Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-102/2021 06.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Quşçu bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs Mürsəl oğlunun, Müdafiəçi, Təqsirləndirilən şəxs Əlfinaz oğlunun iştirakı ilə, xx xxxxxxxx 1963-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən 2019-cu ilin sentyabr ayından etibarən başlayan əkin mövsümündə Şamaxı rayon Quşçu bələdiyyəsinə məxsus Şamaxı rayonu, Quşçu kəndi ərazisində yerləşən 0,80 hektar kənd təsərrüfatı təyinatlı örüş sahələrini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutaraq xüsusi texnikalardan istifadə etməklə şumlayaraq taxıl əkib becərmiş, yəni kənd təsərrüfatlı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadə verib göstərdi ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 24 iyun 2001-ci il tarixli 06 saylı qərarı ilə qardaşı Ələkbər Heybətov və ailə üzvlərinə Şamaxı rayonunun Quşçu kəndi ərazisində ümumilikdə 2,58 ha torpaq sahəsi verilmişdir. Eyni vaxtda Aqrar İslahat Komissiyası tərəfindən ona və ailə üzvlərinə də pay torpaq sahəsi verilmişdir. Salyan rayonunda yaşadığı üçün qardaşına məxsus torpaqdan istifadə edir. Qardaşına pay torpağı verilən zaman aktda iki ailə üzvünün adı qeyd edilmədiyi üçün onlara əksik torpaq sahəsi verilmiş, bu barədə o, 02.10.2002-ci il tarixdə İslahat komissiyasına müraciət etmişdir. Bundan sonra komissiya üzvlərinin iştirakları ilə tərtib edilmiş akta əsasən qardaşına daha 0,80 ha torpaq sahəsi əlavə olaraq verilmişdir. Bundan əlavə, ilkin bölgü zamanı ona da torpaq sahəsi əksik verildiyi üçün onun müraciət əsasında İslahat Komissiyası tərəfindən ona daha 0,25 ha torpaq sahəsi verilmişdir. Əlavə verilmiş torpaq sahələri aktda göstərilən pay torpaqlarının yanında olub əkin torpaqlarının əhatəsində qalmaqla, Quşçu kəndinin örüş sahəsindən aralıda yerləşir. Bir qədər dağlıq yer olduğuna görə kombayn tərəfindən biçilməsi çətin olduğu üçün əlavə verilmiş 0,80 ha və 0,25 ha ölçüdə torpaq sahələrini əkməmiş, ot yeri kimi saxlamışdır. 2019-cu ildə qonşu torpaqlar şumlanan zaman traktorçu səhvən ona əlavə verilmiş torpaq sahələrini də şumlamışdır. Bu barədə sonradan bilərək boş qalmaması üçün həmin sahələrə arpa səpmişdir. Torpaq sahələrini əkəndən 2 ay sonra bir sıra kənd sakinlərinin Quşçu kənd bələdiyyəsinə məxsus örüş sahələrini zəbt edərək əkilməsi barədə hüquq mühafizə orqanlarına müraciət etdiklərini, həmin müraciətdə onun da adının qeyd olunmasını eşitmişdir. Həqiqətən pay torpağının yuxarı hissəsində olan əvvəl əkin sahəsi olan 0,80 ha bələdiyyə torpağını özbaşına olaraq şumlayıb əkmiş, bələdiyyədən müqavilə ilə icarəyə götürüb torpaq sahəsi əkməmişdir. Əməlindən peşimandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs Mürsəl oğlu ifadə verib göstərdi ki, 2019-cu ilədək Şamaxı rayonu, Quşçu bələdiyyəsinin üzvü, həmin vaxtdan isə bələdiyyənin sədri vəzifəsində işləyir. 2016cı ildən 2019-cu ilədək Quşçu kənd bələdiyyəsinin sədri Şahid1 olmuşdur. Quşçu bələdiyyəsinin ərazisində Aşkar Quşçu və Laləzar kəndlərinə aid olmaqla, ümumi 4,708 ha kənd bələdiyyəyə məxsus torpaq sahəsi vardır. Keçmiş bələdiyyə sədri Şahid1 tərəfindən 2019-cu ilin payız aylarında kənd sakinləri dəfələrlə bələdiyyə mülkiyyətinə aid olan örüş sahələrini şumlanmaması barədə məlumatlandırılmışdır. 2019-cu ilin sentyabr ayında bir sıra kənd sakinləri Şahid1 müraciət edərək kəndin örüş sahəsinin digər kənd sakinləri tərəfindən qanunsuz olaraq əkilib becərilməsi və şumlanmasını bildirmişlər. Kənd sakinlərinin müraciətləri dəqiqləşdirildikdən sonra Şahid1 tərəfindən lazımi orqanlara müraciət olunmuş, bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin əməkdaşları və bələdiyyə sədri Şahid1 iştirakları ilə 16 oktyabr 2019-cu il tarixdə zəbt olunmuş bələdiyyə torpaq sahələrinə baxış keçirilməklə bu barədə akt tərtib olunmuşdur. Baxış zamanı Şamaxı rayon Quşçu kənd sakini Təqsirləndirilən şəxs 0,80 ha bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsini zəbt edərək həmin yeri şumladığı, orada arpa və buğda əkdiyi müəyyən olunmuşdur. Hazırda zəbt olunan torpaq sahəsi bələdiyyəyə qaytarıldığı üçün təqsirləndirilən şəxsdən şikayəti və tələbi qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 2015ci ildən Şamaxı rayonu, Quşçu kənd bələdiyyəsinin sədri olmuşdur. Şamaxı rayonu, Quşçu kəndi bələdiyyəsinə iki kənd, bir qəsəbə daxil olmaqla, həmin kəndlərdən biri də Şamaxı rayonu, Laləzar kəndidir. Şamaxı rayonu, Quşçu kənd sakini X2 rayonu, Quşçu və Laləzar kəndləri ərazisinə daxil olan, Şamaxı rayonu, Quşçu kənd bələdiyyəsinə məxsus örüş sahəsini 2019-cu ilin sentyabr ayının ortalarında qanunsuz olaraq özbaşına zəbt edərək həmin ərazidə şumlama işləri görməyə başlamışdır. O, Rasim İsrafılova 2018-ci il tarixdə əkdiyi ərazinin örüş sahəsi olmasını, şum işləri gördüyünü, bunun qadağan olunması barədə bir neçə dəfə şifahi xəbərdarlıq etdikdə həmin şəxs onun xəbərdarlıqlarını eşidərək qanunsuz hərəkətlərini dayandırmışlar. 2019-cu ilin sentyabr ayında kənd sakinləri tərəfindən ona kəndin örüş sahələrinin digər kənd sakinləri tərəfindən əkilib-becərilməsi və şumlanması barədə müraciət olunmuşdur. Həmin şəxslərdən biri də Təqsirləndirilən şəxs olmuşdur. O, həmin müraciəti dəqiqləşdirdikdən sonra bununla bağlı 11.10.2019-cu il tarixli, 25 nömrəli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinə müraciət etmişdir. 16 oktyabr 2019-cu il tarixdə birinci müraciəti ilə əlaqədar onun, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin aparıcı məsləhətçisi Şahid2 və Fərid Nağdalıyevin iştirakları ilə müraciətdə qeyd olunan şəxslərin Şamaxı rayon Quşçu kənd bələdiyyəsinə məxsus, Quşçu və Laləzar kənd ərazisində zəbt edilərək şumlanmış örüş sahələrinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs 1 ha bələdiyyəyə məxsus kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələrini zəbt edərək həmin yeri şumlaması müəyyən olunmuşdur. Ona görə də, bələdiyyə mülkiyyətinə aid olan həmin torpaq sahələrinin yerində şəkilləri çəkilərək peyk görüntüsü (ortofoto) çıxarılıb bu barədə akt tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ƏMDK-nin Şamaxı ərazi şöbəsinin aparıcı məsləhətçisi Şahid2 ifadə verib göstərdi ki, Şamaxı rayon Quşçu kənd sakinlərinin özlərinə məxsus pay torpaqlarından kənara çıxıb örüş sahəsini zəbt edərək şumlamaları ilə əlaqədar Quşçu bələdiyyəsinin Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı rayon şöbəsinə müraciəti ilə bağlı 16 oktyabr 2019-cu il tarixdə onların bələdiyyə sədri Şahid1 iştirakı ilə müraciətdə qeyd olunan şəxslər tərəfindən Şamaxı rayon Quşçu kənd bələdiyyəsinə məxsus, Quşçu və Laləzar kənd ərazisində zəbt edilərək şumlanmış örüş sahələrinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs 1,0 hektar bələdiyyəyə məxsus örüş sahəsini zəbt edərək həmin yerləri şumlaması müəyyən olunmuşdur. Ona görə də bələdiyyə mülkiyyətinə aid olan həmin torpaq sahələrinin yerində şəkilləri çəkilərək peyk görüntüsü (ortofoto) çıxarılıb bu barədə akt tərtib edilərək sənədlər hazırlandıqdan sonra Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayonu üzrə torpaq müfəttişi vəzifəsində işləyən X7 Şahid2 göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verib göstərdi ki, Şamaxı rayonu, Quşçu kəndi ilə Laləzar kəndlərinin örüş sahələri bir yerdədir. Bir sıra Şamaxı rayonu, Laləzar kənd sakinləri Şamaxı rayonu, Quşçu və Laləzar kəndləri ərazisinə daxil olan Şamaxı rayonu, Quşçu kənd bələdiyyəsinə məxsus olan örüş sahəsini 2019-cu ilin sentyabr ayının ortalarında qanunsuz olaraq özbaşına zəbt edərək həmin ərazidə şumlama işləri görməyə başlamışlar. Həmin şəxslərdən biri də Təqsirləndirilən şəxs olmuşdur. Bununla bağlı onunla birlikdə həmkəndliləri Şahid5, Hacıbala Osmanov, Ağasif Əzizov, Aydın Eynalov, Şahid10, Şahid11 və iyirmi nəfər kənd sakini həmin şəxslərə 2019-cu ilin sentyabr ayında şifahi olaraq xəbərdar edib həmkəndli olduqlarını, həmin şəxslərin bir səhv edib örüş sahəsini şumlamalarını, şumladıqları əraziyə toxum səpib, əkin işləri görəcəkləri təqdirdə barələrində aidiyyatı orqanlara müraciət edəcəklərini deyərək xəbərdar etmişlər. Şamaxı rayon Quşçu kənd bələdiyyəsinə şifahi məlumat verdikdən sonra bələdiyyə işçiləri də əraziyə baxış keçirib həmin şəxsləri xəbərdar etmişlər. Lakin Təqsirləndirilən şəxs onların xəbərdarlıqlarına məhəl vermədiyi üçün həmin şəxs barədə onunla birlikdə həmkəndliləri Şahid5, Hacıbala Osmanov, Ağasif Əzizov, Aydın Eynalov, Şahid10, Şahid11 və iyirmi nəfər kənd sakini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna, eləcə də Azərbaycan Respublikası ƏMDK-nə ərizə ilə müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Əlişirin oğlu, Şahid7, Şahid8, Şahid10 və Şahid11 Şahid4 göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahidlər Şahid5 və Şahid9 ibtidai istintaqda verdikləri ifadələri elan olunmuş, onlar məhkəmə iclasında dindirilmiş Şahid4 ilə oxşar ifadə vermişlər. Şahid9 məhkəməyə teleqram göndərərək, səhhəti ilə bağlı məhkəməyə gələ bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan 16 oktyabr 2019-cu il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin aparıcı məsləhətçisi Şahid2, məsləhətçi müfəttişi Fərid Nağdaliyev və Şamaxı rayonu, Quşçu bələdiyyəsinin sədri Şahid1 iştirakları ilə bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 0,80 hektar bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsini özbaşına qanunsuz şumlamışdır. İş materiallarında olan baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu, Quşçu bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsindən 0,80 ha sahəni özbaşına tutaraq zəbt etmiş və şumlatdırmaqla taxıl əkib becərmişdir. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, Şamaxı rayonu, Quşçu kənd sakini Təqsirləndirilən şəxs Şamaxı rayonu Quşçu bələdiyyəsinə məxsus 0,80 hektar torpaq sahəsini həmin torpaq sahəsindən istifadəyə dair hər hansı bir hüquq verən sənəd olmadan qanunsuz olaraq zəbt etmişdir. Həmin torpaq sahəsi təyinatına görə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aiddir. İş materiallarında olan Quşçu bələdiyyəsindən rayon polis şöbəsinə daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən bələdiyyəyə məxsus kənd təsərrüfatı təyinatlı örüş sahələrinin icarəyə, mülkiyyətə və istifadəyə götürülməsi ilə bağlı heç bir qərar qəbul edilmədən həmin sahələrdə istifadə ilə bağlı yazılı və şifahi olaraq bələdiyyəyə müraciət edilmədən əkilmiş, rüsum haqqı ödənilməmişdir. İş materiallarında olan Şamaxı rayonu, Quşçu bələdiyyəsinin 16 nömrəli, 12.03.2020-ci il tarixli müraciəti və həmin müraciətə əlavə edilmiş sənədlərdən görünür ki, aparılmış söhbətlər zamanı Təqsirləndirilən şəxs və X3 zəbt etdikləri torpaq sahələrini könüllü olaraq bələdiyyənin sərəncamına və əhalinin ümumi istifadəsinə razılıq vermiş, bu barədə müvafiq ərizələr təqdim etmiş və tərəflər arasında müvafiq akt bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 aprel 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 iyun 2020-ci il tarixli 294 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı X8, oğlanları 1992-ci il təvəllüldü X5 və 1993-cü il təvəllüdlü X6 ilə Şamaxı rayonu Quşçu kəndində yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 29 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, o, kənddə ictimaiyyət arasında özünü yaxşı aparır, normal xasiyyətə malikdır. Kəndin ictimai işlərində fəal iştirak edir. Kənd ağsaqqaları və həmyaşıdları arasında xüsusi hörmətə malikdir. Onun barəsində nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, 3(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. HAKİM ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №1(074)-102/2021
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-102/2021
06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver