Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-105/2021 20.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1987-ci ildə Şamaxı rayonu Zaratxeybəri kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, "xxxx" ASC-də mühafizəçi işləyən, Şamaxı rayonu Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan 03 aprel 2018-cü il tarixdən hesablanmaqla 18 iyun 2013-ci il təvəllüdlü X3 və 04 iyun 2015-ci il təvəllüdlü X9 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa 150,00 manat olmaqla cəmi 300,00 manat sabit pul məbləğində aliment tutularaq Səfəralızadə (Hacıyeva) Mədinə Sübhan qızına verilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 26 noyabr 2018-ci il tarixli, 2(105)- 4412/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şamaxı Rayon Məhkəməsinin 3(074)- 7/2020 saylı, 14 yanvar 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 24 yanvar 2021-ci il, 11 fevral 2020-ci il, 14 avqust 2020-ci il və 10 sentyabr 2020-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 05 may 2021-ci il tarixinə kimi cəmi 6650,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Səfəralızadə (Hacıyeva) Mədinə Sübhan qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, hazırda "xxxx" ASC-də muhafizəçi işləyir və aylıq qazancı 300 manat təşkil edir. Zərərçəkmiş şəxs bibisinin nəvəsidir. 2011-ci ildə el adəti ilə toy edərək Zərərçəkmiş şəxs ilə rəsmi şəkildə ailə həyatı qurmuşdur. Evliliklərindən 18 iyun 2013-cü il təvəllüdlü X5 və 04 iyun 2015-ci il təvəllüdlü X10 oğlu adlı övladları dünyaya gəlmişdir. Əvvəllər Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, Mədinə ilə yola gedə bilmədikləri üçün ayrılmaq qərarına gəlmişlər. Zərərçəkmiş şəxs himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(105)-4412/2018 saylı, 26 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən ondan əvvəli 03 aprel 2018-ci il tarixdən hesablanmaqla 18 iyun 2013-cü il təvəllüdlü X3 və 04 iyun 2015-ci il təvəllüdlü X10 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa 150,00 manat olmaqla ümumilikdə 300,0 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Şamaxı Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə göndərilmiş, lakin, imkanının kifayət qədər olmadığından yığılıb qalmış aliment borcunu uzun müddət keçməsinə baxmayaraq tam şəkildə ödəmədiyidən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməsinə, sonuncu dəfə Şamaxı Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 14 yanvar 2020-ci il tarixli, 3(074)-7/2020 saylı qərarı ilə, Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətində inzibati həbs edilməsinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmiş və təqdimat verilən günə, yəni 05 may 2021-ci il tarixə kimi Sumqayıt Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(105)-4412/2018 saylı, 26 noyabr 2018-ci il tarixli qətnamə üzrə Zərərçəkmiş şəxs ödənməmiş aliment borcu 6650,0 manat təşkil etmişdir. əqdimat verilən gündən sonra aliment borcundan 450,0 manat ödəniş etmişdir. Hazırda işlədiyindən hər ay aliment borcunu vaxtında ödəyəcək. Əməlindən peşimandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs atasının dayısı oğlu kimi tanımış və münasibətləri yaranmışdır. 2011-ci il tarixdə Təqsirləndirilən şəxslə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 18 iyun 2013-cü il təvəllüdlü X5 və 04 iyun 2015-ci il təvəllüdlü X9 oğlu adlı övladları dünyaya gəlmişdir. Əvvələr Tural ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, evli olduqları müddətlərdə əsassız söz-söhbətlər yaratdığı, uşaqları ilə maraqlanmadığı, yola gedə bilmədikləri üçün ayrılmış və övladları onun himayəsində qalmışdır, övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Sumqayıt Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(105)-4412/2018 saylı, 26 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs əvvəli 03 aprel 2018-ci il tarixdən hesablanmaqla 18 iyun 2013-cü il təvəllüdlü X3 və 04 iyun 2015-ci il təvəllüdlü X10 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa 150,0 manat olaqla ümumilikdə 300,0 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şamaxı rayon İcra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Lakin, Təqsirləndirilən şəxs Sumqayıt Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Şamaxı Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Təqsirləndirilən şəxs hazırda işlədiyini, yetərli qazancının olduğunu və istəsə aliment ödəyə biləcəyini, sadəcə ödəmək niyyətində olmadığını bildirmişdir. Təqdimat verilən günə, yəni 05 may 2021-ci il tarixə kimi yığılıb qalmış ödənməmiş 6650,00 manat aliment borcunu ödəməmiş, övladları ilə maraqlanmamış, nə maddi, nə mənəvi köməkliyi olmamışdır. Həmin borcdan 450 manatını ödəmişdir. Təqsirlənirilən şəxsin həbs olunmasını istəmədiyini bildirib borcunu vaxtında ödəməsini tələb etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs onun övladıdır. 2011-ci ildə qızı Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Evliliklərindən 18 iyun 2013-cü il təvəllüdlü X5 və 04 iyun 2015-ci il təvəllüdlü X10 oğlu adlı övladları dünyaya gəlmişdir. Əvvəllər onların münasibətləri yaxşı olsa da, sonradan pisləşmiş, yola gedə bilmədikləri üçün ayrılmaq qərarına gəlmişlər. Qızı Zərərçəkmiş şəxs himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(105)-4412/2018 saylı, 26 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs əvvəli 03 aprel 2018-ci il tarixdən hesablanmaqla 18 iyun 2013-cü il təvəllüdlü X3 və 04 iyun 2015-ci il təvəllüdlü X10 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa 150,00 manat olmaqla ümumilikdə 300,00 manat sabit pul məbləğində alimentin tutularaq qızı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməsinə, Şamaxı Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli qərarı ilə, Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati həbs edilməsinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs bu günə qədər qızına olan aliment borcunu qeyri-müntəzəm ödəmişdir. Turalın hal-hazırda adını tam xatırlamadığı şirkətdə mühafizəçi işlədiyini və kifayət qədər qazanc əldə etdiyini və aylıq gəliri 450,0 manat təşkil etdiyini bildirmişdir. Əvvəllər VAZ-2107 markalı avtomobili olduğunu, lakin qızından ayrılmamışdan öncə satmışdır. Tural aliment ödəməkdən qərəzli olaraq yayınmış, uşaqları ilə maraqlanmamış nə maddi, nə mənəvi köməkliyi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 26.11.2018-ci il tarixli, 2(105)- 4412/2018 saylı qətnaməsinin əsasında verilən icra vərəqəsi üzrə borclu Təqsirləndirilən şəxs 03 aprel 2018-ci il tarixdən başlayaraq 18 iyun 2013-cü il təvəllüdlü X5 və 04 iyun 2015-ci il təvəllüdlü X9 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat pul məbləğində aliment alınıb X1na verilməlidir. Göstərilən icra vərəqəsi 05.12.2018-ci il tarixdə Şamaxı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin gün icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etmişdir. Ancaq borclu tələbi icra etməmişdir. Borcun ödənilməsi üçün görülən tədbirlər də nəticə verməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri həyata keçirmək üçün görülmüş tədbirlər qənaətbəxş olmamışdır. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərinin yerinə yetirmədiyinə və tələbi icra etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək Şamaxı rayon məhkəməsinin 3(074)-7/2020 saylı, 14.01.2020-ci il tarixli qərarı ilə 10 gün müddətində inzibati həbslə tənbeh edilmişdir. Həbs tənbehindən sonra tələbi icra etməsi üçün ona yeni müddət verilmişdir. Şamaxı rayon məhkəməsinin 8(074)-24/2020 saylı, 06.05.2020-ci il tarixli qərardadına əsasən borclu Təqsirləndirilən şəxs “ölkədən getmək hüququ müvəqqəti” olaraq məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs 21.05.2021-ci il tarixə aliment 6650 manat borcu manat təşkil edir. X1 icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək borcunu ödəməkdən qərəzli olaraq yayındığı üçün borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbir görülməsini xahiş etmişdir. Materiallardan göründüyü kimi borclu Təqsirləndirilən şəxs, Sumqayıt Apellyasiya Məhkəməsinin 26.11.2018-ci il tarixli, 2(105)-4412/2018 saylı qətnaməsini ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həm də ona təklif edilmiş faktiki imkanlardan istifadə etməmişdir. Onun əməlində qərəzlilik əlamətləri müşahidə olunmuşdur. Bununla əlaqədar borclu Təqsirləndirilən şəxs dövlət adından çıxarılmış qətnaməni qərəzli olaraq icra etmədiyi üçün barəsində cinayət təqibinin başlanılması üçün Ədliyyə Nazirliyi İsintaq idarəsinə təqdimat göndərilmişdir. Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid3 ifadəsində Şahid2 göstərdikləri xüsusatları təsdiq etmişdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1987-ci ildə Şamaxı rayonu Zaratxeybəri kəndində anadan olmuş, Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şəhriyar qəsəbə İƏD-si üzrə nümayəndəliyinin 06 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, o qəsəbədə özünü layiqli bir gənc kimi göstərmiş qəsəbədə keçirilən bütün tədbirlərdə yaxından iştirak etmiş, sakinlərin hörmətini qazanmış və onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli 2(105)-4412/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 03 aprel 2018-cü il tarixdən hesablanmaqla 18 iyun 2013-ci il təvəllüdlü X3 və 04 iyun 2015-ci il təvəllüdlü X9 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa 150,0 manat olmaqla cəmi 300,0 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan 24 yanvar 2020-ci il, 11 fevral 2020-ci il, 14 avqust 2020-ci il və 10 sentyabr 2020-ci il xəbərdarlıq məktublarından, eyni zamanda Şamaxı Rayon Məhkəməsinin 3(074)-7/2020 saylı, 14 yanvar 2020-ci il tarixli qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(105)- 4412/2018 saylı, 26 noyabr 2018-ci il tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan 03 iyun 2021-ci il, 16 iyun 2021-ci il, 05 iyul 2021-ci il, 04 avqust 2021ci il tarixli mədaxil qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xeyrinə 450,00 manat aliment ödənilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli 3(074)-7/2020 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsindən 30 iyun 2021-ci il tarixdə alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə az ağır cinayət törətməsini, əməlindən peşiman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmamasını, borcundan 450,0 manat ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, xəstəliyini cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, 3(üç)il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. HAKİM ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №1(074)-105/2021
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-105/2021
20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver