Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-106/2021 20.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi Əlsən oğlunun, Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx xxxxxxx 1973-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, İİİ qrup əlil, məhkumluğu ödənilməmiş, Şamaxı rayonu Şəhriyar qəsəbəsində qeydiyyatda olan və yaşayan, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində Şamaxı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edib, saxlamaqla daşımış, 16 iyun 2021 -ci il tarixdə Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı şəhərində “Heydər Əliyev” adına parkın yaxınlığında tutularaq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 22:52 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş vəziyyətdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,323 (sıfır tam mində üç yüz iyirmi üç) qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, o, arabir tapanda narkotik vasitə qəbul etmişdir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmişdir. Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə saxladığına görə tutulmuşdur, 13 iyun 2021-ci il tarixdə, təxminən saat 17:00 radələrində o, Şamaxı rayonu, İcra Hakimiyyətinin yaxınlığında yerləşən Topaz mərc oyunlarının qarşısından keçib, Şamaxı Mərkəzi univermağına doğru gedərkən yerdə bir ədəd siqaretin üzünə çəkilmiş şəffaf formada olan selofanı görmüş və onun marağını çəkdiyi üçün o, həmin sellofanı açanda görmüşdür ki, selofanın içərisində siqaretin qızılı rəngli kağızına bükülmüş büküm vardır, həmin büküm marağına səbəb olduğu üçün bükümü açaraq içərisinə baxdıqda, siqaretin qızılı rəngli kağızına bükülmüş bir ədəd bükümü açdıqda içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroin olmasını görmüşdür. Heroini gördüyü üçün istifadə etmək məqsədilə bükümü selofandan götürüb əynindəki qara rəngli cins şalvarın sol yan cibinə qoymuşdur. Həmin vaxtdan üzərində aşkarlanan vaxta kimi siqaretin qızılı rəngli kağızına bükülmüş bir ədəd bükümü üzərində gəzdirmişdir.16 iyun 2021-ci il tarixdə, təxminən saat 21:40 radələrində Şamaxı rayonu, Şəhriyar qəsəbəsinə getmək üçün Şamaxı şəhəri Heydər Əliyev parkının yaxınlığında dayanıb, taksi gözləyərkən həmin vaxt mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmışlar. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Lakin o, üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında təhqiqatçı Bəhlul Məlikli onun tutulduğunu bildirib vəkillər siyahısını ona təqdim etmiş və onun seçdiyi vəkil dəvət edildikdən sonra hüquqları izah edilmiş və bundan sonra vəkil və polis əməkdaşlarının iştirakları ilə mobil telefondan istifadə edilərək videogörüntüyə çəkilməklə onun üzərində baxış keçirmişlər. Üzərinə baxış keçirilərkən əynindəki qara rəngli cins şalvarının sol yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi siqaretin qızılı rəngli kağızına bükülmüş bir ədəd büküm aşkar olunmuşdur. Polis əməkdaşları həmin bükümü açdıqda içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroin aşkar edilmişdir. Daha sonra üzərində axtarış davam etdirilsə də üzərindən, yəni əynindəki geyimlərdən başqa qanunsuz əşya aşkar edilməmişdir. Onların iştirakları ilə üzərindən aşkar edib götürülmüş, içərisində narkotik vasitə heroin olan bükümü polis əməkdaşları kağız zərfdə qablaşdıraraq üzərini Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürləmişlər. Bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin zərfi və protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. O, həmin narkotik vasitəni 13 iyun 2021-ci il tarixdə tapmış, narkotik vasitəni tapanda yanında kimsə olmamış, bu barədə o, heç kimə bir söz deməmişdir. Həmin narkotik vasitəni özü istifadə etməsi üçün saxlamışdır. O, narkotik vasitə aludəçisidir, yəni istifadəçisidir. Ancaq narkotik vasitələrin satışı ilə məşğul olmur, heç bir zaman da məşğul olmamışdır. Əməlindən peşimandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin Cinayət-Axtarışı Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadə verib göstərdi ki, 16 iyun 2021-ci il tarixdə Şamaxı rayon sakini olan Təqsirləndirilən şəxs Şamaxı rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə ona məlumat daxil olduğuna görə, həmin vaxtı Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək məqsədi ilə həmin tarixdə RPŞ-nin rəhbərliyinə raportla müraciət edilmiş və rəhbərliyin göstərişinə əsasən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Həmin günü axşam saat 21 radələrindən Şamaxı rayon X2 Mübarizə Qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1lə birlikdə Şamaxı rayonu Heydər Əliyev adına parkın yaxınlığındakı ərazidə əməliyyat tədbirini həyata keçirməyə başlamışlar. Əməliyyat tədbirini həyata keçirdikləri vaxtı, Təqsirləndirilən şəxs parkın yaxınlığında yolun kənarında şübhəli hərəkət etdiyini görüb ona yaxınlaşmışlar, əvvəlcə özlərini ona təqdim edib sonra onun üzərində cinayət xarakterli əşya və ya narkotik vasitə olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs onlara üzərində heç bir cinayət xarakterli əşyanın və narkotik vasitənin olmadığını bildirmişdir. Lakin şübhə yarandığından Təqsirləndirilən şəxs RPŞ-nə dəvət etmişlər, o da onlara heç bir müqavimət göstərməmiş və onu RPŞ-nə gətirmişlər. RPŞ-də Təhqiqat Qrupunun təhqiqatçı Bəhlul Məliklinin xidməti otağında Təqsirləndirilən şəxs şübhəli şəxs qimsində tutulub, daha sonra dəvət edilmiş Müdafiəçi, o, və CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakları ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bir ədəd büküm aşkar edilib götürülmüş, həmin büküm açıldıqda içərisində saxladığı qəhvəyi rəngli tozşəkilli maddə, yəni narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilib götürülmüşdür. Həmin vaxt şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitə ona məxsusdur və həmin maddəni istifadə etmək üçün üzərində saxlayıb. Daha sonra, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də başqa qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə oxşar maddə bir ədəd zərfə qoyularaq qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 73 nömrəli möhürü ilə möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, doğru yazıldığı üçün imza etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış videoçəkilişlə aparılmış və çəkilmiş disk tərtib olunaraq protokola əlavə edilmişdir.Bildirmişdir ki, Təqsirləndirilən şəxs özü həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib öz üzərində, yəni əynindəki qara rəngli cins şalvarının sol yan cibində saxlamışdır. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotik vasitəni onun satış məqsədilə üzərində saxlaması, onun narkotik vasitələrin satışı ilə məşğul olması və ya kimlərləsə narkotik vasitələrin satışı barədə əlaqələrinin olması ilə bağlı heç bir məlumat əldə edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid1 məhkəməyə gəlməmiş teleqram göndərərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. İş materiallarında olan 16 iyun 2021-ci il tarixli qərardan görünür ki, Şamaxı rayon Şəhriyar qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Şamaxı rayonu Heydər Əliyev parkı yaxınlığında üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat daxil olmuş və onun cinayət başında yaxalanması üçün təxirəsalınmadan əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 16 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı rayon Polis şöbəsinin 18 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan, 16.06.2021-ci il tarixdə tərtib edilmiş şəxsi axtarış aparılması barədə protokoldan və diskdən görünür ki, 16 iyun 2021-ci il tarixdə saat 22:52-dən başlayaraq Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və onun əynindəki qara rəngli cins şalvarının sol yan cibində bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş vəziyyətdə bir ədəd büküm aşkar edilmiş, həmin bükülü açılarkən içərisində spesifik iyə malik, narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilmiş, həmin maddə bir ədəd zərfdə qablaşdırılmaqla möhürlənmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunub götürülmüş bir ədəd bükümün içərisindəki kütlə narkotik vasitə olan heroindir, ona məxsusdur. Baxış zamanı aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qabaşdırılmış, 73 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddənin narkotik vasitə olub-olmamasını və sair bu kimi halları müəyyən etmək üçün iş üzrə məhkəmə-kimyəvi ekspertizası təyin edilərək ekspert rəyi alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-kimyəvi ekspertiza” üzrə 17.06.2021-ci il tarixli 6/2448 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş siqaretin qızılı rəngli kağızına bükülmüş ..."yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,323 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir” Təhqiqata sərf edildikdən sonra qalıq- 0,271 qramdır. Təqsirləndirilən şəxs narkoman olub-olmaması, narkomandırsa məcburi müalicəyə ehtiyacı olub-olmamasını müəyyən etmək üçün iş üzrə məhkəmə-narkoloji ekspertizası təyin edilib keçirilməklə ekspert rəyi alınmışdır. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 02 sentyabr 2021-ci il tarixli 3204 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: “müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu(narkomoniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2- ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 7(074)- 15/2021 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli 1(074)-11/2020 saylı hökmü ilə təyin edilmiş 1(bir)il 11(on bir)ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhududlaşdırılması cəzasının çəkilməmiş 10 ay 28 günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması cəzası bir gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş və o, məhkəmə iclas zalında həbs edilmişdir. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şəhriyar qəsəbə İƏD-si icra nümayəndəliyinin 07 sentyabr 2021-ci il tarixli 48 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı 1982-ci il təvəllüdlü X4, qızı 2004-cü il təvəllüdlü X3 və 2005-ci il təvəllüdlü X9 oğlu ilə Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şəhriyar qəsəbə İƏD-si icra nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 Fondu publik hüquqi şəxsin 11 saylı Regional Ərazi filialının 05 sentyabr 2021-ci il tarixli **********9 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2005-ci il tarixdən Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün müdafiəsi ilə əlaqədar İİİ qrup əlil kimi ömürlük 259,78 manat əmək pensiyası və 01 sentyabr 2008-ci il tarixdən ömürlük 300,0 manat Prezident təqaüdü alır. İş materiallarında olan 149646 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün müdafiəsi ilə əlaqədar İİİ qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış 01 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə tövsif edilmiş və Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayəti etiraf edib əməlindən səmimi peşiman olmasını, Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün müdafiəsində iştirakını, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş cəzaya Şamaxı rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 7(074)-15/2021 saylı qərarı ilə təyin edilmiş və çəkilməmiş qalan 1 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 16 iyun 2021-ci il tarixdən 18 iyun 2021-ci tarixədək həbsdə saxlanıldığı 2 gün ona təyin edilmiş cəzadan çıxılmalıdr. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs həbsdə olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi subutların saxlanılıması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonrakı təmiz çəkisi 0,271 qram heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri–114,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardıma görə 30 manat pul fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, 1 il 1 ay müddətinə azadıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş cəzaya Şamaxı rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 7(074)-15/2021 saylı qərarı ilə təyin edilmiş və çəkilməmiş qalan 1 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplanmaqla Təqsirləndirilən şəxs 1 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən 16 iyun 2021-ci il tarixdən 18 iyun 2021-ci tarixədək həbsdə saxlanıldığı 2 gün ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 1(bir) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi subutların saxlanılıması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonrakı təmiz çəkisi 0,271 qram heroin məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri–114,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardıma görə 30 manat pul fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. HAKİM ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №1(074)-106/2021
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-106/2021
20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver