Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-101/2021 22.12.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi X3 və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1992-ci ildə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Şamaxı rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 304.1, 315.1-ci maddələri ilə təqsirli bilinib, 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Şamaxı şəhəri, Xəqani küçəsi, 12 saylı evdə qeydiyyatda olan və faktiki Nəsimi küçəsi, 24 saylı evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 iyul 2021-ci il tarixdə, saat 23 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Şamaxı şəhəri, Nəsimi küçəsində təmənnasız olaraq istifadəsində olan avtomobillə onu və ailə üzvlərini ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gətirmiş Zərərçəkmiş şəxs yol boyu maqnitafonu yüksək səslə oxutması, ayaqlarını avtomobilin pəncərəsindən çölə çıxartması ilə bağlı ona irad tutmasına və əlavə olaraq onu “Şirvangöl” restoranına aparmaqdan imtina etməsinə görə əsəbiləşib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə sonuncunu avtomobildən düşürərək təpiklə qarın və sinə nahiyələrinə, yumruqla isə sol göz nahiyəsinə vuraraq ona qapalı kəllə beyin travması ilə müşahidə olunan sol göz orbitasının hematoması, gözün ağlı qişasına qansızma, burun sümüyünün yerini dəyişən sınığı, sol almacıq sümüyünün gicgah çıxıntısının sınığı ilə nəticələnən bədən xəsarətləri yetirməklə zərərçəkmiş şəxsə həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Həmçinin, o, 01 iyul 2021-ci il tarixdə, saat 23 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində ictimai yer hesab olunan Şamaxı şəhəri, Nəsimi küçəsində insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgəyaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan təmənnasız olaraq istifadəsində olan avtomobillə onu və ailə üzvlərini ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gətirmiş Zərərçəkmiş şəxs yol boyu maqnitafonu yüksək səslə oxutması və ayaqlarını avtomobilin pəncərəsindən çölə çıxartması ilə bağlı ona irad tutmasına və əlavə olaraq onu “Şirvangöl” restoranına aparmaqdan imtina etməsinə görə əsəbiləşib avtomobildən düşərək ətrafda kənar şəxslərin və yaşayış evlərinin olmasına əhəmiyyət vermədən ucadan nalayiq ifadələr işlətmiş, mübahisəni davam etdirərək Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi, faktiki olaraq sahibliyində və istifadəsində olan “VAZ-21074” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfində yerləşən ön və arxa qapılarını təpiklə vurub əzərək 50 (əlli) manat məbləğində maddi ziyan vurduqdan sonra sonuncunu avtomobildən düşürərək təpiklə qarın və sinə nahiyələrinə, yumruqla isə sol göz nahiyəsinə vuraraq ona qapalı kəllə beyin travması ilə müşahidə olunan sol göz orbitasının hematoması, gözün ağlı qişasına qansızma, burun sümüyünün yerini dəyişən sınığı, sol almacıq sümüyünün gicgah çıxıntısının sınığı ilə nəticələnən ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az-ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə şəxslər üzərində zor tətbiq olunması ilə, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xulaqınlıq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, X2 tanıyır. Onunla uzaq qohumluq əlaqələri olmuş, əvvəllər münasibətləri həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Əmisi qızının nişan mərasimi olmuş və onlar həmin nişan mərasimində iştirak etmək üçün 01 iyul 2021-ci il tarixdə, saat 16 radələrində anası Xuramanla, bibisi Bəsirə ilə və qohumları Sevda ilə birlikdə Ağaməmmədin “VAZ-2107” markalı, nömrəsi yadında qalmayan avtomobili ilə yaşadıqları Şamaxı şəhərindən Şamaxı rayonu Qızmeydan kəndinə Tofiqgilin evlərinin həyətində keçiriləcək nişan mərasiminə getmişlər. Həmin nişan mərasimində iştirak etdikdən sonra o, anası Xuraman və bibisi Bəsirə yenidən qohumları Ağaməmmədin idarə etdiyi avtomobilinə oturaraq geri qayıtmışlar. Həmin vaxt Ağaməmməd avtomobilini Şamaxı şəhəri, Nəsimi küçəsində yerləşən bibisi Bəsirəgilin evlərindən bir qədər aşağıda saxlamışdır. O, Ağaməmmədə demişdir ki, “maşını nə üçün burada saxladın, bibim yaşlı qadındır, onların evlərinin qarşısında saxla ki rahat düşsün evlərinə getsin”. Ağaməmməd isə onun sözünə əhəmiyyət verməyib maşını bibisigilin evlərinin qarşısına sürməmişdir. O da onun bu hərəkətindən əsəbləşərək onun üstünə qışqırmış və avtomobilin içərisində əlbəyaxa olmuşlar. Sonra onlar avtomobildən yerə düşmüşlər və mübahisə etməyə davam etmişlər, nəticədə o, Ağaməmmədin göz nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmişdir. Orada olan anası Xuraman və bibisi Bəsirə onları sakitləşdirmişlər. Daha sonra o, öz evlərinə getmişdir. Qısa bir vaxtdan sonra polis əməkdaşları onlara gələrək ona bildirmişlər ki, Ağaməmməd ondan şikayət edib və bu səbəbdən də onu polis şöbəsinə dəvət etmişlər. Bildirmişdir ki, həmin nişan mərasimi onun əmisi qızının nişanı olmuş, həmin nişanda 50 nəfər adam iştirak etmiş və o, həmin nişan mərasimində 100 qram spirtli içki olan araq içmişdir. Həmin hadisə bibisi Bəsirənin yaşadığı Şamaxı şəhəri, Nəsimi küçəsində baş verməklə 2-3 dəqiqə ərazində davam etmişdir. Həmin vaxtı onların mübahisə etmələrini görən anası Xuraman, bibisi Bəsirə orada olmuşlar. Həmin hadisə zamanı o, heç bir xəsarət almamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxslə əvvəllər münasibəti, ədavət və düşmənçiliyi olmamış, o, Elburusu sonradan Eldar adlı tanıdığının vasitəsi ilə tanımış və bilmişdir ki, Elburus Eldarın qardaşı oğludur. 01 iyul 2021-ci il tarixdə tanışı Eldar onu qızının nişan mərasiminə dəvət etmişdir. Həmin nişan mərasimi Şamaxı rayonu Qızmeydan kəndində, Tofiq adlı şəxsin evinin həyətində keçirilmişdir. Həmin tarixdə, saat 15:30 radələrində Eldarın xahişi ilə Şamaxı şəhər sakini, rəhmətlik Lazımın həyat yoldaşı Sevdanı, Sevdadan başqa da iki qadını həmin nişan mərasiminə aparmışdır. O da Eldarla razılaşmış, rəhmətlik Lazımın həyat yoldaşı Sevdanı, sonradan tanıdığı, lakin adlarını bilmədiyi Elburusun anasını və bibisini, həmçinin Elburusun özünü idarə etdiyi “VAZ-2107” markalı, **-MB-*** dövlət qeydiyyat nömrəli avtomobili ilə Şamaxı rayonu Qızmeydan kəndində Tofiq adlı şəxsin evinə, yəni nişan mərasiminə aparmışdır. Onlar nişan mərasimi keçirilən evə çatdıqdan sonra bir qədər nişan mərasimində iştirak etmişlər. Onu da qeyd etmişdir ki, Elburus ilk olaraq onunla bir stolda oturmuş, daha sonra isə başqa bir stolda oturmuşdur. Daha sonra o, Eldara demişdir ki, “Eldar mən gedirəm, bir az başım ağrıyır və hava soyuqdur, üşüyürəm”. Həmin vaxt Eldar ondan xahiş etmişdir ki, Elburusu, Elburusun anasını və bibisini də Şamaxı rayonuna aparsın. O da Eldarla razılaşmış, Eldarın qardaşı oğlu Elburus, Elburusun anası və bibisi onun idarə etdiyi “VAZ-2107” markalı, **-MB-*** dövlət qeydiyyat nömrəli avtomobilinə oturmuşlar. Bir qədər evdən kənarlaşdıqdan sonra qabaq sərnişin oturan oturacaqda oturan Elburus sərxoş halda ayaqlarını pəncərədən çıxardaraq, avtomaşınında olan maqnitofonla kobudcasına rəftar edərək xoşagəlməz hərəkətlər etmişdir. Onu da qeyd etmişdir ki, həmin vaxt Elburus ona bildirmişdir ki, “səni ataram avtomobildən yerə, maşınını da əlindən alaram”. O da onun sözlərinə və hərəkətlərinə fikir verməyib, sözünü onun böyüklərinə deyəcəyini fikirləşmişdir. Artıq saat 23 radələrində o, onları Şamaxı şəhəri, Nəsimi küçəsində yerləşən evlərinin qarşısına gətirmiş və onlara bildirmişdir ki düşsünlər. Elburus avtomobildən düşdükdən sonra sürücü tərəfdən ona yaxınlaşaraq avtomobilinin qapısını açmış və heç bir səbəb olmadan onun baş nahiyəsinə yumruqla vurmuşdur. O, həmin vaxt avtomobili idarə edərək oradan uzaqlaşmaq istəyərkən Elburus avtomobilin mühərrikinin işləməsini dayandıraraq açarları götürmüşdür. O da avtomobildən yerə düşmüş və ona bildirmişdir ki, “açarı ver gedim”. Onu da qeyd etmişdir ki, onunla birlikdə gələn Elburusun anası və bibisi onu ondan uzaqlaşdırmamışlar. Həmin vaxt tanımadığı bir şəxs oradan onlara baxmış və onlara yaxınlaşmamışdır. Bu zaman Elburus təpiklə onun avtomobilini əzməyə başlamışdır. Avtomobilini əzdikdən sonra Elburus qəflətən təpiklə onun bədəninin müxtəlif nahiyələrinə, yəni sinə və qarın nahiyəsinə və yumruqla onun göz nahiyəsinə vurmağa başlamışdır. Daha sonra necə olmuşdursa Elburus ondan aralaşmış və evlərinə getmişdir. O, bir təhər idarə etdiyi avtomobilinə oturaraq Şamaxı rayon Mərkəzi xəstəxanasına gəlmiş, orada ona ilk tibbi yardım göstərildikdən sonra o, Şamaxı rayon polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Bir daha bildirmişdir ki, Elburus onu heç bir səbəb olmadan döymüşdür. Həmin hadisə zamanı orada ondan, Elburusdan, Elburusun anası Xuramandan, bibisi Bəsirədən başqa heç kim olmamışdır. Sonradan adını bilmədiyi bir nəfər şəxs oraya gəlmiş, başqa heç kim olmamışdır. Həmin hadisə təxminən 2-3 dəqiqə ərazində davam etməklə Şamaxı şəhəri Nəsimi küçəsində baş vermişdir. Bildirmişdir ki, Şamaxı rayonu Qızmeydan kəndində keçirilən nişan mərasimində Elburus adlı şəxs içki içdikdən sonra özünü normal aparmamışdır. Həmin hadisə zamanı o, sol göz nahiyəsindən, sifətinin müxtəlif nahiyələrindən, həmçinin bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almış, o, həmin vaxt Elburusu vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur, onunla münasibəti həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Zərərçəkmiş şəxs da tanıyır, onların qohumudur, onunla və onun ailəsi ilə münasibətləri həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Bildirmişdir ki, onun qardaşı Eldarın qızının nişan mərasimi olmuş və onlar da həmin nişan mərasiminə dəvətli olmuşlar. Bu səbəbdən də 01 iyul 2021ci il tarixdə, saat 16 radələrində o, qardaşı oğlu Elburus, gəlinləri Xuraman və qohumları Sevda həmin nişan mərasimində iştirak etmək üçün Şamaxı rayonu Qızmeydan kəndində Tofiq adlı şəxsin evinin həyətinə getmişlər. Onu da qeyd etmişdir ki, onlar həmin nişan mərasiminə qohumları Ağaməmmədin “VAZ-2107” markalı, dövlət qeydiyyat nişanı yadında qalmayan avtomobili ilə getmişlər. Onlar həmin nişan mərasimində iştirak edib qayıtmaq qərarına gəlmişlər və həmin tarixdə, saat 23 radələrində o, gəlini Xuraman və qardaşı oğlu Elburus qohumları Ağaməmmədin avtomobilinə oturaraq Şamaxı şəhərinə gəlmək üçün yola düşmüşlər. Onu da qeyd etmişdir ki, qohumları Sevda onlarla qayıtmamışdır. Yolda gələn zaman avtomobilin şüşələrinin açıq olması və mahnının oxunması üstündə Elburusla qohumu Ağaməmmədin arasında mübahisə yaranmışdır. Onlar Şamaxı şəhəri Nəsimi küçəsinə çatmışlar. Həmin vaxt Ağaməmməd idarə etdiyi avtomobili onların evlərindən bir qədər kənarda saxladığından Elburus əsəbləşmiş və Ağaməmmədin üstünə qışqıraraq demişdir ki, “sən nə üçün avtomobili burada qapıdan uzaq yerdə saxladın”. Həmin vaxt Elburus avtomobilin sükanından tutaraq bir daha Ağaməmmədin üzərinə qışqırmışdır. Həmin vaxt gəlinləri Xuraman demişdir ki, “ziyan deyil, bura kimi gətirmisən burada düşərik”. Həmin vaxt Elburus Ağaməmmədə demişdir ki, onu aparıb “Şirvangöl” restoranında düşürsün. Xuraman da Elburusa demişdir ki, getmə, içkilisən, sənin nə işin var orada. Bu zaman Ağaməmməd Elburusa demişdir ki, “mən Şirvangölə getmirəm, evimizə gedirəm”. Həm anası Xuramanın, həm də ki, Ağaməmmədin sözündən əsəbləşərək Elburus qohumları Ağaməmmədlə əlbə-yaxa olmuş, Ağaməmməd Elburusun qolundan tutmuş, Elburus isə qolunu Ağaməmmədin əlindən çəkərək Ağaməmmədin göz nahiyəsindən yumruqla vurmuşdur. O və gəlini Xuraman Elburusu nə qədər sakitləşdirmək istəsələr də, o sakitləşməmişdir. Bundan sonra Elburus avtomobildən düşərək, sürücü tərəfdən Ağaməmmədə yaxınlaşmış, bu zaman Ağaməmməd qapını açarkən qapı Elburusa dəymiş, Elburus yerə yıxılmışdır. Elburus yerə yıxıldıqdan sonra ayağa qalxmış, Ağaməmmədin avtomobilinə bir neçə dəfə təpiklə vurmuş, daha sonra isə Ağaməmmədi maşından dartaraq yerə düşürtmüş və bir neçə dəfə onun bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. Həmin vaxt o və Xuraman onu bir təhər sakitləşdirmiş və evə aparmışdır. Onu da qeyd etmişdir ki, həmin vaxt ona elə gəlmişdir ki, bir nəfər xatırlamadığı qonşuları orada kənarda dayanmışdır. Bundan sonra onlar evlərinə getmişlər. O, göstərdiklərini bir daha təsdiq edərək bildirmişdir ki, qardaşı oğlu Elburus içkili olmuş və Ağaməmmədlə aralarında mübahisə Ağaməmmədin onları evdən bir qədər kənarda düşürtməsi olmuşdur. Həmin hadisə Şamaxı şəhəri, Nəsimi küçəsində onların evlərinin yaxınlığında baş vermişdir. Həmin vaxt orada ondan, Xuramandan, qohumları Ağaməmməddən və Elburusdan başqa heç kim olmamışdır. Kənarda dayanan adını bilmədiyi qonşularının isə nə vaxtdan orada olması və davanı görüb-görməməsindən heç bir məlumatı olmamışdır. Baş verən hadisə təxminən ümumilikdə 2-3 dəqiqə ərzində davam etmişdir. Hadisə baş verən zaman o, heç bir xəsarət almamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid Quliyeva Xuraman Mayıl qızı məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid Quliyeva Xuraman Mayıl qızı məhkəməyə teleqram göndərərək, ibtidai istintaqdfa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan 02 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 iyul 2021-ci il tarixdə saat 02:55-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 03 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 16 iyul 2021-ci il tarixli, 208 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində-qapalı kəllə beyin travması ilə müşahidə olunan sol göz orbitası hematoması, gözün ağlı qişasına qansızma, burun sümüyünün yerini dəyişən sınığı, sol almacıq sümüyünün gicgah çıxıntısının sınığı küt əşya təsirindən törənməklə 01.07.2021-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməyə uyğun gəlirlər. X1 almış olduğu xəsarət ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarından görünür ki, 02 iyul 2021-ci il tarixdə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı cinayət hadisəsinin ictimai yer hesab olunan Şamaxı şəhəri, Nəsimi küçəsində baş verdiyi müəyyən olunmuş, hadisə yerinə 20.08.2021-ci il tarixdə keçirilmiş əlavə baxışı zamanı hadisənin Şamaxı şəhəri Nəsimi küçəsində yerləşən vətəndaşların evlərinin qarşısında, küçədə, avtomaşınların və piyadaların hərəkət yollarında, yəni ictimai yerdə baş verməsi bir daha öz təsdiqini tapmışdır. İş materiallarında olan 21.08.2021-ci il tarixdə “VAZ-21074” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomaşına keçirilmiş baxış protokolundan görünür ki, həmin avtomaşın ağ rəngli, 2009-cu il buraxılışlı avtomaşın olmaqla, qabaq sağ qapısı batmış və əzilmiş formadadır. İş materiallarında olan Şamaxı Avtomotoservis və Ticarət Müəssisəsinin 21.08.2021ci il tarixli mütəxəssis rəyindən görünür ki, “VAZ-21074” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomaşına 50 (əlli) manat məbləğində ziyan dəymişdir. İş materiallarından görünür ki, 21.08.2021-ci il tarixdə “VAZ-21074” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomaşın qəbzlə Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan 02.07.2021-ci il tarixdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi tərəfindən Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş olması ilə bağlı sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 174 nömrəli Akt verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 iyul 2021-ci il tarixli arayışından görünür ki, Şamaxı rayon məhkəməsinin 13.11.2019-cu il tarixli, 1(074)-44/2019 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1, 304.1, 315.1, 68.1.1-1 və 66.2-ci maddələri ilə 1(bir) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 13.03.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 iyul 2021-ci il tarixli 2240 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs atası 1966-cı il təvəllüdlü X4, anası 1971-ci il təvəllüdlü Şahid2, qardaşları 1994-cü il təvəllüdlü Quliyev Balakişi Eldəniz oğlu, 2000-ci il təvəllüdlü X8 və bacısı 2006-cı il təvəllüdlü X6 ilə Şamaxı rayonu, Nəsimi küçəsi, 24 saylı evdə yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 30 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli 1(074)-44/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1, 304.1, və 315.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, CM-nin 221.2.1-ci maddəsi ilə 1(bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 304.1-ci maddəsi ilə 7(yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 315.1-ci maddəsi ilə 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 1 il müddətinə azadlığın məhdudlaşdıırlması cəzası 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, Azərbaycan Respubliksı CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 1(bir) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 23 avqust 2021-ci il tarixli qərardan görünür ki, X1 əməlində xüliqanlıq cinayətinin və digər cinayətlərin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli 1(074)-101/2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulduğu təqdirdə məhkəməyə təqdim olunması qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 1(074)-101/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və onun haqqında axtarış elan edilmişdir İş materiallarında olan Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq təcridxanasının 01 dekabr 2021-ci il tarixli 17/40-4948 saylı məktubunda göstərilir ki, Təqsirləndirilən şəxs 24 noyabr 2021-ci il tarixdə Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən tutularaq 30 noyabr 2021-ci il tarixdə 3 saylı İstintaq təcridxanasına gətirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənəddən görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2023-cü il tarixədək Hipermetropiya, QU-yüksək dərəcəli hepermetopiya H19.0D Virus OS 0.02 k/ilə 0,06VİXUS OD+ 0,02K/ilə 0,06, arxa qütbün və ləkənin degenerasiyası, makulodistofiya. Binokulyar, ağır görmə pozgunluğu, VİZUS OD+0,02 k/ilə 06 VİZUS OS=0,02 k/ilə 0,06 diqonozu ilə İİ dərəcəli gözdən əlildir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğluna elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, 2-ci qrup əlil olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxslərin ondan şikayəti və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, əməlində cinayətin residivinin olmasını nəzərə alaraq, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 02 iyul 2021-ci il tarixdən 03 iyul 2021-ci i tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu andan, yəni 24 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut “VAZ-21074” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 6 saat hüquqi yardıma görə 36 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 2 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 02 iyul 2021-ci il tarixdən 03 iyul 2021-ci i tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 il 6 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu andan, yəni 24 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut “VAZ-21074” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 6 saat hüquqi yardıma görə 36 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(074)-101/2021
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-101/2021
22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver