Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-10/2023 08.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Müdafiəçilər-fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi3, Müdafiəçi1 və İsmayıllı rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslərin qanuni nümayəndələri- X2 və X1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxxxxx 2006-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi 69 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə; xx xxxxxxxx 2004-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Şamaxı şəhəri, 20 yanvar küçəsi 13 saylı mənzildə qeydiyyatda olan və yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə; xx xxxxx 2006-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı şəhəri, Xətai küçəsi 39 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3un Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 02 iyul 2022-ci il tarixdə gecə saat 03 radələrində Şamaxı şəhəri, Şəhriyar küçəsində yerləşən Zərərçəkmiş şəxs2 01 dekabr 2021-ci il tarixli icarə müqaviləsi əsasında işlətdiyi “Topaz” mərc oyunları məntəqəsinin fəaliyyət göstərdiyi binanın qarşısına gəlib əlindəki əlamətləri istintaqa məlum olmayan dəmir parçası ilə güc tətbiq edib vurmaqla həmin məntəqənin taxta materialdan olan qapısının şüşəsini sındırıb dəmir torunu əyərək qapını açmaqla binaya qanunsuz daxil olduqdan sonra, içəridəki daxıldan 414 (dörd yüz on dörd) manat məbləğində pulu oğurlayıb aparmaqla, Zərərçəkmiş şəxs2 məxsus 414 (dörd yüz on dörd) manat məbləğində özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, bu məqsədlə 07 iyul 2022-ci il tarixdə saat 01:30 radələrində Şamaxı şəhəri, X18 küçəsi 95 A ünvanında yerləşən, Zərərçəkmiş şəxs1 məxsus ərzaq mallarının satışı mağazasının qarşısına gəlib əlindəki əlamətləri istintaqa məlum olmayan dəmir parçası ilə birlikdə güc tətbiq edib vurmaqla həmin mağazanın dəmir materialdan olan qapısının qıfıllarını və dəmir torunu sındıraraq qapını açıb binaya (mağazaya) qanunsuz daxil olduqdan sonra, giriş hissədə yerləşən mağazanın ətrafına quraşdırılmış müşahidə kameralarının 240 (iki yüz qırx) manat dəyərində olan bir ədəd “M-STAR” markalı rəqəmsal video qeydiyyat cihazını (DVR) və içəridəki piştaxtanın altından 950 (doqquz yüz əlli) manat məbləğində pulu oğurlayıb aralarında bölməklə, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 1190 (min yüz doxsan) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, bu məqsədlə 07 iyul 2022-ci il tarixdə saat 01:30 radələrində Şamaxı şəhəri, X18 küçəsi 95 A ünvanında yerləşən, Zərərçəkmiş şəxs1 məxsus ərzaq mallarının satışı mağazasının qarşısına gəldikdən sonra, Təqsirləndirilən şəxs1 əlindəki əlamətləri istintaqa məlum olmayan dəmir parçası ilə birlikdə güc tətbiq edib vurmaqla həmin mağazanın dəmir materialdan olan qapısının qıfıllarını və dəmir torunu sındıraraq qapını açdıqdan sonra sonuncu binaya (mağazaya) qanunsuz daxil olaraq giriş hissədə yerləşən mağazanın ətrafına quraşdırılmış müşahidə kameralarının 240 (iki yüz qırx) manat dəyərində olan bir ədəd “M-STAR” markalı rəqəmsal video qeydiyyat cihazını (DVR) və içəridəki piştaxtanın altından 950 (doqquz yüz əlli) manat məbləğində pulu oğurlayıb aralarında bölməklə, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 1190 (min yüz doxsan) manat dəyərində özgənin əlmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, bu məqsədlə 07 iyul 2022-ci il tarixdə saat 01:30 radələrində Şamaxı şəhəri, X18 küçəsi 95 A ünvanında yerləşən, Zərərçəkmiş şəxs1 məxsus ərzaq mallarının satışı mağazasının qarşısına gəldikdən sonra, Təqsirləndirilən şəxs1 əlindəki əlamətləri istintaqa məlum olmayan dəmir parçası ilə birlikdə güc tətbiq edib vurmaqla həmin mağazanın dəmir materialdan olan qapısının qıfıllarını və dəmir torunu sındıraraq qapını açdıqdan sonra sonuncu binaya (mağazaya) qanunsuz daxil olaraq giriş hissədə yerləşən mağazanın ətrafına quraşdırılmış müşahidə kameralarının 240 (iki yüz qırx) manat dəyərində olan bir ədəd “M-STAR” markalı rəqəmsal video qeydiyyat cihazını (DVR) və içəridəki piştaxtanın altından 950 (doqquz yüz əlli) manat məbləğində pulu oğurlayıb aralarında bölməklə, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 1190 (min yüz doxsan) manat dəyərində özgənin əlmlakını gizli olaraq talamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Şamaxı şəhər 2 saylı tam orta məktəbin 10-cu sinif şagirdidir. O, bir neçə gün bundan öncə Şamaxı şəhəri Şəhriyar küçəsində yerləşən “Topaz” mərc oyunları məntəqəsinin yanından keçən zaman insanların pul qarşlığında mərc oyunları keçirməsini görmüş və bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 03 radələrində yaşadığı evin həyətindən əlinə dəmir parçası götürərək daha əvvəldən planlaşdırdığı “Topaz” mərc oyunları məntəqəsindən oğurluq etmək üçün evdən çıxaraq Şamaxı şəhəri Şəhriyar küçəsində yerləşən “Topaz” mərc oyunları məntəqəsinin yanına gəlmişdir. “Topaz” mərc oyunları məntəqəsindən oğurluq etmək üçün evdən çıxan zaman valideynləri və qonşuları onu görməmiş, o, evlərinin alt küçəsi ilə “Topaz” mərc oyunları məntəqəsinə gəlmişdir. “Topaz”-ın yanına çatandan sonra, əvvəlcə ətrafı nəzərdən keçirmiş, ətrafda heç kimin olmamasına əmin olduqdan sonra əlində olan dəmir parçası ilə qapının dəmir torunu əyərək giriş qapısının şüşəsini sındırmiş, daha sonra içəri daxil olmuş, içəridə sol tərəfdə olan daxıla yaxınlaşaraq hər bir pilləsini açaraq yoxlamiş, daxıllardan birində olan 414 manat pulu götürərək oradan çölə çıxmış və çöldə oğurladığı pulları sayaraq 414 manat olmasını müəyyən etmişdir. “Topaz” mərc oyunları məntəqəsindən çıxanda əvvəlcə ətrafı diqqətlə nəzərdən keçirmişdir ki, onu kimsə görməsin. Bundan sonra Bakı şəhərinə getmək üçün Şamaxı rayon Avtovağzal dairəsinə düşmüş və orada yol keçən avtomobillərin birinə əyləşərək Bakı şəhərinə getmişdir. O, Bakı şəhərinə getdiyi avtomobilin marka və nömrəsini xatırlamır. O, xx.xx.2022-ci il tarixdə gecə saatlarında Bakı şəhərində tanımadığı ərazilərdə gəzərək oğurladığı pulları xərcləyərək geri qayıtmışdır. O, Şamaxı şəhəri Şəhriyar küçəsində yerləşən “Topaz” mərc oyunları məntəqəsinə oğurluq etmək üçün gedərkən tək olmuş, yanında heç kəs olmamışdır, həmçinin oğurluq etməyi barədə heç kimin məlumatı olmamışdır. Eyni zamanda o, Şamaxı şəhəri Şəhriyar küçəsində yerləşən “Topaz” mərc oyunları məntəqəsinə oğurluq etmək üçün gedərkən orada olan nəzarət kameralarının gecə söndürülməsi barədə məlumatı olmamışdır. O, daha əvvəllər də oğurluq hadisəsi etmiş və hal-hazırda da, oğurluqla bağlı işi Şamaxı rayon məhkəməsindədir. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat 19 radələrində o və dostu Təqsirləndirilən şəxs2la Şamaxı rayonunda “Aşıqlar bağı” deyilən yerdə görüşmüş, həmin vaxtı dostu Amin ona “pulsuzluqdur yer tap aparaq” demişdır. O, isə dostu Aminə bildirmişdir ki, Hikmətin Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən ərzaq mallarının satışı mağazasını oğurlayaq. Daha sonra o dostu Aminlə razılaşmış və qərarlaşdırmışlar ki, hava qaralsın və Hikmət mağazanı bağlasın ki, gecə mağazanı oğurlaya bilsinlər. Bu sözlərdən sonra o, dostu Aminə bildirmişdir ki, digər dostu Təqsirləndirilən şəxs3 bir neçə gün bundan öncə ona “yer olsa mənə de gedək aparaq” demişdir bu səbəbdən də, o, Aminlə birlikdə Şamaxı şəhəri “Fayton” marketin yaxınlığına gedmiş, orada Təqsirləndirilən şəxs3la danışaraq axşam saatlarında məhəllədə market oğurlayacağlarını və ona da, bu barədə məlumat verəcəylərini, birlikdə gedəcəklərini demişlər. O, daha sonra Aminlə birlikdə yenidən bağa gələrək oturmuşlar və havanın qaranlıqlaşmasını gözləmişdilər ki, oğurluq planlarını həyata keçirsinlər. xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində o və Amin Şamaxı rayonunda “Aşıqlar bağı” deyilən yerdən çıxaraq oğurluq etməyi planladıqları yerə getmişlər, o, həmin vaxti əlində dəmir parçası götürmüş, hansı ki, oğurluq edəcəyləri marketin qapısını sındırmaqda istifadə edəcəkmiş və onlar oğurluq edəcəyləri yeri müayinə etməyə başlamışlar, lakin arada bir yol ilə avtomobillər hərəkət etdiyi üçün onlar marketə yaxın gedə bilməmişdilər. Nəhayət 01:00 radələrində Ülvi Aminə zəng edərək onların harda olduqlarını soruşmuş, Amin isə Ülviyə gəlməsini bildirmişdir. Daha sonra bir az müddət keçmişdir ki, Ülvi onların yanlarına gəlmiş və onlar üçü birlikdə, yəni o, Amin və Ülvi Hikmət adlı şəxsin ərzaq mallarının satışı mağazasına yaxınlaşmış, həmin vaxt o, Amin və Ülvi marketin nəzarət kameralarının istiqamətlərini dəyişmişlər ki, onları çəkməsin, daha sonra mağazanın əsas giriş qapısında olan iki ədəd dəmir qıfılı o, əlində olan dəmir parçası ilə sındırmışdır. Daha sonra üçü birlikdə giriş qapısında olan dəmir toru aralamış, bundan sonra o, həmin aradan mağazaya daxil olmuş və mağazada olan bir ədəd nəzarət kameralarının yaddaş diviyarını və 950 manat pulu götürərək mağazadan çıxmış və onlar birlikdə oradan uzaqlaşaraq Şamaxı şəhəri, Gənclər küçəsində yerləşən Notariat kantorunun inzibati binasının arxa hissəsinə gələrək oğurladıqları bir ədəd nəzarət kameralarının yaddaş diviyarını oraya atmışdılar. O, mağazadan oğurladığı puldan 78 manatını Aminə 77 manatını Ülviyə vermiş, bundan sonra onlar birlikdə oradan çıxıb Şamaxı rayon Avtovağzalına düşərək taksiyə əyləşərək Sumqayıt şəhərinə yaxın bir yerdə “Boss klub” deyilən ünvana getmiş və orada oğurluqdan əldə etdiyləri pulları xərcləyək geri qayıtmışlar. Onlar oğurluqdan əldə etdiyləri pulları üçü birlikdə Sumqayıt şəhərinə yaxın bir yerdə “Boss klub” deyilən yerdə xərcləmiş, geri qaydarkən o, cibində cəmi 100 manat pul qaldığını və həmin pulu da üçü aralarında böldüyünü bildirmişdir. O, Zərərçəkmiş şəxs1 məxsus olan ərzaq mallarının satışı mağazasında quraşdırılan bir ədəd nəzarət kameralarının yaddaş diviyarını sökərək oğurlamaqda məqsədlərinin orada olan görüntülərini məhv etmək olduğunu bildirmişdir. Onlar Zərərçəkmiş şəxs1 məxsus olan ərzaq mallarının satışı mağazasından 950 manat pul oğurlamışlar. O, daha əvvəllər də oğurluq hadisəsi etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində o və dostu Təqsirləndirilən şəxs1 Şamaxı rayonunda “Aşıqlar bağı” deyilən yerdə görüşmüş, həmin vaxtı Nihad ona “pulsuzluqdur istirəm yer aparım” demiş, o isə Nihada hansı yeri aparmaq istədiyini soruşmuşdur. Nihad isə ona Hikmətin Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən ərzaq mallarının satışı mağazasını oğurlamaq istədiyini bildirmişdir. O, daha sonra Nihadla razılaşmış və qərarlaşdırmışlar ki, hava qaralsın və Hikmət mağazanı bağlasın ki, gecə mağazanı oğurlaya bilsinlər. Bu sözlərdən sonra Nihad ona bildirmişdir ki, dostu Təqsirləndirilən şəxs3 bir neçə gün bundan öncə ona “yer olsa mənə de gedək aparaq” demiş, elə bu səbəbdən də, o, Nihadla birlikdə Şamaxı şəhəri “Fayton” marketin yaxınlığına gedərək orada Təqsirləndirilən şəxs3la danışmış, axşam saatlarında məhəllədə market oğurlayacaqları barədə Ülviyə də məlumat vermişlər, sonuncuya birlikdə gedəcəylərini demişlər. O, daha sonra oradan Nihadla birlikdə yenidən bağa gələrək orada oturmuş və havanın qaranlıqlaşmasını gözləmişdilər ki, oğurluq planlarını həyata keçirsinlər. xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində o və Nihad Şamaxı rayonunda “Aşıqlar bağı” deyilən yerdən çıxaraq oğurluq etməyi planladıqları yerə getmişlər, həmin vaxtı Nihadın əlində dəmir parçası olmuş, hansı ki, oğurluq edəcəyləri marketin qapısını sındırmaqda istifadə edəcəkdirlər. Onlar oğurluq edəcəyləri yeri müayinə etməyə başlamışlar, lakin arada bir yol ilə avtomobillər hərəkət etdiyi üçün onlar marketə yaxın gedə bilməmişdilər. Nəhayət 01:00 radələrində Ülvi ona zəng edərək harda olduqlarını soruşmuş, o isə Ülviyə bildirmişdir ki, gəlsin və bir az müddət keçmişdir ki, Ülvi onların yanına gəlmişdir. Onlar üçü birlikdə, yəni o, Nihad və Ülvi Hikmət adlı şəxsin ərzaq mallarının satışı mağazasına yaxınlaşmış, həmin vaxt o, Nihad və Ülvi marketin nəzarət kameralarının istiqamətlərini dəyişmişlər ki, onları çəkməsin, daha sonra mağazanın əsas giriş qapısında olan iki ədəd dəmir qıfılı Nihad əlində olan dəmir parçası ilə sınmış və daha sonra üçü birlikdə giriş qapısında olan dəmir toru aralamış, Nihad həmin aradan mağazaya daxil olmuş və mağazada olan bir ədəd nəzarət kameralarının yaddaş diviyarını və ona məlum olmayan pulu götürərək mağazadan çıxmışdır. Onlar üçü birlikdə oradan uzaqlaşaraq Şamaxı şəhəri, Gənclər küçəsində yerləşən Notariat kantorunun inzibati binasının arxa hissəsinə gəlmişlər, oğurladıqları bir ədəd nəzarət kameralarının yaddaş diviyarını ora atmışlar və Nihad mağazadan oğurladığı puldan 78 manatını ona 77 manatını isə Ülviyə vermişdir. Bundan sonra onlar oradan çıxıb Şamaxı rayon Avtovağzalına düşərək taksiyə əyləşmiş, Sumqayıt şəhərinə yaxın bir yerdə “Boss klub” deyilən ünvana düşərək və orada oğurluqdan əldə etdiyiləri pulları xərcləyək geri qayıtmışlar. Onların Zərərçəkmiş şəxs1 məxsus olan ərzaq mallarının satışı mağazasında quraşdırılan bir ədəd nəzarət kameralarının yaddaş diviyarını sökərək oğurlamaqda məqsədləri orada olan görüntülərini məhv etmək olmuşdur. Zərərçəkmiş şəxs1 məxsus olan ərzaq mallarının satışı mağazasından nə qədər pul oğurlanması haqqında onun məlumatı olmamış, lakin Təqsirləndirilən şəxs1 mağazadan oğurladığı puldan 78 manat ona, 77 manat isə Ülviyə vermişdir. Həmin mağazaya Nihad daxil olmuş, o və Ülvi mağazadan çöldə olmuşlar, Nihadın mağazadan nə qədər miqdarda pul oğurladığını bilməmişdir. O, ilk dəfədir ki, oğurluq cinayəti etmiş, heç vaxt digər cinayətlər etməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Amin və Nihad Şamaxı şəhəri “Fayton” marketin yaxınlığına gələrək orada onunla görüşmüşlər və bildirmişlər ki, axşam saatlarında məhəllədə Hikmət adlı şəxsin ərzaq mallarının satışı mağazasını oğurlamaq istəyirlər. O, Amin və Nihada bildirmişdir ki, xəbər edsinlər onunda pula ehtiyacı vardır və bundan sonra Nihad və Amin oradan çıxaraq getmişlər. xx.xx.2022ci il tarixdə saat 01:00 radələrində o, Aminə zəng edərək harada olmasını oğurluğu nə vaxt etmələrini soruşmuş, Amin isə ona gəlməyini, oğurluq edməyə hazırlaşdığlarını bildirmişdir və o, Amin və Nihadın yanına gəlmişdir. Daha sonra o, Nihad və Amin Hikmət adlı şəxsin ərzaq mallarının satışı mağazasına yaxınlaşmışlar o, Nihad və Amin marketin nəzarət kameralarının istiqamətlərini dəyişmişlər ki, onları çəkməsin, daha sonra mağazanın əsas giriş qapısında olan iki ədəd dəmir qıfılı Nihad əlində olan dəmir parçası ilə sındırmış və daha sonra onlar üçü birlikdə giriş qapısında olan dəmir toru aralamışlar və Nihad həmin aradan mağazaya daxil olaraq mağazada olan bir ədəd nəzarət kameralarının yaddaş diviyarını və ona məlum olmayan miqdarda pul götürərək mağazadan çıxmışdır. Onlar üçü Hikmət adlı şəxsin ərzaq mallarının satışı mağazasının yaxınlığından uzaqlaşaraq Şamaxı şəhəri, Gənclər küçəsində yerləşən Notariat kantorunun inzibati binasının arxa hissəsinə gəlmiş və oğurladığları bir ədəd nəzarət kameralarının yaddaş diviyarını ora atmışlar. Daha sonra Nihad mağazadan oğurladığı puldan 77 manatını ona 78 manatını Aminə vermişdir. Bundan sonra onlar Şamaxı rayon Avtovağzalına düşərək taksiyə əyləşmiş və Sumqayıt şəhərinə yaxın bir yerdə “Boss klub” deyilən ünvana gedərək orada avtomobildən düşmüşlər. Onlar oğurluqdan əldə etdikləri pulları xərcləyək geri qayıtmışlar. Onların Zərərçəkmiş şəxs1 məxsus olan ərzaq mallarının satışı mağazasında quraşdırılan bir ədəd nəzarət kameralarının yaddaş diviyarını sökərək oğurlamaqda məqsədləri orada olan görüntüləri məhv etmək olmuşdur. Onun Zərərçəkmiş şəxs1 məxsus olan ərzaq mallarının satışı mağazasından nə qədər pul oğurlanması haqqında məlumatı yoxdur, lakin Təqsirləndirilən şəxs1 mağazadan oğurladığı puldan 78 manat hissəsini Aminə, 77 manat hissəsini isə ona vermişdir. Zərərçəkmiş şəxs1 məxsus olan ərzaq mallarının satışı mağazasına dostu Nihad daxil olmuş, o, və Amin mağazadan çöldə olmuş, buna görə də, Nihadın mağazadan nə qədər miqdarda pul oğurlamasını bilmir. O, ilk dəfədir ki, oğurluq cinayəti etmiş və heç vaxt digər cinayətlər etməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verib göstərdi ki, Şamaxı şəhəri Şəhriyar küçəsində yerləşən “Topaz” mərc oyunları məntəqəsinin icarədarı işləyir. O, bir çox rayonlarda, o cümlədən Şamaxıda da “Topaz” mərc oyunları məntəqəsi icarəyə götürərək işlədir və həmin məntəqlərə “Topaz” mərc oyunları məntəqəsinin yerləşdiyi rayonlar üzrə şəxslər taparaq müqavilə şərtləri altında işlədir və əmək haqları verir. O, xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Şamaxı rayon ərazisində yerləşən “Topaz” mərc oyunları məntəqəsini işlədən işçisi Şahid onunla telefon əlaqəsi saxlayaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə gecə saat 00 radələrində “Topaz” mərc oyunları məntəqəsini bağlayaraq evə getmiş, xx.xx.2022-ci il tarixdə səhər saat 08 radələrində işə gələn zaman məntəqənin giriş qapısının şüşəsinin sındırılmasını və içəridə olan 414 manat pulun oğurlanması bildirmişdir. O, işçisinə heç bir şeyə əl vurmamasını, polisə məlumat verməsini, özünün də Bakıdan çıxaraq Şamaxı rayonuna gəlməsini bildirmişdir. Daha sonra o, Şamaxı rayonuna gələrək baş vermiş hadisə barədə polisə ərizə ilə müraciət etmişdir. O, Şahid dəfələrlə məntqəni bağlayarkən orada olan pulları götürməsini desə də, sonuncu pulu götürməmişdir. O, polisə müraciət edəndən sonra məlum olmuşdur ki, icarə əsasında işlətdiyi “Topaz” mərc oyunları məntəqəsindən 414 manat pulu Şamaxı şəhər sakini Təqsirləndirilən şəxs1 götürmüşdür. O, işçisi Şahid kameranı gecələr söndürməməyi bildirmiş, lakin Cavanşır öz başından gecə kameraları söndürmüşdür. Onun və işçisi Şahid Təqsirləndirilən şəxs1 ilə aralarında hər hansı düşmənçlik və yaxud ədavət olmamışdır. O, Şamaxı rayon ərazisində yerləşən “Topaz” mərc oyunları məntəqəsində bir nəfər Şahid adlı işçisinin olmasını, həmin işçini də, müqavilə şərtləri ilə işə götürməsini və sonuncuya 400 manat əmək haqqı verməsini, başqa işçisinin olmadığını bildirmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışdığını, onlardan şikayəti və tələbi olmadığını, dəyən ziyanın ödənildiyini bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verib göstərdi ki, ünvan 3 ünvanında ərzaq mallarının satışı mağazasını işlədir. O, xx.xx.2022-ci il tarixdə saat 00:10 radələrində işlətdiyi ərzaq mallarının satışı mağazasını bağlayaraq evinə getmişdir. Bundan sonra, yəni xx.xx.2022-ci il tarixdə saat 06:30 radələrində mağazanı açmaq üçün getmiş, qapıda olan iki ədəd dəmir qıfılın olmamasını, eyni zamanda mağazanın giriş qapısının dəmir torunun bir hissəsinin aralandığını görüb dərhal DİN-nin 102 xidmətinə məlumat vermiş və polis əməkdaşları gələn müddətədək o, mağazaya daxil olmamışdır. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, o, polis əməkdaşlarının iştirakı ilə mağazaya daxil olmuş və müəyyən etmişdir ki, mağazaya daxil olan şəxs(lər) kassada olan 950 manat pulu və oğurluq hallarının qarşısının alınması üçün mağazaya yerləşdirdiyi nəzarət kameralarının yaddaş diviyarını oğurlamışlar. Bundan sonra polislər tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ünvan 3 ünvanında yerləşən ona məxsus olan ərzaq mallarının satışı mağazasından oğurluğu xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində daha əvvəldən tanıdığı Şamaxı şəhər sakinləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 törətmişdir. Ona məxsus olan ərzaq mallarının satışı mağazasında quraşdırdığı nəzarət kameraları işləyir, ona məxsus olan ərzaq mallarının satışı mağazasından 950 manat pulu və bir ədəd nəzarət kameralarının yaddaş diviyarını oğurlayan Şamaxı şəhər sakinləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə hər-hansı bir ədavəti və yaxud düşmənçiliyi yoxdur, həmişə yuxarıda adları qeyd olunan şəxslərlə münasibətləri yaxşı olmuşdur. Ona məxsus olan ərzaq mallarının satışı mağazasından daha əvvələr hər hansı oğurluq faktı qeydə alınmamışdır. Şamaxı şəhər sakinləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ona məxsus olan ərzaq mallarının satışı mağazasından 950 manat pulunu və bir ədəd nəzarət kameralarının yaddaş diviyarını oğurlamış, həmin yaddaş diviyarının qiyməti 240 manat təşkil etdyindən ona ümumilikdə oğurluq nəticəsində 1190 manat maddi ziyan dəymişdir. Ona dəyən ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışdığını, onlardan şiakyəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında dindirilmiş Şahid ifadə verib göstərdi ki, Şamaxı şəhəri, Şəhriyar küçəsində yerləşən “Topaz” mərc oyunları məntəqəsində kassır işləyir. O, xx.xx.2022-ci il tarixdə saat 08 radələrində yaşadığı evdən çıxaraq işlədiyi Şamaxı şəhəri Şəhriyar küçəsində yerləşən “Topaz” mərc oyunları məntəqəsinə gəlmiş və “Topaz” mərc oyunları məntəqəsinin giriş qapısında olan dəmir qıfılın və dəmir materialdan olan reşotkanın burularaq əyilməsini, giriş qapısının pəncərə şüşələrinin sınmasını görmüşdür. O, “Topaz” mərc oyunları məntəqəsinin icarədarı Zərərçəkmiş şəxs2 bu barədə məlumat vermiş və Fariz ona polisə məlumat verməsini bildirmişdir. Bundan sonra o, şifahi olaraq tanıdığı ərazi polislərinə məlumat vermiş, polis əməkdaşları hadisə yerinə gəlmişlər və polis əməkdaşlarının iştirakı ilə “Topaz” mərc oyunları məntəqəsinə baxış etmişdilər. O, müəyyən etmişdir ki, məntəqədə daxılda olan 414 manat pul yoxdur. O, bu barədə yenidən “Topaz” mərc oyunları məntəqəsinin icarədarı Zərərçəkmiş şəxs2 məlumat vermiş və onun iştirakı ilə orada hadisə yerinə baxış keçirilərək fotoşəkillər çəkilmiş və polis əməkdaşları hadisə yerindən getmişdilər. O, polisə müraciət edəndən sonra məlum olmuşdur ki, icarə əsasında işlətdiyi “Topaz” mərc oyunları məntəqəsindən 414 manat pulu Şamaxı şəhər sakini Təqsirləndirilən şəxs1 oğurlamışdır. O, “Topaz” mərc oyunları məntəqəsində olan nəzarət kameraları və bütün televizor və işıq sisteminin vahid yerdən idarə olmasını bildirmiş, o, bu səbəbdən də, işığı vahid mərkəzdən ayırmışdır ki, içəridə hər hansı bir yanğın hadisəsi olmasın və buna görə də kameralar işləməmişdir. Onun və “Topaz” mərc oyunları məntəqəsinin icarədarı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 ilə aralarında hər hansı düşmənçilik və yaxud ədavət olmamışdır. O, işlədiyi “Topaz” mərc oyunları məntəqəsini xx.xx.2022-ci il tarixdə saat 24 radələrində bağlamış, xx.xx.2022-ci il tarixdə saat 08 radələrində gəldikdə, oradan oğurluq olmasını bilmişdir. “Topaz” mərc oyunları məntəqəsində ondan başqa işçi yoxdur, tək işləyir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 12 iyul 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi ibtidai araşdırma aparılması üçün icraata götürülmüşdür. “Baxış keçirilməsi haqqında” 02 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Şahid Şamaxı şəhəri, Şəhriyar küçəsində yerləşən “Topaz” mərc oyunları məntəqəsini göstərməklə həmin hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunan hadisə yeri Şamaxı şəhəri, Şəhriyar küçəsində yerləşən Zərərçəkmiş şəxs2 icarədarı olduğu “Topaz” mərc oyunları məntəqəsidır və “Topaz” mərc oyunları məntəqəsindən xx.xx.2022-ci il tarixdə saat 00:00 radələrindən xx.xx.2022-ci il tarixdə saat 08:00 radələrinədək olan müddət ərzində 414 manat pulun oğurlandığı ərazinin fotoşəkilləri çəkilməklə protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İcraatda olan cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında 13 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraatda olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuş, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Baxış keçirilməsi haqqında 07 iyul 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında Zərərçəkmiş şəxs1 özünə məxsus ərzaq mallarının satışı mağazasını göstərməklə, həmin hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunan hadisə yeri ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus ərzaq mallarının satışı mağazasıdır və mağazadan xx.xx.2022-ci il tarixdə saat 00:10 radələrindən xx.xx.2022-ci il tarixdə saat 06:30 radələrinədək olan müddət ərzində 950 manat pul və 240 manat dəyərində nəzarət kameralarının yaddaş diviyarının oğurlandığı ərazinin fotoşəkilləri çəkilməklə protokola əlavə olunmuşdur. Şübhəli şəxsin tutulması haqqında 07 iyul 2022-ci il tarilxi protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 07 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin tutulması haqqında 07 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 07 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında 09 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cianyət işi üzrə X9 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qanuni nüməyəndəsi qismində təyin edilməklə, ona hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 09 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Yetkinlik yaşşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi və MSYdən azad edilməsi haqqında 09 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında 09 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X3 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi qismində təyin edilməklə, ona hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 09 iyul 2022-ci il tarilxi qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi və MSYdən azad edilməsi haqqında 09 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. Şübhəli şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında 11 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X4 yetkinlik yaşına çatmanayn şübhəli şəxs Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi qismində təyin edilməklə, ona hüquq və vəzifələri izah edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 11 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 11 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Götürmə aparılması haqqında 12 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqa 01 ədəd nəzarət kameralarının yaddaş diviyarını təqdim edərək, təqdim etdiyi həmin əşyanın Zərərçəkmiş şəxs1 ünvan 3 ünvanda yerləşən ərzaq mallarının satışı mağazasından oğurladığı yaddaş diviyarı olmasını bildirmişdir, qəbul edilmiş qərarla həmin əşya müvafiq qaydada götürülmüşdür. Əşyanın tanınmaya təqdim edilməsi haqqında 12 iyul 2022-ci il tarilxli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim edilən əşyaları nəzərdən keçirib bildirdi ki, ona təqdim olunan üç ədəd nəzarət kameralarının yaddaş diviyarı arasında üçüncü sırada qoyulmuş nəzarət kameralarının yaddaş diviyarı ona məxsusdur, həmin nəzarət kameralarının yaddaş diviyarı daima ona məxsus olan mağazada olur və Təqsirləndirilən şəxs1 üçünçü sırada qoyulmuş nəzarət kameralarının yaddaş diviyarını oğurladığını bildirdi. Zərərçəkmiş şəxs1 nəzarət kameralarının yaddaş diviyarının “M-STAR” markalı olduğundan tanıdığını bildirdi. Maddi sübutu tanıma haqqında 12 iyul 2022-ci il tarilxi qərardan görünür ki, Təqsirləndirilən şəxs1 oğurladığı və daha sonra istintaqa təqdim etdiyi 01 ədəd nəzarət kameralarının yaddaş diviyarı iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 13 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 13 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 13 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham əlavə və dəyişiklik edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında 13 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. Əşyanın qiymətləndirilməsi haqqında “NİHAD” İstesalat Kommersiya firması tərəfindən verilmiş 19 iyul 2022-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, “təqdim olunmuş bir ədəd “M-STAR” markalı nəzarət kamerasının yaddaş diviyarının qiyməti 240 (iki yüz qırx manat) manat dəyərində müəyyən edilmişdir”. Şamaxı rayon İHB-nın Şamaxı şəhər inziabti ərazi dairəsi üzrə nümayəndəliyinin 28 avqust 2022-ci il tarlxi 155 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs1 atası X5, anası 1991-ci il təvəllüdlü X4 və qardaşı 2008-ci il təvəllüdlü X6 ilə Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi 69 saylı evdə yaşayırlar. Şamaxı şəhər Dövlət ittihamçısı adına 2 saylı tam orta məktəb tərəfindən Təqsirləndirilən şəxs1 adına verilmiş xasiyyətnamədə göstərilir ki, 22 aprel 2021-ci il tarixdə məktəbdən çıxmışdır, gəldiyi gündən davamiyyəti qeyri-kafi olmuşdur. Bu barədə anasına dəfələrlə xəbərdarlıq edilmiş və bundan nəticə çıxarmamışdır. Davamiyyəti zəif olaraq qalmış, mart ayında pandemiya başlamış və növbəti 2020/2021-ci dərs ilində bir dəfə də olsun əyani və qiyabi dərslərə qoşulmamışdır. Valideyni ilə əlaqə saxlamaq mümkün olmamış, 22 aprel 2022-ci il tarixdə davamiyyətinə görə məktəbdən xaric edilmişdir. Məktəbə çox az gəldiyindən şagird yoldaşları ilə hər hansı münasibət yarada bilməmişdir. Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 avqust 2022-ci il tarilxi 2352 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs3 anası 1983-cü il təvəllüdlü X3 və 2008-ci il təvəllüdlü qardaşı X12 ilə Şamaxı şəhəri, Xətai küçəsi 39 saylı evdə yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 26 avqust 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. Şəhər Təsərrüfatı MMC-nin 01 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 adına verilmiş xasiyyətnamədə göstərilir ki, yaşadığı məhəllədə özünü sadə vətəndaş kimi göstərmiş, nalayiq hərəkətlərə yol verməmiş, qonşulara hörmət etmiş və onların rəğbətini qazanmışdır. Onun barəsində Şəhər Təsərrüfatı MMC-yə yazılı və şifahi məlumat daxil olmamışdır. Şəhər Təsərrüfatı MMC-nin 01 sentyabr 2022-ci il tarixli 129 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 1982-ci il təvəllüdlü anası X9 və 2022-ci il təvəllüdlü X13 ilə Şamaxı şəhəri, 20 yanvar küçəsi 18 nömrəli evdə yaşayır. Şamaxı şəhəri M.K.Veysov adına 6 saylı tam orta məktəb tərəfindən Təqsirləndirilən şəxs3 adına verilmiş xasiyyətnamədə göstərilir ki, o, 2020-2021-ci tədris ilində Şamaxı şəhəri M.K.Veysov adına 6 saylı tam orta məktəbin Yİİ sinfində oxumuşdur. Təqsirləndirilən şəxs3 oxuduğu müddətdə dərsə davamiyyəti zəif olmuşdur. Son vaxtlar ümumiyyətlə dərsə davam etməmişdir. Bu səbəbdən qiymətləndirmə aparılmadığı üçün sinifdə saxlanılmışdır. Təkrar sinifdə saxlanıldığı halda dərsə davam etmədiyi üçün məktəbin şagird kontingentindən xaric edilmişdir. Təqsirləndirilən şəxs3 özünə qapalı, sakit təbiətlidir. Şamaxı RMX-sı publik hüquqi şəxsin 09 sentyabr 2022-ci il tarixli 1115 saylı məktubunda göstərilir ki, Təqsirləndirilən şəxs1 Şamaxı RMX-nın Ruhi-əsəb və Narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Şamaxı Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 1(074)-65/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Şamaxı Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 7(074)-64/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Şamaxı rayon Məhkəməsinin 1(074)- 65/2022 saylı 30 avqust 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 ay 19 günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması cəzası bir gün azadlıqdan məhrum etmə cəzası hesabı ilə hesablanmaqla 5 (beş) ay 9 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş və o, məhkəmə iclas zalından dərhal həbs edilmişdir. Şamaxı RMX-sı publik hüquqi şəxsin 13 sentyabr 2022-ci il tarixli 1116 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 Şamaxı RMX-nın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Şamaxı RMX-sı publik hüquqi şəxsin 16 sentyabr 2023-cü il tarixli 1117 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Şamaxı RMX-nın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 19 sentyabr 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 Şamaxı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3- maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 87.1, 88.1, 88.2.1-ci maddəslərinə əsasən xəbərdarlıq edilmiş, Şamaxı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 26 sentyabr 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs3 məhkum olunmamışdır. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxslərin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi təsdiq olunur. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-in 8.1-ci maddəsinə əsasən, təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə, əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın tam ödənilərək, zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin, təqsirləndirilən şəxsin əvvəllər məhkum edilməsini və islah olunmadan yenidən qəsdən cinayət törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsini, əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın tam ödənilərək, zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 yetkinlik yaşına çatmamasını, əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın tam ödənilərək, zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bununla belə məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Məhkəmə hesab edir ki, təqsirlədirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırıması cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Şamaxı rayon Məhkəməsinin 7(074)-64/2022 saylı 20 dekabr 2022-ci il tarixli qərarı ilə ona təyin edilmiş 5 ay 9 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməli, Təqsirləndirilən şəxs1 11 iyul 2022-ci il tarixdən 13 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 20 dekabr 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs2 07 iyul 2022-ci il tarixdən 09 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmaldıır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cəzanın icrası Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs3 07 iyul 2022-ci il tarixdən 09 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti cəza saxlanılmalı, Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cəzanın icrası Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 dövlət hesabına məhkəmə istintaqı zamanı 15 saat hüquqi yardım göstərməsinə görə 90 (doxsan) manat məbləğində pul, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3 dövlət hesabına məhkəmə istintaqı zamanı 40 saat hüquqi yardım göstərməsinə görə 240 (iki yüz qırx) manat məbləğində pul, İsmayıllı rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 dövlət hesabına məhkəmə istintaqı zamanı 40 saat hüquqi yardım göstərməsinə görə 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 2(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, Şamaxı rayon Məhkəməsinin 7(074)-64/2022 saylı 20 dekabr 2022-ci il tarixli qərarı ilə ona təyin edilmiş 5 ay 9 gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin, o, 2 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 11 iyul 2022-ci il tarixdən 13 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2(iki) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 20 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1(bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 07 iyul 2022-ci il tarixdən 09 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzanın icrası Şamaxı Rayon İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1(bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 07 iyul 2022-ci il tarixdən 09 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzanın icrası Şamaxı Rayon İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 dövlət hesabına məhkəmə istintaqı zamanı 15 saat hüquqi yardım göstərməsinə görə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3 dövlət hesabına məhkəmə istintaqı zamanı 40 saat hüquqi yardım göstərməsinə görə 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İsmayıllı rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 dövlət hesabına məhkəmə istintaqı zamanı 40 saat hüquqi yardım göstərməsinə görə 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-10/2023
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-10/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver