Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-10/2025 05.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Nümayəndə, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1981-ci ildə Şamaxı rayonu, Məlikçobanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Şamaxı rayonu, Məlikçobanı kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 08 iyul 2024-cü il tarixdə saat 16 radələrində Şamaxı rayonu Məlikçobanlı kəndi ərazisində yerləşən küçədə, aşkar surətdə on dörd yaşına çatmayan şəxs – xx xxxxxxxx 2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs yanına çağırıb istifadəsində olan “X13 11” markalı smartfon-sensor tipli mobil telefon vasitəsi ilə sonuncuya seksual fəaliyyəti əks etdirən pornoqrafiq video və şəkillər müşahidə etdirməklə “bunları xoşlayırsan?, bunlardan edə bilərsən?” kimi suallar verib nümayiş etdirdiyi video və şəkillərdə göstərilən pornoqrafiq hərəkətləri etməyi bacarıb-bacarmadığını soruşmuş, Zərərçəkmiş şəxs isə onun bu əxlaqsız hərəkətlərini görüb qaçaraq oradan uzaqlaşmış, həmin gün saat 18 radələrində Zeynəb Oruclu yaşadığı evin qarşısında oynadığı vaxt o, Zərərçəkmiş şəxs yanına çağırıb “sən öpüşə, əmişə bilirsən?” kimi əxlaqsız suallar verdikdən sonra sonuncuya yeməsi üçün dondurma vermiş, Zərərçəkmiş şəxs dondurmanı yediyi vaxt o, “dondurmanı yalaya-yalaya ye”, “istiyirsən sənin məmələrini yeyim, yalayım” kimi sözlər deyərək əxlaqsız təkliflər etmiş, daha sonra Zeynəb Oruclu onun bu təkliflərindən qorxub yaşadığı evə getsə də, o, həmin gün saat 20 radələrində sonuncunun yaşadığı evin həyətinə gəlib həmin vaxt evin həyətində olan Zərərçəkmiş şəxs evin qapısının yanında olan daş hasara yaxınlaşdıraraq dodağından öpməklə ön dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ibtidai istntaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və hamıdan üzr istədiyini bildirdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, onun telefonu həmişə özündə olur. Telefonu kodla bağlanır. Hadisə olan gün telefonunu heç kimə verməmiş və heç kim onun telefonunu götürməmişdir. Həmin gün traktor təmir etdiyindən telefonu da yanında olmuşdur. Həmin gün hansı videolara baxdığını hazırda tam xatırlamır. Həmin gün tik-tok sosial şəbəkəsinə girmişdir. Həmin gün onun telefonundan pornoqrafik saytlara daxil omasının zərərçəkmiş şəxsə necə məlum olmasını bilmir. Üzr istəməsinin səbəbi isə bu hadisəyə görə ailə üzvlərinin hərəsinin bir yerdə olmasıdır. Təqsirləndirilən şəxs ibtidai istntaq zamanı verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verib göstərmişdir ki, o, Şamaxı rayonu, Məlikçobanlı kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə mərkəzi küçədə yaşayır, özüdə fərdi əmək fəaliyyəti ilə məşğul olur. Onunla qonşluqda Elazim və onun ailə üzvləri yaşayır. Elazimlə və ailəsinin hər bir fərdi ilə münasibətləri yaxşı olmaqla bir evli kimi olmuşlar, mütəmadi olaraq Elazim və ailəsi onların evində, o və ailəsi isə Elazimin evində olmuşlar. xx.xx.2024-cü il tarixdə ona məxsus olan traktor nasaz olduğu üçün Şamaxı şəhərinə gedərək traktor üçün lazım olan detalları almış, evinə gəlmiş və bir az müddət keçdikdən sonra təxminən saat 17 radələrində usta ilə danışaraq kəndə gəlməsini və traktoru düzəltməsini demiş, usta bir müddət sonra gələcəyini və gəldiyi vaxtadək ona traktorda bir iki iş görməyini demiş və o, həmin vaxt traktorun yağını almaq üçün evdən çöləçıxmış və küçədə səyyar satıcının qarpız satmasını görmüş, 3 ədəd qarpız almış, həmin qarpızın bir ədədini qonşusu olan Elazimgilə, iki ədədini isə öz evinə vermişdir. Daha sonra traktorun yanına gələrək işləməyə başlamış, həmin vaxt bacısının az yaşlı nəvəsi Səhrab ona yaxınlaşaraq dondurma istədiyini və ona pul verməyini demiş, həmin vaxt o, cibindən 2 manat pul çıxaraq Səhraba vermiş və Səhrab kəndin içərisində olan mağazaya gedərək bir neçə ədəd dondurma almış və həmin dondurmaları qonşusu Elazimin uşaqları, öz uşağı və bacısının az yaşlı nəvəsi Səhrab yemiş, elə həmin vaxtdan bir az müddət keçdikdən sonra traktoru düzəltmək üçün çağırdığı usta onun evinə gəlmiş və onlar avtomobili düzəltməyə başlamışlar. Həmin vaxt qonşusu Elazim onların yanında olmuş, təxminən saat 18 radələrində Elazim traktor düzəltdirdikləri yer üçün işıq çəkmiş və evinə getmişdir. Daha sonra Elazim yenidən onların yanına qayıtmış və onların yanına qayıtdıqdan təxminən bir neçə dəqiqə sonra Elazimin həyat yoldaşı Şura Elazimi yanına çağırmış və Elazim Şuranın yanına getdikdən bir neçə dəqiqə sonra uca səslə onun və ailəsinin ünvanına nalayiq söyüşlər söyərək üzərinə gəlmiş, o, Elazimə onu hansı səbəbə söyməsini soruşsa da, onu sakitləşdirmə yəçalışsa da, Elazim öz söyüşlərinə davam etmiş və üzərinə gələrək “sən mənim az yaşlı qızım Zeynaba qarşı əxlaqsızlıq etmisən, qızıma porno-videolar göstərmisən” demiş və o, dərhal həyətinə keçmiş, həmin vaxt Elazimi anası Gülarə, həyat yoldaşı Şura və onun həyat yoldaşı Salatın sakitləşdirmişlər. O, Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etməmiş, deyilənlər yalandır. O, özünə məxsus olan “X13 11” markalı mobil telefonunda porno videolara baxmış, onun Elazim və ailə üzvləri ilə münasibəti çox yaxşı olmuş, aralarında ədavət olmamışdır. O, 08 iyul 2024-cü il tarixdə istifadəsində olan mobil telefonda pornoqrafiq sayta daxil olaraq pornoqrafiq videolara baxmış, amma həmin videoları Zeynəb Orucluya göstərməmiş və nümayiş etdirməmiş, Zeynəb Oruclunun onun istifadəsində olan mobil telefonda pornaqrafiq videolara baxmağını haradan bilməsini izah edə bilmir, çünki o, Zeynəb Orucluya heç bir video göstərməmişdir. O, bacısının azyaşlı nəvəsi Səhraba dondurma aldıran zaman özü üçün dondurma almamış, uşaqlar küçədə dondurma yeyən zaman küçədə kimlərin olmasını xatırlamamışdır. Məhkəmə iclasında qanuni nümayəndəsi Nümayəndə iştirakı ilə dindirilmiş xx.xx.2014-cü il təvəllüdlü iş üzrə Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Şamaxı rayonu Məlikçobanlı kəndində qeydiyyatda olmaqla valideyinləri ilə birlikdə yaşayır, “Gülağa Ağayev” adına Məlikçobanlı kənd tam orta məktəbinin 5-ci sinif şagirdidir. Yaşadıqları fərdi yaşayış evi kəndin mərkəz küçəsində yerləşir. X5 onların qonşusudur, Qadir Priverdiyevlə qonşu kimi hər daim istər onun, istərsə də, anası və atasının münasibətləri yaxşı olmuş, aralarında heç vaxt dava-dalaş olmamış, hətta o, Qadirə bir böyük kimi həmişə “əmi” deyərək müraciət etmişdir. 08 iyul 2024-cü il tarixdə saat 16 radələrində o, evinin qarşısında küçədə dayısının az yaşlı oğlu Səhrab ilə oynayan zaman qonşusu olan Qadir əmi evin qarşısında traktorun arxa hissəsi tərəfdə dəmir borunun üzərində əyləşərək telefonuna baxırmış, həmin vaxt Qadir ona əli ilə işarə edib yanına çağırmış və o, sonuncunun yanına çatan zaman ona yanında əyləşməsini bildirmiş, həmin vaxtı Səhrab küçədə velosiped sürürmüş və o, Qadirin yanında əyləşdikdən sonra Qadir əlində olan mobil telefonda ona porno video və lüt qadın şəkilləri, həmçinin oğlan və qızın öpüşməsinin şəkillərini göstərərək “bunları xoşlayırsan, bunlardan edə bilərsən” sözlərini demiş, o isə Qadirə cavab olaraq “mən belə şeylər xoşlamıram” sözlərini deyib əlini onun əlindən çıxarıb qaçaraq evlərinə getmiş, həmin vaxt Qadir bu dediklərini heç kimə deməməyini ona bildirmişdir. 08 iyul 2024-cü il tarixdə saat 18 radələrində yenidən dayısı oğlu Səhrab onlara gələrək onu çölə çağırmış və evin qarşısına küçəyə çıxaraq oynamağa başlamışlar, həmin vaxt Qadir evin qarşısında traktor düzəlmiş və yenidən onu yanına çağırıb “sən öpüşə, əmişə bilirsən” kimi sözlər demiş, o isə Qadirə “sən mənə niyə pis sözlər deyirsən, Qadir əmi” demiş, bundan sonra Qadir ona bildirmiş ki, “narahat olma bu söhbətlər aramızda qalacaq heç kimə demə”, bundan sonra Qadir əmi ona “marketdən nə istəyirsən” sözlərini demiş, o isə sonucuya “heç bir şey istəmirəm” desə də, Qadir, dayısı oğlu Səhrabı yanına çağırıb pul verərək dondurma almağa göndərmiş və Səhrab dondurma alıb gəldikdən sonra, Səhraba gedib oynamasını bildirmiş, bundan sonra Qadir və o, əllərində olan dondurmaları açaraq yeməyə başlayan zaman Qadir ona “dondurmanı yalaya-yalaya ye” dedikdən sonra bildirmiş ki, “istiyirsən sənin məmələrini yeyim, yalayım”, bundan sonra o, həmin dondurmanı aparıb küçədə oynayan Qadirin az yaşlı oğlu İsmayıla vermiş və evlərinə getmiş, daha sonra axşam saat 20 radələrində Qadir atası Elazimi çağırmaq üçün həyətlərinə girmiş, həmin vaxt atası və anası evdə, o isə həyətdə olmuş, Qadiri görən kimi evə getmək istəmiş, Qadir isə evin qapısının yanında olan daş hasarın yanında onu hasara dirəyib dodağı ilə dodağından öpmüş, o, tez qaçarq evə girmiş və çölə çıxmamış, bir saat sonra anası Şura onun yanına gələrək evdən nə səbəbə çıxmamağını, kefinin niyə pis olduğunu soruşmuş, o isə Qadirdən qorxduğu üçün heç nə olmadığını anasına desə də, anası təkidlə nə olmasını soruşmuş və o, bütün yuxarıda dediklərinin hamısını anası Şuraya bildirmiş, bundan sonra anası Şura evdən çıxaraq həyat yoldaşını, yəni onun atasını yanına çağırmış və o, atasına da olanları danışmış, bundan sonra atası Elazim uca səslə Qadiri söyə-söyə ona tərəf getmiş, Qadir isə əli ilə işarə edərək “sus” demişdir. Sonra anası Şura və nənəsi Gülarə atasını sakitləşdirib evə gətirmişdilər. Təqsirləndirilən şəxs ona qarşı küçədə və həyətlərində əxlaqsız hərəkətlər edən zaman o, sonuncunu əli ilə itələyib evə qaçmış, Təqsirləndirilən şəxs və o, dondurma yedikləri vaxt yanlarında heç kim olmasa da, küçədə sonuncunun oğlu İsmayıl və onun dayısı oğlu Səhrab oynamışdır. Təqsirləndirilən şəxs istər küçədə, istərsə də, yaşadıqları evin həyətində ona qarşı əxlaqsız hərəkətlər edən zaman küçədə insanlar olmamış, evlərinin həyətində isə Qadirin az yaşlı oğlu olmuş, həmin hərəkətləri kimsənin görməsi və eşitməsini bilmir. Təqsirləndirilən şəxs atasını işıq çəkmək üçün köməyə çağırmaq üçün evlərinin həyətinə girən zaman onu yanına çağırıb hasara dirəyib dodağı ilə dodağından öpmüş, həmin vaxt atası və anası evdə olmuş, o, isə həyətdə oynamışdır. Təqsirləndirilən şəxs ona qarşı əxlaqsız hərəkətlər edən zaman əynində ağ rəngli şalvar və çəhrayı rəngli paltarlar olmuş, həmin vaxt Qadirin əynində olan paltarlar köhnə olmaqla üzəri yağ və mazut ləkəli olmuş, əllərinin isə yağlı olmasını görməmiş, əgər yağlı olsaydı əli ilə onu tutan zaman onun əynində olan paltarlar bulaşardı. Təqsirləndirilən şəxs ona zor tətbiq etməmiş və o, heç bir xəsaərt almamış, Təqsirləndirilən şəxs ona heç bir hədə-qoxu gəlməmişdir. Təqsirləndirilən şəxs daha əvvəllər ona qarşı bu kimi və ya digər qeyri-əxlaqi hərəkətlər etməmiş, Təqsirləndirilən şəxs ondan başqa şəxslərə qarşı etdiyi əməlləri eşitməmiş və bilmir, Təqsirləndirilən şəxs onun paltarını çıxarmamış, lakin ona əxlaqsız təkliflər etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Nümayəndə ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirib, bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, Şamaxı rayonu, Məlikçobanlı kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır, özüdə heç yerdə işləmir. Onun üç övladı olmaqla biri qız digər ikisi isə oğlandır. Qızı Şahid1 2008-ci ildən Nümayəndəla ailə həyatı qurmuş və evlilikdən üç uşağı olmuş, uşaqların ikisi qız olmaqla biri oğlandır və qızı Şuranın böyük qızı 2014-cü il təvəllüdlü olmaqla 9 yaşı tamamdır. Qızı Şahid1 evləndiyi gündən kəndin mərkəzi küçəsində özlərinə məxsus fərdi yaşayış evində yaşayırmışlar və hər kəslə münasibətləri hər daim yaxşı olub qonşularla heç bir problemi olmamışdır. xx.xx.2024-cü il tarixdə gecə saat 23 radələrində qızının yoldaşı Nümayəndə həyat yoldaşı Davuda zəng edərək evlərinə gəlməsini bildirmiş və o, həyat yoldaşı Davudla birlikdə bir neçə dəqiqə sonra qızının evinə gəlmiş və qızının evinə gələn zaman Nümayəndə onlara bildirmiş ki, qonşuları Qadir qızına qarşı əxlaqsızlıq və ona qarşı tərbiyəsiz hərəkətlər etmiş və həyat yoldaşı Davud bundan sonra məsələni aydınlaşdırmaq üçün 2014-cü il təvəllüdlü nəvəsi Zeynabı yanına çağırıb olanlar barədə ondan soruşan zaman nəvəsi Zeynab ona bildirmişdir ki, “xx.xx.2024-cü il tarixdə saat 16 radələrində mən evimizin qarşısında dayımın az yaşlı oğlu Səhrab ilə oynayan zaman qonşumuz olan Qadir əmi evin qarşısında traktorun arxa hissəsində dəmir borunun üzərində əyləşərək telefonuna baxırdı, həmin vaxt Qadir mənə əli ilə işarə edib yanına çağırdı və mən onun yanına çatan zaman mənə yanında əyləşməsini bildirdi və mən onun yanında əyləşdikdən sonra Qadir əlində olan mobil telefonda mənə porno video və lüt qadın şəkilləri, həmçinin oğlan və qızın öpüşməsinin şəkillərini gösərtib əli ilə əlimi tutub bərk sıxaraq “bunları xoşlayırsan, bunlardan edə bilərsən” sözlərini dedi, mən isə ona cavab olaraq “mən belə şeylər xoşlamıram” sözlərini deyib qaçaraq evimizə getdim, həmin vaxt Qadir bu dediklərini heç kimə deməməyimi mənə bildirdi. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində yenidən dayım oğlu Səhrab bizə gələrək məni çölə çağırdı və evin qarşısına çıxaraq oynamağa başladıq, həmin vaxt Qadir evin qarşısında traktor düzəldirdi və yenidən məni yanına çağırıb “sən öpüşə, əmişə bilirsən” kimi sözlər dedi, mən isə ona “sən mənə niyə pis sözlər deyirsən, Qadir əmi” sözlərini dedim, bundan sonra Qadir mənə bildirdi ki, “narahat olma bu söhbətlər aramızda qalacaq heç kimə demə”, bundan sonra Qadir əmi mənə “marketdən nə istəyirsən” sözlərini dedi, mən isə ona “heç bir şey istəmirəm” desəm də, Qadir, dayım oğlu Səhrabı yanına çağırıb pul verərək dondurma almağa göndərdi və Səhrab dondurma alıb gəldikdən sonra, Səhraba gedib oynamasını bildirdi, bundan sonra Qadir və mən əlimizdə olan dondurmaları açaraq yeməyə başlayan zaman Qadir mənə “dondurmanı yalaya-yalaya ye” dedikdən sonra bildirdi ki, “istiyirsən sənin məmələrini yeyim, yalayım”, bundan sonra mən həmin dondurmanı aparıb Qadirin az yaşlı oğlu İsmayıla verdim və evimizə getdim, daha sonra axşam saat 20 radələrində Qadir atam Elazimi çağırmaq üçün həyətimzə girdi, həmin vaxt atam və anam evdə idi, mən isə həyətdə, Qadiri görən kimi evə getmək istədim, Qadir isə evin qapısının yanında olan daş hasarın yanında məni hasara dirəyib dodağı ilə dodağımdan öpdu. Mən tez qaçarq evə girdim və çölə çıxmadım”, bundan bir müddət sonra polislər hadisə yerinə gəlmiş, Təqsirləndirilən şəxs daha əvvəllər nəvəsi Zeynaba qarşı bu kimi və ya digər qeyriəxlaqi hərəkətlər etməmiş, Təqsirləndirilən şəxs başqa şəxslərə qarşı bu kimi əməlləri etməsini eşitməmiş, Təqsirləndirilən şəxs nəvəsi Zeynabın paltarlarını çıxarmamış, lakin nəvəsinə əxlaqsız təkliflər etmiş və onun dodaqlarını öpmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Şahid3 məhkəməyə gəlmədiyindən, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, HK- 1-780/2024 nömrəli material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 153.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi ibtidai istintaq aparılması üçün icraata götürülmüşdür. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 09 iyul 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirlən zaman müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs yaşadığı ev mərkəz yolun sağ kənarında yerləşir. Qeyd olunan ev köhnə tikilidir, həyət isə dağınıq vəziyyətdə olmaqla yanaşı iki hissəyə bölünmüşdür, ümumi olaraq bir həyətdə iki ev tikilmiş, evlərin birində Nümayəndə və onun ailə üzvləri yaşayır, digər evdə isə X5 və onun ailə üzvləri yaşayır. Hər iki evin arakəsməsində giriş və çıxış üçün nəzərdə tutulan qapı vardır. Zərərçəkmiş şəxs baxış keçirilən yeri, yəni Şamaxı rayonu Məlikçobanlı kəndi ərazisində yerləşən atası Nümayəndə məxsus fərdi yaşayış evinin həyətini və həmin evin qarşı tərəfində yolun kənarını atası Nümayəndə iştirakı ilə təqdim edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində evlərinin qarşısında az yaşlı qohumları ilə oynayan zaman qonşuu olan Qadir Priverdiyev onu yanına çağıraraq əlində olan mobil telefonda əxlaqsız videolara baxmasını və həmin videoları ona göstərərərək “bunları xoşlayırsan?, bunlardan edə bilərsən?” sözlərini demiş, daha sona həmin günü saat 18 radələrində Qadir Priverdiyev onu yenidən yanına çağıraraq “sən öpüşə, əmişə bilirsən?” kimi sözlər demiş, o, Qadirə “sən mənə niyə pis sözlər deyirsən?, Qadir əmi” sözlərini demiş, bundan sonra Qadir ona demişdir ki, “narahat olma bu söhbətlər aramızda qalacaq, heç kimə demə” sözlərini demiş, həmin günü saat 20 radələrində Qadir onun atası Nümayəndə evdən çağırmaq üçün həyətə daxil olan zaman həyətdə onu öpmüşdür. O, bu hadisələrdən sonra olanları valideyinlərinə bildirmiş, valideyinləri də bu barədə polisə məlumat vermişlər. Zərərçəkmiş şəxs baxış zamanı Qadir Priverdiyevin ona qarşı qeyd edilən hərəkətləri törətdiyi hadisə yerini ardıcıllıqla göstərib təqdim etdi və hadisə yerində fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. “Mobil telefona baxış keçirilməsi haqqında” 09 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Redmi Note 11” markalı mobil telefonun “Xiaomi” firmasının istehsalı, qara rəngli olması, “smartfon” funksiyalı, “Dual” (ikili simkart) tipli, sensorlu (ekrana toxunuşla işləyən) mobil telefon olması müəyyən edildi. Mobil telefon işə salınaraq “Google Chrome” adlı internetə giriş proqramının yaddaşında “baxış” səhifələrində “seksual fəaliyyəti əks etdirən porno videolar”-a baxılması, o cümlədən “Google Chrome” adlı internetə giriş proqramında “uşaq seksi” adlı axtarış verməsi müəyyən edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 iyul 2024-cü il tarixdə, saat 19:50-də şübhəli şəxs qismində tutulmuşdur. Nikah haqqında və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində xx.xx.2018-ci il təvəllüdlü bir uşağı var. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 11 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 4(074)-29/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 iyul 2024-cü il tarixdən hesablanmışdır. Şamaxı RİH Başçısının Məlikçobanı kəndi ərazi dairəsi üzrə nümayəndəliyinin 07 avqust 2024-cü il tarilxi 5-75-41/2-184/2024 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs X1-xx.xx.1982-ci il–arvadı, X3-xx.xx.2003-cü il-qızı, X6-xx.xx.2005-ci il–oğlu və X4xx.xx.2018-ci il-oğlundan ibarət ailə tərkibi var. Şamaxı RİH Başçısının Məlikçobanı kəndi ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu, Məlikçobanı kəndində qeydiyyatdadır, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, ailəlidir və üç övladı var. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 20 avqust 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2, 264 və 66.1-ci maddələri təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə və 02 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəza müddəti başa çatdığından cəzanın sonu ilə azad olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin məhkəmə-psixoloji ekspertizasının 20 avqust 2024-cü il tarixli 2428 nömrəli rəyindən görünür ki, “Zərərçəkmiş şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici əlamə yönəlməsi) daha yaxındır. Fəaalıq, zirəklik, ünsiyyətçillik kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. Zərərçəkmiş şəxs az yaşlı olduğundan hadisə zamanı ona qarşı törədilən əxlaqsız hərəkətlərin mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs az yaşlı olduğundan hadisə zamanı Təqsirləndirilən şəxs müqavimət göstərməyə bilərdi. Zərərçəkmiş şəxs qarşı qeyd edilən cinayət əməli törədilərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək dəyişiklik yaranmamışdır. Zərərçəkmiş şəxs, ona qarşı qeyd edilən cinayət əməli törədilərkən fizioloji affekt halında olmamışdır”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 07 sentyabr 2024-cü il tarixli 2592 nömrəli rəyindən görünür ki, “Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törətməmişdən əvvəl, eləcə də cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məsuliyyətsizlik, inadkarlıq, özünümüdafiə etməyə meyillilik, kobudluq, laqeydlik kimi fərdipsixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək və həmin hərəkətləri idarə etmək iqtidarında olmuşdur. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs cinayət əməlini tərədərkən öz hərkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət əməlini tərədərkən Təqsirləndirilən şəxs psixi emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik əmələ gəlməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2024-cü il tarixli 6/4293 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Aparılmış tədqiqatın dəyəri 89 manatdır. “Maddi sübut tanıma haqqında” 16 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə iş materiallarında Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hadisə vaxtı əyinlərində olan paltarlar və bir ədəd “X13 11” markalı mobil telefon maddi sübut kimi tanınmış, iş üzrə mobil telefonun cinayət işinin materiallarında saxlanılması nəzərə alınmış, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hadisə vaxtı əyinlərində olan paltarları Şamaxı RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Nümayəndə tərəfindən məhkəmə istintaqı zamanı təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, tədqiq edilmiş sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 153.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların isə müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzanın, həmçinin CM-in 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəzanın təyin edilməsi və ya CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti tətbiq edilməsini əsaslandırmaq mümkün deyil və bu normaların tətbiq olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 09 iyul 2024cü tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Maddi sübutlar – Şamaxı Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “X13 11” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs (ailə üzvlərinə) qaytarılmalı, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan paltarlar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 89 (səksən doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, təsnifat kodu 142593, səviyyə kodu 3 hesaba köçürülməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 20 saat saat hüquqi yardım göstərməsinə görə 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymələndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 09 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübutlar – Şamaxı Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “X13 11” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs (ailə üzvlərinə) qaytarılsın. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan paltarlar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri – 89 (səksən doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, təsnifat kodu 142593, səviyyə kodu 3 hesaba köçürülsün. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 20 saat saat hüquqi yardım göstərməsinə görə 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-10/2025
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-10/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver