yenidən əraziyə gedərək, baxış keçirilən zaman, 88 və 90 saylı dəmir dayaqlardan başqa, 92 saylı dəmir dayağında tam şəkildə kəsilib aparıldığının şahidi olmuşdur. Həmin dəmir dayaqların birinin təxminən dəyəri 1768 manat olmuşdur. Həmin dəmir dirəklərin bir ədədinin təxmini çəkisi 6 tondur. İş üzrə digər Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, məhkəmə qeyd olunan zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Eyni zamanda iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs1 ilə barışmış, həmin şəxsə qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Şamaxı rayon sakinləri Şahid2 və Təqsirləndirilən şəxs1 adlı şəxsləri tanıyır. Şahid2 onun qohumudur. Həmin şəxslə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. X7 onun gəlinidir. Günay 2005-ci ildə oğlu Məhəmməd ilə ailə həyatı qurmuşdur. X15 işsiz olduğundan o, onu Şamaxı rayon mərkəzi xəstəxanasına işə düzəltmək istəmişdir. Bu səbəbdən də, 1500 manat pul tapmışdır ki, əgər işə düzəldə bilsə və kimsə işə düzəltmək müqabilində pul istəsə, həmin pulu ona versin. 2020-ci ilin oktyabr ayında Qüdrət və Elman adlı şəxs onların evində olan zaman ona söyləmişdir ki, Şamaxı rayon mərkəzi xəstəxanasında tanışları vardır, əgər kimsə işə düzəlmək istəsə, bu barədə ona desin. Deməsinə görə xəstəxanada xadimə işinə kimi istəsə düzəldə bilər və həmin şəxsə də, aylıq 300 manat əmək haqqı verəcəkdir. O, da bu səbəbdən də, gəlini ilə bu barədə söhbət edib, Qüdrət adlı şəxsə zəng edərək, 1500 manat pulu olduğunu, əgər alınarsa həmin pul müqabilində gəlinini işə düzəltməsini ondan xahiş etmişdir. O isə ona söyləmişdir ki, həmin xəstəxanada işə düzəltmək üçün 2500 manat pul istəyirlər. O, bundan sonra yenidən evdə məsləhət edərək, ona zəng edib söyləmişdir ki, 1500 manat pulu vardır. Əgər razıdırsa, xəstəxanaya işə düzəltsin və gəlininin əmək haqqı kartını götürsün. Hər ay kartdan 300 manat əmək haqqını özü çıxartsın. Lakin o, bununla razı olmamış və pulu tam şəkildə ona verməyini söyləmişdir. O da, buna görə nəvəsi Cavidi çağırmış və ondan 1000 manat pul istəmiş və bildirmişdir ki, 10 gün ərzində gəlinini işə düzəldəcəkdir. Nəvəsi Cavid isə ona söyləmişdir ki, pulu ona verir, amma 10 gündən artıq bu iş uzanmasın. O, nəvəsi Caviddən pulu aldıqdan sonra, 2021-ci ilin aprel ayında yaşadığı evdə Şahid2 2500 manat pulu şəxsən vermişdir. Qüdrət pulu aldıqdan sonra, onlar evdən getmişdir. Lakin, öz vədinə əməl etməyərək, hər dəfəsində onu aldadıb, gəlininin işinin düzələcəyini vəd etmiş, ancaq hər hansısa bir iş görməmişdir. O, mütəmadi olaraq ona zəng etsə də, hər dəfəsində ona müxtəlif bəhanələr söyləyərək, onu aldatmağa davam etmişdir. Pulu verdikdən 6 ay sonra o, onların evinə gedərək, gəlininin şəxsiyyət vəsiqəsinin surətini götürmüş və nəvəsi Hikmət ilə birlikdə Şamaxı rayon mərkəzi xəstəxanasına getmişdir. Nəvəsinin deməsinə görə, xəstəxananın həyətində bir nəfər şəxs ilə görüşmüş və şəxsiyyət vəsiqəsinin surətini ona verərək, hansı tarixdə işin düzələcəyini ondan soruşmuş, həmin şəxs isə nəvəsinin yanında ona 10 gün müddətində gəlininin işinin düzələcəyini bildirmişdir. Bundan sonra yenə də, gəlininin işi düzəlmədiyindən o, Qüdrətdən pulunu tələb etmiş və bir müddət sonra Qüdrət, ona 1000 manat pulu geri qaytarmışdır. Həmin pulu o, 4 gün saxladıqdan sonra, Qüdrət ona zəng edərək, həmin 1000 manat pulu Famil adlı şəxsə verməyini söyləmişdir. Deməsinə görə, yeni baş həkim Familin qohumudur və həmin pulu ona verdikdən sonra o, özündə olan 1500 manat pulu da, Familə verəcəkdir və Famil aparıb həmin pulu baş həkimə verərək, onun gəlininin işini düzəldəcəkdir. Bundan sonra, o, Famil ilə telefon vasitəsi ilə danışmış və sonuncu ona söyləmişdir ki, yeni gələn baş həkim ilə gedib görüşəcəkdir və ona ilk əvvəl xoş gəlmisən deyib, 1000 manat pul verəcək, daha sonra isə qalan pulu da, Qüdrət ona verdikdən sonra, aparıb yenidən baş həkimə verib, gəlininin işini düzəldəcəkdir. İlk əvvəl gəlini bununla razı olmasa da, daha sonradan o, gəlinini razı salmış və Famil onların evinin qarşısına gəlmişdir. O, da 960 manat pulu götürüb, nəvəsi Hikmətə vermişdir ki, həmin pulu aparıb Familə versin. Hikmət aparıb 960 manat pulu Familə vermiş, bundan iki ay keçməsinə baxmayaraq onlar hər hansısa bir iş düzəltməyərək, yenidən onu aldatmışdırlar. Bundan sonra o, Familin evinə getmiş və Familin anası ilə söhbət edib, bu barədə söyləmişdir. Anası isə ona söyləmişdir ki, qısa müddət ərzində hissə-hissə həmin pulu ödəyəcəkdir. Lakin, həmin pul qaytarılmamışdır. O, Qüdrət adlı şəxsdən pulunu hər dəfəsində tələb etmiş və bundan bir müddət sonra Qüdrət adlı şəxs ona hissə-hissə puldan ümumilikdə 1200 manat pul qaytarmışdır. Famil isə ona veriləsi olan 960 manat puldan cəmi 100 manat pul qaytarmışdır.Həmin pulu isə ona Familin anası qaytarmışdır. Hal hazırda Qüdrət adlı şəxsin ona 300 manat, Famil adlı şəxsin isə ona 860 manat borcu qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, o, “X3 Şəbəkəsi” MMC-nin X14 X8 üzrə aparıcı mühəndisi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə işlədiyi “X3 Şəbəkəsi” MMC-nin X16 məxsus, Şamaxı rayonu Adnalı kəndi ərazisində yerləşən istismardan çıxarılmış, lakin balansda saxlanılmış işıq dirəklərinin oğurlanmasının qarşısını almaq məqsədi ilə, iş yoldaşları ilə birlikdə həmin əraziyə getmişdirlər. İstismardan çıxarılmış işıq dirəklərinin oğurlanmaması üçün, X14 X19 üzrə elektrik montyoru işləyən Şahid11 oraya gözətçi təyin etmişdirlər. Onlar Şamaxı şəhərinə gəldikdən sonra, Vasif ona zəng edərək bildirmişdir ki, polis işçiləri həmin əraziyə gəlmişdirlər. O, da bu səbəbdən işıq idarəsinin elektrik montyoru Şahid10 ilə xidməti avtomobil ilə oraya getmişdir. Oraya çatan zaman, 5 nəfər mülki geyimdə olan şəxsin orada olduğunu və onların “QAZ-31” markalı avtomobil ilə orada olduqlarını görmüş, həmin şəxslər işıq dirəklərinin yanında olmuşdur. Vasif onlara demişdir ki, bunlar çox güman ki, dəmirləri oğurlamaq üçün gəliblər. O, onların polis olmadığından şübhələnmiş və avtomobildən enərək, onlara yaxınlaşan zaman, həmin şəxslər onun yaxasından yapışaraq, onu itələmişdir. Həmçinin, Şahid11 da hədələyərək, oradan uzaqlaşmağı tələb etmişdirlər. Sonradan adlarının Famil və Tural kimi bildiyi, digərilərinin adlarını bilmədiyi şəxslər onlarla mübahisə etmişdir. Həmin vaxt Famil və Tural onları itələyərək, oradan qovmuşdurlar. Onlar avtomobilə əyləşərək, oradan bir qədər uzaqlaşıb, 102 xidmətinə məlumat vermək istədikdə, həmin şəxslərin onları qovaraq əllərindəki daşı onlara məxsus avtomobilə atsalar da, onlar sürətlə sürdükləri üçün daşlar avtomobilə dəyməmişdir. Onlar oradan çıxdıqdan sonra, 102 xidmətinə məlumat vermişdirlər. Daha sonra onlar oraya gedib baxış keçirən zaman, təxminən 10 ton dəmirlərin oğurlandığını müşahidə etmişlər və təkrar 102 xidmətinə məlumat vermişdirlər. Onlar mütəmadi olaraq, istismardan çıxarılmış, lakin balansda olan elektrik dirəklərinin oğurlanmaması üçün həmin dirəkləri mühafizə edərkən Famil, Tural və digər onlarla birlikdə olan şəxslərin “QAZ-31” markalı avtomobil, eləcə də bir neçə fərqli avtomobil ilə gəldiklərini görmüşdür. Onlar oraya xx.xx.2022-ci il tarixdə baxış keçirən zaman, ümumi dirəklərdən təxminən 10 tonunun oğurlandığını müəyyən etmişdirlər. Həmin dirəklər 399 və 405 saylı anker dayaqlar olmuşdur, bundan əvvəl də, bir neçə dayaqlar oğurlanmışdır. Onlar daha sonra xx.xx.2022-ci il tarixində nəzarət qaydasında oraya gedəndə, bir neçə şəxslər onları uzaqdan görmüş və oradan qaçmışdırlar. Lakin, onların kim olmasını bilməmişdirlər. Həmin anker dayaqlar istismara yararsız olduğundan, onlar metal kimi satılır. Onlar özləri "xxxx" MMC-nin işçiləri ilə birlikdə həmin anker dayaqları oradan götürüb aparmışdırlar. Çünki, "xxxx" MMC-nin direktoru onlara göstəriş vermişdir ki, həmin ərazidən anker dayaqları aparıb, bir yerə yığsınlar və oradan da daşıyıb Ağsu rayonuna gətirsinlər. 2019cu il tarixdə "xxxx" ASC "xxxx" MMC şirkəti ilə müqavilə bağlayaraq, həmin dəmir dayaqları və alüminium məftilləri onlara satmışdır. Həmin şirkətdə dəmirlərin bir hissəsini apardıqdan sonra, 2020-ci ilin oktyabr ayından onlar çıxıb getmişdirlər. Onlar həmin anker dayaqları yük avtomobillərinə qoşaraq, Ağsu rayonunun Gəgəli kəndinə aparıb, oradan da, sürücülərə təhvil verirdilər ki, aparıb X4 təhvil versinlər. Həmin metal dirəklər 2022-ci ilin iyun, iyul və avqust aylarında aparılmışdır. Həmin dəmir dirəklərin götürülməsi üçün, "xxxx" MMC-nin direktoru "xxxx" MMC-nin baş mühəndisinin müavini Zərərçəkmiş şəxs3 göstəriş vermiş, onlar da Zərərçəkmiş şəxs3 göstərişi əsasında, həmin kəsilmiş metal dirəkləri bir yerə yığaraq, Adnalı kəndi istiqamətindən aparmışdırlar. Onlar həmin dəmir dayaqları bir yerə yığıb aparmaq məqsədi ilə saxlayan zaman, xx.xx.2022-ci il tarixdə oraya gözətçi kimi Şahid11 qoymuşdurlar. Famil adlı şəxs və onun yanında olan digər şəxslər Şahid11, daha sonra isə onları oradan qovduqdan sonra, xx.xx.2022-ci il tarixdə onlar DİN-nin 102 xidmətinə müraciət etmiş və oraya baxış keçirən zaman, həmin metal dayaqların təxminən 10 tonu oğurlanmışdır. Bu da onlara söyləməyə əsas verir ki, həmin metal dayaqlar Famil və onun yanında olan şəxslər tərəfindən aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 və Şahid11 Şahid8 ilə oxşar məzmunlu ifadə vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, onun Zərərçəkmiş şəxs1 adlı şəxslə münasibətləri normal olmuşdur. O, 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 evində söhbət edən zaman, sonuncu ona bildirmişdir ki, gəlinini işə düzəltmək istəyir. O, da həmin şəxsə Şamaxı rayon mərkəzi xəstəxanasında tanışı olduğunu, bu səbəbdən də onun gəlinini 2500 manat müqabilində işə düzəldə biləcəyini bildirmişdir. O, ilk əvvəl ona 1500 manat pul verəcəyini bildirsə də o, Zərərçəkmiş şəxs1 ilə razılaşmayaraq, həmin işi 2500 manata düzəldə biləcəyini söyləmişdir. Bundan bir neçə gün sonra, həmin şəxs gətirib ona 2500 manat pul vermişdir. O, sadəcə olaraq, söz verdiyi işi həll edə bilmədiyindən və onun gəlinini işə düzəldə bilmədiyi üçün, Zərərçəkmiş şəxs1 1000 manat pulu qaytarmışdır. Lakin, 2021-ci ilin aprel ayında Famil adlı şəxs ondan pul istəmişdir. O, həmin şəxsə bir şərtlə pul verəcəyini bildirmişdir ki, Zərərçəkmiş şəxs1 gəlinini işə düzəlməsində ona köməklik etsin. O da, onunla razılaşmış və Zərərçəkmiş şəxs1 gəlinini işə düzəldəcəyini ona bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1 zəng edərək, gəlinini Familin vasitəsi ilə işə düzəldəcəyini və yenidən 1000 manat verməsini söyləmişdir. O da, onunla razılaşmış və Famil onların ünvanına gedərək, Zərərçəkmiş şəxs1 1000 manat pulu almışdır. Lakin, həmin şəxsi işə düzəldə bilmədiyindən o, sonradan hissə-hissə onun payına düşən 1500 manat pulu Zərərçəkmiş şəxs1 qaytarmışdır. O, əvvəllər heç kimi pul müqabilində işə düzəltməmişdir. Həmin pulu aldıqdan sonra, kiməsə xahiş edə bilmədiyindən, həmin pulu geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində bildirmişdir ki, o, özü fəhlə kimi fəaliyyət göstərir. Həmçinin, özünə məxsus “QAZ 31029” markalı avtomobil ilə kəndlərdən dəmir alıb satır. Təqsirləndirilən şəxs3 adlı şəxs onun qohumudur. Bir dəfə Fərid ona yaxınlaşaraq bildirmişdir ki, avtomobili nasaz olduğundan, ona avtomobil lazımdır və ondan avtomobilini bir günlük istədiyi üçün o, da ona həmin avtomobili vermişdir. Lakin söyləmişdir ki, növbəti gün gətirib, onun avtomobilini geri qaytarar. Avtomobilini verdiyindən, bir gün sonra Fərid onun avtomobilini gətirmədiyindən o, maraqlanan zaman, avtomobilinin RPŞ-nin həyətində olduğunu eşitmişdir. O, Fəriddən bunun səbəbini soruşduqda, sonuncunun deməsinə görə, yanacaq doldurma məntəqəsinin yanında olan zaman, polis əməkdaşları ona yaxınlaşmış və onda oğurluq dəmirlərin olduğunu bildirmişdirlər. Daha sonra isə, onunla birlikdə polis əməkdaşları onun işlədiyi yerə getmiş və dəmirləri ona məxsus avtomobilə yükləyərək, RPŞ-nə gətirmişdirlər. O, ondan nə üçün onun avtomobili ilə oğurluq dəmirlərin aparıldığını soruşduqda, Fərid ona bildirmişdir ki, “sənin avtomobilin ilə gətirməmişəm, öz avtomobilim ilə gətirmişəm, sadəcə olaraq polis şöbəsinə gedən zaman sənin avtomobilinə yüklənib aparılıb”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 rayon sakini kimi tanımış, onunla münasibəti normal olmuşdur. “VAZ-2102” markalı avtomobil onun qardaşı İbrahimə məxsusdur. Lakin, həmin avtomobili o, özü idarə edir. Təqsirləndirilən şəxs1 yaxşı tanıyır və münasibəti yaxşı olduğundan, birbirlərindən nəsə lazım olanda istəmişdirlər. Bir dəfə Famil özünün şəxsi işi ilə bağlı olduğunu bildirib, avtomobil lazım olduğunu söyləmiş, o,da etiraz etməyib, “VAZ-2102” markalı avtomobilini Familə vermişdir. Familin həmin avtomobil ilə hara getməsi, kiminlə birlikdə olması barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs1 onun avtomobilini idarə etdikdən sonra, ona qaytaranda, avtomobildə dəmir əşyalar, elektrik naqilləri, dəmir borular və bu kimi dəmir əşyalar, qaz və propan balonu heç biri olmamışdır. Famil avtomobili ona qaytaranda, avtomobildə başqa heç bir əşya görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, Şamaxı Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin rəisi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Şahid8 müraciəti əsasında, onlar Şamaxı rayonu Sabir qəsəbəsi yaxınlığınakı əraziyə getmiş, əraziyə baxış keçirilən zaman ətrafda yan-yana qoyulmuş 09 ədəd oksigen balonu, 02 ədəd isə propan qaz balonu görmüşdürlər və maddi sübut kimi həmin balonları Şamaxı RPŞ-nə gətirib, RPŞ-nin həyətinə yığmışdırlar. Lakin, Şahid8 ona hər hansısa bir şəxsin şəklini göstərməmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 polis şöbəsinə məlumat verərək, Şamaxı rayon Adnalı kəndi ərazisindən qanunsuz olaraq dəmir kəsildiyini bildirdiyindən, onlar həmin əraziyə gedərək, orada olan bir neçə şəxsi Şamaxı RPŞ-nə gətirmiş, lakin həmin şəxslərin "xxxx" MMC-nin işçiləri olmasını və həmin dəmirləri də, qanuni şəkildə aparmalarını müəyyən etdiklərindən, onları sərbəst buraxmışlar və bu barədə hər hansısa bir araşdırma aparılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, o, 2000-ci il tarixdən “Azəriqaz” X5 xidmət sahəsində işləyir. xx.xx.2022-ci il tarixdə Şamaxı Xidmət sahəsinin işçiləri Şamaxı rayonu Kərkənc ərazisindən qayıdan zaman, 159 mm-lik istismarı dayandırılmış Mədrəsə-Kərkənc orta təzyiqli qaz xəttinin 110 metr hissəsinin naməlum şəxslər tərəfindən oğurlanmasını, təxminən 300-400 metr hissəsinin isə qaynaq vasitəsi ilə hissələrə ayrılmasını və həmin ərazidə qalmasını aşkar etmişdirlər. Sonradan müəyyən edilmişdir ki, istismarı dayandırılmış Mədrəsə-Kərkənc orta təzyiqli qaz xəttinin 110 metr hissəsi naməlum şəxslər tərəfindən oğurlanmış, təxminən 300-400 metri isə qaynaq vasitəsi ilə hissələrə ayrılıb həmin əraziyə yığılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onun doğma qardaşıdır. Zərərçəkmiş şəxs1 adlı qadın bir dəfə onların evinə gəlib, Familin ona dəqiq xatırlamadığı miqdarda pul verməli olduğunu təkidlə bildirmiş, o, da fikirləşmişdir ki, ola bilsin, qardaşı Famil ilə Zərərçəkmiş şəxs1 arasında hansısa səbəbdən pul haqq-hesabı olmuşdur. O, həmin qadının bir daha onların evinə gəlməməsi və bu söz-söhbətin yaranmaması üçün, qardaşının əvəzindən Zərərçəkmiş şəxs1 160 manat pul vermiş və pulu verməyi barədə Familə də bildirmişdir. Lakin, o Familin həmin pulu Zərərçəkmiş şəxs1 nə səbəbdən almasını, aralarında nə məsələ olmasını soruşmamış və bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, “Azəriqaz” X5 Qaz İstismar İdarəsində çilingər vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə X20 İstismar idarəsinin Şamaxı xidmət sahəsinin qəza dispetçer xidmətinin rəisi ona zəng edərək bildirmişdir ki, gedib Mədrəsə qəsəbəsində yerləşən istismardan çıxarılmış qaz borularına baxış keçirtsin. Çünki həmin tarixdən əvvəl qeyd olunan ərazidən 159 mm-lik istismarı dayandırılmış Mədrəsə-Kərkənc orta təzyiqli qaz xəttinin 110 metr hissəsinin naməlum şəxslər tərəfindən oğurlanmışdır. Bu səbəbdən də, o, qeyd olunan əraziyə gedib, baxış keçirən zaman, Mədrəsə-Kərkənc yolunda “VAZ 2102” markalı avtomobilin Mədrəsə qəsəbəsi istiqamətinə gəldiyini görmüşdür. O, avtomobili saxlatdıraraq, onlardan kim olmasını soruşduqda, özünü Famil kimi təqdim edən şəxs Kərkənc kəndindən gəldiyini bildirmişdir. Həmin vaxt Familin yanında bir nəfər şəxsdə olmuşdur. O, onların oğurluq etməsindən şübhələnib, onların avtomobilinə baxış keçirtmişdir. Baxış zamanı, həmin şəxslərin avtomobilində oğurluq ilə əlaqədar hər hansısa bir şübhə yaradan əşya tapılmamışdır. O, bu barədə iş yerinə məlumat vermiş və o, polis əməkdaşları ilə birlikdə qeyd olunan əraziyə gəlmişdir. Həmin boruları yalnız hissələrə ayırıb oğurlamaq mümkündür. Çünki boruların həm uzunluğu, həm də, çəkisi çox olduğundan onları sadəcə yük avtomobili ilə aparmaq olar. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 29.177.2.1, 29.177.2.2, 29.177.2.4, 177.2.1 və 177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.177.2.1, 29.177.2.2, 29.177.2.4, 177.2.1 və 177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.177.2.1, 29.177.2.2, 177.2.1 və 177.2.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onların təqsiri qismən etirafları ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli məlumatında qeyd olunur ki, xx.xx.2022-ci il tarixdə Şamaxı rayonu, Zarat-Xeybəri kəndi ərazisində “Azəriqaz” İstehsalat Birliyinə məxsus 86 metr uzunluğunda qaz borcunun oğurlanması faktı üzrə hadisə yerindən götürülmüş 02 ədəd siqaret kötüyü tədqiqata təqdim edilmişdir. Aparılmış müqayisəli molekulyar-genetik tədqiqat nəticəsində müəyyən olundu ki, təqdim edilmiş 01 ədəd “Rothmans” markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs2 məxsusdur. İş materiallarında olan Şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində idarə etdiyi “QAZ 24” markalı avtomobil ilə Şamaxı rayonu, Zarat-Xeybəri kəndi istiqamətinə həmin ərazidə lazımsız dəmirlərin olub-olmadığını yoxlamaq üçün getdiyini, həmin vaxt yolun kənarında, bir neçə çürük borular gördüyünü və həmin boruları avtomobilin yük yerinə yığıb, Bakı şəhərində tanımadığı şəxsə satdığını göstərmişdir. İş materiallarında olan “X3 Şəbəkəsi” MMC-nin direktoru Şahid12 cəmiyyətin baş mühəndisinin müavininə ünvanlanmış məktubunda qeyd olunur ki, istismardan çıxarılmış 220 KV-luq X9 Xəttinin Ağsu-Şamaxı rayonu ərazilərindən keçən hissələrindəki aşırılaraq, yerə yıxılmış metal dayaqların naməlum şəxslər tərəfindən oğurluğunun qarşısının alınması məqsədilə sökülərək, 220/110/10 KV-luq “Ağsu” YS-nın ərazisinə daşınması həmin şəxsə tapşırılmışdır. İş materiallarında olan “X3 Şəbəkəsi” MMC-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunur ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Şamaxı rayonu Adnalı kəndi ərazisində yerləşən "xxxx" ASC-nin “X3 Şəbəkəsi” MMC-nin X14 balansında olan Ağsu hava X8nin istismardan çıxarılmış 2500 manat dəyərində 403 saylı anker dayağını bütövlükdə, 399 saylı anker dayağının isə 1250 manat dəyərində olan yarı hissəsi qaynaq və digər kəsici alətlərlə doğranaraq, oğurlanmışdır. Oğurlanan 403 və 399 saylı dayaqlar istismardan çıxarılmış 220 KV-luq Ağsu X8nin tərkib hissəsidir. Həmin xətt “X3 Şəbəkəsi” MMC-nin balansındadır. Hadisə zamanı “X3 Şəbəkəsi” MMC-nin “X21” MMC ilə hər hansı bir müqaviləsi olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6748-9/7268 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilən kabel, boru və metal nümunələrinin istifadədə olması nəzərə alınmaqla, orta bazar qiyməti ilə ümumi dəyəri aşağıdakı kimi müəyyən edilir: təqdim edilmiş nümunəyə əsasən, 1 ədəd üzərində “220 kv Ağsu ASO-300” yazısı olan, alüminium əsaslı ərintidən hazırlanmış izolyasiya təbəqəsi olmayan, gümüşü rəngli, eyni mərkəzi ox ətrafında burulmuş 47 ədəd məftillərdən ibarət kabel nümunəsinin 1 metri - 8,70 manat; təqdim edilmiş nümunəyə əsasən, 1 ədəd kabel üzərində “220 kv Qəbələ ASU-341” yazısı olan, alüminium əsaslı ərintidən hazırlanmış izolyasiya təbəqəsi olmayan, gümüşü rəngli, eyni mərkəzi ox ətrafında burulmuş 98 ədəd məftillərdən ibarət nümunəsinin 1 metri - 12,00 manat; təqdim edilmiş nümunəyə əsasən, üzərində “220836033 Şamaxı” yazısı olan, dəmir əsaslı ərintidən hazırlanmış, silindr formalı, ümumi diametri təxminən 15,8 sm, divarının qalınlığı təxminən 5,9 mm, uzunluğu təxminən 38 sm, 9,10 kq kütləsi olan boru nümunəsinin 1 metri - 24,00 manat; təqdim edilmiş məlumatlara əsasən və fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən, dəmir əsaslı ərintidən hazırlanmış 2500 kq kütləli elektrik dayağı - 2500,00 manat. İş materiallarından görünür ki, cinayət işi üzrə əldə edilmiş dəmir dirəklərin bir hissəsi, elektrik naqillərin bir hissəsi, dəmir borunun bir hissəsi, 02 ədəd propan qaz balonu, 09 ədəd oksigen balonu, 02 ədəd əlcək, 02 ədəd alışqan, 02 ədəd plastik stəkan iş üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün Şamaxı Rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, cinayət işi üzrə əldə edilmiş 01 ədəd propan qaz balonu və 02 ədəd oksigen balonu iş üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün Təqsirləndirilən şəxs1 təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə, Təqsirləndirilən şəxs3 isə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdurlar. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Həmçinin, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixədək, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti isə xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Eyni zamanda, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, onlar dərhal həbsdən azad edilmiş və ev dustaqlığı qətimkan tədbirinin müddəti, onların barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2023-cü il tarixdə, Təqsirləndirilən şəxs3 barəsində isə xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs1 Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.5 və 69.3-cü maddələrinə əsasən, üzərində qəti olaraq 1 (bir) il 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 5 (beş) ay 19 (on doqquz) gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay 25 (iyirmi beş) gün təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən və Qobustan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəllinin xx.xx.2022-ci il tarixdən hesablanması hökm edilmişdir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 hazırda cəzasını çəkib qurtarmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət nəticəsində Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın iyirmi beş faizi miqdarını dövlət büdcəsinə ödəmişdir. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs “X3 Şəbəkəsi” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 cəmiyyətə dəymiş 3750 manat ziyandan 1500 manat hissəsini ödəmişdir. Həmçinin, iş materiallarında olan zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs3 cəmiyyətə dəymiş ziyanın bir hissəsini ödəmiş, 800 manat isə ödənilməmiş qalmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2011-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs3 himayəsində isə xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2017-ci il və xx.xx.2020-ci il təvəllüdlü uşaqları vardır. İş materiallarından görünür ki, iş üzrə zərərçəkmiş hüquqi şəxs “Azəriqaz” İstehsalat Birliyi mülki iddia ilə məhkəməyə müraciət edərək, cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 1633,50 manat dəymiş ziyanın və ödənilmiş 36,34 manat dövlət rüsumunun tutularaq, “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, iş üzrə zərərçəkmiş hüquqi şəxs “X3 Şəbəkəsi” MMC mülki iddia ilə məhkəməyə müraciət edərək, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 dəymiş ziyana görə 2250 manat pulun tutularaq, “X3 Şəbəkəsi” MMC-nin hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə edilmədiyindən, mülki iddia ərizəsi geri qaytarılmışdır. İş materiallarından görünür ki, “X3 Şəbəkəsi” MMC mülki iddia ərizəsinin qaytarılmasına əsas olmuş nöqsanı aradan qaldırmadan, xx.xx.2023-cü il tarixdə yenidən mülki iddia ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 29.177.2.1, 29.177.2.2, 29.177.2.4, 177.2.1 və 177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.177.2.1, 29.177.2.2, 29.177.2.4, 177.2.1 və 177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.177.2.1, 29.177.2.2, 177.2.1 və 177.2.2-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildikləri maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslərə cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, onların şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli qismən etiraf etməsini, zərərçəkmiş hüquqi şəxs “X3 Şəbəkəsi” MMC-yə dəymiş ziyanı qismən ödəməsini və himayəsində azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1nın təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs1 məhkum olunmasına dair Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü çıxarıldıqdan sonra hazırki cinayət əməlini törətməkdə təqsirli olduğunun müəyyən edildiyini və həmin hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmadığını nəzərə alaraq hesab edir ki, ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilməli, o, məhkəmə zalında həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda Zərərçəkmiş şəxs1 barışıq barədə ərizəsini və təqsirləndirilən şəxsin dövlət büdcəsinə ödənilmiş pul vəsaitini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməli, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 72-73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2nın təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, məhkum olunmasına dair Qobustan Rayon Məhkəməsinin 1(026)-20/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü çıxarılmazdan əvvəl hazırki cinayət əməlini törətməkdə təqsirli olduğunun müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu müddəti nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırda Qobustan Rayon Məhkəməsinin 1(026)-20/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs3 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli qismən etiraf etməsini, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə dəymiş ziyanı qismən ödəməsini və himayəsində azyaşlı uşaqların olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddəti nəzərə alır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə iş üzrə zərərçəkmiş hüquqi şəxslər “Azəriqaz” İstehsalat Birliyi və “X3 Şəbəkəsi” MMC-nin təqdim etdiyi mülki iddialarına aşağıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, “X3 Şəbəkəsi” MMC-nin iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından, “Azəriqaz” İstehsalat Birliyinin iddia ərizəsi ilə bağlı isə işə mahiyyəti üzrə baxılması üçün müvafiq sübutlar təqdim edilmədiyindən, həmin mülki iddialar baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericilyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülkiprosessual qanunvericiliyn normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 184-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hisssində mülki iddianın həlli göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyinə və “X3 Şəbəkəsi” MMC-yə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - 01 ədəd qaz balonunun və 02 ədəd oksigen balonunun Təqsirləndirilən şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan - dəmir boruların kəsilməsi zamanı istifadə edilmiş 02 ədəd qaz balonu, 09 ədəd oksigen balonu, 02 ədəd əlcək, 02 ədəd alışqan, 02 ədəd plasmas stəkan və 01 ədəd siqaret kötüyü hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - Şamaxı Rayon Polis Şöbəsində saxlanılan dəmir dirəklər və alüminium məftillər hökm qanuni qüvvəyə mindikdən sonra, zərərçəkmiş hüquqi şəxs “X3 Şəbəkəsi” MMC-yə verilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 140 (bir yüz qırx) manat məbləğində məhkəmə xərci müştərək qaydada Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 55 (əlli beş) saat hüquqi yardıma görə 330 (üç yüz otuz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi3 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi 55 (əlli beş) saat hüquqi yardıma görə 330 (üç yüz otuz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı göstərdiyi 55 (əlli beş) saat hüquqi yardıma görə 330 (üç yüz otuz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi1 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.177.2.1, 29.177.2.2, 29.177.2.4, 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs1 Şamaxı Rayon Məhkəməsinin 1(074)-1/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 6 (altı) ay 25 (iyirmi beş) gün hissəsi hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 2 (iki) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə zalında həbsə alınsın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.177.2.1, 29.177.2.2, 29.177.2.4, 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 Qobustan Rayon Məhkəməsinin 1(026)-20/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs2 qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın; Qobustan Rayon Məhkəməsinin 1(026)-20/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.177.2.1, 29.177.2.2, 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə, xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət 1 (bir) il azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs3 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs3 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş hüquqi şəxslər “Azəriqaz” İstehsalat Birliyi və “X3 Şəbəkəsi” MMC-nin mülki iddiaları baxılmamış saxlansın; “Azəriqaz” İstehsalat Birliyinə və “X3 Şəbəkəsi” MMC-yə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. İş üzrə maddi sübut kimi tanınan - 01 ədəd qaz balonunun və 02 ədəd oksigen balonunun Təqsirləndirilən şəxs1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan - dəmir boruların kəsilməsi zamanı istifadə edilmiş 02 ədəd qaz balonu, 09 ədəd oksigen balonu, 02 ədəd əlcək, 02 ədəd alışqan, 02 ədəd plasmas stəkan və 01 ədəd siqaret kötüyü hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - Şamaxı Rayon Polis Şöbəsində saxlanılan dəmir dirəklər və alüminium məftillər hökm qanuni qüvvəyə mindikdən sonra, zərərçəkmiş hüquqi şəxs “X3 Şəbəkəsi” MMC-yə verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 140 (bir yüz qırx) manat məbləğində məhkəmə xərci müştərək qaydada Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 55 (əlli beş) saat hüquqi yardıma görə 330 (üç yüz otuz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi3 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi 55 (əlli beş) saat hüquqi yardıma görə 330 (üç yüz otuz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı göstərdiyi 55 (əlli beş) saat hüquqi yardıma görə 330 (üç yüz otuz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi1 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(074)-1/2024
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-1/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver