Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-104/2021 13.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, müdafiəçi vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1999-cu il tarixdə Şamaxı rayonu Çarhan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Şamaxı rayonu Çarhan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 320.2 və 321.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs heç bir təhsil müəssisəsində təhsil almadığı və hərbi çağırışdan möhlət hüququ olmadığı halda hərbi xidmətdən yayınmaq üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş möhlət hüququ əldə etmək məqsədi ilə Rusiya Federasiyasında qeydiyyatdan keçmiş "xxxx" X3 Təhsili Müəssisəsinin “Hüquqşünaslıq” ixtisası üzrə əyani şöbəsinin 1-ci kurs tələbəsi olması barədə istintaqa məlum olmayan mənbədən saxta arayışı əldə edib ondan istifadə edərək 10.06.2019-cu il tarixdə həmin arayışı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə təqdim etməklə heç bir qanuni əsas olmadan 10.06.2019-cu il tarixdən hərbi xidmət keçməkdən boyun qaçırmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2 və 321.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verib göstərdi ki, 2016-cı ildə Şamaxı rayonu tam orta məktəbin 11-ci sinfini bitirdikdən sonra ali məktəbə qəbul olunmaq üçün sənədləri təqdim etmiş, lakin qəbul imtahanlarında kifayət qədər bal toplaya bilmədiyi üçün ali təhsil müəssisəsinə qəbul edilməmiş, bundan sonra Şamaxı rayon sakini kimi tanıdığı Rusiya Federasiyasının Moskva şəhərində yaşayan Zaur adlı şəxs onunla əlaqə saxlayıb Moskva şəhərində yerləşən “Sadovod” adlı ticarət mərkəzində satıcı kimi işləməyi təklif etmiş, o, Zaur adlı şəxsin təklifini qəbul edərək 2016-cı ilin sentyabr ayında avtobusla sərhədi keçib Rusiya Federasiyasına getmiş, Moskva şəhərində Zaur adlı şəxslə görüşmüş və sonuncuya məxsus “Sadovod” adlı ticarət məntəqəsində ayaqqabıların satışı ilə məşğul olmağa başlamışdır. Zaur adlı şəxsin yanında 4 ay müddətində işlədikdən sonra kuryer kimi və ayrı-ayrı dükanlarda mühafizəçi kimi işləmiş, 2019-cu ilin aprel ayında ticarət mərkəzlərinin birində kuryer kimi işləyərkən əslən Şəki rayonundan olan Vüqar adlı şəxslə tanış olmuş, Vüqar onun ali təhsilinin olmadığını bilib ondan ali təhsil almaq istəyib-istəməməyini soruşmuş, o da ali təhsil almaq istədiyini demişdir. Vüqar adlı şəxs ona Moskva şəhərində “Vixino” metro stansiyasının çıxışında yerləşən Dövlət idarəçilik İnstitutunda Sergey adlı tanış müəllimin olduğunu, həmin müəllim vasitəsilə onu ali təhsil müəssisəsinə düzəldə biləcəyini, 4 ildən sonra ona ali təhsil haqqında diplomun veriləcəyini, həmin diplomun həmçinin Azərbaycan Respublikasında da tanındığını, bunun müqabilində ondan illik olaraq 60000 rus rublu alacağını demişdir. O, bununla razılaşmış və 2019-cu ilin aprel ayında dəqiq xatırlamadığı tarixdə Vüqara işlədiyi ticarət mərkəzində həmin məbləğdə pulu vermiş, bundan sonra Vüqar Sergey adlı şəxslə birlikdə onunla görüşmüş və hansısa sənədlərə imza çəkdirmişdir. Sergey ona Moskva İqtisad və Hüquq Akademiyasının “hüquqşünaslıq” ixtisası üzrə təhsil alacağını demiş, bundan sonra Sergey adlı şəxs ondan orta təhsil haqqında şəhadətnaməni istəmiş və o, Rusiya Federasiyasına gələndə özü ilə gətirdiyi orta təhsil haqqında şəhadətnaməni rus dilinə tərcümə etdirib Sergeyə təqdim etmiş, bir neçə gün sonra Vüqar ona zəng edib Moskva İqtisad və Hüquq Akademiyası getməli olduğunu demiş və o, Sergeylə görüşüb həmin təhsil müəssisəsinə gedib dərslərdə iştirak etmişdir. Bu qaydada bir neçə gün təhsil müəssisəsinə gedib dərslərdə iştirak etmiş, sonradan da Vüqar ona təhsil müəssisəsinə getməyə ehtiyac olmadığını 4 ilin sonunda ona ali təhsil haqqında diplom veriləcəyini demiş, lakin bunun üçün illik olaraq 60000 rus rublu məbləğində ona pul verilməli olduğunu bildirmişdir. O, Vüqar ilə razılaşmış və bundan sonra bir daha Moskva İqtisad və Hüquq Akademiyasına getməmiş və dərslərdə iştirak etməmişdir. 2019-cu ilin dəqiq xatırlamadığı tarixində qardaşı Şahid2 ona zəng edib Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsindən təhsil almağı barədə arayışı tələb etdiklərini demiş, o, Vüqar adlı şəxsə bu barədə məlumat vermiş və sonuncu ona tezliklə həmin arayışı təqdim edəcəyini bildirmiş, bir neçə gün sonra Vüqar ona ali təhsil almağı barədə arayışı təqdim etmiş, o, Vüqara həmin arayışı Şamaxı şəhərinə göndərilməli olduğunu bildirmiş və Vüqar həmin arayışı poçtla Şamaxı rayonuna göndərəcəyini demişdir. Həmin arayış Şamaxı rayonuna göndərildikdən sonra qardaşı Orxan poçta gedib həmin arayışı götürmüş və arayışı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə təqdim etmişdir. 2021-ci ilin may ayında o, Şamaxı rayona qayıtmış, həmin vaxt Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə dəvət edilmiş, şöbədə ona 2019cu ildə təqdim etdiyi arayışın saxta olduğunu, heç vaxt "xxxx"nda təhsil almadığı, barəsində toplanmış materialların prokurorluğa göndəriləcəyi deyilmişdir. O, həmin arayışın saxta olduğunu bilməmiş, həqiqətən də rəsmi olaraq Moskva İqtisad və Hüquq Akademiyasında təhsil aldığını fikirləşmiş, faktiki olaraq Vüqar adlı şəxs tərəfindən aldadılmış, heç vaxt müddətli həqiqi hərbi xidmətdən yayınmamışdır. Yalnız bir neçə dəfə Moskva İqtisad və Hüquq Akademiyasında dərslərdə iştirak etmiş, imtahanlarda isə ümumiyyətlə iştirak etməmiş, rəsmi olaraq Moskva İqtisad və Hüquq Akademiyasında təhsil aldığını düşünmüş, Vüqar adlı şəxs ona Moskva İqtisad və Hüquq Akademiyasında illik ödəniş haqqı 60000 rus rublu olduğunu demiş və o, həmin pulu Vüqar adlı şəxsə təhsil haqqı kimi vermiş, Vüqar adlı şəxs ona dərslərdə iştirak etməyə ehtiyac olmadığını bildirmiş, həmin müddət ərzində qeyri-rəsmi şəkildə ayrı-ayrı iş yerlərində işləmişdir. Vüqar adlı şəxs 2019-cu ilin aprel ayında ondan 60000 rus rublu məbləğini aldıqdan sonra itmiş, bir daha onu görməmiş və o vaxtdan da Vüqar adlı şəxs tərəfindən aldadıldığını anlamışdır. Vüqar adlı şəxs tərəfindən aldadıldıqdan sonra da sonuncunun adını Moskva İqtisad və Hüquq Akademiyasına yazdırdığını və adının oxuyanların siyahısında olduğunu düşünmüş, bununla bağlı Moskva İqtisad və Hüquq Akademiyasına müraciət etməmiş, iki il ərzində Vüqar adlı şəxsi tapmadığı üçün bu illər üçün təhsil haqqını ödəməmiş, təhsil haqqının ödənilməsi barədə Moskva İqtisad və Hüquq Akademiyasına müraciət etməmişdir. O, həmin arayışın Rusiya Federasiyasında Vüqar adlı şəxs tərəfindən poçtla Şamaxı rayonuna göndərildiyini və qardaşı Şahid2 həmin arayışı 2019-cu ilin iyun ayında Şamaxı rayon poçt şöbəsindən qəbul edib Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə təqdim etmişdir. Həmin ali təhsil müəssisəsində faktiki olaraq təhsil almasa da, Vüqar adlı şəxs ona həmin təhsil müəssisəsində adının qeydə alındığını və 4 ildən sonra ali təhsil haqqında diplomun təqdim ediləcəyini demişdir. O, 2020-ci ildə Azərbaycan Respublikasına qayıtmaq istəsə də, koronavirus pandemiyası ilə əlaqədar sərhədlər bağlanmış və mən Azərbaycan Respublikasına qayıda bilməmiş, həmin vaxt Azərbaycan Respublikasına qayıtmaq üçün təşəbbüs göstərsə də, onu sərhəddən buraxmamışlar. O, həqiqətən də 16.09.2019-cu il tarixdə Rusiya Federasiyasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və dövlət sərhədindən keçə bilməmiş, həmin əməkdaşlar müddətli həqiqi hərbi xidmət keçmədiyi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən sərhəd keçməyinə “Stop” qoyulduğunu izah etmiş, bundan sonra o, Şamaxı rayonuna qayıdıb SHXÇDX-nin Şamaxı rayon şöbəsinin rəisinin qəbulunda olmuş və sərhəd keçməyinə qadağanın səbəbini soruşmuş, ona təhsil haqqında 2019-cu ilin iyun ayında şöbəyə təqdim edilmiş arayış məlumat sisteminə əlavə edilmədiyindən dövlət sərhədinin keçməyinə qadağa qoyulduğu deyilmiş və yaxın günlərdə həmin qadağanın aradan götürüləcəyi bildirilmiş, 26.09.2019-cu il tarixdə üzərindən “Stop” götürüldükdən sonra dövlət sərhədini keçib Rusiya Federasiyasına getmiş, faktiki olaraq universitetdəki dərslərdə iştirak etmədiyi üçün dərslərin keçirildiyi vaxt Azərbaycan Respublikasında olmuş, həmin arayışı SHXÇDX-nin Şamaxı rayon şöbəsinə təqdim edərkən onun saxta olduğunu bilməmiş, o özü də də Vüqar adlı şəxs tərəfindən aldadılmışdır. O, Zaur adlı şəxsin soyadını və atasının adını bilmədiyini, lakin həmin şəxsin əslən Şamaxılı olduğunu və uzun müddət bundan öncə Rusiya Federasiyasına köçüb oranın vətəndaşlığını əldə etdiyini, Zaur adlı şəxslə Şamaxı rayonu, Çarhan kənd sakini Azay Azayev adlı şəxs vasitəsilə tanış olduğunu, A.Azayevin də da Zaur kimi Moskva şəhərində yaşadığını və “Sadovod” ticarət mərkəzində işlədiyini, həmin arayışı ona Vüqar adlı şəxs Moskva şəhərində təqdim etdiyini, Vüqar adlı şəxsin soyadını və atasının adını bilmədiyini, Vüqarın əslən Şəki rayonundan olduğunu bildirmişdir. Əməlindən peşimandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, 01.02.2013-cü il tarixdən 01.06.2016-cı il tarixədək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsində həqiqi hərbi xidmətə çağırış bölməsinin baş məsul icraçısı, 01.06.2016-ci il tarixdən 01.06.2018-ci il tarixədək Xocalı rayon bölməsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin baş məsul icraçısı vəzifələrində çalışmış, 01.06.2018-ci il tarixdən hazırki vaxtadək isə Şamaxı rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin zabiti vəzifəsində işləyir, leytenant hərbi rütbəsindədir. Təqsirləndirilən şəxs ümumiyyətlə tanımamış, Təqsirləndirilən şəxslə ədavəti və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs 10.03.2015-ci il tarixdə SHXÇDX-nin Şamaxı rayon şöbəsində ilkin hərbi qeydiyyata alınaraq hərbi xidmətə yararlı hesab edilmiş, müddətli həqiqi hərbi xidmət keçmək üçün 2019-cu ilin iyul çağırışına cəlb edilmiş və əyani formada ali təhsil alması barədə 10.06.2019-cu il tarixdə Moskva İqtisad və Hüquq Akademiyasının təhsil haqqında sənədini təqdim etmişdir. Həmin sənədə əsasən Təqsirləndirilən şəxs “hüquqşünaslıq” istiqaməti üzrə Moskva İqtisad və X4 Peşə Təhsili Qeyri Dövlət Təhsil Müəssisəsinin əyani şöbəsinin 1-ci kurs tələbəsi olduğu göstərilmişdir. Təqsirləndirilən şəxs ali təhsil haqqında sənədi təqdim etdiyini nəzərə alaraq Azərbaycan Respublikası “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21.1.5-ci maddəsinə əsasən 30.06.2023-cü il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmiş, 2021-ci ilin iyul ayına cəlb edilmiş çağırışçılardan biri həkim komissiyasından keçən zaman yazılı öyrənilmə zamanı təhsil almadığı barədə məlumat verməsini baxmayaraq sonradan ali təhsil haqqında əsassız arayış təqdim etmişdir. Bundan sonra SXHÇDX-nin Şamaxı rayon şöbəsinə çağırışçılar tərəfindən təqdim edilmiş Rusiya Federasiyasında ali təhsil alması barədə arayışlar təqdim etmiş çağırışçılar barədə şübhələr yarandığından şöbə rəisinin göstərişi ilə həmin universitetlərə müvafiq sorğular verilmiş, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən SXHÇDX-nin Şamaxı rayon şöbəsinə təqdim edilmiş 17.04.2019-cu il tarixli 374 nömrəli ali təhsil haqqında arayışı tam əsassızdır və Təqsirləndirilən şəxs heç vaxt Moskva İqtisad və Hüquq Akademiyasına daxil olmayıb və orada oxumayıb. Təqsirləndirilən şəxs bu yolla hərbi çağırışdan boyun qaçırdığı qənaətinə gələrək barəsində toplanmış sənədlər şöbə rəisi tərəfindən hüquqi qiymət verilməsi üçün Şamaxı rayon prokurorluğuna göndərilmiş, bundan əlavə Təqsirləndirilən şəxs 14.07.2021-ci il tarixdə tibbi komissiyaya cəlb edilmiş və hərbi həkim komissiyasının həkim-mütəxəssislər tərəfindən yoxlanılaraq hərbi xidmətə yararlı hesab edilmişdir. Təqsirləndirilən şəxs çağırış komissiyalarına gəlmədiyi və çağırışdan yayındığı üçün onun adı “sərhədkeçmə məhdudiyyət” siyahısına daxil edilmiş, bu səbədən də Təqsirləndirilən şəxs sərhədi keçmək istəyərkən geri qaytarılmış, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi təhsil haqqında arayışa əsasən adı “sərhədkeçmə məhdudiyyət” siyahısından çıxarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. O, Təqsirləndirilən şəxs Şamaxı rayonunda orta məktəbi bitirdikdən sonra ali təhsil müəssisəsinə daxil olmaq üçün kifayət qədər bal toplaya bilmədiyindən işləmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə yollandığını, Təqsirləndirilən şəxs bir müddət Moskva şəhərində yerləşən “Sadovod” ticarət mərkəzində ticarət məntəqəsinin birində satıcı, daha sonra Moskvada qeyri-rəsmi şəkildə ayrı-ayrı ticarət obyektlərində kuryer kimi işlədiyini göstərərək, 2019-cu ildə dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb Moskva şəhərində yerləşən Moskva İqtisadiyyat və Hüquq Akademiyasının “Hüquqşünaslıq” fakültəsinə daxil olduğunu, 4 ildən sonra ali təhsil haqqında diplom veriləcəyini, bunun müqabilində isə əslən Azərbaycandan olan Vüqar adlı şəxsə 60000 rus rublu verdiyini deməsini göstərmişdir. O, bu xəbərə görə çox sevinmiş, hətta bu münasibətlə qurban kəsmiş, bir müddət sonra Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin əməkdaşı yaşadıqları evə zəng edib Təqsirləndirilən şəxs hərbi xidmətə çağırıldığını demiş, böyük oğlu Şahid2 həmin əməkdaşa Təqsirləndirilən şəxs Rusiya Federasiyasında ali təhsil aldığını demiş, bundan sonra həmin əməkdaş Təqsirləndirilən şəxs ali təhsil alması haqqında arayışı şöbəyə təqdim edilməli olduğunu demişdir. Böyük oğlu Şahid2 digər oğlu Təqsirləndirilən şəxs zəng edib ali təhsil aldığı müəssisədən təhsil haqqında arayışı göndərməsini demiş, bir müddət sonra Təqsirləndirilən şəxs zəng edib təhsil haqqında arayışın Şamaxı rayon poçt şöbəsinə göndərildiyini, həmin arayışı götürüb SHXÇDX-nin Şamaxı rayon şöbəsinə təqdim etməyini xahiş etmişdir. Bundan sonra Şahid2 Şamaxı rayon poçt şöbəsinə gedib Təqsirləndirilən şəxs göndərdiyi arayışı götürmüş və onu SHXÇDX-nin Şamaxı rayon şöbəsinə təqdim etmiş, 2021-ci ilin iyul ayında SHXÇDX-nin Şamaxı rayon şöbəsindən Təqsirləndirilən şəxs təqdim etdiyi arayışın saxta olduğunu və barəsində toplanmış materialların prokurorluğa göndəriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs həmin arayışı təqdim edərkən onun saxta olduğunu bilməmiş, oğlu Rusiyada Vüqar adlı şəxs tərəfindən aldadılmış, oğlunun faktiki olaraq Moskva İqtisad və Hüquq Akademiyasında təhsil almadığı barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs dediyinə görə adı universitetinin tələbələri sırasında olmuş, hətta oğlunun universitetə qəbul edilib həqiqətən də Rusiyada ali təhsil alması münasibətilə evlərində qurban da kəsmiş, oğlunun dərslərdə və imtahanlarda iştirak etmədiyi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarından görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsindən 24.07.2021-ci il tarixdə götürülmüş, "xxxx" X3 təhsili dövlət müəssisəsindən SHXÇDX-nin Şamaxı rayon şöbəsinə təqdim edilmiş 17.04.2019-cu il tarixli, 374 nömrəli arayışın əsli (notarial qaydada təsdiq edilmiş tərcüməsi ilə birlikdə) və "xxxx" X3 təhsili dövlət müəssisəsindən SHXÇDX-nin Şamaxı rayon şöbəsinə daxil olmuş 01.07.2021-ci il tarixli, 103 nömrəli rektorun məktubunun əsli götürülmüşdür. İş materiallarından görünür ki, istintaq zamanı saxta sənəd olduğu müəyyən edilmiş 374 nömrəli məktuba əlavə edilmiş notarial qaydada təsdiq edilmiş tərcümədə Təqsirləndirilən şəxs “Hüquqşünaslıq” istiqaməti üzrə APT QDTM "xxxx"nın əyani şöbəsinin 1-ci kurs tələbəsi olduğu göstərilmiş, lakin 01.07.2021-ci il tarixli, 103 nömrəli məktubda isə SHXÇDX-nin Şamaxı rayon şöbəsinin 29.06.2021-ci il tarixli 621 nömrəli sorğusuna cavab olaraq göndərilmiş məktubun notarial qaydada təsdiq edilmiş tərcüməsində Təqsirləndirilən şəxs APT QDTM "xxxx"na qəbul olmadığı və oxumadığı göstərilmişdir. İş materiallarında olan 16.08.2021-ci il tarixli, 5/834 nömrəli sənədlərin texniki ekspertizasının rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: tədqiqata təqdim edilmiş "xxxx" X3 təhsili dövlət müəssisəsinin Təqsirləndirilən şəxs adına 17.04.2019-cu il tarixli 374 nömrəli arayışda olan möhür əksi hər hansı bir sənəddən texniki qurğu (skaner) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axını printerdə çap edilmişdir. tədqiqata təqdim edilmiş "xxxx" X3 təhsili dövlət müəssisəsinin Təqsirləndirilən şəxs adına 17.04.2019-cu il tarixli 374 nömrəli arayışda olan möhür əksinin eskpertizaya təqdim edilmiş "xxxx" qeyri-dövlət təhsil müəssisəsinin möhürün sərbəst əks nümunəsi (01.07.2021-ci il tarixli 103 nömrəli məktub) ilə eynilik təşkil etmədiyi göstərilmişdir. Şamaxı rayon İHB-nin Çarhan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14 iyul 2021-ci il tarixli 251 saylı arayışından görünür ki, atası 1966-cı il təvəllüdlü Şahid1, anası 1978-ci il təvəllüdlü X1 və qardaşı 1998-ci il təvəllüdlü Şahid2 ilə Şamaxı rayonu Çarhan kəndində yaşayır. Şamaxı rayon İHB-nin Çarhan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, bir ictimayətçi kimi gənclər arasında dərin hörməti olmaqla onların nizam-intizamlı olmasına və onlarda vətənə məhəbbət hissi aşılanmasına daim çalışır. O, özünə və yoldaşların qarşı tələbkardır. Ona verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirir. Təqsirləndirilən şəxs haqqında nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır. Şamaxı RPŞ-dən alınmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin 26 iyul 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. İş materiallarından görünür ki, cinayət işinə əlavə edilmiş Şamaxı RPŞ-dən daxil olmuş 02.09.2021-ci il tarixli 188-13330-1221 nömrəli məktubda Təqsirləndirilən şəxs SHXÇDX-nin Şamaxı rayon şöbəsinə təqdim etdiyi saxta arayışı təxminən iki il bundan qabaq Rusiya Federasiyasının Moskva şəhərində aldığı, həmin arayışın kim və ya kimlər tərəfindən, hansı şəraitdə və nə vaxt hazırlanması barədə məlumatın olmadığı, Təqsirləndirilən şəxs bu kimi saxta arayışları digər dövlət qurumlarına təqdim etmə faktının müəyyən edilmədiyi göstərilmişdir. İş materiallarından görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsindən daxil olmuş 06.08.2021-ci il tarixli 748 nömrəli məktubdan Təqsirləndirilən şəxs 2021-ci ilin iyul çağırışlarına cəlb edildiyi və tibbi komissiyalardan keçirilərək hərbi xidmətə yararlı hesab edildiyi görünür. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsindən daxil olmuş 29.07.2021ci il tarixli 16/1-607ia nömrəli məktubdan görünür ki, 16.09.2019-cu il tarixdə Təqsirləndirilən şəxs ölkədən çıxışı qadağan edildiyi üçün dövlət sərhədindən geri qaytarılmış, 26.09.2019-cu il tarixdə dövlət sərhədini keçmiş və 16.05.2021-ci il tarixdə geri qayıtmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən Şahid1 adına verilmiş 034074 saylı vəsiqənin surətindən görünür ki, vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan 51119 saylı vəsiqənin surətindən görünür ki, Şahid1 Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir, eyni zamanda Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvüdür. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onların əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 320.2 və 321.1-ci maddələrinə tövsif edilmiş və o, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayəti etiraf edib əməlindən peşman olmasını, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, atasının 1-ci Qarabağ müharibəsi veteranı olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 320.2 və 321.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə qismən toplamaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs həmin cəzanı çəkmədən islah olunmasını mümkün hesab edərək qərara alır ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilləcək azadlıqdan məhrumetmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməlidir. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulmalıdır. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs iş üzrə keçirilmiş ekspertiza xərcinin dəyəri 62 manat pul alınıb dövlət nəfinə verilməlidir. Maddi sübutlar 24.07.2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsindən götürülmüş "xxxx" X3 təhsili dövlət müəssisəsindən SHXÇDX-nin Şamaxı rayon şöbəsinə təqdim edilmiş 17.04.2019-cu il tarixli, 374 nömrəli arayışın əsli (notariai qaydada təsdiq edilmiş tərcüməsi ilə birlikdə) və "xxxx" X3 təhsili dövlət müəssisəsindən SHXÇDX-nin Şamaxı rayon şöbəsinə daxil olmuş 01.07.2021 -ci il tarixli, 103 nömrəli rektorun məktubunun əsli (notariai qaydada təsdiq edilmiş tərcüməsi ilə birlikdə) cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 320.2 və 321.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2 və 321.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-nin 320.2ci maddəsinə əsasən 3 ay azadlıqdan məhrumetmə cəzasına və CM-nin 321.1-ci maddəsi ilə 8 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş 10 ay azadlıqdan məhrumetmə cəzası 7 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulsun. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs iş üzrə keçirilmiş ekspertiza xərcinin dəyəri 62 manat pul alınıb dövlət nəfinə verilsin. Maddi sübutlar 24.07.2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsindən götürülmüş "xxxx" X3 təhsili dövlət müəssisəsindən SHXÇDX-nin Şamaxı rayon şöbəsinə təqdim edilmiş 17.04.2019-cu il tarixli, 374 nömrəli arayışın əsli (notariai qaydada təsdiq edilmiş tərcüməsi ilə birlikdə) və "xxxx" X3 təhsili dövlət müəssisəsindən SHXÇDX-nin Şamaxı rayon şöbəsinə daxil olmuş 01.07.2021 -ci il tarixli, 103 nömrəli rektorun məktubunun əsli (notariai qaydada təsdiq edilmiş tərcüməsi ilə birlikdə) cinayət işində saxlanılsın. Azərbaycan Respublikası CM-nin 320.2 və 321.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. HAKİM ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №1(074)-104/2021
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-104/2021
13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver