Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-103/2023 14.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 iştirakı ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası CM-nin147.1 və 147.2-ci maddələri ilə təqsirli bilinərək, ona vurduğu mənəvi ziyan 50000 (əlli min) manat dəyərində qiymətləndirilərək dəymiş ziyan ondan alınaraq ona ödənilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində şikayət etdiyi şəxs əmisi oğlu olmalqla həm də keçmiş yeznəsidir (bacısının keçmiş həyat yoldaşı). Eldar Sadayev bacısı ilə boşandıqdan bir müddat sonra barışmışlar. 2023-cü ilin sentyabr ayının əvvəlində o bacısını döymüş və məhkaməyə xüsusi itiham qaydasında hazırki șikayəti etməyinin səbəbi odur ki, xx.xx.2023-cü il tarixdə Eldar Sadayev naməlum şəraitdə özünə xəsarət yetirib DÍN-nin 102 xidmətinə zəng vurub bildirmişdir ki, guya həmin xəsarəti ona o yetirmişdir. Belə məlumatı Samaxı Rayon Polis aməkdaşı ona bildirilmişdir və cavab vermiş ki, onun bu hadisədən xəbəri yoxdur. O, bu hadisə ilə maraqlanmış və öyrəndiyi şifahi məlumata görə özü özünə xəsarət yetirərək günahı onun üstünə qoymaqla ona şər-böhtan atmağa cəhd edən X6 xəsarətlə əlaqədar xəstəxanaya müraciət etmişdir. Qəti olaraq bildirirdi ki, onun X3 ünsiyyəti olmadığına görə ona hər hansı xəsarət yetirməmişdir. Bununla əlaqədar o, Şamaxı Rayon Polis Şöbəsinə və Prokurora ərizə ilə șikayatlər etmişdir. Şamaxı Rayon Polis Şöbəsinin təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş-leytenantı X1 HK-1/1128, 1134 saylı, 25 noyabr 2023-cü il tarixli qərarı ilə cinayat işinin başlanması rədd edilmişdir. Qərarın 3-cü bəndində yazılmişdır ki, o, özünə şər-böhtan atılmasını hesab edirsə, bununla əlaqədar Şamaxı Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edə bilər. Şamaxı şəhərində yaşayan X7 yuxarıda qeyd etdiyi qanunsuzəməlləri onun üçün həm də mənavipsixoloji işgəncədir, nə qədər stress və hiss-həyəcankeçirtmişdir. Çünki o öz böhtanı ilə hamını inandırmağa çalışırdı. Həyatda birdən elə olur ki, şər-böhtan bəzən həqiqət kimi qəbul edilir və böhtan atılmış şəxs çox əzab çəkir. O, da həmin şər-böhtan xarakterli əzab-ziyyətinstresini yaşamışdır. Ona görə də ona vurulmuş mənəvi ziyan ödənilməlidir. Odur ki, o bu şikayətində zərər çəkmiş qismində tanınmalıdır. X4 belə hərəkəti onun səhhətinə olduqca pis təsir etmişdir. Belə ki, normal yaşayıs tərzi və istirahəti pozulub. O, bu bu səbəbdən mənəvi-psixoloji sarsıntı keçirir. Ona qarşı törədilmiş belə qanunsuzluq və haqsızlıq ağır mənəvi işgəncədir və bu səbəbdən dəymiş mənəvi ziyanı ondan 50000 (əlli min) manat alınıb ona ödənilməsi kimi qiymətləndirir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 şikayəti müdafiə edərək şikayətin icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, X7 onun barəsində etdiyi şikayətlə onun şərəf və ləyaqətini ləkələmiş və həqiqətə uyğun olmayan məlumatları yaymışdır. Həmçinin onu ağır cinayət törətməkdə ittiham etməklə böhtan atmışdır. Məhkəmə hazırlıq iclasının vaxt və yeri barədə məlumat verilməsinə baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 məhkəməyə gəlmədiyindən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək və proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, X5 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. X8 xüsusi ittiham qaydasında şikayət ərizəsində X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə təqsirli bilinərək, ona vurduğu mənəvi ziyan 50000 (əlli min) manat dəyərində qiymətləndirilərək dəymiş ziyan ondan alınaraq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi təhqir cinayəti obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. X8 xüsusi ittiham qaydasında şikayət ərizəsinə əlavə edilmiş “materialın aidiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, MTE-nin xx.xx.2023-cü il tarixli 327 saylı rəyindən görünür ki, X2 almış olduğu xəsarətlərdən 2-ədədi (cızıqlar) sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilməyən, 1 ədədi isə dərinin piy və əzələ təbəqələrinin kəsilməsi ilə nəticələnən boşluğa keçməyən yara isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atm aiki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-103/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-103/2023
14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver