Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-1/2025 04.11.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim Abasov Qürur Bəybala oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs3, Müdafiəçi - “AAA” vəkil bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Şamaxı rayonu, Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Şamaxı rayonu, Birinci Çaylı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29, 177.2.4, 188.1 və 188.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə olunan qəsdlə tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz olaraq talama məqsədilə 05 iyun 2023-cü il tarixdə Şamaxı rayonu Birinci Çaylı kəndi ərazisində yerləşən örüş sahəsinə gəlib, oradan həmkəndliləri Zərərçəkmiş şəxs3 məxsus dəyəri 1200 (min iki yüz) manat olan 01 ədəd altı yaşlı sarı rəngli inəyi, dəyəri 1400 (min dörd yüz) manat olan 01 ədəd on iki yaşlı sarı rəngli inəyi, dəyəri 1200 (min iki yüz) manat olan 01 ədəd beş yaşlı sarı rəngli inəyi, dəyəri 1400 (min dörd yüz) manat olan 01 ədəd dörd yaşlı inəyi, dəyəri 1200 (min iki yüz) manat olan 01 ədəd iki yaşlı tünd qəhvəyi rəngli düyəni, Zərərçəkmiş şəxs4 məxsus dəyəri 1300 (min üç yüz) manat olan 01 ədəd dörd yaşlı qəhvəyi rəngli inəyi, dəyəri 1400 (min dörd yüz) manat olan 01 ədəd altı yaşlı qəhvəyi rəngli inəyi, dəyəri 1200 (min iki yüz) manat olan 01 ədəd dörd yaşlı qara rəngli inəyi, dəyəri 1400 (min dörd yüz) manat olan 01 ədəd iki yaşlı qəhvəyi rəngli erkək dananı, hər birinin dəyəri 1300 (min üç yüz) manat olan 03 ədəd iki yaşlı dişi düyəni, yəni Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 12 baş iribuynuzlu heyvanı oğurlayıb əvvəlcə Şamaxı rayonu Çöl Göylər kəndinə gətirmiş, daha sonra həmin heyvanları, əvvəlcədən planlaşdırdığı vahid niyyətə uyğun olaraq İmişli rayonundakı heyvan bazarında satmaq məqsədilə həmin rayona aparmaq üçün, 04 iyun 2024-cü il tarixdə mobil telefon vasitəsilə əlaqə saxlayaraq razılaşdığı cinayətdən xəbərsiz olan Göyçay rayonu, Qaraməryəm kənd sakini Şahid10 məxsus yük avtomobilinə yükləməyə çalışmış, lakin sonuncunun oğurluq olmasından şübhələndiyi üçün heyvanları aparmaqdan imtina etməsinə görə öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyib oğurluğa, yəni zərərçəkmiş şəxslərə məxsus ümumilikdə 15600 (on beş min altı yüz) manat dəyərində olan 12 ədəd iribuynuzlu heyvanı gizli olaraq talamağa cəhd etmişdir.
2. Bundan başqa, o, 2021-ci ildən etibarən Şamaxı rayon X7 məxsus rayonun Birinci Çaylı kəndi ərazisində yerləşən fəaliyyətini dayandırmış kənd orta məktəbinin qarşısındakı 0,30 ha torpaq sahəsinin 0,08 ha hissəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tor çəpərlə hasarlayaraq, orada müxtəlif növ ağaclar əkmiş, habelə həmin torpaq sahəsinin üzərində 2,60x2,00 metr və 2,60x2,30 metr ölçülərdə iki ədəd beton örtüklü meydança düzəltmiş, həmin ərazidə çayxana və market kimi istifadə edilən tikilinin ikinci mərtəbəsindəki çayxanaya gedilməsi üçün tikilinin kənarından mişar daşından istifadə edilməklə eni 1,45 metr olan 17 pilləli sağ hissəsi dəmir məhəccərli pilləkən inşa etmiş, həmin tikilinin ikinci mərtəbəsindəki iaşə obyektinin arxaya açılan qapısının qarşısında torpaq səthi üzərində 3,80x9,53 metr ölçüdə beton örtüklü meydança düzəltmiş, həmçinin həmin ərazidə uzunluğu 2x1 metr ölçüdə dəmir üstlərdən istifadə edilməklə sanitar qovşağı tikmiş, yəni bələdiyyə mülkiyyətində olan tikinti təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət və istifadə hüququnu pozmuşdur.
İşin halları və dəlilləri:
3. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verib göstərdi ki, ona CM-in 29, 177.2.4, 188.1 və 188.2-ci maddələri ilə elan olunmuş ittihamlar üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı özünü təqsirli bilmir. O, hər iki instansiyada ona istinad olunan ittihamların əsassız və qanunsuz olmasına dair özünün haqlı müdafiəsi ilə bağlı çoxsaylı vəsatətlər versə də, həmin vəsatətlərə laqeyd və əhəmiyyətsiz yanaşılmış və nəticə etibarı ilə həmin vəsatətlər bütün hallarda rədd edilmişdir. Bundan başqa, hazırki iş üzrə Şamaxı rayon məhkəməsinə 20-ə yaxın vəsatətlər verilsə də, onlardan yalnız ikisi təmin edilmişdir. Hesab edir ki, həmin vəsatətlər qanuni və əsaslı olsa da, məhkəmə tərəfindən təmin edilməmişdir. Hansı ki, həmin vəsatətlərin əksəriyyəti onun müdafiə hüquqları ilə bağlı olmuşdur. İş üzrə aşağıda göstərilən maddi və prosessual pozuntuları bir daha diqqətə çatdırılmasını zəruri hesab edir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından müəyyən olunur ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək onun barəsində axtarış elan olunmaqla, «həbs» növündə qətimkan tədbiri seçilməsi qərara alınmış, lakin həmin məhkəmə prosesi təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı olmadan keçirilmişdir. CPM-nin 92.3.9-cu maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə (bu Məcəllənin 153.2.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə) cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. Bundan əlavə, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ona müdafiəçinin iştirakı olmadan şübhəli şəxs qismində tutulması haqqında protokol elan edilmişdir. Cinayət işinin materiallarında olan “şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs kimi onun fotoşəkilləri müdafiəçinin iştirakı olmadan tanınmaya təqdim edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid10 ilə şübhəli şəxs kimi üzləşdirilməsi guya müdafiəçisinin iştirakı ilə aparılmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü; tarixli, 86 nömrəli vəkil orderindən isə görünür ki, dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsi üçün əsas olmuş qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Bundan başqa, iş materiallarında olan xx.xx.2023-cü il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, tanıyan şəxs Şahid10 ona təqdim edilən 11 baş iribuynuzlu heyvanı nəzərdən keçirib, 11 baş iribuynuzli heyvanı tanıdığını, həmin heyvanların xx.xx.2023-cü il tarixdə onun ona məxsus yük avtomobilinə yerləşdirmək istədiyi heyvanlar olduğunu və həmin heyvanları xüsusi əlamətlərindən tanıdığını bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, tanıyan şəxs X1 ona təqdim edilən 11 baş iribuynuzlu heyvanı nəzərdən keçirib, 11 baş iribuynuzli heyvanı tanıdığını, həmin heyvanların xx.xx.2023-cü il tarixdə onun Şamaxı rayonu, Göylər kəndi ərazisinə gətirdiyi heyvanlar olduğunu və həmin heyvanları xüsusi əlamətlərindən tanıdığını bildirmişdir. İş materiallarında olan xx.xx.2023cü il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında" protokoldan görünür ki, tanıyan şəxs Şahid5 ona təqdim edilən 11 baş iribuynuzlu heyvanı nəzərdən keçirib, 11 baş iribuynuzli heyvanı tanıdığını, həmin heyvanların xx.xx.2023-cü il tarixdə onun Şamaxı rayonu, Göylər kəndi ərazisinə gətirdiyi heyvanlar olduğunu və həmin heyvanları xüsusi əlamətlərindən tanıdığını bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, tanıyan şəxs Şahid13 ona təqdim edilən 11 baş iribuynuzlu heyvanı nəzərdən keçirib, 11 baş iribuynuzli heyvanı tanıdığını, həmin heyvanların xx.xx.2023-cü il tarixdə onun Şamaxı rayonu, Göylər kəndi ərazisinə gətirdiyi heyvanlar olduğunu və həmin heyvanları xüsusi əlamətlərindən tanıdığını bildirmişdir. Şahid10, X1, Şahid5 və Şahid13 müstəntiq tərəfindən alınmış ifadələrində onlara təqdim edilən heyvanları xüsusi əlamətlərinə görə tanıyacaqlarını bildirmişlər. Lakin müstəntiq tərəfindən hər 4 şəxsə münasibətdə onlara təqdim edilən heyvanları məhz hansı əlamətlərinə görə tanıya biləcəkləri barədə ifadələri alınmamışdır. Bundan başqa, yuxarıda qeyd olunan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokollardan görünür ki, həmin istintaq hərəkəti icra edilərkən heç bir halda müdafiəçisinə məlumat verilməmiş və onun iştirakı təmin edilməmişdir. Bundan başqa, yuxarıda qeyd olunan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokollardan görünür ki, tanınmalı olan əşya, yəni iribuynuzlu heyvanlar eyni növdən olan əşyalar arasında tanıyan şəxslərə təqdim edilməmiş, tanıyan şəxslərin hamısına yalnız 11 baş heyvan təqdim olunması göstərilmişdir. Həmin heyvanlar tanıyan şəxslərə zərərçəkmiş şəxslər Mahir və Zərərçəkmiş şəxs4ların həyətlərində digər eyni növdən olan heyvanlar olmadan təqdim edilmişdir. Həm də yuxarıda qeyd olunan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokollara əlavə edilmiş foto şəkillərlə də müəyyən edilir ki, həmin istintaq hərəkəti zamanı tanıyan şəxslərə heç 11 baş heyvan da təqdim edilməmişdir. Tanıyan şəxslərə 1-ci fotoda 7 baş, 2-ci fotoda isə 10 baş heyvan təqdim edilmişdir. Həmçinin, müstəntiq tərəfindən tanıyan şəxslərə həmin heyvanları məhz hansı əlamətlərinə görə tanıdıqlarını izah etmək belə təklif olunmamışdır. Nəticədə, müdafiə hüquqları və ibtidai istintaq zamanı Azərbaycan Respublikası CPM-in tələbləri kobud şəkildə pozulmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 4(074)- 52/2023 saylı, xx.xx.2023- cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 29,177.2.4-cü maddəsi ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və dərhal həbsdən azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Həmin qərarda göstərilmişdir ki, “məhkəmə iclasında tədqiq edilmiş ilkin sübutlara və təqsirləndirilən şəxsin özünün izahatı ilə təqsirləndirilən şəxsin cinayətin əlamətlərini özündə əks etdirən hadisəyə aidiyyətinin olması öz təsdiqini tapmamışdır”. Bundan başqa, iş materiallarından görünür ki, CM-nin 29,177.2.4 və 188.2-ci maddələri ilə ittiham elan edilməsi üçün o, xx.xx.2023-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 4(074)-74/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, CM-nin 29,177.2.4 və 188.2-ci maddələri ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və dərhal həbsdən azad olunmuşdur. Həmin qərarda göstərilmişdir ki, “həmçinin hazırda Təqsirləndirilən şəxs zəbt etdiyi deyilən torpaq sahəsi ilə bağlı araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli "Cinayat işi üzrə icraata xitam verilməsi barədə” qərar qəbul edilmişdir”. Bundan başqa, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 1(074)-1/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, guya məhkəmədən gizləndiyindən, seçilmiş "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri dəyişdirilərək, barəsində axtarış elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, o, xx.xx.2025-ci il tarixdə Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən tutularaq, 03 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Əslində isə o, həmin vaxt qərəzli olaraq məhkəmədən yayınmamış və xəstə olduğudan Şamaxı rayon Mərkəzi xəstəxanasına müraciət etmiş, xəstəxanadan verilmiş müvafiq arayış isə həmin gün məhkəməyə təqdim edilmişdir. Bu üzürlü səbəbdən də o, məhkəmə iclasında iştirak edə bilməmişdir. Şamaxı rayon X10 Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli 18-1- 72/2-T-134-41-213/2025 nömrəli arayışı ilə müəyyən edilir ki, xx.xx.2025-ci il tarixində “110- Esessial (birincili) hipertenziya” diaqnozu ilə Şamaxı RMXnın TTTY şöbəsində həkim müayinəsində olmuşdur. Həmin arayış qardaşı Şahid6 tərəfindən dərhal məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən isə həmin hallar nəzərə alınmamış və heç bir araşdırma aparılmadan tələm-tələsik olaraq, barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarışı elan edilmişdir. Şamaxı rayon Mərkəzi Xəstəxanasının yuxarıda qeyd olunan arayışı isə cinayət işinin materiallarına belə əlavə edilməmişdir. Bundan başqa, həmin cinayət işi xx.xx.2023-cü il tarixində başlanılmış və iş üzrə ittiham aktı xx.xx.2024-cü il tarixdə təsdiq edilərək həmin tarixdə də, baxılması üçün Şamaxı rayon məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, o, 6 ay istintaq altında olmuşdur. Bu müddət ərzində heç vaxt istintaq orqanından yayınmamış və həmişə onun çağırışlarına vaxtlı-vaxtında gəlmişdir. Həmçinin, barəsində məhkəmə istintaqı xx.xx.2024cü il tarixindən başlanılmış və məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarışı elan edilmiş və o, xx.xx.2025-ci il tarixdə tutulmuşdur. Göründüyü kimi, barəsində 11 ay məhkəmə istintaqı aparılmış və bu müddət ərzində o, heç vaxt məhkəmədən yayınmamış və həmişə onun çağırışlarına vaxtlıvaxtında gəlmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasına isə yuxarıda qeyd edildiyi kimi xəstə olduğundan gələ bilməmişdir. İlk növbədə qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq müddətində onun 05 iyun 2023-cü il tarixdə Şamaxı rayonu Birinci Çaylı kəndində Zərərçəkmiş şəxs3 məxsus 05 baş iribuynuzlu heyvanı və Zərərçəkmiş şəxs4 məxsus 07 baş iribuynuzlu heyvanı, yəni xeyli miqdarda dəyəri olan ümumilikdə 12 baş iribuybuzlu heyvanı oğurlamaq istəyərkən öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyib oğurluğa cəhd etməsini təsdiq edən mötəbər sübut olmamış, yalnız şübhə və ehtimallar olmuşdur. Habelə, bu epizod üzrə heç kim zərər çəkməmiş və heç kimə maddi ziyan dəyməmişdir. Belə ki, onun Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus iri buynuzlu heyvanlarının otlaq sahəsindən oğurlamağa cəhd etməsini heç kim görməmiş, bununla bağlı hər hansı bir video görüntü, telefon danışığı, votsap yazışması və digər mötəbər sübutlar əldə edilməmişdir. Əslində istintaq orqanı və məhkəmə sürücü Şahid10 heyvanları maşına yükləyən zaman onların oğurluq olmasını ehtimal etməsini əsas götürərək ona ittiham vermişlər. Lakin Şahid10 həmin vaxt polis sahə rəisinin telefonuna zəng etsə də, ona onun oğurluq hərəkətlərindən şübhələnməsi və ya onun oğurluq etməyinə dair heç bir məlumat verməmişdir. Əslində o, polis sahə rəisinə yükdaşımaya görə qiymətlə bağlı aralarında yaranmış narazılıqla bağlı məlumat vermişdir. Bundan əvvəl də, sürücü Şahid10 icra nümayəndəsi və digərləri ilə danışıqlarında onun oğurluq etməsinə və ya oğurluqda ondan şübhələnməsinə dair heç bir söz deməmişdir. Şahid10, Şahid4, Şahid16, Şahid7 ifadələrində həmin xüsusatları özlərinə aid olan hissələrdə bir daha təsdiq etmişlər. Bundan başqa, "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 2181 nömrəli Fərmanının 1.1-ci maddəsinə əsasən tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların istismarına müvafiq qaydalara əməl edilməklə icazə verilmişdir. Qeyd olunanlara əsasən həmin qeyri-yaşayış təyinatlı obyektin sənədləşdirilməsi ilə bağlı müvafiq dövlət orqanlarına müraciətlər edilmiş, qardaşı Şahid6 sifarişi əsasında xx.xx.2016-cı il tarixli, İNİL-2070/2016 nömrəli lisenziya əsasında xx.xx.2025-ci ildə Şamaxı rayonu, Birinci Çaylı kəndi ərazisində yerləşən mövcud qeyri-yaşayış obyektinin memarlıq planlaşdırılma bölməsi hazırlanaraq təsdiq edilmiş və aidiyyatı qurumlara təqdim edilmişdir. Hazırda həmin qeyri-yaşayış obyektinin sənədləşdirilməsi yekun mərhələsindədir və aidiyyatı dövlət qurumlarının elektron sistemlərində və portallarında yerləşdirilməklə qeydə alınmışdır. Bundan başqa, İsmayıllı rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən Kənan Binnətov tərəfindən istintaqı aparılan ********* nömrəli cinayət işinin materiallarından xx.xx.2022-ci ildə CM-nin 188.2-ci maddəsi ilə ayrıca icraata ayrılmışdır. Cinayət işinin ayrılmasına əsas və səbəb mənim Şamaxı rayonu X14nin mülkiyyətində olan 40 kvadratmetr qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutması barədə toplanmış materiallar olmuşdur. Həmin cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Şamaxı rayon polis şöbəsinin İstintaq bölməsinə göndərilmiş və xx.xx.2022-ci ildə müstəntiq Mirəli Daşdəmirlinin icraatına qəbul edilərək istintaqı aparılmışdır. İstintaq zamanı müəyyən edilmişdir ki, “X14nin mülkiyyətində olan qanunsuz tikilmiş tikiliyə iştirakı ilə baxış keçirilmiş və məlum olmuşdur ki, həmin torpaq sahəsini zəbt etməsilə bağlı onun barəsində CM-nin 188.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılmış və sonradan barəsində həmin ittiham aktı təsdiq edilərək iş baxılması üçün Şamaxı rayon məhkəməsinə göndərilmişdir. Şamaxı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 188.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Bundan başqa, Şamaxı rayon Birinci Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 5-75-19/2-22/2025-ci il nömrəli arayışı ilə müəyyən edilir ki, 2021-ci ildə Birinci Çaylı kəndi ərazisində 2 mərtəbəli, 85 kv. metr ölçüdə olan qeyri-yaşayış obyekti inşa edilmiş və həmin arayış FHN-e təqdim edilməsi üçün qardaşı Şahid6 adına verilmişdir. Faktiki olaraq həmin tikinti qardaşına məxsusdur. Zərərçəkmiş şəxs3 və onun qardaşı Rövşən Heybetov 2021-ci ilin yanvar ayında Şamaxı rayon Birinci Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid7 ilə mübahisə etmiş və daha sonra nümayəndəliyin inzibati binasının şüşəsini sındırmışlar. Şahid7 müraciəti əsasında həmin faktla bağlı Şamaxı rayon PŞ-də araşdırma aparılmış və təhqiqatçı Bəhlul Məliklinin 08 fevral 2021-ci il tarixli qərarı ilə toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. O, həmin hərəkətlərinə görə onlara iradını bildirdiyi üçün onlar tərəfindən həmişə hədələrə və təhdidlərə məruz qalmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs3 və onun qardaşı Zərərçəkmiş şəxs4 2023-cü ilin may ayında Şamaxı rayon Birinci Çaylı kənd inzibati ərazisi üzrə icra nümayəndəliyinin inzibati binasında Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədovun kənd sakinləri ilə görüşündən sonra başçı tərəfindən onlara örüş sahəsi ayrılmamasına görə Tahir Məmmədovun ünvanına nalayiq ifadələr işlətdiklərinə və söyüş söydüklərinə görə onlara iradını bildirdikdə, yenə də onlar tərəfindən hədələrə və təhdidlərə məruz qalmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs3 və onun qardaşı Zərərçəkmiş şəxs4 mütəmadi olaraq Birinci Çaylı kənd orta məktəbinin həyətinə zibil tökmələrinə görə (bu barədə onların barəsində müvafiq protokol tərtib olunub) o, onlara iradını bildirdikdə, onlar tərəfindən hədələrə və təhdidlərə məruz qalmışdır. Bundan başqa, onun Zərərçəkmiş şəxs3 və onun qardaşı Zərərçəkmiş şəxs4 tərəfindən ölümlə hədələnməsini, Zərərçəkmiş şəxs3 isə ona məxsus tövlələrin guya onun tərəfindən yandırılması ilə bağlı müraciətləri əsasında Şamaxı rayon PŞ-də araşdırma aparılmış və hər iki halda göstərilənlər öz təsdiqini tapmamışdır. Əslində isə Zərərçəkmiş şəxs3 məxsus tövlələrin guya onun tərəfindən yandırılması ilə bağlı “hadisə” guya onun ona məxsus heyvanları oğurlamağa cəhd etmə “hadisə”sindən əvvəl baş versə də, Zərərçəkmiş şəxs3 şikayətlərində ona məxsus tövlələrin onun tərəfindən yandırılması ilə bağlı “hadisədən dərhal sonra onun guya ona məxsus heyvanları oğurlamağa cəhd etməsini göstərmişdir. Həmin ziddiyyətli hallar ittiham aktında və müvafiq qərarlarda müzakirə edilməmiş və onlara qiymət verilməmişdir. Bundan başqa, 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 qızı Aysel Tapdıqova ilə qardaşı Şahid20 nişanlandıqdan sonra onların münasibətləri pozulmuş, münasibətlərinin pozulmasına səbəb isə Zərərçəkmiş şəxs3 onlara məxsus torpaq sahəsinə öz heyvanlarını icazəsiz buraxması olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs3 qızı Aysel Tapdıqova ilə qardaşı Şahid20 evləndikdən sonra guya onun Aysel Tapdıqovanı ata evinə qoymadığı üçün aralarında həmişə münaqişə və mübahisə yaranmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs2 ilə aralarında mütəmadi olaraq mübahisə və münaqişə olmuş və qarşılıqlı olaraq bir-birilərindən müxtəlif dövlət orqanlarına şikayətlər etmişlər. Bundan başqa, Zərərçəkmiş şəxs2 qardaşı Naibin CM-nin 234-cü maddəsi ilə Şamaxı RPŞ-də məsuliyyətə cəlb olunmasında və Şamaxı rayon məhkəməsinin hökmü ilə müvafiq cəza almasında onu səbəbkar bilmiş (Naibin narkotikdən istifadə etməsi barədə polisə məlumatı guya Təqsirləndirilən şəxs vermişdir) və buna görə aralarında olan narazılıqlar bir az da dərinləşmişdir. Bütün bunlar həmin şəxslərin ona qarşı qərəzli mövqelərinin bariz nümunəsinin bir hissəsidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 29,177.2.4, 188.1 və 188.2-ci maddələri ilə verilmiş ittihamlar üzrə təqsirliliyi sübuta yetirilmədiyinə və həmin cinayətlərin ona aidiyyəti olmadığına görə ona bəraət verilməsi barədə hökm çıxarılmasını xahiş edir. Qeyd olunanları nəzərə alıb, onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
5. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
6. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi və qohumudur. Onun şəxsi təsərrüfatında 6, qardaşı Rövşənin isə 7 baş iribuynuzlu heyvanı vardır. Həmin heyvanları hər gün otlamaları üçün, Şamaxı rayonu, Birinci Çaylı kəndi ilə Dağ Göylər kəndi arasında yerləşən otlaq sahəsində buraxırlar. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında, həmişə olduğu kimi o və qardaşı Rövşən heyvanlarını otlamaları üçün otlaq sahəsinə aparıb, geri qayıtmışdırlar. Həmin gün 6 baş iribuynuzlu heyvanından 1 baş erkək dana geri qayıtmış, lakin o, bundan şübhələnməyib, heyvanı tövləyə salmışdır. Həmin gün axşam saatlarında oğlu Qubalı ilə birlikdə evində olarkən, oğlunun telefonuna zəng gəlmişdir. Zəng edənin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Zamin telefonda oğlu ilə danışarkən, X27 kəndi istiqamətində heyvan köçü getdiyini, ona və qardaşı Rövşənə məxsus olan 12 baş iribuynuzlu heyvanın da, həmin köçə qoşulduğunu görüb, geri qaytardığını deməsini eşitmişdir. Qubalı Zaminlə danışdıqdan sonra, heyvanların evə qayıtmasını gözləmiş, lakin heyvanların qayıtmadığını görüb, yenidən Zaminə zəng etmişlər. Qubalı Zaminə heyvanların gəlmədiyini deyib, sonuncudan heyvanları harada gördüyünü soruşmuşdur. Zamin Qubalıya gələcəyini deyib, telefonu söndürmüşdür. Bundan sonra, Qubalı küçəyə çıxıb, heyvanları tapmaq üçün otlaq sahəsinə getmişdir. Bir qədər sonra, onun və Rövşənin heyvanlarını Qubalı gətirmişdir. Həmin gün təxminən saat 21 radələrində evdə olarkən, qardaşı Hidayət yaşadığı evə gəlib, ona və Rövşənə 12 baş iribuynuzlu heyvanlarının oğurlanmağa cəhd edilməsini demişdir. O, Hidayətdən bu barədə haradan məlumatının olduğunu soruşmuş, Hidayət cavabında heyvanların oğurlanmağa cəhd olunması ilə bağlı Çöl Göylər kəndi ərazisində yaşayan şəxslərin məlumat verməsini, heyvanları aparmaq üçün çağırılan sürücünün kənd icra nümayəndəsinin nömrəsini almasını demişdir. Bundan sonra, onlar Şamaxı rayon Birinci Çaylı kənd icra nümayəndəsi olan Şahid7 evinə gedib, sonuncuya iribuynuzlu heyvanlarının oğurlamağa cəhd edilməsini bildirərək, Göylər kənd icra nümayəndəsi olan Şahid16 mobil nömrəsini istəmişlər. Nazir Səmədə zəng edib, onunla, Rövşənin heyvanlarının oğurlanmağa cəhd edilməsini, heyvanların aparılması üçün gətirilən avtomobil sürücüsünün deyilənə görə, Səmədlə özü danışıb-danışmamasını sonuncudan soruşmuşdur. Səməd cavabında sürücünün özü ilə əlaqə saxlayıb, sahə rəisinin mobil nömrəsini istədiyini, həmin şəxsə sahə rəisinin mobil nömrəsini verdiyini demişdir. Bundan sonra, onlar sürücünün mobil nömrəsini Səməddən alıb, ərazinin sahə rəisi ilə əlaqə saxlamışdırlar. Telefon danışığı zamanı, qardaşı Hidayət sahə rəisindən heyvanlarını aparmaq istəyən şəxsin kim olmasını soruşmuş, sahə rəisi isə cavabında sürücünün heyvanları aparmaq üçün Şamaxı rayonuna sonu “56-56” olan mobil nömrə sahibinin çağırdığını deməsini Hidayətə bildirmişdir. Daha sonra Hidayət sürücü ilə əlaqə saxlamış, telefon danışığı zamanı, sürücü Hidayətə heyvanların bəzilərinin kök və yelinli olduqlarını görüb, yanlarında balalarının olmaması səbəbindən heyvanların oğurluq ola biləcəyindən şübhələnib, həmin heyvanları avtomobilinə yükləməkdən imtina edərək, oradan getdiyini bildirmişdir. Onlar dərhal bilmişdirlər ki, sonu “56-56” ilə bitən mobil telefon nömrəsinin sahibi Təqsirləndirilən şəxsdur. Bundan sonra, oğlu Qubalı və qardaşı Rövşən ilə birlikdə Zaminin evinə getmişdirlər. Həmin ünvana çatdıqdan sonra, Zaminin atası Şahid2 bu barədə məlumat verib, Zamini çağırmasını istəmişdir. Əlkazım Zaminə zəng etdikdən sonra, sonuncu evlərinə gəlmiş və o, Zamindən nəyə görə onun və Rövşənin iribuynuzlu heyvanlarını oğurlamağa cəhd etdiyini soruşmuşdur. Zamin isə cavabında 12 baş iribuynuzlu heyvanın ərazidə ancaq onlarda olmadığını, heyvan alveri ilə məşğul olduğunu, həmin heyvaları alıb, yük avtomobili ilə aparmaq istədiyini demişdir. Həmin vaxt hadisəni böyütməmək üçün, o, Rövşən və Qubalı oradan uzaqlaşıb, yaşadıqları evə getmişdirlər. Təqsirləndirilən şəxs oğurlamağa cəhd etdiyi 12 baş iribuynuzlu heyvandan 5 başı ona məxsus, 7 başı isə qardaşı Rövşənə məxsus olmaqla, 5 baş iribuynuzlu heyvandan 5 başıda dişidir, həmin 5 başdan 4 başı inək, 1 başı düyədir. Qardaşı Rövşənə məxsus 7 baş iribuynuzlu heyvandan, 3 başı yeni doğmuş inək, 2 baş erkək cinsli dana, digər 2 baş heyvanı isə düyə olmuşdur. Təqsirləndirilən şəxs oğurlamağa cəhd etdiyi ona məxsus 5 baş iribuynuzlu heyvandan 4 baş inəyin qiyməti hər biri ***-**** manat, 1 baş düyənin qiyməti 1100-1300 manat, qardaşı Rövşənə məxsus 7 baş iribuynuzlu heyvandan 2 baş inəyin hər biri ***-**** manat, 1 baş inəyin qiyməti 600-800 manat, 1 baş erkək cinsli dananın qiyməti 1300-1500 manat, 1 baş erkək cinsli dananın qiyməti 1700-2000 manat, 2 baş dişi düyənin hər biri 1100-1300 manat olmaqla, ümumilikdə həmin heyvanların qiyməti 11700- 14200 manat təşkil edir. Həmçinin, Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz əməllərinə davam etməkdədir. Göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs ağır cəza təyin olunmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 zərərçəkmiş Zərərçəkmiş şəxs3 ilə oxşar məzmunlu ifadə vermişdir.
8. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 sədri X11 ifadə verib göstərdi ki, 2025-ci ilin yanvar ayından X14 Quşçu Bələdiyyəsinə birləşdirilmişdir. Həmin vaxtı Bələdiyyə sədri seçilmişdir. Bələdiyyələr birləşdirilsə də, X7 aid əmlaklar və sənədlərin təhvil-təslimi tam olaraq həyata keçirilməmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs oğludur, həmin şəxslə münasibətləri qaydasındadır. Zərərçəkmiş şəxs3 həmkəndlisi və qudasıdır, sonuncu ilə münasibətləri əvvəllər yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. 2022-ci il tarixdə Mahirin qızı X12 ilə oğlu Şahid20 nişanlandıqdan sonra Mahirlə münasibətləri pozulmuş, münasibətlərinin pozulmasına səbəb Mahirin onun ərazisinə heyvan buraxması olmuşdur. Hal-hazırda Mahirlə heç bir münasibəti yoxdur. 05 iyun 2023-cü il tarixdə təxminən saat 21-22 radələrində Şamaxı rayonu, Birinci Çaylı kəndində yerləşən evində olan zaman, Mahir, oğlu Qubalı və qardaşı Rövşən həyətə daxil olmuş, o, həmin şəxslərlə görüşüb və birlikdə əyləşmişlər, həmin vaxt Mahir onlara məxsus iri buynuzlu heyvanların Zamin tərəfindən oğurlanmağa cəhd edildiyini deyib, Zamini çağırmağı istəmiş, o isə Zaminə zəng edib çağırmış və bundan sonra Mahirdən heyvanların harada olduğunu soruşmuş, Mahir cavabında iri buynuzlu heyvanların tövlələrində olduğunu bildirmişdir. O, Mahirdən əgər oğlu heyvanları oğurlamışdırsa necə olur heyvanlar tövlələdədir deyə soruşmuş, həmin vaxt da Zamin həyətə daxil olmuşdur. Mahir Zaminlə mübhaisə etməyə başlamış və Mahir heyvanları Zaminin oğurlamaq istədiyini iddia etmişdir. Zamin Mahirdən heyvanlarınının harada olduğunu soruşmuş, Mahirlə Rövşən cavabında heyvanlarının tövlələrində olduğunu təkrar etmişlər, bundan sonra o, mübahisənin böyüməməsi üçün Mahirlə Rövşəndən getmələrini xahiş etmişdir. Mahirlə Rövşən getdikdən sonra Zamindən artıq heç nə soruşmamışdır.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisi və qohumu olmaqla, həmin şəxslə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Valideyni Zərərçəkmiş şəxs3 şəxsi təsərrüfatında altı, əmisi Zərərçəkmiş şəxs4 yeddi baş iri buynuzlu heyvanı vardır. Həmin heyvanları hər gün mütəmmadi olaraq otlamaları üçün Şamaxı rayonu, Birinci Çaylı kəndi ilə Dağ Göylər kəndi arasında yerləşən otlaq sahəsində buraxırlar, həmin heyvanlar qeyd etdiyi ərazidə səllimi otlayırlar. 05 iyun 2023-cü il tarixdə saat 06 radələrində həmişə olduğu kimi Mahir altı baş, Rövşən yeddi baş iri buynuzlu heyvanan otlamaları üçün otlaq sahəsinə aparmışdılar. Həmin tarixdə saat 11 radələrində altı baş iri buynuzlu heyvandan bir baş erkək dana geri qayıtdı. Həmin tarixdə təxminən saat 19-20 radələrində valideyni Zərərçəkmiş şəxs3 ilə birlikdə Şamaxı rayonu, Birinci Çaylı kəndində yerləşən evində olarkən, onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng gəlmiş, o Zaminin ***-***-**-** saylı mobil nömrəsindən zəng etdiyini görüb, telefona cavab vermiş, Zaminlə telefonda danışarkən Zamin ona, Çöl Göylər kəndi istiqamətində heyvan köçü getdiyini onlara və Rövşənə məxsus olan on iki baş iri buynuzlu heyvanın da, həmin köçə qoşulduğunu gördüyünü, bunun üçün də heyvanları həmin köçdən aralayıb geri ötürdüyünü demiş, o da danışdıqdan sonra heyvanların evə qayıtmasını gözləmiş, təxminən bir-iki saat vaxt keçməsinə baxmayaraq heyvanların qayıtmadığını görüb, yenidən Zaminə zəng etmiş və Zaminə heyvanların gəlmədiyini deyib, heyvanları harada gördüyünü soruşmuş, Zamin ona yola çıxmağı bə birlikdə gedib axtara biləcəklərini demişdir. O, Zaminlə danışdıqdan sonra telefonu söndürüb, küçəyə çıxmış, bir neçə dəqiqə sonra zamin gəlmiş və onlar birlikdə heyvanları tapmaq üçün otlaq sahəsinə getmiş və Çöl Göylər kəndi istiqamətində yerləşən “Toyuq damı” adlanan ərazidə uzaqdan 12 baş iri buynuzlu heyvanları görmüş, həmin heyvanların içərisində valideyni Mahirə məxsus sarı rəngli, alnı ağ rəngli ləkə olan “əbrəş” kimi çağıranda mələyən inəyi çağırmış və heyvanlar onlara tərəf gəlmişlər, həmin vaxt Zamin bu heyvanların yaxşı heycan olduğunu demiş və uzaq yolu gəldiklərini bildirmişdir. O, Zamindən heyvanların haradan gəldiyini soruşduqda Zamin çaşıb qalmış və “Dağmalı” adlanan ərazidən gəldiklərini demişdir. Daha sonra o, heyvanları evə gətirmiş, Mahir hələdə baş verənlərdən məlumatsız şəkildə heyvanlarla məşğul olmağa başlamış, təxminən saat 22-23 radələrində evdə olarkən əmisi yaşadığı evə gəlib ona və Mahirə on iki baş iri buynuzlu heyvanların oğurlanmağa cəhd edilməsini demiş, daha sonra Rövşən də onların yanına gəlmiş və hadisədən məlumatı olmuşdur. X15 bu barədə haradan məlumatının olduğunu soruşmuş, Hidayət cavabında heyvanların oğurlanmağa cəhd olunması ilə bağlı Çöl Göylər kəndi ərazisində yaşayan şəxslərin məlumat verməsini, heyvanları aparmaq üçün çağırılan sürücünün kənd icra nümayəndəsinin nömrəsini almasını demiş, bundan sonra onlar avtomobilə minib Şamaxı rayon Birinci Çaylı kənd icra nümayəndəsi Şahid7 Şamaxı rayonu, Dağ Göylər kəndində yerləşən evinə getmiş və ona iribuynuzlu heyvanların oğurlanmağa cəhd edilməsi barədə deyib, Göylər kənd icra nümayəndəsi olan Şahid16 mobil nömrəsini istəmiş, Nazir Səmədə zəng edib, onunla, Rövşənin heyvanlarının oğurlanmağa cəhd edilməsini, heyvanların aparılması üçün gətirilən avtomobil sürücüsünün deyilənə görə onunla danışıb-danışmamasını Səməddən soruşmuş, Səməd cavabında sürücünün onunla əlaqə saxlayıb, sahə rəisinin mobil nömrəsini istədiyini, həmin şəxsə sahə rəisinin mobil nömrəsini verdiyini demiş, bundan sonra onlar sürücünün və sahə rəisinin mobil nömrəsini Səməddən almış, Hidayət ilk öncə sürücünün istifadəsində olan ***-***-**-** ilə əlaqə saxlamış, telefon danışığı zamanı sürücünü aldadıb, Şamaxı rayonuna gətirmək üçün ona Şamaxı rayonu, Əngəxaran kəndində heyvanları olduğunu, həmin heyvanları səhəri gün yəni 06 iyun 2023-cü il tarixdə Sabirabad rayonuna aparmaq istədiyini deyib, ondan həmin heyvanları apara bilibbilməməsini soruşmuş, lakin sürücü 06 iyun 2023-cü il tarixdə Laçın rayonuna köç aparacağını deyib, həmin tarixdə heyvanlarını Sabirabad rayonuna apara bilməyəcəyini demiş, sürücünü şübhələndirməyib, Şamaxı rayonuna gətirmək üçün ondan yükü apardıqdan sonra məlumat verməsini xahiş edib telefonu söndürmüş, daha sonra Hidayət ərazinin sahə rəisi ilə əlaqə saxlamış, telefon danışığı zamanı Hidayət sahə rəisindən heyvanları aparmaq istəyən şəxsin kim olmasını soruşmuş, sahə rəisi isə cavabında sürücünün heyvanları aparmaq üçün Şamaxı rayonuna sonu 56-56 olan mobil nömrə sahibinin çağırdığını, lakin sürücü ilə həmin mobil nömrəni işlədən şəxs razılıq əldə etmədikləri üçün sürücünün heyvanları aparmaqdan imtina etməsini, həmin heyvanların sonu 56-56 ilə bitən mobil nömrəni işlədən Zamin adlı şəxsə məxsus olduğundan məlumatı olduğunu, həmin heyvanların onlara məxsus olması barədə məlumatı olmadığını demiş, onlar oğurluğa cəhd edən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmiş və hadisə barədə sahə rəisinə heçnə deməyib hadisəni gizlətmiş, Şahid7 bu barədə heç kimə deməməsini xahiş edib, bacısı Zaminin qardaşı Kərəmxanın həyat yoldaşı olması səbəbindən şikayət etmək fikrindən daşındıqlarını demiş və dərhal o, Mahir, Rövşən ilə birlikdə Zaminin evinə getmiş, həmin ünvana çatdıqdan sonra Zaminin atası Şahid2 bu barədə məlumat verib, Zamini çağırmasını istəmiş, Əlkazım Zaminə zəng etdikdən sonra sonuncu evlərinə gəlmiş və Mahir Zamindən niyə görə iribuynuzlu heyvanlarılarını oğurlamğa cəhd etdiyini soruşmuş, Zamin isə cavabında ərazidə ancaq on iki baş iri buynuzlu heyvanın onlarda olmadığını, heyvan al-veri ilə məşğul olduğunu, həmin heyvaları alıb, yük avtomobili ilə aparmaq istədiyini demiş, bundan sonra Rövşən Zamindən soruşmuş ki, “sənin qardaşının atanın heyvan almağından xəbərləri yoxdu, sən on iki baş inəyi haradan, kimdən almısan, səni verərəm polisə bir saata polis işin üstün açar, lakin qohumsan diyə səni polisə vermirik” demiş, Zamin isə suallara cavab verməyib, mübahisə edərək “mənə şər atırsız, görərsiz sizə nə edəcəm” deyərək hədə-qorxu gəlməyə başlamış, həmin vaxt hadisəni böyütməmək üçün o, Rövşən və Mahir oradan uzaqlaşıb, yaşadıqları evə getmişlər.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, həmin şəxslə münasibətləri qaydasındadır. Zərərçəkmiş şəxs3 həmkəndlisi və qardaşı Şahid20 qayınatası olmaqla, münasibətləri əvvəllər yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. 2022-ci il tarixdə Mahirin qızı X12 ilə qardaşı Şahid20 nişanlandıqdan sonra Mahirlə münasibətləri pozulmuş, münasibətlərinin pozulmasına səbəb Mahirin onların ərazisinə heyvan buraxması olmuşdur. Hal-hazırda Mahirlə heç bir münasibəti yoxdur. 05 iyun 2023-cü il tarixdə təxminən saat 19-20 radələrində Şamaxı rayonu, Birinci Çaylı kəndində yerləşən yaşadığı evdə olan zaman qardaşı Zamin ona zəng edib İmişli rayonuna satmaq üçün apardığı yeddi baş iri buynuzlu heyvanı daşıması üçün razılaşdığı yük avtomobilinin razılaşmadığını, heyvanları idarə etdiyi “QAZ-31” markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə aparmağı ondan istəmiş, o, dərhal avtomobilini idarə edib, Şamaxı rayonu, Çöl Göylər kəndinə getmiş və bulağın yanında gözləyən Zaminlə birlikdə yeddi baş iri buynuzlu heyvanı avtomobilə yükləyib, Şamaxı rayonu, Birinci Çaylı kəndində yerləşən yaşadığı evin tövləsinə aparıb, heyvanları tövləyə saldıqdan sonra, Zamindən bu heyvanları nə edəcəyini soruşmuş, Zamin cavabında həmin heyvanları 08 iyun 2023-cü il tarixdə Sabirabad rayonunda yerləşən heyvan bazarında satmağa aparacağını demiş, bundan sonra onlar birlikdə kənd ərazisində yerləşən mağazalarının ikinci mərtəbəsində yerləşən çayxanaya getmiş, bir neçə saat keçdikdən sonra təxminən saat 21-22 radələrində Zaminə Əlkazım zəng etmiş, Zərərçəkmiş şəxs3, oğlu Qubalı və qardaşı Rövşənin evlərinə gəlmələri barədə məlumat vermiş, Zamin də getmişdir. O, həmin tarixdə evə gedəndən sonra Mahirgilin niyə görə Zamini axtardıqlarını soruşmuş, Zamin cavabında Mahirin beş baş iri buynuzlu Rövşənin isə yeddi baş iri buynuzlu heyvanının Zamin tərəfindən oğurlanmağa cəhd etməsi barədə gəlib Zamini şərlədiklərini, buna görə də evə gəlib mübahisə etdiklərini demiş, O, Zamindən həqiqətən Mahirlə Rövşənin iribuynuzlu heyvanlarını oğurlamağa cəhd edibetməməsini soruşmuş, Zamin isə cavabında Mahirlə Rövşənə məxsus iribuynuzlu heyvanları oğurlamadığını, nə də oğurlamağa cəhd etmədiyini demiş, həmin tarixdən təxminən iki üç gün keçdikdən sonra Mahirin digər qardaşı Hidayət bir neçə gün əvvəl itirdiyi bir baş iri buynuzlu heyvanı Şamaxı rayonu, Pirbəhli kəndindən tapdığını ona demiş, həmin heyvanı gətirməyi xahiş etmişdir. O, Hidayətlə birlikdə Pirbəhliyə gedib bir baş iri buynuzlu heyvanı avtomobilinə mindirib Birinci Çaylı kəndinə aparmışdır.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 Təvəkkül oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. 05 iyun 2023-cü il tarixdə təxminən saat 17-18 radələrində Şamaxı rayonu, Birinci çaylı kəndində yerləşən evində olarkən Şamaxı rayonu, Çöl Göylər kəndində yaşayan tanışı Şahid14 ona zəng edib Əlkazımın nəyi olduğunu soruşmuş, o, Əzaməddinə cavabında Əlkazımın bacısının əri olduğunu demiş və nə olduğunu soruşmuşdur. Əzaməddin cavabında ondan Əlkazımın Zamin adında oğlu olub-olmadığını soruşmuş, o da Əlkazımın Zamin adlı oğlu olduğunu demiş və bundan sonra Əzaməddin yenidən ona sual verib Zaminin və ya atası Əlkazımın iri buynuzlu heyvanları olub-olmamasını soruşmuş, o Əzaməddinə Zamin və atası Əlkazımın iri buynuzlu heyvanlarının olmamasını, xırda buynuzlu heyvanlarının olmasını, həmin heyvanları da, qardaşı Qismətin yaylaqda saxladığını demiş, bundan sonra Əzaməddin, X29 10-12 baş iri buynuzlu heyvan gətirib, həmin heyvanlarını yük avtomobili ilə İmişli rayonuna apardığını demiş, o, Əzaməddinə, Zaminin heyvan alveri ilə məşğul olduğunu, ola bilsin ki, haradansa alıb, satmaq üçün İmişli rayonuna apardığını demiş bundan sonra Əzaməddinlə sağollaşmışdır. Bir müddət keçdikdən sonra Zaminin həmkəndliləri Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus iri buynuzlu heyvanları oğurlamağa cəhd etdiyi üçün həmin şəxslərin Şamaxı rayon polis şöbəsinə müraciət etmələrindən məlumatı olmuş, həmin vaxta kimi Zaminlə həmin şəxslər arasında nə baş verməsindən, Zaminin Mahir və Rövşənə məxsus iri buynuzlu heyvanları oğurlamağa cəhd etməsi barədə məsələdən məlumatı olmamışdır.
13. O, əlavə suallara cavab olaraq bildirmişdir ki, Əzaməddinlə telefonla danışdıqdan sonra bu barədə Əlkazıma zəng edib Zaminin Şamaxı rayonu, Çöl Göylər kəndinə 12 baş iri buynuzlu heyvan aparması barədə ona zəng etmələrini deməmiş, çünki Zaminin iri buynuzlu heyvan alveri ilə məşğul olduğundan məlumatı olmuşdur.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, polis sahə rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Şamaxı rayonu Birinci Çaylı kənd sakinləri kimi tanıyır. xx.xx.2023-cü il tarixdə xidmətdə olan zaman, Göyçay rayon sakini kimi özünü təqdim edən Şahid10 ona zəng edərək, iribuynuzlu heyvan aparmaq üçün Çöl Göylər kəndi ərazisinə gəldiyini, lakin heyvanları aparmaq istəyən Təqsirləndirilən şəxs ilə razılaşmadığı üçün heyvanları aparmaq qərarından daşındığını, lakin Təqsirləndirilən şəxs bununla razı olmayıb mübahisə etdiyini bildirmişdir. O, Şahid10 onunla mübahisə edən heyvan sahibinin nömrəsini istəmiş və həmin şəxs Zaminin istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsini ona vermişdir. O, Zaminə zəng edib nə baş verdiyini soruşmuş, Təqsirləndirilən şəxs da, sürücü Şahid10 əvvəldən razılaşdıqları qiymətə heyvanları aparmağa razı olmadığını, buna görə aralarında mübahisə olduğunu bildirmişdir. O, hər iki şəxslə ayrı-ayrılıqda danışıb, onlara şifahi xəbərdarlıq etmiş və hər ikisi də, aralarında hər hansı mübahisənin qalmadığını bildirdikdən sonra, həmin əraziyə getməmişdir.
15. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu Birinci Çaylı kənd sakini kimi tanıyır. O, 1985-ci ildən Birinci Çaylı kənd məktəbində tarix müəllimi, 2007-ci ildən 2021-ci ilə kimi isə həmin məktəbdə direktor vəzifəsində işləmişdir. 2021-ci ilin aprel-may aylarında Təqsirləndirilən şəxs köhnə məktəbin yanında torpaq sahəsində qanunsuz tikinti işləri aparmışdır. Həmin vaxt müəyyən olunmuşdur ki, Zamin tərəfindən qanunsuz tikinti aparılaraq, istifadə olunan torpaq sahəsi X14nin ehtiyat fonduna aid yaşayış məntəqəli torpaq sahəsidir. Zaminin 2021-ci ilin aprel ayında köhnə məktəbin həyətinə daxil olub qanunsuz tikinti işləri görməsindən məlumatı olmuş, bununla bağlı Zaminə şifahi xəbərdarlıq etmiş, həmçinin, Zaminin hasar tikməsi və tikili tikməsi barədə Şamaxı rayonu Təhsil şöbəsinin rəhbərliyinə rəsmi məlumat vermişdir. Hazırda məktəbin qarşısında və Təqsirləndirilən şəxs tikdiyi obyektin arxasındakı ərazidə torpağın üzərində betondan düzəldilmiş yer, xırda ağacların əkilməsi, ətrafı dəmir listlərdən quraşdırılmış sanitar qovşağı, mişar daşlarından obyektin kənarından torpaq sahəsinə gedilməsi və obyektin ikinci mərtəbəsinə daxil olmaq üçün pilləkənin tikilməsi 2021-ci ildə yox, sonrakı illərdə baş vermişdir. Həmin məktəb binası 2005- ci ildə fəaliyyətini dayandırmış, buna görə də, həmin məktəbdə və məktəbin qarşısında yerləşən torpaq sahəsində heç bir tikinti, abadlıq, əkinçilik işləri görülməmişdir.
16. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onun “Mersedes” markalı yük avtomobili var və həmin avtomobil ilə müxtəlif şəxslər üçün iri və xırda buynuzlu heyvan daşıyıb, qazanc əldə edir. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Göyçay rayonu, Qaraməryam kəndi ərazisində olarkən, heyvan daşınması ilə məşğul olan tanışı X3 ona zəng edib, Şamaxı rayonu, Göylər kəndində iribuynuzlu heyvanları İmişli rayonuna aparmaq lazım olduğunu demişdir. Gülşadın müştərisi olduğu üçün, gedə bilməyəcəyini, əgər gedə bilərsə müştərinin nömrəsini ona verə biləcəyini bildirmişdir. Həmin vaxt işi olmadığından, Gülşaddan müştərinin nömrəsini istəmiş, Gülşad ona ***-***-**-** mobil telefon nömrəsini vermişdir. O, həmin gün həmin nömrə ilə əlaqə saxlamış, heyvanlarını İmişli rayonuna aparmaq üçün nömrəsini ona verdiklərini demiş, həmin şəxs də, bunu təsdiq etmiş və xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Şamaxı rayonu, Çöl Göylər kəndinə gəlməyi ondan istəmişdir. Daha sonra, 12 baş iribuynuzlu heyvan olduğunu, həmin heyvanların avtomobilə yerləşib-yerləşməyəcəyini soruşmuşdur. O, həmin şəxsə 12 baş iribuynuzlu heyvanın yerləşəcəyini dedikdən sonra, həmin heyvanları Çöl Göylər kəndindən İmişli rayonu heyvan bazarına aparmağı qarşılığında 200 manata razılaşmışdır. 05 iyun 2023-cü il tarixdə, saat 16 radələrində o, Çöl Göylər kəndi ərazisinə çatmış və həmin mobil nömrəni işlədən şəxslə əlaqə saxlamışdır. Həmin şəxs ona Dağ Göylər kəndi istiqamətinə getməyi, onu yolda qarşılayacağını demişdir. O, avtomobili idarə edib yola düşmüş və bir qədər sonra, yol kənarında bir nəfər orta boylu, arıq bədən quruluşlu şəxs ona əl etmişdir. Həmin şəxs yaxınlaşıb, telefonda danışdığı şəxs olduğunu deyib, irəlidə torpaq yolu göstərib, avtomobili həmin yolla idarə edib, irəlidə olan heyvanları torpaq yol ilə getdikdən sonra avtomobilə yığacağını demişdir. O, həmin şəxslə razılaşmayıb, avtomobilin iri olduğunu və torpaq yolla getsə, orada ilişib qala biləcəyini demişdir. Bundan sonra həmin şəxs uzaqlaşıb, bir neçə dəqiqə keçdikdən sonra 12 baş iribuynuzlu heyvanı torpaq yol ilə asfalt yolun kənarına çıxarıb, yük maşınına yükləməyə çalışmış, lakin açıq ərazi olduğu üçün, heyvanlar avtomobilə girməmişdir. O, həmin şəxsə heyvanları nəyə görə fermada bağlı yerdə avtomobilə yükləmədiyini soruşduqda, həmin şəxs cavab olaraq fermadakıların getdiyini, hazırda fermada heç kimin olmadığını, həmçinin fermadan uzaqlaşdığını demişdir. O, həmin vaxt şəxsin hərəkətlərindən və heyvanların bir neçəsinin süd verən inək olduğunu, həmin heyvanların balalarının yanında olmadıqlarından şübhələnib, ondan heyvanların birdən oğurluq ola biləcəyini soruşmuşdur. Lakin həmin şəxs ona acıqlanıb, günün günorta vaxtı heyvan oğurlanmadığını, dişi inəklərin balalarını isə satdığını demişdir. Daha sonra, həmin şəxsə heyvanları Çöl Göylərə düşürtməyi orada qapalı ərazidə avtomobilin yük yerinə yükləməyi təklif etmişdir. Bundan sonra, o razılaşmış və heyvanları Çöl Göylər kəndi isitqamətində aparmağa başlamışdır. O, avtomobili idarə edib Çöl Göylər kəndinə daxil olub çayxanada oturmuş, kənd sakinləri onun kəndə gəlmə səbəbini soruşduqda, kənd sakinlərinə İmişli rayon heyvan bazarına iribuynuzlu heyvan aparmaq üçün gəldiyini demişdir. Orada olarkən, kənd sakinlərindən bir nəfər şəxs, heyvan satan şəxsin satsaydı həmin iribuynuzlu heyvanlardan birini almaq istədiyini demiş, o isə, həmin şəxsə heyvanın sahibindən soruşmasını təklif etmişdir. Heyvanlar kənd ərazisinə gəldikdən sonra, heyvan almaq istəyən kənd sakini sonradan adının Tapdıov Zamin Əlkazım oğlu olduğunu bildiyi şəxsə yaxınlaşmış, həmin şəxslər ondan uzaqda danışdıqları üçün, həmin şəxslərin nə danışmasını eşitməmişdir. Kənd sakini Zamin adlı şəxslə danışdıqdan sonra, ona yaxınlaşıb, Zaminin heyvanları satmadığını, heyvanları İmişli rayonu ərazisində fermaya apardığını, 12 baş iribuynuzlu heyvanın içərisində olan inəklərin balalarının da, fermada olduğunu dediyini bildirmişdir. Zamin ona inəklərin balalarını satdığını deməsini və 12 baş heyvanı satmaq üçün İmişli rayon heyvan bazarına aparmaq üçün razılaşdığını, Zaminin kənd sakininə başqa, ona başqa söz dediyini müəyyən etdikdən sonra, həmin 12 baş iribuynuzlu heyvanın oğurluq ola biləcəyindən şübhələnib, kənd ərazisindəki mazağanın satıcısından kənd icra nümayəndəsinin nömrəsini almış və icra nümayəndəsinə zəng edib, bu barədə məlumat verib, sahə rəisinin nömrəsini istəmişdir. İcra nümayəndəsi sahə rəsinin nömrəsini verdikdən sonra, sahə rəisinə iribuynuzlu heyvan aparmaq üçün Çöl Göylər kəndi ərazisinə gəldiyi, lakin heyvanları aparmaq istəyən şəxslə razılaşmadığı üçün heyvanları aparmaq qərarından daşındığını demiş, lakin heyvanların oğurlanmasından şübhələndiyini deməmiş və Zaminin nömrəsini sahə rəisinə verib, Təqsirləndirilən şəxs heyvanları aparmaqdan imtina etdiyini deyib, oradan uzaqlaşıb, Göyçay rayonuna getmişdir. Daha sonra, Zamin gecə saatlarında ona zəng edib, gəlib getdiyi üçün yanacaq pulu vermək istədiyini deyib, plastik kart nömrəsi istəmiş, lakin o həmin şəxsdən pul istəmədiyini deyib əlaqəni kəsmişdir. Sonuncu dəfə, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ona zəng edib, onu Şamaxı Rayon Polis Şöbəsindən çağırılıb-çağırılmadığını soruşmuşdur. O, Zaminlə danışmazdan əvvəl, Şamaxı RPŞ-nə dəvət olunmuş, lakin bu barədə Zaminə deməyib, onu heç kimin çağırmadığını demişdir.
17. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx.xx.2023-cü il tarixdə o, Şahid13, Şahid5 ilə birlikdə Şamaxı rayonu, Çöl Göylər kəndinin girişindəki çayxanada oturub çay içirmiş. Həmin vaxt sonradan adının Şahid10 olduğunu bildiyi şəxs, idarə etdiyi ağ rəngli yük avtomobili ilə çayxanın qarşısına gəlib avtomobildən düşüb, çayxanada əyləşmişdir. Həmin şəxslə söhbət zamanı, bir nəfər şəxsin 12 baş iribuynuzlu heyvanı İmişli rayon heyvan bazarına aparmaq üçün Göyçay rayonundan gətizdirdiyini, lakin həmin heyvanların bəzilərinin süd verən heyvan olmasına baxmayaraq, yanlarında balalarının olmamasından və heyvanları fermada deyil kənar yerdə avtomobilə yükləməyə çalışdığından, həmin heyvanların oğurluq olmasından şübhələndiyini bildirmişdir. Onlar Şahid10 həmin şəxsin indi harada olmasını soruşduqda, İlqar həmin şəxsin heyvanları dərə ilə Çöl Göylər kəndinə gətirdiyini demişdir. Onlar bundan şübhələnmiş və İlqar adlı şəxs icra nümayəndəsinin nömrəsini almaq üçün yaxınlıqdakı mağazaya getmişdir. Bir neçə dəqiqə keçdikdən sonra, bir nəfər şəxs 10-12 baş iribuynuzlu heyvanı kəndin ərazisinə gətirib, bulaqda sulamağa başlamışdır. Onlar həmin şəxsin gətirdiyi heyvanların oğurlayıb-oğurlamadığını bilmək üçün, sorğu-sual etmək məqsədilə, həmin şəxsə yaxınlaşmışdırlar. Həmin şəxsin yanına çatdıqda, Hicran həmin şəxsi tanıyıb, Təqsirləndirilən şəxs olduğunu demişdir. Heyvanların bəzilərinin süd verən heyvan olduğunu görmüşdür. Rəşid Zamindən heyvanları haraya aparmasını soruşmuş, Zamin cavabında həmin heyvanları İmişli rayonunadakı fermaya apardığını demişdir. Rəşid yenidən Zamindən inəklərin balalarının harada olduğunu soruşmuş, Zamin cavabında inəklərin balalarını əvvəlcədən İmişli rayonundakı fermaya göndərdiyini demişdir. Həmin vaxt o, Zamindən həmin heyvanların satılıb-satılmadığını soruşmuş, Zamin isə cavabında həmin heyvanlardan heç birinin satılmadığını bildirmişdir. Sonradan onlara məlum olmuşdur ki, Zamin və atası Əlkazımın iribuynuzlu heyvanları yoxdur, yalnız xırdabuynuzlu heyvanları vardır. Təqsirləndirilən şəxs Çöl Göylər kəndinə gətirdiyi iribuynuzlu heyvanların sayı təxminən 10-12 baş olmuş, həmin heyvanlardan 7 başı inək olmuş, qalanları isə erkək dana və dişi düyələr olmuşdur.
18. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 və Şahid13 Şahid14 ilə oxşar məzmunlu ifadə vermişdirlər.
19. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu Birinci Çaylı kənd sakini kimi tanıyır. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında yaşadığı Şamaxı rayonu, Göylər kəndində yerləşən evində olarkən, qapının döyüldüyünü eşidib, küçəyə çıxmış və qapının qarşısında kənd sakinləri Zərərçəkmiş şəxs3 ilə Şahid1 görmüşdür. Həmin şəxslər iribuynuzlu heyvanlarının oğurlanmağa cəhd edilməsini deyib, ondan Göylər kənd icra nümayəndəsi olan Şahid16 mobil telefon nömrəsini istəmişdirlər. O, Səmədə zəng edib, Mahirlə, Rövşənin heyvanlarının oğurlanmağa cəhd edilməsini, heyvanların aparılması üçün gətirilən avtomobil sürücüsünün deyilənə görə onunla danışıb-danışmamasını Səməddən soruşmuşdur. Səməd cavabında sürücünün onunla əlaqə saxlayıb, sahə rəisinin mobil nömrəsini istədiyini, həmin şəxsə sahə rəisinin mobil nömrəsini verdiyini demişdir. Bundan sonra o, sürücünün mobil nömrəsini Səməddən alıb, Hidayətə vermişdir. Bundan sonra, Hidayət ərazinin sahə rəisi ilə, sonra isə sürücü ilə əlaqə saxlamışdır. Sonra isə, Mahir və Hidayət onunla sağollaşıb çıxıb getmişdirlər. Bir müddət keçdikdən sonra, Zərərçəkmiş şəxs3 ilə Zərərçəkmiş şəxs4 iribuynuzlu heyvanlarının Təqsirləndirilən şəxs tərəfindən oğurlanmağa cəhd edilməsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsinə müraciət etmələrindən xəbər tutmuşdur.
20. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs adlı şəxsi tanımır. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında yaşadığı Şamaxı rayonu, Göylər kəndində olan evində olarkən, onun istifadəsində olan mobil telefon nömrəsinə zəng gəlmişdir. Zəng edən şəxs özünü Şahid10 kimi təqdim edib, yük avtomobili sürücüsü olduğunu və iribuynuzlu heyvan daşımaq üçün Göyçay rayonundan Şamaxı rayonu, Çöl Göylər kəndi ərazisinə gəldiyini, ona məlumat vermək istədiyini bildirmişdir. O, həmin şəxsə sahə rəisinin nömrəsini verib, bununla bağlı polis sahə rəisi ilə əlaqə saxlamasını məsləhət görüb, telefonu söndürmüşdür. Həmin gün Birinci Çaylı icra nümayəndəsi Şahid7 ona zəng edib, Şamaxı rayonu, Birinci Çaylı kənd sakinləri olan Mahirlə, Rövşənin heyvanlarının oğurlanmağa cəhd edilməsini, heyvanların aparılması üçün gətirilən avtomobil sürücüsünün deyilənə görə onunla danışıbdanışmamasını soruşmuş, o da, cavabında sürücünün onunla əlaqə saxlayıb, iribuynuzlu heyvan aparmaq üçün Çöl Göylər kəndinə gəldiyini, bununla bağlı, ona məlumat verdiyini, o isə əlavə olaraq həmin şəxsə sahə rəisinin mobil nömrəsini verdiyini demişdir. Sonradan Zərərçəkmiş şəxs3 ilə Zərərçəkmiş şəxs4 iribuynuzlu heyvanlarının Təqsirləndirilən şəxs tərəfindən oğurlanmağa cəhd edilməsi ilə bağlı polis şöbəsinə müraciət etmələrindən məlumatı olmuşdur.
21. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Şamaxı rayonunda taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs Şamaxı rayonu Birinci Çaylı kənd sakini kimi tanıyır. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında yaşadığı Şamaxı rayonu, Dağ Göylər kəndində evində olarkən, Zamin ona zəng etmiş və danışıq zamanı, X31 kəndində olduğunu deyib, oradan gəlib Zamini aparmağını ondan xahiş etmişdir. O, idarə etdiyi avtomobillə Çöl Göylər kəndi istiqamətinə getməyə başlamış və kəndə çatmağa təxminən 500-600 metr məsafə qalmış, Zaminin yol kənarında tək halda dayandığını görmüş və avtomobili saxlamışdır. Zamin avtomobilə mindikdən sonra, geriyə dönüb, yola düşmüşlər. Yolda gedərkən, Zamindən nə əcəb isti havada burada olduğunu soruşmuş, Zamin cavabında qohumlarının iribuynuzlu heyvanlarının köçə qoşulub getdiyini, bunun üçün də həmin heyvanları köçdən ayırıb geri qaytardığını bildirmişdir. O, Zamindən heyvanların köçə qoşulub gedən zaman nə üçün köç sahibinin heyvanları ayırmadığını soruşmuş, Zamin də cavabında, iribuynuzlu heyvanları özünün sonradan ayırdığını bildirmişdir. O, Zamini Şamaxı rayonu, Birinci Çaylı kəndinin giriş hissəsində düşürtmüşdür.
22. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisi və qardaşı Zərərçəkmiş şəxs3 qohumu olmaqla, həmin şəxslə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. 05 iyun 2023-cü il tarixdə təxminən saat 22 radələrində şəxsi təsərrüfatında olan xırdabuynuzlu heyvanları tövləyə salıb, evinə daxil olmuş və həmin vaxt enerjisi bitmiş mobil telefonunu enerjiyə qoşmuş, telefon açılandan sonra Şamaxı rayonu, Çöl Göylər kənd sakini və tanışı olan Aqil adlı şəxsin ***-***-**-** saylı mobil nömrə ilə ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng etməsi barədə mesaj gəlməsini görüb, həmin şəxsin mobil nömrəsinə zəng etmişdir. Telefon danışığı zamanı Aqilə ona zəng etdiyini, xeyir olub-olmadığını soruşmuş, Aqil cavabında ona problem olduğunu, buna görə ona zəng etdiyini demiş, o, Aqildən nə problem olduğunu soruşmuş, Aqil cavabında həmkəndliləri Namət və Qismətin bacısı oğlu Zamin adlı şəxsin 12-15 baş iri buynuzlu heyvanı Çöl Göylər kəndi ərazisində qara tikanlıq əraziyə gətirib, Göyçaylı yük maşını sürücüsünə həmin heyvanları orada yükləməyi xahiş etmiş, lakin heyvanları yük maşınına yükləyə bilmədikləri üçün sürücü Çöl Göylər kəndinə gəlmiş, Zamin isə heyvanları dərə ilə Çöl Göylərə gətirmişdir. Sürücü Zamini gözləyərkən çayxanada Rəşid, Əcəmi və Cavid adlı şəxslərlə söhbət edərkən sürücünün Zaminin həmin heyvanları yol ilə deyil, dərəylə gətirməsindən şübhələnib, həmin heyvanların oğurluq ola biləcəyini demişlər, bundan sonra sürücü Zamindən şübhələnib, ərazi icra nümayəndəsi Şahid16 nömrəsini alıb, ona məlumat vermiş, daha sonra isə heyvanları aparmaqdan imtina edib, həmin yerdən uzaqlaşmışdır. Daha sonra Aqil ondan soruşmuş ki, Zaminin iri buynuzlu heyvanı var ya yox, o isə Aqilə Zamin və ailə üzvlərinin iri buynuzlu heyvanlarının olmadığını bildirmiş, bir neçə baş xırda buynuzlu heyvanı olduğunu həmin heyvanları da, Zaminin dayıları yaylaq ərazisində saxladığını bildirmişdir. Daha sonra Aqil, Zamindən şübhələndikləri üçün həmin heyvanların ona məxsus olduğunu düşünüb buna görə də, ona zəng etdiyini bildirmişdir. O, Aqildən Zaminin və heyvanların harada olmalarını soruşmuş, Aqil cavabında Zaminin heyvanları üzü Dağ Göylər kəndi istiqamətinə ötürüb, özü isə Elburus adlı şəxsin idarə etdiyi “VAZ21010” markalı avtomobilinə minib oradan uzaqlaşdığını demişdir. Bundan sonra o, dərhal hadisə barədə məlumat vermək üçün Mahirin evinə gəlib Mahirdən heyvanların harada olduğunu soruşmuş, Mahir cavabında heyvanların elə indi gəldiyini demiş, O, iri buynuzlu heyvanlarının Çöl Göylər kəndində oğurlanıb aparılmasını, kənd sakinləri sayəsində oğurlana bilmədiklərini Mahirə demiş, lakin Zaminin qardaşı X5 ilə evləndiyi üçün həmin heyvanları oğurlamağa cəhd edən şəxsin Zamin olduğunu deməmişdir. X17 zəng edib nə dediyini soruşmuş, Qubalı cavabında Zaminin zəng edib iri buynuzlu heyvanların köçə qoşulub, həmin heyvanları geri qaytardığını demiş, həmin vaxt Qubalıya bu vaxtı köç yaylağa gedir, bu nə köçüdür ki, çölə gedir deyə sual vermiş, söhbət zamanı qardaşı Rövşən gəlmiş, ona da, hadisəni danışmış, bundan sonra onlar avtomobilə minib Şamaxı rayon Birinci Çaylı kənd icra nümayəndəsi Şahid7 Şamaxı rayonu, Dağ Göylər kəndində yerləşən evinə getmiş və Nazirə iribuynuzlu heyvanlarının oğurlanmağa cəhd edilməsi barədə məlumat verib, Göylər kənd icra nümayəndəsi olan Şahid16 mobil nömrəsini istəmiş, Nazir Səmədə zəng edib, Mahirlə, Rövşənin heyvanlarının oğurlanmağa cəhd edilməsini, heyvanların aparılması üçün gətirilən avtomobil sürücüsünün deyilənə görə onunla danışıb- danışmamasını Səməddən soruşmuş, Səməd cavabında sürücünün onunla əlaqə saxlayıb, sahə rəisinin mobil nömrəsini istədiyini, həmin şəxsə sahə rəisinin mobil nömrəsini verdiyini demişdir. Bundan sonra onlar sürücünün və sahə rəisinin mobil nömrəsini Səməddən alıb, ilk öncə sürücünün istifadəsində olan ***-***-**-** ilə əlaqə saxlamış, telefon danışığı zamanı sürücünü aldadıb, Şamaxı rayonuna gətirmək üçün ona Şamaxı rayonu, Əngəxaran kəndində heyvanların olduğunu, həmin heyvanları səhəri gün yəni 06 iyun 2023-cü il tarixdə Sabirabad rayonuna aparmaq istədiyini deyib, ondan həmin heyvanları apara bilib-bilməməsini soruşmuş, lakin sürücü 6 iyun 2023-cü il tarixdə Laçın rayonuna köç aparacağını deyib, həmin tarixdə heyvanları Sabirabad rayonuna apara bilməyəcəyini demiş, sürücünü şübhələndirməyib, Şamaxı rayonuna gətirmək üçün sürücüyə yükü apardıqdan sonra onlara məlumat verməsini xahiş edib telefonu söndürmüşdür. Daha sonra o, ərazinin sahə rəisi ilə əlaqə saxlamış, telefon danışığı zamanı o, sahə rəisindən heyvanları aparmaq istəyən şəxsin kim olmasını soruşmuş, sahə rəisi isə cavabında sürücünün heyvanları aparmaq üçün Şamaxı rayonuna sonu 56- 56 olan mobil nömrə sahibinin çağırdığını, lakin sürücü ilə həmin mobil nömrəni işlədən şəxs razılıq əldə etmədikləri üçün sürücünün heyvanları aparmaqdan imtina etməsini, həmin heyvanlarının sonu 56-56 ilə bitən mobil nömrəni işlədən Zamin adlı şəxsə məxsus olduğundan məlumatı olduğunu, həmin heyvanların onlara məxsus olması barədə onda məlumat olmadığını demiş, o və Mahir oğurluğa cəhd edən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmiş və hadisə barədə sahə rəisinə heçnə deməyib hadisəni gizlətmiş, daha sonra o və Mahir Şahid7 bu barədə heç kimə deməməsini xahiş edib, Mahirin qızının Zaminin qardaşı Kərəmxanın həyat yoldaşı olması səbəbindən şikayət etmək fikrindən daşındıqlarını, hələlik məxfi saxlamalarını demiş və dərhal Qubalı, qardaşları Mahir və Rövşən ilə birlikdə Birinci Çaylı kəndinə qayıtmış, kəndə çatdıqda Mahir, Rövşən və Qubalı Zaminin evinə getmiş, hadisənin səhəri günü yəni 06 iyun 2023-cü il tarixdə Mahirdən Zaminlə nə danışmasını soruşmamış və həmin günü axşam saatlarında kənddə keçirilən toyaxşamı mərasimdə iştirak etmiş, həmin Zaminin böyük dayısı X4 yanında oturmuş və söhbət etməyə başlamışlar, söhbət zamanı Qismətdən söz almaq üçün ondan Əcəminin sonuncuya ya qardaşı Namətdən hansına zəng etməsini soruşmuş Qismət cavabında hər ikisinə zəng olunduğunu, lakin ona zəng çatmadığı üçün Əcəminin Namətlə danışdığını, X20 iri buynuzlu heyvanının olub olmamasını soruşmasını, Namətin cavabında Əcəmiyə Zaminin və atasının iri buynuzlu heyvanının olmadığını, bir neçə baş xırdabuyznulu heyvan olduğunu, həmin heyvanları da, Yayalaqda olmasını dediyi bildirmişdir. Daha sonra Qismət ona “Allah Zaminin başını yerə soxsun, bizim başımızı yerə soxdu” demişdir. Bundan sonra onlar başqa mövzuda söhbət etməyə başlamışlar. 7 iyun 2023 cü il tarixdə günorta saatlarında Zamin onu çağırdığı üçün küçəyə çıxmış, Zamin qardaşları arasında ona ağsaqqal bildiyini deyib, Mahir, Rövşən və Qubalının niyə görə heyvanların oğurlanmağa cəhd olunmsı ilə bağlı evlərinə gəlmələrini soruşmuş, o, Zaminə bu söhbətə qayıtmamasım tələb edib, həmin hadisənin Ayselə qurban elədiklərini bildirmiş, əgər bu barədə söhbət açılarsa Zaminə baha başa gələcəyini deyib, evə daxil olmuşdur. Təxminən Mahirin tövləsi yanmamışdan əvvəl Elburus adlı taksi sürücüsünü görüb, ona yaxınlaşaraq diyəsən Zaminlə əl olduğunu soruşub, oğurluq etdiklərini demiş, Elburus adlı şəxs cavabında taksi sürücüsü olduğunu, Zaminin ona zəng edib Çöl Göylər kəndində olduğunu, gəlib aparmasını dedikdən sonra X30 kəndi ərazisindən götürüb, gətirdiyini demiş, lakin haraya apardığını deməsini xatırlamadığını bildirmişdir.
23. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu Birinci Çaylı kənd sakini kimi tanıyır. O, 2022-ci ildən Birinci Çaylı tam orta məktəbin direktoru vəzifəsində işləyir. Məktəbin direktoru işlədiyi müddət ərzində, Təqsirləndirilən şəxs hazırda tikdiyi iki mərtəbəli obyektin arxa hissəsi ilə fəaliyyətini dayandırmış məktəbdən uzun müddətdir ki, istifadə edilmədiyi üçün, həmin məktəbin qarşısında yerləşən X7 məxsus torpaq sahəsində hər hansı tikinti, abadlıq işləri görülməmişdir. Təqsirləndirilən şəxs hazırda tikdiyi iki mərtəbəli obyektin arxa hissəsi ilə fəaliyyətini dayandırmış məktəbin qarşısında yerləşən, X7 məxsus torpaq sahəsində iki yerə beton tökülməsi, xırda ağaclar əkilməsi, ətrafı dəmir listlərdən quraşdırılmış sanitar qovşağı tikilməsi barədə məlumatı olmamışdır. 2022-ci ilin sentyabr ayından sonra kəndə gəlib getdiyini, buna görə də, həmin işlərin kim tərəfindən və hansı müddətdə görülməsindən məlumatı olmamışdır. O, həmin məktəb binasının 2005-ci il tarixdə fəaliyyətini dayandırdığını, buna görə də, həmin məktəbdə və məktəbin qarşısında yerləşən torpaq sahəsində heç bir tikinti, abadlıq, əkinçilik işləri görülmədiyini, qeyd olunan sanitar qovşağının tikilməsi, betondan istifadə edilərək, düzəldilmiş adacıq və yeni ağacların əkilməsi onun tərəfindən icra edilməmişdir. Hazırda istifadəsi dayandırılmış məktəbin qarşısında və Təqsirləndirilən şəxs tikdiyi obyektin arxa hissəsində yerləşən ərazidə göstərilən sanitar qovşağının fəaliyyətini dayandırmış məktəbə heç bir aidiyyəti yoxdur, məktəbin sanitar qovşağı isə məktəbin arxa hissəsində yerləşir.
24. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu Birinci Çaylı kənd sakini kimi tanıyır. O, 1984-cü ildən 1994-cü ilə kimi Birinci Çaylı kənd məktəbində əmək təlimi müəllimi, 1994-cü ildən 2021-ci ilə kimi məktəbin tədris hissə müdiri, 2021-ci ildən 2022-ci ilə kimi direktor vəzifəsini əvəz etmiş, hazırda isə məktəbin tədris hissə müdiri vəzifəsində işləyir. Məktəbin direktoru vəzifəsini əvəz etdiyi müddət ərzində, yəni 2021-ci ilin oktyabr ayından 2022-ci ilin sentyabr ayına kimi, Təqsirləndirilən şəxs hazırda tikdiyi iki mərtəbəli obyektin arxa hissəsi ilə fəaliyyətini dayandırmış məktəbdən uzun müddətdir ki, istifadə edilmədiyi üçün, həmin məktəbin qarşısında yerləşən torpaq sahəsində hər hansı tikinti, abadlıq işləri görülməmişdir. O, X7 məxsus torpaq sahəsində iki yerə beton tökülməsi, xırda ağaclar əkilməsi işlərinin kim tərəfindən edilməsini görməmiş, lakin qeyd olunan işlərin Təqsirləndirilən şəxs iki mərtəbəli obyekti tikib istifadəyə verildikdən sonra edilmiş, həmçinin həmin məktəb binası 2005-ci il tarixdə fəaliyyətini dayandırmış, buna görə də, həmin məktəbdə və məktəbin qarşısında yerləşən torpaq sahəsində heç bir tikinti, abadlıq, əkinçilik işləri görülməmişdir. Qeyd olunan sanitar qovşağının tikilməsi, betondan istifadə edilərək, düzəldilmiş adacıq və yeni ağacların əkilməsi onun tərəfindən icra edilməmişdir. Qeyd etdiyi işləri və bundan başqa mişar daşlarından obyektin kənarından torpaq sahəsinə gedilməsi və obyektin ikinci mərtəbəsinə daxil olmaq üçün pilləkənin və ikinci mərtəbənin girişinin qarşısında beton tökülərək açıq meydança tikilməsinin kim tərəfindən edilməsindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs tikdiyi obyektin arxa hissəsində yerləşən ərazidə göstərilən sanitar qovşağının fəaliyyətini dayandırmış məktəbə heç bir aidiyyəti olmamışdır.
25. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə şahidlər Şahid20. Şahid18 Təvəkkül qızı, Şahid17, Şahid19 məhkəməyə gəlmədiklərindən, onların ibtidai istintaqda verdiyi ifadələri elan olunmuşdur.
26. Şahid20 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı, Zərərçəkmiş şəxs3 isə qayınatası olmaqla, həmin şəxslərlə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava- dalaş olmamışdır. Zaminlə qayınatası Mahirin arasında yaranmış ədavət başlamazdan əvvəl o valideynlərilə birlikdə yaşamışdır. 05 iyun 2023-cü il tarixdə təxminən saat 18-19 radələrində Şamaxı rayonu, Birinci Çaylı kəndində yerləşən yaşadığı evdə olan zaman valideyni Əlkazımın nömrəsinə zəng gəlmiş, sonuncu bir neçə dəqiqə danışdıqdan sonra sonuncudan nə baş verdiyini soruşmuş, valideyni Əlkazım cavabında dayısı Namətin zəng edib Zaminin İmişli rayonuna aparmaq üçün Şamaxı rayonu, Çöl Göylər kəndinə 12 baş iri buynuzlu heyvan gətirməsi ilə bağlı məlumat verdiyini bildirmişdir. Bundan sonra Əlakazım dərhal Zaminə zəng etmiş, lakin sonuncu telefon zənginə cavab verməmişdir. Təxminən saat 21 radələrində Zamin evə gəlmiş, Əlkazım Zaminə onu Çöl Göylər kəndində 12 baş iri buynuzlu heyvanı yük avtomobilinə mindirmək üçün gətirdiyini gördüklərini deyib, 12 baş iri buynuzlu heyvanın kimə məxsus olduğunu və həmin heyvanları haraya aparmasını soruşmuş, Zamin isə Əlkazıma bunun yalan olduğunu, Çöl Göylər kəndi ərazisində olmadığını deyib, tələsik evdən çıxıb kənd ərazisindəki mağazaya getmiş, həmin vaxt o, Zaminin arxasınca gedib ona çatmış və ona doğrularını deməsini istəmiş, Zamin cavabında Çöl Göylər kəndində olduğunu, bir nəfər şəxsdən 12 baş iri buynuzlu heyvan aldığını, lakin heyvanları yük avtomobilinə mindirə bilmədiyini və geri qayıtdığını demiş, həmin tarixdə bir neçə saatdan sonra qayınatası Zərərçəkmiş şəxs3 yaşadığı evə gəlib sonuncuya və qardaşı Rövşənə məxsus olan 12 baş iri buynuzlu heyvanı X28 kəndi ərazisində avtomobilə yükləyib aparmaq istədiyini demiş, bundan sonra o. Zaminin Mahir və Rövşənə məxsus heyvanları oğurlamağa cəhd etməsini müəyyən etmiş, lakin Mahir və Rövşən qohum olduğu üçün bu barədə polisə müraciət etməmişlər. Bu hadisədən sonra Zamin, Mahir və Rövşənə qarşı pislik edəcəyini deməyə başlamış, 17 iyun 2023-cü il tarixdə axşam saatlarında qayınatam Zərərçəkmiş şəxs3 Birinci Çaylı kəndində yerləşən fermasının yanmasından məlumatı oldu, X13rşı pislik edəcəyini dediklərini yadına salıb tövlələrin Zaminin yandırmasından əmin oldu. Bildirir ki, Mahir və Rövşənə məxsus 12 baş iri buynuzlu heyvanı Zamin oğurlamağa cəhd etmiş, həmçinin Mahirə məxsus tövlələri iki dəfə Zamin yandırmışdır. Bununla bağlı sübutu olmasa da, Zamin qardaşı olduğu üçün tanıyır və həmin hadisələri Zaminin etməsindən əmindir.
27. Şahid18 Təvəkkül qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur, həmin şəxslə münasibətləri qaydasındadır. Zərərçəkmiş şəxs3 həmkəndlisi və qudasıdır, sonuncu ilə münasibətləri əvvəllər yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. 2022-ci il tarixdə Mahirin qızı X12 ilə oğlu Şahid20 nişanlandıqdan sonra Mahirlə münasibətləri pozulmuş, münasibətlərinin pozulmasına səbəb Mahirin onların ərazisinə heyvan buraxması olmuşdur. Hal-hazırda Mahirlə heç bir münasibəti yoxdur. 05 iyun 2023cü il tarixdə təxminən saat 21-22 radələrində Şamaxı rayonu, Birinci Çaylı kəndində yerləşən evində olan zaman, həmin vaxt Mahir, oğlu Qubalı və qardaşı Rövşən həyətə daxil olmuş, əri Şahid2 oğlu həmin şəxslərlə görüşmüş və onlar birlikdə əyləşmişlər, həmin vaxt Mahir onlara məxsus iri buynuzlu heyvanların oğlu Zamin tərəfidən oğurlanmağa cəhd edildiyini deyib, Əlkazımdan Zamini çağırmasını istəmiş, Əlkazım Zaminə zəng edib çağırmış və bundan sonra Mahirdən heyvanlarının harada olduğunu soruşmuş, Mahir cavabında Əlkazıma, Mahir və qardaşı Rövşənə məxsus iri buynuzlu heyvanların tövlələrində olduğunu demişdir. Əlkazım Mahirdən soruşmuş ki, əgər Zamin heyvanları oğurlamışdırsa necə olur heyvanlar tövlədədir. Həmin vaxt Zamin həyətə daxil olmuş və Mahir Zaminlə mübahisə etməyə başlamış, heyvanları Zaminin oğurlamaq istədiyini iddia etmiş, Zamin Mahirə onun heyvanlarınının harada olduğunu soruşmuş, Mahirlə Rövşən cavabında heyvanlarının tövlələrində olduğunu təkrar etmişlər, X25 demiş ki, əgər heyvanlarını oğurlamaq istəyirdisə oğurlaya bilərdi, bundan sonra o, mübahisənin böyüməməsi üçün Mahirlə Rövşəndən getmələrini xahiş etmiş, Mahirlə Rövşən getdikdən sonra Zamindən artıq heçnə soruşmamış, təxminən 17-18 iyun 2023-cü il tarixlərində Mahirin 1 Çaylı kənd ərazsində yerləşən iki ədəd tövləsinin yanmasından məlumatı olmuş, Mahir həmin tövlələrin də, Zamin tərəfindən yandırılmasını əsassız olaraq iddia etmişdir. Mahirin oğlunun Zaminlə ədavəti olduğu üçün Zamin barədə əsası olmayan müraciətlər etmişdir. O, oğlu Təqsirləndirilən şəxs iri və xırdabuynuzlu heyvanların alqı satqısı ilə məşğul olduğunu və hal-hazırki vaxtadək Zaminin alıb-satdığı heyvanlarla bağlı hər hansı problemin olmadığını bildirmişdir. O, Mahirin, Zaminin heyvan alqı-satqısı ilə məşğul olmasından məlumatı olduğu üçün Zamini şərləmək məqsədilə bu formada müraciət etdiyini bildirmişdir.
28. Şahid17 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi olmaqla, həmin şəxslə münasibətləri əvvəllər yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. 07 iyul 2023-cü il tarixdə oğlu X8 həqiqi hərbi xidmətə yollanmışdır. Akşinin əsgər getməsi ilə bağlı şəxsi təsərrüfatında olan bir baş iri buynuzlu heyvanı (erkək dana) təxminən 2023-cü ilin may ayından satmağı fikirləşmiş və bu barədə kənd sakinlərinə şifahi olaraq demişdir. Təxminən 2023-cü ilin may ayının sonları-iyun ayının əvvəllərində Zamin satmaq istədiyi bir baş iri buynuzlu erkək dananı almaq istədiyini demiş və o həmin heyvanı Zaminə 900 (doqquz yüz) manata satmışdır. Zaminə satdığı bir baş erkək dana qara rəngli, erkək cinsli, bir yaş beş aylıq, balaca buynuzlu, yerli sort, təmiz ətinin çəkisi təxminən 40-50 kiloqram olan, sağlam, orta çəkili, diri çəkisi 80-90 kq olan, uzun quyruqlu, orta boylu dana olmaqla həmin dananın başqa fərqləndirici əlamətləri olmamışdır. O, həmçinin Təqsirləndirilən şəxs heyvan alqı-satqısı ilə məşğul olması barədə heç bir məlumatının olmadığını, sadəcə olaraq Zaminin ondan bir baş dana aldığını, həmin dananı hansı məqsədlə almasını demədiyini bildirmişdir.
29. Şahid19 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, həmin şəxslə arasında hər hansı münasibət, ədavət olmamışdır. Onun “Mersedes AXOR” markalı**-XP- *** dövlət qeydiyyat nişanlı yük avtomobili vardır, həmin avtomobil ilə müxtəlif şəxslər üçün iri və xırda buynuzlu heyvan daşıyıb, çörək pulu qazanır. 04 iyun 2023-cü il tarixdə saat 10 radələrində Laçın rayonunda olarkən Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib 05 iyun 2023-cü il tarixdə Şamaxı rayonu, Göylər kəndindən İmişli rayon heyvan bazarında iri buynuzlu heyvan aparacağını, heyvanlarını apara bilib-bilməyəcəyini soruşdu, o, Təqsirləndirilən şəxs cavabında hal-hazırda Laçın rayonu ərazisində olduğunu, dediyi tarixdə heyvanları İmişli rayonuna apara bilməyəcəyini deyib, əgər istəyirsə heyvanlarını aparmaq üçün nömrəsini digər sürücü yoldaşına verə biləcəyini Zaminə təklif etmiş, Zamin razılaşdıqdan sonra o, heyvan daşımaqla məşğul olan Şahid10 ***-***-**-** saylı mobil nömrəsinə zəng edib, Şamaxı rayonu, Göylər kəndində iribuynuzlu heyvanları İmişli rayonuna aparmaq lazım olduğunu, özünün Laçın rayonunda olduğunu buna görə də gedə bilməyəcəyini, əgər istəyirsə həmin müştərinin nömrəsini İlqara verə biləcəyini demiş, İlqar da onunla razılaşmışdır. O, İlqara Zaminin ***-***-**-** saylı mobil nömrəsini verib işi ilə məşğul olmuş. 05 iyun 2023-cü il tarixdə axşam saatlarında İlqara zəng edib nömrəsini verdiyi müştəri ilə razılaşıb-razılaşmadığını soruşmuş, İlqar cavabında Göylər kəndinə getdiyini, lakin Təqsirləndirilən şəxsla heyvanları aparmaqla bağlı razılaşmadıqlarını demiş, daha sonradan Təqsirləndirilən şəxs iri buynuzlu heyvan oğurlamağa cəhd etməsi ilə bağlı Şamaxı rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılmasından məlumatı olmuşdur.
30. Müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid kimi çağırılmış Şahid21 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Şahid21 məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
31. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə yanaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir.
Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
32. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 12 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Şamaxı rayon Polis Şöbəsinin (bundan sonra mətndə - Şamaxı RPŞ) istintaq bölməsinin müstəntiqi, polis kapitanı Bəhlul Məlikli tərəfindən fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb icraata götürülərək istintaqı aparılmışdır.
33. Şamaxı rayonu X14nin xx.xx.2023-cü il tarixli məlumatında göstərilmişdir ki, Şamaxı rayonu Birinci Çaylı kənd sakini Təqsirləndirilən şəxs tərəfindən bələdiyyəyə məxsus olmaqla, fəaliyyətini dayandırmış məktəb binasının qarşı tərəfindəki ərazidə 2021-ci ilin sonlarından başlayaraq, 0.08 ha torpaq sahəsi dəmir torla çəpərlənib, 8x13 metr ölçüdəki ərazidə müxtəlif növ ağaclar əkilmiş, torpağın üzərinə iki ədəd olmaqla, biri 2.60x2.90 metr ölçüdə, digəri 2.60x2.30 metr ölçüdə beton örtüklü meydança düzəldilmiş, həmin ərazidə çayxana və market kimi istifadə edilən tikilinin ikinci mərtəbəsindəki çayxanaya gedilməsi üçün, tikilinin kənarından mişar daşından istifadə edilməklə, eni 1.45 metr olan 17 pilləli, sağ hissəsi dəmir məhəccərli pilləkən tikilmiş, tikilinin ikinci mərtəbəsindəki iaşə obyektinin qarşısındakı qapının önündə torpaq səthi üzərində 3.80x9.53 metr ölçüdə beton örtüklü meydança düzəldilmiş, həmçinin həmin ərazidə uzunluğu 2x1 metr ölçüdə dəmir listlərdən istifadə edilməklə, sanitar qovşağı düzəltməklə, X14nin ictimai tikililər üçün nəzərdə tutulmuş 0.08 ha torpaq sahəsini qanunsuz olaraq zəbt edilmişdir.
34. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə ********* nömrəsi saxlanılmaqla ibtidai istintaqın davam etdirilməsi, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.4 və 188.3-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır.
35. 13 iyul 2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, iş üzrə Şahid10 Cavaşir oğlu ifadəsində göstərdiyi halları şübhəli şəxs Təqsirləndirilən şəxs ilə üzləşdirmə istintaq hərəkəti zamanı da sonuncunun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir.
36. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 13 iyul 2023-cü il tarixli qərardan görünür ki, Şamaxı RPŞ-nin istintaq bölməsinin müstəntiqi, polis kapitanı Bəhlul Məlikli tərəfindən HK-1-674/2023 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb icraata götürülərək istintaqı aparılmışdır.
37. Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, tanıyan şəxs Şahid10 təqdim edilən şəxslərin fotoşəkillərini nəzərdən keçirərək, ona təqdim edilən dörd nəfər şəxsə aid fotoşəkillərin içərisindən üçüncü sırada qoyulmuş Təqsirləndirilən şəxs aid fotoşəkli göstərib, 12 baş iribuynuzlu heyvanı Şamaxı rayonu, Çöl Göylər kəndi ərazisindən İmişli rayonu ərazisinə aparılmasında sifariş verən şəxsin olmasını, həmin şəxsi üz cizgilərindən və həmin şəxsin sifət quruluşunu yaddaşında saxlamasından tanıdığını bildirmişdir.
38. Əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, tanıyan şəxs Şahid10 təqdim edilən 11 baş iribuynuzlu heyvanı nəzərdən keçirib, 11 baş iribuynuzli heyvanı tanıdığını, həmin heyvanların xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona məxsus yük avtomobilinə yerləşdirmək istədiyi heyvanlar olduğunu və həmin heyvanları xüsusi əlamətlərindən tanıdığını bildirmişdir.
39. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şamaxı rayonu Birinci Çaylı kəndi ərazisində kəndin bələdiyyəsinə aid torpaq sahəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisi İlyas Rəsulov, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Şamaxı rayon Ərazi Şöbəsinin Torpaqların İdarə Edilməsi və X2 müdiri Fərid Naqdaliyevin iştirakı ilə hadisə yeri ölçülərək fotoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin yer Şamaxı rayonu, Birinci Çaylı kəndi ərazisindəki fəaliyyətini dayandırmış orta məktəbin qarşı tərəfindəki dəmir torla çəpərlənmiş 0.30 ha torpaq sahəsinin 0.08 ha-lıq torpaq sahəsi olmaqla, həmin ərazidə 8x13 metr ölçüdəki ərazidə müxtəlif növ ağaclar əkilmiş, torpağın üzərinə iki ədəd olmaqla, biri 2.60x2.90 metr ölçüdə, digəri 2.60x2.30 metr ölçüdə beton örtüklü meydança düzəldilmiş, həmin ərazidə çayxana və market kimi istifadə edilən tikilinin ikinci mərtəbəsindəki çayxanaya gedilməsi üçün tikilinin kənarından mişar daşından istifadə edilməklə, eni 1.45 metr olan 17 pilləli, sağ hissəsi dəmir məhəccərli pilləkən tikilmiş, tikilinin ikinci mərtəbəsindəki iaşə obyektinin qarşısındakı qapının önündə torpaq səthi üzərində 3.80x9.53 metr ölçüdə beton örtüklü meydança düzəldilmiş, həmçinin, həmin ərazidə uzunluğu 2x1 metr ölçüdə dəmir listlərdən istifadə edilməklə sanitar qovşağı tikilmişdir.
40. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********93 nömrəli arayışında göstərilir ki, Şamaxı rayonu, Birinci Çaylı kəndi ərazisində yerləşən 0.30 ha torpaq sahəsinin 0.08 ha hissəsinin Təqsirləndirilən şəxs tərəfindən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan istifadə etməsi və çəpərləməsi barədə Şamaxı RPŞ-dən daxil olmuş müraciət əsasında 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisinin iştirakı ilə ölçmə işlərinin aparılması təmin edilmiş, naturada Təqsirləndirilən şəxs göstərdiyi torpaq sahələrinin koordinatları GPS aləti vasitəsilə müəyyənləşdirilmişdir. Naturada aparılmış çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə DWJ məlumatlarına (torpaq islahatının nəticələrini özündə əks etdirən xəritə materialları) və torpaqların elektron kadastr uçot informasiya sisteminə (TEKUİS) əsasən araşdırılmışdır. Araşdırmanın nəticəsində məlum olmuşdur ki, naturada göstərilən 0.08 ha torpaq sahəsi Şamaxı rayonu X14nin mülkiyyətinə aiddir. Ərazi idarəsində mövcud olan elektron məlumat bazasında sözügedən torpaq sahəsi barədə heç bir hüquqmüəyyənedici sənəd aşkar olunmamışdır.
41. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********09 nömrəli arayışında göstərilir ki, Şamaxı rayonu Birinci Çaylı kəndi ərazisində yerləşən 0.30 ha torpaq sahəsinin 0.08 ha hissəsinin Təqsirləndirilən şəxs tərəfindən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan istifadə etməsi və tikinti işləri görməsi barədə Şamaxı RPŞ-dən daxil olmuş müraciət əsasında Ərazi İdarəsinin mütəxəssisi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsinin nümayəndəsinin və Şamaxı rayon polis şöbəsinin nümayəndənisinin birgə iştirakı ilə sözügedən torpaq sahəsində çöl ölçmə işləri aparılaraq, aktlaşdırılmışdır. Naturada göstərilən tikintilər və ağac əkilmiş torpaq sahəsi ölçülərək, aşağıdakılar müəyyən olunmuşdur: İkimərtəbəli ticarət obyekti 40.2 kv.m, ticarət obyektinə bitişik pilləkən 12.3 kv.m. ticarət obyektinə bitişik beton meydança - 36.2 kv.m, 2 ədəd beton meydança- 7.5 kv.m + 6 kv.m, tualet - 2 kv.m və 120 kv.m torpaq sahəsində ağaclar əkilmişdir. Sözügedən torpaq sahəsi elektron məlumat bazasına əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir.
42. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/719 nömrəli ekspert rəyində göstərilmişdir ki, Şamaxı rayonu, X7 məxsus olmaqla, Təqsirləndirilən şəxs Əkazım oğlu tərəfindən fəaliyyətini dayandırmış məktəb binasının qarşı tərəfindəki ərazidə təxminən 0.08 ha torpaq sahəsi dəmir torla çəpərlənərək, 8x13 metr ölçüdəki ərazidə müxtəlif növ ağaclar əkilmiş, torpağın üzərinə iki ədəd olmaqla, biri 2.60x2.00 metr ölçüdə, digəri 2.60x2.30 metr ölçüdə beton örtüklü meydança düzəldilmiş, həmin ərazidə çayxana və market kimi istifadə edilən tikilinin ikinci mərtəbəsindəki çayxanaya gedilməsi üçün tikilinin kənarından mişar daşından istifadə edilməklə, eni 1.45 metr olan 17 pilləli, sağ hissəsi dəmir məhəccərli pilləkən tikilmiş, tikilinin ikinci mərtəbəsindəki iaşə obyektinin qarşısındakı qapının önündə torpaq səthi üzərində 3.80x9.53 metr ölçüdə beton örtüklü meydança düzəldilmiş, həmçinin həmin ərazidə uzunluğu 2x1 metr ölçüdə dəmir listlərdən istifadə edilməklə, sanitar qovşağı düzəldilmişdir. Qeyd olunan tikililər və ağaclar Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(074)-100/2021 saylı hökmündə göstərilən zəbt edilmiş eni 4.2 metr, uzunluğu 9.53 metr, hündürlüyü isə 6 metr ölçüdə olan ərazinin ölçülərinə daxil deyildir. Həmin torpaq sahəsi, torpaq sahəsindən istifadəyə dair hər hansı bir hüquqverən sənəd olmadan qanunsuz olaraq istifadə olunur.
43. 01 mart 2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, iş üzrə Şahid13 ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şahid13 üzünə qarşı deyilənlərlə razı olmadığını, həmin şəxslə aralarında hər hansı söhbət olmamışdır.
44. Əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, tanıyan şəxs Şahid14 təqdim edilən 11 baş iribuynuzlu heyvanı nəzərdən keçirib, 11 baş iribuynuzli heyvanı tanıdığını, həmin heyvanların xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Şamaxı rayonu, Göylər kəndi ərazisinə gətirdiyi heyvanlar olduğunu və həmin heyvanları xüsusi əlamətlərindən tanıdığını bildirmişdir.
45. Əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, tanıyan şəxs Şahid5 təqdim edilən 11 baş iribuynuzlu heyvanı nəzərdən keçirib, 11 baş iribuynuzli heyvanı tanıdığını, həmin heyvanların xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Şamaxı rayonu, Göylər kəndi ərazisinə gətirdiyi heyvanlar olduğunu və həmin heyvanları xüsusi əlamətlərindən tanıdığını bildirmişdir.
46. 13 oktyabr 2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, iş üzrə Şahid5 ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şahid5 üzünə qarşı deyilənlərlə razı olmadığını, həmin şəxsə heç bir söz deməmişdir.
47. 13 oktyabr 2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, iş üzrə şahid X1 ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şahid5 üzünə qarşı deyilənlərlə razı olmadığını, həmin şəxsə heç bir söz deməmişdir.
48. Əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, tanıyan şəxs Şahid13 təqdim edilən 11 baş iribuynuzlu heyvanı nəzərdən keçirib, 11 baş iribuynuzli heyvanı tanıdığını, həmin heyvanların xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Şamaxı rayonu, Göylər kəndi ərazisinə gətirdiyi heyvanlar olduğunu və həmin heyvanları xüsusi əlamətlərindən tanıdığını bildirmişdir.
49. Telefon danışıqları ilə bağlı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan «99***-***-**-**» mobil telefon nömrəsinin aktiv olması və həmin mobil nömrə ilə Şahid10 istifadəsində olan «99***-***-**-**» nömrə arasında xx.xx.2023-cü il tarixdən saat 10:06:59-dan, həmin tarixdə saat 10:16:13-dək, xx.xx.2023 12:03:40-da, xx.xx.2023-cü il tarixdə saat 11:30:41, 11:31:49, 11:40:09, 11:48:28, 11:49:06, 12:06:34, 12:19:16, 12:31:43, 12:37:23, 13:20:35, 13:57:19, 14:07:11,14:24:31, 14:41:01, 14:55:48, 14:56:50, 15:00:04, 15:09:44, 15:27:00, 15:30:14, 15:31:53, 15:31:53, 16:14:40, 16:50:54, 17:53:27, 17:53:36, 17:54:04, 17:55:33-dən 18:03:25 kimi, 18:05:29-dan 18:18:48-ə kimi, 18:43:34, 18:49:01, 18:52:25-dən 18:53:43 kimi, 18:58:47-dən 19:03:43-ə kimi, 19:05:54, 19:09:16, 19:46:54, 20:01:31-də, Şahid15 istifadəsində olan «99***-***-**-**» nömrə arasında xx.xx.2023-cü il tarixdə, saat 19:29:16dan, 21:48:08-ə kimi olan müddətdə zəng olunaraq, danışıq aparılması, ilk zəng edənin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində xx.xx.2023-cü il tarixdə İmişli rayon heyvan bazarında satmaq üçün Şamaxı rayonu, Çöl Göylər kəndinə apardığı yeddi baş iribuynuzlu heyvandan bir başını 28 may 2023-cü il tarixdə Göyçay rayonundan aldığını göstərsə də, anten məlumatlarına əsasən, Təqsirləndirilən şəxs 28 may 2023-cü il tarixdə Göyçay rayonu ərazisində olmadığı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs ifadəsində xx.xx.2023-cü il tarixdə İmişli rayon heyvan bazarında satmaq üçün Şamaxı rayonu, Çöl Göylər kəndinə apardığı yeddi baş iri buynuzlu heyvandan beş başını 04 iyun 2023-cü il tarixdə Hacıqabul rayonu, Poladlı kəndi ərazisində tanımadığı iki nəfər şəxsdən aldığını göstərsə də, yuxarıda qeyd edilən anten məlumatlarına əsasən Təqsirləndirilən şəxs 04 iyun 2023-cü il tarixdə Hacıqabul rayonu, Poladlı kəndi ərazisində olmadığı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs ifadəsində xx.xx.2023-cü il tarixdə İmişli rayon heyvan bazarında satmaq üçün Şamaxı rayonu, Çöl Göylər kəndinə apardığı yeddi baş iribuynuzlu heyvanı xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu ərazisində yerləşən “Qaçqınlar bazarı” adlanan yerdə satmasını göstərsə də, anten məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu ərazisində olmadığı müəyyən olunmuşdur.
50. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6071 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən iribuynuzlu heyvanların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 15600 manat müəyyən olunur.
51. “Sübutların qiymətləndirilməsi haqqında” 10 mart 2024-cü il tarixli qərarda qeyd olunur ki, Zərərçəkmiş şəxs4 məxsus 7 baş iribuynuzlu heyvandan 1 baş iribuynuzlu heyvanı xx.xx.2023-cü il tarixdə baş vermiş hadisədən bir neçə gün sonra satması müəyyən olunduğundan, Zərərçəkmiş şəxs4 məxsus oğurlanmağa cəhd edilmiş 7 baş iribuynuzlu heyvandan 6 başının qalması, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus olmaqla, Şamaxı rayonu, Birinci Çaylı kəndi ərazisindən oğurlamağa cəhd edilmiş 11 baş iribuynuzlu heyvan iş üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün sahiblərinə təhvil verilməsi iş üzrə nəzərə alınmışdır.
52. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarın hissəvi ləğv edilməsi və əməlin tövsif edilməsi haqqında” 11 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Şamaxı RŞN-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Bəhlul Məlikli tərəfindən qəbul edilmiş “sübutların qiymətləndirilməsi hasqqında” 10 mart 2024-cü il tarixli qərarın 1-ci bəndinin ləğv edilməsi və cinayət işi üzrə əməl Azərbaycan Respublikaısnın CM-in 29, 177.2.4 və 188.2-ci maddələrindən həmin Məcəllənin 29, 177.2.4, 188.1 və 188.2-ci maddələrinə tövsif edilməsi və Təqsirləndirilən şəxs həmin maddələri üzrə yenidən ittihamın elan edilməsi qərara alınmışdır.
53. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.
54. Şamaxı Rayon Məhkəməsinin 4(074)-52/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal həbsdən azad olunmuşdur.
55. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir.
56. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.4 və 188.2-ci maddələri ilə ittiham elan edilməsi üçün, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur.
57. “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət hadisəsi olmadığına görə AR CM-in 188.2-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işinin icraatına xitam verilməsi qərara alınmışdır.
58. Şamaxı Rayon Məhkəməsinin 4(074)-74/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.4 və 188.2-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal həbsdən azad olunmuşdur.
59. Şamaxı Rayon Məhkəməsinin 1(074)-1/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyindən, seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində axtarış elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir.
60. Axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən tutularaq, 03 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir.
61. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən və Şamaxı Rayon Məhkəməsinin 1(074)-100/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır.
62. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-77/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Şamaxı Rayon Məhkəməsinin 1(074)-100/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 5-ci bəndi tətbiq edilmiş və hökmə əsasən, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təyin edilmiş cəzası 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına endirilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır.
63. Qobustan Rayon Məhkəməsinin 1(026)-1/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham verilmiş ittihamdam xaric edilmiş, zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanı tam ödəməsini və dövlət büdcəsinə vurulmuş ziyanın 25 faizini ödəməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir.
64. Müayinə işlərinin müqavilə dəyərinin razılaşdırılması haqqında 08 aprel 2025-ci il tarixli, 11443 saylı müqaviləyə Əlavə hesab edilən protokolun surətindən görünür ki, tərəflər müayinə işlərinin müqavilə dəyərinin ƏDV ilə birlikdə 1109 manat 20 qəpik məbləğində razılaşdırıblar.
65. 08 aprel 2025-ci il tarixli, 11443 saylı müqavilənin surətindən görünür ki, sifarişçi tərəfindən təqdim edilmiş layihələr əsasında obyektin mövcud vəziyyətində vizual baxış keçirməklə layihələrə uyğunluğunun yoxlanılmasını, yükdaşıyan konstruksiyalarının mühəndisi müayinəsi və texniki vəziyyəti haqqında yekun rəy hesabatının verilməsini icraçı öz üzərinə götürmüşdür.
66. 16 iyul 2025-ci il tarixli ödəniş qəbzinin surıtindən görünür ki, Şahid6 tərəfindən 350 manat məbləğində pul vəsaiti 14 saylı Şamaxı Ərazi İdarəsinin hesabına ödənilmişdir.
67. İş materiallarına əlavə edilmiş “Yerquluşu Planı”nın surətindən götrünür ki, həmin X26 Nazirliyinin xx.xx.2025-ci il tarixli, ********** (Şahid6) nömrəli elektron müraciəti əsasında AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ-i 14 saylı Şamaxı Ərazi İdasəi tərəfindən 2023-cü ildə “Yerquruluşu Planı” tərtib edilmişdir.
68. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 sədri X11 tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs zəbt etdiyi torpaq sahəsi hazırda Quşçu Bələdiyyəsinin mülkiyyətindədir. Ona görə də, qeyd olunan torpaq sahəsini bələdiyyə mülkiyyətinə verilməsini (qaytarılmasını) və Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir.
69. Məhkəmənin sorğusuna cavab olaraq Şamaxı rayon Prokurorluğu tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 524-xid-25 saylı cavab məktubu və ona əlavə edilmiş “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işi üzrə icraatın təzələnməsi barədə” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə icraata xitam verilməsi barədə Şamaxı RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı X9 tərəfindən qəbul edilmiş 01 dekabr 2022ci il tarixli qərar qanunsuz və əsassız olduğundan ləğv olunmuş, cinayət işi üzrə icraat təzələnməklə əlavə istintaq aparılması üçün Şamaxı RPŞ-nin İB-nə qaytarılmışdır.
70. Qeyd olunan soğuya cavab olaraq Şamaxı rayon Prokurorluğu tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 524-xid-25 saylı cavab məktubu və ona əlavə edilmiş “Prosessual sənədlərin qeydiyyatı Kitabı”nın surətindən görünür ki, xx.xx.2023-cü il tarixli qərar 185 nömrə ilə qeydiyyata alınmışdır.
71. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 3-13-12/2-562594/25 saylı məktubundan görünür ki, DİN BƏSİİ-yə ********* nömrəli cinayət işi üzrə xx.xx.2022- ci il tarixdə icraata xitam verilməsi haqqında qərar, həmin qərarın xx.xx.2023-cü il tarixdə ləğv edilməsi və icraatın xx.xx.2023-cü il tarixdə CPM-in 53.l.l-ci maddəsi ilə dayandırılması barədə qərar və müvafiq statistik kartlar təqdim edilmişdir.
72. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş içərisində video çəkiliş olan disklərdəki video görüntülərdən həmin çəkilişin məhz hadisə yerindən və hadisə yerinə gedən yoldan qeydə alınmasını müəyyən etmək mümkün olmamışdır.
73. Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2025-ci il tarixli vəsatətə əlavə edilmiş fotoşəkillər hadisə yerindən çəkilmiş olsa da, həmin fotoşəkillərin hansı tarixdə çəkilməsini müəyyən etmək mümkün olmamışdır.
74. Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin arayışından görünür ki, məhkum Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)- 77/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtardığı üçün, xx.xx.2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır.
Əməlin tövsifi və digər hüquqi məsələlər:
75. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
77. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
78. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
79. CM-in 177.1-ci maddəsində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin məcəllənin 177.2.4-cü maddəsinə görə eyni əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
80. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.
81. CM-in 188.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmaya görə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
82. CM-in 188.2-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparmaya görə cinayət məsuliyyəti və həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
83. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
84. Belə ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, CM 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsinə münasibətdə başa çatmamış cinayət, CM 188.1 və 188.2-ci maddələrinə münasibətdə isə başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq az ağır cinayətlər kateqoriyasına aid edilir.
85. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
86. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
87. CPM-in 44.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır.
88. Məhkəmə Təqsirləndirilən şəxsnın törətdiyi CM-in 29,177.2.4-cü maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd və əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsdən ibarətdir. Cinayət qanunvericiliyi cinayətin törədilmə üsullarından asılı olaraq, talamanın oğurluq (CM-in 177-ci maddəsi), dələduzluq (CM-in 178-ci maddəsi), soyğunçuluq (CM-in 180-ci maddəsi) və quldurluq (CM-in 181-ci maddəsi) formalarını fərqləndirir. Qanunverici talamanın ayrı-ayrı formalarına görə cinayət məsuliyyətini məhz talamanın üsullarını nəzərə alaraq fərqləndirmişdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakının götürülməsindən və (və ya) özünün, yaxud başqa şəxsin xeyrinə keçirilməsindən ibarətdir. Özgənin əmlakını talama cinayətlərinin əksəriyyəti (yalnız kəsik tərkibli cinayət hesab edilən quldurluq istisna olmaqla) maddi tərkibli cinayət olduğundan, belə cinayətlərin daha bir obyektiv əlaməti ictimai təhlükəli nəticənin-əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır.
89. Ali Məhkəmənin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, oğurluq, soyğunçuluq, quldurluq edən şəxsin məqsədi xeyli miqdarda özgə əmlakını ələ keçirmək olduğu halda, onun iradəsindən asılı olmayan səbəblərdən faktiki ələ keçirilən əmlak xeyli miqdardan az olarsa, müvafiq olaraq əməllər Cinayət Məcəlləsinin 29-cu maddəsinə istinad olunmaqla xeyli miqdarda ziyan vurmaqla oğurluğa cəhd kimi Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ilə tövsif edilməlidir.
90. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus 12 baş iribuynuzlu heyvanların oğurlanmasına cəhd edilməsi epizodlarına münasibətdə ibtidai istintaq orqanı tərəfindən işin faktiki halları düzgün müəyyən edilmişdir.
91. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş hüquqi şəxs Quşçu Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutulması, həmin torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərinin aparılması epizodlarına münasibətdə ibtidai istintaq orqanı tərəfindən işin faktiki halları düzgün müəyyən edilmişdir.
92. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə icraatı dövründə ifadələrində oğurluğa cəhd etməməsi, göstərilən heyvanların köçə qoşulması, bunun üçün də heyvanları həmin köçdən aralayıb geri ötürməsi, alqı-satqı məqsədi ilə müxtəlif vaxtlarda, müxtəlif şəxslərdən 7 baş iribuynuzlu heyvanı əldə etməsi, Quşçu Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsini tutmaması, həmin torpaq sahəsində heç bir tikinti işləri aparmaması ilə bağlı qeyd edilən ifadələrində göstərdiyi həmin xüsusatlar işin faktiki halları ilə öz təsdiqini tapmadığından məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq Təqsirləndirilən şəxs az ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.
93. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün məhkəmədə və məhkəməyədək icraat zamanı verdiyi ziddiyyətli ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin ifadələri, üzləşmədə dindirmə protokolları, eləcə də digər sənədlərlə kifayət qədər sübuta yetirilir.
94. Belə ki, “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır.
95. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
96. Məhkəmədə tədqiq edilən mötəbər və mümkün sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə məxsus ümumilikdə 15600 (on beş min altı yüz) manat dəyərində olan 12 ədəd iribuynuzlu heyvanı gizli olaraq talamağa cəhd etmiş, bələdiyyə mülkiyyətində olan tikinti təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət və istifadə hüququnu pozmaqla CM-nin 29, 177.2.4, 188.1 və 188.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir.
97. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib, CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin 15600 (on beş min altı yüz) manat dəyərində olan 12 ədəd iribuynuzlu heyvanı gizli olaraq talamağa cəhd etməsi, bələdiyyə mülkiyyətində olan tikinti təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət və istifadə hüququnu pozması tam sübuta yetirildiyindən onun əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 29, 177.2.4, 188.1 və 188.2-ci maddələri ilə tövsif edilmişdir.
98. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 29, 177.2.4, 188.1 və 188.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 29, 177.2.4, 188.1 və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona CM-in 29, 177.2.4 və 188.2-ci maddələri üzrə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs CM-in 188.1-ci maddəsi üzrə təqsirli bilinsə də, CPM-in 44.2.1-ci maddəsinin tələbi nəzərə alınmaqla ona cəza təyin edilməməlidir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
99. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.
100. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
101. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.
102. CM-in 83.1-ci maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir.
103. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur.
104. Hökmün 61 və 74-cü bəndlərində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir.
105. CM-in 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır.
106. CPM-in 44.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır.
107. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir).
108. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.
109. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır.
110. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur.
111. CM-in 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmadığından qeyd olunan cinayət böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur.
112. Təqsirləndirilən şəxs cəza təyin edərkən, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir.
113. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 29,177.2.4 və 188.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
114. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir.
115. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir.
116. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir.
117. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır.
118. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir.
119. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.
120. CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur.
121. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
122. CPM-in 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
123. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 4 (dörd) gün həbsdə saxlanılmışdır və həmin müddətin təyin ediləcək cəzadan çıxılmalıdır.
124. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin ediləcək cəzaya hesablanmaqla təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır.
125. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
126. İş üzrə maddi sübut kimi tanınan zərərçəkmiş Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus on bir baş iribuynuzlu heyvanın sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır.
127. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
128. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və mülki iddia yoxdur.
129. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
130. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
hökmetdi:
Təqsirləndirilən şəxs Əlikazım oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, lakin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1 və 39.1.3-cü maddələrinə əsasən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddələrinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 4 (dörd) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan zərərçəkmiş Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus on bir baş iribuynuzlu heyvanın sahiblərinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir.
Hakim: Qürur Abasov