Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-102/2022 07.12.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1984-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı şəhəri, N.Nəcəfov küçəsi 73 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla Şamaxı şəhəri ərazisində daşımış, 03 sentyabr 2022-ci il tarixdə saat 04:45 radələrində Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Şamaxı şəhəri, N.Nəcəfov küçəsində tutularaq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 05:38 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə ümumi təmiz çəkisi 0,395 (sıfır tam mində üç yüz doxsan beş) qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 01 sentyabr 2022-ci il tarixdə, saat 15 radələrində Şamaxı rayon “Avtovağzal” dairəsi deyilən yerdə olan çay evində çay içmişdir. Həmin vaxt onun siqareti bitdiyi üçün yaxınlıqda yerləşən "Qoşqar" marketə getmək üçün kafedən çıxıb, piyada marketə doğru getməyə başlamışdır. Yol kənarında gedərkən yerdə siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd büküm görmüşdür. Həmin bükümün içərisində nə olduğunu bilmək üçün yerdə olan bir ədəd bükümü götürüb açmış və bükümün içərisində psixotrop maddə olan metafetamin olduğunu görmüşdür. O, həmin bükümü gələcəkdə istifadə etmək məqsədilə əynindəki tünd göy rəngli şalvarın sağ yan cibinə qoymuş və yoluna davam edib marketdən bir qutu göy rəngli qutuda olan "Prima" markalı siqaret almışdır. Siqaret qutusundan siqaret çıxarıb çəkə-çəkə yenidən çayxanaya qayıtmışdır. Yolda gedərkən içərisində psixotrop maddə olan metafetamin olan bükümü siqaret qutusunun içərisinə qoymuşdur. Həmin bükümü polis əməkdaşları üzərində aşkar edən günə kimi siqaret qutusunun içərisində saxlamışdır. Belə ki, 03 sentyabr 2022-ci il tarixdə saat 04:45 radələrində həmin büküm üstündə olarkən siqaret çəkmək üçün yaşadığı ünvandan çıxıb, bir qədər kənarlaşıb siqaret çəkməyə başlamışdır. Həmin vaxt mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını deyib üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Lakin o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmadığını onlara bildirmişdir. Həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə üzərinə baxış keçirmişlər. Baxış keçirərkən əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd "Prima" markalı göy rəngli siqaret qutusu aşkar olunmuş, siqaret qutusu açılaraq içərisinə baxılan zaman qutunun içərisində bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm aşkar olunmuşdur. Büküm açılaraq içərisinə baxıldıqda, bükümün içərisində kristal formada şəffaf şəkildə psixotrop maddə olan metamfetamin aşkar olunub götürülmüşdür. Onların iştirakları ilə üzərindən aşkar edib götürdükləri bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisindəki psixotrop maddə olan metafetamini polis əməkdaşları kağız zərfdə qablaşdıraraq üzərini Azərbaycan Respublikası DİN-nin 73 saylı möhürü ilə möhürləmişlər, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu o, hüquqlarını müdafiə edən vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. O, üzərində olan metamfetamini yalnız istifadə etmək üçün üzərində gəzdirmişdir. Başqa heç bir məqsədi olmamışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 03 sentyabr 2022-ci il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Şamaxı rayonu ərazisində olması və qanunsuz olaraq üzərində psixotrop maddəni saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 03 sentyabr 2022-ci il tarixdə saat 04:45 radələrində Şamaxı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Feruz oğlu ilə birlikdə Şamaxı şəhəri, N.Nəcəfov küçəsində Tərlan Atakişivevə yaxınlaşmışlar, özlərini təqdim edərək üzərində psixotrop maddə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz edərək üzərində heç bir narkotik vasitənin olmadığını bildirmişdir. Həmin vaxt onlar onu Şamaxı RPŞ-nə dəvət etdikdə, o, etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm aşkar edilmişdir. Aşkar edilmiş həmin büküm açıldıqda, içərisindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən içərisində psixotrop maddə olan büküm baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin 73 saylı möhürü ilə möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon polis şöbəsinin NMQnun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 Feruz oğlu Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verib, onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında 03 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında 04 sentyabr 2022-ci il tarilxi qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında 20 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli 4(074)-69/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan baxış və götürmə haqqında 03 sentyabr 2022-ci il tarixli protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd “Prima” markalı göy rəngli siqaret qutusunun içərisində bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm aşkar olundu. Həmin aşkar olunmuş bir ədəd büküm açılaraq içərisinə baxdıqda, bükümün içərisində kristal formada şəffaf şəkildə psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunub götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən götürülmüş bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisindəki kütlələr psixotrop maddə olan metamfetamindir, ona məxsusdur. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 03 sentyabr 2022-ci il tarixli, 6/4753 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 0,395 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,395 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,345 qramdır. Aparılmış tədqiqatın dəyəri 110 manatdır. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5281 №-li rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan Az-İİ № 835649 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X2 10 iyun 2008-ci ildə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası Atakişiyeva Hicran Əli qızıdır. İş materiallarında olan Az-İİ № 714401 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X3 30 iyul 2011-ci ildə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası Atakişiyeva Hicran Əli qızıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, öhdəsində 2 nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 03 sentyabr 2022-ci il tarixdən 04 sentyabr 2022-ci il tarixədək həbsdə olduğu 2 gün və 20 oktyabr 2022-ci il tarixdən 21 oktyabr 2022-ci il tarixədək həbsdə olduğu 2 gün müddət, cəmi 8 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri –110,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə təsnifat kodu 142593, büdcə səviyyəsinin kodu 3 hesaba köçürülməli, iş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,345 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2(iki) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 03 sentyabr 2022-ci il tarixdən 04 sentyabr 2022-ci il tarixədək həbsdə olduğu 2 gün və 20 oktyabr 2022-ci il tarixdən 21 oktyabr 2022-ci il tarixədək həbsdə olduğu 2 gün müddət, cəmi 4 gün müddət 8 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2(iki) il 5(beş) ay 22(iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri –110,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə təsnifat kodu 142593, büdcə səviyyəsinin kodu 3 hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,345 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(074)-102/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-102/2022
07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver