Məhkəmə qərarları › İş №1(074)-100/2021

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-100/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-100/2021 06.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs 1-ci Çaylı bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs Nüsrət oğlunun, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1991-ci ildə Şamaxı rayonunun 1-ci Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı rayonu, 1-ci Çaylı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının əvvəllərindən etibarən Şamaxı rayonu, 1-ci Çaylı bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqlarına aid 40,2 (qırx tam onda iki) kvadratmetr torpaq sahəsini qəsdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutaraq həmin torpaq sahəsində özbaşına tikinti işləri aparmaqla mişar daşından və beton konstruksiyalarından istifadə edib eni 4,2 (dörd metr iyirmi santimetr) metr, uzunluğu 9,53 (doqquz metr əlli üç santimetr) metr, hündürlüyü 06 (altı) metr ölçülərində ticarət obyekti inşa edərək torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququnu pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 2007-ci il tarixdən sahibkarlıq fəailiyyəti ilə məşğul olmaqla Şamaxı rayonu, 1-ci Çaylı kəndində 2000 nəfər əhalinin istifadəsində olan dəmir vaqonda ərzaq malları satmışdır. Ölkənin inkişafını nəzərə alaraq Azərbaycan Respublikasının bəzi qurumları dəmir vaqonda ərzaq mallarının satılmasının müasir tələblərə uyğun olmadığını bildirdikləri üçün o, bunu nəzərə alaraq, 18.04.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı rayon ərazi şöbəsinə yaxınlaşaraq Şamaxı rayonu, 1ci Çaylı kəndində dəmir vaqonu götürüb yerində müasir tiplərə uyğun market tikmək istədiyini bildirmişdir. Həmin idarənin işçiləri olan Fərid Nağdalıyev və Ağa Şəfaqətov bildirmişlər ki, həmin ərazi islahat gedən vaxtı islahata getməmiş və həmin torpaq sahəsinin bazada göstərilmədiyini demişlər. Bu zaman onlardan necə etməyini soruşduqda, onlar hər ikisi ona bildirmişlər ki, heç kimə heç nə demə, həmin torpaq sahəsi köhnə məktəbin ərazisində olduğu üçün onu qanuni sənədləşdirib onun adına keçirəcəklər. Əvəzində ondan 1500 manat pul istəmişlər. Onlarla razılaşdıqdan sonra öz yaşadığı ünvana gedərək 1500 manat pul götürüb yenidən torpaq şöbəsinə getmişdir. Həmin gün 1500 manat pulu Fərid Nağdalıyevə sayıb vermişdir. O, pulu Fəridə verən zaman bildirmişdir ki, “bir neçə il bundan qabaq Azərbaycan Respublikası hüquq mühafizə orqanları sənin bu qanunsuz əməllərinə görə səni həbs etmişdirlər”. O isə ona bildirmişdir ki, “sən heç nədən narahat olma, get tikinti işlərinə başla”. Fəridə “Şamaxı rayonu 1-ci Çaylı kənd bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs ilə münasibətlərimiz yaxşı deyil, sən necə mənə sənəd verəcəksən” deyə ondan soruşmuşdur. O isə “sən narahat olma, mən özüm hamısını həll edəcəm” demişdir. O, oradan çıxaraq öz yaşadığı ünvana getmiş və tikinti işlərinə başlamışdır. Şamaxı rayonu 1-ci Çaylı kəndində köhnə məktəb kimi tanınan, hal-hazırda istifadədə olmayan məktəbin çəpərinin kənarında 40,2 kv metr torpaq sahəsində market tikmişdir. Şamaxı rayonu 1-ci Çaylı kənd bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs ona torpaq sahəsini zəbt etməyi ilə bağlı heç bir şifahi və rəsmi məlumat verməmişdir. Ona məxsus olmayan, yəni bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi hesab edilən 40,2 kv metr hektar torpaq sahəsində tikinti işləri aparması ilə əlaqədar onun heç bir sənədi olmamışdır. O, həmin ərazidə, yəni Şamaxı rayonu 1-ci Çaylı kəndində yerləşən köhnə məktəbin çəpərinin kənar hissəsində 15 ildir ki, dəmir vaqonda ərzaq malları satmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs 1-ci Çaylı bələdiyyəsinin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs Nüsrət oğlu ifadə verib göstərdi ki, Şamaxı rayonu 1ci Çaylı kəndində ailəsi ilə birlikdə yaşayır, özü də təxminən 2 ildir ki, Şamaxı rayonu 1-ci Çaylı bələdiyyəsinin sədri vəzifəsində işləyir. Şamaxı rayonu 1-ci Çaylı kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs Şamaxı rayonu 1-ci Çaylı bələdiyyəsinin mülkiyyətinə aid 28 kv.m torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmışdır. Bununla bağlı ona dəfələrlə xəbərdarlıq edilsə də, lakin onların göstərişlərinə əməl etməyərək öz qanunsuz işlərini davam etdirmişdir. Daha sonra onlar bununla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şamaxı Ərazi Şöbəsinə məlumat vermişlər . Həmin şöbənin məsləhətçiləri torpaq sahəsinə gələrək onların iştirakları ilə həmin sahəyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Şamaxı rayon 1-ci Çaylı kənd bələdiyyəsinin balansında olan torpaq sahəsinin 28 kv.m hissəsini zəbt edərək tikinti işləri aparmışdır. Bunula bağlı akt tərtib olunmuşdur. Təqsirləndirilən şəxs dəfələrlə bununla bağlı rəsmi və şifahi xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs onun bildiyinə əsasən həmin torpaq sahəsini 2021-ci ilin may ayında zəbt edərək orada tikinti işləri aparmışdır. Təqsirləndirilən şəxs həmin torpaq sahəsini istifadə etməsi ilə bağlı şifahi və ya yazılı heç bir yerə məlumat verməmişdir. Torpaq sahəsi Bələdiyyəyə qaytarılmadığı üçün təqsirləndiriən şəxs barəsində qanuni tədbir görürülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu 1-ci Çaylı kəndində yerləşən şəhid Kamil Səmədov adına məktəbin küçə istiqamətindəki həyətində tikinti işləri aparmağa başlamışdır. O, bir vətəndaş kimi Zaminin məktəb həyətində niyə görə tikinti tikməsini, tikintiylə bağlı müvafiq sənədinin olub-olmamasını Zamindən öyrənmiş, Zamin ona müvafiq sənədlərinin olmasını desə də, hər hansı sənəd təqdim etmədiyindən, Zaminə tikintini dayandırmasını tələb etmiş, tikintini dayandırmadığı halda onun barəsində müvafiq orqanlara müraciət edəcəyi ilə bağlı xəbərdarlıq etmiş, lakin Zamin əməlindən əl çəkmədiyi üçün Şamaxı rayon İcra hakimiyyətinə, Şamaxı rayon 1-ci Çaylı kənd bələdiyyəsinə, Şamaxı rayon təhsil şöbəsinə, Şamaxı rayon torpaq şöbəsinə və digər orqanlara müraciət etmişdir, Həmin orqanlardan ona şifahi olaraq Təqsirləndirilən şəxs məktəb həyətində tikdiyi tikilinin qeyri-qanuni olduğunu, həmin torpaq sahəsinin dövlət torpağı olmasını, Zaminin orada tikinti tikməyə hüququnun olmadığını bildirmiş və araşdırma aparılması üçün tikintini dayandırmışdır. Təqsirləndirilən şəxs gördüyü tikinti işlərinin qanunsuz olması və tikintinin aparıldığı ərazinin məktəb ərazisinə daxil olması ilə bağlı onda hər hansı rəsmi sənəd olmamış, həmçinin müraciət etdiyi müvafiq orqanlar Təqsirləndirilən şəxs tikinti işlərini qanunsuz olaraq görməsi barədə ona rəsmi deyil, şifahi məlumat verilmiş və həmin sözü gedən tikinti işləri dayandırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 2015-ci ilin sentyabr ayından Əmlak Məsələləri Dövlət Xidməti, Şamaxı ərazi şöbəsinin məsləhətçisi, Şamaxı rayonu üzrə torpaq müfəttişi vəzifəsində işləyir. 2021-ci ilin may ayında Şamaxı rayon 1-ci Çaylı kənd sakini Şahid6 Şamaxı rayonu, 1-ci Çaylı bələdiyyəsinə məxsus torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən zəbt edilməsi barədə Əmlak Məsələləri Dövlət Xidməti Şamaxı ərazi şöbəsinə müraciət etmişdir. Daxil olmuş müraciət əsasında həmin yerə 08.05.2021-ci il tarixində onun, Zamin Tapqdıqovun və Şahid2 iştirakı ilə baxış keçirilmişdir. 08 may 2021-ci il tarixdə keçirilən baxış zamanı Şamaxı rayonu, 1-ci Çaylı kənd sakini Təqsirləndirilən şəxs 1-ci Çaylı bələdiyyəsinə məxsus təxminən 28 kv.m torpaq sahəsini zəbt edərək həmin yerdə mişar daşları ilə iki mərtəbəli obyekt inşa etməsi müəyyən olunmuşdur. Həmin keçirilən baxışlar zamanı akt tərtib edilərək iştirak edən şəxslər tərəfindən imza edilmişdir. Tərtib edilmiş aktlar ayrı-ayrılıqda Əmlak Məsələləri Dövlət Xidməti yanında Torpaqların dövlət idarə edilməsinin təşkili üzrə dövlət agentliyinə göndərilmişdir. Təqsirləndirilən şəxs Şamaxı rayon 1-ci Çaylı bələdiyyəsinə aid olan 28 kv.m torpaq sahəsini zəbt etməsi ilə bağlı ona bu barədə heç bir rəsmi məlumat verməmişdir. Lakin Təqsirləndirilən şəxs Şamaxı rayonu 1-ci Çaylı bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində tikinti işləri gördükdən sonra vətəndaş Şahid6 tərəfindən onlara müraciət daxil olmuşdur. Onlar Şahid2 zəbt edilərək obyekt inşa edilmiş torpaq sahəsinə vizual baxış keçirmişlər. Ölçü aparmaq səlahiyyətləri olmadığı üçün təxmini ölçü götürmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib Şahid1 ifadəsində göstərdiyi xususatları eyni ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, Şamaxı RİHB-sı aparatının Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçi mühəndisi vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs tanıyır onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Şamaxı rayonu 1-ci Çaylı kənd İƏD-i üzrə nümayəndəsi Şahid5 şifahi qaydada ona müraciət edərək Şamaxı rayon 1-ci Çaylı kənd sakini Təqsirləndirilən şəxs 2021-ci il tarixində Şamaxı rayonu 1-ci Çaylı kəndində bələdiyyəyə məxsus olan torpaq sahəsini zəbt edərək orada qanunsuz tikinti işləri aparması barədə məlumat vermişdir. Bununla bağlı 05 may 2021-ci il tarixdə o„ RİHB-sı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Tural Soltanov, RİHB-nm 1-ci Çaylı kənd İƏD üzrə nümayəndəsi Şahid5 və 1-ci Çaylı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs ilə birlikdə həmin yerə baxış keçirilmiş və akt tərtib olunmuşqdur. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 1-ci Çaylı bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsində 40 kv.m torpaq sahəsini zəbt edərək orada mişar daşları ilə iki mərtəbəli obyekt inşa etmişdir. Ona Şamaxı rayonu 1-ci Çaylı bələdiyyəsinə məxsus torpaq sahəsini zəbt etməsi ilə bağlı heç bir rəsmi məlumat verməmiş, şifahi qaydada məlumatlandırma icraatı ilə bağlı tələb olunan sənədlıəri memarlıq şöbəsinə təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs Şamaxı rayonu 1-ci Çaylı bələdiyyəsinə məxsus torpaq sahəsini onun bildiyinə əsasən 2021-ci ilin may ayından zəbt etmişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsini istifadə etməsi və tikinti işləri aparması barədə onlara şifahi və ya yazılı surətdə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verib göstərdi ki, 2007-ci il tarixdən Şamaxı rayonu 1-ci Çaylı kənd tam orta məktəbin direktoru vəzifəsində işləyir. Şamaxı rayonu 1-ci Çaylı kənd sakini Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs 2021-ci il tarixində Şamaxı rayonu 1-ci Çaylı kəndində köhnə məktəbin yanında torpaq sahəsində qanunsuz tikinti işləri aparmışdır. O, əvvəllcə elə zənn etmişdir ki, həmin torpaq sahəsi Şamaxı rayon 1-ci Çaylı kənd tam orta məktəbinin ərazisinə daxildir. Buna görə də o, Şamaxı rayon polis şöbəsinə rəsmi müraciət etmişdir. Daha sonra 05 may 2021-ci il tarixdə Şamaxı rayon İHB-sı aparatının memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Şahid3, Şamaxı rayon İHB-sı aparatının Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Tural Soltanov və 1-ci Çaylı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs ilə birlikdə həmin yerə baxış keçirmişlər, eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şamaxı Ərazi Şöbəsinin əməkdaşları GPS aparatı vasitəsi ilə həmin yerə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz tikinti aparılaraq istifadə olunan torpaq sahəsi məktəbin ərazisi deyil və 1-ci Çaylı bələdiyyəsinin ehtiyat fonduna aid yaşayış məntəqəli torpaq sahəsidir. Buna görə də həmin torpaq sahəsi ilə bağlı məktəbin rəhbərliyi kimi onların tələb etmək hüququları yoxdur. Təqsirləndirilən şəxs tərəfindən onlara bu barədə heç bir müraciət daxil olmamışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayında kənd mərkəzində yerləşən köhnə məktəbin həyətinə daxil olub qanunsuz tikinti işləri görməsindən məlumatı olmuş, bununla bağlı Təqsirləndirilən şəxs şifahi xəbərdar etmiş, həmçinin Zaminin hasar tikməsi və tikili tikməsi barədə Şamaxı rayonu Təhsil şöbəsinin rəhbərliyinə rəsmi məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verib göstərdi ki, 27 noyabr 2019-cu il tarixdən Şamaxı rayonu 1-ci Çaylı kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. O, Şamaxı rayonu 1-ci Çaylı kənd sakini Təqsirləndirilən şəxs tanıyır onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs 2021-ci il tarixində Şamaxı rayonu 1-ci Çaylı kəndində bələdiyyəyə məxsus olan torpaq sahəsində qanunsuz tikinti işləri aparmışdır. Bununla bağlı o, Təqsirləndirilən şəxs yaxınlaşaraq ondan sənədlərini təqdim etməsini bildirərkən o,sənədlərinin olmasını bildirərək lazım olan vaxtda təqdim edəcəyini demişdir. Daha sonra o, Təqsirləndirilən şəxs bir neçə dəfə xəbərdarlıq etsə də, lakin o, öz qanunsuz əməllərini davam etdirərək tikintini tikməyə davam etmişdir. O, bununla bağlı Şamaxı rayon İHB-sı aparatının memarlıq və tikinti şöbəsinə şifahi məlumat vermişdir. 05 may 2021-ci il tarixdə Şamaxı rayon İHB-sı aparatının memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Şahid3, Şamaxı rayon HB-sı aparatının Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Tural Soltanov və 1-ci Çaylı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs ilə birlikdə həmin yerə baxış keçirilərək akt tərtib olunmuşdur. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 1-ci Çaylı Bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsində 40.2 kv.m torpaq sahəsini zəbt edərək orada mişar daşları ilə iki mərtəbəli obyekt inşa etdirmişdir. O, ona bu barədə heç bir rəsmi məlumat verməmiş, şifahi qaydada bildirmişdir. Təqsirləndirilən şəxs onun bildiyinə əsasən Şamaxı rayonu 1-ci Çaylı Bələdiyyəsinə məxsus torpaq sahəsini 2021-ci ilin may ayından zəbt etmişdir, Təqsirləndirilən şəxs Şamaxı rayonu 1-ci Çaylı bələdiyyəsinə məxsus orpaq sahəsində tikinti işləri aparması ilə əlaqədar onlara heç bir şifahi və ya yazılı müraciət etməmişdir. Təqsirləndirilən şəxs 1-ci Çaylı Bələdiyyəsinə məxsus torpaq sahəsini zəbt edərək tikinti işləri aparması ilə bağlı, Şamaxı rayon İH-nə rəsmi xəbərdarlıq etməmiş, lakin bununla bağlı bir neçə dəfə şifahi məlumat vermişdir. İş materiallarından görünür ki, Şamaxı rayonu 1-ci Çaylı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs 08.05.2021-ci il tarixli, 182 №-li məktubla RPŞ-nə ünvanladığı müraciətində kənd sakini Təqsirləndirilən şəxs bələdiyyəyə məxsus ehtiyat fond torpaq sahəsini zəbt edərək qanunsuz tikinti işləri apardığını göstərməklə barəsində qanuni tədbir görülməsini və torpaq sahəsinin qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Şamaxı rayonu 1-ci Çaylı bələdiyyəsinin 28.05.2021-ci il tarixli, 183 №-li məktubunda Təqsirləndirilən şəxs tərəfindən bələdiyyəyə məxsus ehtiyat fond torpaqlarının zəbt olunduğu, qanunsuz tikinti işləri aparıldığı göstərilmişdir. İş materiallarından görünür ki, Şamaxı rayonu 1-ci Çaylı bələdiyyəsinin 28.05.2021-ci il tarixli, 184 №-li məktubunda Təqsirləndirilən şəxs tərəfindən bələdiyyəyə məxsus orpaq sahəsinin icarəyə, mülkiyyətə və istifadəyə götürülməsi ilə bağlı heç bir qərar qəbul edilmədiyi, qeyd olunan torpaq sahəsindən istifadə ilə bağlı bələdiyyəyə yazılı və şifahi qaydada müraciət edilmədiyi, rüsum haqqı ödənilmədiyi göstərilmişdir. İş materiallarında olan 09.05.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şamaxı rayonu 1-ci Çaylı kəndində yerləşən köhnə məktəbə köhnə bulaq adlanan ərazidəki yarımtikiliyə və natamam tikilmiş mişar daşından tikilmiş hasar olan əraziyə baxış keçirilmiş, baxış zamanı həmin yarımtikili ilə natamam tikilmiş daş hasarın yolun sağında olması, yarımtiklinin yanında göy rəngli dəmir konteyner vaqonun olması, Təqsirləndirilən şəxs tərəfindən həmin ərazidə qanunsuz olaraq 40,2 kv.m ərazidə obyekt tikildiyi müəyyən olunmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Şamaxı rayon Təhsil şöbəsinin 1-ci Çaylı kənd tam orta məktəbinin direktoru Şahid4 Şamaxı rayon polis şöbəsinə ünvanladığı 17 may 2021-ci il tarixli 11 nömrəli məktubda Şamaxı rayon K.Səmədov adına Çaylı kənd tam orta məktəbin 2005-ci il tarixdə Heydər Əliyev fondu tərəfindən tikilmiş binada fəaliyyət göstərdiyi, məktəbin 1959-cu ildə tikilmiş köhnə binasının 1-ci Çaylı kənd bələdiyyəsinin balansında olmasını və istifadəyə yararsız olmasını, köhnə binada heç bir tədris prosesinin həyata keçirilməməsini, yeni binada otaq sayının az olması ilə əlaqədar bəzi avadanlıq və inventarların köhnə binada saxlanıldığı, 1-ci Çaylı bələdiyyəsinin balansında olan köhnə məktəb binasının yerləşdiyi əraziyə kənd sakini Təqsirləndirilən şəxs tərəfindən müdaxilə edilərək tikinti işlərinin aparıldığı göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri baş memar X3 rayon polis şöbəsinə ünvanladığı 07 may 2021-ci il tarixli Ş-06-962 nömrəli məktubundan görünür ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısı aparatının və rayon Təhsil şöbəsinin əməkdaşları tərəfindən aparılan monitorinq nəticəsində Şamaxı rayon 1-ci Çaylı kənd sakini Təqsirləndirilən şəxs 1ci Çaylı kəndi ərazisində (köhnə məktəbin ərazisində) özbaşına tikinti işlərinin aparılması aşkar edilmiş, tikintiyə icazə sənədləri araşdırılarkən sonuncu tərəfindən heç bir icazə sənədi və layihə olmadan qanunsuz tikinti işləri aparılması müəyyən olunmuş, tikinti işlərinin dayandırılması və sənədləşmə işlərinin aparılması barədə sonuncuya xəbərdarlıq edilmişdir. İş materiallarında olan qeyd olunan məktuba əlavə olunmuş 05 may 2021-ci il tarixli aktdan görünür ki, kənd sakinlərinin müraciəti əsasında kəndin mərkəzində yerləşən köhnə məktəbin binasının ərazisinə baxış keçirilmiş, baxış zamanı köhnə məktəbin ərazisində kənd sakini Təqsirləndirilən şəxs tərəfindən ticarət fəailiyyəti ilə məşğul olmaq üçün 40 kv.m torpaq sahəsində obyekt inşa edilməsi müəyyən olunmuş, Təqsirləndirilən şəxs tikinti aparılan torpaq sahəsinin və tikintiyə icazə sənədləri tələb edilmiş, lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək heç bir sənəd təqdim etməmiş və sonuncuya sənədlərini təqdim etməyənədək tikinti işlərinin dayandırılması ciddi tapşırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsindən daxil olmuş 12.07.2021-ci il tarixli 005-11303-1221 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirlyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin işçiləri tərəfindən Şamaxı rayon 1-ci Çaylı kəndi ərazisində aparılmış monitorinq zamanı vətəndaş Təqsirləndirilən şəxs tərəfindən kənd ərazisində mövcud olan köhnə məktəb binasının yerləşdiyi bələdiyyə mülkiyyətinə aid 28,0 kv.m (X:679017.26, Y:4541140.28) torpaq sahəsində qanunvericilikdə nəzərdə tutulan qaydada mülkiyyət, istifadə və ya icarə hüququ olmadan sahibkarlıq obyektinin inşa edilməsi faktı müəyyən edilmiş və bununla bağlı akt tərtib olunmuşdur. İş materiallarında olan həmin məktuba əlavə olunmuş 08 may 2021-ci il tarixli aktdan görünür ki, monitorinq zamanı köhnə məktəb ərazisinin faktiki sərhədləri daxilində Şamaxı rayon 1-ci Çaylı kənd sakini Təqsirləndirilən şəxs tərəfindən təxminən 28 kv.m (7.0x4.0) ölçüdə qeyri yaşayış binası (sahibkarlıq obyekti) inşa olunması müəyyən edilmişdir. Tikinti inşa olunmamışdan öncə köhnə məktəbə məxsus tor çəpər sökülərək onun yerləşdiyi sahə relyefə uyğun olaraq qazılaraq ərazidə düzləşmə işi aparılmışdır. Sözü gedən tikinti işləri ilə əlaqədar Təqsirləndirilən şəxs torpaq sahəsindən istifadəyə aid hüquq müəyyənedici sənəd tələb olunsa da, o, bu barədə heç bir material təqdim etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-dən daxil olmuş 12.07.2021-ci il tarixli 005- 11303-1221 nömrəli məktuba əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirlyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rafiq Süleymanovun 09.06.2021-ci il tarixli məktubundan görünür ki, Şamaxı rayonu, 1-ci Çaylı kəndi ərazisində yerləşən torpaq sahəsinin kateqoriyası, mülkiyyət növü və təyinatı barədə məlumatların təqdim edilməsi ilə bağlı 07.06.2021-ci il tarixli, ********** nömrəli məktuba Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Elektron baza məlumatlarına əsasən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, koordinatları təqdim edilmiş sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla yaşayış məntəqələrinin torpaqlarına aiddir. İş materiallarından görünür ki, istintaq zamanı 15.06.2021-ci il tarixdə keçirilmiş hadisə yerinə baxış zamanı Şamaxı rayonu 1-ci Çaylı kəndində yaşayan Təqsirləndirilən şəxs 1- ci Çaylı bələdiyyəsi fondunda olan torpaq sahəsində mişar daşları ilə iki mərtəbəli ticarət obyekti tikməsi müəyyən edilmişdir. Həmin obyektin ölçüləri aşağıdakı kimidir: - Obyektin hündürlüyü 6 metr, eni 4,20 metr, uzunluğu isə 9,53 metr olan zəbt olunmaqla inşa edilmiş obyektin ümumi sahəsi 40,2 kv.m olması müəyyən edilmişdir. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin tədqiqi, müvafiq xəritələr və xüsusi qurğular vasitəsilə torpaq sahəsinə keçirilmiş baxışlara əsasən Şamaxı rayonu, 1-ci Çaylı kənd sakini Təqsirləndirilən şəxs 1-ci Çaylı bələdiyyəsinə məxsus 40 kv.m torpaq sahəsini, həmin torpaq sahəsindən istifadəyə dair hər hansı bir hüquq verən sənədi olmadan qanunsuz olaraq zəbt edib tikinti işləri aparmış, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 24 iyul 2021-ci il tarixli tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2021-ci il tarixdə saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı rayon Polis şöbəsinin 26 iyul 2021-ci il tarixli qərarından görünür ki, 26 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı rayon Polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 iyul 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Şamaxı rayon İHB-nın 1-ci Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 27 iyul 2021-ci il tarixli 145 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs atası 01 may 1964-cü il təvəllüdlü X4, anası 02 aprel 1968-ci il təvəllüdlü X2, qardaşları- 27 fevral 1994-cü il təvəllüldü X1, 24 sentyabr 1997-ci il təvəllüdlü X5 ilə Şamaxı rayonu 1-ci Çaylı kəndində yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın 1-ci Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 27 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs oğlunun adına verilmiş xasiyyətnamədə göstərilir ki, o, fəal ictimayyətçidir, kəndin ictimai işlərində yaxından iştirak edir. Kənd sakinləri və yaşıdları arasında hörməti ilə seçilir. Əlamətdar günlərə həsr olunmuş tədbirlərdə fəal iştirak edir. O, sağlam düşüncəli yetkin bir gəncdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayəti etiraf edib əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 24 iyul 2021-ci il tarixdən 26 iyul 2021-ci il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 24 iyul 2021-ci il tarixdən 26 iyul 2021-ci il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs oğlunun üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs oğlunun Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. HAKİM ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar